#zənn
Explore tagged Tumblr posts
Text
Şairlər gözəl şeir yazdıqları üçün...
oxucular hər yeni şeirdə şairin vəsf etdiyinin dəli kimi aşiqi olduğunu zənn edərlər.
Amma onlar bilməzlər ki,şair üçün vəsf etdiyi insanın bir önəmi yoxdur...
Əslində bütün şairlər öz yazdıqları şeirə,birini ən gözəl şəkildə vəsf etməyə aşiq olurlar)
#mən şairəm,sen eşqimsen))
Mən də sənin aşiqinəm 19🌹
76 notes
·
View notes
Text
Hansı birimiz uşaqlığını düzgün yaşaya bildi ki? Uşaq ikən hər birimizin sonsuz xəyalları olub. Başqa uşaqlara özənərdik. Özəndiyimiz uşaqlar da başqa uşaqlara özənirdi yəqin. Kimimizin oyuncaq maşını yox idi, kimimizin Barbi kuklası, kimimizin də mişqası. Sanki gələcək hər daim bir addımlığımızda idi, bizlə birgə addımlayırdı. Xəyallarımızın gerçəkləşməməsi ehtimalını əsla düşünməzdik. Hesab edərdik ki, hər zaman hər şey istədiyimiz kimi olacaq. Bu, gələcəkdə bizi daha çox üzəcəkdi. Amma bizim bundan xəbərimiz belə yox idi. Gün keçdikcə ətrafımızda gördüklərimizdən daha çox şey qatırdıq gələcəyimizə. Əslində həyatımız eyni ilə bir dəftər kimi idi. Bu dəftəri yazmağa doğulduğumuz andan başlamışdıq. Uşaqlığımızda hər gün bu dəftərə onlarla səhifə əlavə edirdik. Xəyallarımızı, sevdiklərimizi, itirdiklərimizi... Böyüdükcə anladıq ki, bəzi səhifələri boşuna yazmışıq, dəftər artıq dolub. Yazmağa səhifə qalmadığı üçün yazdığımız bəzi səhifələrdən imtina etməli idik. İmtinasına boyun əydiyimiz səhifələr isə əslində gerçəkləşməsi mümkün olmayan xəyallarımız idi. Çünki yaşımız artdıqca anlamışdıq bu xəyallarımızın gerçəkləşə bilməyəcəyini. Artıq bu səhifələri silməyin zamanı gəlmişdi. Bəlkə, asanlıqla yazmamışdıq bu səhifələri, amma geridə qoymalı idik nəticədə. Yazdığımız o qədər səhifə, qurduğumuz milyonlarla xəyal bir anda yox olmuşdu. Yazdığımız həmin səhifələri bir-bir sildikcə, həyata qarşı sevgi və istəyimiz də yavaş-yavaş tükənirdi. Zatən yazmaq istədiklərimizin neçəsini yaza bilmişdik ki, o sətirlərə? Bəlkə 5, bəlkə 10. Yazdıqlarımız yazmaq istədiklərimizin yanında heç nə idi. Hər zaman bir şeylər əskik idi yazdığımız bu sətirlərdə. Nə sevgimizi tam tökə bildik bu sətirlərə, nə də nifrətimizi. Sözlərin kifayət etmədiyi yerlərdə hisslərimizlə görünməyə çalışdıq. Güldülər hər zaman. Anlamırdılar çünki. Dəftərə yazdığımız üç-beş sətri oxusalar anlayardılar, bəlkə, amma hisslərimizi anlamırdılar, anlamaq istəmirdilər. Bizi hər zaman yazdıqlarımız qədərilə gördülər, sadəcə yazdıqlarımızdan ibarətik zənn etdilər. Oysa görünməyən, amma mövcud olan hisslərimiz o qədər çox idi ki. Bizi güldürən, kədərləndirən, ağladan və sevindirən hisslərimiz... Sadəcə gülümədiyimizi, xoşbəxt olduğumuzu gördülər. Hər zaman xoşbəxtik zənn etdilər. Fərqinə vardıq ki, qaranlıq öz işini çox yaxşı görüb. Qaranlıq göz yaşlarımızı, dərdlərimizi, bütün üzüntülərimizi çox yaxşı gizlətmişdi öz qanadları altında. Qaranlıq haqqımızda hər şeyi bilsə də, istəmədiyimiz müddətcə əsla ən zəif nöqtəmizdən vurmazdı bizi. Sanki qulağı var idi, çox gözəl dinləyirdi, amma dilsiz idi, danışmırdı. Bir sözlə, dostu olmayanın ən yaxşı dostu idi qaranlıq. Bizlər bir gün gec də olsa həyatlarımızın xəyallarımızdan daha güclü olduğunu öyrənəcəkdik. Dopdolu xəyallarımızı bir şəkildə həyatlarımıza sığdıra bildik də, kiçik həyatlarımızı bu xəyallara sığdıra bilmədik əsla. Nə dünyaya sığa bildik, nə də xəyallarımıza. Özümüzə sığındıq, öz qaranlığımıza və oranı hər şeydən daha çox sevdik.
