#yaradılacaq
Explore tagged Tumblr posts
Text
NPA - MEGA+ (2)
Veb sayt sifarisi etməzdən əvvəl sayt hazırlanması və planlaşdırılması ilə məşğul olmaq vacibdir. Bu, veb-saytın məqsədini, hədəf auditoriyasını və arzu olunan funksionallığı müəyyən etməyi əhatə edir. Veb saytın dizaynını və tərtibatını, o cümlədən şəkillərin, rənglərin və şriftlərin istifadəsini nəzərə almaq da vacibdir. Saytın hərtərəfli hazırlanması və planlaşdırılması ilə məşğul olmaqla, fərdlər və müəssisələr vebsaytlarının onların xüsusi ehtiyaclarına və məqsədlərinə cavab verməsini təmin edə bilərlər. Veb saytı yaratmağa hazırlaşarkən veb-sayt sifarişinin komponentlərini başa düşmək də çox vacibdir. Veb sayt sifarişinə adətən vebsaytın dizaynı və inkişafı, həmçinin domen adı və hostinq xidmətləri daxildir. Digər komponentlərə axtarış sisteminin optimallaşdırılması, məzmunun yaradılması, davamlı texniki xidmət və dəstək daxil ola bilər. Web sayt sifarisi müxtəlif komponentlərini başa düşməklə, fərdlər və müəssisələr hansı xidmətlərə ehtiyac duyduqları və nə qədər ödəyəcəkləri barədə əsaslandırılmış qərarlar qəbul edə bilərlər. Veb sayt qiymətlərinə təsir edə biləcək bir neçə amil var. Bunlara dizaynın və funksionallığın mürəkkəbliyi, yaradılacaq məzmunun miqdarı və tələb olunan fərdiləşdirmə səviyyəsi daxildir. Digər amillərə istənilən axtarış motorunun optimallaşdırılması səviyyəsi, davamlı texniki xidmət və dəstəyə ehtiyac və vebsayt hazırlayan şirkətin nüfuzu və təcrübəsi daxil ola bilər. Bu amilləri nəzərə alaraq, fərdlər və müəssisələr tələb etdikləri veb sayt xidmətləri və nə qədər ödəməyə hazır olduqları barədə məlumatlı qərarlar verə bilərlər. Qeyd etmək vacibdir ki, veb sayt qiymetləri veb saytın xüsusi ehtiyaclarından və məqsədlərindən asılı olaraq bir neçə yüz dollardan on minlərlə dollara qədər geniş şəkildə dəyişə bilər.
1K notes
·
View notes
Text
FƏZAİL AĞAMALI: “NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ MƏNTİQLİDİR, XALQIN İRADƏSİNƏ SÖYKƏNİR”
Milli Məclisin deputatı Fəzail Ağamalı gələn il Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilməsi qərarının xalqın iradəsinə söykəndiyini deyib.
“Report” xəbər verir ki, F.Ağamalı bu barədə parlamentin dekabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Azərbaycan artıq qalib dövlətdir: “Prezident İlham Əliyev 2018-ci ildə yenidən dövlət başçısı seçiləndən sonra qarşıya qoyduğu bütün hədəflərə çatdı, uzun illər xalqı narahat edən separatçı yuvanı yerlə-bir etdi. Həm ərazi olaraq bütövləşdik, həm də suverenliyimiz təmin edildi”.
Deputat əlavə edib ki, yeni çağırışlar var və buna uyğun olaraq növbəti illərdə Azərbaycanı yüksək səviyyəyə qaldırmağa ehtiyac duyulur
“Gələn ilin Prezident seçkiləri məntiqlidir və Azərbaycan xalqının iradəsinə söykənir. İnanıram ki, xalqımız bu dəfə də yüksək siyasi fəallıqla İlham Əliyevə səs verəcək, növbəti illərdə Azərbaycanı daha da irəliyə aparmaq imkan yaradılacaq. Buradan seçkilərə qarşı çıxan radikal qüvvələrə deyirəm ki, buyurun, meydan açıqdır. Əgər özünüzdə siyasi iradə və güc görürsünüzsə, seçkilərdə iştirak edin”, - o vurğulayıb.
“Report.az” saytı
Samirə Abdullayeva
08 dekabr 2023-cü il
0 notes
Text
Həyat bir sabun köpüyüdür
Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik.
İnsanoğlu özünü həm yox etmə, həm də yenidən yaratmaq gücünə sahibdir.
İnsanoğlu özünü hər an, hər dəqiqə durmadan yeniləyər. Öz-özünü doğurması gərəkdir. Bu dayanmayan doğum sənətini bilməyənlər, çox uzun zaman əvvəl öldüklərini bilməlidirlər.
