#psixoterapiya
Explore tagged Tumblr posts
Photo
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözümə baxmır” “ancaq bağırandan sonra söz eşidir” “vurmasan düzəlmir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Bu cür halların qarşısını almaq istəyirsinizsə, 19 fevral bazar günü, saat 13:00-da Edulance təlim mərkəzində baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Ətraflı məlumatı elan mətnindən oxuya bilərsiniz. Qeydiyyat: 055 232 92 92 #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideyn #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakı #azərbaycan🇦🇿 https://www.instagram.com/p/CoxNFa1N1WI/?igshid=NGJjMDIxMWI=
#təlimçi#psixiatr#drelmirtahmazov#triplep#positiveparenting#program#pozitiv#valideyn#təlim#psixoterapevt#psixologiya#psixoterapiya#cinsiterapiya#emdr#bakı#azərbaycan🇦🇿
0 notes
Text
Psixoterapiya gündelikleri
“Psixiatrımın aylardır etdiyi tekidlere baxmayaraq gündeliklerimi yazmamaqda qeti qerarlı idim ama bugün yazmağa ve bunu onunla paylaşmağa cehd göstermeye başladım”
Bugün maşınımla qeza eledim. Özüme heçne olmadı düzdü ama fiziki olaraq olmadı. Menevi cehetden yerle yeksan oldum. Qeza elediyimi bilen atamın heç zeng etmemeyi, nece olduğumu heç maraqlanmamağı her zamankinden daha ferqli bir hiss yaratdı bu defe. Bu ikinci hadise idi ki atam men ölüm ayağında xestexanada olanda nece ki vecine almamışdısa indi de ele oldu. :) bu defe bu veziyeti beynim ferqli qavaryır. Atamın ölmeyimi istemeyini hiss etdim ilk defedi ki kiminse bunu istediyini düşündüm ve hiss etdim. Bu halı meğlubiyet kimi qebullanıram indi. O’nun ölmeyimden qorxmamağı ve sakitliyini bu cür qorumağı sebr, nefsi terbiye, güclü xarakterli olmağından ötrü deyil, heç bir teqva sahibinin sebri bele bu cür övlad hesretinin qarşsını ala bilmez axı! Men ne etsem de xoşbext ede bilmediyim atam artıq görürem ki, eger ölsem meni sever. Fikri bu olmasa bele, yanılıramsa bele, bildiyimiz bir heqiqet var ki “İnsan bir şeyin deyerini onu itirende anlar”. Axırıncı defe ne vaxt bu qeder ürekden istedim ölmeyi inan ki bilmirem. Hem de yaşamaq isteyerken bu qeder hevesle. Yox, başa düşmedin mence meni ) Yaşamaq isteyerken ölümü seçmek.. “niye?..“ çünki öhdesinden gele bilmediyim bu sevgi eksikliyine çare tapa bilmedim. Küçelerde, sintetik maddelerde, pullarda, Ana’mda, dostlarımda, sevgilimde, psixoterapiyalarda, antipsixotiklerde, olanzapin’de, seyahetlerde, filmlerde, musiqilerde… en azından cehd etmedim demerem. Men çox çalışdım ki, atam görsün artıq meni, varlığımın ferqinde olsun ve sevsin meni.. axı atam ki, dünyaya gelmeyimi isteyib. İndi ise eksini isteyir. neyse, heçkes pis olmasın, heyatımda en son etdiyim şey intihar olmayacaq elbette.. en son etdiyim şey “Atamın istediyini etmek, onun çiyninden bu nifret etdiyi yükü alıb, layiqli övlad olmaq olacaq”. Beli cefengiyyat kimi görünse de bu bir intihar deyil. İntihar edenler bu maddi dünyadan qaçanlardı. Men ise atasının sevgisini qazanmağa çalışan bir qız.
1 note
·
View note
Text
Möcüzə nədir ?
