#wsemir
Explore tagged Tumblr posts
listeliyi · 8 years ago
Link
via Yeni pensiya şərtləri: Baza hissə və 12 illik ştaj ləğv edilir, yeni qaydalar gəlir http://ift.tt/eA8V8J Əmək pensiyaları haqqında" Qanuna dəyişikliklərin mətni açıqlanıb. İctimai müzakirəsiz qanun qəbulu təcrübəsi cəmiyyətin sullarına cavab tapmasına imkan vermir". Bunu iqtisadçı-ekspert Rövşən Ağayev pensiyanın baza hissəsinin ləğvi məsələsindən danışarkən deyib. Onun sözlərinə görə, qanun layihəsindən məlum olur ki, Azərbaycanda artıq pensiyanın yığım sistemi əsasında təşkili planı təxirə salınır: "Niyə yığım sistemini tətbiq etmək mümkün olmadı, mümkün deyidisə, bunu 11 il qanunda niyə saxlamışdılar? İşləyənlərin ödədiyi sığorta haqlarının 2.5%-i pensiya orqanının saxlanmasına gedəcək. Niyə hökumət orqanının saxlanması üçün vətəndaşlara əlavə vergi tətbiq edilməlidir? Vətəndaşların ödədiyi sosial sığorta haqlarının 85%-i (hazırda bu 50%-dir) fərdi sığorta hesabında qeydə alınacaq, bəs qalan 15% niyə havada qalmalı, qeydə alınmamalıdır? Yeni dəyişikliklə pensiyanın baza hissəsi də ləğv edilib. Bundən sonra "minimum pensiya" göstəricisindən istifadə ediləcək. Hazırda onun məbləği 110 manatdır. Bundan sonra həmin məbləğ orta illik əmək haqqına uyğun indeksasiya ediləcək. 12 illik staj tələbi də ləğv olunur. Pensiyaya çıxmaq istəyən şəxs pensiya yaşına çatan anda sığorta hesabındakı vəsait hər ay qüvvədə olan minimum pensiyaya uyğun pensiya almağa təminat verərsə, bu hüququ qazanacaq. Amma bu tələb ödənmədikdə, pensiya yaşına çatmış şəxsin əmək stajı 25 ildən aşağı olmamalıdır".
4 notes · View notes
listeliyi · 8 years ago
Link
via ƏGƏR OVCUNUZDA BU XƏTT VARSA, BƏXTİNİZ GƏTİRİB DEMƏKDİR! http://ift.tt/eA8V8J Bu xətt mələk xətti kimi məşhurdur. Bundan başqa, siz bilməlisiniz ki, bu xətt hər kəsdə olmur. Bu səbəbdən çoxları hesab edirlər ki, hansı insanlarda ki , o var, həyatda cox bəxti gətirəcək. Məhz: çoxları hesab edirlər ki, kiminki əllərində bu xətt var, mələklər tərəfindən qorunurlar.Bu mələklər hər zaman onların arxasındadır və çətin vəziyyətlərində həmişə köməklik göstərirlər.. Bu, mələk adlandırılan xətti, həyatın xətləri paraleldir. Çox insanlar əminliklə deyirlər ki, əgər sizdə bu xətt varsa, onda siz istənilən maneələri asanlıqla keçmək qabiliyyətində bacarıqlısınız, və bu insanlarda , sözsüz ki , sevgidə və həyatda hər zaman uğurlar olacaq.
2 notes · View notes
listeliyi · 8 years ago
Link
via Dünyaya gəlmiş ən qəribə körpələr Video Foto +18 http://ift.tt/eA8V8J 1 - Harlequin-type ichthyosis (İlan Körpə) Harlequin tipi iktiyozis, nadir görülən irsi bir dəri pozuqluğudur. Bu pozuqluq ilə doğulanların dərilərində qırmızıya çalan rəngdə, böyük paxlava formasında pullar tapılar. Buna əlavə olaraq göz, ağız, qulaq kimi xarici üzvlər daralmışdır. Ümumi olaraq ölümcül ancaq bu pozuqluqla doğan və həyatına davam edən kəslər vardır. 2- Ürəyi xaricdə doğulan körpə Bu genetika pozğunluğunda körpə, ürəyi sinə qəfəsindən çöldə olaraq doğulur. İmkansız doğuşların olmadığı hindistanda ürəyi çöldə doğulan bir körpədə görülmüşdür. 3 - ikiüzlülük (Diprosopus) Kranofasiyel cütləşmə olaraq da bilinən xəstəlikdi, sonuncu dərəcəli nadir də olsa doğuşdan gələn genetika bir pozuqluqdur və canlının iki ədəd üzə sahib olmasına səbəb olur. Bu genetika pozğunluğunda iki başlılığı əksinə beyin ortaqdır, üz iki ədəddir. Yəni ortada olan düzgün ayrılmayan əkiz və ya qardaş embrionları deyil, tək bir fərdin iki ədəd üzünün meydana gəlməsi vəziyyəti var. 4 - Siklop Göz Beynin bir hissəsidir. Embriyonel dövrdə ön beyin iki ayrı loba çıxarkən göz də hər bir loba bağlı olaraq, iki dənə olmaq üzrə inkişaf və mövcud anatomik yerini alır. Siklop vəziyyətində isə beyin tək lop halında qalır və tək bir göz inkişaf edir. Bu şəkildə doğan körpələr bir neçə gün içində ölür. 5 - Sirenomelia Dəniz qızı sendromu da deyilən bu genetika pozğunluğunda uşaqların doğuşdan qıçları yapışıq olaraq dünyaya gəlirlər. Bu vəziyyətədə olan çoxu körpə kisəsi və ya böyrək problemlərindən ölərlər. Ancaq müxtəlif əməliyyatlar keçirib yaşamağa davam edən istisnalarda var 6 - Vampir diş olaraq bilinən bu çox diş vəziyyətində insanların normal dişlərinin arxasında iti dişlər olur. Kişilərin istəkləri istiqamətində bu dişlər çıxardıla bilir. 7 - Progeria (Tez yaşlanma xəstəliyi) Progeria, xalq dilindəki adıyla tez yaşlanma xəstəliyi olaraq bilinməkdədir. 46 kromozomla birlikdə ortaya çıxan bu xəstəlikdi telomer zəncirin qısalığından qaynaqlanmaqdadır. Progeria olan bir uşaq sanki 80 yaşına gəlmiş bir insan kimi görünür. Təəssüf ki, bu xəstəliyin çarəsi hələ də tapıla bilməyib . Lakin edilən elmi işlər uşaqların həyatlarını uzada bilir. 8 - Elektrodaktili, əldə və ayaqda normalda barmaq olması lazım olan yerdə boşluq meydana gəlməsi vəziyyətidir. Bu vəziyyət balina məngənəsi olaraq xatırlanar. 9 - Polisefali (iki başlı körpə) canlının iki və ya daha çox başı olmasına səbəb olan, doğuşdan gələn bir vəziyyətdir. Bir neçə embrionun əriyərək birləşməsiylə meydana gələr. 10 - Myostatin çatışmazlığı Myostatin, canlılarda əzələlərin inkişafını maneə törədən bir zülal növüdür. Bu zülal kifayət qədər olduqda canlı həddindən artıq miqdarda əzələli ola bilir. Bu kimi bir çox qəribə və qorxulu problemlərlə dünyaya gəlmiş körpələr var.
