#texnologiya
Explore tagged Tumblr posts
Text
Kvant fizikasının inkişafı, kvant kompüterləri və kriptoqrafiya kimi sahələrdə inqilab yaradır. 🚀🔬
0 notes
Text
Biznesin rəqəmsal dostu: Korporativ SAYTLARIN Hazırlanması
#Biznes#Texnologiya#RəqəmsalMarketinq#WebDizayn#İnternetMarketinq#SEO#EcommerceAz#İnstaAzerbaijan#kesfett#wordpress#website#İnnovasiya#SosialMedia#AzerbaijanTech#StartupAzerbaijan#etaks
0 notes
Text
texnologiya dövründəyik və mən buna çox uzağam
16 notes
·
View notes
Text

ZƏRDÜŞT ƏLİZADƏ ELÇİBƏYLƏ BAĞLI MƏNƏ İFTİRA ATDI - MÜSAHİBƏ
Fəzail Ağamalı:
“Əbülfəz bəyə dedim ki, onları bizim aramıza “KQB” göndərib”
“Elçibəy cəbhəçilərə dedi ki, Fəzail Ağamalı proseslərdən alnıaçıq çıxdı”
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq”
Milli Məclisin keçmiş deputatı, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı Modern.az saytının redaksiyasında olaraq, əməkdaşımıza geniş müsahibə verib. Fəzail Ağamalı müsahibənin I hissəsində, mərhum eks-prezident Əbülfəz Elçibəylə necə tanış olmağından, onun həbsindən, daha sonra milli azadlıq hərəkatına qoşulmağından və digər məsələlərdən danışıb.
- Fəzail müəllim, uzun bir siyasi yol gəlmisiniz. Bundan məmnunsunuzmu?
- Çox məmnunam. Bu mənim taleyimdir. Tanrının mənə vermiş olduğu həyatdır, alın yazısıdır. Hər kəsin də bu və buna bənzər izahı olmayan və yaxud da danışmağa ehtiyac duymayan həyatı var. Mən dünyaya gəldiyim, özümü dərk etdiyim ilk andan ayıq, nadinc, haqsızlıqla barışmayan, dalaşanda sona qədər al-qan olsam da döyüşən, qarşımdakını məğlub etmək istəyində olan, hətta bəzən ona çatmayan bir insan olmuşam.
Xarakter etibarilə mən maksimalistəm. Nəyi ki qarşıma məqsəd qoymuşam, oradan geri çəkilmək ağlıma gəlməyib. Bir sıra hallarda mən çayın əksinə getmişəm, bilmişəm ki, bunu etsəm çox ciddi problemlər yaşaya bilərəm, amma yenə də onu etmişəm.
1988-ci ildən Azərbaycanda başlamış azadlıq mübarizəsinin içində yer aldım və sona qədər gəldim. Ona görə sualınızın əvvəlində dediyim fikrə qayıdıram ki, dünyanın ən xoşbəxt insanı bu gün mənəm ki, düşündüklərimin içində yaşayıram.
Azərbaycanı hələ tələbəlik illərindən azad, müstəqil görmək istəmişəm. Rəhmətlik Əbülfəz Elçibəy müəllim kimi bizə dərs dediyi zaman, bizi cəlb etdiyi gizli dərnəyin üzvlərindən biri olmuşam. O gizli dərnək Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə uğrunda fəaliyyət göstərib. Bütün bunlara görə Əbülfəz Elçibəy 1975-ci ildə həbs olundu. O dövrdən Azərbaycanın azadlığını, müstəqilliyini özüm üçün başlıca məqsəd hesab etmişəm.
Bunun üçün də çox böyük çətinliklər yaşamışam, amma onu deyə bilərəm ki, 1982-ci ilədək bizim evə məktubları gətirən poçtalyon da məktubları izləyirdi. Təsəvvür edin ki, poçtalyon da “KQB”yə işləyirdi.
1982-ci ildən sonra mənim üzərimdəki qadağa birdən-birə götürüldü. Bunu edən sonradan Azərbaycanın milli təhlükəsizlik naziri olan Nəriman İmranov idi. Nəriman İmranov mənim Naxçıvanda müəllim işlədiyim dövrdə Naxçıvan komsomal təşkilatının birinci katibi olmuşdu. Mənim “Şərq qapısı” qəzetindəki yazılarım onun diqqətini cəlb etmişdi. Bir dəfə məni çağırdı, tanış olmaq istəyini bildirdi.
Sonda dedi ki, gənc müəllimsən, nəsə sözün olsa bildir. Xahiş etdim ki, mümkünsə, yoldaşıma iş tapmaqda kömək etsin, o da etdi.
Sonra Nəriman İmranovla dostluğumuz başladı. O, Komsomol Komitəsinin birinci katibi, mən də universitetin baş müəllimi idim.
Sonra Nəriman müəllimi göndərdilər Dövlət Təhlükəsizlik Komitəsinin məktəbinə, oranı bitirdikdən sonra gəldi Naxçıvana və Naxçıvan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədr müavini işlədi.
Daha sonra Naxçıvan DTK-nın sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Bahadır Hüseynovu Azərbaycan DTK-ya müavin apardılar, onun yerinə isə Nəriman müəllimi təyin etdilər. Nəticədə mənim izlənməm bitdi və əlavə imkanlar yarandı.
Hətta Naxçıvan Muxtar Respublikası Partiya Komitəsinin təlimatçısı işinə götürülməyim gündəmə gəldi, bunun üçün məni dəvət etdilər, bütün şöbələrdən keçdim.
Həmin ərəfədə mənə təklif gəldi ki, Gəncə Texnologiya İnstitutuna kafedra müdiri gedə bilərsənmi? Mən Partiya Komitəsinin təlimatçısı vəzifəsini deyil, Gəncəni seçdim.
- Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayan məsələlərdən biri də sizin Əbülfəz Elçibəylə olan münasibətinizlə bağlıdır. Bəziləri qeyd edir ki, Fəzail Ağamalı Elçibəyə xəyanət etdi, onu satdı və sair. Bu barədə heç danışmadığınız məsələləri eşitmək istərdik.
