#Davamında
Explore tagged Tumblr posts
Text
Hər “necəsən” sualının davamında mütləq bir xaiş və ya istək olur. İnsanlara biz yox, onlara verəcəyimiz birşeylər daha vacibdir.
42 notes
·
View notes
Text
ardımca gəlsin bu göy üzü.
"gökyüzü gibi bu çocukluk". anidən köhnə zamanlarda dilimdən düşməyən alıntı gəldi ağlıma, davamında bir cümlə daha vardı da xatırlayanda qeyd edəcəyəm.
5 notes
·
View notes
Text
İstifadə et, at və davamında yara bandı olmaq vəziyyəti və ya əksinə sırf yalnız olmamaq üçün birlikdə olan insanları gördüyümə görə.
2 notes
·
View notes
Photo
I İnsanların din əxlaqını yaşamamaları üçün gətirdikləri bəhanələrdən biri də fiziki problemləridir. Məsələn, Allaha ibadət etməyə istəksiz olan insan, əslində, xəstə olmadığı halda, “xəstəyəm, yorğunam” kimi bəhanələrlə özünü və ətrafındakıları aldadır və məsuliyyətini yerinə yetirmir. Halbuki, unutmamalıdır ki, Allah hər şeyi bilir. İnsanın heç bir hərəkəti, heç bir düşüncəsi Allahdan gizli qalmaz. Ağlından keçən hər düşüncə, ürəyində hiss etdikləri və düşüncələrində gizli olanları Allah bilir. Quranda xəbər verildiyi kimi: … Şübhəsiz ki, Allah qəlbdə olanları biləndir. (Ali İmran surəsi, 119) Amma dindən və Quran əxlaqından uzaq insanlara Allahın razılığını və cənnətini qazanma fürsəti verilmiş ikən fiziki problemlərini bəhanə edib ibadətlərini etməz, nəfsə tabe olarlar. Bu səmimiyyətsizliyin qarşılığını isə axirətdə çətin əzab olaraq alarlar. Çünki Allahın əmrlərini yerinə yetirməmə haqqında qarşıya qoyduqları bəhanələrdə səmimiyyətsizdirlər. Həqiqətən, fiziki problemləri olsa belə, Quranda bu kimi hallarla əlaqədar bir çox asanlıq tanınmışdır. Məsələn, oruc tutmaq Allahın insanlara fərz buyurduğu ibadətlərdən biridir. Dolayısilə, insanlar Allahın bu hökmünü yerinə yetirməklə məsuldurlar. İnsanların bu ibadəti yerinə yetirə bilməyəcəkləri halları isə yenə Allah ayəsində açıq şəkildə bildirmişdir: (Oruc tutmaq) sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz! (Bəqərə surəsi, 184) Bu ayədən göründüyü kimi, Allah səfərdə olanın, xəstənin vəziyyətini xatırlatmış və onlara oruc ibadətini yerinə yetirmə haqqında asanlıq göstərmişdir. Ayənin davamında da qulları üçün ən xeyirli olana diqqət çəkmişdir. Bir sonrakı ayəsində isə Allah yenə orucla əlaqədar bir asanlıq daha bildirmiş və bəndələri üçün həmişə asanlıq dilədiyini xatırlatmışdır: (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #ibadət #cəhd https://www.instagram.com/p/CoKkJhZoO-8/?igshid=NGJjMDIxMWI=
1 note
·
View note
Text
Sarri
Avropa Liqasının son turunda “Feyenoord”un qonağı olan “Latsio” yerli azarkeşlərin böyük təzyiqinə məruz qalıb. Metbuat.org xəbər verir ki, bu haqda oyunsonrası mətbuat konfransında danışan İtaliya təmsilçisinin baş məşqçisi Mauritsiu Sarri niderlanlı tərəfdarların onların üzərinə “sidik torbaları” atdığını iddia edib: “Feyenoord” azarkeşləri ehtiyat oyunçular skamyamızın üstünə sidik kisələri…
View On WordPress
#Davamında#düşüb#epizodunda#Əvəzində#Feyenoord#futbolçu#görmək#istərdim#Kanselyeriyə#kobudluq#Konfrans#Liqasına#Midtüllan#mübarizəni#oyunçular#pozuntusu#qarşısında#qaydadır#səbəbindən#şəkildə#skamyamın#təzyiqə#üstünlük#vərəqə#yenidən
0 notes
Text
Problemlərim
