Tumgik
#panikpozuntu
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Hüzur və mutluluq (xoşbəxtlik) arasında fərq varmı? Psixoterapiya insanları hüzurlu yoxsa mutlu edir? Hüzur gec qazanılır, gec itirilir. Psixi travma, depressiya və digər psixi pozuntular insanın hüzurunu pozur. Psixi travma, insan egosunun baş edə bilmədiyi vəziyyətlərə deyilir. Mutluluq sürətli qazanılır sürətli itirilir. Gündəlik yaşam stressləri bizim mutluluğumuzu pozur. Stress- insanın tarazlığını (denge) pozan vəziyyətlərdir. Deyək ki, övladınız istədiyi üniversitetə qəbul olub, ilk öncə bir neçə gün mutlu olursunuz, sonradan keçir. Uşağa qonaqlıq edən günü, yolda 2 saat tıxacda qalırsız və qonaqlığa gecikirsiniz, camaat gəlir qalır qapıda. Bu vəziyyətin sizdə stress yaradır və mutluluğunuzu pozur ancaq hüzurunuz pozulmur. Bu prespektivdən baxdığımı zaman dünyada 4 cür insan olduğunu görə bilərik; 1. Hüzurlu və Mutlu insanlar. Azərbaycanda o cümlədən dünyanın hər yerində barmaqla sayılacaq qədər sayları azdır. 2. Hüzurlu amma Mutsuz insanlar. Psixoterapiya ki dəyişimin əsas məqsədi budur 3. Hüzursuz amma Mutlu insanlar. Dayanmadan sosial şəbəkələrdə hər gün 38 story paylaşanlar, anlıq mutluluq yaşayanlar. 4. Hüzursuz və Mutsuz insanlar. Dostoyevski, Van Gogh kimi yaradıcı insanlar Hüzur gec qazanıldığına görə, psixoterapiya seansları uzun sürür. Ümumiyyətlə mutlu həyat yoxdur mutlu anlar var. 1-2 görüşmə ilə, hər şeyi həll edərəm, səni mutlu edərəm, özünü sev kimi saxta vədlər verən terapistlərə inanmayın. Heç bir psixoterapevt sizə necə yaşamaq lazım olduğunu öyrədə bilməz. Ona görə peşəkar psixoterapevtlər, fərdi terapiyalarda, danışandan psixoterapiyadan gözlənti siyahısı istəyirlər. P.s Foto Lerik rayonundandır #psixiatr #drelmirtahmazov #psixoterapevt #hüzur #psixoterapiya #mutluluk #cinsiterapiya #mizac #huy #xarakter #onlinepsixoterapiya #cinselterapi #panikatak #panikpozuntu #yasterapiyası #həyəcantəşvişpozuntusu #anksiyetebozukluğu #obsessivkompulsivpozuntu #depressiya #yuxupozuntuları #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CW0oxrCjm2p/?utm_medium=tumblr
0 notes
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Çəkinən (avoidant) şəxsiyyət pozuntusu nədir və şizoid şəxsiyyət pozuntusu ilə aralarında fərq varmı? Çəkinən şəxsiyyət pozuntusu olan insanlar, əslində çox istədikləri halda, başqaları ilə yaxınlıqdan qorxurlar. Tənqid, qəbul edilməmə, və rədd edilmə qorxuları, onların yaxın əlaqələrdən, peşə fəaliyyətindən və cəmiyyətdən uzaq durmaqlarına səbəb olur. Onlar işlərində irəli çəkildikdə, təşviş hiss edirlər, çünki yeni pozisiya, sosial əlaqələrin artmasına səbəb olacaq ki, bu səbəbdən dolayı yeni vəzifəni qəbul etməyə bilirər. Utancaq və çəkinən görünüşünə görə ilk baxışdan, insanlara yaxınlaşmaq istəklərini anlamaq mümkün deyil. İnsanlara, ancaq bəyənildikləri bildikdən sonra yaxınlaşa bilirlər. Onlar gülünc bir şey söyləməkdən və ya suallara cavab verə bilməməkdən qorxaraq qrup halında ikən susmağa üstünlük verirlər. Utanc hissi yarada biləcəyi üçün şəxsi risk almaqdan və ya hər hansı yeni fəaliyyətlə məşğul olmaqdan qeyri-adi dərəcədə çəkinirlər. Yetəsizlik duyğularından dolayı, şəxslərarası münasibətlərdə tormozlanma (intibition) olur. Özlərini sosial cəhətdən bacarıqsız, cəlbedici olmayan və başqalarında aşağı hiss edirlər. Çəkinən şəxsiyyəti şizoid şəxsiyyətdən