#hzəli
Explore tagged Tumblr posts
bgrzadee · 3 months ago
Text
Sənə güvənən bir insana yalan danışma, sənə yalan danışan insana heç vaxt güvənmə
#HzƏli
0 notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Quranın əmrlərini ən mükəmməl şəkildə həyata keçirən Peyğəmbərimizdir. Peyğəmbərimiz (s) bütün həyatı boyu Qurana uyğun yaşamışdır və müsəlmanlar üçün ən mükəmməl nümunə olmuşdur. Bütün əməlləri və sözləri Qurana uyğundur və bunların bəziləri dövrümüzə qədər gəlib çatmışdır. Hədis adı verilən bu sözlərin bir hissəsi Quranın göstərişlərini əks etdirir. Buna görə də onların Peyğəmbərimizə (s) aid olduğu məlumdur və səhihdir. Xüsusilə Axırzamana işarə edən bir çox hədis heç dəyişmədən qalmış, həmin hədislərdə gələcəkdə baş verəcək fövqəladə hadisələrdən bəhs edilmişdir. Bu hədislər dövrümüzdə bir-bir reallaşmağa davam edir. 1400 il əvvəl bildirilən Lulin quyruqlu ulduzunun keçməsi, Əfqanıstanın işğalı, İraq müharibəsi, 11 sentyabr kimi bəşər tarixində bir dəfə olan hadisələr baş vermişdir. Peyğəmbərimizin müjdələri bizim üçün çox qiymətlidir. Bu da onu göstərir ki, hədislərin hamısını rədd etməməliyik, səhih olanlarını müjdə və nemət olaraq görməliyik. Ancaq bu, bir həqiqətdir ki, hədis kitablarına sonradan əlavə edilən, Peyğəmbərimizin (s) sözlərinə və əməllərinə heç uyğun gəlməyən bəzi açıqlamalar dövrümüzdə hədis kitablarında yer alır. Bu sözlərin səhih hədislərdən ayırd edən xüsusiyyəti Qurana tamamilə zidd olmasıdır. Qurana zidd olan söz və əməllərin Peyğəmbərimizə (s) aid olması mümkün deyil. Quranın nazil olmasından sonrakı əsrlərdə Peyğəmbərimizin (s) bəzi əməlləri və sözləri hədis olaraq bir yerə toplanmışdır. Hədislərin hicri 2-ci əsrdən etibarən yazılmağa başlandığı zənn edilir. Həmin hədislərin bir hissəsi qorunmuşdur. Bir hissəsi isə uydurulmuş və sonrakı dövrlərə tamamilə yanlış ötürülmüşdür. Daha əvvəl də açıqladığımız kimi, bir hədisin, həqiqətən, Peyğəmbərimizin (s) sözü və ya əməli olub-olmadığını bilmək üçün Qurana baxmalıyıq. Əgər bir hədis Qurana uyğun gəlirsə, deməli, doğrudur. Əgər gələcəyə işarə edən bir hədis reallaşırsa, yenə də doğrudur. Lakin həmin hədis Qurana ziddirsə, tərəddüd etməyə gərək yoxdur və hədis heç cür doğru qəbul edilə bilməz. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #xurafat #hurafe #batil #bidat #məzhəb #mezhep https://www.instagram.com/p/CThDMxWs0Je/?utm_medium=tumblr
12 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Sizi Allahdan, Onun dinindən və Qurandan uzaq tutmaqdan başqa hədəfi olmayan bir düşməniniz olduğunu əsla unutmayın. Çünki o, sizi bir an belə unutmur; vəzifəsini yerinə yetirmək üçün hər an fürsət gözləyir, pusquda dayanır. Sizi, sizin onu görmədiyiniz yerdən görür və yenə sizi tələyə salmağın min bir yolunu axtarır. Ən mühüm xüsusiyyətlərindən biri hiyləgərlikdir. Üsulları və oyunları insandan-insana dəyişdiyi kimi; zamana, məkana və şərtlərə görə də dəyişə bilir. Məhz bu düşmən, Allah dərgahından qovulan şeytandır. Şeytan əksər insanın zənn etdiyi kimi, xəyali varlıq deyil. Dünyada imtahanın bir tələbi olaraq mövcud olan şeytanın fəaliyyətlərinə qarşı diqqət həmişə açıq olmalıdır. Çünki şeytan Allaha asi olaraq, Onun qullarını azdıracağı barədə and içmişdir. Əraf surəsi, 11-18-ci ayələrində açıqca göründüyü kimi, şeytan insanın açıq-aydın düşmənidir. Bütün insanlara düşmən olan bu varlıq, sizə də həmişə aldanma və vəsvəsə