- Bu fikir mənim şəxsiyyətimə, tərcümeyi-halıma və fəaliyyətimə atılan şərəfsiz və ləyaqətsiz böhtan, insanlığa sığmayan yanaşmadır. 1969-cu ildə Əbülfəz Elçibəy bizə Asiya və Afrika ölkələrinin tarixinin yeni dövrü fənnini tədris edirdi. Qısa zamanda o, bizim qrupun ən sevimli müəlliminə çevrildi. Öz savadı, müstəqil danışığı və tələbələrə yanaşması ilə bunu qazandı. Siz təsəvvür edin ki, hələ sovet vaxtı o, tənəffüsdə bizimlə birlikdə siqaret çəkirdi. Onda Əbülfəz Əliyevin 32, mənim 22 yaşım var idi. Auditoriyadan çölə çıxıb siqaret çəkdiyimiz yer var idi. Biz “Avrora” çəkirdik, Elçibəy isə filtirli siqaret və o, bizi də filtirli siqaretə qonaq edirdi. Belə şeylər bizi çox cəlb elədi. Sonra başladı bizə Azərbaycan tarixindən, 1918-20-ci illərin müstəqil dövlətindən danışmağa. Tarixçi olaraq biz bunların heç birini bilmirdik – kitablarda, tədqiqat əsərlərində yox idi, müəllimlərin heç biri bizə bunları demirdi. Biz də təəccüblənirdik, çünki Musavat, AXC bizə düşmən obrazında öyrədilirdi.
Beləliklə, dostluğumuz başladı. Elçibəyin “Papanin” (indiki Cəlil Məmmədquluzadə-red.) məhəlləsində evi var idi, bizi ora dəvət edirdi. Biz gedirdik çay içirdik, söhbət edirdik, pulumuz olanda pivə içirdik. Mən o zaman Əbülfəz Elçibəyin evinə kimlərin gəldiyinin şahidi oldum – Vasif Məmmədəliyev, Rafiq İsmayıl və digərləri. Elçibəyin kimlərlə yüksək münasibət qurmağının da şahidi olduq – Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, Ziya Bünyadov, Süleyman Əliyarov. Bunlar həmin dövrün ən böyük ziyalıları, istiqlalı içində daşıyan və imkan düşdükcə, bunu millətə çatdıran insanlar idilər. Onlarla Elçibəyin necə münasibətdə olduğuna şahidlik etdik. Elə olurdu ki, bizim danışıqlarımız o qədər intensiv və maraqlı gedirdi ki, uzun söhbətin sonunda mən, Mirheydər Mirzəyev və Əbülfəz bəy kitabları başımızın altına qoyub yatırdıq.
Bu cür möhkəm dostluğumuz yarandı və biz onunla Azərbaycanın azadlığı uğrunda mübarizədə birgə rol aldıq. Həmin zaman kəsiyində Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını çap edib payladıq. Mən həmin vaxt Bakı Dövlət Universitetinin qəzetində çalışırdım. Orada makinaçı İzzət xanımdan xahiş edirdim ki, 4-5 qara kağız qoysun ki, poemanın üzünü çıxaraq. O, mənə deyirdi ki, səni tutacaqlar.
1970-ci ildə Həmid Əliyevin ustad şair Şəhriyarın şeirlərindən ibarət kiçik bir broşürü çıxdı. O kitabçada “Heydər babaya salam”, “Azərbaycan” şeiri də yer almışdı. “Azərbaycan” şeiri inqilabi, insanın ruhunu hərəkətə gətirirdi:
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Siz təsəvvür edirsiniz, 70-ci ildə əlində belə bir broşür tutmaq nə demək idi... Minlərlə kitabça yayılmışdı.
Bilirsiniz, bunu edən kim idi? Birmənalı şəkildə mərhum Heydər Əliyev. Heydər Əliyev icazə vermişdi o şeirlərin dərcinə.
Heydər Əliyev bu cür addımlarla, bu cür hərəkətlərlə milli şüuru, milli ideyanı, milli mənliyi formalaşdırırdı. Biz də Şəhriyarın şəklini həmin misralarla 100-200 nüsxə çıxarıb, nə qədər imkanımız çatırdısa, Bakı, Sumqayıt, Gəncə, Yevlax və Göyçayda yayırdıq.
Bütün bunların hamısı Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən geniş şəkildə nəzarətdə idi.
- Elçibəyin məhkəməsi ilə bağlı nələri deyə bilərsiniz?
- Elçibəyin məhkəməsində ondan sonra ən çox adı hallanan ikinci şəxs mən olmuşam. Bizdən bir kurs aşağıda oxuyan Nəsir Ağayev və onun qrup yoldaşı Fərhad Vahabov var idi. Onların hərəkətlərindən mən şübhələnmişdim. Əbülfəz bəyə dedim ki, onları bizim aramıza göndəriblər. Onlarla münasibət qurma, Elçibəy də dedi ki, narahat olma, onlar heç nə edə bilməzlər. Elçibəyin yanaşması fərqli idi. Deyirdi ki, hamını cəlb edin, millət üçün işləyirik. Bir də onun Aydın Hacıyev adlı qrup yoldaşı var idi. Nə baş verirdisə, hər şeyi çatdırırdı DTK-ya. Bütün bunların hamısı məhkəmədə açıldı. Hətta o da açıldı ki, Fəzail Ağamalıyev Əbülfəz Əliyevə deyibmiş ki, Fərhad Vahabovu bura göndəriblər, ondan ehtiyatlı olun. Özümün iştirak etdiyim məhkəmə prosesində bunların hamısı söylənildi.
Biz Elçibəylə 1970-ci illərdə də məktublaşırdıq, şifrəli danışırdıq - Naxçıvanda havalar buludludur, bura qar yağır, vəziyyət ağırdır. O da deyirdi ki, hər qışın bir yazı olacaq, bahar olacaq, bahar da gələr, quşlar da oxuyar, ağaclar da çiçək açar.
1975-ci ilin əvvəlləri idi. Yoldaşım Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyurdu. Mən də Elçibəylə tez-tez görüşürdüm. Amma bir dəfə dedi ki, ondan uzaq olum, onu izləyirlər. Ondan sonra görüşə bilmədik, özüm də gördüm ki, maraq göstərmir.
