Tumgik
#Əvəzində
metbuat · 2 years
Text
Sarri
Avropa Liqasının son turunda “Feyenoord”un qonağı olan “Latsio” yerli azarkeşlərin böyük təzyiqinə məruz qalıb. Metbuat.org xəbər verir ki, bu haqda oyunsonrası mətbuat konfransında danışan İtaliya təmsilçisinin baş məşqçisi Mauritsiu Sarri niderlanlı tərəfdarların onların üzərinə “sidik torbaları” atdığını iddia edib:  “Feyenoord” azarkeşləri ehtiyat oyunçular skamyamızın üstünə sidik kisələri…
Tumblr media
View On WordPress
0 notes
esger1i · 8 months
Text
Bəzi insanlar səni sevirəm deməz. Əvəzində "əynini qalın geyin", "yuxusuz qalma" , "özünü yorma" deyər. Ya da heç nə deməz. Baxarsan ki qoruyucu mələk kimi ətrafında dolaşar, biraz kefin qaçan kimi üzünü güldürmək üçün əlindən gələni edər, ehtiyacın olanda özünü çatdırar. Bəzi insanlar səni ağlına yox qəlbinə yerləşdirər. Haqqında tez tez düşünməz bəlkə, lakin hər daim qəlbində hiss edər. Darıxanda ağlından yox, könlündən keçirər məsələn. Başın bəlada olanda ilk o hiss edər məsələn. Bəzi insanlar toxuna bilməyəcəyin qədər uzaqda olsa da, hiss edəcəyin qədər yaxındadır. Bir də bəzi insanlar özü üçün dua edəndə sənin üçün də edər. Kim bilir, bəlkə də cəmi 10 dua haqqımız var, lakin bəzi insanlar bundan sənə pay ayırar. Qısası, bəzi insanlar ulduzlar kimidir, gəldi gedər buludların ucbatından həmişə görə bilməzsən, gözlərini yumub əlini qəlbinə qoyanda isə onları orada hiss edə bilərsən.
32 notes · View notes
huseynmammad · 1 year
Text
Yeni insanlarla tanış olmaq istəyirəm. Əyilib suya baxarkən öz əksinə heyrətlənən insanlar. Kitab oxuyarkən hər personajı beynində canlandıra bilən insanlar. Güzgüyə baxmadan evdən çıxan insanlar. Ayaq bağlarını düyünləməyi unudan insanlar. Həyatının hər anında səndən bir parça daşıyan insanlar. Hər yoldan keçənə təbəssümlə salam verməkdən utanmayan insanlar. Körpə məsumluğunu itirməyən insanlar. Daxilində fitnə-fəsad, pislik, paxıllıq, kin bəsləməyən insanlar. Qısqanclıq toxumlarını qəlbinin torpağından söküb atan insanlar. Əvəzində sevgi toxumlarını əkib ona öz nəvazişiylə yağış yağdıran insanlar. Münasibətdə olmağı lotoreya kimi görməyən və sonda da uduzmayan insanlar...🍁
64 notes · View notes
orkhanivy · 19 days
Text
doğrudan əslində bizə dəyər verən insanları göz ardı edib, əvəzində mənfəət uğruna yanımızda olan insanlara şans verməsək xoşbəxt ola bilərdik hamımız
14 notes · View notes
aysuys · 3 months
Text
bəzi insanlar özünə edilmiş yaxşılıq əvəzində minnətdarlıq etməkdənsə, bu yaxşılığın az olduğuna və daha çoxunun edilə biləcəyinini iddia edirlər
19 notes · View notes
masmaavi · 9 months
Text
Bəli, böyüklər rəqəmlərlə çox maraqlanırlar. Sent Ekzüperi yazırdı:
"Onlara təzə dost qazanmağın barədə danışanda əsas mövzu ilə bağlı suallar vermirlər. Heç vaxt səndən "Səsi necədir? Ən çox hansı oyunları xoşlayır? Kəpənək yığırmı?" kimi suallar soruşmurlar. Əvəzində "Neçə yaşı var? Neçə qardaşı var? Neçə kilodur? Valideynləri nə qədər qazanırlar? kimi suallar verirlər. Yalnız bu rəqəmləri öyrənməklə hər şeyi öyrənəcəklərini düşünürlər".
