#bildirib
Explore tagged Tumblr posts
zuqan · 1 year ago
Text
Halal-haram etler haqqına qısa bir melumat vermek isteyirem.
Çoxu dinden xeberi olmadan mezheb alimlerine, imamlara uyaraq heyvan etlerine halal-haram hökmünü ortalığa atırlar. Meselen flan baliqlar haramdi, flan balıqlar halal. Ve ya dovşan etide hemçinin. Bunlar bu güne kimi çatan xurafatdı sadece. Yeni dini parçalayaraq, yeni hökmler ortalığa ataraq özlerini savadlı bir şexs kimi gösterirler. Halal ve haram olan her şey açıq şekilde Quranda Allah terefinden bizlere buyrulub.
Meselen burada mezhebçi bir şexsin fikrine baxdıqda balıqlar arasinda ferq qoyaraq halal-haram hökmünü qoyur. Ama Allah ise öz kitabında denizde ov etmeyi ve onu yemeyi bize halal buyurub.
Tumblr media Tumblr media
İkinci misalda dovşan etine haramdı deyirler. Sebebde burada yazılan caynaqlı olduğu üçün, bir terefdende heyz(aybaşı) olmasını misal getirirler.
Tumblr media
Ama Allah bize neyi haram buyurub açıqlamalı şekilde bildirib.
Tumblr media Tumblr media
10 notes · View notes
anar-abasow · 2 years ago
Text
Günəşin sahibi olduğunu bilirdiniz?
Günəşə pərəstiş edən “sun worshipers international” adlı təşkilatının qurucusu olan İspaniyalı Maria Angeles Duran adlı xanım əvvəlcə Günəşə pərəstiş etmə və tarix haqqında bir neçə kitab yazdı. Birləşmiş Millətlərin kosmik xassələri haqqındakı qanunu oxuyan Maria, qanunda “Ay və digər göy cismləri heç bir millət tərəfindən sahiblənəməz və üzərində haqq iddia edə bilməz” maddəsini araştırdı və qanunda “şəxs” yazmadığı, şəxsdən bəhs edilmədiyi üçün notariusa müraciət edən Maria, Günəşin qanuni sahibi oldu. Sənədlər onu Dünyadan təxminən 149 milyon 600 min kilometrlik uzaqlıqda olan bir ulduzun sahibi olaraq qeydə aldı. Həmçinin Maria Günəşdən istifadə edən hərkəsdən vergi almaq istədiyini və buradan gələn gəlirin 50%-ni İspaniya hökumətinə, 20%-ni dövlətin pensiya fonduna, 10%-ni təcrübə və araşdırmalara, 10%-ni aclıq probleminin həllinə və 10%-ni özünə saxlamaq istədiyini bildirib.
Maria Angeles Duran Ekvador’dakı məbədə, Latın Amerikadakı günəş enerjisi müdafiəçiliyi və gücü qeyd edən atelye çalışanları vasitəsiylə mirasını davam etdiri.
11 notes · View notes
qumrral · 2 years ago
Text
Hər kəsin içində bir qatil var.Deməli bir qrup tibb bacısını ətrafına toplayan Charles K. Hofling “astroten” deyə bir dərmanın çıxdığını və insanlara bu dərmandan 10mq artıq verilərsə, mütləq şəkildə onları öldürəcəyini bildirib. Bir həftə ərzində xəstələrə 10 mq astroten verən tibb bacıları xəstəxananın baş həkimindən gələn mesaj ilə, xəstələri öldürəcəklərini bildikləri halda şprislərə 20 mq astroten qoymağa başlayırlar.Maraqlısı isə xəstəxanada belə bir baş həkimin olmamasıdır.İnsanların əksəriyyəti hakimiyyətdən gələn əmri cinayət kimi qəbul etmir. Çünki məsuliyyət və güc hakimiyyət sahibinə məxsusdur.