1975-ci ildə Naxçıvanda auditoriyada dərs deyirdim. Qrupda bilinirdi ki, məni izləyən adamlar var. Orada bir İlyas var idi. O pəncərənin önündən keçəndə ürəyimə damdı ki, nəsə olub. 5 dəqiqə sonra qapını döydü ki, Fəzail müəllim, sizi olarmı? Mən dəhlizə çıxanda orada DTK-nın Naxçıvan üzrə kuratoru Eldəniz Əliyevi gördüm. Dedi ki, onunla getməliyəm. Bilirdim ki, Elçibəyin işi gedir, çağırılacağımı gözləyirdim. Soruşdu ki, müəlliminin məsələsindən xəbərin var? Dedim ki, hansı müəllim, nə məsələsi? Sonra bildirdilər ki, Əbülfəz Əliyevin işi ilə bağlı Bakıya getməliyım. Gəldim evə, halallaşdım. Bildirdilər ki, biletin alınıb, saat 9-da Bakıya çatacaqsan, birbaşa komendaturaya gedəsən. Müstəntiqə zəng edərsən, o səni gözləyəcək. Qatara minib Bakıya yola düşdüm. Ordubada çatanda qatar qısa müddətə stansiyada dayandı, birdən orada Elçibəyi gördüm. Öz-özümə dedim bu nədir, nə baş verir... Tez qatardan düşdüm, Əbülfəz bəylə görüşdüm, yerini soruşdum, məndən 2-3 vaqon qarşıda gedirmiş. Dedim qatar tərpənsin, gələcəm sizin yanınıza. Qatar tərpəndi, mən getdim Elçibəyin olduğu vaqona, görüşdük, əllə, qolla, gözlə danışdıq, siqaret çəkmək adı ilə dəhlizə çıxdıq. Vaqonların arasında, iki vaqonun birləşdiyi yerdə bir tərəfdə o, bir tərəfdə mən durdum. Dedim ki, Əbülfəz bəy, nə məsələdir, məni də çağırıblar Bakıya. Dedi xəbəri var, gəlib anasıyla görüşməyə, sabah haqqında qətimkan tədbiri seçiləcək və həbs olunacaq.
Dedi ki, səninlə bərabər çoxlarını çağırıblar. Dedim ki, mənim mövqeyim aydındır, sizə orada necə kömək edə bilərəm? Cavab verdi ki, nə olubsa səninlə mənim aramda olub, mümkün olanı deyərsən, mümkün olmayanı deməzsən. Dedim ki, mən inkar mövqeyin tutacam. Heç nəyi bilmirəm, heç nəyi danışmayacam. Dedi özün bil, lazım gəlsə Cənubi Azərbaycan məsələsini deyə bilərsən.
Ayrıldıq, mən çatd��m Bakıya. Zəng vurub müstəntiqlə görüşdüm. Dövlət Təhlükəsizlik Komitəsinin binasına arxa girişdən daxil oldum. Qapını açdım, gördüm oradan bir adamın silueti görsənir. Bir serjant apardı məni yuxarı. O sual verir, mən də cavablandırırdım...
Deyirdim ki, belə şey yoxdur, o da nələrsə yazırdı, sonda oxuyub qol çəkməliydim. Dedim ki, verin özüm yazım, siz niyə yazırsınız? Dedi ki, olmaz, mən nə deyirəm ona cavab verməlisən. Gördüm kağıza Əbülfəz Elçibəyi ittiham edən xeyli şeylər yazıb. Mən qol çəkmədim, vərəqi cırıb atdı. Başqasını yazdı, yenə imzalamadım, yenə cırıb atdı. İstintaq şöbəsinin rəisi var idi – Səlimzadə.
O da gəldi, müstəntiq ona dedi ki, cənab polkovnik, bu adam mənim yazdıqlarıma qol çəkmir, deyir belə şeylər olmayıb.
İstintaq şöbəsinin rəisi əsəbi şəkildə cavab verdi ki, qol çəkmirsə, bu “senoku” sal müəllimin yanına, görsün hökumətə, dövlətə qarşı çıxmaq nədir.
İçimdən bir şey qopdu sanki. Dedim ki, yoldaş polkovnik, siz həqiqəti bilmək istəyirsiniz, mən də həqiqəti deyirəm. Ancaq əgər istəyirsinizsə, sizin dediklərinizi təsdiqləyim, onda kağızın altında qeyd edəcəm ki, mən burada yazılanlarla razı deyiləm, məni məcbur etdiklərinə görə qol çəkirəm.
Dedi ki, sən heç bilirsən nə danışırsan, harada olduğunun fərqindəsən? Dedim bilirəm, mən Dövlət Təhlükəsizlik Komitəsinin binasındayam. Göstəriş verdi ki, götürün bunu neynəyirsinizsə, edin.
Məndən Əbülfəz Elçibəyin əleyhinə heç nə ala bilmədilər.
O vaxt Dövlət Təhlüksizlik Komitəsi indiki Sərhəd Qoşunlarının binasında yerləşirdi. Bizim işlərə kuratorluq edən şəxs məni metroya qədər ötürdü. Yol boyu məni fikrimdən daşındırmağa çalışdı.
Ondan bir ay sonra məni yenidən Bakıya çağırdılar. Həmin vaxt böyük oğlum 1 yaş 1 aylıq idi, o biri oğlumun isə heç 40-ı da çıxmamışdı. Yoldaşıma dedim ki, məni yenə Əbülfəz Elçibəyə görə çağırırlar, uşaqlarla öpüşdük-görüşdük. Yoldaşıma dedim ki, ola bilər getdim, qayıda bilmədim, uşaqlara de ki, atanız şərəfli yol keçib. Yoldaşım çox pis oldu, dedim ki, mənim burada sənədlərim, məktublarım var, onları gizlət.
Allah ona insaf versin, mən gedəndən sonra bütün məktubları, sənədləri od vurub yandırıb.
İkinci dəfə məni Bakıya dəvət edəndə gördüm fərqli münasibət var. Çağırıb xəbərdarlıq etdilər ki, bir də belə işlə məşğul olma. Buna bənzər bir izahat yazdılar, mən də qol çəkdim.
Orada bir məsələ oldu Cənubla bağlı. Dedilər bəs siz Elçibəylə Cənubi Azərbaycanla bağlı danışmısınız, çoxlu söhbətləriniz olub. Dedim vallah xatırlamıram, hansısa məxsusi söhbətlərimiz olsun.
Soruşdular ki, Elçibəyin imzasını, xəttini tanıyırsan, dedim bəli. Bir kağız göstərdilər, orada yazılmışdı ki, Fəzail Ağamalıyevlə bir sıra hallarda Cənubi Azərbaycan barədə söhbətlərimiz olub.
Mən də dedim ki, Elçibəy bizə Asiya-Afrika ölkələrinin yeni tarixindən dərs deyirdi, İran da bu ölkələrdən biridir. Onun üzərində bizim söhbətlərimiz marksizim və leninizm metodologiyası səviyyəsində olub, eyni zamanda bu mövzuda başqa müəllimlərlə də söhbət etmişik.
Sonra mənə bəlli oldu ki, Elçibəyi mühakimə edən prokuror Yamən Yusifovu istintaqın gedişində yuxarı orqanlara çağırıblar. Heydər Əliyev ona deyib ki, mənim sənə pisliyim keçməyib, düşmüsən təsir altına, görmürsən ki, bu işlər həm də mənə qarşı qurulub.
