#kobudluq
Explore tagged Tumblr posts
xosqueendemleaxtariramseni · 4 months ago
Note
Axşamınız xeyir Xoşu xala, necəsiz? Salamatçılığdı? Yenə mən. Bu gün özü yazdı, danışdıq. Mən dedimki, mən sənə qarşı kobudluq etdim, elə deməməliydim. Nəsə ürəyimdə qalmışdı demək istədim. Oda dediki, heç elə şeyi ağlına belə gətirmə nə kobudluq, o kobudluq deyildi sadəcə sən ümid vermədən birdəfəlik əlaqəyi kəsmək istədin. Sonra dediki, əsas olan indi danışmağımızdı əsasəndə görüşəcək olmağımız. Belə dedi. Yəni hələki söhbət edirik. Məndən soruşduki, görüşəcək olmağımız bir ümid mənasına gəlir? Məndə dedimki, hə. Arada səsini atır. Bu gün zəngdə etdi. Mən səs atmırdım oda zəngdə dediki bəs səs atmırsan zəng elədimki səsini eşidim. Mən ağırdan alıram. Siz demişkən nə qədər yavaş irəriləsə o qədər yaxşı. O kapitandı, xaricdə dənizdədi. Meqabaytla danışır. Mən çox qıymıram deyirəmki, ailənlə danış xərcləmə meqabaytı. Oda dediki, sən narahat olma xərclənən meqabayt olsun səninlə danışıram. Limana yaxın yerdəymişlər. İşindən danışır elə savadlı danışırki. Belə yəni. O gələnə kimi 2 həftə belə olacaq. Görək hələ görüş məsələsi nolur. Zəng eliyəndə adını görəndə bir həyacanlandım, ay Xoşu xala. İlk dəfəydi telefonda belə danışdıq. Normaldada ilk dəfədiki yazışırıq. Nömrələrimiz olmağına rəğmən danışmırdıq. Sizədə danışmaq istədim. Sizin sayənizdə oldu🩷
Axşamın xeyir, yaxşıyam sən necəsən? Ayy belə gözəl və axarında irəliləməsi elə sevindirir ki məni. İnşəAllah çox gözəl münasibətiniz olar irəliləyən zamanlarda da. Yaşlarınız neçədir? Həmişə onun yazmağını gözləmə, arada sən də yaz. Amma həmişə də yazma. Onsuz onu düşünürsən. Ay çox qəşəngsiz axıı maşallah, maşallah🥹🥹❤️🧿🧿 bəs indi necə hiss edirsən özünü?
14 notes · View notes
byvenera · 1 month ago
Text
Kobud olar deyə düşünüb istəmədiyiniz heç bir şey etməyin . Sizə də çox kobudluq edilib , amma çoxusunun heç vecinə olmayıb , özünü düşünərək rədd edib . Yəni insanlara sərhəd qoymağı bilin , istəmədiyiniz halda “Onun xətrinə dəyməsin , bu incinməsin , eybi yox qoy o etsin , mən etməsəm də olar , o xoşbəxt olsun , mən olmasam da olar” düşüncəsindən çıxın . İnsanlara “yox” deməyi bacarın . İnanın mənə , bir gün qoymadığınız sərhədlərin peşmançılığını siz çəkəcəksiniz . Hər zaman “hə” dediyiniz şeylərə bir gün “yox” deyin , görün sizə qarşı necə dəyişirlər . Öz dəyərinizi bilin , insanların sizdən öz mənfəəti üçün istifadə etməsinə icazə verməyin , bəlkə çoxusu bunu eqoistlik adlandıracaq , amma buraxın eqoist adlandırsınlar . Vacib olan sizin xoşbəxtliyinizdir , sizin nə istədiyinizdir , başqalarının bunun önünə keçməyinə icazə verməyin.
