sanctasu
sanctasu
622 posts
Don't wanna be here? Send us removal request.
sanctasu · 7 hours ago
Text
Tənha adamlar tez üşüyür, bilirəm..
6 notes · View notes
sanctasu · 5 days ago
Text
Heç bir səbəb olmadan arzusuz yaşamağa çalışıram..
11 notes · View notes
sanctasu · 27 days ago
Text
Bura mənə əvvəlkitək maraqlı gəlmir.
13 notes · View notes
sanctasu · 1 month ago
Text
İçimdə adını qoya bilmədiyim hisslər dolaşır - nə mən onları anlaya bilirəm, nə də onlar məni
18 notes · View notes
sanctasu · 2 months ago
Text
Qar yağır. Qar yağır. Qar yağır
Qara çörək
Bəyaz pendir
Qırmızı çaxır
Qar yağır. Qar yağır. Qar yağır.
20 notes · View notes
sanctasu · 2 months ago
Text
Sevgi nə qədər balaca olarsa, mişka bir o qədər böyük olar.
19 notes · View notes
sanctasu · 2 months ago
Text
17 notes · View notes
sanctasu · 2 months ago
Text
Qoca şəhər yatıbsa, saat üçü keçibsə, Darıxanlar ordusu səni başçı seçibsə, Baş götürüb qaçıbsa gözlərinin yuxusu, İçini yandırırsa kimsəsizlik duyğusu, Yenə küləklər kimi sərsərisənsə əgər, Kədər satan gecəyə müştərisənsə əgər, Bir fotonun önündə yüz fikrə getmisənsə, Dözməyin köynəyini min tikə etmisənsə,
Asta yağış yağırsa, it hürürsə küçədə, Küləklər daha əsmir, sənə köks ötürürsə - Sən yığan nömrələri bu qəribə gecədə, Eləcə təkrar-təkrar Səssizlik götürürsə -
Gözlərin sulanırsa təkliyin zülmətində, Ürəyin sıxılırsa, dözürsənsə birtəhər – Bu çarəsiz gecədə külqabı dövlətində, Siqaret soyqırımı törədirsənsə əgər –
Buludların eşqinə, küləklərin xətrinə, İşığı tükənməyən ürəklərin xətrinə, Yaxın otur, qulas as:
Bir it hürür küçədə, səsi düşür gecəyə, Elə bil ki, darıxır, kömək istəyir, kömək. İstəyirəm boylanım pəncərədən küçəyə, Bir ağız da mən hürüm, darıxmasın o köpək...
Qismət Rüstəmov
13 notes · View notes
sanctasu · 3 months ago
Text
"Para buğdasına söykənib yatan,
Qarışqa misalı elə yorğunam"
- Şəhriyar Del Gerani
40 notes · View notes
sanctasu · 3 months ago
Text
Heçnəyə inancım qalmayıb.
14 notes · View notes
sanctasu · 3 months ago
Text
Pislər olmasa, yaxşıların qiyməti bilinməz.
16 notes · View notes
sanctasu · 3 months ago
Text
Elə bil dünyaya qayıdacağam Durnalar qayıdanda.
11 notes · View notes
sanctasu · 3 months ago
Text
Bu şəhərdə avara olmağında adı yoxdur.
12 notes · View notes
sanctasu · 3 months ago
Text
Tumblr media
Gürcü tostu.
16 notes · View notes
sanctasu · 3 months ago
Text
Yorğunluqla dostlaşdıqda başıma ağrılar girir.
12 notes · View notes
sanctasu · 3 months ago
Text
Özümüzlə barışmaq, başqalarından uzaq qalmaqdan daha çətin bir mübarizədir.
20 notes · View notes
sanctasu · 4 months ago
Text
Dekabrda aprel yoxdur
Dekabrın qaranlıq gecələrindən biri idi. Hava o qədər soyuq idi ki, binanın damında oturub səmaya baxan pişik belə öz-özünə düşünürdü: “Bu qədər tüklə niyə donuram ki?” Mən isə otağımda bir fincan çayla oturmuş, ağlımda fırtınalar əsdirirdim. Otaq yoldaşımın yuxuda, qəribə bir ritm tutaraq xoruldaması məni darıxdırırdı. Aprel haqqında yazmaq istəyirdim. Amma bir problem var idi: Dekabrdaydıq və apreldən danışmaq xəyanət kimi gəlirdi. Sanki dekabr deyirdi: “Ay bala, mən buradayam da! Niyə məni görməzdən gəlirsən?!” Bəlkə də, haqlı idi. Amma nə edə bilərdim? Dekabr soyuqluğu ilə ürəyimi sıxırdı, halbuki aprelin yüngül küləyi bir söz deyib keçirdi: “Bahar gəlir, darıxma.”
Son vaxtlar darıxmaq mənim ən sadiq dostum olub. Darıxmaq içimdəki hər nə varsa, onları çıxarıb üzə gətirir. Unutduğumu sandığım hər şey bir də xatırlanır. Keçmişdən gələn səslər, üzlər, qoxular – hamısı darıxmağın zənginə cavab verir. Darıxmaq qəribə hissdir, elə bil həm nəsə çatışmır, həm də hər şey artıqdır. Darıxmaq yüngül bir külək kimi hiss etdirsə də, çox ağırdır. Bu ağırlıqdan qaçmaq dekabr soyuğunda küçəyə çıxmamaq kimidir. Soyuğu hiss etməmək üçün paltarı daha sıx bağlasan da, soyuq sənin içində bir yerə dərinləşir. Hər addımda sanki bir az daha uzaqlaşırsan, amma hələ də o soyuğu üzərində daşıyırsan. Darıxmaq da belədir. Çox az bir zaman ərzində çox şey itirilir, amma əslində bir çox şey sənin içində bir yerə yerləşir, hər zaman arxada qalır, gizlənir.
Darıxmağın ən qəribə tərəfi budur ki, o həmişə gözlənilməz şəkildə gəlir. Bəzən bir kiçik an, bir xoş xatirə, bir söz.. və sən özünü bir anda itirmiş kimi hiss edirsən. Lakin bu itmişlik, bəzən səni özünə doğru daha güclü aparır. Yavaş-yavaş hər şeyin yerli-yerində olduğunu başa düşürsən. Hər şey, darıxdığının tam əksidir, bəlkə də, sadəcə vaxtın keçməsini gözləmək lazımdır.
Yazmaq nə qədər çətindirsə, o qədər də rahatdır. Çünki yazmaqla insan özündən qaça bilmir. Amma hər dəfə yazanda bir az daha yaxınlaşıram. Həm özümə, həm də dekabr soyuğunda gizlənmiş aprelə.
17 notes · View notes