#yaxınlaşan
Explore tagged Tumblr posts
Text
Yeni tanışdığım bir xanımla ilk görüşümüzü yekunlaşdırıb evə getmək üçün metroya düşdük. Əks istiqamətlərdə gedəcəkdik. Mənim qatarımın gəlməsinə baxmayaraq, birinci onu yola salmaq üçün gözlədim. Elə bu anda həyatda ən çox ürəyimi sıxan suallardan biriylə qarşı-qarşıya qaldım. Nə vaxt evlənirik?☺ Bir slow-motion kadr yarandı gözümün önündə, divarda görünən yazılar palatkada xalçanın üstündə yazılan xoşbəxt olun yazısı kimi görünürdü, get-gedə yaxınlaşan qatarın səsi belə qulağıma vağzalı kimi gəlməyə başlamışdı. Yaxşı ki qatar gəlib yetişdi sağollaşıb yola saldım. Dərindən bir nəfəs alıb öz qatarımı gözləmək üçün digər tərəfə keçmişdim ki, telefonuma gələn o mesaj.
Nə vaxt evlənirik!?☺
12 notes
·
View notes
Text
Keçənlərdə vəziyyətim həddindən artıq dərəcədə bərbad idi. Ağlamağa rahat yer axtarırdım. Parka getdim. Parkı rezerv etdikləri üçün yer tapa bilmədim. Yoluma davam etməkdən başqa əlacım yox idi. Əksər hallarda keçdiyim ara küçələrin arası ilə getdim. Sonunda bir geniş ərazi tapdım. Bu əraziyə mən tərk edilmiş stadion deyərdim. Stadionun ətrafında oturmağa yer yox idi. Sadəcə stadionun mərkəzində bir beton daş var idi. Düzbucaqlı formasında yerə qoyulmuşdu. Bəlkə də kiminsə burada rahatlıqla oturub dincəlməsi üçün. Axı kim o beton daşın üzərində oturmaq istəyərki?. Onu bunu bilmirəm ama yeri gəlsə o insan zay bir vəziyyətdədirsə ona beton daş rahat bir divan kimidə gələ bilər. Oturdum. Hava qaralırdı artıq. Ətrafıma baxdım, sanki bu xarabalıq da qalmış bir tək mənəm kimi özümlə danışdım. Sonra aya baxdım. Qəşəng ay çıxmışdı, və aydın bir halda mənə baxırdı. Deyəsən oda halıma acıyırdı. Onunla özüm arasında venn-diaqramı qurdum. Xüsusiyyətlərimizin daxilən bənzədiyini söyləyə bilmərəm amma onunla xarici cəhətdən oxşarlığımız var kimi elə hey göydəki ay'a baxırdım. Sonra nə qədər içimi töküb ağlasığmaz şəkildə ağlamaq istədim. Bacarmadım. Düşündüm. Lap "squid game"dəki doqquzuncu bölümdə baş verən səhnəni xatırladım. Oradakı oyunları planlı şəkildə quran insan sən demə qoca kaftar imiş, və baş obraz bunu nədən etdiyini qocadan soruşduqda o leysanda küçədə qalmış insanı göstərdi. Söylədi: əgər neçəsə dəqiqəyə o insana kömək toxunularsa o zaman bunun səbəbini sənə deyərəm. Vaxt ötürdü. Artıq zaman gəlib qocanın dediyi vaxta çatdı. O insana kömək polislər tərəfindən dəydi. Bu sırada qoca son nəfəsini söylədi. Yada özünü artistiyə vurdu. O küçədə leysanda qalmış köməksiz biri kimi özümü hiss etdim. Öz-özümə söyləndim görən,bəlkə, mənimdə imdadıma o leysanda aciz, çarəsiz qalmış insana çatılan kimi kimsə çatar deyə. O sırada telefonda musiqi dinləyirdim. Başım telefona qarışıq idi. Birdən qulağıma yaxınlaşan velosiped sepinin cınqıltısını eşitdim. Ətrafıma baxdım meydançadakı daşlıq ərazilərdən yaxa qurtarmaq istəyən bir velosipedli oğlan gördüm. O yerdəki daşlara ilişməmək üçün təkərlərə diqqətlə nəzər edərək mənə yaxınlaşırdı. Mən isə onun işi mənimlə olmaz deyib, telefona yenidən nəzər saldım. Az öncə eşitdiyim o sep cingiltisi artıq mənə eşidilmirdi. Elə bu vaxt qarşımda həmin o velosipedli oğlan gördüm. Mənə ilk dediyi söz belə oldu.