fərqləndirən əsas xüsusiyyət, şizoidlərin bir münasibətin və ya ailələrinin bir hissəsi olmaq istəməmələri, insani yaxınlığından həzz almamalarıdır. Şizoid insan tənhalığı seçir, nadir hallarda sevinc və ya qəzəb kimi güclü emosiyalar yaşayır. Tərif və ya tənqidə laqeyd yanaşır, cinsi bərabərlik istəkləri çox zəifdir və ya yoxdur. Baxışları mat, üzləri ifadəsizdir; mimikları və əl-qol hərəkətləri nadirdir. Çəkinən şəxsiyyət pozuntusunun əsas müalicəsi psixoterapiyadır. #psixiatr #drelmirtahmazov #psixoterapevt #çəkinənşəxsiyyətpozuntusu #psixoterapiya #avoidant #personality #disorder #onlinepsixoterapiya #cinselterapi #panikatak #panikpozuntu #yasterapiyası #həyəcantəşvişpozuntusu #anksiyetebozukluğu #obsessivkompulsivpozuntu #depressiya #yuxupozuntuları #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CWs5j0gD9cv/?utm_medium=tumblr
1 note · View note
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Filankəs çox takıntılı adamdır, elə hey əlini yuyur. Bəhmənkəsin gəlini çox obsesifdir, həddindən artıq təmizkardır evinə nə vaxt getsən tər-təmizidir, bütün günü ev silir. Yəqin bu cümlələri sizdə ara-sıra eşidirsiniz. Bəs bu obsesivlər arasında fərq varmı? Psixiatriya da tez-tez qarışdırılan pozuntular'dan biri də Obsessiv-Kompulsiv Pozuntu (OKP) ilə Obsessiv-Kompulsiv Şəxsiyyət Pozuntusudur. (OKŞP). Bunlar arasında əsas fərq OKP'da həqiqi obsesiya və kompulsiyaların varlığıdır, məsələn əlim kirlidir düşüncəsin'dən (obsesiya) sonra, gün ərzində əlini 50 dəfə yumaq davranışının (kompulsiya) olmasıdır. Adətən bu düşüncələr ego-dystonic'dir (benliğe yabancıdır). Əlini yuyan şəxs bu düşüncələrin cəfəng (nonsense) olduğunu bilir, sadəcə yaranan neqativ duyğularla birlikdə qala bilmədiyinə görə əllərini davamlı yuyur.DSM-5'də OKP, Obsessiv-Kompulsiv və əlaqəli pozuntular arasında yer alır. OKŞP'da həqiqi obsesiya və kompulsiya yerinə ego-syntonic (benlik ile uyumlu) düşüncə və davranış var. Yəni şəxs özünün həddindən artıq təmiz, titiz, düzənli olmasını, hər gün evi başdan-ayağa yığışdırmasının, pəncərləri silməsinin nonsense olduğunu düşünmür, bunu normal görür. Buna görə də OKP nevrotik, OKŞP isə psixotik şəxsiyyət organizasiyasına aiddir. OKŞP-lər tez-tez həqiqəti dəyərləndirmə gücünü (psixoz) itirirlər. OKŞP isə DSM-5'də C qrupu şəxsiyyət pozuntuları arasında yer alır. Hər iki pozuntu birlikdə və ayrı-ayrılıqda rast gəlinə bilir. OKP'nun müalicəsi əsasən psixoterapiya+dərman (yüksək doza anti-depressant), OKŞP'nun əsas müalicəsi isə psixoterapiyadır. Müalicədə mütləq doğru yoxdur, xəstənin bir psixiatr tərəfindən dəyərləndirib qərar verilməsi lazımdır. Yəni OKŞP'da da dərman vermək olar ancaq bunu bilməliyik ki, heç bir dərman bizim karakterimizi düzəltmir. #psixiatr #drelmirtahmazov #onlinepsixoterapiya #obsessivkompulsivpozuntu #psixoterapevt #yas #panikatak #panikpozuntu #həyəcantəşvişpozuntusu #anksiyetebozukluğu #depressiya #yuxupozuntuları #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CWI-yIAjBzv/?utm_medium=tumblr
0 notes