9 notes · View notes
politiciansstuff · 4 hours ago
Text
Tumblr media
Qazaxıstan nəyi GİZLƏDİR? – “Rusiyadan qorxduğu üçün konkret mövqe ortaya qoymur”
“Qazaxıstan həqiqəti demək üçün Rusiyadan qorxur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında "Ana Vətən" Partiyasının (AVP) sədri, keçmiş deputat Fəzail Ağamalı bildirib.
Partiya sədri dekabrın 25-də AZAL-a məxsus olan “Embraer-190” təyyarəsinin vurulma səbəblərini şərh edib:
Onun sözlərinə görə, qəzadan dərhal sonra yayılan fotolardan bəlli idi ki, təyyarə vurulub:
“Həm də raketlə… Onun gövdəsində açılan iri deşik, qanadında əmələ gəlmiş olan yaralar, gövdəsində müxtəlif qəlpələrin yerləri, birmənalı şəkildə göstərir ki, təyyarəyə raket zərbələri endirilib. Təbii olaraq, bu məlumat kifayət deyildi. Bunun üçün əlavə sübutlara ehtiyac var idi. Yəni “qara qutu” açılmalı və bu faktlar təsdiqlənməli idi. Təyyarə vurulandan ölkə Prezidenti birmənalı mövqeyini ortaya qoydu və özünün kəskin mövqeyi ilə etiraz edib o yanaşmaları alt-üst edərək beynəlxalq səviyyəli komissiyanın yaradılmasına nail oldu. Nəticə də bəllidir”.
“Rusiyanın ayrı-ayrı səviyyələrdə həqiqəti əks etdirməyən yalan informasiyaları alt-üst edildi. Onlar isə gah quş müdaxiləsi olub, gah oksigen partlayıb kimi bəhanələr uydurdular. Oksigen partlasaydı, birinci deşik çöldən yox, içəridən ola bilərdi. Bəlli olur ki, bu, çöldən müdaxilədir. İkinci bir tərəfdən, quş müdaxilə etsəydi, təyyarənin motoruna müdaxilə edərdi ki, o da sağ-salamat idi. Əvvəlcədən Rusiyanın rəsmi orqanları bunu ört-basdır etməyə çalışdılar, məsələnin əsl mahiyyətini gizlətmək istədilər”, – deyə o, əlavə edib.
AVP sədri diqqətə çatdırıb ki. Rusiya özünəməxsus davranışlarını təyyarə qəzasında da davam etdirdi:
“Haqsızlıq, ədalətsizlik, digər ölkələrə yuxarıdan aşağı baxmaq, hamını özündən aşağı səviyyədə baxmaq və s. Lakin, onlar yanılırdılar. Onlar Azərbaycan xalqının və ona söykənmiş olan ölkə Prezidentinin iradəsi qarşısında aciz qaldılar. Cənab Prezident qəti və aydın şəkildə Azərbaycanın mövqeyini ortaya qoydu ki, bu məsələ ədalətli şəkildə araşdırılmalıdır. İlkin məlumatlara görə, təyyarənin vurulmasında, onun başqa istiqamətlərə göndərilməsində, təyyarənin idarə edilməz vəziyyətə gətirilməsində günahkarlar müəyyənləşməlidir və Azərbaycan dövlətinə və zərərçəkənlərə təzminat ödənməlidir. Yalnız bundan sonra Vladimir Putin səviyyəsində üstüörtülü şəkildə etiraf edil və Rusiyanın səmalarında vurulan təyyarəyə görə üzrxahlıq etdilər. Amma bu kifayət deyildi”.
F. Ağamalı vurğulayıb ki, Rusiya prezident səviyyəsində Azərbaycan dövləti və xalqından aydın şəkildə üzr istəməlidir:
“Bu Azərbaycan xalqının iradəsi və dəyişilməz mövqeyidir. Əgər Rusiya bunu etməsə, Azərbaycan xalqının Rusiyaya qarşı kövrək olan münasibətində çox ciddi çatlar əmələ gələcək. Şübhə etmirəm ki, bu dövlətlərarası münasibətlərdə də xoşagəlməz təsirini göstərəcəkdir. Rusiya bunu istəyirsə, biz də geri çəkilən deyilik. Rusiyanın zatən dünyada imici zədəlidir, bütün dünya onlara qarşıdır. Onların yanında olan bir dövlət var, o da Azərbaycandır. Azərbaycanla da bu baxımdan münasibətlərini korlamaq istəyirsə, bu artıq onların problemidir”.