Möcüzə kəlməsi təfəkkürün həll edə bilmədiyi halların təxəyyülə rahat ötürülməsini üçün istifadə edilir. Dərk edə bilmədiyi hər bir şeyi bu cür adlandırmaqla özünü aldadır təfəkkür. Aldadılmış təfəkkür bilməmə faktorunu tam qəbul edə bilmir. Bizim beyinimiz tam realist deyil, onun irrasional tərəfi də var. İrrasional tərəf məhz aldatma kimi görünən düşüncələrə sahiblik edir. Bu ad altında izah verdiyi hər şey səbəb və nətıcə əlaqələrinə görə məntiqlə uzlaşmır. Yəni möcüzə baş verir. Kim tərəfindən...bax burda artıq fikir ayrılığı yaranır: təbiət, enerji və ya fövqəl güc? Bu andan etibarən baş verən möcüzələr şəxsiləşdirildikdə bizim təfəkkür pozuntusu, düşüncə səhvləri dediyimiz proseslər baş verir. Təfəkkür duyğu və qavrayışları tərs istiqamətdə fəllaşdırır. Və...nəyə inanıram onu görürəm adlı sehrli mexanizmi işə düşür. Əgər ki bu mexanizmə qorxular əlavə olunursa, onda nədən qorxuram onu görürəm,eşidirəm və yaşayıram olur. Çox şey bizdə başlaylr və bizdə də bitir. Psixi pozuntuların sağalmasına mane olan əsas səbəb, mənim fikrimcə, bizdə başlayan dönəmə təkrar qayıtma qorxusudur. Bax burda artıq möcüzəyə heç kim inanmır. Haqlıdırlar da, çünki nə psixoterapiya möcüzədir, nə də psixoloq sehrbaz.
33 notes
·
View notes
Link
Человек не может жить, не обретя самого себя. Это как почва под ногами. Нет ее — и ничего не построишь
1 note
·
View note
Photo
İrvin D. Yalom - Anam və Həyatın Mənası Endirimlər mağazaya gəlib alarkən keçərlidir. Qiymət: 15 azn Endirimlə 13.5 Tələbələrə 12.8 Poçtla 16.99 Təsviri Yalom bu kitabda bənzərsiz təhkiyə üslubu ilə insan psixologiyasının sirli və dərin qatlarına necə ustalıqla nüfuz etdiyini bir daha sübut edir. O, bir-birindən fərqli 6 hekayədə öz psixoterapiya təcrübəsinə əsaslanaraq, pasiyentlərin nevrotik vəziyyətlərindən çıxıb transformasiya keçirməsinə yardım edir. Bu müalicələri ənənəvi və psixologiya elminin müəyyənləşdirdiyi tibbi “qaydalara” əsaslanan bir metodla deyil, özünün orijinal yanaşması və pasiyentlə qurduğu səmimi münasibət əsasında həyata keçirir. Hətta bəzi anlarda özünü “oda atır”, tənqid etməkdən qorxmur. Oxucu mütaliə prosesində iki təcrübəni bir anda yaşayır: həm qeyri-adi həyat hekayələri oxuyur, həm də özünü psixoterapevtin kabinetində hiss edir. Bu hekayələri oxuyarkən insan ekzistensial həqiqətlərlə üzbəüz qalır, başqa insanların üzləşdiyi varlıq, həyat, ölümlə bağlı dərin suallar onu da düşündürür və öz psixikasını yenidən dəyərləndirir. Yalom bizə həm də müasir dünyada artıq “əl-əl axtarılan” başqasını dinləməyi, insanın düşdüyü ağır situasiyanı duymağı öyrədir. Əlaqə vasitələri 📲070-200-71-33 (zəng və whatsapp) ☎ (012)-465-07-81 Ünvan: Gənclik metrosu, "Caspian shopping"in yanı, 80 saylı bağça ilə üz-üzə. Fətəli Xan Xoyski 83. Xəritədə "Novella Kitab Evi" yazaraq tapa bilərsiniz. Səhifəni izləməyi unutmayın @novella.kitabevi #novellakitabevi #kitab #kitablar #romanlar #dedektiv #kitabevi #kitab_evi #novellakitabevi #kitabsatisi #kitabkirayesi #kirayekitablar #icarəkitablar #kitabci #telebe #kirayekitab #bestseller #povest #roman #klassikedebiyyat #klassikler #turkcekitablar #sexsiinkisaf #psixolojikitablar #marketinqkitablari #felsefikitablar #anamveheyatinmenasi (at Novella kitab evi) https://www.instagram.com/p/CKvUK-Mn7wL/?igshid=i5kcn65k2kj3