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Otto Kernberq nevrotik, sərhəd (borderline) və psixotik şəxsiyyət organizasiyaları (kişilik örgütlenmesi) arasında diferensial diaqnozu bu üç xüsusiyyətə görə qoyur: 1. Şəxsiyyət inteqrasiyası (kimlik bütünleşmesi) 2. Egonun müdafiə mexanizmləri (savunma mekanizmları) 3. Həqiqəti dəyərləndirmə bacarığı (gerçeği değerlendirme yetisi) Psixotik'lər həqiqəti dəyərləndirmə bacarıqlarını itiriblər, borderline'lar vaxtaşırı itirirlər, ona görə adına borderline (sərhəddə) deyilir, nevrotik'lərin isə həqiqəti dəyərləndirmə bacarıqları tamdır. Obsessiv-Kompulsiv Pozuntu (sol yuxarı) nevrotik şəxsiyyət organizasiyasına (NKO), Obsessiv-Kompulsiv Şəxsiyyət Pozuntusu (OKŞP) psixotik şəxsiyyət organizasiyasına (PKO), digər bütün şəxsiyyət pozuntuları isə borderline şəxsiyyət organizasiyasına (BKO) aiddir. Göründüyü kimi Malign Narsistlərin şiddət meylləri antisosial şəxsiyyət pozuntusuna yaxındır. #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #psikoterapi #nevrotik #borderline #psixotik #yas #kədər #panikatak #panikpozuntu #həyəcantəşvişpozuntusu #anksiyetebozukluğu #obsessivkompulsivpozuntu #depressiya #yuxupozuntuları #bipolyarpozuntu #şizofreniya #baku #azerbaijan🇦🇿 #ksü #psikiyatri #kahramanmaraş #turkey🇹🇷 https://www.instagram.com/p/CV3MLWcoMd8/?utm_medium=tumblr
1 note · View note
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Bir valideyn olaraq normal (psixi sağlam və tərbiyəli) uşaq yetişdirmək üçün nə etməliyik. Elm, mentalitet yoxsa öz gördüyümüz ailə tərbiyəsinimi əsas almalıyıq. Ümumiyyətlə uşaq tərbiyəsində yaradıcılıq lazımdır mı? Psixi sağlam uşaq yetişdirmək üçün insan şəxsiyyətinin necə formalaşdığına diqqət etmək lazımdır. Kimlik (identity) mən kiməm sualının cavabıdır. Şəxsiyyət (personality), mən necə bir insanam sualının cavabıdır. Şəxsiyyət (kişilik)= huy (mizac) + xarakter. Huy, bizim doğuşdan gətirdiyimiz, bioloji əsasları olan, davranış meylləridir. DƏYİŞMİR! Rus dilində buna natura, ingilis dilində temperament deyirlər. Xarakter, bir insanın dünyaya baxışı, həyatı dərk etməsi və problemlərin öhdəsindən gəlmə bacarığı olaraq açıqlana bilər. Öyrənmə, sosial mühit və ailə xarakter inkişafında mühüm rol oynayır. Psixiatriya da mizacdan çox xarakterin daha təsirli olduğu fikri mövcuddur. Xarakterin əsası sizin tərbiyəniz, mizacın əsası isə sizin genlərinizdir. Bir evdə böyüyüb eyni tərbiyəni alan uşaqların fərqləri mizaclarına görədir. Normal uşaq yetişdirmək istəyirsinizsə bütün uşaqlara eyni cür yox mizacına görə davranmalısınız. Bərabər yox ədalətli olmalısınız. Bir uşağa verilən cəza ona çox təsir etməsə də, digəri üçün travmatik təcrübə ola bilər. Elmi araşdırmaların çox hissəsi qərbdə edilir, Azərbaycanda olsa fərqli nəticələr ola bilər. Ancaq elmi əsas alıb uşaq böyütmək doğru deyil. Mən evimdə belə görmüşəm, ən doğru tərbiyə mənim evimdə gördüyümdür demək doğru deyil. Camaat nə deyər düşüncəsi ilə mentaliteti əsas alıb uşaq böyütmək də doğru deyil. Bəs doğru olan nədir? Doğru olan odur ki, uşaq böyütmək üçün yaradıcılıq lazımdır. Düşünürəm ki, bunun üçün elmi yanaşmaları əsas alıb, biraz şəxsi təcrübədən, biraz mentalitetdən qatmaqla daha normal, cəmiyyətdə nə edəcəyini bilən uşaqlar yetişdirmək olar. #drelmirtahmazov #psixatr #psixoterapevt #mizac #huy #xarakter #onlinepsixoterapiya #cinselterapi #panikatak #panikpozuntu #yasterapiyası #həyəcantəşvişpozuntusu #anksiyetebozukluğu #obsessivkompulsivpozuntu #depressiya #yuxupozuntuları #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CVI9xFmDaCO/?utm_medium=tumblr
0 notes
elmirtahmazov · 4 years
Photo
Tumblr media