Psixoloji baxımda artıq yoxam. Nə qədər normal davranmağa çalışsam da bəzən alınmır və açıq açıq bilir bu durum. Ruhi xəstəyəm. Bəli şizofreniya başlanğıcı var və hər keçən gün daha da ağırlaşır. Doğrusu bu günə kimi bundan demək olarr ki kimsəyə açıq açıq bəhs etməmişdim amma artıq saxlamaq istəmədim. Və davamında əsəb sistemim dəhşət həssasdır. Bir insanın nəfəs almasına belə əsəbləşə bilirəm. Sağlamlıq problemlərim var ki bəziləri artıq aşılmazdır. Miqrendən əziyyət çəkirəm ki, bunun müalicəsi yoxdur. Sinir sistemimdə boşalma var ki bəzən yeriyə bilmirəm belə. Nevrozdan əziyyət çəkirəm. Gözlərimdə allergiya var. Müalicə alsam belə artıq təsir etmir. Şəxsi həyatımda aşırı problemlər var ki, artıq həll etməyə belə çalışmıram.
Bütün bunları topladıqda çəkilməz biri olduğumu başa düşürəm. Məndən nifrət edənlərə haqq qazandırıram. Bəli bütün bunlarla baş etməyə çalışıram amma bəzən alınmır və kənardan çox itici biri kimi görünürəm. Duyğusuz, hissiz davranışlarım belə bunlara bağlıdır. Bir çox şeyi ciddiyə almıram və bəzən insanlar "Həyat sənə çox gözəl və rahatdır, kaş sənin kimi ola bilsəm." deyir. Əslində isə bütün bunlarla birgə digərlərini də ciddiyə alsam sadəcə cismimin gəzdiyi dünyada o belə qalmayacaq. Ciddən bunları oxuduqdan sonra yenə mənim kimi olmaq istəyirsiniz?
Bütün bu dediklərimi bir daha bir araya topladım və "İnsanlar məni niyə sevsin ki? Məni niyə həyatlarına alsın ki? Bu qədər problemli birini kim istəyər ki?" dedim. Və bu ilk deyişim deyil. Hər dəfə düşündüdə bunları deyirəm və hər dəfə haqqlı cavablar tapıram. Kimsə sevmir, bəli, kimsə həyatına almaq istəmir, bəli, kimsə istımir, bəli. Bəli bu ruh xəstəsini kim niyə istəsin ki? Hər kəs haqqlıdır. Bu qədər pis biri olduğum üçün məni bağışlayın. Bu mənim günahım deyildi.
18 notes
·
View notes
Text
Narmalni sac içi və davamında türk paxlavası ilə samovar çayı günümü gözəlləşdirə bilərdi
21 notes
·
View notes
Text
Davam Etməlisən !
Təsəvvür edin ki, öldünüz və ruhunuz hələ də yaşadığınız evin içərisində dolanır. Siz yoxluğunuzun sevdiklərinizə və sevmədiklərinizə nə hisslər yaşatdığını öyrənirsiniz. Bir ruh olduğunuz üçün, ağlaya bilmirsiniz, heç bir emosiya yoxdur. Sadəcə öz həyatınıza siz olmadan nəzər salırsınız. Bir ay qədər olub-bitənlərə nəzarət edirsiniz. Görürsünüz ki, ailəniz daha da qəmgin bir halda yaşayır, dostlarınız sizinlə birlikdə gəzdikləri, güldükləri yerləri boş baxışlarla izləyirlər. Sevmədiyiniz o insanlar belə, bir anda həyatlarından necə çıxdığınızı düşünüb, hələ də olub-bitənləri dərk edə bilmirlər... Günlər, həftələr keçir və bu acının kökləri dərin bir boşluğa uzanır. Sənin olduğun bir boşluğa. Həyatının davamında etmək istədiyin bütün xəyallar, yaratdığın məşğuliyyətlər yarımçıq qalır. Sən yarım qalmış bir rolda iştirak edirsən. Heç bir insanın bu rolda səni əvəz edə bilmədiyi bir hekayənin qəhrəmanı olursan.. Demək istədiyim məqam “İntihar etmək fikri ağlınıza gəlirsə, bunu düşünün ! ”
34 notes
·
View notes
Note
Təmiz və heçnəyə qarışmamış bir mindsetlə düşünə bilməyəndə, düşüncələri bu tərzdə düşünməsi üçün məcbur edən tərəf olanda, insan olmağını unutduğun halda, artıq həyata, yaşama, ölümə təəccüblə baxmadığın halda, elmdən və obyektivlikdən uzaq düşdüyün halda, sırf özünün haqlı olduğunu sübut etmək üçün hərşeyə əks çıxanda, həyatdan həyəcan almayanda, ' bəlkə də, ola bilər'ləri 'belədir, elədir, odur'lara dəyişəndə, və bunları bildiyinə baxmayaraq nəyisə dəyişməyə həvəsin olmadığın halda nə etməli?