Çünki ermənilər Heydər Əliyevə qarşı Əbülfəz Əliyev amilindən istifadə edirmişlər.
Heydər Əliyev onları yanına çağırandan sonra Əbülfəz bəyin üzərindən ən ağır maddə götürüldü. Bu olmasaydı, biz də 5-6 il həbsdə qalmalıydıq.
Yəni rəhmətlik Heydər Əliyev Əbülfəz Elçibəyin məsələsini həll etdi.
- Bəs, sonralar sizə atılan böhtanların səbəbi nədir?
- Əbülfəz Elçibəy həbsdən çıxıb gələndən sonra mən onunla tez-tez görüşürdüm. Əlyazmalar İnistutunda işləyirdi. Münasibətimizdə bir gün belə fasilə yaşanmadı. Hərəkat başladı və mən o hərakatın içində Elçibəylə birlikdə idim. Mən Elçibəyin ünvanına, onun həbsinə imkan verən izahat versəydim, o, məni necə yanında saxlaya bilərdi?!
Mənə qarşı bu iftiranı yayan Zərdüşt Əlizadəydi. Bir dəfə müzakirə zamanı mən Zərdüşt Əlizadənin ünvanına sərt sözlər söylədim. Dedim ki, sizin atanız Əbülfəz Elçibəyin həbsində çox mühüm rol oynayıb. Onun bütün fəaliyyəti haqqında dosyeləri verənin biri də Şərqşünaslıq İnistutunun müəllimi kimi sizin atanız Mübariz Əlizadə olub. Eyni zamanda Tarix fakültəsinin müdiri kimi Məmməd Əfəndi və digərləri olub. Ondan sonra Zərdüşt yığıncaqların birində dedi ki, Fəzail Ağamalı mənim atam haqqında belə deyir, ancaq məndə olan məlumat görə, onun özü Elçibəyin həbsində vacib rol oynayıb.
Orada Elçibəy özü də çıxış edirdi və dedi ki, Zərdüştün söylədiyi kökündən yanlışdır, Fəzail Ağamalı proseslərdən alnıaçıq, üzüağ çıxdı. Həmin stenoqramı yazan Səfər Alışarlının çıxarmış olduğu kitabda Əbülfəz Elçibəyin bu sözləri yer alıb.
Sonra bu iftira yenidən gündəmə gətirildi. Ramiz Mehdiyevə qarşı aparmış olduğum mübarizədə onun tapşırığı ilə mənə qarşı müxtəlif səviyyələrdə çox böyük kampaniya başladıldı. Bu kampaniyanın içərisində Ramiz Mehdiyevin yaxın adamları da var idi, onunla əməkdaşlıq edən müxalifət də orada yer alırdı.
Mənim barəmdəki böhtanları müxalifətin dili ilə dedizdirirdilər ki, insanlar buna inansın. Mən bunun qarşısını almaq üçün Elçibəyin qardaşı Almurad bəydən xahiş etdim, bir açıqlama versin, onlar hər şeyi bilirlər. O da açıqlama verdi ki, Fəzail Ağamalı haqqında deyilən hər şey böhtandır. Fəzail Ağamalı Əbülfəz Elçibəyin məhkəməsindən alnıaçıq və kişi kimi çıxdı. Ondan sonra böhtançılar dayanmağa məcbur oldular.
- Hərəkat dövründə Heydər Əliyevi müdafiə etdiyinizi iddia edirsiniz. Bu barədə nə deyə bilərsiniz?
- Heydər Əliyevlə bağlı fikirlərimi həmişə demişəm, hərakat dövründə də deyirdim.
Bir dəfə Milli Məclisin qarşısında mitinq keçirilirdi. O mitinqlərin aparıcı şəxslərdən biri də mən idim.
Dedilər ki, mitinqləri sən apar, razılaşmadım. Mənim funksiyam tamamilə fərqli idi. Fikrim ovaxtkı prezident Ayaz Mütəllibovun istefasına nail olacaq mitinq təşkil etmək idi. Ona imkan vermədilər, hətta cəbhəçilərin özü buna qarşı idi. Xocalı soyqırımından sonra isə dedim ki, fürsəti əldən vermək olmaz, Ayazı göndərmək lazımdır. Ayazı istefaya göndərməkdə niyyətim o idi ki, Azərbaycan Kremilin təsirindən azad olsun. İkinci niyyətim isə bu idi ki, Azərbaycanın indiki faciələrdən çıxarmağın yeganə açarı Heydər Əliyevin əlindədir.
Heç ağlıma gəlməzdi ki, Ayaz Mütəllibovdan sonra Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələr, Elçibəy də mənə deyər ki, sən də get əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini ol.
Mitinqlər davam edirdi. Axşama yaxın mən çıxdım tribunaya, xahiş etdim ki, Azərbaycan Xalq Cəbhəsinin Bakı şəhəri üzrə məclis sədrləri də tribunanın ətrafına gəlsinlər.
Gəldilər, dedim, içəridə söhbət dolaşır ki, AXC ilə Ayaz Mütəllibovun danışıqları gedir. Niyyətləri odur ki, Ayaz Mütəllibovu formal olaraq prezident kimi saxlayırlar, hakimiyyət isə cəbhəçilərin əlinə keçir. Beləliklə, hakimiyyəti bölüşürlər. Dedim ki, bu, böyük xəyanətdir, Azərbaycanı fəlakətə aparan yoldur.
Ona görə də gəlin, biz Ayaz Mütəllibovun istefasına qədər fasiləsiz mitinq edək. Dedilər ki, sən avantüristsən, bunu etmək olmaz, çünki cəbhədən belə tapşırıq yoxdur. İki nəfər, Nəsiminin o zamankı icra başçısı Əli Quliyev və Rauf Qarayev mənimlə razılaşdı.
O zaman Gülnarə xanım var idi, cəbhə dövründə İsgəndər Həmidov onu pasport idarəsinin rəisi təyin etmişdi. Onunla əlaqə saxladım, dedim ki, Xalq Cəbhəsindən dəstək yoxdur. Səndən bir xahişim var, mübariz qadınları topla, gətir parlamentə. İçəridə millətə xəyanət edirlər. Xocalı faciəsinə göz yuman Ayazı hakimiyyətdə saxlamaq istəyirlər.
Gülnarə xanım razılaşdı, 15 dəqiqədən sonra 20-25 mübariz qadınla parlamentə gəldi.