O, Qazaxıstanın Rusiyadan qorxduğunu düşünür:
“Qazaxıstan isə əvvəldən də çox ehtiyatlı və qeyri müəyyən davranırdı, Rusiyadan çəkinirdi, lakin ölkə prezidentinin Qazaxıstan prezidentinə zəngindən sonra onların mövqeyində ciddi dəyişikliklər yarandı. İndi də ehtiyatla davranır və Rusiyadan qorxur. Ona görə də onlar konkret mövqe qoymur və bu da bizdə təəssüf doğurur. Ortada olan həqiqət Qazaxıstan tərəfindən birmənalı şəkildə etiraf edilmir. Mən əminəm ki, bu da Qazaxıstan tərəfindən aradan qaldırılacaq və təyyarəmizin Rusiya tərəfindən vurulması istintaq gedişində də təsdiqini tapacaq. Biz Rusiyadan ədalətli davranış və günahkarların qanun qarşısında öz cəzalarını almasını gözləyirik. Bunun başqa yolu, başqa izahı yoxdur”.
"Yenicag.az" saytı
Nurlan Cəfəri
05 fevral 2025-ci il
https://yenicag.az/qazaxistan-neyi-gizledir-rusiyadan-qorxdugu-ucun-konkret-movqe-ortaya-qoymur/
0 notes
gunayagamali · 2 days ago
Text
Tumblr media
Deputatdan etiraz:
“Garo Palyanın tarixi təhrif edən sərsəm fikirləri…”
“Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş millət vəkili, erməni əsilli Garo Palyanın Azərbaycan və Ermənistan münasibətlərindən bəhs edən müsahibəsi Ermənistan və dünya erməniliyinin təcavüzkar, düşmən və işğalçı xislətinin təcəssümüdür”. Bu sözləri Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.
Millət vəkili bildirib ki, erməni siyasətçi manipulyasiyalara və faktların təhrif edilməsi taktikasına əl ataraq rəsmi Bakının Qərbi Azərbaycanla bağlı hərbisizləşdirilmiş siyasi mövqeyini işğal cəhdi kimi qələmə verməyə çalışır:
“Ölkə rəhbərimiz cənab Prezident İlham Əliyev başda olmaqla, hər bir Azərbaycan rəsmisi Qərbi Azərbaycana qayıdış prosesini beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll edilməsinə çalışır. Qərbi Azərbaycanın əzəli torpaqlarımız olması bizim tarixi mənbələrəmizlə yanaşı qonşu dövlətlərin də arxivlərində öz əksini tapır. 1828-ci ildə “Türkmənçay” müqaviləsinin imzalanması və Rusiya imperiyasının İran, Osmanlı imperiyalarına qarşı qazandığı qələbələrdən sonra təkcə 1828-1830-cu illər arasında İrəvan xanlığına 84 min erməninin Osmanlı ərazisindən, 40 ermənin isə İran ərazisindən köçürülməsi bölgənin etnik tərkibini dəyişdirmək məqsədi ilə həyata keçirilən məqsədyönlü siyasət idi. Qeyd etdiklərim sözügedən planın bir hissəsi idi”.
Deputat vurğulayıb ki, artıq Cənubi Qafqazda fərqli geopolitik mənzərə və Azərbaycanın liderliyində yeni geosiyasi konfiqurasiya formalaşıb:
“Biz Qərbi Azərbaycana qayıdışla əlaqədar müharibə variantını aktuallaşdırmırıq. Rəsmi Bakının tələbləri beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir. Mülki əhalinin zorla köçürülməsini qadağan edən Cenevrə Konvensiyası, hər bir insanın öz vətəninə qayıtmaq hüququnu təsdiq edən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və bununla bağlı BMT-nin digər qətnamələri Garo Palyanın arqumentlərini əsassızlaşdırır. Ancaq Garo Palyan çıxışı zamanı Qarabağı işğal etdiklərini, ölkəsinin və xalqının işğalçı mahiyyətini bir daha sübut etdi.