Bu dəfə gəlin fərqli bir şey edək. Çünki bu düşüncəyə sahib biri üçün yazdığım yazıların ola bilər ki müsbətindən çox mənfisi olsun. Düşüncələri ifadə tərzi də antibiotik kimidir. Sənə mənfi kimi görünən nələrisə ortadan qaldırmaq istəyərkən bir də görürsən müsbət də əldən getdi.
Əvvəla onu deyə bilərəm ki, nə qədər biliriksə bilək, nə qədər oxuyuruqsa oxuyaq, nə qədər mənəm mənəm deyiriksə deyək, səhih əql və hisslə ölümdən sonrakı həyatı düşünən zaman ağlımıza gələn yeganə mövhum şübhə olacaq. Biri sənə ola bilər ki heç görmədiyin bir meyvə haqqında elə danışar ki tezliklə o meyvəni yemək istəyərsən, amma dad anlayışlarının fərqli mövhumlar olduğunu düşünməzsən. Hər kəs özünə gözəl görünəni öyür, almanı sevən almadan danışır, armudu sevən armuddan. Ola bilər ki birinin mədəsinə banan pis təsir etsin, amma bu o demək deyil ki banan zərərlidir. Sənin sevmədiyin bananı biri yanında yesə nə edərsən? Xoşuna gəlməz bəlkə də amma, yemə sözünü də deməzsən. Çünki onun buna ehtiyacı var və bu ehtiyac sənə pis təsir edir, ona isə xoşdur. İndi bəlkə də deyəcəksən bu insan niyə meyvə tərəvəzdən danışır amma həyat da tam olaraq belədir. Öz mədəmizin ağrısını başqasına məcburən tətbiq etməyə çalışmaqla keçir həyatımız. Bananı sevirik, yeyirik, hələ doymayıb reklam da edirik, amma bilmirik o şəxs bu bananı yeməyə hazırdırmı? Bəlkə elə onu zəhərləyən məhz bu banan olacaq? Ola bilər banan möhtəşəm meyvə olsun, zərərsiz olsun, bəs o insanın orqanizmindən xəbərdarlıqmı? Öz həyatımızı yaşaya bilmirik. Orqanizmi hazır olmayan biri bananla da, almayla da, armudla da zəhərlənəcək. Hətta bu azmış kimi başqalarını da zəhərləyəcək. Bir ömrü sadəcə özünüzü haqlı göstərməyə sərf etsəniz sizin vəziyyətiniz meyvəsinin satılmasını illərlə gözləyən və tək məqsədi meyvə satmaq olan insana bənzəyəcək. İşin pis tərəfi də budur ki, bu meyvənin dadına baxmaq sizin ağlınıza belə gəlməyəcək. Çünki yazdığınız kimi, ağlınızda sual yaranmayacaq ki 'bəlkə almalarım qurdludur?". Siz sadəcə deyəcəksiniz - "elədir, odur, belədir". Mənim almalarım ən gözəlidir!!! Əminlik. Bu dünyada əmin ola biləcəyiniz tək bir şey nə vaxtsa öləcək olmağınızdır. Buna görə də tələsmək lazımdır. Alma satmaq yerinə həm öz həm də digər bağların meyvələrinin dadına baxmaq üçün. Sadəcə öz bağının meyvəsini dadan özünü ideal bilərmiş. İdeal olduğu üçün yox, bixəbər olduğu üçün.