17 notes · View notes
sanctasu · 1 year
Text
Bu sətirləri "son zəng" zamanı hər kəs meydanda olub mən isə pilləkənlərdə öz fikirlərimi yazmaqla uğraşmışdım. Hər kəs tanıdıqlarım,dostlarım yanlarımdan ötüb niyə onlarla bərabər deyilsən sualını verirlər. Mən isə əvəzində istəmirəm kəlməsini deyirəm. Hələ bir müəllimim çıxmamağına səbəb maddi vəziyyətindir bəlkə deyir. Fəqət bu belə deyil. İnsanlar istəmirəm,həvəsim yoxdu kəlmələrini niyə anlamırlar. Nəisə indi isə biraz bu son gün barədə demək istəyirəm. Bu son il çox maraqlı və digər illərdən əvəzsiz keçdi. Sinif yoldaşlarım və dostlarımı daha yaxından tanıdım və onların necə fədakar, mübariz ruhlu olduqlarını bu il öyrəndim. Onlarla çox xatirələrim, danışası çox maraqlı anlarım var. Amma danışıb-danışıb bitməz dediyim sətirlərim var. Arzum budur ki, bundan sonra illərimiz qat-qat aydın və dərin mənalı olar. Hər kəsə tələbə olmağı arzu edirəm və deyəcəklərim bu qədər..
20 notes · View notes
fakhriia · 1 year
Text
evimin işıqlarını söndürdükdən sonra şamının işığına sığınacağımı düşünürdü. mən də əvəzində şəhərini işıqsız qoydum.
22 notes · View notes
gunel-25 · 11 months
Text
Bilmirəm niyə, amma onu sevdiyimi deyə bilmirəm. Əvəzində səhər tez durmağıma baxmayaraq onun gecə evə gəlməsini gözləyirəm.
17 notes · View notes
khannvaa · 1 year
Text
İnsanların beynini lazımsız rəqəmlər, lazımsız faktlarla doldurun. Onlar bir müddət sonra bundan bezəcəklər, lakin eybi yox, əvəzində onlara elə gələcək ki, onlar çox savadlıdırlar. Onlara elə gələcək ki, onlar düşünürlər, irəliyə doğru hərəkət edirlər. Lakin əslində, onlar elə yerlərində də sayacaqlar. Özlərini xoşbəxt hiss edəcəklər, çünki öyrəndikləri faktlar dəyişilməzdir, sabitdir. Onlara fəlsəfə və sosiologiya kimi güvənilməz, dəyişkən şeylər oxumağa icazə verməyin. Belə şeyləri oxumaqla, çox düşünərək nəsə bir nəticəyə gəlmək fikrinə düşə bilərlər. Bu isə melanxoliyaya və xəyalpərəstliyə aparır..
15 notes · View notes
rosesworl · 1 year
Text
Əgər bir qələtdi eliyib qız bürcü altında dünyaya gəlmisinizsə,təbrik edirəm,artıq yaşaya biləcəyiniz həyatınız yoxdu,əvəzində isə sizə heç cür rahatlıq verməyən milyonlaaarca takıntılarınız var. İnsan parktakı skamyaları da silərmi,a dostlar?? Qəribəsi budur ki,özün də belə olmaq,belə eləmək istəmirsən,amma eliyirsən...