verməyə, sizi doğru yoldan azdırmağa çalışacaq. Lakin burada mühüm bir məqam var; şeytanın ən böyük məqsədi sizi və bütün insanları öz yoluna tabe etməkdir. Qovulmuş şeytan, sizi cəhənnəmə salana qədər rahat durmayacaq. O zaman ona qarşı hər an ayıq-sayıq olmağınız və heç bir dəvətini bir anlıq belə olsun qəbul etməməyinizin lazım olduğunu əsla unutmayın. Lakin burada unudulmayacaq çox mühüm bir həqiqət var: şeytan Allahdan müstəqil güc deyil. Şeytanı yaradan və nəzarəti altında saxlayan Allahdır. O da Allahın yaratdığı bir varlıqdır və təkcə Allahın icazəsi ilə fəaliyyətini davam etdirir. Dünyadakı imtahan müddətində həqiqi iman gətirənlərlə, iman gətirməyənlərin ayırd edilməsi üçün ona vəzifə təyin edilmişdir. Şeytan təkcə Allahın iradə və təqdiri içində fəaliyyət göstərə bilər. Özünə verilən möhlət bitdikdə, cəzasını çəkmək üçün o da azdırdığı insanlarla birlikdə cəhənnəmə atılacaq: And olsun ki, Mən cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam! (Sad surəsi, 85) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #təfsir #tefsir #din #kuran #munafiq #şeytan #seytan #iblis #cin https://www.instagram.com/p/CZhYbubs549/?utm_medium=tumblr
2 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Ayədə qəti şəkildə ifadə edildiyi kimi, Quran oxunarkən susaraq onu dinləmək yalnız gözəl bir davranış forması deyil, eyni zamanda Allahın fərz qıldığı əməldir. Ayənin ardında da ifadə edildiyi kimi, bu əmrə göstərilən diqqət möminlərə rəhm olunmasına səbəb ola bilər. Quran Allahın sözüdür. Buna görə də Allaha göstərilməli hörmət Allahın sözünə qarşı da göstərilməlidir. Bu hörmətin ilk mərhələsi isə Allahın sözünü eşitdiyi zaman susub, o sözə qulaq asmaqdır. Quranı hər kəs ana dilində oxumalı və oxuduğunu düşünərək təfəkkür etməlidir. Digər ayələrlə müqayisə etməli və zəmanəyə görə analiz etməlidir. Quran ayələri digər ayələrlə təfsir edilir. Ona görə də Quranı elmi kitab kimi araşdıraraq oxumaq gərək, bütün mövzulara hakim olmaq lazımdır. www.ayeaxtar.com saytında mövzulara görə ayələri oxuya bilərsiniz. Hər insan bir işlə məşğul olduğu və heç kimin dinləmədiyi halda, Quranın səsli dinlənilməsi bəzi cahil insanların nəzərində mühüm bir ibadət və təqva əlaməti sayılır. Halbuki Quran hörmətlə, hər bir kəlməsi qəlbən diqqətlə dinləniləcək, yadda saxlanılacaq, üzərində düşünülüb nəsihət alınacaq və yerinə yetiriləcək “üstün və şərəfli” sözdür. Quranı anlamadığımız dildə oxumaq və ya dinləmək savab olmadığı kimi eyni zamanda hörmətsizlik olduğuna görə günahdır. Allah bizə oxuyub Quran əxlaqını öyrənib əməl etməmiz üçün kitab göndərdi. Buna ciddi əməl edilməli və bütün quranı çox yaxşı araşdırmaq və hər mövzu haqqında yaxşı öyrənmək lazımdır. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #Din #namaz #meal https://www.instagram.com/p/CU7ArqWMdtj/?utm_medium=tumblr
2 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Hər gün müəyyən vaxtlarda nizamlı şəkildə yerinə yetirilməsi fərz sayılan ibadətlər var. Lakin həmin ibadətlərin daim yerinə yetirilməsini möminlər yalnız vərdiş halını alan ibadətlər qismində nəzərdən keçirməməlidirlər. Tam əksinə, Allah üçün yerinə yetirdiyi bu ibadət möminə hər dəfə yeni həyəcan və şövq verməlidir. Namaz da bu şəkildə daim yerinə yetirilən ibadətlərdəndir. Quranda möminlərin namazlarını huşu ilə qıldıqları bildirilir: “Həqiqətən, möminlər nicat tapmışlar! Onlar namazlarında müti