1 note · View note
metbuat · 2 years ago
Text
Sarri
Avropa Liqasının son turunda “Feyenoord”un qonağı olan “Latsio” yerli azarkeşlərin böyük təzyiqinə məruz qalıb. Metbuat.org xəbər verir ki, bu haqda oyunsonrası mətbuat konfransında danışan İtaliya təmsilçisinin baş məşqçisi Mauritsiu Sarri niderlanlı tərəfdarların onların üzərinə “sidik torbaları” atdığını iddia edib:  “Feyenoord” azarkeşləri ehtiyat oyunçular skamyamızın üstünə sidik kisələri…
Tumblr media
View On WordPress
0 notes
eccedentesiast-27 · 3 years ago
Text
Bir gün gəlir yersiz atmacalar, egoizm, kobudluq, sabahsı gün normal heçnə olmamış kimi davranır. Nə bilim yəni başa düşmürəm bu qızı. Baya-baya səbr edib altdan almışam, balacadı deyə xətrinə dəyməmişəm, pərt eləməmişəm. Tək bildiyim son bir damla səbrim qalıb onu da daşırsa heçnə də gəl indi məni saxla :D
20 notes · View notes
yf-fa · 2 years ago
Text
Cavab versəm kobudluq eləyib, hörmətsiz oluram, verməsəm saymayıb hörmətsiz oluram. Neyləsəm yarana bilmirəm. Saldım getsin.
8 notes · View notes
creansodaays · 4 years ago
Text
Gözəl insanlar, mənim heç kimlə bir problemim, dərdim yoxdur. Hər şey nə qədər bomba ola bilərsə o həddədir indi. Arada isə içimdən gələnləri yazıram heç kimə, şikayət, kobudluq etmədən, söz toxundurmağa çalışmadan. Bunları gərəkdirəcək nəsə də yoxdur
9 notes · View notes
s37sworld · 4 years ago
Text
Qadın xəyanət görürsə, deməkki dilin şirin deyil, özünü yaxşı aparmamısan bu kimi boş sözlərlə danlanırlar, elə bil xəyanət edən qadındı kimi və əsas sonrasıdı başlayırlar hərə bir tərəfdən hücuma :ailəni dağıtma, uşaqlara görə döz, özünü yaxşı apar, gələndə üzügülər ol, keçmişi unut, olan oldu daa uzatma.! 😏 Heç kim düşünmür ki bu qadın da insandı axı, necə olanları unuda bilər ki, necə heç nə olmamış kimi özünü aparsın. Qürurunu ayaqlar altına atsın və hər şeyi olmamış kimi həzm etsin. Deyirlər sevgili (yəni evləndikdən sonra) qürur olmaz, hə yaxşı mən razı nəsə kobudluq edərsə bunu bəzən keçmək olur amma xəyanəti çox çətindi keçmək, bağışlamaq, qəbul etmək. Cəmiyyətimizin xəyanətə çox qəribə baxışı var həm də kişipərəstdilər bunu da vurğulamadan keçmək istəmədim..
(buda burda qalsın)
35 notes · View notes
psixologiyaze · 4 years ago
Text
Qadının göz yaşları:
Əvvəldə qeyd etdiyimiz kimi, qadınların göz yaşı kişilərdə aqressiya törədir, çünkü onlar bu zaman həmin an üçün özlərini aciz hiss edirlər. Düzdür, kifayət qədər “gücü” olan kişi bu vəziyyətdən çox sürətlə çıxaraq, aqressiyasının üzə çıxmasına imkan vermədən, qadının bütün “ kaprizlərini” qarşılayaraq, göz yaşlarına məlhəm olur. Bəs qadının “istəkləri” kişinin “gücü” xaricində olarsa?!. Bu zaman isə xarakterindən, mənsub olduğu şəxsiyyət tipindən, “yığdığı” həyat təcrübəsindən asılı olaraq, kişinin ya “təmkini” üzə çıxır, ya xüsusi “ bacarıqları”, ya da aqressiysı və ya sizlərin qeyd etdikləri kimi laqeydlikləri və ya kobudluqları... Amma bütün bu hallarda, şüuraltı olaraq, qadınları qorumağı özlərinin borcu bilən kişilər, özlərini “ günahkar” hiss edirlər.Bəzi kişilərin göstərdiyi, aqressiya, kobudluq və ya laqeydlik isə “müdafiə” funksiyasının aktivləşməsidir.