1 note · View note
listeliyi · 8 years ago
Link
via Taxta tapança, poçt yeşiyi, maneken - MƏHBUSLARIN AĞLASIĞMAZ QAÇIŞ PLANLARI - FOTOLAR http://ift.tt/eA8V8J Dünyanın bir sıra cinayətkarları kriminal aləmin tarixinə azğın əməlləri, olmazın vəhşilikləri ilə düşüblər. Qətlləri müqabilində layiqli cəza almış manyaklar, killerlər, qanqsterlər indi də pis xatirələrlə yada salınırlar. Taxta tapanşayla silahlanmış, poçt qutusunda gizlənmiş, Yer üzünün ən qorxunc ada həbsxanasından qaçmağa müvəffəq olmuş bu məhbusların nələrə qadir olduqlarını oxuduqda siz də təəccübünüzü gizlədə bilməyəcəksiniz: ABŞ-ın bir sıra banklarında həyata keçirilmiş məşhur soyğunçuluq, iri miqyaslı qarət əməliyyatlarının müəllifi olmuş Con Dillinger yalnız cinayətləri ilə yox, həbsxanadan inanılmaz qaçışı ilə də tarixə adını yazdı. Amerikanın bank sektoruna külli miqdarda ziyan vurmuş bu şəxs qaçmağın qeyri-mümkün olduğu "Crown Point" həbsxanasında islah olunurdu. Qeyd edək ki, burada ən təhlükəli cinayətkarlar cəza çəkirdi. Azadlığa vaxtından əvvəl çıxmaq istəyən Con Dillinger həbsxanadan qaçmazdan bir neçə saat əvvəl taxtadan oyuncaq tapança düzəltdi və onu ayaqqabı boyası ilə rənglədi. Oyuncaq tapançayla nəzarətçiləri təhdid edən cinayətkar həbsxana rəhbərliyini də bir otağa salıb, qapını bağladı və oradan qaçmağa müvəffəq oldu. Özü də həbsxana rəisinin yeni, bahalı avtomobili ilə... Keçmiş sevgilisini və onun yeni məşuqunu qətlə yetirmiş Çarlz Viktor Tomson da dünyanın ən məşhur həbsdən qaçan cinayətkarları sırasındadır. Ağır cinayəti ilə ölüm cəzasına məhkum edilmiş məhbus əvvəlcədən bir dəst paltar əldə etdi. Bundan sonra vəkili ilə görüş tələb etdi. Görüş otağına girər-girməz vəkil gələnə qədər qiyafəsini dəyişdirdi. Açarı olmayan digər qapıya tərəf addımlayan, yeni görkəmli məhbus onu qapının ağzında saxlayan və kimliyini soruşan nəzarətçilərin bütün suallarına özünü itirmədən sərbəst cavab verdi. Daha sonra əllərini cibinə salaraq sakitcə çölə çıxdı. Beləcə həbsxanadan qaçdı. Məhbus Alfred Georgi Hinds isə xüsusi qabiliyyəti ilə həbsxanadan qaçması ilə kriminalların tarixinə düşdü. Həbsə atılar-atılmaz kameranın açarlarının şəklini göz yaddaşına köçürən məhbus beynində onun cizgilərini hazırladı. 8 ay sonra, başqa cinayətlə yenidən yaxalanan məhbus məhkəmə zamanı tualetə getmək istədiyini bildirdi. Tualetə daxil olan Alfred Georgi Hinds nəzarətçiləri ayaqyolunun qapısı qarşısında bir neçə dəqiqə gözlətdi və öncədən hazırladığı açarla məhkəmənin tualetinin digər qapısından qaçdı. Əməlinin bədəlini ödəyən cinayətkar Riçard Miknair həbsxananın hava borusundan qaçmağa müvəffəq olmaqla hər kəsi heyrətləndirdi. 10 ay sonra yenidən saxlanılan Riçard xüsusi nəzarətin olduğu başqa həbsxanaya göndərildi. Poçt çantalarının təmiri ilə məşğul olan məhbus bir gün çantalardan birinin içinə girib məqamını gözlədi. Bir azdan həbsaxnaya gələn yük maşını digər çantalarla yanaşı içində Rimardın olduğu çantanı da depoya apardı. Qaçışından dərhal sonra hər yerdə axtarılan və bir polis tərəfindən saxlanılan, şəxsiyyəti məlum olmayan məhbus nəinki asayiş keşikçisini aldatmağı bacardı, hətta ondan şəhərə ən yaxın istiqamət məlumatlarını da öyrəndi. Frank Morris, Clarence Anglin və Con Anglin – bu üçlüyün qaçış planı döyüş filmlərinin süjet xəttinə bənzəyir. Dörd tərəfdən su ilə əhatə olunmuş, heç kimin yaşamadığı bir adada yerləşən, olduqca sərt qaydaların mövcud olduğu qorxunc "Alkatraz" adlı xüsusi rejimli həbsxanada cəza çəkən bu üçlük elektrik süpürgədən hazırladıqları xüsusi alətlə əvvəlcə həbsxana kamerasının beton divarını deşdilər. Oradan havalandırma borusuna, daha sonra isə çölə çıxdılar. Nəzarətçilər onların qaçışından saatlarla sonar xəbər tutdular. Çünki San Fransiskoya qaçmış məhbuslar nəzarətçilərin duyuq düşməmələri, zaman qazanmaq üçün əvvəlcədən öz başlarına uyğun maketlər hazırlayıb çarpayılarına qoymuşdular. Bununla yanaşı, saçlarını kəsdirib tükləri maketlərin üstünə qoymaqla özlərinin oxşarlarını yaratmışdılar. Onlar San Fransiskoya istiqamət alanda nəzarətçilər kameranın qapısından baxaraq məhbusların "yatdıqlarını" düşünürdülər. Əslində isə çarpayılarda uzananlar maketlər idi.
1 note · View note
listeliyi · 8 years ago
Link
via Uydurulmuş cinayətin amansız cəzası - Məmməd Cuvarlinski niyə öldürüldü? http://ift.tt/eA8V8J XX əsrin 50-ci illərinin ikinci yarısında sovet hökuməti vaxtilə, Stalin repressiyası dövründə saxta ittihamlar əsasında sürgünlərə göndərilmiş, işgəncələrə məruz qalmış, amansızcasına güllələnmiş yüzlərlə insana bəraət verdi. Bu addım tarix və yeni nəsillər qarşısında həmin adamların günahsızlığını, vicdanının paklığını, şəxsiyyətlərinin bütövlüyünü göstərdi. Amma nə yazıqlar ki, onların özlərini həyata qaytarmaq, həmin insanların şəxsində xalqın itirdiklərini bərpa etmək artıq mümkün deyildi. Söhbət ötən əsrin 30-cu illərində ittifaq rəhbərinin əlaltılarının (onların arasında mənfur qonşularımızın nümayəndələri ön sırada idi) cəllad qılıncı ilə həyatına son qoyulmuş layiqli, ləyaqətli Azərbaycan oğullarından gedir. 1950-ci illərdə verilən bəraət sənədlərindəki ifadələrlə desək, "haqqında qaldırılan iş uydurma", cəzası "tamamilə əsassız olmuş" görkəmli Azərbaycan ziyalılarından biri də Məmməd İsmayıl oğlu Cuvarlinski idi. M.Cuvarlinski öz əməyi sayəsində ucalan, həyatın enişli-yoxuşlu yollarında öz gücü ilə irəliləyən, xalqına bacardığı qədər fayda verməyi xoşbəxtlik sayan işıqlı bir şəxsiyyət idi. Hələ cavan ikən bir sıra məsul vəzifələrə irəli çəkilmişdi. 35 yaşında "qırmızı terror"çuların gülləsinin qurbanı olana qədər raykom katibi, nazir müavini, nazir kürsülərində oturmuş, auditoriyalarda mühazirələr oxumuş, sayılmış, seçilmiş, nüfuz və söhrət qazanmışdı. Bu insan xarakterindəki bir xüsusiyyətlə daha çox fərqlənirdi: yalana, riyakarlığa qarşı barışmaz idi. "Düzü düz, əyrini əyri" dediyi üçün yaşadığı zamanın bəlalarına tuş gəlmişdi. Başqa sözlə, Cuvarlinskinin yeganə "səhv"i bu olmuşdu ki, Mircəfər Bağırovu tənqid etmişdi. O dövrdə belə bir hərəkət etmək üçün böyük cəsarət, risk, sarsılmaz iradə gərək idi! Zaman keçib, illər ötəndən, sular durulandan sonra, yəni 1955-ci il iyunun 17-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasına Məmməd İsmayıl oğlu Cuvarlinskinin işi üzrə verilən hökmün dəyişdirilməsi barədə qərar təqdim edilmişdir. Qərarda deyilirdi ki, M.Cuvarlinskinin həbsi tamamilə əsassız olmuş, onun haqqında qaldırılan iş uydurma materiallardan düzəldilmişdir. Həmil il avqustun 3-də kollegiya 1937-ci il oktyabrın 12-də verilmiş hökmü ləğv etmiş və cinayət tərkibi olmadığı üçün iş xətm olunmuşdu. Əslində Cuvarlinski kim idi və hansı günahına görə təqsirləndirilirdi? Məmməd İsmayıl oğlu Cuvarlinski 1902-ci ildə Qaryagin qəzasının (indiki Füzuli rayonunun) Cuvarlı kəndində kasıb bir ailədə doğulmuşdu. 