olub Ona boyun əyərlər!” (Muminun surəsi, 1-2) Huşuda olmaq hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha itaət etmək mənasına gəlir. Bir insanın namazda yaşayacağı ruh halı da elə budur. Şüursuz, düşünülmədən, qeyri səmimi olaraq Allaha yönələrək yerinə yetirilən ibadətlər, ola bilsin ki, Allah dərgahında heç bir qiyməti olmasın. İnsanın yerinə yetirdiyi ibadət onun Allaha olan yaxınlığını, təqvasını (Allah qorxusunu) artırır, təfəkkür və mənəviyyatını inkişaf etdirir, əxlaqını gözəlləşdirir və həmin insanı mənfi əməllərdən çəkindirirsə, o zaman Allahın bu ibadətdən razı qalacağına ümid etmək olar. Yalnız axirətini düşünən, dünyanın əsl mahiyyətini dərk etmiş ağıllı mömin sonsuz əzabdan xilas olmaq və cənnətdə daha yüksək dərəcələr əldə edə bilmək üçün etdiyi hər bir işi sonsuz həyatına təsir edəcək səbəb kimi görür. O, əlinə keçən, qarşısına çıxan fürsətlərini buraxmır. Həmin fürsətləri şüurlu şəkildə qiymətləndirir. Bunun nəticəsində də o, ayədə bildirildiyi kimi, səadətə qovuşar. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #Din #husu #huşu #namaz #destamaz #abdest https://www.instagram.com/p/CU5hQbBsocE/?utm_medium=tumblr
2 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Hər bir dövrdə Allaha qulluq edən, Onun əmrlərini yerinə yetirən, insanların deyil, yalnız Allahın rizasını qazanmağa çalışan insanlar, yaşadıqları cəmiyyət tərəfindən mənfi münasibətə məruz qalmışlar. Onlar dini inkar edənlərin rəhbər tutduqları azğın həyat tərzini və fəlsəfəsini rədd etdiklərinə, Quranda tərif edilən ideal modeli mənimsədiklərinə görə müxtəlif təzyiqlərlə üzləşmişlər. İnkarçı toplumun təzyiqləri daha çox fiziki işgəncələr və əzab-əziyyətlər formasında olur. Möminlərin yaxınları tərəfindən isə onlara qarşı əks tədbirlər görülür, mənəvi təzyiq göstərilir və məzəmmət edilir. Lakin Allaha tamamilə sığınan və sarsılmaz imana sahib olan möminlər bu təzyiq və məzəmmətlər qarşısında öz dinlərindən azca da olsa, geri çəkilməmişlər. Bunun müqabilində də Allahın kömək və dəstəyini qazanaraq inkarçılar üzərində zəfər əldə etmişlər. İslamı yaşayan mömin hər dəfə bu cür fiziki təzyiqlərlə qarşılaşmaya bilər. Lakin Allahın əmrlərini yerinə yetirməkdə və kafirlərin batil düşüncə sistemini darmadağın etməkdə nümayiş etdirdiyi əzmkarlığından ətrafında olan insanlar tərəfindən müxtəlif məzəmmətlərə məruz qala bilər. Amma həmin insanlar qısa müddət ərzində bu cür təzyiqlər qarşısında sarsılmayan, güclü iradəyə sahib olan, Allaha güclü inamı olan möminləri yollarından azdıra bilməyəcəklərini dərk edirlər. Möminlər onlara təzyiq edənlərdən deyil, yalnız Allahdan qorxurlar. Hətta tam əksinə, onlara təzyiq edən insanlarda vahimə hissi yaradırlar. Belə təzyiqlər möminləri daha da möhkəmləndirir. Məzəmmət edən adamın tənə və məzəmmətindən qorxmaq Allaha şərik qoşmaq deməkdir. Çünki Allah ayələrində “yalnız Ondan qorxulmasını” bildirir. Belə bir insan İslama deyil, yalnız özünə zərər yetirir. Allah məzəmmət edənin məzəmmətindən qorxmayan və aşağıdakı ayədə qeyd olunan yüksək xüsusiyyətlərə malik olan möminləri misal gətirir: “Ey iman gətirənlər! ...Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar...” (Maidə surəsi, 54) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #tənə #tene #geveze #lag https://www.instagram.com/p/CUxIsk_MjpG/?utm_medium=tumblr