#novellakitabevi#kitab#kitablar#romanlar#dedektiv#kitabevi#kitab_evi#kitabsatisi#kitabkirayesi#kirayekitablar#icarəkitablar#kitabci#telebe#kirayekitab#bestseller#povest#roman#klassikedebiyyat#klassikler#turkcekitablar#sexsiinkisaf#psixolojikitablar#marketinqkitablari#felsefikitablar#anamveheyatinmenasi
0 notes
Photo
🙋Adım Arzu Mammadova - Hasanlidir və bugunden etibarən sizin dəstəyə daha çox ehtiyacım var çünki psixologiya dərsləri tədris etməyə başlayıram daha çox klinik yönümlü olsa da bildiyiniz kimi mən bakalavri psixologiya üzrə bitirmişəm iki magistr derecem var klinik psixologiya və idarəetmə buna görə də mən sizə və digər insanlara bu cür fayda verəcəyimi düşündüm 🎯Mövzular Klinik psixologiya *Neyropsixologiya *Psixoterapiya *Uşaq psixologiyası Sosial psixologiya Idarəetmə psixologiyası 🎯Bütün əlimdə olan təcrübə və materialları paxıllıq etmədən paylasacagam Ozumun müəllimlərini bu isə cəlb edəcəyəm istək üzrə xarici muellimleride ... 🎯Məqsədim Uzmanciqlari ( sözüm məclisdən uzaq) , müəllim psixoloqları , yağışdan sonra yaranan psixoloqları aradan götürmək və psixologiyanin motivasiya və empatiyadan ibarət olmadığını göstərməkdir Mənə dəstəyiniz səhifəni follow etmək ola bilərsiniz https://www.instagram.com/p/CDuPPiPhcHo/?igshid=1kj02etl7cwa7
0 notes
Text
Cемейная психотерапия
Cемейная психотерапия читайте здесь: http://www.belovacenter.ru/cemejnaya-psixoterapiya/
Вашей семье срочно нужна помощь психолога, если имеют место быть следующие трудности: все важные решения безоговорочно обсуждаются с родителями (как вариант, с братьями или сестрами); взрослые находятся в ссоре со своими родителями; нет взаимопонимания между старшими в семье; взрослые не могут
0 notes
Link
0 notes
Text
Литература как психотерапия
http://nganina.com/literatura-kak-psixoterapiya/
0 notes
Link
via Azərbaycan səhiyyəsində BİABIRÇILIQ: "6 aylıq körpəmi həkimlər öldürüb"- VİDEO http://ift.tt/eA8V8J K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda ("OMD" xəstəxanası) uşaq ölümləri ilə bağlı zaman-zaman mətbuatda çoxlu sayda xəbərlər dərc edilib. Müraciət edən Murad Qasımov azxeber.com-a sözügedən xəstəxanada başlarına gətirilən hadisə haqqında danışıb. Onun sözlərinə görə, yeni doğulan nəvəsinin ölümünə həkim səhlənkarlığı səbəb olub: "Mənim qızım 19 yaşındadır və çox tez ana olub. Yoldaşı hərbçi olduğu üçün onlar Zaqatalada yaşayıblar. Uşaq müəyyən səbəblərə görə 7 aylığından dünyaya gəlib və Zaqatalada baxa bilmədikləri üçün onu Şəki Doğum Evinə göndəriblər. Elə burada da uşağa heç bir yardım edə bilmədikləri üçün 2016-cı ilin avqusutun 31-də Bakıya göndərirlər. Bakıda "OMD" uşağı qəbul edir və həmin gecə reanimasiyaya qoyurlar. 6 gün süni nəfəs aparatında qalandan sonra sentyabrın 6-da uşaq rəhmətə gedir". M.Qasımovun sözlərinə görə aparılan araşdırmalar nəticəsində uşağın ölümünə müxtəlif diaqnozlar qoysalar da, Səhiyyə Nazirliyinin rəsmi təqdim etdiyi sənəddə "müəyyən qüsurlar" nəticəsində ölüm faktının gerçəkləşdiyi qeyd edilib: "Bu söz mənə təqdim edilən sənədin üzərində yazılıb - "müəyyən qüsurlar". Heç kim bunu dilə gətirmir. Bu sadəcə həkim səhlənkarlığının nəticəsində baş verən bir hadisədir. Uşaq 6 gün boyunca hər kəsə baxıb gülürdü. Necə olur ki, 6 gün sonra bu hadisə baş verib?". Şikayətçi "OMD"də 6 gün ərzində gördüyü mənzərənin utancverici olduğunu da deyib. Belə ki, gələn xəstələrdən burada həkimlər, tibb bacıları tərəfindən heç bir əsası olmadan pullar alınır. Xəstəxana