- Salam qardaş necəsən görürəm tək başına oturmusan. Nəyəsə ehtiyacın var?
+ Salam, yox xeyr yaxşıyam, sağolun.
Deyib telefona nəzər saldım. O oğlan heç artıq ayaq saxlamadan yanımdan uzaqlaşdı. Həqiqətən də düzü o biraz əvvəl söylədiyim qocanın dediyi kimi vəziyyət reallaşdı. Sadəcə bir əksik olaraq məndə o qoca kimi yatağımdan ayılmamışdım. Artıq ağlamaq duyğum da sönmüşdü həmin an. Biraz keçdikdən sonra nə edəcəyimi bilməyib evə yollandım.
Çarəsizsən, özünü gücsüz hiss edirsən
danışanda səsin belə çıxmır əvvəlki kimi.
20 notes
·
View notes
Text
Bəzən tunelin sonunda görünən işıq yaxınlaşan qatarın işıqları da ola bilər.
43 notes
·
View notes
Text
YÜKSÜZLƏŞMƏ
Kütlə daxilində gedən ən mühüm proses yüksüzləşmədir. Yüksüzləşmə anına qədər kütlələr praktiki olaraq mövcud deyillər, yalnız yüksüzləşmə sözün həqiqi mənasında kütlə yaradır. Bu elə bir andır ki, kütləyə aid olan bütün insanlar fərqlilikdən azad olur və özlərini bərabər hiss edirlər. Fərqliliklər içərisində xüsusilə mühüm olanlar - insanı zahirən xarakterizə edən cəhətlərdir: rütbə, zümrə və imkan müxtəlifliyi. İnsan bir fərd kimi onları həmişə dərk edir. Onlar insanları bir-birindən ayıraraq hər kəsə təzyiq göstərirlər. İnsan öz etibarlı, təhlükəsiz yerini tutur və ona yaxınlaşan hər kəslə hüquqi normaların köməyi ilə məsafə saxlayır. O, geniş bir düzənlikdə yel dəyirmanı kimidir. Pərlərinin necə qızğın surətdə fırlanması hər yerdən görünür, onunla növbəti dəyirmanın arasında isə yalnız nəhəng bir boşluq var. Bütün həyat məsafələrdən təşəkkül tapmışdır: insanın öz var-dövlətini saxladığı və özü qaldığı ev, tutduğu mövqe, can atdığı rütbə - hər şey insanlar arasında məsafələrin yaranmasına, saxlanmasına və böyüməsinə xidmət edir. Bir insandan digərinə olan səmimi meyl azadlığı boğulur. İstəklər və rəğbətlər səhradakı çaylar kimi quruyur. Hər bir sahədə bərqərar olmuş sərt iyerarxiyalar yuxarıdakına ciddi şəkildə toxunmağa yaxud aşağ dakının səviyyəsinə enməyə imkan vermir, - yalnız diqqət cəlb etmək xatirinə olan hallardan başqa. Müxtəlif cəmiyyətlərdə bu toməsafələrin balansı da müxtəlifdir. Bəzi yerlərdə - mənsəbə, bəzi yerlərdə - zənginliyə, bəzi yerlərdə isə peşə növünə fikir verilir. Burada məqsəd bu iyerarxiyaları ətraflı şəkildə təsvir etmək deyil. Mühüm odur ki, bu iyerarxiyalar hər yerdə var, onlar hər yerdə şüurlara dərindən nüfuz edir və insan əlaqələrini müəyyənləşdirir. Başqalarından rütbəcə üstün olmaqdan duyulan məmnuniyyət hissi istəklərin itirilmiş azadlığının yerini doldurmur. Məsafələrdə insan keyiyib qalır. Onlar yerdən tərpənməyə imkan verməyən kündələr? kimidirlər. İnsan unudur ki, özü özünü qandallayıb, buna görə də azadlığa çıxmaqdan ötrü darıxır. Lakin təklikdə necə azad olmaq olar? O nə edirsə-etsin, nəyə əl atırsa-atsın, yenə də əhatə olunub və onu əhatə edənlər onun bütün səylərini heçə endirirlər. Onlar məsafələri saxladıqları müddətcə onlara yaxınlaşa bilməyəcək. Yalnız hamı birlikdə, dərhal və eyni zamanda hərəkət edərək bu məsafələri aradan götürə