#salıblar
Explore tagged Tumblr posts
Text
FƏZAİL AĞAMALI İRANA OD PÜSKÜRDÜ: “DEYİR BİR ÇADIRDA 4-8 AİLƏ GECƏLƏSİN, SƏNİN ƏXLAQINA LƏNƏT!”
“İran beynəlxalq səviyyəli terrorçu dövlətdir və bizimlə müharibə vəziyyətindədir”
Milli Məclisin yaz sessiyasının ilk iclasında parlament rəhbərliyi və deputatlar İrandakı səfirliyimizdə törədilən terror aktına da kəskin münasibət bildirdilər. Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı çıxışında İranla əlaqələrə yenidən baxılması təklifi ilə çıxış etdi. “Yeni Müsavat”a müsahibəsində AVP sədri daha sərt mövqedən çıxış etdi.
- Fəzail bəy, terror aktından keçən günlər ərzində İran hakimiyyətindən səfirliyimizdə terror törədilməsi ilə əlaqədar hər hansı ciddi bir açıqlama gəlməyib. Üstəlik, terror aktını həyata keçirən şəxs “ruhi xəstə” kimi təqdim edilərək dispanserə salınıb. Bu fakt ondan xəbər verir ki, Tehran rejimi terrorun izinin itirilməsinə çalışır. Sizcə, bundan sonrakı addımlarımız nədən ibarət olmalıdır?
- Təbii ki, İranla münasibətdə hər şeyi öz adı ilə çağırmalıyıq. 30 il ərzində İranın Azərbaycana qarşı düşmənçiliyi bütün mənalarda öz təsdiqini tapıb. Xüsusi olaraq son vaxtlar İran molla-fars rejiminin Azərbaycana qarşı olduqca əsəbi, düşmənçilik mövqeyi bütün hədləri keçdi. Faktiki olaraq bu rejimin hərbi-siyasi rəhbərliyi tərəfindən xeyir-duası verilən və İranın sadiq adamları tərəfindən hazırlanan, təşkil edilən və həyata keçirilən, səfirliyimizdə törədilən terror aktı, silahlı hücum İranın Azərbaycana açıq şəkildə düşmənçiliyini bir daha nümayiş etdirdi. Bundan sonra İran daha nə etməlidir ki, biz həqiqətən dediklərimizi təkrarlamağa ehtiyac duymayaq? İran Ermənistana kömək edirmi? Edir. Erməni separatçılarına kömək edir? Edir. 44 günlük müharibəyə qədər də, müharibə dövründə də, ondan sonra da Ermənistanı, separatçıları silahlandırıb? Silahlandırıb. Terrorçuları, təlimatçıları göndəribmi? Göndərib. Maliyyə yardımı edibmi? Edib. Ən müxtəlif rəsmi görüşləri reallaşdırıb. Anna Akopyanın başına yaylıq bağlayıb, onu “müsəlman” edir? Azərbaycanın ərazisi olan səfirliyimizə hücum Azərbaycan dövlətinə hücum kimi qiymətləndirilməlidir. Bunu edir və terrorçunu telekanallara çıxarır, o da özünə haqq qazandırır. İndi də onu “ruhi xəstə” kimi xəstəxanada yerləşdirib. Sonra da ona iynə vurub öldürəcəklər, yaxud soyadını dəyişib, sərbəst buraxacaqlar.
Beləliklə, İran Azərbaycana qarşı bu şəkildə düşmənçiliyini ortaya qoyub. Mən parlamentin iclasında da söylədim, İranın açdığı cinayət işi bu terror aktını olduğu kimi, cinayət işi olaraq tövsif etməyəcək. Çünki o halda bu terrorçu, eyni zamanda onunla əlbirliyində olanlar, bu akta xeyir-dua verən İranın dini, siyasi lideri də hakim qarşısında oturmalıdır. Çünki o, bu işlərin baş verməsinə xeyir-dua verib, ona rəhbərlik edib. Onun tapşırığı əsasında bu gün cinayətkar haqqında obyektiv, dürüst istintaq aparmaq əvəzinə, onu dəlixanıya salıblar.
- Necə bilirsiniz, İran niyə düşmənlərinin sayını çoxaltmağa meyillidir?
- Bu ölkə tamamilə başını itirib, başıpozuq bir ölkədir. Bu ölkə artıq bütün dünya ilə düşmən vəziyyətindədir. Açıq deyirəm, İran bizimlə müharibə vəziyyətindədir. Müharibə vəziyyətinin qaş-gözü olmur ki. Bizim ərazimizə təcavüz edirsə, elə bu, müharibə vəziyyətidir. Ona görə də, təbii ki, Azərbaycanın indiki səbirli, təmkinli, ölçülüb-biçilmiş mövqeyi başadüşüləndir. Lakin göründüyü kimi, Azərbaycan xüsusi olaraq beynəlxalq müstəvidə, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bu məsələnin üstünə getməkdədir. Əminəm ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən açılmış cinayət işi əsasında bu terror aktı olduğu kimi, dəqiqliklə araşdırılacaq və törədilmiş cinayətin İran fars-molla rejiminin siyasi və dini rəhbərliyi tərəfindən hazırlanmasının, xeyir-dua verilməsinin, icrasına rəhbərlik etməsinin nəticəsinə gəlinəcək.