rəhbərliyi isə heç kimdən qorxmadığını açıq şəkildə ifadə edir: "Kim istəsə gedib öz gözləri ilə baxa bilər. Buranın xəstəxana yoxsa bazar olmasını heç kim ayırd edə bilməz. Xəstə yaxınlarını tamamilə soyurlar. Hər şeyi onlara aldırır, bütün addımlarında "pul-pul" deyə şərt qoyurlar. Xətəxananın direktoru Nəsib Quliyevə də dedim. Dedim ki, bu işi buraxın gedin. Camaatı bədbəxt edirsiniz, uşaqlar savadsızlığınızdan ölürlər. Heç nə demədi, girdi kabinetinə. Həyətdə isə Nəsib Quliyev başda olmaqla nə qədər şöbə müdirlərinin yüzminlik maşınları düzülüb. Bunları görən kim araşdıracaq?". M.Qasımov öz hüquqlarını qanun çərçivəsində apardığını deyib. O, 2016-cı ilin sentaybrın 6-dan etibarən bu işin arxasına düşdüyünü və bir çox qurumlara şikayət ərizələri yazdığını əlavə edib. İşə hazırda, Yasamal Rayon Prokurorluğunun baxdığını bildirib: "Bu gün prokurorun qəbulunda olacam. Bir baba kimi və ən əsası bir ata kimi işin arxasında düşəcəm. Çünki qızım artıq gözlərimin önündə əriyir. Onun ailəsi də dağıldı. Kürəkənim onu tərk edib getdi. Qızım isə hazırda psixoterapiya alır. Nə zaman özünə gələcəyini bilmirəm. Ancaq mən bu işi davam etdirəcəm". Murad Qasımovun körpənin ölümündən öncə çəkdiyi görüntülərini redaksiyamıza göndərib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
0 notes
Photo
Həyəcan Təşviş Pozuntusu nədir ? Həyəcan Təşviş Pozuntusu olan insanlar daimi, həddindən artıq çox və mövcud vəziyyətə uyğun olmayacaq qədər həyəcanlı olurlar. Həddindən artıq həyəcan-narahatlıq insanın gündəlik həyatına mənfi təsir göstərir və hətta normal həyat fəaliyyətini davam etdirməsinə mane olur. Bu şəxslər sağlamlıq, ailə, pul, işlə əlaqəli həddindən artıq narahatlıq keçirirlər və hər bir halda mümkün olan ən pis nəticəni düşünürlər. Kontrol edilməyən həyəcan-narahatlıq vəziyyəti demək olar ki, hər gün, ən az altı ay ərzində olur və gün ərzində davam edir. Hər 100 insandan 5-6’sı həyatı boyunca bu xəstəliyi keçirməkdədir. Həyəcan Təşviş Pozuntusunun simptomları nələrdir ? Əsaslı səbəb olmadıqda belə, həddindən artıq və kontrol edilməyən həyəcan-narahatlıq hissi xəstəliyin əsas əlamətidir. Xəstələr çox vaxt narahatlıqlarının həddən artıq olduğunu bilirlər, amma narahatlıq hissini kontrol edib sakitləşə bilmirlər. Onlar ətraflarında "həddən artıq qayğılı bir insan" kimi tanınırlar. Yorğunluq, diqqətin pozulması, ən kiçik bir səsdən belə narahat olma, yuxunun pozulması və gecə tez-tez oyanmaq digər vacib əlamətlərdir. Həyəcan Təşviş Pozuntusu tez-tez fiziki simptomlarla da müşayiət olunur. Bu simptomlar: yorğunluq, baş və əzələ ağrısı, udma çətinliyi, titrəmə və tərləmə, dözümsüzlük, ürək bulanması, başgicəllənmə və isti basmalardır. Həyəcan Təşviş Pozuntusu müalicə olunurmu ? Həyəcan Təşviş Pozuntusu psixiatrlar tərəfindən müalicə edilən xəstəlikdir. Müalicədə antidepresan və anksiyolitik dərmanlar istifadə olunur. Dərman müalicəsinə əlavə olaraq xəstələrə psixoterapiya da tətbiq olunmaqdadır. Müalicənin məqsədi narahatlıq və gərginliyi tez bir zamanda azaltmaqdır. Bu qrup dərmanlar psixiatr tərəfindən tövsiyə olunan vaxtda və dozalarda qəbul edildikdə, effektiv və güvənli şəkildə istifadə edilə bilər. Dərman müalicəsi simptomlar tamamilə keçənə qədər davam etməlidir. Tam sağalmadan sonra müalicə ən azı 1 il daha davam etdirilməlidir. #psixiatr #drelmirtahmazov #heyecanteşvişpozuntusu #obsessivkompulsivpozuntu #depressiya #psixoterapiya #kabulvekararlılıkterapisi #psixisağlamlıq #bakuazerbaijan🇦🇿 https://www.instagram.com/p/B66PJaUnFtK/?igshid=jiajj2o2e8ap