64 notes
·
View notes
Text
Yunan mifologiyasına görə, Qədim zamanlarda biri-birini çox sevən iki gənc var imiş. Qızın adı Thispe, oğlanın adı isə Pyramus idi. Bu gənclər uşaqlıqdan bir-birilərini sevsələr də valideynləri onların birləşməyinə narazı imiş. Bu ikili ayrı qala bilmirlər və qonşu olduqlarına görə çəpərdə balaca oyuq açıb, bir-biriləri ilə gecələr söhbət edib, eşqlərini dilə gətirirdilər. Yenə gizlincə görüşdükləri gün qərara gəlirlər ki, səhərisi gün meşədəki tut ağacının altında görüşüb, qaçsınlar. Səhər açılır, Qız yəni Thispe, oğlandan əvvəl görüş yerinə çatır və tut ağacının altında oturub gözləyir. Elə bu vaxt ağzından qan axan aslanın gəldiyini görən Thispe, cəld yaxınlıqdakı mağaraya qaçıb gizlənir. Qaçarkən də boğazındakı şərfi düşür yerə. Elə üstündən çox keçmir ki, Pyramus gəlir, amma gördüyü mənzərə qarşısında donur. Dəli kimi sevdiyi qızın şərfi aslanın ağzında və şərfdən qan damcıllayır. Elə zənn edir ki, aslan Thispeni yeyib. Buna dözə bilmir və xəncərin çıxarıb, öz ürəyinə sancır. Mağarada gözləməkdən yorulan Thispe, qorxa-qorxa mağaradan çıxıb, ağaca tərəf gələrkən sevgilisini ölmüş vəziyyətdə tapır. Əvvəlcə nə baş verdiyini anlamır. Çox üzülür, ağlamaqdan bir təhər olan qız, şərfinin yarısının Pyramusun əlində, yarısının isə öz yuvasına gedən aslanın ağzında görəndə hər şeyi başa düşür və xəncəri götürüb, o da öz ürəyinə sancır ki, sevgilisinə qovuşsun. Elə bu anda yunan tanrıları, bu eşqi ölümsüzləşdirmək istəyiblər və altında canlarını fəda etdikləri ağacı, bu ikiliyə həsr ediblər. Belə ki, Pyramusun qanını ağacın meyvəsinə, Thispenin gözyaşlarını isə ağacın yarpaqlarına çeviriblər. O gündən bəri qara tutun çıxmayan ləkəsini yəni Pyramusun qanını, ağacın yarpaqları yəni Thispenin göz yaşları təmizləyir.
25 notes
·
View notes
Text
Hər yaşda olunmalı şeyləri mütləq edin. Özünüzü ağıllıymış kimi göstərib etmədiyiniz şeylər sizi hökmən tapar və özünü etdirmədən yaxanızı buraxmaz bu həyatda. Çünki, həyat onu daha tez anladığını zənn edənlərdən çox pis alar qisasını. Hər yaşın axmağlığı belə olsa həmin yaşda etmək lazımdır.
23 notes
·
View notes
Text
Keçmişin unutduğunu zənn etdiyin bir parçası gəlib bir anda qabağına çıxanda anlayırsan əslində heç vaxt unuda bilməyəcəyini.
44 notes
·
View notes
Text
Zənn edildiyi kimi sosyal biri deyiləm, həmçinin hər zaman gülərüz,pozitiv də ola bilmirəm.Bəzən heç kimlə görüşmərəm,evdən çölə belə çıxmaq insana yük kimi gələr. Bol bol özümə yüklənərəm, mesajlara cavab vermərəm,telefonla danışmaq belə həmin an çox çətin gəlir. Heç bir şey etməsəm də ,dünyanın ən yorğun insanı olaram.Amma hər zaman deyil, bəzən beləyəm :)
68 notes
·
View notes
Text
İnsan ən asan özünü aldadır. Unutdum zənn edər, unuda bilməz. Düşünmürəm zənn edər, düşünər. Acımır zənn edər, acıyar, acıdar.