“Şeyx həzrətlərinə müraciət edirəm: Xoydakı, cənubdakı soydaşlarımızın fəlakəti ilə bağlı bütün islam dünyasına, İslam Konfransı Təşkilatına müraciət etsin”
- Rəsmi Tehranın Türkiyə və Azərbaycana münasibəti elə Xoy vilayətindəki zəlzələdən zərər çəkənlərə yardım göstərilməsinə belə razılıq verməməsindən bəlli oldu. O halda Türkiyə və Azərbaycanın birgə istintaq qrupu yaratması ehtimalı belə, öncədən suya düşmüş olur. Faktiki olaraq İran bütün qapıları üzümüzə bağlamaqda qərarlı görünür və obyektiv istintaq aparmaq niyyətində deyil. Belə olan təqdirdə beynəlxalq aləmə üz tutmağımız nə dərəcədə vəziyyəti dəyişə bilər? Onsuz da, sizin dediyiniz kimi, bütün dünya ilə müharibə vəziyyətində olan İran rejiminə terror aktı ilə bağlı beynəlxalq səviyyədə təzyiqlər göstərilə bilərmi?
- Tamamilə doğru deyirsiniz, İran bütün qapıları bağlayıb. Türkiyə və Azərbaycanın istintaq prosesində iştirakına da imkan vermirsə, məncə, bu vəziyyət barədə hüquqşünaslarla məsləhətləşmələr aparılmalıdır, beynəlxalq səviyyədə cinayət hadisəsi ilə bağlı bir qurum yaradılmalıdır, ona səlahiyyət verilməlidir. Hətta BMT-nin mandatı verilməlidir ki, o mandat əsasında müstəqil istintaq qrupu İrandakı hadisəni araşdırsın və həqiqəti üzə çıxartsın. Lakin belə bir qurumun yaradılmasının perspektivi olsa da, istintaq qrupunun İrana buraxılacağına mənim inamım yoxdur.
- Hər halda Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyası arasında əməkdaşlıq var, nəticə olmasa da...
- İstintaq qrupu yaradılsa da, bu, nəticə etibarilə fars-molla rejimini, onun dini-siyasi rəhbərliyini ifşa edə biləcək nəticəyə gəldiyinə görə həmin istintaq qrupunun yaradılmasına mənim o qədər də inamım yoxdur. Sadəcə olaraq, məncə, bunun özü Azərbaycan tərəfindən imkanlar daxilində, ortada olan faktlar əsasında araşdırılıb, özünün hüquqi-siyasi qiymətini alacaq. Həmçinin zaman gələcək ki, həmin istintaqın nəticələrinə uyğun olaraq bu teraktın təşkilatçıları, onun rəhbərləri, himayədarları, həm də həyata keçirənlərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Belə nümunələr tarixdə var. Ya kiminsə ölümündən sonra, yaxud rejimin devrilməsindən sonra hətta ölən cinayətkarın qəbrinə də cəza kəsirlər, bunlar mümkündür.
Lakin indiki halda İranın özünüqəsdə çevirə biləcək bir istintaqın obyektiv şəkildə aparılmasına Tehran imkan verməyəcək. Bu, mənim gəlmiş olduğun qənaətdir. Görün bu, nə qədər bəsit düşüncəli, nə qədər insani keyfiyyətlərdən, bəşəri dəyərlərdən uzaq bir rejimdir ki, öz vətəndaşının qayğısına qalmır. Xoy vilayətində baş verən, cənubdakı soydaşlarımızın böyük fəlakətinə səbəb olan zəlzələ ilə bağlı özü də kömək etmir, Azərbaycanın və Türkiyənin yardım təşəbbüsünə də imkan vermir. Hətta informasiya qaynaqlarından məlumat aldıq ki, Güneydəki soydaşlarımız yığışaraq imkanları daxilində Xoy bölgəsinə isti paltar, yorğan-döşək, çadırlar və digər zəruri əşyaları göndərmək istəyiblər maşın karvanı ilə. Amma rejim mənsubları karvanın qarşısını kəsib, nə yalvarışlara, çağırışlara baxmayaraq, bu karvanın zəlzələ bölgəsinə getməsinə imkan verilməyib. Yəni hətta bizim cənubda yaşayan soydaşlarımızın belə, Xoy camaatına kömək etməsinə imkan verilmir. Deməli, nəticə etibarilə orda soyqırımı aparılır. Təbii fəlakətlər nəticəsində o insanlar ağır faciələrlə üz-üzə qalıblar. Qış vaxtıdır, 25-30 dərəcə şaxtada o insanlar donacaq, uşaqlar, qadınlar, qocalar, isti paltarı, yatmağa yeri olmayan azərbaycanlılar kütləvi şəkildə xəstələnəcəklər. Deyir bir çadıra 4-8 ailə yığışsın, orda gecələsin. Sənin əxlaqına lənət! Sənin əxlaqın hardadır? Bir qızın saçı göründüyünə görə ona min cür işgəncə verdiniz, qətlə yetirdiniz, neçə vaxtdır çadranın altından saçı görünən qadınlara zülm edirsiniz, bu tərəfdən də deyirsiniz ki, 4-8 ailə bir çadırın içərisində yaşasın! Bu ailələrin cavanı var, qızı, yaşlısı, uşağı, kişisi, gənc oğlu var. Utanmaz köpək uşağı! Ay şərəfsizlər, bu cür yanaşma, bu cür insanlıqmı olar?!
- Fəzail bəy, bir daha səfirliyimizdəki terror haqda soruşum: iş Beynəlxalq Ədalət Məhkəməsinə qədər gedib çıxarsa, hansısa nəticələri ola bilərmi? Xatırladım ki, üç il əvvəl, elə yanvar ayında İran “səhvən” Ukraynanın sərnişin təyyarəsini vurdu və bu günədək cəzasını almayıb...
