#istərdim
Explore tagged Tumblr posts
shikhaliyevv · 8 months ago
Text
Mən uşaq olanda elə bilirdim,
Adam yıxılanda ağlayır ancaq.
Sanırdım dünyanı mənim atamın,
Çeçələ barmağı saxlayır ancaq.
Mən uşaq olanda elə bilirdim,
Seçdiyim hər maşın mənim olacaq.
Mən axı bilmirdim dünyanın özü,
Böyükkən özümə qənim olacaq.
Mən uşaq olanda uşaqlığımdan,
Tezcə sıxılardım, tezcə bezərdim.
İstərdim, tezcənə böyüyüb mən də,
Böyük adamlartək rahat gazərdim.
Mən uşaq olanda elə bilirdim,
Hər nağıl xoşbəxt bir son ilə bitir.
İndi böyümüşəm, mənim nağılım,
Hardasa beş, ya da on ilə bitir.
82 notes · View notes
dadaszdkh · 11 days ago
Text
Bu gün özümdən də yorulmuşam, elə bil, istərdim ayrı bir adam olum.
20 notes · View notes
cvdbrhm · 9 months ago
Text
yaş saçlarını hörmək istərdim,
göz yaşlarını görmək yox.
27 notes · View notes
sanctasu · 3 months ago
Text
Sentyabra zəng çatmır
Gözüm yoldadır. Qulağıma isə səs gəlir. Bütün sözlərin deformasiyaya uğrayaraq qəm deyə eşidildiyi bir səs. Avqust işığında tərpənərək özümə zülm etmiş kimi oluram. Yarı günəşli, yarı küləkli pəncərələrin tez-tez açıb-bağlandığı havalardan birindəydim. Qapı döyüldü. Qapını açdıqda üzünü heç zaman görmədiyim bir kəs dayanmışdı. Qapını nə üçün döydüyünü soruşdum. Cavab vermədi. Əlində saxladığı kağızı mənə uzadaraq, çıxıb getdi. Bu hadisə mənə “ay qərdeş, bu kağız mənə deyil axı” səhnəsini xatırlatdı. Yaxında heç cəbiş müəllimə bənzəyən adamda yox idi ki, yaxınlaşıb deyəm “bu kağız mənədir?” Kor-peşman qapını çırpıldadıb, içəri keçdim. Hər şey kinodakı kimi olsaydı, nə yaxşı olardı.
Qəribədir. Ürəyimi boşaltmağa fürsət tapmışkən, bir şeylər yazdıqca ürəyimi doldurduğumun fərqinə varıram. Danışmağı sevirəm. Lakin yavaş-yavaş danışma qabiliyyətimi də itirirəm. (nə qazanırsan ki, nə də itirirsən?) Sadəcə mövcudluğu məhdud sayda olan bir-iki bəsit vərdişlər qazanıram. Onları da vərdişlikdən qısa zamanda itirirəm. Heç nə ürəyimcə deyil. Kənardan isə elə görsənirki, hər şey ürəyimcədir, heçnəyi xatırlamıram. Bəlkə də, Nazim Hikmət haqlıydı. “Geri gəlməsi mümkün olmayanlar xatırlanmamalı”.
Yalnız itirmək qorxusu insanları daha yaxın edir. Bu cümləni hansısa yas məclisində dediklərini həzm edə bilməyən mollabaşına demək istərdim. Heç, yaxınlardan kimsədə ölmür ki, yasda mollabaşına bu cümləni deyəsən. Mollabaşıda başlasın sənə axirətdən, o dünyadan, cənnət və cəhənnəmdən eyham vursun. Mənim də könlüm açılsın. Belə söhbətləri, mübahisələri dinləməyə ehtiyacım var. Düşünməyin ki, belə cəfəng söhbətlər çayxana məkanlarında da edilir. Tərəddüdsüz çayxana məkanlarında olan dini, siyasi, mövzular bu orjinallıqdan çıxmış məclislərdən qat-qat irəlidədir. Bu cür məclislərdə insanların bir-birlərinə olan sayğısı, hörməti daha da artır. Nəyin, kimin yolunda? Mərhumun yolunda, əfsus ki. Diriyə edilməyən xətir, ölü də ortaya çıxır. Heç bu qədər saxta pafosa gərək varmı? Yalanlarla qurulmuş münasibətlər, yalanla bəzədilmiş ailələr, yalanla düzəldilmiş vəzifələr, yalançı insanlar, yalan vədlər, yalançı dolmalar, yalan cümlələr.. bu məsələ-misallar saymaqla bitməz. Hərdən bu uydurulmuş cümlələrlə Rüstəm Behrudi olmaq istəyirəm. İstəyirəm deyəm ki, “bu şəhərdə qalıb salam verməyə, vidalaşıb getməyə kimsə yoxdur”
10 notes · View notes
yagubov · 1 year ago
Text
Gözlərinizdən qəm-qüssə, kədər deyil də, sevinc və xoşbəxtlik yaşları süzülsün istərdim.