Parlamentdə o vaxt guya nizam-intizama nəzarət edən Yaşar Əliyev idi. O, həmin vaxt Bakı şəhərinin Baş Polis İdarəsində işləyirdi, mayor rütbəsində idi. Dedim Yaşar müəllim, sizi istəyən biri kimi deyirəm, baxın, burada başqa işlər gedir, Qarabağda Xocalı soyqırımı baş verib. Bu qadınların qabağında dura bilməyəcəksiniz. Elə bir fikrin olsa, başında papağın, çiynində paqonun qalmayacaq. Cavab verdi ki, mane olmayacaq, çıxsınlar yuxarı.
Mitinqə gələn xanımları parlamentə dəvət etdim. Yunis Oğuzla mən də yuxarıda idik. Dedim, Yunus, gedək daş yığaq, qadınlara paylayaq. Elə də etdik, qadınlara dedik ki, daşları yığın çantanıza, parlamentin aşağıdakı şüşələrini sındırın, yuxarıdakıları sındırsanız başınıza tökülər. Qoyun içəridə ajiotaj yaransın, bilsinlər ki, çıxış yolu yoxdur.
Qadınlar Milli Məclisin qapısının önündə dediklərimizin hamısını etdilər. Bundan sonra çıxdım tribunaya, mitinqdə iştirak edən qadınlara müraciət etdim, dedim ki, orada xanımlar var, onları tək qoymayın, siz də çıxın onların yanına. Əksər xanımlar çağırışıma əməl etdilər.
Bir saatdan sonra çıxıb kişilərə müraciət etdim ki, siz analarınızı, bacılarınızı tək buraxmayın. Beləcə, Milli Məclisi mühasirəyə aldırdıq, oradan bir nəfərin də çıxmağına imkan vermədik. 36 saat fasiləsiz mitinq keçiribAyaz Mütəllibovu istefaya göndərdik.
Bilirdim ki, qurtuluşumuz Heydər Əliyevin hakimiyyətə gəlməsindədir. Əks halda, Azərbaycan yox olacaqdı.
Bu mitinq 1992-ci il mart ayının 6-da oldu.
Hakimiyyət üstündə dava gedirdi. O zaman parlamentin sədri olan Yaqub Məmmədov deyirdi ki, mən siyasətdə “peşkayam” və sair və ilaxr. Bu da siyasi anarxiyanın göstəricisi idi.
Bir neçə gün sonra Azərbaycan Xalq Cəbhəsinin qərargahındakı yığıncaqda ölkənin ictimai-siyasi durumu müzakirə olunurdu. Belə qərara gəldilər ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ almağa tam hazırdır. Bununla da Azərbaycanı müstəqil edəcək, separatçılığa son qoyacaqlar və sair.
Məclisi Sabit Bağırov aparırdı, katib isə Gündüz Cəlilov idi. Yığıncaq onun adı ilə çağırılmışdı. Tiribunaya çıxaraq dedim ki, bunlar mümkün deyil. Biz hakimiyyətə gəlsək də, onu saxlamaq gücündə və səriştəsində deyilik. Ölkəni necə idarə etməklə bağlı təcrübəmiz yoxdur. AXC-də ən aparıcı insanlar laborant, müəllim olub, içərisində ən vəzifəlisi də mən olmuşam, o da kafedra müdiri, bundan yuxarı olmamışıq.
Bu güclə ölkə idarə etmək olmaz və mən təklif edirəm ki, Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edək. Biz onun yanında olmalıyıq, bərabər şəkildə birlikdə bu ölkəni fəlakətdən çıxarmalı və ona kömək etməliyik.
Məni orada biabır etdilər. Cahandar adlı biri var, Ülvi Həkimovla başladılar məni təhqir etməyə. Ülvinin atası Pedaqoji İnstitutda işləyirdi, hamıdan rüşvət alırdı. Ona atasını xatırlatdım, bildirdim ki, pul yığan atandı, mən həqiqəti deyirəm.
Dedim ki, Heydər Əliyev Naxçıvandan çıxır, hadisələr onu Bakıya gətirir. Mən onun çəkmələrinin səsini eşitməkdəyəm.
Xalq Heydər Əliyevi mütləq Bakıya gətirəcək. Siz yer axtaracaqsınız gizlənməyə. Kim idi sözümə baxan. Bir ildən sonra mən dediklərim baş verdi.
Mən bu hadisələrdən əvvəl, 1991-ci ildə Naxçıvana - Heydər Əliyevin yanına getmiş, onunla söhbətləşmişdim. Demişdim ki, seçimi etmişəm, gəlmişəm bura ki, sizin xeyir-duanızı alam, sizin yanınızda olam. O da demişdi ki, bu, sənin seçimindir, mən bir söz deyə bilmərəm. Dedi ki, get, Əbülfəz Elçibəyə kömək elə.
Demək istəyirəm ki, Azərbaycanın azadlıq ruhu daşıyan insanlarını, hətta Elçibəyi də Heydər Əliyev qoruyurdu.
“Modern.az” saytı
Arifə Kərimzadə
04 fevral 2025-ci il
0 notes
Text
Mostbet casinos en son elaqe 2024
Daimi texnologiya innovasiyalarının və onlayn oyun əyləncələrinin artan populyarlığı dünyasında, Mostbet platforması öndə gedir və istifadəçilərinə səyahət etmək və azarkeş macəralar üçün sonsuz imkanlar təklif edir. Bu sadəcə bir veb sayt və ya tətbiq deyil, azarkeş oyunlar və idman iddialarının mülayim dünyasına gedən bütün onlayn oyun portalıdır. Mostbet platforması, təfərrüatlı əyləncə…
0 notes
Text
Təcili Hazırlığımda Gen X Texnologiyası Var
Təcili hazırlıq planı yaradın.Əgər mən Ma və Pa Kettle Vəhşi Qərb dostlarım kimi qiyamətə hazırlıq görsəm, təbii ki, texnologiyamla başlayardım.Bu nədir deyirsiniz? Səhrada texnologiya? Furiosaya bunun necə olacağını soruşmaq üçün getməliyikmi?Əslində, düşünürəm ki, o bu məsələdə mənimlə razılaşardı. Biz tam şəkildə getməliyik və köhnə yorucu fosil yanacaqları əvəzinə yaşıl enerjidən istifadə…
#AI#creative#dailyreflections#dystopian#EndTimes#futurism#healthyliving#love#Lovecraftian#mantra#meditation#mentalhealth#mindfulness#peace#recovery#relativity#sciencefiction#theoryofeverything#blackholes#communications#dailyprompt#dailyprompt-2030#dailyprompt-2038#dark#datascience#hawking#humanity#languages#machinelearning#mathematics
0 notes
Text
Dünyanı nə masonlar idarə edir, nədə 5 ailə. Dünyanı yeniyetmələr daha doğru desək ərgənlər(uşaq ağıllılar) idarə edir. Popo sallayan popçuları məşhur edən üzü çıtqalı oğlanlar, onları özünə "idol" bilən qızlar musiqini idarə edir. Gic-gic oyunları fame'ləşdirən yeniyetmə tayfalar. Yersiz, mənalı sujet xətti olmayan watpadd kitablarını məşhurlaşdıran tayfalar. Yeniyetmələrlə ayaqlaşmaq və qazanc üçün yeni "məhsullarını" təqdim edən geyim, texnologiya şirkətləri. Dünyanın mənası yaşamaqdan bu yaşamaqda əyləncə və hobbilərdən asılıdı. Artıq özüm üçün yeni şeylər kəşf etməkdə çətinlik çəkirəm. Dünya sıxıcıdı aq
1 note
·
View note
Text
Süni İntellekt Nədir? Anlamları, Növləri və Tətbiqləri
Süni intellekt (AI), maşınlara və kompüterlərə insan qabiliyyətlərini, məsələn, öyrənmə, mühakimə etmə və qərar vermə kimi funksiyaları simulyasiya etməyə imkan verən texnologiya və sistemlər toplusudur. Bu sistemlər, böyük məlumatlar (big data) və mürəkkəb alqoritmlər vasitəsilə nümunələri tanıyır və özlərini təkmilləşdirir. Süni intellektin tətbiqi sahələri günümüzdə artmaqdadır və bu texnologiya bir çox sektorda mühüm rol oynayır.