- İran beynəlxalq səviyyəli terrorçu dövlətdir. O təkcə Yəməndə, İraqda, Suriyada insan qırğını ilə məşğul olmaqla kifayətlənmir, eyni zamanda ayrı-ayrı terrorçu təşkilatları maliyyələşdirir, onu silahlandırır, ruhlandırır, yaşadır. İran eyni zamanda terroru rellaşdıran, terrorçu dövlətdir. Bəli, Ukrayna təyyarəsi vuruldu, nəticəsi nə oldu, kimin cinayəti üzə çıxarıldı, ittihama məruz qaldı? Həm də niyə vuruldu, hansı səbəbdən? İndi Azərbaycana qarşı atılan addımı son olaraq düşünmürəm. Hesab etmirəm ki, İran fars-molla rejimi bizə qarşı atmış olduğu murdar hərəkətlə kifayətlənəcək. Qətiyyən. Ona görə də mən əminəm ki, Azərbaycan dövləti bütün bunların fərqindədir. Bizim bütün hüquq-mühafizə orqanlarımız gücləndirilmiş iş rejimində fəaliyyətini qurub, mənim buna qətiyyən şübhəm yoxdur. Eyni zamanda mən Milli Məclisdə də söylədim, Azərbaycan gecikmədən BMT-də bu məsələni müzakirəyə çıxartmalıdır! İranın törətdiyi bu terror aktı BMT-də, onun bütün qurumlarında xüsusi sənəd kimi yayılmalıdır, BMT-nin müvafiq qurumlarının, hətta mümkün olsa, Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmalıdır. Həmçinin mən yaranmış fürsətdən istifadə edib Şeyx həzrətlərinə, Allahşükür Paşazadəyə müraciət edirəm: Xoydakı, cənubdakı soydaşlarımızın fəlakəti ilə bağlı bütün islam dünyasına, İslam Konfransı Təşkilatına müraciət etsin. İranın özünə müraciət etsin ki, bəsdir, bu vandallığa, bu vəhşiliyə son qoyun! Şeyx bütün dünya müsəlmanlarını hərəkətə gətirsin, İrana ciddi təzyiqlər olsun ki, cənubdakı soydaşlarımız indiki fəlakətli vəziyyətdən bir az sığortalana bilsinlər...
“Yeni Müsavat” saytı
Elşad Paşasoy
04 fevral 2023-cü il
0 notes
Text
FOTO
Lissabon “Sportinq”inin azarkeşləri Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçirilən matçda – Frankfurt “Ayntraxt”ına qarşı ev oyununda (1:2) rəqib hücumçu Daiti Kamadenin qol vurmasına mane olmağa çalışıblar. Metbuat.org-ın məlumatına görə, yerli tərəfdarlar görüşün 59-cu dəqiqəsində “Sportinq”in qapısına təyin edilən penaltini yerinə yetirmək üçün “ağ nöqtə”yə yaxınlaşan yapon futbolçunun…
View On WordPress
#Ayntraxt#Ayntraxtına#bərabərləşdirib#Bundesliqa#çərçivəsində#Frankfurt#futbolçunun#gözünə#hədəfdən#ikincisi#işığı#keçirilən#nöqtəyə#penaltini#qapısına#qələbə#qismində#salıblar#sayəsində#təbəssümlə#təmsilçisi#yaxınlaşan#yayınmayaraq#yetirmək#yüksəlib
0 notes
Text
Allah haqqı qrup yoldaşlarım say seçmə ərgənlərdi. Elə bil ki harda ərgən var gətirib bizim qrupa salıblar. 🥴 (istisnalar var)
234 notes
·
View notes
Text
Bir gün Xoşqədəm şəhərdə gəzəndə bir çay evinin şüşəsində "qəlyançı axtarılır" elanını görüb bütün Rusiyanı , Ukraynanı qatıb bir-birinə qəlyançını axtrarıb sonra söhbəti başa salıblar ki , bu sən bildiyin söhbətdən deyil
14 notes
·
View notes
Text
İndiki dövrdə bəzi insanlar, rüsvayçılıqla məşhurluğu səhv salıblar...
48 notes
·
View notes
Text
Mən axı həşərat deyiləm Allah
Niyə mənə sən xərçəngsən deyilir?!
Mən uşağam bəlkə başa düşmürəm,
Utanıram,başım yerə əyilir.
Papaqsız həyətə buraxılmıram,
Bilmirəm nədənsə saçım tökülür.
Əlimi qoyanda sinəmin üstə,
Elə bil ki,ciyərlərim sökülür
Deyəsən həkimlər ağlın itirib,
Deyir qanımın rəngi agarıb.
Ağ qanım çevrilib canavar olub,
Qırmızı qanımı yeyib qurtarıb.
Anam bu aralar ağlağan olub,
Haçan məni görür göz yaşı axir.
Yəqin ki,hamıdan çox sevir məni
Bəzən saatlarca üzümə baxır,
Atamı sevmirəm hara çatırsa,
Mənə pul lazımdır, pul verin deyir.
Bəlkə də içkiyə qurşanıb atam,
Yoxsa ki,bu qədər pulu neyniyir?
Bu gün yenə həmin xəstəxanada,
Həminki otağa salıblar məni.
Atamı,anamı qovdu qapıçı,
Deyəsən həkimlər alıblar məni.