1911-ci ildə ikisinifli kənd məktəbinə getmiş, lakin maddi çətinliklər onun tam təhsil almasına imkan verməmişdi. Atası kimi fərdi təsərrüfatda çalışmağa, ailənin dolanışığına kömək etməyə məcbur olmuşdu. Bununla belə, oxumağa, savadlı, elmli olmağa marağı onu bir an belə tərk etmirdi. Odur ki, 1916-cı ildə Gəncə əmək məktəbinə daxil olur. Lakin burada da peşə qazanmaq arzusu boşa çıxır. Bir müddət əvvəlcə şəhər idarəsində, sonra isə quberniya komissarlığında gözətçi işləyir. Həyat bu yeniyetməni hər addımbaşı sınağa çəkir, lakin onun təhsil almaq həvəsini öldürə bilmirdi. Gəncədə yaşadığı illərdə Guvarlinski sosial-demokratların bolşevik fraksiyasına meyil edir. İnqilabi təbliğat və təşviqatla məşğul olmağa başlayır. Əhali arasında intibahnamələr yayır, partiyanın tapşırıqlarını böyük məsuliyyətlə yerinə yetirir. Getdikcə bolşeviklərin ideyalarına daha yaxından bələd olur, bu istiqamətdə dünyagörüşünü günbəgün genişləndirir. Rusiyada oktyabr çevrilişinin baş verməsi, Bakıda cərəyan edən hadisələr Məmmədin ictimai şüuruna, onun siyasi cəhətdən formalaşmasına güclü təsir göstərir. O zaman Gəncənin yerli hökuməti Cuvarlinskinin bolşeviklərdən olması barədə xəbəri eşidən kimi onu işdən azad edir. Beləliklə, doqquz aya yaxın fəhləlik etdikdən sonra öz kəndinə qayıdır. Qəzanın kəndlərində təbliğat apararaq insanları sovetlərin qurulmaqda olan hökuməti uğrunda mübarizəyə səsləyir. Azərbaycanda sovet hakimiyyətinin ilk dövrlərindən özünü fəal komsomol təşkilatçısı kimi göstərdiyinə görə tezliklə, 1920-ci ilin sentyabrında Cuvarlinskini bolşevik partiyasının sıralarına qəbul edirlər. Partiya bileti, bir növ, onun vəzifə pilləsi ilə irəliləməsində vəsiqə rolunu oynayır. M.Cuvarlinskini Qəza İnqilab Komitəsinin təlimatçısı təyin edirlər. Cəmi bir ildən sonra isə o, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin sovet partiya məktəbinə göndərilir. Oranı da bitirdikdən sonra Cuvarlinskiyə Azərbaycan K(b)P Qaryagin Qəza İnqilab Komitəsinin təbliğat-təşviqat şöbəsinə rəhbərlik etmək tapşırılır. Bir müddətdən sonra o, Moskvada ÜİK(b)P MK yanındakı partiya işçiləri hazırlayan kursa oxumağa göndərilir, eyni zamanda pedaqoji texnikumu bitirir. Sonra həyat yolları onu yenidən Gəncəyə gətirir. Beləliklə, 1926-1929-cu illərdə əvvəlcə Gəncədə, sonra da Qubada dairə komitəsində təşkilat şöbəsinin müdiri olur. 1930-cu ildə isə Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin məsul katibi vəzifəsində işləyir. Bu zaman gənc partiya işçisinin vəzifələri tez-tez dəyişirdi. Heç nəyə baxmayaraq, o, hər vəzifədə etimadı doğrulda və işi irəliyə apara bilirdi. Ötən əsrin 30-cu illərinin əvvəllərindən ona tapşırılan vəzifələr yenə də bir-birinin ardınca yuxarıya doğru dəyişməyə başladı. Sabirabad Rayon Partiya Komitəsinin katibi, Dövlət Plan Komitəsinin bölmə rəisi, Azərbaycan K(b)P MK-nın sovet ticarəti şöbəsi müdirinin müavini kimi məsul vəzifələrdə çalışdı. Həmin dövrdə Cuvarlinski ali məktəb müəllimi kimi də fəaliyyətə başlayır. 1932-1934-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Sosialist təsərrüfatı nəzəriyyəsi kafedrasına rəhbərlik edir, auditoriyalarda isə sosialist təsərrüfatı və partiya quruculuğu məsələlərindən dərs deyir. 1933-cü ildə artıq ona dosent elmi adı verilir. M.Cuvarlinski Azərbaycanda maarifin inkişafı naminə çox işlər görüb. Hələ xalq maarifi komissarının müavini olanda Gəncədə Kənd Təsərrüfatı İnstitutunun yaradılmasına böyük dəstək verib. 1934-1935-ci illərdə Cuvarlinski Azərbaycan xalq maarifi komissarı vəzifəsində çalışır. Bu, respublikada təhsilin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sahənin bir çox problemlərinin nisbətən öz həllini tapdığı illər idi. Cuvarlinski var qüvvəsi ilə çalışaraq bütün məsələlərə diqqət yetirməyə, heç nəyi yaddan çıxarmamağa, işə kompleks halında yanaşmağa nail olurdu. Ümumtəhsil məktəbləri şəbəkəsinin yaradılması, yüksək səviyyəli pedaqoji kadrların hazırlanması xüsusi önəm daşıyırdı. Xatırladaq ki, bu dövrdə o, həm də paralel olaraq pedaqoji institutda çalışırdı, kafedra müdiri idi. Məhz 30-cu illərdə icbari ibtidai təhsilə keçid uğurla sona çatdı. Ümumi icbari yeddiillik təhsilə keçid başlandı, savadsızlığın kütləvi ləğvi sahəsində uğurlar qazanıldı. Lakin bununla belə, təhsilə siyasi nəzarət, onun məzmununun siyasi ideologiyaya tabe etdirilməsi hələ də hökm sürürdü. Sərt və ciddi qanunların tətbiqi ilə səciyyəvi olan 30-cu illərdə məktəblə bağlı qəbul olunmuş qərarlar, sinfi mübarizənin gücləndirilməsi haqqında Stalin ideyası yeni, arzuolunmaz istiqamətin formalaşmasına səbəb olurdu. Bunlar "təkcə siyasi sənəd deyil, pedaqoji prosesə partiyalı rəhbərliyi təmin edən metodoloji proqram idi" (F.Rüstəmov, "Azərbaycanda pedaqogika elminin inkişaf yolları (1920-1991)" Bakı, 2003). Bu dövrdə işləmək də çətin idi. Repressiya dalğası, ifşaedici yığıncaqlar, pantürkist, panislamist, əksinqilabçı damğaları hər addımda hər kəsi izləyirdi. Millətinə bağlı nə qədər ziyalı - pedaqoq, işıqlı təfəkkür sahibləri ölüm maşınının qarşısına yuvarlanırdı. Ruslaşdırma siyasəti davam edirdi. Proqram və dərsliklər Moskvada tərtib edilir, sonradan Azərbaycan dilinə tərcümə olunurdu. Yalnız ana dili və ədəbiyyatı üzrə proqram və dərsliklərin Azərbaycanda hazırlanmasına icazə vardı. Respublikada latın qrafikasından Kirillə keçilməsi də siyasi xarakter daşıyırdı. 1933-cü il mayın 20-də Azərbaycan KP MK "Proqram və dərs kitablarının ümumiləşdirilməsi haqqında" qərar verdi. Bütün fənlər üzrə (ana dilindən başqa) dərsliklər və proqramlar Rusiya Xalq Maarif Komissarlığının nəzarəti altında, onların tərtib etdikləri proqramlarla eyni olmalı idi. Bununla belə, Azərbaycan alimləri və pedaqoqları verilən icazələr daxilində əllərindən gələni edirdilər. Bu işdə Cuvarlinskinin xidmətləri xüsusi vurğulanmalıdır. Həmin dövrdə ibtidai məktəblər üçün orijinal dərsliklərin tərtibinə başlandı. Azərbaycanlı müəlliflər tərəfindən sabit dərs kitabları yaradıldı. Yuxarı siniflər üçün dərsliklər rus dilindən olduğu kimi tərcümə edilirdi. Yalnız müəyyən fəsillərə Azərbaycan haqqında qısa məlumatlar əlavə olunurdu. Bu, qənaətedici deyildi. Həmin dövrdə yazıçı Mirzə İbrahimov böyük cəsarətlə yazırdı: "Balalarımız Yunanıstanın, İtaliyanın, İngiltərənin, Rusiyanın tarixini keçir, lakin üzərində doğulduğu torpağın və qucağında pərvəriş tapdığı xalqın tarixindən xəbərsiz qalaraq məktəbi bitirirlər". Əlbəttə ki, belə ağır şəraitdə, qısa bir vaxtda bütün tələbləri ödəyən dərsliklər yaratmaq çətin idi. Bu işdə buraxılan səhvlər az sonra dövlət orqanlarının tənqid obyektinə çevrildi. SSRİ Xalq Maarif Komissarlığı və partiyanın Mərkəzi Komitəsi "İbtidai, natamam, orta məktəblər üçün dərs kitablarının nəşri və satışı haqqında" xüsusi qərar qəbul etdi. Azərbaycan dilində dərsliklərin nəşrinə respublika rəhbərliyi səviyyəsində nəzarət olunmağa başlandı. Bir daha vurğulayaq ki, Cuvarlinskinin Xalq Maarif Komissarlığında rəhbər vəzifələrdə işlədiyi illər ən vacib qərarların qəbul edildiyi, mühüm addımların atıldığı, genişmiqyaslı işlərin görüldüyü dövr idi. Onlardan yalnız bəzilərini sadalamaqla bu tədbirlərin əhatə dairəsini aydın təsəvvür etmək mümkündür. Məsələn, 1931-ci il yanvarın 25-27-də Azərbaycan müəllimlərinin V (II) qurultayı keçirilir. Elə həmin il iyulun 1-də Azərbaycan SSR Xalq Komissarlığının əmri ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji İnstitutu yaradılır. 