Kəşflər, kəşflər, kəşflər! Hər gün neçə-neçə kəşflər edilir! Yenə də, gündən-günə həyat kədərlə dolur. Artıq, cəhənnəmi təsvir edə bilmək üçün, xəyal gücünüzə ehtiyacınız yoxdur. Dünyaya işarə edib, “Bax, Cəhənnəm belə bir şeydir.” deməyiniz kifayətdir. Yaxşı bəs, bu mərhələyə necə gəldik? Səbəb budur ki, insan özünü kəşf edə bilmədi.
Həyatın bir başlanğıcı və ya bir sonu yoxdur. Sadəcə bədən doğular və sadəcə bədən ölər. İçimizdəki şey, bədən deyil. Həyatdır. Bunun fərqinə vara bilməyənlər, yaşamış olsalar da, hər zaman ölüm tərəfindən əhatə edilmiş olacaqlar. Fərqinə varanlar isə, ölümün içində belə, həyatı tapacaqlar.
Tanrı adına fantaziyalar öyrədilir. Lakin həqiqətin fərqindəliyi, xəyal gücü ilə yaranmaz, sadəcə, bütün xəyal gücündən vazkeçilərsə, yaranar. Xəyal gücünün içində yaşayan biri, bir yuxuda yaşayır. Olub bitəni yox, öz görmək istədiyini görər.
Dünya üzərində yaşayın, amma ona aid olmayın.
“Həyatın ən sirli açarı nədir?” Mənə nə zaman bu sualı versələr, “yaşayarkən ölmək” deyə cavab verirəm.
Yaşlı bir Brahma rahibi var imiş. Kor olduğu vaxt, uşaqları, müalicə üçün əməliyyat olmasını istəyir, lakin rahib imtina edir. “Niyə gözlərə ehtiyacım olsun; 8 oğlum, 8 gəlinim və bir də ananız var. Mənim üçün görə biləcək 34 göz var ikən, 2 dənə əskik olsa nə olar?” deyir. Və uşaqlarının nəsihətlərinə qulaq asmır. Bir gecə evdə yanğın baş verir. Hər kəs canını xilas etmək üçün bayıra qaçır. O anda yaşlı adam heç kəsin yadına düşmür və rahib alovlar içində kül olur. Buna görə də, övladım, qətiyyən cahillik mövzusunda israr etmə. Bilmək, öz gözlərinə sahib olmaqdır. Bundan başqa, güvənəcəyin bir şey yoxdur.
Həyat nədir? Həyatın sirrindən içəri girin. Elə-belə yaşasanız, həyatı tükəndirə bilər, lakin onu əsla bilə bilməzsiniz. Enerjinizdən, həyatı elə-belə yaşamaq üçün yox, eyni zamanda onu öyrənmək üçün də istifadə edin. Onu öyrənə bilən insan, eyni zamanda, onu yaşamağı da bacaracaq.
Hər kəs öz həyatını yaratmaq məcburiyyətindədir, eynilə, bir insanın, rəqs etməyi öyrənməsi kimi.
Bu dünyada kim hüzur istəməz ki? Lakin insanlar bunun fərqində deyil və onlara hüzur verəcək qaynaqları axtarmazlar. İç varlığımız hüzuru arzulayarkən, etdiyimiz hər şey sadəcə və sadəcə hüzursuzluğumuzu artırır. Unutmayın, ehtiras, hüzursuzluğun qaynağıdır. Hüzuru axtaran insan, ehtiraslarından qurtulmalıdır. Ehtirasların bitdiyi yerdə, hüzur başlayar.
Hüzur axtarın. Lakin unutmayın, onu əgər öncə öz içinizdə tapa bilməsəniz, başqa heç bir yerdə tapa bilməzsiniz. Hüzur, xaricdəki bir şey deyil. O sizi içinizdəki musiqiyə bağlayan və sizin tərəfinizdən yaradılacaq bir şeydir. Buna görə də, hər vəziyyətdə qarşımıza çıxa bilər.
Xoşbəxtlik hər yerdədir, lakin hər kəs, onu təcrübə edə biləcək qəlbə sahib deyil. Bugünə kimi, qəlbini onu təcrübə etməyə açmayan kəs onu tapa bilməmişdir. Bu, özəl bir yerə və ya şərtlərə sahib olmaqla bağlı bir şey deyil. Önəmli olan, insanın xoşbəxtlik duyğusuna çata bilməsi üçün, doğru halda olmasıdır. Beləliklə, hər vəziyyətdə və yerdə xoşbəxtliyi tapacaq.
Düşüncələrinizdən qurtulun. Düşüncələr olmadan harada olursunuzsa olun, Allah sizinlə olacaq. Onu axtarmaq üçün hara gedəcəksiniz? Yaxşı, əslində nə olduğunu tam olaraq bilmədiyiniz bir şeyi necə axtara bilərsiniz? Onu axtararaq yox, içinizdə hüzur yaradaraq tapa bilərsiniz. Bugünə qədər heç kim ona getməyib. O daha çox onu doğru şəkildə dəvət edənə özü gələr. Bunu bilənlər, bir məbədə çevrilər.