Tumblr media
Kişilər üçün qadının göz yaşı(tez-tez təkrarlanarsa) və “isterikası” eyni anlama gəlir.Bu göz yaşları əsaslı olsa belə...Yəqin ki, çox həssas, ağlağan xanımlar:” Bəsdir, yenə başlama!”–kimi sözləri az eşitməyiblər...Məsələ burasındadır ki, təbiətcə daha “soyuqqanlı” olan kişilər,qadınların “ birdən birə” düşdükləri bu melanxolik vəziyyəti heç cür qəbul etməyib, onun bir isterika, bir “ ərkəsöyünlük” olduğunu fikirləşirlər...Başqa bir nüans...Əgər göz yaşları “mübahisə” zamanı meydana çıxırsa...Bildiyimiz kimi,emosional mübahisələrdə konflikt bir tərəfin arqumentinin tükəndiyi və ya digər tərəfi inandırmağa müvəffəq olduğu ana kimi davam edir.Düzdür, hər iki tərəfin razılığa gəldiyi kimi “ideal” vəziyyətlər də mövcuddur, amma əksər hallarda mübahisə qadının göz yaşları ilə nəticələnir.Bildiyimiz kimi, hər döyüşdə insana zərər yetirəcək, istifadəsi qadağan olunmuş fəndlər var.Qadın və kişi mübahisəsində isə bu “fənd” qadınların göz yaşıdır ki, bu “ travmadan” sonra, kişinin situasuyaya münasibət istiqamətini dəyşir.Yəni, kişi, əlbəttə ki, eyni cavab reaksiyası ilə çıxış edə bilmədiyinə görə,özünü “təcrid olunmuş” hiss edir. Axı qadını bu vəziyyətə o gətirib, çıxardıb.
40 notes · View notes
zeynm · 4 years ago
Text
Təbii ki, hər kəs öz həyatını necə yaşayır, bunu özü seçir. Amma şəxsən mən 13-19 yaşlı gəncləri məsuliyyətsiz, mədəniyyətsiz, anlayışsız, işlətdiyi vulqar ifadələrlə, pis vərdişləri ilə və zərər verdiyi insan sayısı ilə fəxr edən, kobudluğu və eqoizmi "cool" görən, ətrafa hörmət qoymağı bacara bilməyən, tək problemləri "sevgi" olmuş vəziyyətdə görmək istəməzdim. Nəticədə, biz bu cəmiyyətin gələcəyiyik. Əgər gələcək "Biz" deməkdirsə və biz gələcəyimizi də mükəmməl görmək istəyiriksə əvvəl özümüzü düzəltməliyik. "Mən nə edirəm?" bu sualı özümüzə verməliyik. İnsanlara zərər vermək yerinə hörmət qoyub, sevgi göstərməyi, tərbiyədən kəm "insanlarla" vaxt keçirmək yerinə kitabxanalara getməyi, lazımsız və boş söhbətlər, mübahisələr yerinə dünyagörüşümüzü artırmağı seçməliyik. Çünki insanı ucaldan bilinənin əksinə kobudluq, soyuqluq, hörmətsizlik deyil, mədəniyyət, hörmət, sevgi və anlayışdır.
11 notes · View notes
amrakhli · 4 years ago
Text
Ola bilsin, bir gün başa düşəcəksən ki, istədiyin qədər və ən əsası səndən gözlənilən qədər yaxşı biri deyilsən. İllərlə ətrafına hörülən “ideallar” divarı, cəmiyyət tərəfindən o divara qoyulmuş hər bir kərpic, bir gün yavaş yavaş məhv olmağa başlar. O anlarda önəmli olan özündən üz döndərməməkdir. Biz kimiksə, oyuq. Yaxşı və pis onsuz da nisbidir. Bəlkə də, səni bütöv yox, hissə hissə sevsələr yaxşıdır. Rəssamsansa, qoy rəsmlərini, musiqiçisənsə, burax mahnılarını sevsinlər. Biz bütöv bir dünyanın parçalarıyıq. Sən mahnını qatarsan, kimsə gülüşünü, digəri göz yaşını, qoy başqa biri də “yaxşı insan”lığını əlavə etsin. Hamı hər cəhətdən yaxşı ola bilməz, heç olmamalıdır da. Sən nəyisə səhv etmisənsə, bunu dərk et və düzəltməyə çalış, amma özündən qorxma. Bizi olduğumuz kimi edən təkcə doğrularımız deyil. Soyuqluq, kobudluq, vəfasızlıq, biveclik və s. qəbul olunmuş mənfi cəhətlərdir. Sadəcə olaraq, bəzi insanlar bu cəhətlərlə dünyaya gəlib onlarla da gedəcəklər.