55 notes
·
View notes
Text
Hər kəs bir-birinə sevdiyi qədər yaxındır əslində. Nə olsun sənlə birgə yanında deyil. Əgər sən yaxın ola bilmirsənsə, hiss etdiklərin səni ona aparmır hətta apara bilmirsə ya bəlkə zənn etdiyin qədər güclü deyillər. Çünki səni sevdiyinə yaxınlaşdırmayan sevgi, buraxmağa dəyərdir əslində. Özünün qabağını bağlama yəni sevgivin qarşısında durma. Özünü nəyəsə məcbur eləmə ürəyinə qulaq as. Qəlbən sev və heç tərəddüd etmədən olacaqlara inan.
24 notes
·
View notes
Text
Hər düşdüyündə böyüdüyünü zənn edən içimdəki o kiçik qız, deyəsən heç vaxt çərpələng və rəngli şar gördükdə parıldayan gözlərini durdura bilməyəcəkdi..❤️🩹
23 notes
·
View notes
Text
Bəzən yaşadığım şeylərin həqiqətən yuxu olduğunu zənn edirəm.
17 notes
·
View notes
Text
Görünüşə həddindən artıq önəm verilən, səthiliklərlə dolu olan və yaşamın çox surətli keçdiyi bir dövrdə yaşayırıq. Hər şey çox dayazdır, heç kəsi dərinliklər maraqlandırmır. Hər kəs çox səbrsizdir, heç kəs gerçəkdən sevmir, heç kim gözləmək istəmir, daim təlaş içərisindəyik. Gerçək sevgi, hörmət, dəyər nadir rastlanan bir şey olub. Bir çox şeyə çata bilməyəcəyimiz düşüncəsindəyik. Bunun üçün gözləməyə kifayət etməyəcək qədər səbrsizdir insanlar, gerçək sevgini verə bilməyəcək qədər qəlbsiz, ruhsuzdur insanlar. Çox seçim var zənn edirik. Halbuki eyni tip şəxslərlə oxşar şeyləri oxşar paradokslarda yaşayırıq. Zənn edirik ki, gedəcək yerimiz çoxdur. Bəlkə də, elədir. Bəs qalacaq yerimiz?
64 notes
·
View notes
Text
İtirmədən anlamır insanlar xoşbəxtliyini, sağlamlığını, dostluqlarını. Xoşbəxt ikən heç nəyi düşünmür, həyat həmişə belə olacaq deyə düşünür. Dünyada pis şeylər yoxmuş, olmayacaqmış kimi. Hər zaman üzü güləcəkmiş kimi. Xəbərləri, filmləri izlərkən kədərlənir gördüklərinə, öz başına gələ biləcəyini belə düşünmür. Bir gün birini çox sevəcəyi gəlmir heç ağlına, onu itirib də izləməklə anlamayacağı bir ağrı çəkə biləcəyini düşünmür. Sağlığını itirmədən başa düşmür sağlamlığın qiymətini. Zənn edir ki, xəstəliklər həmişə ondan uzaqda qalacaq, bəlkə qalır da. Amma sevdikləri xəstələnir bu dəfə də. Gözlərinin qabağında hər gün ölür o sevdikləri. Sonra "kaş ki qucaqlasaydım dolu dolu, kaş ki səsimi yüksəltməsəydim, kaş ki daha yaxşı davransaydım" deyə düşünür, kaş ki deyərək özünü bitirir, peşman olur, içi ağrıyır, gözləri dolur. Axıtdığı göz yaşları dərdə dərman mı? Xeyr. Təxirə saldığınız işləri həyata keçirin. Ailənizə olan sevginizi bildirin hər fürsətdə məsələn, ya da çox darıxdığınız ama qürurdan yazmadığınız o insana yazın, ya da xəyallarınızın arxasınca qaçın gec olmadan.