#psixiatr#drelmirtahmazov#heyecanteşvişpozuntusu#obsessivkompulsivpozuntu#depressiya#psixoterapiya#kabulvekararlılıkterapisi#psixisağlamlıq#bakuazerbaijan🇦🇿
1 note
·
View note
Photo
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözümə baxmır” “ancaq bağırandan sonra söz eşidir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Əgər belə hallar sizin evinizdə də baş verirsə, 27 noyabr bazar günü, Bakı vaxtı ilə saat 10:00-da Zoom vasitəsi ilə baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Qeydiyyat: 055 269 92 92 #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideynlik #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakı #azərbaycan🇦🇿 https://www.instagram.com/p/ClLMYwatZ0-/?igshid=NGJjMDIxMWI=
#təlimçi#psixiatr#drelmirtahmazov#triplep#positiveparenting#program#pozitiv#valideynlik#təlim#psixoterapevt#psixologiya#psixoterapiya#cinsiterapiya#emdr#bakı#azərbaycan🇦🇿
0 notes
Photo
Millətlər Liqasına bağlı olan “Beynəlxalq İntellektual Əməkdaşlıq İnstitutu” tərəfindən ilk məktubu yazması tələb olunan Eynşteyn, Freydi qələm yoldaşı seçərək “Niyə müharibə? Nə üçün müharibə?” (1932) adlı məşhur məktubunu yazır. Eynşteyn məktubunda insanın impulsiv (dürtüsel) yaşamı üzrə, ən bacarıqlı mütəxəssis kimi təsvir etdiyi Freydə aşağıdakı sualları verir: 1. “Bəşəriyyəti müharibə təhlükəsindən xilas etməyin bir yolu varmı?” 2. “Bu problemlə bağlı insanın impulsiv yaşamı mövzusunu işıqlandıra bilərsinizmi?” 3. “Necə olur ki, kiçik bir qrup, müharibədə ən çox uduzan və əziyyət çəkən əksəriyyətin iradəsini, öz ambisiyaları istiqamətində əydirə bilir?” 4. “İnsanın zehni təkamülünü, nifrət və dağıdıcılığa qarşı toxunulmaz edəcək şəkildə idarə etmək mümkündürmü? Mən cahil (kültürsüz) kütləni düşünərək bunları soruşmuram, sualım ziyalılar üçün də keçərlidir”. Eynşteynin suallarına, Freyd “Nə üçün müharibə” (1933) başlıqlı məktubla olduqca bədbin bir cavab verir. Məktubda şiddətin psixoanalitik mənşəyini ətraflı müzakirə edir və müharibənin həyat faktı kimi qəbul edilməli olduğunu və qaçılmaz olduğunu bildirir. “İçimizdəki nifrət və dağıdıcılıq, müharibə tacirlərinin səylərinizi yarı-yarıya asanlaşdırır." Freyd “müharibə tacirləri” sözü ilə müharibələrin sosial, iqtisadi, siyasi, mədəni bir sözlə xarici səbəblərini, “içimizdəki nifrət və dağıdıcılıq” sözləri ilə isə insanları mübarizəyə sövq edən subyektiv, mənəvi amilləri nəzərdə tutur. Eynşteyn və Freyd, müharibə fenomeninin təkcə fərdin subyektivliyi və ya impulsiv yaşamı ilə tam izah olunmadığının fərqində idilər. P.S Allah şəhidlərimizə rəhmət eləsin, bir daha bu cür üzücü xəbərlər eşitməyək. #psixiatr #drelmirtahmazov #psixoterapevt #psixoterapiya #onlineterapiya #müharibə #savaş https://www.instagram.com/p/Cic5U9uqoe3/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Psixoterapevtin əsas funksiyalarından biri də danışanı peşəkar şəkildə aynalamaqdır. Aynaya bakan ben ile aynadaki ben aynı değildir; biri gerçek bir varlık diğeri ise sanal bir görüntüdür. Jacques Lacan- Fransız psixoanalist və psixiatr. #aynamərhələsi #mirrorstage #jacqueslacan #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideyn #təlim #psixoterapevt #psixologiya #psikoterapi #cinselterapist #psixoterapiya #cinsiterapiya #emdr #bakü #azərbaycan🇦🇿 #kahramanmaraş #turkiye🇹🇷 https://www.instagram.com/p/ChKUx5oKil3/?igshid=NGJjMDIxMWI=