Sağlam olun.
#AiD #Orkhanzeynalli
24 notes · View notes
validasblog · 4 years ago
Text
Bir çox oğlan həyatındakı insana şiddət göstərmədiyi üçün yaxşı bir insan olduğunu düşünür,amma ağrı üçün şiddətə gərək yoxdur.Aldatmaq incidir,kobudluq incidir,səssizlik incidir,yalanlar incidir.Yaxşı bir insan kimi davranan qəddar bir oğlandan daha təhlükəli birşey yoxdur.
10 notes · View notes
nilhuseynzade · 4 years ago
Text
Ola bilsin, bir gün başa düşəcəksən ki, istədiyin qədər və ən əsası səndən gözlənilən qədər yaxşı biri deyilsən. İllərlə ətrafına hörülən “ideallar” divarı, cəmiyyət tərəfindən o divara qoyulmuş hər bir kərpic, bir gün yavaş yavaş məhv olmağa başlar. O anlarda önəmli olan özündən üz döndərməməkdir. Biz kimiksə, oyuq. Yaxşı və pis onsuz da nisbidir. Bəlkə də, səni bütöv yox, hissə hissə sevsələr yaxşıdır. Rəssamsansa, qoy rəsmlərini, musiqiçisənsə, burax mahnılarını sevsinlər. Biz bütöv bir dünyanın parçalarıyıq. Sən mahnını qatarsan, kimsə gülüşünü, digəri göz yaşını, qoy başqa biri də “yaxşı insan”lığını əlavə etsin. Hamı hər cəhətdən yaxşı ola bilməz, heç olmamalıdır da. Sən nəyisə səhv etmisənsə, bunu dərk et və düzəltməyə çalış, amma özündən qorxma. Bizi olduğumuz kimi edən təkcə doğrularımız deyil. Soyuqluq, kobudluq, vəfasızlıq, biveclik və s. qəbul olunmuş mənfi cəhətlərdir. Sadəcə olaraq, bəzi insanlar bu cəhətlərlə dünyaya gəlib onlarla da gedəcəklər.
1 note · View note
eccedentesiast-27 · 3 years ago
Text
Kobudluq yox da sizin davranışınıza yaxın, mənim tərbiyəmə uyğun cavablarla qarşılıq ala bilərsiniz.
32 notes · View notes
arbre-sentimental · 5 years ago
Text
Hidayət mənbəyi və məhəbbət bələdçisi olmalı olan din Avropada gördüyümüz şəklə düşüb. Hamının din və Allah barəsindəki təsəvvürü kobudluq, təzyiq və istibdaddan ibarət idi. Təbii ki, belə bir davranış müqabilində insanların reaksiyası dinin kökündən inkar edilməsindən, həmçinin dinin ilk əsası, yəni Allahın inkarından başqa bir şey ola bilməzdi. Camaatın dini rəhbərləri – camaat hər halda onları dinin həqiqi nümayəndəsi hesab edir – pələng dərisi geyinib bəbir dişi göstərəndə, başqalarını kafir və fasiq adlandırmağa əl atanda, xüsusilə şəxsi məqsədlər həmin şəklə düşəndə, materializmin xeyrinə dinə ən böyük zərbə dəyir.
Mürtəza Mütəhhəri | Materializmə Yönəlmənin Səbəbləri
7 notes · View notes
capricces · 5 years ago
Text
Bir zamanlar kobudluq təəccübləndirirdi indi nəzakətli olmaq təəccübləndirir
Glamoruoss
9 notes · View notes
mrorik · 6 years ago
Text
Zülmət zülməti qova bilməz, bunu yalnız işıq edə bilər. Nifrət nifrəti məhv edə bilməz, bunu yalnız sevgi bacarar. Nifrət nifrəti, kobudluq kobudluğu artırır.
52 notes · View notes