Onun revanşist meyllər əsasında səsləndirdiyi fikirlər regionda yeni gərginlik ocaqları yaratmağa hesablanıb. Artıq 5 ildir ki, Ermənistan rəhbərliyi 10 noyabr üçtərəfli Bəyanatını sabotaj edir, vaxt qazanmağa hesablanmış addımlarla mövcud status-kvonu möhkəmləndirməyə çalışır və saxta, absurd alternativlər irəli sürməklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır”.
Günay Ağamalı diqqətə çatdırıb ki, bütün bunlar regional istiqrara, mehriban qonşuluq əlaqələrinin qurulmasına zidd davranışlardır: “Biz erməni xalqının “ziyalılarından” hesab edilən Garo Palyanın çıxışından sonra bir daha onların dəyişmədiyinin şahidi olduq. Palyanın mövqeyi qəbul edilməzdir. Onun tarixi həqiqətləri təhrif edən sərsəm fikirləri normallaşma prosesindən sonra iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf perspektivlərinə zərbə vurur. Belə açıqlamalar regionda sülh və sabitliyə zərər vurmaqdan başqa bir şey deyil”.
“Cebheinfo.az” saytı
Elmir Mustafa
03 fevral 2025-ci il
https://cebheinfo.az/siyaset/deputatdan-etiraz-garo-palyanin-tarixi-heqiqetleri-tehrif-eden-sersem-fikirleri_690
0 notes
azeriamerica · 3 months ago
Text
Nyu Yorkda Linkoln Mərkəzinin Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib
Nyu Yorkda IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib. Nyu Yorkda Linkoln Mərkəzinin Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib. Konserti giriş sözü ilə açan təşkilat komitəsinin rəhbəri Nərgiz Əliyarova Diasporla İş üzrə Dövlət Komitəsinə müsabiqənin keçirilməsində göstərdiyi dəstək üçün təşəkkürünü bildirib. Münsiflər…
0 notes
royalismayilove · 3 months ago
Text
😄 Bu il Azərbaycanda övladına "XXXX", "XXX" və "D" adı qoymaq istəyən valideynlər olub
— Terminologiya Komissiyası bildirib.
Bir nəfər isə Əli adını Nindza olaraq dəyişmək üçün müraciət edib.
1 note · View note
turals-posts · 9 months ago
Text
🇺🇸 Blinken son vaxtlar Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olmasını arzuladıqlarını bildirib.
🇦🇿 Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.
© Prezidentin Mətbuat Xidməti
1 note · View note
hakimiyyet · 10 months ago
Link
0 notes
zxcxcdwe · 2 years ago
Text
Eksklüziv: Wuhan Zəlzələ Monitorinq Mərkəzi ABŞ-dan kiberhücum edir; araşdırma aparılır
Mərkəzin tabe olduğu şəhərin fövqəladə hallar idarəsi bürosunun çərşənbə günü verdiyi açıqlamada bildirilir ki, Wuhan Zəlzələ Monitorinq Mərkəzi bu yaxınlarda xaricdəki bir təşkilat tərəfindən başladılan kiberhücuma məruz qalıb. Bu, 2022-ci ilin iyununda Çin universitetinə xaricdən edilən kiberhücumdan sonra belə bir hadisədir. İş üzrə ekspertlər heyəti kiberhücumun xaker qrupları və ölkədən kənarda hökumət keçmişi olan qanun pozucuları tərəfindən törədildiyini müəyyən edib. “Global Times” xəbər verir ki, ilkin sübutlar mərkəzə hökumət tərəfindən dəstəklənən kiberhücumun ABŞ-dan gəldiyini göstərir. Wuhan Bələdiyyəsinin Fövqəladə Hallar İdarəetmə Bürosu çərşənbə günü verdiyi