Süni İntellektin Növləri
Süni intellekt əsasən iki əsas kateqoriyaya bölünür:
Zəif Süni İntellekt (Weak AI): Zəif süni intellekt müəyyən bir vəzifəni yerinə yetirmək üçün yaradılmış sistemlərdir. Bu sistemlər, yalnız müəyyən funksiyaları yerinə yetirir və insanın düşünmə qabiliyyətini tam simulyasiya etmirlər. Məsələn, səsli köməkçilər, tərcümə proqramları və ya pərakəndə satışdakı tövsiyə sistemləri zəif süni intellektə nümunə ola bilər.
Güclü Süni İntellekt (Strong AI): Güclü süni intellekt insan beyninin tam funksiyalarını təkrarlaya bilən, yəni müxtəlif vəzifələri insan kimi yerinə yetirə bilən bir sistemdir. Bu növ AI, öyrənmə, mühakimə və qərar vermə kimi insanın intellektual fəaliyyətlərini özündə birləşdirir və hələlik tam olaraq reallaşmayıb, ancaq gələcəkdə mümkün ola bilər.
Süni İntellektin Əsas Sahələri
AI, bir çox sahədə tətbiq edilir və müxtəlif texnologiyaların inkişafını sürətləndirir. Süni intellektin ən çox inkişaf edən sahələri aşağıdakılardır:
Maşın Öyrənməsi (Machine Learning): Maşın öyrənməsi, AI-nin bir alt sahəsidir və maşınların məlumatlardan öyrənərək öz performanslarını yaxşılaşdırmasını təmin edir. Burada məqsəd, bir sistemin verilənləri təhlil etməsi və həmin məlumatlara əsaslanaraq gələcəkdə daha doğru qərarlar verməsidir.
Dərin Öyrənmə (Deep Learning): Dərin öyrənmə, maşın öyrənməsinin daha inkişaf etmiş formasıdır və daha mürəkkəb alqoritmlərdən istifadə edərək böyük məlumat dəstlərini işləyə bilir. Bu metod, xüsusən şəkil tanıma, səsli tanıma və təbii dil işləmə sahələrində müsbət nəticələr verir.
Təbii Dil Emalı (Natural Language Processing - NLP): Bu sahə, maşınların insan dilini başa düşməsini və onunla effektiv şəkildə ünsiyyət qurmasını təmin edir. NLP, səsli köməkçilərdən, tərcümə proqramlarından və müştəri xidmətləri botlarından istifadə edilən texnologiyadır.
Süni İntellektin Tətbiq Sahələri
Sənaye: AI, avtomatlaşdırılmış istehsal proseslərində mühüm rol oynayır. Robotlar və avtomatik sistemlər, məhsul istehsalı və təmirində effektivliyi artırır, eyni zamanda işçi xətalarının qarşısını alır.
Tibb: Süni intellekt, tibbdə diaqnoz qoyulması, xəstəliklərin proqnozlaşdırılması və müalicə yollarının təklif olunmasında istifadə edilir. AI əsaslı sistemlər, radioloji şəkilləri analiz etmək, genetik məlumatları təhlil etmək və fərdi müalicə planları yaratmaqda həkimlərə kömək edir.
Avtomobil Sənayesi: Öz-özünə hərəkət edən avtomobillər süni intellektin tətbiqinə ən yaxşı nümunələrdən biridir. AI, avtomobilin ətraf mühitini təhlil edir, yol hərəkəti qaydalarına riayət edir və təhlükəsizlik tədbirləri alır.
Marketinq və Ticarət: AI, müştəri davranışlarını təhlil edərək daha məqsədyönlü reklamlar və məhsul təklifləri hazırlamağa kömək edir. E-ticarət saytlarda tövsiyə sistemləri, süni intellektin bu sahədəki tətbiqlərindən biridir.
Maliyyə: AI, maliyyə sektorunda risklərin idarə olunması, stock market təhlili və alqoritmik ticarət sahələrində istifadə edilir. Banklar və sığorta şirkətləri AI sistemləri ilə müştəri xidmətlərini optimallaşdırır.
Gələcəkdə Süni İntellektin Perspektivləri
Süni intellektin inkişafı davam edir və bu texnologiya gələcəkdə daha da inkişaf edərək gündəlik həyatın daha çox sahələrinə təsir edəcək. AI-nin insan həyatına inteqrasiyası, həm faydalı, həm də etik müzakirələrə yol açır. Süni intellektin gələcəkdə necə inkişaf edəcəyini yalnız zaman göstərəcək, ancaq indidən bu texnologiyanın dünya üzərindəki təsiri çox böyükdür.
0 notes
Text
Etaks olaraq KOB subyektlərinə dəstək verməkdə davam edəcəyik. Siz də operavi formada veb sayt sifariş etmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Bizi izləməkdə davam edin.
#kob#kobia#Biznes#Texnologiya#RəqəmsalMarketinq#WebDizayn#İnternetMarketinq#SEO#EcommerceAz#İnstaAzerbaijan#kesfett#wordpress#website#İnnovasiya#SosialMedia#AzerbaijanTech#StartupAzerbaijan#etaks
0 notes
Text
Welcome To Xidmet Xidmet Texnologiya, the driving force behind the revolutionary app that seamlessly connects individuals with the professionals/Service Providers they need for unparalleled service experiences. At the XidmetTexnologiya, we offer a platform that ensures efficiency, reliability, and satisfaction. We understand the value of time, quality, and reliability, and accordingly, we've crafted a platform that simplifies the process of hiring professionals for a wide range of services across India.