23 notes
·
View notes
Text
Ulduzlu gecə
Özümü bəyaz gecələrin baş qəhrəmanı kimi hiss edirəm. Gün��n eyni saatında keçdiyim küçələrdən gördüyüm insanları, işdən evə tələsmələrini, piyada keçidindən əlləri dolu paketlə keçməsini görmürəm artıq. Hava yağışlı və sakitdir. Hər zaman oturduğum avtobus dayanacaqlarının soyuq köşəsinə çəkilib binaları izləyirəm. Qarşıdakı binalardan çilçıraq rəngləri fərqli olan evlərdən insan kölgələri görürəm. Sanki, şəhər əhalisi mənim şəhərdə özümü pərişan halda gəzməyimi istəyərək evlərinə çəkiliblər. İçimdəki bir duyğunun onların bu istəyinin bəraətsizlikdən irəli sürülməyi barədə danışsada, yenədə bu onlara bəslədiyim qəzəb və sevgini nə artırar nə də azaldar. Ağlım bu gün ağzıma qoya bilmədiyim çörək loxmasına gedir. Bilmirəm məsələ çörəkdədir yoxsa məndə, ancaq o bir söz var “həyatdakı ən böyük əngəlin - insanın özü olmasıdır” deməli məsələ çörəkdə deyilmiş. Özümdəymiş. Nə edərsəm edib, özümü fizika fənninin situasiya suallarını tapmadığımı görürəm. Zatən qəbulda belə edə bilməmişdim. Bundan ötəri səbəbdə mənim o sualı həll etməkdən öncə ya həll edə bilmərəm düşüncəsi yorurdu deyə, məsələləri könül rahatlığıyla boş qoyub kitabçanın səhifələrini çevirirdim. Vicdan duyğum o boş qoyduğum sualları həll edə bilməməyimdə qalaraq digər sualları ala-bişmiş halda həll edirdim.. Fikirlərin çarpayısından ayılıb göy üzünə qonmuş ulduzlara nəzər yetirirəm. İçlərindən biri mənə göz vurur. Dayanacaq qarşısından keçənlər məni qəribə riqqətlə süzürlər. Bəziləri, bəlkə də, “heç avtobusun işlək olmayan bu vaxtında bu sərsəri burda nə gəzir deyirlər”. Bəziləri də “görəsən oğlan gəlməyən avtobusu gözləyərək nə düşünür” deyə zənn edirlər. Mən isə bu deyilənlərə məhəl qoymadan yerimdən qalxaraq, qapısında mürdəşir sifət alan yataqxanaya yol alıram..
24 notes
·
View notes
Text
Sırf qəlb qırmamaq, özümə yaraşanı etməkçün cavab vermədiyim hər kəs özünü haqqlı zənn etdi.
Dostoyevski.
24 notes
·
View notes
Text
Bəyaz quşlar uçardı, rəngarəng çiçəklərlə dolu tarlaların üzərindən. Meşə ağaclarının yarpaqları, xəfif küləklə bərabər meyvə ağaclarının çiçəkləri ilə rəqs edərdi səssizcə. Aşıb daşan çaylarda sakitləşərdi bu yerlərdə. Pislikdən, qaranlıqdan əlamət belə yox idi bu torpaqlarda. Buludlar belə ağlayanda səsi duyulmazdı, şimşəklər çaxmaz, uşaqlar qorxmazdı. Xoşbəxtliyin, sevginin, xeyirin dünyası idi bu dünya. Bir gün gecə ulduzlar və ay itdi. İldırımlar üsyan edərcəsinə gurladı, buludlar heç ağlamayıbmış kimi ağladı. Quşların qanadları qırıldı, çiçəklər soldu, yarpaqlar öz ağaclarının ayaqlarında can verdi. Uşaqlar gecədən qorxdu. Agrı və işgəncə çəkdi bütün xoşbəxtlər. Ruh özünü məhşərdə zənn etdi. İnanclar və inananlar həqiqətin qaranlığında kor oldu.
9 notes
·
View notes
Text
Bu aralar dəhşət çox düşünürəm və düşüncələrimin sonu gəlmir. Ümumiyyətlə, həyatdan artıq əvvəlki kimi həzz də ala bilmirəm. Bəlkə də yaş artdıqca məsuliyyətlərim artır deyə uşaqlıqda gördüyüm qəmli, susqun gənclərdən birinə çevrilmişəm. Bəzən yalandan necə gülürəmsə çənəm ağrıyır. Ciddən Azərbaycanda gənclik ölüb. Soyuq zarafatlar edən dostum var. O dəfə sual verdi ki, Azərbaycanda ölən metro hansıdır? Mən 20 yanvar dedim, həmçinin digər qızlar da. Cavabında isə dedi ki, gənclik metrosu. Normalda zarafatları ağlımda qalmır. Elə dediyi an yadımdan çıxır. Amma bu dediyi dəhşət çox toxundu mənə. Bəzən düşünürəm də gələcəkdə balaca uşaqlara "mən o vaxtı filan yerə getmişdim, belə dostlarım olmuşdu" deyə bilməyəcəyimi zənn edirəm. Qısacası, artıq heç kim mənə səmimi gəlmir, heç nədən zövq ala bilmirəm
37 notes
·
View notes