1932-ci ilin aprelində Xalq Maarif Muzeyi təşkil olunur. Avqustda isə ÜİK(b)P MK "İbtidai və orta məktəblərin rejim və tədris proqramları haqqında" qərar qəbul edir. 1932-1933-cü illərdə icbari təhsilə keçidlə bağlı respublikanın ibtidai məktəblərində təhsil müddəti beş ildən dörd il müddətinə müəyyənləşdirilir. 1933-cü il fevralın 12-də ibtidai və orta məktəb dərslikləri və dərs kitabları ilə bağlı bir gündə iki qərar qəbul edilir. 1934-cü ilin əvvəlində elmi-pedaqoji kadrların attestasiya sistemi yaradılır. Həmin ilin may ayında isə SSRİ-də, o cümlədən Azərbaycanda ümumtəhsil məktəblərinin tipləri müəyyənləşdirilir. 1934-cü ildə Azərbaycan Dövlət Universiteti bərpa olunur. "Kommunist maarifi" ("Azərbaycan müəllimi") qəzeti nəşrə başlayır. 1935-ci ildə məktəblərdə tədris işinin təşkili və məktəbdaxili qaydalar xüsusi qərarda öz əksini tapır. Ali təhsil müəssisələrinə və texnikumlara qəbul zamanı məhdudiyyətlər aradan qaldırılır. İcbari natamam orta təhsilə keçid başlanır. Bütün bu qərarlar və başlanğıclar çərçivəsində görülən işlərə xalq maarif komissarı Cuvarlinski rəhbərlik edir, müvafiq qüvvələrin həmin işlərə səfərbər olunmasında səylə çalışır. Bu zaman sədaqətlə xidmət etdiyi dövlət və partiya ona növbəti vəzifəni tapşıraraq başqa sahədə iş verir. Nuxa (Şəki) şəhər Partiya Komitəsinin birinci katibi olur. Cuvarlinskinin çoxşaxəli fəaliyyətindən danışarkən onun mətbuatla əlaqələri və əməkdaşlığı da xüsusi vurğulanmalıdır. O, bir müddət hətta "Partiya işçisi" jurnalının redaktoru vəzifəsində çalışır. Maarif, pedaqoji iş sahəsində qazandığı təcrübəni, nəzəri və praktiki bilikləri geniş yaymaq üçün Məmməd müəllim tez-tez dövri mətbuatda çıxış edirdi. O, eyni zamanda məktəb və maarif haqqında bir kitabça və 20-yə qədər məqalənin müəllifi idi. Mətbuat səhifələrindəki hər çıxışı məktəb həyatının, pedaqoji kadrların yetişdirilməsinin və s. ən aktual problemlərinə toxunurdu. Məsələn, "Bakinski raboçi" qəzeti 15 yanvar 1931-ci il tarixli nömrəsində Cuvarlinskinin böyük bir məqaləsini dərc etmişdi. Məqalə kənddə mədəni-maarif işlərinin təşkilində və inkişafında müəllimlərin roluna həsr olunmuşdu. Başqa sözlə, bu məqalə, bir növ, kənd müəlliminin rolunu müəyyənləşdirən proqram idi. Müəllif yazırdı ki, kənd müəllimi təbliğatçıdır, mühazirəçidir, maliyyə işçisidir, sözün geniş mənasında kənd ictimaiyyətçisidir. Zaman da dəyişir, quruluş da. Amma müəllim kənddə aparıcı bir sima olaraq qalır. O, indi də kənd ziyalılarının önündə gedərək öz sözü, nüfuzu ilə fərqlənir. Xalq üçün, vətən üçün layiqli övladlar, bilikli insanlar yetişdirir. Cuvarlinskini dövrünün ziyalı, mütərəqqi şəxsiyyətləri ilə sıx dostluq telləri bağlayırdı. O, musiqi sənətinin inkişafı ilə maraqlanar, bu sahənin problemlərinə yardım edərdi. Bəstəkar Müslüm Maqomayev məktublarının birində ona bildirirdi ki, yeni opera üzərində işləyir. Cuvarlinski bunun cavabında sevindiyini və ona uğurlar arzuladığını yazırdı. Məmməd Cuvarlinski Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli ilə yaxın qohum idi. O, Nəsib bəyin böyük qardaşı Həmid bəyə arxa olub onu həbsdən qoruyanda heç bilmirdi ki, bir gün onun özü də yalan iddialarla günahlandırılıb "xalq düşməni" elan ediləcək. Həmid bəy Azərbaycan və rus ədəbiyyatının mahir bilicisi olub. Ötən əsrin 30-cu illərinin əvvəllərində o, "Türkan" adlı bir pyes yazır və əsər Gəncə Dram Teatrının səhnəsində tamaşaya qoyulur. Həmid bəy antisovet təbliğatı aparmaq bəhanəsi ilə həbs edilir. Lakin o, izahatında yazır ki, aparın məni edam edin, mənə qarşı irəli sürülən iddianı qəbul etmirəm. O, bir il DTK-da saxlandıqdan sonra heç bir dəlil-sübut tapılmadığı üçün azadlığa buraxılır. Həmid bəyin bacısı nəvəsi Rafat Cuvarlinski yazır ki, "otuzuncu illərdə Kommunist Partiyasının sıralarında yüksək vəzifələrdə işləyən qohumu Məmməd Cuvarlinski o zaman Həmid bəyin dadına çatır. M.Cuvarlinskiyə görə bir müddət ona dəymirlər. 1932-ci ilin sentyabrında Kirovabad (Gəncə) İndustrial (Sənaye) Politexnikumuna işə düzəlir və bununla bərabər Gəncədə 15 nömrəli məktəbdə dərs deyir. Həmid bəyin dayısı oğlu Eyyub Xanbudaqov 1937-ci il oktyabr ayının 12-dən 13-nə keçən gecə dahi şairimiz Əhməd Cavadla bir gündə güllələnir. Həmin gün onlarla birlikdə atamın əmisi, keçmiş xalq maarif komissarı Məmməd Cuvarlinski şəxsən Mircəfər Bağırovun əli ilə qətlə yetirilir". Başqalarını dövrün bəlalarından qoruyan Cuvarlinski özü bu fəlakətlə üz-üzə qalırE 1937-ci il aprelin 14-də Azərbaycan SSR XDİK DTİ-nin 4-cü şöbəsi Azərbaycan K(b)P Nuxa şəhər Komitəsinin təzəcə işdən çıxarılmış katibi Məmməd İsmayıl oğlu Cuvarlinski haqqında arayış tərtib edir. Məzmunu "xalq düşməni" elan olunanların hamısı haqqında yazılanlara bənzəyir: "12493 nömrəli istintaq işi üzrə ittiham olunan əksinqilabi-millətçi təşkilatın üzvü Tixomirov öz ifadəsində göstərmişdir ki, Məmməd Cuvarlinski Azərbaycan əksinqilabi-millətçi mərkəzlə əlaqə saxlamışdır. Bu təşkilatın üzvlərindən Əli Kərimov və Eminbəyli Məmməd Cuvarlinski ilə sıx əlaqədə olduqlarını boyunlarına almış, Azərbaycan SSR maarif komissarı və Azərbaycan K(b)P MK aparatında işləyərkən onun əksinqilabi fəaliyyətini etiraf etmişlər. Yuxarıda göstərilən faktlara əsasən Məmməd Cuvarlinskinin həbs olunub Azərbaycan SSR CM-in 72, 73-cü maddələri üzrə cinayət məsuliyyətinə alınmasını zəruri hesab edirik". M.Cuvarlinskinin həbsi haqqında akt Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü şöbəsinin rəisi Sinman tərəfindən təsdiq olunur. Aprelin 14-də isə Azərbaycan XDİK rəisi Sumbatov təqdim olunan ittiham haqqında qərarı imzalayır. Bu qərar müttəhimə yalnız iyulun 18-də çatdırılır. Çünki qərar verilən vaxt o, artıq Moskvaya şikayətə getmişdi. Ziya Bünyadovun "Qırmızı terror" kitabında SSRİ XDİK DTİ-nin dördüncü şöbəsinin rəisi