#book blog#booklr#books & libraries#libraries#original photographers#photography#gune1düşüncə#azərbaycan#kitaboxu#kitab#baku#xoşbəxtlik#yazarsözleri#aktif yazar#türk yazar
2 notes
·
View notes
Video
Qarabağdakı Rusiya hərbi kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov ermənilərin girov götürdüyü azərbaycanlı hərbçi Cəmil Babayevə baş çəkib. "Xeberaz.Az" xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb. Muradov azərbaycanlı hərbçi ilə görüşdə onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Qeyd olunur ki, Babayevin xahişi əsasında ona ailəsi ilə əlaqə saxlamaq imkanı yaradılacaq. Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edərək Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçmişdi. https://www.instagram.com/p/CTYmeDJiBlq/?utm_medium=tumblr
0 notes
Photo
(со страницы İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq - feedline.net)
0 notes
Photo
Özümə yeni velo aldım, hər gün işə və şəhərə bununla gedib gəlirəm. Həm sağlamlıq, həm də maliyyə baxımından öndəyəm. Amma təəsüf ki, şəhərdə velolar üçün parkinglər çox azdı. Uzağa getmirəm, elə işlədiyim plazada nəinki içəridə heç plazanın girişində 2 metrlik yer ( şərait ) yoxdur ki, park eləsin. Deyirsən deyir, get başqa yerdə saxla. Bundan əlavə bilirsiniz ki, sürücülük vəsiqəm var və az çox yol hərəkət qaydalarını bilirəm. Yol mənim olmağına baxmayaraq bəzi sürücülərimiz velosiped sürdüyüm üçün imkan vermirlər yolu keçim yaxud üstünlük əldə edim. Bu hansı qanunda yazılıb? Nə vaxt sağlam həyat üçün şərait yaradılacaq? Nə zaman bizim sürücülərimiz ağıllanacaq? Bu sualların cavabının olmaması necə də pisdir. Təssüf edirəm... (at Heydar Aliyev Center) https://www.instagram.com/p/Bz_WSjCHbDkiBpDYxWRCW6I1o4KYrfDHfaHjmI0/?igshid=18nkgl1uwjdv8
0 notes
Text
Bu dünyada kim hüzur istəməzki? Lakin insanlar bunun fərqində deyil və onlara hüzur verəcək qaynaqları axtarmazlar. İç varlığımız hüzuru arzulayarkən, etdiyimiz hər şey sadəcə və sadəcə hüzursuzluğumuzu artırır. Hüzur axtarın. Lakin unutmayın, onu əgər öncə öz içinizdə tapa bilməsəniz, başqa heç bir yerdə tapa bilməzsiniz. Hüzur, xaricdəki bir şey deyil. O sizi içinizdəki musiqiyə bağlayan və sizin tərəfinizdən yaradılacaq bir şeydir. Buna görə də, hər vəziyyətdə qarşımıza çıxa bilər.
12 notes
·
View notes
Text
Azərbaycanda yeni İcra Hakimiyyəti yaradılacaq?
Azərbaycanda yeni İcra Hakimiyyəti yaradılacaq?
Azərbaycanın işğal olunmuş rayonlarının əksəriyyətinin icra strukturları var. Bu strukturlar ölkəmizin digər rayonlarında, qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə fəaliyyətini davam etdirirlər.