Burda oyuncaq da tapa bilmirəm,
Bir az darıxanda başımı qatım.
Gözlərim yumulur,yuxum tökülür,
Allahım olar ki,mən rahat yatım?
Hər oxuyanda təsirləndiyim bu misralar...
37 notes
·
View notes
Text
AMANDI...
Heyder Baba, göyler bütün dumandı,
Günlerimiz birbirinden yamandı,
Birbirizden ayrılmayın, amandı,
Yakşılığı elimizden alıblar,
Yakşı bizi yaman güne salıblar!
7 notes
·
View notes
Text
Mühazirə keçmədən seminar salıblar. Özü də 3 saat. Nəticədə boş boş oturmaqdan bilmirik uniyə gəlmişik yoxsa çayxanaya
0 notes
Text
FƏZAİL AĞAMALI İRANA OD PÜSKÜRDÜ: “DEYİR BİR ÇADIRDA 4-8 AİLƏ GECƏLƏSİN, SƏNİN ƏXLAQINA LƏNƏT!”
“İran beynəlxalq səviyyəli terrorçu dövlətdir və bizimlə müharibə vəziyyətindədir”
Milli Məclisin yaz sessiyasının ilk iclasında parlament rəhbərliyi və deputatlar İrandakı səfirliyimizdə törədilən terror aktına da kəskin münasibət bildirdilər. Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı çıxışında İranla əlaqələrə yenidən baxılması təklifi ilə çıxış etdi. “Yeni Müsavat”a müsahibəsində AVP sədri daha sərt mövqedən çıxış etdi.
- Fəzail bəy, terror aktından keçən günlər ərzində İran hakimiyyətindən səfirliyimizdə terror törədilməsi ilə əlaqədar hər hansı ciddi bir açıqlama gəlməyib. Üstəlik, terror aktını həyata keçirən şəxs “ruhi xəstə” kimi təqdim edilərək dispanserə salınıb. Bu fakt ondan xəbər verir ki, Tehran rejimi terrorun izinin itirilməsinə çalışır. Sizcə, bundan sonrakı addımlarımız nədən ibarət olmalıdır?
- Təbii ki, İranla münasibətdə hər şeyi öz adı ilə çağırmalıyıq. 30 il ərzində İranın Azərbaycana qarşı düşmənçiliyi bütün mənalarda öz təsdiqini tapıb. Xüsusi olaraq son vaxtlar İran molla-fars rejiminin Azərbaycana qarşı olduqca əsəbi, düşmənçilik mövqeyi bütün hədləri keçdi. Faktiki olaraq bu rejimin hərbi-siyasi rəhbərliyi tərəfindən xeyir-duası verilən və İranın sadiq adamları tərəfindən hazırlanan, təşkil edilən və həyata keçirilən, səfirliyimizdə törədilən terror aktı, silahlı hücum İranın Azərbaycana açıq şəkildə düşmənçiliyini bir daha nümayiş etdirdi. Bundan sonra İran daha nə etməlidir ki, biz həqiqətən dediklərimizi təkrarlamağa ehtiyac duymayaq? İran Ermənistana kömək edirmi? Edir. Erməni separatçılarına kömək edir? Edir. 44 günlük müharibəyə qədər də, müharibə dövründə də, ondan sonra da Ermənistanı, separatçıları silahlandırıb? Silahlandırıb. Terrorçuları, təlimatçıları göndəribmi? Göndərib. Maliyyə yardımı edibmi? Edib. Ən müxtəlif rəsmi görüşləri reallaşdırıb. Anna Akopyanın başına yaylıq bağlayıb, onu “müsəlman” edir? Azərbaycanın ərazisi olan səfirliyimizə hücum Azərbaycan dövlətinə hücum kimi qiymətləndirilməlidir. Bunu edir və terrorçunu telekanallara çıxarır, o da özünə haqq qazandırır. İndi də onu “ruhi xəstə” kimi xəstəxanada yerləşdirib. Sonra da ona iynə vurub öldürəcəklər, yaxud soyadını dəyişib, sərbəst buraxacaqlar.
Beləliklə, İran Azərbaycana qarşı bu şəkildə düşmənçiliyini ortaya qoyub. Mən parlamentin iclasında da söylədim, İranın açdığı cinayət işi bu terror aktını olduğu kimi, cinayət işi olaraq tövsif etməyəcək. Çünki o halda bu terrorçu, eyni zamanda onunla əlbirliyində olanlar, bu akta xeyir-dua verən İranın dini, siyasi lideri də hakim qarşısında oturmalıdır. Çünki o, bu işlərin baş verməsinə xeyir-dua verib, ona rəhbərlik edib. Onun tapşırığı əsasında bu gün cinayətkar haqqında obyektiv, dürüst istintaq aparmaq əvəzinə, onu dəlixanıya salıblar.
- Necə bilirsiniz, İran niyə düşmənlərinin sayını çoxaltmağa meyillidir?