Volkovun SSRİ daxili işlər komissarının müavini M.P.Frinovskiyə (bu şəxs xidmət etdiyi rejimin qəzəbinə tuş gəlmiş və 1940-cı ildə güllələnmişdir) göndərdiyi məktubun məzmunu göstərilir. Məktubda deyilir: "Bu il iyunun 24-də Azərbaycan K(b)P MK-nın katibi yoldaş Bağırov SSRİ XDİK-ə xəbər vermişdir ki, Bakıda antisovet-trotskiçi təşkilatın fəal üzvü kimi ifşa olunmuş Cuvarlinski istintaq orqanları tərəfindən axtarılır. Əldə olunan məlumata görə, hazırda Cuvarlinski Moskvada bu ünvanda: Stoleşnikov döngəsi, ev 9, mənzil 20-də yaşayır. Cuvarlinskinin həbsinə icazə verilməsini xahiş edirik". İyunun 25-də Frinovski məktuba "Həbs edilsin" dərkənarını qoyur. M.Cuvarlinskini Moskvada iyunun 25-də həbs edirlər. Onun həbsinə 2569 nömrəli order isə iki gün sonra verilir. Axtarış zamanı ondan Baş Dövlət Təhlükəsizlik İdarəsinə verilmək üçün Q.M.Malenkovun (ÜİK(b)P MK-nın Siyasi Bürosunun üzvü və MK-nın rəhbər partiya orqanları ilə iş şöbəsinin müdiri) adına göndərilmiş məktubun, A.A.Andreyevə (ÜİK(b)P MK-nın katibi, MK-nın Siyasi Bürosunun üzvü), Bağırova və "Pravda" qəzeti redaksiyasına göndərilən ərizələrin - 28 səhifəlik beş ərizənin qəbzi götürülmüşdür. Ertəsi gün SSRİ XDİK Baş DTİ-nin 4-cü şöbəsinin bölmə rəisi İ.Norko tərəfindən M.Cuvarlinski dindirilir. O, ifadələrində açıq şəkildə bildirir ki, Azərbaycan K(b)P MK-nın rəhbərliyindən və birinci katib M.C.Bağırovdan şikayətə gəlib. Əsas səbəb isə respublikanın rəhbər orqanlarında azərbaycanlıların qatı düşmənlərinin (yəqin ermənilər nəzərdə tutulurdu) kök salması ilə əlaqədar idi. Bundan sonra güclü təqiblər başlandı. İyulun 8-də Cuvarlinski xüsusi mühafizə ilə Bakıya gətirilir və təkadamlıq ayrıca kamerada yerləşdirilir. Məhbusun Bakıya gətirilməsi çoxlarını sevindirir. Çünki ilk növbədə M.C.Bağırovun əmri yerinə yetirilmiş olur. Sumbatov dərhal Bağırovun adından Baş İstintaq Qərargahına əmr verir ki, Cuvarlinski ilə hər cür rəftar etmək olar. Bütün müstəntiqlər "qatı cinayətkar"a qarşı cəzalara başlayırlar. Və bir daha: Cuvarlinskinin "günah"ı nə idi? Məsələnin bütün mahiyyəti onun həbsxanadan Stalinə yazdığı məktubda açılıb göstərilir. Maraqlıdır ki, 1945-ci ildə arxiv sənədləri saxlanılan yerdə yanğın baş verir, bir çox sənədlər məhv olur. Cuvarlinskinin göy mürəkkəblə qələmə aldığı, qəlbinin fəryadını ifadə etdiyi və əsl həqiqəti gələcək nəsillərə çatdıracaq məktubunu təsadüf, yaxud hansısa bir gözəgörünməz qüvvə qoruyub saxlayır. Həmin məktubda oxuyuruq: "1936-cı ilin dekabrında Azərbaycan K(b)P MK-nın plenumunda respublika rəhbərliyinin yarıtmaz işini, nöqsanlarını tənqid etmişdim. Bu çıxışım Bağırovun qəti narazılığına və etirazına səbəb olmuşdu. Elə həmin vaxtdan mən açıqca təqibə məruz qaldım. 1937-ci il martın 14-də mən Sovetlər qurultayının partiya qrupunda çıxış edərək Azərbaycan SSR Konstitusiyası layihəsinə bəzi düzəlişlər etdim. O zaman Bağırov əleyhimə qalxaraq məni qatı millətçilikdə günahlandırdı. 1937-ci il martın 19-da Azərbaycan K(b)P MK-nın plenumu Bağırovun təklifi ilə məni MK-nın bürosundan, martın 20-də partiya işindən xaric etdi. Bütün bu çirkinliyə dözməyib Moskvaya gəldim və Malenkovun qəbuluna düşəcəyim günü gözlədim. Onun qəbulunda 1937-ci il iyunun 27-si və ya 28-i olmalı idim. Lakin iyunun 25-də gecə SSRİ XDİK-in nümayəndələri mənzilimə gəlib məni həbs etdilər. Artıq altıncı gündür ki, Butırski həbsxanasındayam. Budur, təmiz və namuslu bir bolşevik olduğum halda həbsxanaya düşmüşəm. Bu, təsadüfi deyil, Az.K(b)P MK rəhbərliyində yuva salmış çirkin əməllərin nəticəsidir və Bağırov isə bu yuvanın hörümçək toruna düşmüşdür. Mən Az.K(b)P MK rəhbərliyindəki çirkinliklərin qurbanıyam. Yoldaş Stalin! Xahiş edirəm mənə kömək edəsiniz, əks-təqdirdə Bağırov məni məhv edəcək". Bu məktubda həyəcanlı bir xəbərdarlıq harayı hiss olunurdu. M.Cuvarlinski artıq başı üstündə qatılaşan buludu, həyatı və taleyi üzərində zorakılıq aktı ilə nəticələnən irticanı görür və yenə də həqiqətə, ədalətə güvənib "birinci adam"dan yardım istəyirdi. 1937-ci il iyulun 15-də Cuvarlinski dindirilir. Təbii ki, əksinqilabi-millətçi təşkilatda iştirakını qəti surətdə rədd edir. O, sonradan DTİ-nin 4-cü şöbəsinin rəisi Sinman və bölmə rəisinin köməkçisi leytenant Şerin (azərbaycanlıların qatı düşməni) tərtib etdikləri akta qol çəkmir. Orada oxuyuruq: "Hazırkı akt tərtib olunur ondan ötrü ki, müttəhim Məmməd Cuvarlinski 1937-ci il iyulun 16-da keçirilən istintaqda hökumət rəhbərlərinin ünvanına böhtan ataraq bildirmişdir ki, Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov Cuvarlinskinin əleyhinə uydurulmuş materiallar hazırlamışdır. Azərbaycan XDİK-in rəisi Sumbatov və DTİ-nin 4-cü şöbəsinin rəisi Sinman bu işdə onun yaxın köməkçiləri olmuşlar. Müttəhim Cuvarlinski hazırkı aktı imzalamaqdan imtina etmişdir". Heç bir günahı olmayan Məmməd Cuvarlinski ona qarşı əvvəlcədən hazırlanmış uydurma faktlara inadla etirazını bildirir və "yoldaş Stalinə" yazdığı məktubdan xəbər gələcəyinə ümid edir. Cavabdan isə səs-soraq yox idiE "Günah"ını boynuna alması üçün Məmməd Cuvarlinskiyə olmazın işgəncələr verilir. Bunları sözlə ifadə etmək, dilə gətirmək çox çətindir. Amma arxiv sənədləri dindirilmələrin hansı şərtlər altında keçdiyinə şahidlik edir. DTİ-nin keçmiş əməkdaşı İ.M.Krotkov (1954-cü il noyabrın 30-da alınmış ifadə) bunu belə xatırlayırdı: "Bir dəfə Şerin göstərişi ilə Cuvarlinskini 5-6 müstəntiq əhatəyə alıb rezin dəyənək və burulmuş nəm döşəkağı ilə döyüb işgəncə verirdilər. Cuvarlinski küt ağrılara dözməyib yıxılır, yenidən təpik və yumruqla ayağa qaldırıb vururdular. Bütün bunlar təhqir xarakteri daşıyırdı. Sonra isə bunu əyləncə məqsədi ilə edirdilər. Verilən işgəncələrin nəticəsində Cuvarlinski tam taqətdən düşürdü, yarışüurlu vəziyyətdə özünə heç bir hesabat vermədən istənilən sənədə, ifadəyə qol çəkirdi. Şer, Kolya, Musatov, Mədət Həsənov, Mustafa Mustafayev və mən Cuvarlinskiyə olmazın işgəncələr vermişik. 1937-1938-ci illərdə kütləvi həbslər zamanı partiya sovet orqanlarının bütün rəhbər işçiləri, xalq komissarları və onların müavinləri tutulurdular. Məsələn, Maarif Komissarlığında beş xalq komissarı - Pənah Qasımov, Məmməd Cuvarlinski, Müseyib Şahbazov, Məmmədsadıq Əfəndiyev, Maqsud Məmmədov, habelə maarif komissarının iki müavini repressiyaya məruz qalmışdı". Azərbaycan XDİK idarəsinin keçmiş əməkdaşı S.S.Zıkovun dedikləri də bunu təsdiqləyir: "Xoren Qriqoryanın köməkçisi Şerin keçmiş maarif komissarı Cuvarlinskini necə döydüyünün mən özüm şahidi olmuşam. Bu barədə Qriqoryana danışdım, lakin Cuvarlinskinin döyülməsi haqqında verdiyim xəbəri Qriqoryan gülümsəməklə qarşıladıE" Bir qayda olaraq əvvəlcə müttəhimlərdən etiraf ifadəsi almaq üçün onları döyür, sonra isə əksinqilabi təşkilatın digər iştirakçılarının adlarını çəkmək məqsədi ilə əziyyət verirdilər. Ən axırda isə müttəhim həqiqətən düşmən olduğu və bunu etiraf etdiyi üçün işgəncələrə düçar olurdu. Cuvarlinskiyə qarşı da məhz bu sınanmış üsul tətbiq edilmiş, insanlıq anlayışına sığmayan münasibət göstərilmişdi. Nəhayət, Cuvarlinski Bağırov və Sumbatova "təslim məktubu" yazır. Ağrılardan və gücsüzlükdən az qala əli qələm tutmayan məhbus 1937-ci il iyulun 21-də müstəntiqlərin diktəsi ilə qələmə aldığı məktubda "etiraf edir" ki, burjua millətçiləri Ə.Qarayev, Y.Qasımov, D.Bünyadzadə, Ə.