açıqlamada, Wuhan Zəlzələ Monitorinq Mərkəzinin ön stansiya toplama məntəqələrinin bəzi şəbəkə avadanlığının Milli Kompüter Virusunun izlədiyi kimi xaricdəki bir təşkilat tərəfindən kiberhücuma məruz qaldığını söylədi. Təcili Müdaxilə Mərkəzi (CVERC) və Çin internet təhlükəsizlik şirkəti 360. Wuhan ictimai təhlükəsizlik bürosunun Jianghan alt bürosu, Wuhan Zəlzələ Monitorinq Mərkəzində xaricdən gələn bir Truva atı proqramının aşkar edildiyini təsdiqlədi. İctimai təhlükəsizlik bürosunun məlumatına görə, bu Trojan atı proqramı ön stansiyalar tərəfindən toplanmış seysmik intensivlik məlumatlarını qanunsuz olaraq idarə edə və oğurlaya bilər. Bu akt milli təhlükəsizliyə ciddi təhlükə yaradır. İctimai təhlükəsizlik orqanları bu məsələ ilə bağlı araşdırma üçün iş açıb və çıxarılan troyan nümunələrinin texniki analizini davam etdirib. İlkin olaraq hadisənin xarici haker təşkilatları və qanundan kənar şəxslərin təşəbbüsü ilə həyata keçirilən kiberhücum olduğu müəyyən edilib. Peşəkarlar Global Times-a bildiriblər ki, seysmik intensivlik məlumatları zəlzələnin dağıdıcı gücünün iki mühüm göstəricisi olan zəlzələnin intensivliyi və miqyasına aiddir.  NWPU-ya hücumdan sonra CVERC və 360 şirkəti birlikdə işin hərtərəfli texniki təhlilini aparmaq üçün texniki qrup yaratdılar. Onlar belə qənaətə gəliblər ki, kiberhücum ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) Tərtib Edilmiş Giriş Əməliyyatları (TAO) tərəfindən həyata keçirilib. CVERC və internet təhlükəsizliyi şirkəti 360 tərəfindən təşkil edilən ekspert texniki qrupu, son işin sübut toplama işini həyata keçirmək üçün Wuhana gəldi, Global Times öyrəndi. İlkin sübutlar göstərir ki, Wuhan Zəlzələ Monitorinq Mərkəzinə kiberhücum ABŞ-dan edilib. 360 şirkətinin monitorinq nəticələrinə görə, NSA Çində ən azı yüzlərlə mühüm yerli informasiya sisteminə kiberhücumlar həyata keçirib və bir sıra departamentlərin informasiya sistemlərində “validator” adlı troyan atı proqramının işlədiyi aşkarlanıb. NSA qərargahına məlumat Üstəlik, tapıntılar göstərir ki, çoxlu sayda “validator” troyan atları təkcə Çində deyil, digər ölkələrdə də kritik informasiya infrastrukturunda işləyir və bu ölkələrin sistemlərində əkilmiş bu cür proqramların sayı Çindən xeyli çoxdur. Mərkəzi Kəşfiyyat İdarəsi, NSA-dan başqa, ABŞ-ın kiberhücum və oğurluqla məşğul olan başqa bir məşhur təşkilatıdır. CVERC-nin araşdırmasına görə, MKİ-nin kiberhücumları avtomatlaşdırma, sistemləşdirmə və kəşfiyyatla səciyyələnir. İyulun 19-da keçirilən növbəti mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Çin kiberhücumların qurbanı olub və bu cür addımların qəti əleyhinədir. "ABŞ bu illər ərzində digər ölkələrə qarşı ayrı-seçkilik etmədən, genişmiqyaslı kiberhücumlar həyata keçirib" dedi. "ABŞ Kiber Qüvvələr Komandanlığı keçən il açıq şəkildə bəyan etdi ki, digər ölkələrin kritik infrastrukturu ABŞ-ın kiberhücumları üçün qanuni hədəfdir. Bu cür hərəkətlər narahatlıq yaradıb".