- Bu ölkə tamamilə başını itirib, başıpozuq bir ölkədir. Bu ölkə artıq bütün dünya ilə düşmən vəziyyətindədir. Açıq deyirəm, İran bizimlə müharibə vəziyyətindədir. Müharibə vəziyyətinin qaş-gözü olmur ki. Bizim ərazimizə təcavüz edirsə, elə bu, müharibə vəziyyətidir. Ona görə də, təbii ki, Azərbaycanın indiki səbirli, təmkinli, ölçülüb-biçilmiş mövqeyi başadüşüləndir. Lakin göründüyü kimi, Azərbaycan xüsusi olaraq beynəlxalq müstəvidə, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bu məsələnin üstünə getməkdədir. Əminəm ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən açılmış cinayət işi əsasında bu terror aktı olduğu kimi, dəqiqliklə araşdırılacaq və törədilmiş cinayətin İran fars-molla rejiminin siyasi və dini rəhbərliyi tərəfindən hazırlanmasının, xeyir-dua verilməsinin, icrasına rəhbərlik etməsinin nəticəsinə gəlinəcək.
“Şeyx həzrətlərinə müraciət edirəm: Xoydakı, cənubdakı soydaşlarımızın fəlakəti ilə bağlı bütün islam dünyasına, İslam Konfransı Təşkilatına müraciət etsin”
- Rəsmi Tehranın Türkiyə və Azərbaycana münasibəti elə Xoy vilayətindəki zəlzələdən zərər çəkənlərə yardım göstərilməsinə belə razılıq verməməsindən bəlli oldu. O halda Türkiyə və Azərbaycanın birgə istintaq qrupu yaratması ehtimalı belə, öncədən suya düşmüş olur. Faktiki olaraq İran bütün qapıları üzümüzə bağlamaqda qərarlı görünür və obyektiv istintaq aparmaq niyyətində deyil. Belə olan təqdirdə beynəlxalq aləmə üz tutmağımız nə dərəcədə vəziyyəti dəyişə bilər? Onsuz da, sizin dediyiniz kimi, bütün dünya ilə müharibə vəziyyətində olan İran rejiminə terror aktı ilə bağlı beynəlxalq səviyyədə təzyiqlər göstərilə bilərmi?
- Tamamilə doğru deyirsiniz, İran bütün qapıları bağlayıb. Türkiyə və Azərbaycanın istintaq prosesində iştirakına da imkan vermirsə, məncə, bu vəziyyət barədə hüquqşünaslarla məsləhətləşmələr aparılmalıdır, beynəlxalq səviyyədə cinayət hadisəsi ilə bağlı bir qurum yaradılmalıdır, ona səlahiyyət verilməlidir. Hətta BMT-nin mandatı verilməlidir ki, o mandat əsasında müstəqil istintaq qrupu İrandakı hadisəni araşdırsın və həqiqəti üzə çıxartsın. Lakin belə bir qurumun yaradılmasının perspektivi olsa da, istintaq qrupunun İrana buraxılacağına mənim inamım yoxdur.
- Hər halda Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyası arasında əməkdaşlıq var, nəticə olmasa da...
- İstintaq qrupu yaradılsa da, bu, nəticə etibarilə fars-molla rejimini, onun dini-siyasi rəhbərliyini ifşa edə biləcək nəticəyə gəldiyinə görə həmin istintaq qrupunun yaradılmasına mənim o qədər də inamım yoxdur. Sadəcə olaraq, məncə, bunun özü Azərbaycan tərəfindən imkanlar daxilində, ortada olan faktlar əsasında araşdırılıb, özünün hüquqi-siyasi qiymətini alacaq. Həmçinin zaman gələcək ki, həmin istintaqın nəticələrinə uyğun olaraq bu teraktın təşkilatçıları, onun rəhbərləri, himayədarları, həm də həyata keçirənlərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Belə nümunələr tarixdə var. Ya kiminsə ölümündən sonra, yaxud rejimin devrilməsindən sonra hətta ölən cinayətkarın qəbrinə də cəza kəsirlər, bunlar mümkündür.
Lakin indiki halda İranın özünüqəsdə çevirə biləcək bir istintaqın obyektiv şəkildə aparılmasına Tehran imkan verməyəcək. Bu, mənim gəlmiş olduğun qənaətdir. Görün bu, nə qədər bəsit düşüncəli, nə qədər insani keyfiyyətlərdən, bəşəri dəyərlərdən uzaq bir rejimdir ki, öz vətəndaşının qayğısına qalmır. Xoy vilayətində baş verən, cənubdakı soydaşlarımızın böyük fəlakətinə səbəb olan zəlzələ ilə bağlı özü də kömək etmir, Azərbaycanın və Türkiyənin yardım təşəbbüsünə də imkan vermir. Hətta informasiya qaynaqlarından məlumat aldıq ki, Güneydəki soydaşlarımız yığışaraq imkanları daxilində Xoy bölgəsinə isti paltar, yorğan-döşək, çadırlar və digər zəruri əşyaları göndərmək istəyiblər maşın karvanı ilə. Amma rejim mənsubları karvanın qarşısını kəsib, nə yalvarışlara, çağırışlara baxmayaraq, bu karvanın zəlzələ bölgəsinə getməsinə imkan verilməyib. Yəni hətta bizim cənubda yaşayan soydaşlarımızın belə, Xoy camaatına kömək etməsinə imkan verilmir. Deməli, nəticə etibarilə orda soyqırımı aparılır. Təbii fəlakətlər nəticəsində o insanlar ağır faciələrlə üz-üzə qalıblar. Qış vaxtıdır, 25-30 dərəcə şaxtada o insanlar donacaq, uşaqlar, qadınlar, qocalar, isti paltarı, yatmağa yeri olmayan azərbaycanlılar kütləvi şəkildə xəstələnəcəklər. Deyir bir çadıra 4-8 ailə yığışsın, orda gecələsin. Sənin əxlaqına lənət! Sənin əxlaqın hardadır? Bir qızın saçı göründüyünə görə ona min cür işgəncə verdiniz, qətlə yetirdiniz, neçə vaxtdır çadranın altından saçı görünən qadınlara zülm edirsiniz, bu tərəfdən də deyirsiniz ki, 4-8 ailə bir çadırın içərisində yaşasın! Bu ailələrin cavanı var, qızı, yaşlısı, uşağı, kişisi, gənc oğlu var. Utanmaz köpək uşağı! Ay şərəfsizlər, bu cür yanaşma, bu cür insanlıqmı olar?!