Panik Pozuntu Nədir? Təkrarlanan gözlənilməz panik ataklar və aradakı fasilələrdə yeni panik atakların olacağına dair davamlı narahatlıq, "infarkt keçirmək və ölmək", "kontrolu itirmək və dəli olmaq" və ya "insult keçirmək" kimi pis nəticələrə səbəb ola biləcəyinə inanmaqla bərabər, işə getməmək, idmanla və ev işləri ilə məşğul olmamaq, yanında dərman, su, müxtəlif qidalar, alkoqol daşımaq kimi bir davranış dəyişikliyinin müşahidə edildiyi bir psixi xəstəlikdir. Xəstə, yaxınları tərəfindən böyük qorxu və narahatlıqla ən yaxın xəstəxananın təcili yardımına aparılır. Bir çox müayinə, Rentgen, EKQ, KT və digər müayinələrdə heç bir xəstəlik tapılmır, evə oksigen və ya "sakitləşdirici" inyeksiya ilə göndərilir. Xəstənin başına nə gəldiyini soruşduqda, həkimlər "onda heç bir şey yoxdur" və ya "stressdən olduğunu" deyirlər. Bu xəstələr təcili tibbi yardım ala bilmələri üçün lazım olduqda bütün günlərini xəstəxana bağçasında keçirməyə və ya həkim kabinetinlərinə, apteklərə, təcili yardım xidmətlərinə yaxın yerlərdən yollarını seçməyə üstünlük verirlər. Hər 100 nəfərdən 3-4 nəfər əvvəl ya bu xəstəliyə düçar olmuş, və ya hələ də bu xəstəliyi yaşamaqdadır. İlk atak 20-35 yaş arasında başlayır. Qadınlarda kişilərə nisbətən 2-3 dəfə çox görülür. Panik Pozuntu müalicə edilə bilən bir xəstəlikdir. Hal-hazırda effektivliyi elmi tədqiqatlarla sübut edilmiş iki növ müalicə var. Bunlar: 1. Dərman, 2. Koqnitiv Davranışçı Psixoterapiya. Əgər sizdə və ya yaxınlarınızda panik pozuntu əlamətləri varsa vaxt itirmədən psixiatra müraciət edin. #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #panikatak #panikpozuntu #həyəcantəşvişpozuntusu #anksiyetebozukluğu #obsessivkompulsivpozuntu #depressiya #yuxupozuntuları #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CKJf3HqpAl1/?igshid=1vzioys0q82x8
0 notes
elmirtahmazov · 4 years
Photo
Tumblr media
Bu gün 10 sentyabr Dünya İntiharın qarşısının alınması günüdür. Statistikaya görə, hər 40 saniyədə bir insan həyatını intiharla sonlandırır. Ümümdünya Səhiyyə Təşkilatına görə, hər il 800 min insan intihar edərək ölür. İntihar, 15-29 yaş arası gənclər arasında yol qəzalarından sonra ikinci ən çox görülən ölüm səbəbidir. İntihar sayının 2030-cu ilə qədər bir milyonu keçəcəyi təxmin edilir. İntiharların təqribən 90% -i ruhi xəstəlik ilə müşayiət olunur. Bu səbəbdən ruhi xəstəliklərin erkən aşkarlanması və intihar riski olan şəxslərin uyğun müalicəsi xüsusi əhəmiyyət kəsb etməkdədir. Digərlərinə qarşı qəzəb və özündən olana qarşı qeyd-şərtsiz tolerantlıq ədaləti mümkünsüz edir. Toplumun və fərdlərin məruz qaldığı ədalətsizlik qəzəbin əsas amillərindən biridir və intihar bir növ özünə yönəlmiş qəzəbdir. Əgər sizdə və yaxınlarınızda intihar düşüncəsi varsa vaxt itirmədən psixiatra müraciət edin. #psixiatr #drelmirtahmazov #intihar #suicide #intiharıönləmə #suicideprevention #depressiya #panikpozuntu #həyəcantəşvişpozuntusu #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CE8uJHJpBRE/?igshid=dvjihn751dvc
0 notes
elmirtahmazov · 4 years
Photo
Tumblr media