2 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Yataqdan qalxdınız. Səbəbsiz yerə əsəbi və ya əzginsiniz? Yoxsa narahatsınız? Hər şey sizi narahat edir? İnsan istəməsə də bəzən mənfi ruh halında olur. Ətrafdakı insanlarla ünsiyyət qurmaq, şən olmaq, hətta evdən bayıra çıxmaq belə istəmir. İnanclı insan belə günlərdə daha da iradəli olub bu sıxıntılı ruh halından qurtulmağa çalışar. Bunun üçün üzərindəki nemətləri düşünüb şükür etməlidir. Yeriyə bildiyi üçün ayaqlarına, görə bildiyi üçün gözlərinə, evinə, ailəsinə, dostlarına, yediyi yeməklərə, səmaya, günəşə, nəfəs aldığı havaya şükür edər. Qısası, hər şey üçün Allaha minnətdar olar. Bütün verdiyi nemətlər üçün səmimi qəlbdən Ona təşəkkür edər. Bunların heç birinə sahib olmayan insanları, acından ölən, yemək tapa bilmədiyi üçün dilənən, müharibədə həyatını itirən insanları düşünər və mənfi şeylər bir-bir zehnindən yox olmağa başlayar. İman gətirməyən insan üçün isə vəziyyət çox fərqli və sıxıntılıdır. Mənfi ruh halı ilə günə başlayan inancsız insan çox əsəbidir, narazıdır, hər şeyə deyinir, heç nəyi bəyənmir. Özü sıxıntı içində olduğu kimi, ətrafına da davamlı olaraq mənfi aura yayır. Heç bir problemə həll yolu gətirmir, tək etdiyi şey tənqid etməkdir. Ətrafı gözəlliklərlə dolu olduğu halda, heç birini görmür, hər şeyi mənfi dəyərləndirir. İnsanlardakı əsas problem sevgisizlikdir. Sevgisiz həyat zəhər kimidir. Sevgisiz həyat sıxıntılıdır, narahatdır. Sevgisiz insanın həyatına inamsızlıq və eqoizm hakimdir. Ruhunu, yəni nəfsini tərbiyə etməmiş insanlar bu sevgisizlik içində boğulurlar.... (ardı rəydə) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #ruh #axirət #ahiret #ruhsuz #cənnət #cennet #dunya #sevgi #sevgilim https://www.instagram.com/p/CUupC0ks3i5/?utm_medium=tumblr
2 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Allah Öz ayələrində möminlərin birlik və həmrəylik içində olmalarını, bir-birinə hər bir məsələdə dəstək vermələrini və kömək etmələrini vacib bilmişdir. Qurana baxdığımız zaman müsəlmanların yer üzündəki mövqeyinin və Allah dərgahındakı qiymətinin başqa insanlardan daha fərqli olduğunu görürük. Müsəlmanlar vicdanlı, əxlaqlı və şərəfli bir həyat yaşadıqları üçün Allahın sevdiyi və dəyərli saydığı insanlardır. Lakin Quranda Allah dərgahında qiymətli və hörmətli olan bu qulların sayının azlığına da diqqət çəkilir. Allah ayəsində əksər insanların iman gətirməyəcəyini və iman gətirən insanların bir çoxunun da şirk qoşmadan iman gətirməyəcəyini bildirir. Bu isə əsl müsəlmanların yer üzündə azlıq təşkil edəcəyi mənasına gəlir. Bu səbəbdən hətta bircə müsəlmanın belə iman gətirənlər baxımından əhəmiyyəti çox böyükdür. Belə ki, Quranda müsəlmanların bir-birləri üçün dəyəri qoruyucu, himayə edən, köməkçi mənasına gələn “vəli” sözündən istifadə olunaraq açıqlanır. Elə buna görə də Allah hər bir əsrdə sayları olduqca az olan iman sahibi insanların bir-biri ilə sıx bağlı olmalarını əmr etmişdir. Müsəlmanların bir-birinin dəyərini yaxşı bilmələri, hər hansı bir çətinliklə üzləşəndə bir-birinə tam dəstək vermələri, yardımlaşmaları və birləşmələri Quranda müsəlmanların üzərinə qoyulan öhdəliklərdən biridir. Müsəlmanlar hər bir hadisə zamanı və ya hər bir şəraitdə bir-birini Allahın əmri ilə qoruyur və dəstəkləyirlər. Onlar bütün imkanları ilə - sözlə, maddi və ya mənəvi cəhətdən müsəlmanların qüvvətlənməsi, inkişaf etməsi və irəliləməsi üçün çalışırlar. Ayədə diqqət yetirilən ən mühüm məqam müsəlmanlar