bilər. Bu da kütlədə baş verir. Yüksüzləşmə anında bütün fərqliliklər kənara atılır və hamı özünü bərabər hiss edir. Heç bir şeyin ayırmadığı, bədənlərin bədənlərə sıxıldığı darısqallıqda hər kəs başqasına özünə olduğu qədər yaxındır. Bu yüngülləşmə anıdır. Hər kəsin bir başqasından nə böyük, nədə yaxşı olduğu bu xoşbəxtlik anından ötrü insanlar kütləyə qoşulurlar. Lakin bu xoşbəxt və arzu edilən yüksüzləşmə anı özündə bir təhlükə gizlədir. Onda fundamental illüziya vardır: insanlar özlərini bərabər hiss etsələr də, həmişəlik və həqiqətən bərabər olmurlar. Onlar öz evlərinə qayıdacaqlar, öz yataqlarına uzanacaqlar. Onlar öz əmlaklarını saxlayacaq və öz adlarından imtina etməyəcəklər. Onlar doğmalarını rədd etməyəcək və ailələrindən çıxıb getməyəcəklər. Yalnız ən yaxın qohumluqların aradan qalxdığı hallarda insanlar köhnə əlaqələrini tamamilə kəsib yenilərini qururlar. Öz təbiətinə görə yalnız məhdud sayda üzvlərdən ibarət olan və öz tərkibini sərt şəkildə nizamlayan belə ittifaqları mən kütlə kristalları adlandırıram. Onların vəzifələri haqqında söhbət aşağıda gedəcək. Kütlə isə dağılır. O dağıldığını hiss edir. O dağılmaqdan qorxur. Yalnız yüksüzləşmə davam edərsə və kütləyə qoşulan yeni- yeni fərdlərə yayılarsa, o yaşayacaq. Yalnız kütlənin böyüməsi ona mənsub olan hər kəsin öz şəxsi yükü altında yenidən əyilməsinə imkan vermir.
10 notes
·
View notes
Text
Həyat çox qəribə bir yerdi. Məsələn, dünən “sən olmasan ölərəm” deyənlər, bu gün sənin “necəsən?” sualıva cavab vermək belə əziyyətinə girmir. Niyə? Çünki insan övladı Allaha belə mənfəət və çıxar üçün yaxınlaşan varlıqdı. Bəndəyə nə üçün sevgini, dəyəri çıxarsız göstərsin ki? Yox, əgər “mən çıxarsız sevirəm, qarşılıq gözləmirəm” deyirsənsə, uduzdun deməkdi. Çünki, bura dünyadı. Burda, dürüstə, mərdə, mərhəmətliyə, vicdanlıya qısacası insani xüsusiyyətlərə sahib birinə yer yoxdu. Əgər bu xüsusiyyətlər səndə varsa, təəsüf edirəm. Siz hər zaman mərhəmətinizə və içinizdəki yaxşı niyyətə yeniləcəksiz…
4 notes
·
View notes
Text
📌 " Bəzən uşaqlıq üçün darıxıram , kədər yox , üzüntü yox , stres yox , qəlb qırıqlığı yox . Çünki uzun zamandır sabah nə olacaq deyə bir narahatlığım yox , sabaha dair məni motivasya edəcək bir şey yox . Gözlərimi yumuram yata bilməsəmdə və sabah olur o qədər .
Yalnızlığa o qədər alışdımki , insanlardan uzaq qaçıram . Yanımda kimsələr olsa belə məsafəmi saxlayıram artıq . Heç kəsə möhtaç deyiləm , heç kəsə mənfəət üçün yaxınlaşan biri deyiləm , eğer birinin yanındaysam sevdiyindəndir başqa bir səbəb yox . İnsanlara dair bir ümidimdə yox , #dostoyevski 'nin dediyi kimi *İnsanlara olan hörmətimi qorumaq üçün onlardan uzaq dururam*. Kim olduğumu artıq daha yaxşı anlayıram , nə bir artıq - nə bir əksik. Fərqindəyəm hər şeyin , pusqudakı #bozqurd kimi kənara çəkilib həyatı izləyirəm yalnız başıma : sakit , səbrli , nə edəcəklərini bilərək , nə olacağını bilmədən ... "
2 notes
·
View notes
Text
Yaxınikən uzaqlaşan, uzaqikən yaxınlaşan,
Görən kim qucaqlaşan, tənhaların bayramıdı..