0 notes
Text
bu dövr texnologiya dövrüdür, amma mənim heç nədən başım çıxmır
36 notes
·
View notes
Text
NFT va uning huquqiy jihatlari: Batafsil ma'lumot va misollar
NFT (Non-Fungible Token) – bu raqamli aktivlarning mulkchiligini tasdiqlash va ularni boshqarish imkonini beruvchi noyob texnologiya hisoblanadi. NFT blokcheyn texnologiyasi asosida ishlaydi va Ethereum kabi platformalarda yaratiladi. Blokcheyn – bu ma’lumotlarni xavfsiz va shaffof tarzda saqlash va uzatish imkonini beruvchi taqsimlangan reyestr tizimidir. NFT yaratish jarayoni quyidagicha…

View On WordPress
0 notes
Text
1win-in təqdimatı Onlayn mərc dünyasında inqilab etmək

Hər bir klikləməyin vacib olduğu və hər bir proqnozun vacib olduğu sürətlə inkişaf edən onlayn mərc dünyasında bir platforma rəqiblər dənizi arasında seçilir - 1win. Parlaq interfeysi, geniş mərc seçimləri və istifadəçi məmnuniyyətinə sadiqliyi ilə 1win sürətlə dünya üzrə mərc oyunçuları üçün əsas yer kimi məşhurlaşdı.
1win Genesis
Şəffaflıq, etibarlılıq və innovasiya prinsipləri əsasında qurulan 1win onlayn mərc oyunlarının mənzərəsini yenidən müəyyən etmək üçün öz səyahətinə çıxdı. Sənayedə geniş təcrübəyə malik təcrübəli peşəkarlar komandası tərəfindən yaradılmış platforma istifadəçilərə qüsursuz və xoş mərc təcrübəsi təqdim etmək məqsədi ilə yaradılmışdır.
Hər Şeyi Daxil edən Mərc Platforması
1win-in mərkəzində onun istifadəçi bazasının müxtəlif seçimlərinə cavab verən hərtərəfli mərc seçimləri var. İstər idman mərcləri, e-idman, kazino oyunları və ya canlı diler oyunlarının həvəskarı olmağınızdan asılı olmayaraq, 1win sizi əhatə edir. Futbol və basketboldan tutmuş Dota 2 və CS:GO-a qədər platforma, hətta ən ağıllı mərc oyunçularını da razı salmaq üçün geniş tədbirlər və bazar seçimi təklif edir.
Ən qabaqcıl texnologiya
1win-in əlamətdar xüsusiyyətlərindən biri onun texnoloji yeniliklərə amansız axtarışıdır. Ən müasir proqram təminatı və qabaqcıl alqoritmlərdən istifadə edərək, platforma ildırım sürəti ilə performans və real vaxt yeniləmələri təqdim edərək istifadəçilərin heç vaxt aksiyanı əldən verməməsini təmin edir. İstər sevimli komandanıza mərc edirsinizsə, istərsə də canlı kazino oyunlarında iştirak edirsinizsə, 1win sizə daha çox şey üçün geri dönməyə davam edən qüsursuz və təsirli təcrübə təqdim edir.
Şəffaflıq və ədalətlilik
Ədalət və dürüstlük problemlərindən əziyyət çəkən sənayedə 1win bütün əməliyyatlarında şəffaflığa və ədalətə üstünlük verməklə özünü fərqləndirir. Ciddi sınaq və audit prosedurları vasitəsilə platforma öz oyunlarının sübut oluna biləcək dərəcədə ədalətli olmasını və hər hansı manipulyasiya və ya qərəzdən azad olmasını təmin edir. Bundan əlavə, 1win istifadəçilərinin məlumatlarının məxfiliyini və məxfiliyini qorumaq üçün ciddi təhlükəsizlik protokollarına riayət edir, onların onlayn mərc fəaliyyətləri ilə məşğul olduqları zaman onlara rahatlıq verir.
Promosyonlar və Bonuslar
Etkileyici mərc seçimlərinə əlavə olaraq, 1win sadiq istifadəçilərini mükafatlandırmaq üçün müxtəlif promosyonlar və bonuslar təklif edir. Platforma yeni qeydiyyatdan keçənlər üçün xoş gəlmisiniz bonuslarından tutmuş, mövcud üzvlər üçün davam edən promosyonlara qədər, mərc edənlərə uduşlarını artırmaq və həzzlərini artırmaq üçün geniş imkanlar təqdim edir. Müntəzəm yeniləmələr və mövsümi promosyonlar ilə 1win-də həmişə maraqlı bir şey olur ki, bu da onu dəyər və həyəcan axtaran fərasətli bahisçilərin getdiyi məkana çevirir.
Müştəri Dəstəyi
1win-də müştəri məmnuniyyəti hər şeydən üstündür. Buna görə platforma istifadəçilərinə ən yüksək səviyyəli m��ştəri dəstəyi təmin etmək üçün yuxarıda və kənara çıxır. İstər mərclə bağlı sualınız olsun, istər texniki problemlə qarşılaşırsınız, istərsə də sadəcə platformada naviqasiya ilə bağlı yardıma ehtiyacınız olsun, 1win-də xüsusi dəstək qrupu operativ və peşəkar yardım göstərmək üçün gecə-gündüz hazırdır. Çoxdilli dəstək agentləri istifadəçilərə istədikləri dildə kömək etmək üçün hazır olduqları üçün 1win-də kömək heç vaxt uzaqda deyil.
Onlayn mərclərin gələcəyi
Onlayn mərc sənayesi inkişaf etməyə və genişlənməyə davam etdikcə, 1win daim mümkün olanın sərhədlərini itələyərək innovasiyaların önündə qalır. Mükəmməlliyə sarsılmaz sadiqliyi, müştəri məmnuniyyətinə sədaqəti və texnoloji tərəqqinin amansız axtarışı ilə 1win gələcək illər üçün onlayn mərc oyunlarının gələcəyini formalaşdırmağa hazırlaşır. İstər təcrübəli bahisçi, istərsə də onlayn qumar dünyasına yeni gələn biri olmağınızdan asılı olmayaraq, 1win bütün mərc ehtiyaclarınızı ödəmək üçün təhlükəsiz, etibarlı və maraqlı platforma təklif edir.