Əmiraslanov və başqalarının təsiri altına düşərək əksinqilabi təşkilata daxil olub. Daha sonra Cuvarlinski əksinqilabi təşkilata 1936-cı ilin sentyabrında Mərkəzi Komitənin mədəniyyət şöbəsinin keçmiş müdiri Mikayıl Hüseynov tərəfindən cəlb edildiyini yazır. Hətta Nuxada əksinqilabi təşkilatın rəhbəri olduğunu qeyd edir. Demə, Məmməd Cuvarlinskinin rəhbərliyi altında bu təşkilat rayonun kənd təsərrüfatı sahəsində və sənayesində ziyankarlıq işi aparmış, üsyançı kadrlar hazırlamışdır. Cuvarlinski şəxsən özü əksinqilabi təşkilata neçə-neçə şəxs cəlb etmişdir. Lakin məlumatlar müstəntiqlərə azlıq etdiyi üçün Cuvarlinski əksinqilabi "təcrübə"sini bir az da əvvəldən - 1935-ci ildən topladığını, təşkilata həmin ilin sentyabrında Ruhulla Axundov tərəfindən cəlb olunduğunu deyir. 1937-ci il sentyabrın 7-də Şer M.Cuvarlinskinin işi üzrə istintaqın başa çatması haqqında protokol tərtib edir. Sentyabrın 13-də isə Sinman M.Cuvarlinskinin təqsirləndirilməsi ilə əlaqədar ittiham qərarını yazır. O, üç əsas cinayət üzrə günahlandırılırdı: əvvəla, guya Cuvarlinski silahlı üsyan yolu ilə Azərbaycanın SSRİ-dən ayrılmasını qarşısına məqsəd qoyan, ziyankarlıq, casusluq işi aparan, partiya və hökumət rəhbərlərinə qarşı terror tətbiq edən əksinqilabi-millətçi təşkilatın üzvü idi. İkincisi, praktik inqilabi işdə fəallıq göstərərək rayondakı əksinqilabi üsyançı təşkilatın rəhbəri olmuşdur. Nəhayət, kənd təsərrüfatında və sənayedə ziyankarlıq işi təşkil etmiş, üsyançı kadrlar hazırlamışdır. Beləliklə, Cuvarlinski Azərbaycan SSR CM-in 64, 69, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirilirdi. "Xalq düşməni" adı ilə damğalanan Azərbaycanın bir çox layiqli övladları kimi, onun da taleyi 15 dəqiqədə həll olundu. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası bağlı məhkəmə iclası keçirdi və Məmməd Cuvarlinski ən ağır cəzaya - güllələnməyə məhkum olundu. Saat 21.30 dəqiqədə başlanan iclas 21.45-də sona çatdı. Cuvarlinskini heç bir günahı olmadan, heç bir cinayət işlətmədən, yalnız haqq söz dediyinə görə məhv etdilər. 1937-ci il oktyabrın 13-də ölüm hökmü yerinə yetirildi. O, tək deyildi, 12493 nömrəli istintaq işi üzrə güllələnmiş yüzlərlə Azərbaycan ziyalısı içərisində 33-cü idi. Özü yana-yana ətrafına işıq saçan bir şam ömrü yaşadı Cuvarlinski. 35 yaşında qətlə yetirildi. Yaşasaydı, nələr etməzdi?! Bir ziyalı, müəllim, bacarıqlı təşkilatçı, rəhbər işçi kimi Azərbaycana çox fayda verə bilərdi. Onun işıqlı xatirəsi xalqın yaddaşındadır. İndi hamı belə oğullara "xalq düşməni" adı verənlərin özlərinin xalqın düşməni olduqlarını yaxşı bilir.
1 note · View note
listeliyi · 8 years ago
Link
via Millət vəkili: “İnsanların çoxu 65 yaşdan sonra da işləmək istəyir” http://ift.tt/eA8V8J Musa Quliyev: “Pensiya yaşının artırılması çox doğru məsələdir” Milli Məclisin yaz sessiyasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə olunacaq. Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Millət vəkili Musa Quliyev deyir ki, Azərbaycanda insanların əksəriyyəti 65 yaşa qədər, hətta ondan sonra da işləmək istəyir: “Buna görə də pensiya yaşının 65-ə çatdırılması qərara alınıb. Dünyanın bir çox ölkələrində pensiya yaşı 65-dir”. “İnsanların pensiyaya çıxması öz istəyindən, səhhətindən, bağladığı əmək müqaviləsindən asılı olacaq. Buna görə də hər il 6 ay artırılması çox doğru məsələdir. İnsanlar psixoloji cəhətdən bu işə hazırlanırlar. Bu yaxşı düzəlişdir” — deyə o bildirib.
1 note · View note
listeliyi · 8 years ago
Link
via Əhəmiyyətli nöqtə - yataq sirlərinin kəşf edilməsi http://ift.tt/eA8V8J Özünüzü çox yaxşı hiss edin Sağlam cinsəllik haqqında çox çox məlumatınız olmaya bilər. Ancaq həyatın ən böyük zövqlərindən biri yoldaşınızla yaşadığınız təmin edici cinsi həyatın sağlamlıq artırıcı təsirlərinin olduğunu bilmənizdir. Stressdən xilas olmaq, yuxu problemini həll etmək, kalori yandırmaq yalnız bunlar görünən qisimi. İmmuniteti artırar Seks mülayim tətbiq olunduğu təqdirdə xəstə olmamanız üçün köməkçi olar. Müdafiə etmə mexanizmini qorumaq, qripi önləmək kimi təsirləri vardır. Bir universitetdə edilən araşdırmada; həftədə üç dəfə seks edən şagirdlərin digərlərinə nəzərən, immunitet sistemini artırıcı bir maddə olan IgA (İMMÜN GLOBULİN A) daha yüksək olduğu görüldü. Ağrıları azaldar Vajinal xəbərdar edilmənin ağrı maneə törədici təsiri olduqca çoxdur. Beyin, seks əsnasında narkotik təsiri yaradan endorfin çıxarar. Orgazm olanların % 80′i ağrı eşiyinin yüksək olduğunu ifadə edir. Cinsi təmin, baş ağrısı, aybaşı sancıları, oynaq ağrıları hətta xroniki ağrıların təsirini azaltmada da təsirli. Xoşbəxt ol, daha uzun yaşa Aktiv bir cinsi həyat ilə yaxşı bir bədənik və yaxşı bir evliliyiniz ola bilər. Cinsi təmin, hər hansı bir yaşdakı qadın və kişinin həyat keyfiyyətini artırır. Hətta kişilər üçün ömür uzatmaq kimi möcüzəvi təsiri vardır. Bir universitetdəki 10 illik bir iş nəticəsində ortaya çıxanlar çaşdırıcı. Cənub Gallerdə 45 ilə 59 yaş aralığındakı 918 kişidə orgazm sıxlığı və ölüm arasındakı əlaqə araşdırıldı. Bu zaman içərisində həftədə ən az iki dəfə orgazm olan kişilərin olmayanlara nisbətlə % 50 daha az ölüm riski daşıdığı bildirildi. İstifadə edin yoxsa itirərsiniz Ayda üç dəfə ya da daha çox reallaşan cinsi əlaqə, qadınlarda tez-tez görülən rəhm xərçəngi, vajinal atrofi və quruluğu önləyir. Nizamlı bir cinsi əlaqə vajinal toxumaları qoruyar və bədən içində gəzən östrojen hormonunu tarazlayar. Kişilərdə isə, prostat xərçəngi yalnız yaşla əlaqədar deyil. Sağlam bir cinsi həyat bu riski azaldar. Hormanları nizamlar Cinsi əlaqələri həftədə bir olan qadınların bədən istilik, balanssız östrojen olduqca yüksək səviyyələrdə seyr edərkən, nizamlı bir əlaqəyə sahib olan qadınlarda hormonel tənzimləmələr daha normaldır. Nizamlı seks etməyi maaş almağa bənzədə bilərsiniz. Maaşınızı bir ay götürmədiyinizdə ya da əskik aldığınızda həyatınızda olan əskikliklər seks həyatınızdakı səmərəsizlikdə də baş göstərər. İsti basması, ürək və damar narahatlıqları ilə sümük xəstəlikləri görülən təsirlərdir.