#aynamərhələsi#mirrorstage#jacqueslacan#təlimçi#psixiatr#drelmirtahmazov#triplep#positiveparenting#program#pozitiv#valideyn#təlim#psixoterapevt#psixologiya#psikoterapi#cinselterapist#psixoterapiya#cinsiterapiya#emdr#bakü#azərbaycan🇦🇿#kahramanmaraş#turkiye🇹🇷
1 note
·
View note
Photo
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözümə baxmır” “ancaq bağırandan sonra söz eşidir” “vurmasan düzəlmir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Əgər belə hallar sizin evinizdə də baş verirsə, 28 avqust bazar günü, Bakı vaxtı ilə saat 10:00-da Zoom vasitəsi ilə baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Təlimə ana-ata və ya ana-ata-baxıcı şəklində qatılmaq olar. Ətraflı məlumatı elan mətnindən oxuya bilərsiniz. Təlimlərimiz hər ayın 2-ci və 4-cü bazar günləri saat 10:00-da müntəzəm şəkildə təşkil olunmaqdadır. Qeydiyyat: 055 232 92 92 (Whatsapp) Gələcəkdə görüşmək ümidi ilə… #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideyn #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakü #azərbaycan🇦🇿 #turkiye🇹🇷 https://www.instagram.com/p/CgrCbTfg343/?igshid=NGJjMDIxMWI=
#təlimçi#psixiatr#drelmirtahmazov#triplep#positiveparenting#program#pozitiv#valideyn#təlim#psixoterapevt#psixologiya#psixoterapiya#cinsiterapiya#emdr#bakü#azərbaycan🇦🇿#turkiye🇹🇷
0 notes
Photo
Psixiatriya və psixologiya boş elmlərdir mi? Psixoterapiya nə dost söhbətidir nə də dərdini danışıb rahatlama yeri. Heç bir psixoterapevt sizə "özünü sev" "uşaqlara görə döz" kimi cümlələr qurub ağıl verməməlidir. Elələrini görəndə işıq sürəti ilə uzaqlaşmağınız məsləhətdir. Bəs peşəkar psixoterapevt seansda ağzını açanda nəl��rə diqqət etməlidir? Dinamik yönümlü psixoterpiayada, psixoterapevt seansda nə vaxt və hansı şəkildə (1.Dəqiqləşdirmək 2.Üzləşdirmək 3.Şərh etmək 4.Susmaq) müdaxilə edəcəyinə qərar verməsi üçün, aşağıdaki 8 faktoru eyni anda dəyərləndirə bilməsi lazımdır. 1. Hasta şu anda ne anlatmaktadır? Ne olmuş? Olay nedir? 2. Anlatmakta olduğu olayda nasıl bir nesne ilişkisi bulunmaktadır? 3. Anlattığı bu nesne ilişkisi ile çatışan diğer nesne ilişkileri neler olabilir? 4. Şu anda anlatmakta olduğu nesne ilişkisi ile çatışan başka nesne ilişkisi varsa, bunların birbirine karşı ne gibi işlevi vardır? 5. Bu anlatmakta olduğu şeyin, hastanın şu anda içinde bulunduğu dönemle nasıl bir ilgisi vardır? Son zamanlarda hasta hangi konularla meşgul, aktarım nasıl bir seyir izliyor, geçen seans ne konuştuk, şimdiki çağrışımlarının akışı ne anlatıyor? 6. Hasta bunu bana neden anlatmaktadır? Aktarımda bir karşılığı varmıdır? 7. Ben hastanın anlattığı olayda kiminle özdeşim kuruyorum? 8. Kendi karşı aktarımım hastanın benimle kurmak istediği nesne ilişkisine dair ne söylüyor? Karşı aktarımıma bakarsam hasta benimle nasıl bir ilişki içinde olmak istiyor olabilir? Hastanın projektif identifikasyonu ne olabilir? Ps. Azərbaycan dilinə tərcümə doğru alınmadığını üçün Türkcə yazma məcburiyyətində qaldım. #psixiatr #drelmirtahmazov #psixoterapiya #psixologiya #onlinepsixoterapiya #cinsiterapiya #doğanşahin #terapiyebaşlarken https://www.instagram.com/p/CZuQlMpjx5b/?utm_medium=tumblr
#psixiatr#drelmirtahmazov#psixoterapiya#psixologiya#onlinepsixoterapiya#cinsiterapiya#doğanşahin#terapiyebaşlarken
0 notes