2 notes
·
View notes
Text
Saratovda vurulan Ukrayna dronunun üç h��rbçinin ölümünə səbəb olduğu deyilir
Saratovda vurulan Ukrayna dronunun üç hərbçinin ölümünə səbəb olduğu deyilir
Rusiyanın Müdafiə Nazirliyi dekabrın 26-na keçən gecə Saratov vilayətində vurulan Ukrayna dronunun hərbi baza üzərinə düşməsi nəticəsində üç hərbçinin öldüyünü təsdiqləyib. Engels hərbi bazasına yaxınlaşan dronun aşağı yüksəklikdən vurulduğu bildirilir. “Dronun qalıqlarının düşməsi nəticəsində aerodromda olan, texniki heyətdən üç rusiyalı hərbçi ölümcül yaralanıb”, – məlumatda…
View On WordPress
#aerodrom#Üç#ölümünə#dünya#deyilir#dron#dronunun#en son xeberler#Engels#hücum#hərbçinin#olduğu#Saratovda#səbəb#son xeberler#Ukrayna#vurulan#xeberler
0 notes
Text
Bəlkə də hər şey elə sənin əvvəllər dediyin kimidir - biz hamımız çat vermişik. Doğulandan hər birimiz su keçirməz gəmi kimi yola çıxırıq. Sonra belə şeylər baş verir – bu adamlar bizi ya atır, ya sevə bilmirlər, ya onlar bizi başa düşmür, ya da biz onlar başa düşmürük və beləliklə, biz biri-birimizi itiririk, aldadırıq, pis vəziyyətdə qoyuruq, biri-birimizin xətrinə dəyirik. Və bizim gəmimiz çat verir. Birinci çat görünən kimi yaxınlaşan son qaçılmaz olur. Məsələn, yağış yağıb Osprinin içinə axır, heç kim onu təmir etmir. Amma çat görünən anda gəminin batması anı arasında müəyyən vaxt var. Biz yalnız bu vaxt ərzində biri-birimizi görə bilirik, çünki özümüzdən o yana yalnız bu açılan çatlardan baxa bilirik, elə başqasının da içinə bu çatlardan baxa bilirik. Biz biri-birimizin gözlərinin içinə nə vaxt düz baxdıq? O vaxt ki, sən mənim çatlarımı gördün, mən də sənin çatlarını. Ondan qabaq biz yalnız biri-birimizin uydurma obrazlarını görürdük – bu ona oxşayır ki, jalüzləri bağlanmış pəncərənizə baxıram, amma içərini görmürəm. Çatlar yarananda isə içəriyə işıq düşür. Amma içəridən də bayıra işıq düşür.
7 notes
·
View notes
Note
Salam,
Necəsən? Necə keçir günlər?'
Bu gün səhər saat 6da oyanmışdım, bir az kitab oxudum sonra gün doğumuna baxmağa çıxdım. Axşamsa 6da günbatımına baxdım yaşadığımı hiss elətdirdi. Qırmızı bir də narıncının ən gözəl tonların gördüm. Əvvəllər də gün doğumuna həm batımına baxmışam amma eyni gündə ilk idi. Bir dəfə yoxla gözəl hiss etdirəcək'
Gördüm oxumusan kitabı, paylaşdığın şəkili görəndə kitabı oxuduğum günlər yadıma düşdü 2020-nin elə yanvar ayı idi. Ümid eləyirəm bəyəndin, mənim demək olar ən çox sevdiyim kitabdı'
Hələki kitab önərim yoxdu amma mahnılar gətirmişəm. Toxun, toxun, toxun '
Bir də şeir var'
Hələlik'
Salam, normal sən?
Demək olar həftədə 2-3 dəfə gün doğumundan bir az əvvəl oyanıram mətbəxdə bəzi işlərimi görürəm çıxmamışdan qabaq, o vaxtı da pəncərədən görürəm gün doğumunu enerji verir mənə.Axşam saat 6ya yaxınlaşan vaxtlarda da getdiyim yolda günbatmını görürəm, nə yalan deyim yorğun olsam da gedir yorgunçuluğum. Evə tələsmədiyim vaxtlarda yavaş-yavaş gedib anın dadını çıxarıram arada. Gözəl hiss elətdirir bilirəm, sevindim.