- Fəzail bəy, bir daha səfirliyimizdəki terror haqda soruşum: iş Beynəlxalq Ədalət Məhkəməsinə qədər gedib çıxarsa, hansısa nəticələri ola bilərmi? Xatırladım ki, üç il əvvəl, elə yanvar ayında İran “səhvən” Ukraynanın sərnişin təyyarəsini vurdu və bu günədək cəzasını almayıb...
- İran beynəlxalq səviyyəli terrorçu dövlətdir. O təkcə Yəməndə, İraqda, Suriyada insan qırğını ilə məşğul olmaqla kifayətlənmir, eyni zamanda ayrı-ayrı terrorçu təşkilatları maliyyələşdirir, onu silahlandırır, ruhlandırır, yaşadır. İran eyni zamanda terroru rellaşdıran, terrorçu dövlətdir. Bəli, Ukrayna təyyarəsi vuruldu, nəticəsi nə oldu, kimin cinayəti üzə çıxarıldı, ittihama məruz qaldı? Həm də niyə vuruldu, hansı səbəbdən? İndi Azərbaycana qarşı atılan addımı son olaraq düşünmürəm. Hesab etmirəm ki, İran fars-molla rejimi bizə qarşı atmış olduğu murdar hərəkətlə kifayətlənəcək. Qətiyyən. Ona görə də mən əminəm ki, Azərbaycan dövləti bütün bunların fərqindədir. Bizim bütün hüquq-mühafizə orqanlarımız gücləndirilmiş iş rejimində fəaliyyətini qurub, mənim buna qətiyyən şübhəm yoxdur. Eyni zamanda mən Milli Məclisdə də söylədim, Azərbaycan gecikmədən BMT-də bu məsələni müzakirəyə çıxartmalıdır! İranın törətdiyi bu terror aktı BMT-də, onun bütün qurumlarında xüsusi sənəd kimi yayılmalıdır, BMT-nin müvafiq qurumlarının, hətta mümkün olsa, Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmalıdır. Həmçinin mən yaranmış fürsətdən istifadə edib Şeyx həzrətlərinə, Allahşükür Paşazadəyə müraciət edirəm: Xoydakı, cənubdakı soydaşlarımızın fəlakəti ilə bağlı bütün islam dünyasına, İslam Konfransı Təşkilatına müraciət etsin. İranın özünə müraciət etsin ki, bəsdir, bu vandallığa, bu vəhşiliyə son qoyun! Şeyx bütün dünya müsəlmanlarını hərəkətə gətirsin, İrana ciddi təzyiqlər olsun ki, cənubdakı soydaşlarımız indiki fəlakətli vəziyyətdən bir az sığortalana bilsinlər...
“Yeni Müsavat” saytı
Elşad Paşasoy
04 fevral 2023-cü il
0 notes
Text
Elə insanlar var ki, yolda görsələr üzümə baxmazlar, amma gedib instagram məni "yakın arkadaş" lara salıblar. İndi bu yaltaqlıq desən deyil, bəs nədi? :d
37 notes
·
View notes
Photo
😢😢😔😔😕😕😢😢 Dəhşət içərisindəyəm. Buna inanmaq istəmirəm. Hüquq müdafiəçisi Oktay Gülalıyevin son durumu barədə oğlu Ali Gulali yazıb: "Dünən atam Oktay Gülalıyev KT'dən keçirdilər və bu gün nəticələri dedilər. Həkimin dediyinə görə atamın beynində 3 hüceyrə təmamilə zədələnib. Bərpası mümkün olmayacaq. İndən sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Komadan 6 ayamı çixacaq, 3 iləmi, heç kim deyə bilməz. Ancaq gözü ilə həyata baxacaq, başqa HEÇNƏ. Həkim deyirki, bunlar Azərbaycan'da adama nə ediblərsə, nə VURUBLARSA, bu xəstəni bu günə salıblar. Atam bu ölkə üçün hər şeyi gözə aldı. Məni bıçaqladılar, şəxsimə qarşı saxta cinayət işi açdılar, özünü təhdid etdilər, vəzifə təklif etdilər, amma o mübarizəsini saxlamadı. Atam bu ölkə üçün, insan haqları üçün əlindən gələndən çoxunu etməyə çalışdı, maləsəf, artıq edə bilməyəcək. İndən sonra əzab içində, həyatla mübarizə aparacaq. Hamınızın qabağında, heç bir emosiyasız söz verirəm ki, atamı, stress ucabtında apresdən təzə çıxan xəstə anamı bu vəziyyətə saldığına görə, sifariş verən İlham Əliyev özü cavab verəcək. Söz verirəm! Heç kim unutmasın bunları, dostlar!"😔😔😢😢 #millidüşüncə #qarabağlilar #azatagram #azadsöz @azadliga.dogru @azad_gencler #azerbaycanxalqcebhesi #ardıgəlsin #sumqayitetiraf #sumqayitcity #blogger_activist_ #bloger #humanrights #freedomtofiqyaqublu #qarabağlilar #bakuws #musavat #axcp #qarabağ #azerbaycan🇦🇿 #bakugram #bakililar #maga #millet #sumqayitim #qarabağazərbaycan #likeforlikes #ağdam #tarqovu #oktaygulaliyev https://www.instagram.com/p/B4nFkvjBb00/?igshid=fkrc91si9ej8
#millidüşüncə#qarabağlilar#azatagram#azadsöz#azerbaycanxalqcebhesi#ardıgəlsin#sumqayitetiraf#sumqayitcity#blogger_activist_#bloger#humanrights#freedomtofiqyaqublu#bakuws#musavat#axcp#qarabağ#azerbaycan🇦🇿#bakugram#bakililar#maga#millet#sumqayitim#qarabağazərbaycan#likeforlikes#ağdam#tarqovu#oktaygulaliyev
0 notes
Text
Qonşu ölkədə kişiləri əsgər aparmağı dayandırdılar
COVİD-19 Gürcüstanda fövqəladə vəziyyət yaradıb. Qonşu ölkədə kişiləri əsgər aparmağı dayandırıblar. Bizimyol.info xəbər verir ki, Gürcüstanda həqiqi hərbi xidmətə çağırılmanı aprelin 13-nə qədər təxirə salıblar. Baş nazir Georgiya Qaxariyanın başçılıq etdiyi koordinasiya şurası bununla bağlı qərar qəbul edib.