Yekun olaraq, 1win misilsiz mərc təcrübəsi təqdim etmək üçün qabaqcıl texnologiyanı, şəffaf əməliyyatları və misilsiz müştəri xidmətlərini birləşdirərək onlayn mərc oynama mükəmməlliyinin zirvəsini təmsil edir. Geniş mərc seçimləri, səxavətli promosyonlar və ədalət və dürüstlüyə sarsılmaz sadiqliyi ilə 1win əsl sənaye lideri kimi şöhrət qazanmışdır. Bəs niyə gözləyin? Milyonlarla məmnun istifadəçiyə qoşulun və bu gün 1win-də onlayn mərc oynamağın həyəcanını yaşayın!
0 notes
Text

BAYRAMOVUN MÜHÜM ANKARA SƏFƏRİ –
MASADA BUNLAR VAR...
Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə niyə ehtiyac yaranıb?
Xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edib. Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin müzakirə edilib. İstisna deyil ki, Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə ehtiyac yaranıb.
Məlumdur ki, Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması yolunda Bakı və Moskva arasında davamlı məsləhətləşmələr, siyasi müzakirələr aparılır. Bu gün şimalda və cənubda baş verən qlobal müharibələr fonunda Cənubi Qafqazda nizamın qurulması müstəsna əhəmiyyətə malikdir. Rusiya Cənubi Qafqazda ənənəvi maraqlarını güdməsi ilə yanaşı, qardaş Türkiyənin də yeni reallıqlarda bu regionda mövqeyi çox möhkəmdir. Şübhəsiz ki, Rusiya, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda da etibarlı münasibətlər qurması kənar güc mərkəzlərini, böyük dövlətləri, qurumları narahat edir. Azərbaycan və Türkiyənin ortaq yanaşması, davamlı olaraq qarşılıqlı görüşlərin keçirilməsi, beynəlxalq texnologiya ilə ifadə etsək, saat əqrəblərinin tutuşdurulması indiki reallıqda müstəsna əhəmiyyətə malikdir. Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb.
Yada salaq ki, iyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyəyə işgüzar səfər edib, Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib.
VI Çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bu səfərin təsadüfi olmadığını qeyd etdi: “Ceyhun Bayramovun qardaş Türkiyəyə səfəri, əlbəttə, təsadüfi deyil. Baxmayaraq ki, iki qardaş ölkə arasında istənilən məsələlər ətrafında, xüsusi olaraq, dünyada və regionda gedən hadisələrlə bağlı intensiv məsləhətləşmələr aparılır. Bu həm ölkə prezidentləri səviyyəsində, qarşılıqlı səfərlər, telefon danışıqları və heç şübhəsiz ki, xarici işlər nazirləri arasındakı görüşlərlə həyata keçirilir. Bu səfər də bu baxımdan təsadüfi hesab oluna bilməz. Nəzərə alsaq ki, Cənubi Qafqaz ətrafında ciddi proseslər gedir. Amerika və Avropa Ermənistan vasitəsilə Qafqaza daxil olub orada möhkəmlənib, Rusiyanı sıxışdıraraq, eyni zamanda Türkiyəni kənarlaşdıraraq hakim mövqe tutmağa çalışır. ABŞ-ın son addımları da bu baxımdan ciddi mahiyyət kəsb edir. Cənubi Qafqazda ciddi nüfuz sahibi olan və həlledici mövqeyə sahib olan Azərbaycanın rəyi nəzərə alınmadan Cənubi Qafqaza gəlmək və burada möhkəmlənmək, sadəcə olaraq, problemlidir. Əlbəttə, biz Amerikanın beynəlxalq güc statusunu nəzərə almalıyıq. Ona görə də indiki situasiyada görünən budur ki, Azərbaycan, Rusiya və Türkiyənin Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində vahid cəbhədən çıxış etməsi daxili zərurətə çevrilib. Çünki Amerika və Avropanın regiona yerləşməsi hər üç dövlət üçün ciddi təhdidlər yaradır. Türkiyənin Cənubi Qafqazda mövcudluğu, onun strateji maraqlarının bu regionda əhəmiyyət kəsb etməsi və burada Orta Asiyanın türk dövlətləri ilə bir coğrafiyanın yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada yad qüvvələrin olması heç cür Türkiyəni təmin edə bilməz. Yad ünsürlərin regionun içərisinə girərək, Türkiyə və Azərbaycanın çox ciddi, strateji xarakter daşıyan türk birliyi dövlətlərinin, Turanın yaradılmasına mane olacaq başlıca amillərdən biridir. Rusiyanın ənənəvi maraqları var. Rusiya da Qafqazdan getmək istəmir. Ermənistandan da çıxmaq niyyətində deyil. Deməli, eyni zamanda istər-istəməz Rusiyanın maraqları ilə Azərbaycan və Türkiyənin maraqları üst-üstə düşür. Bunların uzlaşdırılması baxımından Putinin Azərbaycana gəlişindən, Türkiyə və Azərbaycan prezidentlərinin telefon danışığından sonra görünür ki, məsələlərin masa üzərində xarici işlər nazirləri səviyyəsində müzakirəsinə ciddi ehtiyac duyulub. İstisna etmirəm ki, XİN rəhbərləri arasındakı görüşdə Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan məsələsi müzakirə mövzusu olub. Hesab edirəm ki, bu səfər Azərbaycan, Rusiya və Türkiyə arasındakı münasibətlərin strateji və geosiyasi maraqlarının uzlaşdırılması baxımından xüsusi məna kəsb edir. Amerika və Avropanın Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməsinin qarşısının nə dərəcədə alınmasının detallarının yaxın gələcəkdə şahidi olacağıq. Hər halda, Amerika və Avropanın Cənubi Qafqaza yerləşmək niyyəti Azərbaycanın strateji maraqlarına və milli təhlükəsizliyinə təhdid yaradan hadisə olardı. Çünki hazırkı dövrdə Azərbaycan-Rusiya münasibətlərində kifayət qədər qarşılıqlı etimad var. Qardaş Türkiyə ilə Rusiya arasında da qarşılıqlı etimada söykənən münasibətlər mövcuddur. Azərbaycanın burada əli daha güclüdür. Çünki özünün Rusiya ilə münasibətləri, digər tərəfdən, Türkiyə amili var. Bu üç dövlətin Cənubi Qafqazda fəaliyyəti məqbul hesab oluna bilər, nəinki Amerika və Avropanın Cənubi Qafqaza yerləşməsi...”
“Musavat.com” saytı
Cavanşir Abbaslı
28 avqust 2024-cü il
https://musavat.com/news/bayramovun-muhum-ankara-seferi-masada-bunlar-var_1096914.html
0 notes