arasında pozulması mümkün olmayan əlaqənin olmasının vacibliyidir. Bu, müsəlmanlar arasında mənəvi bağlılıq qədər, zahirən aydın görünən qüvvətli bir bağlılığın yaranmasının lazım olduğuna işarə edir. Yəni Quranda müsəlmanları uzaqdan seyr etmək və dəstəkləmək kimi məntiq yoxdur. Mömin bir insanın həqiqi yeri müsəlmanların arasındadır. Bu səbəbdən də inanc sahibi olan bir insan ibadətlərini, xidmətlərini və fikir mübarizəsini müsəlmanlar arasında yerinə yetirməklə, onlara dəstək verir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar https://www.instagram.com/p/CUrdalNMTs0/?utm_medium=tumblr
2 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Muhsin Yazıcıoğlu, şəhid olmazdan əvvəl “Bizim qələmimiz İngiltərədə qırıldı” demişdi. Yəni “İngilis dərin dövləti mənimlə əlaqədar ölüm qərarı, şəhidlik qərarı verdi” demişdi.” Muhsin Yazıcıoğlunun ən yaxınında olan, mətbuat müşaviri Şükrü Dəmir belə deyir. “Muhsin Yazıcıoğlu yeddi ay əvvəl İngiltərədə Lordlar Palatasında qırx dəqiqəyə yaxın çıxış etdi. İngiltərədə təxminən üç gün qaldı. Çıxışından sonra İngiltərənin daha dərin olan İcmalar Palatası da onunla görüşmək istədi”. Türkiyə əleyhinə bir şeylər dedirdə bilmək və ya bu tip bir şərh etdirə bilmək narahatlığı gördüyünə görə orada bu görüşü qəbul etmədi” deyir. Çünki hər gedəni ümumiyyətlə əleyhdə danışdırırlar. “İngiltərədən Türkiyəyə qayıdanda, xüsusi görüşdə “bizim qələmimiz İngiltərədə qırıldı” dedi. Onun şəhidliyi İngilis dərin dövlətinin cinayətidir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #kuranıkerim #muhsinyazıcıoğlu #terror #dəccal #deccal #london #chathamhouse #ingiliz #i̇ngiltərə #şəhid #şehit https://www.instagram.com/p/CTHVBvvMAkp/?utm_medium=tumblr
2 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Ağıl sahibi insanın qazandığı xüsusiyyətlərin əvvəlində, insana dünyada və axirətdə bir çox gözəlliyin yolunu açan Quran əxlaqı gəlir. Ağıllı insan, Allahın Quranda bildirdiyi üstün əxlaqı ən dəqiq şəkildə tətbiq edən insandır. Quranda insanlara dürüstlük, səmimiyyət, təvazökarlıq, yumşaq xasiyyətlilik, mərhəmət, ədalət, tolerantlıq, bağışlayıcı və daha bir çox əxlaq gözəlliyi tövsiyə edilər. Ağıl sahibi insan da ağlından istifadə edərək, qarşılaşdığı hər hadisədə bu rəftarları ən gözəl şəkildə tətbiq etməyi bacarar. Quran əxlaqını nə qədər diqqətlə tətbiq etsə, axirətdə Allahdan o qədər gözəl qarşılıq görə biləcəyini bilər. Buna görə ağıllı insan gündəlik həyatında qarşılaşdığı hər hadisədə vicdanına uyğun davranar. Məsələn, köməyə möhtac bir kimsəyə kömək edər və bu məsuliyyəti başqalarına buraxmaz. Allahın razı olacağını bildiyi gözəlliklərin heç birini qaçırmadan tətbiq edər. Ya da tək başına ağır əşyanı daşımağa çalışan bir insanı, edəcək heç bir işi olmadığı halda oturaraq seyr etməz. Xəstə, ya da yaşlı birini gördüyü zaman ona yerini verib özü ayaqda qalmağı seçər. Əks halda laqeyd rəftar göstərmiş olacağını və Allahın bundan razı olmayacağını bilər. Həqiqətən qəzəblənəcək bir hadisə ilə qarşılaşdığında belə, Allahın mülayim rəftardan razı olacağını düşünərək qəzəbini məğlub edər və qarşısındakına gözəl söz söyləyər. Öz əleyhinə olacağını bilsə belə hər zaman üçün dürüst davranar. Ağlı sayəsində bütün bu rəftarları həyatının sonuna qədər ən gözəl şəkildə tətbiq edən bir insan isə həm dünyada gözəl həyat yaşayar, həm də Allahın razılığını hədəfləyərək göstərdiyi bu gözəl rəftarlarından ötrü cənnətlə mükafatlandırılar. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #gozel #güzel https://www.instagram.com/p/CVaad9nMzMa/?utm_medium=tumblr