Kitab çox nəfəskəsici idi, ciddiyəm özümü içində hiss elədim Məsum'un yaşadığı bütün hissləri yaşadım, onla bir ağladım bir əsəbləşdim. Kitabı iki dəqiqəlik yerə qoymaq çətin gəlirdi. Təşəkkürlər bir daha) mahnılar və şeir üçün də təşəkkürlər, dinləyərək cavab verirəm. Hələlik
3 notes
·
View notes
Text
Səni həqiqətən sevdiyini hiss etdirən, şəfqətlə yaxınlaşan, səni həqiqətən anlamaq üçün çabalayan və hiss etdiyin dəxlisiz hisslər belə olsa səni yarqılamayan birinin varlığı qədər insana yaxşı gələn şey yoxdur♥️
8 notes
·
View notes
Text
Bir insana yaraşan ən gözəl şeylərdən biridə nəzakətdir. Qadın, bəy fərq etmir. Qarşındakına anlayışla yaxınlaşan bir insanla hər məsələni danışıb, bütün problemləri həll edə bilərsən. Çünki səni anlayar, bilib, bilmədən danışmadan əvvəl səni dinləyər. Ona özünü ifadə edərsən, içindəkiləri danışmaqdan qorxmarsan.
1 note
·
View note
Text
Bir gün H.Z.Tağıyev ona yaxınlaşan bir neçə pul dilənən uşaqdan yalnız rus olanlara pul verir. Buna təəccüblənən azərbaycanlı ona nə üçün pul vermədiyini soruşur. Hacının cavabı isə çox konkret olur:
"Mən öz millətimi dilənçiliyə öyrətmərəm."
Və bundan sonra Tağıyev həmin azərbaycanlı uşağı himayəsinə götürərək onu oxutdurur.✨🍃
46 notes
·
View notes
Text
Qorxuram.. Səndən sonra yaxınlaşan hər kəsdən, tanıdığım yeni insanlardan, qurulacaq münasibətdən. Qorxum tək incinmək deyil, sənin yerini doldura biləcəklərindən, səni unutdura biləcəklərindən qorxuram mən..
82 notes
·
View notes
Text
Kimsəyə möhtac deyiləm,kimsəyə çıxar üçün yaxınlaşan biri deyiləm; əgər birinin yanındayamsa onu sevirəm deyə yanındayam,başqa səbəbim yox. 🙂
3 notes
·
View notes
Text
Yadıma gəlir əvvəlki uşağlıq günlərimiz. Kinlilik, paxıllığımız yox idi saf təmiz ürəyli uşağlar idik. və zaman keçdi böyüdük yeni dostlar, yeni insanlar tanidiq. zaman keçdikcə bəzi dost, yaxşı insan dediklərimizin içindəki o uşağlıq hisslərinin ölümünü gördük təəssüf ki. Dəmir parçasına, pula görə yaxınlıq edən insanlar tanıdıq. Dünənə qədər pis günündə biz tutduq əlindən qaldırdıq kömək etdik onlar yenə imkana görə bizdən yan qaçdılar. Birdə var idi saf sevgilər içlərində eşq ilə yanan cavanlar, insanlar var idi öz sevgisinə görə canından keçirdilər bax mən o zamanlardan gəlmişəm. İndi isə içində rahatlıq tapdığınız maşına, evə və pula görə yaxınlıq edirlər bəzi dediklərimiz. adınıda sevgi qoyurlar. Ən təsirlisidə odurki elə pullu insanların sizi əzməsinə yuxardan baxışlarına necə icazə verirsiniz axı? çox təsirlidi bəlkədə çox insan özünü gördü bu yazıda birazcada olsun üzü utandı və “məni demirki onsuz” deyib keçdi. beləcə peşmançılığımızın biri daha artdı oda kaş bilməz, tanımaz və görməz olaydım. Birdə var yaxşı dost və bizə səmimi yaxınlaşan insanlar onlar haqqında danışmayacam. Həyat qısadır dürüst və mərd kimi yaşayın.
25 notes
·
View notes