Həyat belədir, insan olmaq özün almanı sevirsən deyə hamıya alma paylamaq demək deyil, insan olmaq öz zövqlərini yeri gələndə bir kənara qoymaq deməkdir. Kimsə kiməsə görə orqanizminə uyğun olmayan meyvəni yeyirsə bu sevgi yox, mədə ağrısı və davamında gələn böyük xəstəlik gətirər. Baxın indi, xəstəlik və xaos istəyirsiniz, yoxsa sevgi və insanlıq.
Bu arada sualınıza görə də təşəkkür edirəm.
11 notes
·
View notes
Text
Ev Aksesuarları Seçərkən Nələrə Diqqət Edilməlidir?
Evin dekorasiyasını tamamlayan ən vacib elementlərdən bir də heç şübhəsiz dekorativ aksesuarlardır. Bu aksesuarlar eyni zamanda bir yaşayış sahəsinə öz tərzini yansıtmağın da yollarından biridir. Bəs doğru aksesuar seçərkən nələrə diqqət edilməli, hansı ev aksesuarları seçilməlidir? Məqalənin davamında ev aksesuarları haqqında bu suallara cavab tapmağa çalışacağıq.
Dekorasiya vizual olaraq sadəcə mebel və ya divarlarla sərhədlənmir. Evin içinə daxil edilmiş hər kiçik əşya, hər kiçik detal böyük önəm daşıyır. Bu mənada aksesuarlar dekorasiya bütünlüyünü və tarazlığınə təmin etməkdə çox böyük rol oynayır.
Ev aksesuarları necə seçilməlidir?
Ev aksesuarı seçərkən bəzi önəmli nüansları diqqətə almaq lazımdır. Aksesuar seçimi edərkən zövqünüz əsas ala bilərsiniz, ancak evinizdəki digər əşyalar ilə harmoniya təşkil etməyinə mütləq diqqət etməlisiniz.
Aksesuar seçimi evinizin dekorasiya tərzi ilə uygunluq təşkil etməlidir. Evin hansı hissəsində istifadə edəcəyiniz, o hissədəki digər əşyalar ilə uyumu və istifadə edəcəyiniz yerin uygunluğu kimi kiçik detallara fikir verilməlidir.
Aksesuar seçilmlərində evinizin ümumi rənglərinə uygunluğu son dərəcə önəm daşıyır. Seçdiyiniz aksesuar vasisətislə evinizin o hissəsini cəlbedici bir guşəyə çevirmək üçün mü, yoxsa o hissəni balanslaşdırmaq üçün bir tamamlayıcı olarak mı istifadə edəcəyinizə əmin olun.
Ev aksesuarları bəzən ehtiyacları qarşılamaq üçün , bəzən isə sadəcə olaraq dekorasiya məqsədi ilə alına bilər. Nümunə verməli olsaq, misal üçün, bir pufik həm ehtiyaca əsasən, həm də bir dekor kimi istifadə oluna bilər. Aksesuarı almazdan əvvəl evinizdə belə bir əşyaya həqiqətən ehtiyac olduğundan əmin olmalısınız. Çünki, bəzən çox da gərəkli olmayan aksesuar seçimləri evin dekorasiyasında daha qarşıqı bir mənzərə yarada da bilir.
Yuxarıda qeyd etdiyimiz nüanslar artırıla bilər, lakin hansı aksesuarı almalı olduğunuzu eviniz və zövqünüz təyin etməlidir. Müəttən qəliblər xaricinə çıxaraq eviniz dekorasiyasında fərqlilik və özünə məxsusluq da yarada bilərsiniz.
Hansı aksesuarlardan istifadə edilməlidir?
Bu mövzuyla bağlı hər hansı bir xüsusi qayda yoxdur, amma əksərən istifadə edilən dekorativ ev aksesuarları arasından edilə bilər. Evinizdəki əşyalar və rəng seçimləriniz sizə hansı aksesuarları seçməli olduğunuz haqda xeyli kömək edəcəkdir.