1 note · View note
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Düşünmək, insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Ancaq bir çox insan bu xüsusiyyətini həqiqətən hikmətli və fayda verəcək mövzu yerinə, özünə və ətrafına heç bir fayda etməyəcək mövzular üçün istifadə edər. Bəzən saatlarla hətta günlərlə düşünər, amma sərf etdiyi uzun vaxtın ardından ortaya heç bir nəticə çıxara bilməz. Halbuki bir insanın faydalı düşündüyünü iddia edə bilməsi üçün gördüyü, eşitdiyi, qəbul etdiyi, ya da ağlından keçirdiyi məlumatları faydalı işlə nəticələndirməlidir. Məhz ağıl sahibi insanların fərqi bu nöqtədə özünü göstərər. Ağıllı insan yalnız düşünmüş olmaq üçün deyil, nəticə əldə edə bilmək, fayda təmin edə bilmək, doğrunu tapa bilmək və gözəl bir şeylər çıxara bilmək üçün düşünər. Düşünəcəyi mövzuları isə yenə ağlıyla təyin edər; heç bir zaman vaxt itirəcək, nəticəyə çatdırmayacaq mövzulara qərq etməz, ağlını boş şeylərlə məşğul etməz. Məsələn, boş vəsvəsələrə, şeytanın vəsvəsələri ilə məşğul olmaz, gələcəyə istiqamətli narahat edici düşüncələrlə vaxtını sərf etməz... Bu mövzuda Quranı rəhbər edər və Allahın insanları üzərində düşünməyə təşviq etdiyi mövzuları özünə əsas götürər. Ağıl sahibi bir insan həyatının hər anında Allahın zamandan və məkandan münəzzəh olduğunu, varlığının hər şeyi əhatə etdiyini, bütün varlıqlar Ona möhtac ikən Onun heç bir şeyə ehtiyacı olmadığını, kainatın hakimi və sahibi olduğunu, hər an, hər saniyə bütün insanları müşahidə etməkdə olduğunu, onların ağıllarından keçirdikləri, ya da söylədikləri hər sözü bildiyini, etdikləri hər rəftarı gördüyünü və əzəldən əbədiyyətə qədər hər şeyin məlumatını Qatında saxladığını ağlından çıxarmaz. (Ardı rəydə) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #Din #agil #ağıl #düşünce https://www.instagram.com/p/CVZ9qiYMHC1/?utm_medium=tumblr
1 note · View note
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Bir möminin imanının gücü, səmimiyyəti və qətiyyəti onun Allah yolunda mübarizəsindən, İslama olan sevgisindən aydın olur. Onun bu mübarizədə göstərdiyi hərəkət və davranışları dini əxlaq mövzusunda zəif və ya şövqlü olmasını müəyyən edir. Allah səmimi möminlərə onların arasında yaşayan bu zəif və ləng insanların mənfi təsirinə düşülməməsi, onların şövqlərinin, həvəs və əzminin qırılmaması üçün xəbərdarlıq edir və buna bənzər hərəkətlərdən çəkindirir: “Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər.” (Rum surəsi, 60) Əlbəttə, daimi zəiflik həqiqi iman sahibi olan bir insana aid edilə bilməz. Lakin mömin müvəqqəti zəiflikdən, laqeydlikdən, məsuliyyətsizlikdən, vaxtaşırı nəfsinə tabe olmaq kimi mənfi hərəkətlərdən uzaq olmalıdır. Möminləri müxtəlif mövzularda göstərilmiş zəiflikdən çəkindirən ayələrin bəziləri bunlardır: “Düşməniniz olan qövmü təqib etməkdə zəiflik göstərməyin! Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah biləndir, hikmət sahibidir!” (Nisa surəsi, 104) “Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!” (Ali-İmran surəsi, 139) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #ləng #leng #ibadət #ibadet https://www.instagram.com/p/CVKf0bMAGzg/?utm_medium=tumblr
1 note · View note