Başqa qərarlar da qəbul olunub. Təhsil müəssisələrində dərslərin təxirə salınması…
View On WordPress
0 notes
Link
via “Oğru dünyası”nda istifadə olunan sözlərin — İNANILMAZ MƏNALARI http://ift.tt/eA8V8J “Oğru dünyası”nda istifadə olunan sözlərin mənaları nələrdir? 2017-ci il Xoruz ilidir və artıq hər kəs bu ildən danışır. Kimisi düşərli olub-olmayacağından, kimisi də Xoruzun dalaşqan olmasından bəhs edir. Lakin ən maraqlı məqam həbsxanada Xoruz ilinin necə qarşılanacağıdır. Axı Xoruzun adı cinayət aləminin jarqonunda o qədər də yaxşı səslənmir. “Petux”: rus dilində bu, Xoruz deməkdir. Amma cinayət aləmində, xüsusilə post-sovet məkanındakı həbsxanalarda bu ifadə ən alçaq söz olaraq qəbul olunur. Cinayət aləminin tədqiqatçısı “Fima Jiqanes” təxəllüsü ilə tanınan Aleksandr Sidorovun bu haqda fikirlərini təqdim edirik: “Qanuni oğrular” Xoruzu niyə sevmir? A.Sidorov deyir ki, keçi (kozyol) həbsxanada mənfi qarşılanır, Xoruz isə ümumiyyətlə söyüş mənasındadır: “Keçi ilə bağlı məsələ qismən aydındır: bu üfunətli heyvandır, uzun buynuzları var və dustaqlar arasında həmişə biabırçı bir şeyi ifadə edir. Əvvəllər passiv homoseksualları keçi adlandırardılar. Xüsusilə ötən əsrin 60-70-ci illərində belə idi. Bəs xoruz (rus dilində petux) niyə mənfi qarşılanır? Axı bu quş növü folklorda müsbət obrazdır. Amma artıq uzun müddətdir ki, həbsxanalarda passiv homoseksualları bu quşun adı ilə çağırırlar. Yeri gəlmişkən bu gün həbsxanalarda “xoruz” (petux) sözünün sinonimi var. Bu “pinç”dir. Bu ifadə hələ 1943-cü ildə İqor Mixaylovun “Aska” poemasında işlənir”. Cinayət jarqonuna sözlər necə daxil olur? A.Sidorovun sözlərinə görə, həbsxana jarqonu müəyyən dəyişikliklərə məruz qalmış unikal söz toplusudur: “Sovet hakimiyyətinin gəlişi ilə həbsxanalar ziyalılar, zabitlər, tacirlər, keşişlər, kəndlilər və bu kimi müxtəlif təbəqənin insanları ilə doldu. Beləliklə, cinayət jarqonuna cəmiyyətin hər təbəqəsinin sözləri daxil oldu. Məsələn, “yüksüz vaqonları itələmək” sözü mənasız, boş danışmaqdır. Bu ifadəni həbsxanaya şaxtaçılar gətirib. “Volına” (tapança) sözü kazaklardan gəlmədir. “Jiqan” sözü “yandırmaq”, “yanmaq”, yaxud “hiss etməklə” bağlıdır. “Jiqan” sözünü əvvəlcə ocaqçılara, araqçəkənlərə, ümumiyyətlə hisə batmışlara deyirdilər. Daha sonra bu söz qəddar insanlara, fırıldaqçılara, dələduzlara deyildi. Çar Rusiyanın cinayət aləmində jiqanlara çox hörmət edirdilər”. “Adaxlı”, “müftə”, “talvar” A.Sidorov deyir ki, bəzən xarici sözlər də cinayət jarqonuna daxil edilib. “Misal üçün, “müftə” (xalyava) sözü Polşadan alınma sözdür. Müftə sözü burada çəkmənin boğazı mənasındadır. Fırıldaqçılar uzunboğazlı çəkmələr geyinir və bazarlarda gəzişirdilər. Fırıldaqçının biri tacirin fikrini yayndırır, o biri isə oğurladığı malı çəkmənin boğazından içəri atırdı. Bu söz müasir jarqonda “pulsuz”, “hədiyyə” mənasında işlənir. Digər alınma söz “Frayer”dir (almanca freier — adaxlı). Çar Rusiyasında bu dələduzluq edənlərə aid edilirdi. İki cinayətkardan biri digərini tora salır, o biri isə iş üstündə tutaraq, bütün pullarını alırdılar. Misal üçün, iki fahişədən biri zəngin cənabla yaxınlaşır, digəri isə onları ən vacib məqamda yaxalayaraq, qışqırmağa başlayırdı. Zəngin cənab isə biabır olmamaq üçün bütün pulunu verib geri çəkilirdi. Bu söz “xiçisnisey” sözü ilə də qarışdırılıb. Bu, yəhudilərin “xupa” sözündən