38 notes · View notes
psixologiyaze · 1 year ago
Text
“Bir gözələ gözəlliyini demək istərdim...
Güzgülərdən əvvəl.”
24 notes · View notes
taniyamiyorumkendimiw · 1 year ago
Text
Min il ömrüm olsa,
Min il səni sevərdim.
Min il mənim olsaydın,
Min il daha istərdim.
32 notes · View notes
llllllwllllll · 5 days ago
Text
təbii insan davranışlarının normal qarşılandığı bir yerdə yaşamaq istərdim
4 notes · View notes
rftdamir · 9 months ago
Text
Bir gün sənin zehnində gəzmək istərdim.
16 notes · View notes
dadaszdkh · 8 months ago
Text
Min il ömrüm olsa min il səni sevərdim, min il mənim olsan, min il daha istərdim.
23 notes · View notes
cvdbrhm · 1 year ago
Text
ağ gün istərdim saçımın qara vaxtı,
bəxtim qaralıb, saçım ağarıb artığ.
30 notes · View notes
naaraasblog · 1 year ago
Text
Səninlə yaşayib qocalmaq istərdim ,aramıza 3 cu adamlar salmasaydinn ey yar:)
24 notes · View notes
masmaavi · 10 months ago
Text
12 ya da 13 yaşım olar, bir əsər oxuyurdum, həmin əsərdə Atlantida adlı bir yerdən bəhs edilirdi. O zamanlar Atlantidanın nə olduğu barədə təsəvvürümdə nəsə canlandırmağa çalışırdım, lakin anlamırdım, elə bir yer necə ola bilərdi ki. Elə bir yer ki, bir zamanlar kiminsə xəbərdar olduğu, daha sonra əfsanəyə çevrilib artıq kimsənin bilmədiyi yerlər, əfsanədəki kimi ideal şəkildə ağılda qalan yerlər. Doğrusu, həmin əsəri daha yaxşı başa düşmək üçün yenidən oxumaq istərdim, əsərin adı ağlımda qalmadığı üçün tapa bilməmişəm. Olsun yenə də nə yaxşı ki, həmin zaman oxumuşam onu, tam anlamasam da, məni düşündürməyə sövq edib və parça-parça ağlımda qalan hissələr hal-hazırda yenə düşündürür. Deyəsən, o zaman bilmədiyim Atlantidanı indi anlamağa başlayıram, ən primitivindən mürəkkəbinə doğru getsək, kimisi üçün o bir əşyada, bir məkanda, bir ərazidə, bir insanda və hətta bir cəmiyyətdə idi. Bizim üçün ideal, sirrli sayılan, əlçatmaz, gözəgörünməyən hər şeydə…
19 notes · View notes
raya-00 · 1 year ago
Text
Həqiqi hisslərlə sevilmək istərdim
33 notes · View notes
mysticaldream · 2 years ago
Text
Mənə yalan danışmağını istərdim, əslində... Çünki insan ancaq itirməkdən qorxduğu bir şey üçün yalan danışar
23 notes · View notes
psixologiyaze · 1 year ago
Note
Salam, əgər paylaşmağınız mümkün olarsa, bir şey barədə soruşmaq istərdim. Mən də psixologiya üzrə təhsil almaq istəyirəm. Tamamən fərqli sahədir işim, həvəskar olaraq istəyirəm. Postda gördüm, sizdə ilk ixtisasınız tamam fərqli olub, bəs sonra fərqli qrupa hazırlaşaraq psixologiya üzrə təhsil almısınız?
Salam, hal-hazırdakı vəziyyəti ələ alaraq sizə deyə bilərəm ki diplom olaraq bakalavr təhsilli psixoloq, xüsusi kurslarla təhsil almış kifayət qədər sertfikatlara sahib olan psixoloqlardan fərqlənmir. Hal-hazırda fərqli ixtisas oxuyursunuzsa magistr olaraq psixologiya seçə bilərsiz və ya özəl kurslardan əldə edilən sertfikatlarla müəyyən bir mərhələyə gələ bilərsiz ki bura ölkəxarici kurs təklifləri və yüksəltmə təlimləri də daxil.
14 notes · View notes