1 note · View note
antalyamemurlarcom · 2 years ago
Text
Məşhur Xınalıq məktəblisi İngiltərəyə gedir
Tumblr media
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, Qubanın Rüfət Kəlbiyev adına Xınalıq internat tipli tam orta məktəbinin 6-cı sinfini bitirmiş İbrahim Zeynalov MÜSİAD Azərbaycan təşkilatının dəstəyi ilə İngiltərədə iki həftəlik yay məktəbində olacaq.   Atası Bəhmən Zeynalov açıqlamasında bildirib ki, İbrahimgilin qrupu iyulun 4-də yola düşəcək. Atası hazırda İbrahimin səfəri üçün hazırlıq işlərinin aparıldığını deyib. Xatırladaq ki, İbrahim Zeynalov gələcəkdə Türkiyədə oxumaq arzusunda olduğunu deyib və mart ayında Bakıda olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tərəfindən də qəbul edilib. Read the full article
0 notes
ourfedyalenkoranski · 2 years ago
Link
0 notes
politiciansstuff · 1 month ago
Text
Tumblr media
Azərbaycan geri çəkilməyəcək: Rusiya tələbləri yerinə yetirməli olacaq
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Vida mərasimi başa çatdıqdan sonra Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsibə verib. "Azərbaycan Hava Yolları"na məxsus J2-8243 nömrəli “Embraer 190” təyyarənin qəzaya uğramasının səbəblərinə toxunan dövlət başçısı Rusiyadan qəzanın baş verməsində rolu olan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib. "Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir.
İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir.
Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”,-deyə Prezident bildirib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ölkə Prezidentinin idarəçilik sistemində və siyasi fəaliyyətində xalqımızın firəvanlığı və təhlükəsizliyi önəmli yer tutur:
“2003-ci ildən bu günə qədər Prezident İlham Əliyev bu kimi məsələlərə çox ciddi şəkildə xalqa sədaqət nümayiş etdirib.
Təyyarəmiz qəzaya uğrayan gün Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində MDB-nin sammitində iştirak etmək üçün səfərə yollanmışdı. Uçuş zamanı qəza ilə bağlı xəbər Prezidentə çatdırıldıqdan sonra dövlət başçısı dərhal səfərini təxirə salıb ölkəyə geri döndü. Elə Bakı Hava Limanında Prezident İlham Əliyev hökumət nümayindələrinə məsələnin operativ şəkildə nəzarətə götürülməsini və müvafiq addımların atılmasını tapşırdı.
Qəzanın səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə komissiya yaradıldı. Cənab Prezident İlham Əliyev Rusiyanın əyalət səviyyəsində edilən təkliflərini dərhal rədd edib beynəlxalq komissiyanın yaradılması üçün qəti mövqe ortalığa qoydu.
Prezidentin bu mövqeyi həqiqətən, təqdirəlayiqdir. Bununla yanaşı, Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycanın mülki təyyarəsi Rusiyanın hava məkanın üzərində vurulub. Dövlət başçısı Rusiyanın dövlət qurumları və kütləvi informasiya vasitələrini qəzanın səbəblərini manipulyasiya etməkdə ifşa etdi”.
O bildirib ki, dövlət başçımızın qətiyyətli mövqeyi sahəsində Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng vurub baş vermiş hadisəyə görə üzürxahlığını bildirdi:
“Rusiyanın digər dövlət rəsmiləri də Azərbaycandan üzr istədilər.
Partiya rəhbəri olaraq, hesab edirəm ki, Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir. Qəzanın baş verməsində rolu olan şəxslər məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalı, eyni zamanda qəzada həlak olanların ailələrinə təzminat ödənilməlidir.
Azərbaycan öz mövqeyindən bir addım da geri çəkilməyəcək”.
“Cebheinfo.az” saytı
Yunis Abdullayev
31 dekabr 2024-cü il
https://cebheinfo.az/siyaset/azerbaycan-geri-cekilmeyecek-rusiya-telebleri-yerine-yetirmeli-olacaq_884
0 notes
gunayagamali · 3 days ago
Text
Tumblr media
Azərbaycan gəncliyi: Cəsarətlə düşmən üzərinə yeriyən vətən övladları
2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Bu əlamətdar gün gənclərin potensialını və onların cəmiyyətə təsirini bir daha vurğulamağa xidmət edir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünür.