Yeganə Xankəndi şəhəridir ki, bu şəhərin icra strukturları ölkəmizdə fəaliyyət göstərmir. Halbuki Xankəndi sakinləri Bakı ilə bərabər Azərbaycanın 38 rayonunda məcburi köçkün…
View On WordPress
0 notes
Photo
I Müsəlmanların xəbərdaredici xüsusiyyətləri ilə yanaşı, müjdə verici xüsusiyyətləri də vardır. Çünki Quran insanlara həm xəbərdarlıq, həm də müjdə kimi nazil edilmişdir. Quranda müsbət xarakterli insanlar üçün bir çox müjdələr var. Şübhəsiz ki, bunların ən əhəmiyyətlilərindən biri gözəl əxlaqlı insanlar üçün hazırlanan cənnətdir. Allah insanların səbirli, səmimi, ədalətli, gözəl sözlü, təvazökar, gözəl xarakterli olacaqları təqdirdə axirətdə, bir çox mükafatlarla qarşılıq görəcəklərini bildirmişdir. Cənnət bu dünya ilə müqayisə edilməyəcək qədər böyük gözəlliyə, zənginliyə, əzəmətə və möhtəşəmliyə malikdir. İnsanlar, evlər, məkanlar bu günə qədər bənzərinə rast gəlmədiyimiz şəkildə və ən gözəl halda yaradılacaq. Burada mənəvi cəhətdən insanların həyatda gördüklərindən qat-qat çox xoşbəxtlik, sevinc və fərəh hissi yaşanacaq. Allah cənnət haqqında Quranda bir çox məlumatlar verir. Allahın cənnəti müsəlmanlar üçün bu cür tərif etməsi müsəlmanlar üçün böyük şövq və həyəcan mənbəyidir. Müsəlmanlar cənnət barədə düşündükcə, onların axirət üçün çalışmaq və xidmət etmək istəkləri daha da artır. Allahın heç bir əməli mükafatsız və əvəzsiz qoymadığını, hətta ən kiçik yaxşılığın da mükafatını verdiyini bir daha düşünür və Allaha daha böyük qətiyyətlə bağlanırlar. Allah müsəlmanlara həm də bu dünyada mükafat verir. Bu müjdələr də Quranda bildirilmişdir. Allahın verdiyi qəlb rahatlığı, iman gətirməyənlər üzərindəki mütləq qalibiyyət, mülkə varis etməsi, gözəl bir həyatla yaşatması kimi bir çox vədlər bu müjdələrə aiddir. Bu müjdələrin müsəlmanlara təşviq və sevinc səbəbi olması üçün Allah onları ayələrdə bildirmişdir. Buna görə də müsəlmanların Quranda bildirilən bu mövzularda bir-birinə müjdə vermələri mühüm ibad��tdir. Müsəlmanlara Allahın necə kömək etdiyi, Allahın onları necə qoruduğu və necə zəfərlər verdiyi ilə bağlı müjdələr imanın güclənməsinə səbəb olduğu halda, münafiqlərin və kafirlərin isə ruhdan düşməsinə səbəb olacaq. Buna görə də Allah peyğəmbərlərini “xəbərdaredici” olmaqla yanaşı, həm də “müjdə vericilər” kimi təqdim etmişdir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #müjdə #müjde https://www.instagram.com/p/CVK99__ssq7/?utm_medium=tumblr
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#müjdə#müjde
0 notes
Link
0 notes
Photo
16 oktyabr 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd bütövlükdə xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın tanınmış və nüfuzlu ziyalılarının imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri idi. Oktyabrın 24-də Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verməklə partiyanın yaradılmasına razılıq verdi, bununla da Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi. https://www.instagram.com/p/CGYnkXPBK62/?igshid=1wqs27b5t4x0g
0 notes
Text
www.interactivemedia.az/sayt-acmaq-yaratmaq/
Ümumilikdə, sayt yaratmaq prosesini bir neçə mərhələyə ayırmaq olar. İlkin mərhələ, əsasən, yeni yaradılacaq sayt haqqında dəqiq məlumatların toplanmasını əhatə edir. sayt acmaq, sayt yaratmaq, interactive media, sayt açmaq. https://www.interactivemedia.az/sayt-acmaq-yaratmaq/
0 notes
Text
"Ulduz" İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi yeni layihə icrasına başlayıb
“Ulduz” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi yeni layihə icrasına başlayıb
“ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi “İnternetin zərərli vərdişlərindən gənclərin qorunması məqsədilə veb resursun yaradılması” layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində yaradılacaq veb resursda kibertəhdidlərin…
View On WordPress
#“ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi#Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası#DDoS#fişinq#hack#Mavi balina#oyun#pedofil#pornoqrafik#pornoqrafiya#qumar#sosial mühəndislik#spam#zorakılıq
0 notes
Photo
(со страницы Regionlarda lisey sinifləri yaradılacaq - feedline.net)
0 notes
Photo
Prezident İlham Əliyev: “”Azərxalça”nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq” "Azərxalça"nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq. İstixəbər.info AZƏRTAC
0 notes
Text
Putinin kuklasına çevrilən İlham Əliyev Həştərxanada 5.8 mln sərmayə yatırdı
Putinin kuklasına çevrilən İlham Əliyev Həştərxanada 5.8 mln sərmayə yatırdı
Bu ilin sentyabr ayında Rusiyanın Həştərxan şəhərində Azərbaycanın İşgüzar Mərkəzi açılacaq. Bu barədə Həştərxan vilayətinin hökumətinin saytında məumat verilir. “Layihəyə 208,56 mln. rubl (5,8 milyon manat) məbləğində özəl sərmayə yatırılıb. Həştərxanda Azərbaycanın İşgüzar Mərkəzi Rusiyada sayca ikinci olacaq. Əlavə olaraq, 41 yeni iş yeri yaradılacaq. Orta əmək haqqı 20,6 min rubl təşkil…
View On WordPress
0 notes