1 note · View note
listeliyi · 8 years ago
Link
via Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? http://ift.tt/eA8V8J 55.000 nəfər üzərində aparılan tədqiqatda məlum olub ki, 1-ci qan qrupuna malik olan şəxslərin xərçəng və bir çox xəstəliklərə tutulma riski daha azdır. Araşdırmanı Amerika Milli Sağlamlıq İnstitutunun professoru Araş Etemadi aparıb. İlkin nəticələrə görə, 1-ci qan qrupuna aid olmayan şəxslərin xərçəngdən ölüm halları daha çoxdur. Araşdırma zamanı qan qrupuyla mədə xərçəngi arasında əlaqə də tapılıb. Nəticələr göstərir ki, ikinci, üçüncü və dördüncü qan qrupundan olanlar birinci qan qrupu ilə müqayisədə 55 faiz daha çox mədə xərçənginə tutulur. Hansı qan qrupu daha şanslıdır? Lakin bu, o demək deyil ki, 1-ci qan qrupu bütün xəstəliklərdən sığortalanıb. Qidalanma, idman vərdişi kimi bir sıra mühüm amillər birinci qan qrupdan olanların səhhətinə ciddi təsir göstərir. Ancaq onların xəstələnmək riski nisbətən daha azdır. Daha əvvəlki tədqiqatlara görə, ikinci və üçüncü qan qruplarında demək olar ki, bütün xərçəng növlərinə rast gəlinib. Xərçəngə qarşı şanslı qan qrupu isə birincidir. Xərçəng və qan qrupları arasındakı əlaqə belədir Döş xərçəngi Bu xərçəng növünə tutulan qadınlar ilə bağlı aparılan araşdırmalar göstərir ki, 1-ci və 3-cü qan qrupuna malik olanlar müalicəyə daha sürətli cavab verir və daha tez yaxşılaşır. Beyin şişləri Bir çox beyin və sinir sistemi xərçəngləri 2-ci və 4-cü qruplarında rast gəlinir. Yumurtalıq xərçəngi Bu xərçəng növləri ikinci və dördüncü qruplarda daha çox rast gəlinir, ancaq üçüncü qan qrupundan olan insanların da xəstənlənmək ehtimalı yüksəkdir. Bağırsaq xərçəngi Bəzi növlərində qan qrupu həlledici olmur. Bağırsaq xərçənginə yol açan ən mühüm amillər qidalanma, həyat tərzi və gərginlikdir. Həzm yolu xərçəngi Dodaq, dil, yanaq, diş əti yemək borusu xərçəngləri ilə tüpürcək vəzilərində şiş xəstəliklərinin ikinci və üçüncü qrupları ilə çox yaxın əlaqəsi var. Bu xərçəng xəstəliklərinin çoxu öz-özlərinə yaranır. Bununla belə siqareti tərgitmək, spirti içkini azaltmaq və pəhrizə sayəsində xəstəliyin yaranma riskini azaltmaq mümkündür. Mədə xərçəngi 63 min xəstə üzərində aparılmış tədqiqatlara görə, mədə xərçənginin ikinci və dördüncü qan qrupları yaxından əlaqəsi var. Mədəaltı vəzi xərçəngi Mədəaltı vəzi, qaraciyər, öd kisəsi və öd yolu xərçəngləri dözümlü həzm sistemlərinə malik olan birinci qan qruplarında nadir görünür. İkinci və dördüncü qruplar yenə də ən çox risk daşıyanlar sayılır. Üçüncü qan qruplarının onlar üçün təhlükəli olan qabıqlı quru meyvələr yeməsi də bu xərçəng növlərinə tutulma ehtimalını artırır. Limfa və leykemiya Bu xərçəng növünə əsasən 1-ci qan qrupları meyllidir. Dəri və sümük Dəri xərçəngləri də ən çox birinci qan qruplarında rast gəlinir. Melanom dəri xərçənginin ən ölümcül şəklidir. Üçüncü qan qruplarının da dəri xərçənginə tutulma ehtimalı yüksəkdir. Sidik kisəsi xərçəngi Sidik kisəsi xərçəngi ən çox ikinci və üçüncü qruplarında müşahidə olunur. Həm ikinci, həm də üçüncü qrupun xüsusiyyətlərində özündə birləşdirən dördüncü qan qrupu da ən yüksək risk daşıyan qrup sayılır.
1 note · View note
listeliyi · 8 years ago
Link
via Ermənilər indi də Ağdərədə yeni qəsəbə salır - Fotolar http://ift.tt/eA8V8J Mərkəzi Livanda yerləşən Erməni Kilikiya Katolikosluğunun və Qarabağdakı qondarma rejiminin maliyyə dəstəyi ilə işğal altındakı keçmiş Ağdərə rayonu ərazisində Nor Kilikiya (Yeni Kilikiya) qəsəbəsinin açılış mərasimi olub Ermənistan KİV-i xəbər verir ki, Qazançı və Kiçan kəndlərinin sərhəddində yerləşən qəsəbədə inşa olunmuş 15 yeni ev sakinlərə paylanıb. Yeni Kilikiyada hazırda daha 22 evin inşa olunduğu və gələcəkdə buranın şəhər tipli qəsəbəyə çevriləcəyi vurğulanıb.
0 notes
listeliyi · 8 years ago
Link
via Güzəştli mənzillər bu şəxslərə veriləcək — SİYAHI http://ift.tt/eA8V8J Ölkə başçısının “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 16 noyabr 2016-cı il tarixli Fərmanına əsasən “Güzəştli mənzil” elektron sisteminin yaradılması və 1 may 2017-ci il tarixindən etibarən istifadəyə verilməsi nəzərdə tutulur “Güzəştli mənzil” sistemi – elektron qaydada göstərilən dövlət xidmətlərini genişləndirmək məqsədilə agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi prosesində müraciətlərin qəbulunda və mənzil seçimində vətəndaşların rahatlığını, habelə şəffaflığı və insan faktorunun minimuma endirilməsini təmin edəcək elektron sistemdir. MİDA-dan verilən məlumata görə, “Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə sistemin əsas prinsipləri barədə məlumatlandırılma və sualların cavablandırılması işi 10 mart 2017-ci il tarixindən etibarən müvafiq “ASAN xidmət” mərkəzlərində (Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı, habelə Sumqayıt “ASAN xidmət” mərkəzlərində) təşkil olunacaq. Vətəndaşlara bu əlavə xidmət Mənzil İnşaatı Dövlət Agentliyinin və tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin internet səhifələri (www.mida.gov.az, www.mida.az), habelə “Facebook” və “YouTube” sosial şəbəkələrində müvafiq səhifələri vasitəsilə aparılan məlumatlandırılma işi ilə paralel həyata keçiriləcək. Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq. Bununla yanaşı, “ASAN xidmət”in “Çağrı” mərkəzi vasitəsilə də vətəndaşlara xidmət göstəriləcək. Onlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan stasionar telefonlardan ödənişsiz “108” nömrəsinə zəng edərək suallarına cavab tapa biləcəklər. Hazırda “Güzəştli mənzil” elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir. “MİDA” MMC-nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə 1 may 2017-ci il tarixindən etibarən “Elektron hökumət” portalında (www.e-gov.az) çalışacaq “Güzəştli mənzil” sistemi 2 pilləli olacaq:  1-ci mərhələdə sözügedən elektron sistem vətəndaşın müraciətinin qeydiyyata alınmasını, onun müvafiq kateqoriyaya aid olduğu təsdiqləndikdə vətəndaşın şəxsi elektron kabinetinin yaradılmasını təmin edəcək. Elektron kabinetə sahib olmuş vətəndaş güzəştli mənzil almaq hüququnu əldə edir.  2-ci mərhələdə vətəndaş satışa çıxarılan mənzillər barədə KİV-də tanış ola biləcək elanlarla yanaşı, şəxsi elektron kabineti vasitəsilə də bildirişlər alacaq, mənzillərin yerləşdiyi yaşayış kompleksi, binalar və mənzillərin interyeri ilə virtual tanış olmaq və seçim etmək imkanını əldə edəcək. 1 may 2017-ci il tarixində “Güzəştli mənzil” sistemi fəaliyyətə başladıqdan sonra “MİDA” MMC-nin nümayəndələri həmin “ASAN xidmət” mərkəzlərində müvafiq kateqoriyalara aid vətəndaşlara şəxsi elektron kabinetin yaradılması ilə bağlı informasiya dəstəyi göstərəcəklər. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş Qaydaya əsasən aşağıdakı kateqoriyalara aid olan şəxslər güzəştli mənzil əldə etmək hüququna malikdirlər. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: 1) şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); 2) Milli Qəhrəman (özü, əri/arvadı, övladları); 3) məcburi köçkün və ya ona bərabər tutulan şəxs; 4) ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; 5) ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs; 6) fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs; 7) idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer); Bununla yanaşı, yaşından və ailə vəziyyətindən asılı olmayaraq, aşağıdakı şəxslər də güzəştli mənzil əldə etmək hüququna malikdirlər: 1) elmlər doktoru elmi dərəcəsi olan şəxs; 2) ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs; 3) ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla); 4) ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
1 note · View note
listeliyi · 8 years ago
Link
via Azərbaycandan şok Qarabağ bəyanatı - Danışıqlar dayandırıldı http://ift.tt/eA8V8J Ermənistanın yeni siyasi manevrə keçdi. "Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb". APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik".