17 notes · View notes
metbuat · 2 years
Text
Avropa çempionatı Ukraynadan alındı
Avropa çempionatı Ukraynadan alındı
Kişi voleyboçular arasında 2023-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb. Metbuat.org xəbər verir ki, bu barədə yerli Voleybol Federasiyasının prezidenti Mixail Melnik yerli mətbuata açıqlama verib. Funksioner bildirib ki, Avropa Voleybol Konfederasiyası ölkədəki müharibə ilə əlaqədar belə qərar qəbul edib. Onun bildirdiyinə görə, əvəzində Ukrayna millisinə…
Tumblr media
View On WordPress
0 notes
saboblame · 2 years
Text
Yenədə etdiyim yaxşılıqların əvəzində hörmətsizlik yedim. Dərs olar yəqinki🤦
26 notes · View notes
aykalpli · 8 months
Text
Akaki Akakiyeviç fikirləşdi, fikirləşdi və qərara gəldi ki, ən azından, heç olmasa, bir il müddətinə adi xərcləri azaltsın: axşamlar çay içməyi tərgitməli, şam yandırmamalı, lazım gələrsə, ev sahibinin otağına keçib, onun şamının işığında işləməli idi: küçədə yeriyərkən ayağını yerə asta basmalı, ayaqqabısının altlığını daşa, səkiyə çırpılmaqdan qorumalı, bundan ötrü, demək olar ki, pəncələri üstə gəzib-dolaşmalıdır; alt paltarlarını camaşırxanaya çox nadir hallarda verməli, süzülüb-cırılmasınlar deyə, evə gələn kimi onları çıxarmalı, yalnız qədimi, zamanın belə rəhm edib dağıtmadığı, öz ömrünü çoxdan başa vurmuş demikoton xalatına bürünməlidir. Düzünü desək, əvvəlcə bu cür qənaətlər etməyə bir qədər çətin öyrəşsə də, axır ki, buna vərdiş elədi və hər şey qaydasına düşməyə başladı; hətta axşamlar tamamilə ac qalmağa alışdı; əvəzində gələcək şineli barədə sarsılmaz ideyalara qapılaraq, düşüncələri hesabına ruhən qidalandı. O vaxtdan elə bil bütün varlığı təkmil bir hala gəldi, sanki evlənmişdi, elə bil bir başqasıyla birlikdəydi - yəni tək deyildi, elə bil ürək qızdırdığı bir ömür-gün yoldaşı tapmışdı, onunla həyat yolunda birgə addımlamağa razılaşmışdı və bu heç də başqa birisi filan yox, məhz həmin qalın, pambıq parçadan sırınmış, möhkəm və astarı dağılmaq bilməyən şinel idi.
#NikolayGogol #şinel
5 notes · View notes
banuulandiya · 2 years
Text
Hərdən oturub hər şeyi boşuna etdiyimi düşünürəm. Biri üçün öz canından çox darıxmaq, günlərlə xəbər gözləmək, aramız pozulmasın deyə hər şeyi görməzdən gəlmək və s. Xəbər ala bilmədiyim üçün 2 gündü aləmi bir- birinə qatırdım, dostlarına zəng edirdim. Əvəzində isə gəlib "nolub aləmi qatmısan" dedi. Bu qədər dəyər verdiyim üçün özüm özümdən utandım🥲
18 notes · View notes
rftdamir · 2 years
Text
Yaxşı nədir? - İnsanda hakimiyyət hissini, hakimiyyətə çatmaq iradəsini, hakimiyyətin özünü artıran bütün hər şey.
Pis nədir? - Zəiflikdən baş verən bütün hər şey.
Xoşbəxtlik nə deməkdir? - Artan hakimiyyət hissi, əks fəaliyyətin adlanıb keçilməsi hissi.
Məmnunluq yox, əvəzində hakimiyyətə doğru can atma, ümumiyyətlə sülh yox, əvəzində müharibə, məziyyətlər yox, əvəzində qabiliyyətlərin tamlığı (Renessans stilində mərhəmət, virtu, əxlaqdan azad olan mərhəmət). Zəiflər və uğursuzlar məhv olmalıdır: bu, insana münasibətdə bizim sevgimizin birinci müddəasıdır. Və onlara hələ bunda kömək etmək lazımdır.Hər cür qəbahətdən ziyanlı olan nədir? - Bütün uğursuzlara və zəiflərə yazığı gəlmək, hallarına yanmaq- ( Din )
12 notes · View notes