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Xurafatçılıq, Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin (s) yaşadığı İslamdan çox fərqli bir anlayışı din kimi göstərməyə çalışan bir sistemdir. İndi xurafatçıların İslam anlayışı İslam xaricində tam fərqli bir inanca çevrilmişdir. Çünki xurafatda Quran deyil, xurafatlar və bidətlər əsasdır. Ancaq xurafatçılar İslam adına ortaya çıxdıqlarını iddia edirlər. Peyğəmbərimiz (s) də Axırzamanda xurafatçılığın bu xüsusiyyətinə diqqət çəkmiş və xurafatçılığın çox böyük təhlükə olduğunu hədislərində xəbər vermişdir: “Elm, alimlərin yox olması (vəfat etmələri) ilə aradan qalxar. Ortalıqda heç bir alim qalmaz. Nəhayət, insanlar cahilləri özlərinə rəhbər və lider edərlər, məsələlərini onlardan soruşarlar. Onlar elmə əsaslanmadan xalqa fətva verər, həm özü azar və həm də xalqı azdırar.” (Buxari, 100, 7307; Müslim, Elm 13, 2673; Tırmizi, Elm 5, 2652) Xurafatçılar hər cür gözəlliyə nifrətlə baxırlar. Çiçəkdən, uşaqdan, heyvanlardan, qısası, Allahın yaratdığı hər gözəllikdən nifrət edirlər. Ruhlarında sevgiyə dair heç bir şey olmadığından içləri və ruhları bomboş və qapqaradır. Ruhlarındakı bu boşluq səbəbindən radikal və anlayışsızdırlar. Buna görə də hər cür gözəlliyə, estetikaya, incəsənətə, elmə, xoşbəxtliyə, hətta həyata düşməndirlər. Bu zehniyyətin hakim olduğu bir dünya cəhənnəm kimi darıxdırıcı və qaranlıqdır. İnsanlar xurafatçılığın bu şəklindən çəkinirlər. Halbuki, həqiqi İslam dini sevgini, dostluğu, qardaşlığı, köməkləşməyi, bağışlayıcı olmağı, qısaca gözəl olan hər əxlaq xüsusiyyətini əmr edir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #Din #xurafat #hurafe #buxari #hadis #munafiq #fasiq #fasik #munafik https://www.instagram.com/p/CVGjMneI8j9/?utm_medium=tumblr
1 note · View note
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Allah bir sınaq olaraq şeytanı insanların düşüncələrinə gizli təlqinlər edən xüsusiyyətdə yaradıb. Bu təlqin də insanların iman dərəcələrinə görə dəyişir. Şeytanın inkarçılar qarşısında hər istədiyini etdirəcək bir qüvvəsi olduğu halda, səmimi möminlərin imanına zərər verə biləcək heç bir qüvvəsi və təsiri yoxdur (Hicr surəsi, 39-40). Lakin şeytanın Allahın xalis qullarını azdırmaq qabiliyyətinə tam malik ola bilməsə də, o, insanların nəzərlərini yayındırmaq, unutqanlıq vermək, diqqətlərini toplamağa imkan verməmək kimi zərərlər verməyə çalışır. Şübhəsiz ki, şeytanın təsiri ilə hərəkət edən insanlar öz sözləri, danışıqları, davranış və hərəkətləri ilə möminləri narahat edirlər. Bunun kimi şeytan da özünün görünməzliyi ilə bu cür narahatlığı verməyə çalışır. Bununla da şeytan möminlərin düşüncələrini məşğul edib diqqətlərini yayındırmaqla onların xeyirli əməllərinə mane olmaq istəyir. Şeytanın bəhs etdiyimiz bu üsulla çatmaq istədiyi məqsədlərdən biri də möminlərin Allahın sözü olan Quranı oxuyub dərk etmələrinin və ondan gözəl şəkildə istifadə etmələrinin qarşısını almaqdır. Çünki möminlər Quran vasitəsilə ən doğru yolu tapır, şeytanın yeganə məqsədi isə möminləri doğru yoldan azdırmaqdır. Buna görə də şeytan onların Quranı dərk etməmələrini, səhv anlamalarını, hətta mümkün olduğu qədər Qurandan uzaqlaşmalarını arzulayır. Allah şeytanın bu hərəkətinin müqabilində möminin Ona sığınmasının vacib olduğunu bildirmiş və bunu bir hökm kimi möminlərə fərz qılmışdır: “Quran oxumaq istədiyin zaman şeytandan Allaha sığın!” (Nəhl surəsi, 98). Allah Ona inanıb güvənərək belə davranan insanlara şeytanın heç bir zərər verə bilməyəcəyini sonrakı ayədə aşağıdakı kimi bildirir: “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur!” (Nəhl surəsi, 99). #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #namaz #besmele #şeytan https://www.instagram.com/p/CU7cenDsAoX/?utm_medium=tumblr