Panik atak nədir? Panik atak qəfildən başlayan və zaman-zaman təkrarlanan, insanı dəhşətə gətirən qorxu hücumlarıdır. Panik atak birdən başlayır, gedərək daha da şiddətlənir və 10 dəqiqə ərzində intensivlik maksimuma çatır; çox hallarda 10-30 dəqiqə davam ettikdən sonra azalaraq keçir. Nadir hallarda 1 saata qədər davam edə bilər. Panik atak əlamətləri hansılardır? 1. Sinə ağrısı və ya sinədə sıxılma 2. Çarpıntı, ürəyin sürətli döyünməsi 3. Tərləmə və titrəmə 4. Nəfəs darlığı və ya boğulma 5. Baş dönmə, sərsəmlik, düşmə və ya huşunu itirmə 6. Əl və ya ayaqlarda uyuşma 7. Üşümə və ya isti basması 8. Bulantı və ya qarın ağrısı 9. Özünü və ya ətrafındakıları qəribə, fərqli hiss etmək 10. Kontrolu itirmək və ölüm qorxusu Bir panik atakda bu simptomların ən azı 4 və ya daha çoxu olur. Dörddən az simptomu olan ataklara məhdudlaşdırılmış panik atak deyilir. Fəryad (ing. "The Scream",norv. "Skrik") — adlı foto norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda bu rəsm əsəri Norveç milli qalereyasında sərgilənməktədir. #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #panikatak #panikpozuntu #heyecanteşvişpozuntusu #anksiyetebozukluğu #obsessivkompulsivpozuntu #depressiya #yuxupozuntulari #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CCZEQiHJNkV/?igshid=kgao8ij1n0jq
0 notes
elmirtahmazov · 4 years
Photo
Tumblr media
Bu gün Barama Media Facebook səhifəsinin canlı efirində Həyəcan Təşviş Pozuntusu haqqında danışacağıq 🤓 Qayğısı çox olanlar izləsin #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #heyecanteşvişpozuntusu #anksiyetebozukluğu #generalizedanxietydisorder #obsessivkompulsivpozuntu #depressiya #panikpozuntu #yuxupozuntulari #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CCP-qIrJH4g/?igshid=1u3szccgdz702
0 notes
elmirtahmazov · 4 years
Photo
Tumblr media
Sabah Facebook-da Barama Media-nın canlı efirinde Obsessiv Kompulsiv Pozuntu haqqında danışacağıq 🤓 #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #obsessivkompulsivpozuntu #obsessivecompulsivedisorder #depressiya #panikpozuntu #heyecanteşvişpozuntusu #yuxupozuntulari #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CBoYiqxp9Zq/?igshid=1xhsr6vft6x6k
0 notes
elmirtahmazov · 4 years
Photo
Tumblr media
Sabah Facebook-da Barama Media-nın canlı efirinde panik atak ve panik pozuntu haqqında danışacağıq 🤓 #psixiatr #drelmirtahmazov #panika #psixoterapevt #travmasonrasıstresspozuntusu #depressiya #panikpozuntu #heyecanteşvişpozuntusu #yuxupozuntulari #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CBGrZ8cpOkm/?igshid=rcn07oyj1xxn
0 notes
elmirtahmazov · 4 years
Photo
Tumblr media
Sabah Facebook-da Depressiya haqqında danışacağıq. Program menim ve Barama Media hesablarından canlı yayımlanacaq. #psixiatr #drelmirtahmazov #depressiya #stress #panikpozuntu #heyecanteşvişpozuntusu #şizofreniya #bipolyarpozuntu #psixoterapiya #insomnia #yuxupozuntuları #ksü #psikiyatri #turkiye🇹🇷 #bakuazerbaijan🇦🇿 https://www.instagram.com/p/CAf0OPbJav2/?igshid=apb41c3mq4sm
0 notes
elmirtahmazov · 4 years
Photo
Tumblr media
Koronavirusten dolayı nisanda kongre iptal oldu, kısmet olursa 3 aralık 2020 saat 13:30-da Klinik Eğitim Sempozyumunda bekleriz 🤓 #psixiatr #drelmirtahmazov #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 #uzmanlıköğrencisi #araştırmayazısı #kongredesteklemebursu #sözlüsunum #intihar #acilpsikiyatri #konsültasyon #suicide #halksağlığı #intihardüşüncesi #suicideidea #intiharıönleme #suicideprevention #coronaturkiye #intiharıönlemeçalışmaları #türkiyepsikiyatriderneği #ruhsaldestekhattı #depressiya #panikpozuntu #yuxupozuntuları #heyecanteşvişpozuntusu #şizofreniya #bipolyarpozuntu #borderlinekişilikbozukluğu https://www.instagram.com/p/CAAzdTnJc7B/?igshid=1buy1vq0oijbm
0 notes