Sadə bir misal verməli olsaq, evinizdə komod və ya dresuar istifadə edirsinizsə, bu mebelleri tamamlayacaq aksesuarlar, dekoratif güzgülər və ya şamdan kimi klassik ev aksesuarları seçilməlisiniz.
Evinizdə kitabxana varsa və kitablarınızı yanınızdan ayırmırsınızsa, kitab refleri sizin üçün doğru aksesuar seçimi ola bilər.
Romantik bir dekorativ tərziniz varsa, dekorativ şamlar və şamdanlar kimi zarif aksesuarlar dekorasiyanı tamamlamaq üçün uğurlu seçim ola bilər.
Klassik bir məkan interyeri üçün də yenə zövqünüzü əsas alaraq klassik və ya antikvar aksesuar seçimleri edə bilərsiniz.
1 note
·
View note
Text
Türkiyəli geoloq Cəlal Şəngörün bir çox elmi, fəlsəfi, dini mövzuda sayıqladığını bilirik. Təkcə Lamarkla Darvinin Təkamül nəzəriyyəsini ayıra bilməyib insanlara təkamüldən danışması nümunəsi kifayətdir. Maraqlıdır ki, başqa mövzuları çox səthi bilən Şəngörü hələ də proqramlara çıxarıb bu mövzularda söz sahibi edirlər. Burada toxunacağımız mövzu Şəngörün Big-Bang haqqında dedikləridir.
Türkiyənin məşhur proqramlarından olan "Teke-tek" proqramına qonaq olan Şəngörə Big-Bang haqqında sual verir aparıcı. Cəlal Şəngörün mövzuya girişi çox maraqlı və gülməlidir. Mövzuya "Yeməkxana dostum Stiven Hokinq" deyə başlayır. Yəni, adamla bir neçə dəfə eyni yeməkxanada olub və bunu "Yeməkxana dostum" deyə qabardır. Bucür sözlər bu geoloqda olduqca tez-tez görülməkdədir. Sanki ciddi bir əskiklik kompleksi var və bunu hansısa elm adamlarıyla eyni yeməkxanada olduğunu deyərək aradan qaldırmağa çalışır. Keçək mövzunun əsas hissəsinə.
Şəngör qeyd edir ki, Hokinq Big-Bang'dən öncə heçnəyin olmadığını deyirdi, yəni Big-Bang hər şeyin başlanğıcıdır. Məkan, zaman, maddə, enerji, hər şey bununla ortaya çıxdı. Modern fizikada bu fikir ən güclü rəy hesab olunur. Hətta ateist Harrari də məşhur "Sapiens" kitabına bunu qeyd etməklə başlayır. Lakin bu fikir ateistlərə olduqca ciddi bir zərbədir. Məkanın, maddənin, enerjinin, zamanın Big-Bang'lə ortaya çıxması onları ciddi bir problemə salır; heçnə yox idisə, nələrsə necə var oldu? Bu sualın cavabı ancaq və ancaq yaradıcı, fövqəlmaddi bir varlıqdadır. Başqacür varlıq ortaya çıxa bilməz. Ya maddə əzəli sayılmalıdır, ya da Allah qəbul edilməlidir.
Söhbətinin davamında Hokinqin fikrinin yalan olduğunu deyən Şəngör özünü elə bir çıxılmaza salır ki, fikrini heç bir şeylə əsaslandıra bilmir. Əvvəlcə aparıcının "Hokinq özü bunu inkar etdimi?" sualına, "Etmədi, amma Qara dəliklər haqqında yanıldığını dedi" kimi lazımsız, absurd, mövzuya aidiyyatı olmayan bir cavab verir. Qara dəliklərin mövzuyla heç bir əlaqəsi yoxdur. Ardınca "Müasir elm Big-Bang'dən öncə nələrinsə olduğunu deyir" desə də, bu iddiasıyla böyük bir xəta etdiyini anlayıb dərhal "ən azından nəzəri bir şeylər" var deyir. Big-Bang'dən öncə nəyinsə olduğunu demək, iddia etmək olduqca absurd bir şeydir. Çünki bunun ortada heç bir dəlili yoxdur və bu haqda deyilən fikirlər heç nəzəriyyə belə deyil, sadəcə hipotezdir.