götürülüb, mənası talvar deməkdir. Yəhudilərdə toy zamanı bəy və gəlin o talvara baş çəkərlər. Zaman keçdikcə “frayer” fahişəxanaların mötəbər ziyarətçilərinə deyilməyə başlandı, amma ümumiyyətlə axmaqlara, bəxtsizlərə bu söz aid edilirdi. SSRİ həbsxanalarında isə “frayer” siyasi məhbuslara aid edildi. Təcrübəli cinayətkarlar onlara nifrət edərdilər. Lakin 1960-80-ci illərdə siyasi dustaqlara hörmət edilməyə başlandı. Onlara inamları və möhkəm olduqları üçün hörmət edilirdi. Bu həm də cinayət aləmində anti-kommunist mövqedən də irəli gəlirdi”, — deyə ekspert diqqətə çatdırıb. Tac qoyma və dindirilmə: nələr, niyə dəyişdirildi? Tədqiqatçı vurğulayır ki, artıq “oğru dünyası”nda tac qoyma ənənələri də dəyişib: “Vaxtilə tac qoyardılar və xaç suyuna salardılar. Misal üçün Ded Hasan yeziddir, ona tac qoyarkən xaç suyuna da salıblar. İndi mübahisələrin düşməməsi üçün tac qoyma və xaç suyuna salmanı ayırıblar. Hazırda sadəcə danışırlar: Filan insana bu məsələyə görə verildi. Hər şey sadələşib. Daha bir maraqlı məqam isə odur ki, “qanuni oğru” bütün suallara doğru cavab verməlidir, hətta polisin dindirməsi zamanı da. Bu isə onun cinayəti faktiki etiraf etməsi deməkdir. Lakin indi bir qədər vəziyyət dəyişib. Çünki bu ənənələr onların ziyanına işləyir. Bəs belə vəziyyətlərdə nə edilməlidir? Misal üçün, Şarko Maladoy tutulandan sonra ümumiyyətlə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ünsiyyət saxlamaqdan imtina etdi. Bəzi “qanuni oğrular” isə fərqli davranırlar. Misal üçün, onlar polisin sualına “mən öz yanımdayam” cavabını verirlər. Bu, oğruların yanında olmaq deməkdir. Bu söhbəti sadəcə anlamaq lazımdır”. Rusiya cinayət aləminə yəhudi təsiri A.Sidokov Rusiya cinayət jarqonunun yəhudilərdən daha çox söz aldığını deyir: “Bu, əsasən Odessada olan yəhudilərdən gələn sözlərdir. Rusiyada iki əsas oğru mərkəzi var idi: yəhudi Rostovu və Odessa. Əslində hər iki şəhər yəhudilərin oturaq həyat tərzi sürdüyü yerdir. Minsk və Kiyevə nisbətdə Rostovda yəhudilər çox yaşayırdı. Onların 60-70 faizi oğru jarqonundan istifadə edənlərdir. Lakin yəhudilərdən alınma sözlər qarışıqdır. Misal üçün, həbsxana kamerasında ayaqyoluna deyilən “paraşa” sözünün yəhudilərdən gəldiyi bildirilir. Əslində isə hər şey çox sadədir: 27 oktyabrda payızın cümə günü – “Pinti Paraskeva” keçirilir. Həmin vaxt adətən yağışlar yağır və hər yer palçıq olur. Buna qısa olaraq “Paraşa” deyirlər, yəni pinti, çirkli mənasında. Həmçinin, “botat” sözündə də yəhudi kökü axtarmaq tamamilə doğru olmaz. Keçmişdə inəyin boynuna zınqırov asardılar və buna “botat”, yəni guruldamaq, cingilləmək deyilərdi”. Şərqdən alınma söz Ekspert vurğulayır ki, cinayət jarqonuna Şərqdən gələn sözlər də daxil olub. “Onlardan biri “şmonat”dır. Bunun kökü türklərin axtarmaq, silkələmək sözünə gedib çıxır. Cinayət aləmində mənası qarət etmək deməkdir”, — deyə o bildirib.
0 notes
Text
“Barselona” birinci oldu, “Real” ilk beşliyə düşmədi

“FourFourTwo” nəşrinə görə, İspaniyanın “Barselona” futbol klubu son 10 ilin ən yaxşı komandaları sıralamasında birinci yeri qazanıb. Bundan əlavə, reytinq tərtibçiləri katalonları futbol tarixinin ən yaxşı komandası adına iddiaçıların sırasına salıblar.
Vesti.ru məlumat yayıb ki, “Barselona”dan sonra müvafiq olaraq 2010 və 2012-ci ildə dünya və Avropa çempionu olan İspaniya milli komandası…
View On WordPress
0 notes