0 notes
listeliyi · 8 years ago
Link
via Sarkisyanın hərəkəti Moskvanı özündən ÇIXARTDI: Putindən QARABAĞ CƏZASI http://ift.tt/eA8V8J Ermənistan prezidenti Serj Sarkisyanın Avropada Avropa Komissiyasının başçısı Donald Tusk və NATO-nun baş katibi yens Stoltenberqlə görüşü Rusiyada qəzəblə qarşılanıb. Rusiyalı ekspertlər bunu Sarkisyanın Moskvaya şantajı kimi şərh ediblər. Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev Sarkisyanın fitnəkar siyasi oyun oynadığını deyib: "Ermənistan güman ki, Rusiyadan Dağlıq Qarabağ məsələsində daha dəqiq erməniyönümlü mövqe istəyir. Hansı ki, Moskva bunu edərsə, münaqişə zonasında böyük gərginlik yaranacaq". Ekspert hesab edir ki, Sarkisyanın Avropa səfərləri həm də seçki kampaniyasına hesablanıb. "Qarabağda "aprel döyüşləri", həmçinin, girovların alınması kimi hallar Ermənistan cəmiyyətində Sarkisyana qarşı narazılıq yaradıb. Bu gün erməni ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsi kifayət qədərdir", - deyə o bildirib. Prezident Putinin nümayəndəsi hesab olunan Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, Moskva İrəvanın bu gedişinə üzdə reaksiya verməyəcək. Lakin o, Sarkisyanın Avropa səfərinin başqa məqsədə də xidmət etdiyini diqqətə çatdırıb. "Sarkisyan Brüsselə Dağlıq Qarabağ münaqişəsində Avropanın mövqeyini neytrallaşdırmağa getmişdi. Çünki təkcə Rusiya yox, Avropa da Qarabağ prosesinin donunun açılmasını İrəvandan tələb edirlər. Hər kəs yaxşı bilir ki, münaqişəni Ermənistan dondurur. Nə vaxt ki, "Kazan düsturu" üzrə razılaşma imkanı yarandı, İrəvan geri çəkildi. Ehtimal ki, Sarkisyan Brüsseldə Avropanın Qarabağla bağlı təzyiqini azaltmağa çalışıb. Lakin Avropa İttifaqı həll olunmamış bu münaqişəni hələ də region üçün təhlükə olaraq görür", - deyə o bildirib.
0 notes
listeliyi · 8 years ago
Link
via 54 yaşlı aktrisadan EHTİRSLI RƏQS - VİDEO http://ift.tt/eA8V8J Türkiyəli aktrisda Yonca Evcimik yaradıcılığının 40 illiyini dostları ilə birlikdə klubda təmtəraqlı şəkildə qeyd edib. 54 yaşlı aktrisa və rəqqas doğum günündə etdiyi dirək rəqsi ilə hər kəsi təəccübləndirib. Əyninə parıltılı dəridən paltar geyinən aktrisa olduqca seksual hərəkətləri ilə diqqət çəkib. Yonca Evcimik verdiyi açıqlamada özünü gənclik illərindəki kimi gümrah və enerjili hiss etdiyini etiraf edib.
0 notes
listeliyi · 8 years ago
Link
via Məşhur aktrisanın lüt görüntüləri YAYILDI - FOTO (18+) http://ift.tt/eA8V8J Avstraliyalı aktrisa Nikol Kidmanın hamam səhnələri böyük müzakirələrə səbəb olub. “Big Little Lies” (Büyük kiçik yalanlar) serialında 49 yaşlı aktrisanın cəsur səhnələri diqqəti çəkib. Qeyd edək ki, serial avstraliyalı yazıçı Liane Moriarynin eyni adlı romanı əsasında çəkilib. Film xoşbəxt görünən üç qadının bir cinayət hadisəsi ilə yollarının kəsişməsindən bəhs edir. Serialda Kidmandan başqa, Riz Uizerspun, Şeyilen Vudli və Zoe Kravitz yer alıb.
0 notes
listeliyi · 8 years ago
Link
via Diqqət! Azərbaycanda bu şəxslərin BORCLARI SİLİNDİ http://ift.tt/eA8V8J Ailələrə maddi yardımlar edilib, kredit borcları bağlanıb Dənizdə itkin düşən neftçilərin ailələrinə maddi yardım edilib. ARDNŞ-in "Azneft" İstehsalat Birliyinin (İB) N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşənlərin ailələrinə SOCAR və müvafiq dövlət qurumları tərəfindən müxtəlif maddi yardımlar göstərilib. Bu yardımlar kateqoriyasına görə, SOCAR tərəfindən iki dəfə olmaqla 9 ailəyə hər dəfə 1 000 manat ümumilikdə, 2 000 manat maddi yardım göstərilib. İtkin düşənlərdən ilk tapılan vəfat etmiş neftçi İlham Qafarovun ailəsinə isə 3 000 manat maddi yardım göstərilib. "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı NQÇS-nin 3 saylı Neft-Yığma Məntəqəsinin işçilərinin banklara olan qalıq borclarının ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib. İtkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Cavid Həyətxan oğlu Bəhrəmovun – "Dəmirbank" ASC-yə 7 000 manat, "Unibank" ASC-yə 3 063 ABŞ dolları ödənilib. İtkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Samir Atabala oğlu Əsədovun – "Unibank"a 258 manat, "Bank of Baku"ya 173 manat, itkin düşmüş 4-cü dərəcəli əmtəə operatoru Azay Hacıbala oğlu Zülfüqarovun həyat yoldaşı Çimnaz Qaraş qızı Zülfüqarovaya 12 oktyabr 2016-cı il tarixli 58 saylı müqavilə ilə "Sumqayıt" MTK-dən Sumqayıt şəhəri, S.Vurğun küçəsində tikilməkdə olan yaşayış binasından 63,7 kv.metr sahəsi olan 2 otaqlı ayrılmış mənzilə görə "Sumqayıt" MTK-yə 38 800 manat qalıq dəyərinin ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib. 27 dekabr 2016-cı il tarixində İlham Əlhüseyin oğlu Qafarovun həyat yoldaşı Rəsmiyyə Qafarova N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona birdəfəlik 2 100 manat məbləğində yardım göstərilib. Bundan başqa, SOCAR-ın sərəncamına əsasən hər bir ailəyə 5 000 manat maddi yardım göstərilib. Bundan əlavə, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən hər bir ailəyə 1 000 manat, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 manat məbləğində maddi yardım göstərilib. 2,5 ay sonra meyiti tapılan neftçinin adı açıqlandı İtkin düşmüş neftçilərdən Ramiz Qulu oğlu Abasovun 2 övladı, Samir Atabala oğlu Əsədovun 3 övladı, Güloğlan Hacıbala oğlu Zülfüqarovun 3 övladı, Azay Hacıbala oğlu Zülfüqarovun 2 övladı, ümumilikdə, 10 nəfər uşaq NQÇİ tərəfindən himayəyə götürülüb. Vəfat etmiş Həsənağa Hüseynağa oğlu Hacıəliyeva "Neftçi" MTK-dan ayrılmış mənzilə görə H.Hacıəliyevlə "Xalq Bank" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 31 939,33 manat məbləğində qalıq borcu "Azneft" tərəfindən banka ödənilib. H.Hacıəliyevin "Unibank"a 434 manat, "Bank of Baku"ya 5 630 manat, "Bank of Baku" (Bolkart) 1 060 manat, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Qaradağ filialına 9 998 manat məbləğində kredit borcları ödənilib. Onun həyat yoldaşı Zenfira Qırxlar qızı Hacıəliyeva N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona DFGK tərəfindən 28 fevral 2017-ci il tarixli protokolla bir dəfəlik 2 320 manat məbləğində yardım olunub. Qeyd edək ki, ötən ilin 15 dekabr tarixində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək nəticəsində N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Qəza nəticəsində neft-yığım məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Bu zamana kimi neftçilərdən 5 nəfərin meyiti tapılıb.
0 notes
listeliyi · 8 years ago
Link
via Ziynət Sali alt paltarında elə poza verdi ki... - FOTO http://ift.tt/eA8V8J Müğənni Ziynət Sali xarici görünüşü ilə seçilən müğənnilərdəndir. Cazibədar müğənni İnstagram hesabından etdiyi son paylaşımla yenə xeyli sayda bəyənmə və tərif alıb. 41 yaşlı müğənnin yataqda çəkilmiş sözügedən fotosunu təqdim edirik:
0 notes