Danışdıqca özünü çaşdıran Şəngör ən sonda daha da gülməli söhbətə girir. Dediyini əsaslandıra bilməyəcəyini gördükdə, məsələni Antik Yunanıstan filosofu Anaksimanderə aparır. Təsəvvür edin, ən modern fiziklərdən olan Hokinqin sözünü 2000 ildən daha qədim bir filosofla inkar etməyə cəhd edir. Və ən maraqlısı da budur ki, cənab Şəngör Anaksimander fəlsəfəsini də qarışdırır. Filosofun "Apeyron" fikrini kainatın əzəliliyinə əsas gətirir. Əslində isə Anaksimanderin Apeyronu qətiyyən kainatla əlaqəli deyil, hətta kainatı yaradandır. Apeyron dərkolunmaz, hüdudsuz, əzəli və əbədidir. Eynən səmavi dinlərin dediyi Allah anlayışı kimi. Yəni, Anaksimanderin Apeyronu səmavi dinlərin Allahıyla çox bənzərdir, hətta eynidir. Bəzi yerlərdə Anaksimanderin İslamın "Allahdan gəldik, Allaha gedəcəyik" fikrinin birə-biri olan "Apeyrondan gəldik, Apeyrona gedəcəyik" kimi fikirləri var. Yəni Anaksimanderin Apeyronu qətiyyən kainatın əzəli olmasına əsas vermir, əksinə filosofa görə kainatl yaradan Apeyrondur.
Proqramın Youtube linki: https://youtu.be/xmc2CKR65w4
4 notes
·
View notes
Photo
Siz heç yuxuya getməkçün içdinizmi? Sırf yata bilməkçün, beyninizdəki o səsi durdura bilməkçün günlərlə içdinizmi? Mən aylardır hər gecə içirəm. Çünki aylardı yuxu nədir bilməz oldum. Gün içində bir neçə saat yata bilirəm. O da onu gördükdə oyanıram. Çünki o yuxunun davamında onun bir daha getməsindən qorxuram. Unutmaq üçün deyil, əbədi olaraq beynimə qazımaqçun içirəm. Sırf içimdəki ağrı azalsın deyə, zəng etməməkçün, arayıb axtarmamaqçun içirəm. Bunu da içərkən yazıram. İçdiyim zaman gülə bilirəm. Sonra rəsminə baxıram içim burxulur, gözüm dolur. Nə oldu bizə sevgili? Nə oldu sənə? Sənə Qızım dedim, hamıdan fərqli bilib bir ayrıcalıq etdim, kimsəyə baxmadığım kimi baxdım, öz yaramı unudub yaranı yaram bildim, lənət olsun, özümdən çox sənə güvəndim, “bu qız ölsə də getməz!” dedim, sən niyə getdin ki? Can ağrıyır, sol tərəfimda ağrı qopur. Baş ağrıları, ürək ağrıları bir də içimdəki bu ağrı bir birinə qarışır. Mən ürəyimi açdımsa vurdu. Mənim ürəyim deşik-deşik, yara dolu. Ama sən gəldin bütün yaralarıma məlhəm oldun. Sonra getdim və elə bir yara vurdun ki, mən indi nə edəcəyimi bilmirəm. Elə çıxmaz yola girdim, bütün yollarım sənə çıxır. Səndən özgə bir yol tanımıram. Sikdiyimin məsafəsi! Məsafələrmi əngəl oldu bizə? Səni qısqanmağımmı? Səni sevməyimmi? Səni doğma bilməyimmi? Sənə güvənməyimmi? Yoxsa səni Qızım bilməyimmi? Nə əngəl oldu bizə? Əsəbi oldum, dəlilik etdim ama hər zaman sevdim. Darmadağın oldum. İncitdiysəm üzr istəyirəm ama sənsiz olmur, bil. Sənə çox ehtiyacım var. Gəl qurtar məni. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/BsldgypHAT5/?utm_source=ig_tumblr_share&igshid=13u8l02dum3c6
14 notes
·
View notes
Photo
I Ayədə möminin çəkinəcəyi üç mühüm davranışdan söhbət açılır: Zənnə qapılmamaq, Qeybət etməmək, Eyibləri araşdırmamaq... Bunlar eyni zamanda bir-biri ilə bağlı olan davranışlardır. Çünki qeybət edən, yəni bir möminin arxasınca dedi-qodu edən insan elə onun haqqında bəzi sui zənnə düşmüş olur. Bu davranışların üçünün də ortaq xüsusiyyəti möminləri incidən, möminlər arasındakı bərabərliyi və həmrəyliyi pozan, sevgini, şəfqəti və mərhəməti azaldan davranışlar olmasıdır. Bunların hamısı cahiliyyə toplumunun gündəlik həyatında adi hal