Azərbaycan gəncləri azad və sabit ölkədə yaşayırlar. Azərbaycan gəncliyinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümumilli Lider gəncləri xalqın gələcəyi adlandırırdı:
“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”
Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Onun 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Burada məqsəd müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək idi. Təbii ki, bu hədəfə nail olundu. Ümumiyyətlə, Heydər Əliyevin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaradıb, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən edib.
Ümummilli Liderin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradıldı. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildi, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı. Beləliklə, bugünkü Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyevin əvəzsiz rolu olub. Onun yürütdüyü uğurlu gənclər siyasətinin nəticələri bu gün hər sahədə özünü biruzə verir.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan gəncliyinin sosial, iqtisadi və mədəni inkişafını təmin etmək məqsədilə həyata keçirilən uğurlu gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub:
"1993-cü ilin iyun ayında xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsi, onların yüksək səviyyədə təhsil almaları və sosial təminatlarının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirmişdi. Müxtəlif dövlət orqanlarında gənclərlə iş sahəsindəki fəaliyyətləri daha da səmərəli etmək üçün 1994-cü il 26 iyun Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bunun bariz nümunəsidir.
Bununla yanaşı, Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilməsi uğurlu gənclər siyasətini stimullaşdıran əsas faktorlardan biridir. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edildi".
Millət vəkili vurğulayıb ki, Ümumilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinin davamı kimi müasir Azərbaycan gəncliyinin müxtəlif sahələrdə aktiv iştirakı cənab Prezident İlham Əliyev tərəfindən də ən yüksək səviyyədə davam etdirilir:
"Gənclərimizin innovativ ideyalarının inkişafı, öz fərdi bacarıqlarını artırması və vizual sahələrdə yaradıcı fəaliyyətlərinin stimullaşdırılması prioritet istiqamətlərdən biridir. Məhz dövlət rəhbərimizin milli maraqlarımıza söykənən uzaqgörən siyasəti nəticəsində Azərbaycanda vətənpərvər ruhda, bütün dünyaya örnək olan gənclik yetişib.
Şuşanın sıldırım qayalarına əliyalın qalxan, cəsarətlə, çəkinmədən düşmən üzərinə yeriyən və torpaqlarımızı işğaldan azad edərək qürurumuzu bərpa edən vətən övladları Azərbaycan gəncliyinin simasıdır".
Elmir Mustafa
"Cebheinfo.az"
02 Fevral 2025-ci il.
https://cebheinfo.az/siyaset/azerbaycan-gencliyi-cesaretle-dusmen-uzerine-yeriyen-veten-ovladlari_994
0 notes
azeriamerica · 1 year ago
Text
Kanadada yaşayan gənc cüdoçumuz növbəti uğurlar əldə edib
Kanadanın Alberta əyalətində yaşayan soydaşımız Emiliya Əliyeva cüdo üzrə Edmonton və Regina şəhərlərində keçirilən Elit Milli Çempionatında və Recayna (Regina) şəhərində Saskaçevan Açıq Turnirində növbəti uğurlarını qazanıb. Onun atası və məşqçisi Vəsfi Əliyev bildirib ki, “Hiro’s Judo Club”un təmsilçisi olan Emiliya Əliyeva 70 kq çəki kateqoriyasında U16 yaş qrupuna mənsub olsa da, U18 yaş…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years ago
Text
Tayvanda quş qripi xəbərdarlığı: 8599 toyuq məhv edilib
2022-12-06 10:33:07 Tayvanın Pinqtunq şəhərinin Yanpu qəsəbəsindəki quşçuluq fermasında quş qripi (H5N2) epidemiyası bölgə rəsmilərini tədbir görməyə vadar edib. Yerli səhiyyə qurumları tərəfindən 4 dekabr bazar günü təsdiqlənən quş qripi epidemiyasından sonra xəstə olduğu təsbit edilən 8 min 599 toyuq məhv edildi. Pingtung Bələdiyyəsi mətbuata açıqlamasında bildirib ki, keçən həftə cümə axşamı…
View On WordPress
0 notes