1 note · View note
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Möminlər boş və mənasız danışıqlara məhəl qoymadıqları kimi, axirətləri üçün heç bir faydası olmayan, hətta onlara zərər verəcək boş işlərə də vaxtlarını sərf etməzlər. Möminlərin bu xüsusiyyəti ayədə belə bildirilir: “Onlar lağlağıdan tamamilə üz döndərənlərdir”. (Muminun surəsi, 3) Allahın rizasının nəzərə alınmadığı hər bir iş Quranda bildirilən həmin lüzumsuz işlərə aiddir. İnsan hətta Quranda əmr edilən ən mühüm ibadəti də Allahın rizasından kənar, vərdiş olduğu və həmin anda ona asan gəldiyi üçün, əsas, lakin ona çətin olan bir işdən yaxa qurtarmaq üçün və ya hamının etdiyi bir iş kimi edərsə, bu, lüzumsuz ola bilər. Möminlərin Quranda müəyyən edilmiş və gündəlik həyatında yerinə yetirəcəkləri müxtəlif fərz ibadətləri var. Bunların xaricində qalan vaxtını mömin İslam üçün ən faydalı, Allahın ən çox razı qalacağı işlərlə məşğul olmağa, özünü həmin işlərdən maksimum faydalanacaq şəkildə inkişaf etdirməyə sərf etməlidir. Kəşf etdikləri əhəmiyyəti baxımından yerinə yetirilən işlərin ardıcıllığına fikir verilməlidir. Müəyyən vaxtlarda yerinə yetirilməli işlərin başqa vaxta təxirə salınması və vaxt itkisinə səbəb ola bilər. Çünki həmin işlər ola bilsin ki, o anda ən zəruri və əsas olan işlərdir. Bütün bu səbəblərdən mömin cahillərin bütün həyatı boyunca vaxt sərf etdikləri boş işlərlə maraqlanmamağı, yerinə yetirdiyi saleh əməllərə nəfsinin qarışmamasına, hər zaman Allah rizasının daha çox qazanmasına səbəb olan işləri üstün tutmağa diqqət yetirməlidir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #fayda #faydasız #boş #iş #is https://www.instagram.com/p/CU5B7H8IzlZ/?utm_medium=tumblr
1 note · View note
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Atatürkün səhv başa düşülməsinin təməl səbəbi, ölümündən sonra onu təmsil edən səhv adamlardır. Atatürkün yazdığı, 1925-ci ildə nəşr olunan kitabda; İnanc qanunları, Peyğəmbərimizin nümunəvi şəxsiyyəti və onun hərbi bağlılığı, İslamda cihad kimi onlarla mövzu vardı. Əxlaq və vəzifə şüuru, mənəvi təhsil, hökumətə və vətənimizə qarşı vəzifələrimiz və Quranda vətənin müdafiə edilməsi. Atatürk, Türk əsgərlərini yalnız əsgər olaraq deyil, maddi və mənəvi olaraq hazırladı. Çünki Atatürk hər fürsətdə Türk ordusunun Peyğəmbərin ocağı olduğunu söyləyirdi. Atatürk ölənə qədər əsgərlərə əllərini Qurana basaraq and içdirildi. 1932-ci ildə Atatürk, Quran tilavəti üçün hafiz Ramazan Kaynaka vəzifə verdi. Əsgərin missiyasının fəzilətlərini açıqlayan surələrin Türkcə və Ərəbcə oxunmasını əmr etdi. Mustafa Kamal Atatürk hər il Çanaqqala şəhidləri üçün mövlud oxudardı. Bunun üçün hafiz Yaşar Okuru namizəd göstərdi. 1923-cü ildə hafiz Yaşar, şəhid Çavuş Mehmet abidəsində Çanaqqala şəhidlərinə mövlud oxuduğunda, birdən yağış yağmağa başladı, yağışa baxmayaraq hafiz Yaşar mövluda davam etdi. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #atatürk #ataturk #əsgər #asker #din #kitab #kitap https://www.instagram.com/p/CRmWF1BFNnY/?utm_medium=tumblr
3 notes · View notes