almış çirkin vərdişlərdir. Cahil cəmiyyətin çox təbii qarşıladığı bu vərdişlərin əslində nə qədər qəbul edilməz və xoşagəlməz olması ayədəki qeybətlə bağlı misaldan da aydın olur. Həmçinin başqa bir ayədə də Allahın “arxada dedi-qodu edənlər” haqqında böyük bir xəbərdarlığı var. “Qeybət edib tənə vuran hər kəsin vay halına! O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! O mütləq Hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur” (Huməzə surəsi, 1-6). Məlum olduğu kimi, ayənin davamında həmin davranış tərzini mənimsəyənlərə qarşı birmənalı şəkildə cəhənnəm təhdidi var. Həmin təhdidi nəzərə aldığımız zaman, bu əxlaqın möminlərin diqqət yetirməli olduğu Qurandan kənar bir davranış olduğunu görərik. Şeytan dini inkar edənlərin bir-birinə bəslədiyi kin, həsəd və paxıllıqdan irəli gələn eyibləri araşdırmaq və qeybət kimi davranışları möminlərə müsbət göstərmək üçün, bunları dinin ayağına yazmağa çalışa bilər. Məsələn, səhv və nöqsanları olan bir möminin arxasınca dedi-qodu etməyi onun yaxşılığı və ya dinin mənfəəti üçün olan hərəkət kimi göstərməyə çalışa bilər. Halbuki Allah bu davranışı möminlərə Quranda qəti qadağan etmişdir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #zənn #zan https://www.instagram.com/p/CUr52etMTZs/?utm_medium=tumblr
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#din#zənn#zan
1 note
·
View note
Photo
Qüds niyə yenidən qarışdı? Bir neçə gün əvvəl Yahoo Newsda İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin 2020-ci il yanvarın əvvəllərində Bağdad aerportu yaxınlığında necə öldürülməsiylə bağlı xəbər çıxır. Xəbərdə İsrail kəşfiyyatının general Süleymaninin üç ayrı mobil telefon nömrəsini əldə etməsi və onu Amerika kəşfiyyatına ötürməsi və nəticədə ABŞ pilotsuz təyyarəsindən buraxılan “Hellfire” (“Cəhənnəm odu”) raketləri onun olduğu avtomobili vurması qeyd olunur. Bu xəbərdən sonra Fələstini idarə edən İran dəstəkli Hamas hakimiyyəti, İsrail ordusuyla növbəti qarşı-durmaya başlayır. Məsələ bundan ibarətdir. İran yenə də məzlumlardan öz ambissiyası və şəxsi intiqam üçün istifadə edir. Hamas lideri, sünni İsmail Haniyənin Qasım Süleymaninin Tehrandakı dəfn mərasimində iştirakını, İran dini lideri Əli Xameneyi və İranın prezidenti Həsən Ruhani tərəfindən qəbul olunduğunu unutmamaq lazımdır. İran, Fələstin münaqişəsinin davamında maraqlıdır, çünki sünni ərəblərin İsrailə qarşı mövqeyini diri saxlamaqla, regionda özünə din üzərindən qalxan formalaşdırır. https://www.instagram.com/p/COxBBjeDDnJ/?igshid=1ecsb8yrm0a9t
0 notes
Text
Show me the meaning of being lonely
İlk dәfә "Әzizim Fellini" filminin mahnısını eşidәndә mәktәbdә oxuyurdum, imkan tapan kimi filmә baxaram deyә düşünmüşdüm, onda Fellini kimdir, nәdir bilmirdim. İndi bilirәm, amma nә "Әzizim Fellini"yә baxmışam, nә dә Fellininin hansısa filminә. Vaxt olur anlıq bir hәvәs gәlir, elә bilirsәn, indi yerindәn dursan, yeni dünyalar kәşf edәcәksәn, amma bunu fikirlәşә-fikirlәşә özünә çay tökürsәn elәcә, heç o çayı da içmirsәn soyudursan qıraqda, soyuq çaydan da zәhlәn gedir, amma sonda boğazın quruyub deyә mәcbur o soyuq çayı içirsәn. Özündәn danışırsan amma ikinci şәxsin tәkindә, çünki belә daha asan gәlir vә "asan" sözünü "hasan" vә ya "asand" yazanlara әsәblәşirsәn. "Asan" sözünün yazılışını düz bilmәk dә asan deyilmiş.
İlk dәfә o mahnını eşidәndә "nәyin sevdin bu yazığın" hissәsinә fikir vermişdim, elә bil, o hissә xüsusi fәrqli deyilirdi, bәlkә, elәdir elә. Onda çox sәthi başa düşmüşdüm, amma neçә il sonra bu gün qulaq asanda hiss elәdim ki, indiyә qәdәr mәni sevәn hamıya bu ifadә ilә yanaşmışam. Bu dәfә birinci şәxsin tәkindә yazıram, üstdәki abzasdan fәrqli olaraq, amma bilmirәm, bәlkә, davamında yenә ikinci şәxsdә danışdım. Ya belә biri mәni niyә sevir düşünmüşәm, ya sevginin altında әzilmişәm. Çox sevmәk qarşındakı şәxsi әzirmiş, sәn demә. Adәtәn, düşünürlәr ki reject alan tәrәf depressiyaya düşür, onlara ürәk-dirәk verirlәr, amma digәr tәrәf dә çökә bilirmiş. Bu sistem belә olmamalı idi, niyә çox çökәn mәnәm vә niyә son zamanlar tәkliyim daha bir iyrәncdi. O qәdәr yadırğamışam ki, danışmağa söz tapmıram.
3 notes
·
View notes
Photo
Böyük Çöküş nəzəriyyəsi Big Bangdan (Böyük Partlayış) sonra genişləyən kainatı getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Alimlər büzülən kainatın sonunda “Big Crunch” (Böyük Çöküş) deyilən çox yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə bildiyimiz bütün canlıların yox olması mənasını verir. Stanford Universitetində fizika professoru olan Renata Kallosh və Andrei Lindenin bu mövzu ilə bağlı şərhləri belədir: “Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlardakı görə bilmədiyimiz hər şey protondan belə kiçik nöqtə şəklində kiçiləcək. Sanki Qara dəlik içindəsiniz… Bu enerjinin ən yaxşı tərifinin belə olduğunu tapdıq: mərhələ-mərhələ mənfi hala gələn bu quru enerji, kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək… Fiziklər Qara enerjinin mənfi enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər… Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulasiyasının ortasında ola bilərik”. Big Crunch nəzəriyyəsinə görə başlanğıcda olduğu kimi əvvəl yavaşca, lakin getdikcə sürət qazanaraq kainat içinə çəkilməyə başlayacaq. Bütün bunların davamında isə kainat sonsuz sıxlıq və sonsuz istilikdə, sonsuz kiçiklikdə bir nöqtə halına gələcəkdir. | 0999.PG / M-ZADEH (@fastnews.az) #aztagram #instagram #instagood #likeforlikes #likeme #instalike #best #son #sonxeber #sonxəbər #sonxəbərlər #bilgi #haber #sonhaber #azerbaijan #azərbaycan #azerbaycan #bakı #baki #baku #super #trend #haberler #instagt #maraq #maraqlı #maragli #enyaxsi #ənyaxşı https://www.instagram.com/fastnews.az/p/BsuWknMHaMZ/?utm_source=ig_tumblr_share&igshid=18sfvdg9zyxqx
#aztagram#instagram#instagood#likeforlikes#likeme#instalike#best#son#sonxeber#sonxəbər#sonxəbərlər#bilgi#haber#sonhaber#azerbaijan#azərbaycan#azerbaycan#bakı#baki#baku#super#trend#haberler#instagt#maraq#maraqlı#maragli#enyaxsi#ənyaxşı
0 notes