#axcp
Explore tagged Tumblr posts
politiciansstuff · 11 months ago
Text
PRESS – RELİZ
23 dekabr 2023-cü ildə Ana Vətən Partiyası VIII qurultayını keçirdi. Qurultayda 07 fevral 2024-cü il növbədənkənar Prezident seçkiləri və partiyanın nizamnaməsində dəyişikliklər haqqında məsələlər müzakirə olundu.
Birinci məsələ haqqında partiyanın sədri, millət vəkili Fəzail Ağamalı çıxış edərək, növbədənkənar Prezident seçkilərini zəruri edən amillər üzərində dayanaraq, seçkilərdə İlham Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasının qərarını dəstəkləməyi ən doğru addım kimi qiymətləndirdi. Fəzail Ağamalının təklifi ətrafında Rəşadət Yaqublu, Günay Ağamalı, Nazim Muradəlizadə, Xaliq Şükürov, İradə Məlikzadə, Xalid Əliyev çıxışlarında İlham Əliyevin namizədliyini dəstəklədilər. Partiyanın sədri Fəzail Ağamalı və çıxış edənlər ölkədə gedən siyasi prosesləri, xüsusilə siyasi partiyaların mütləq əksəriyyətinin milli dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edən Prezident seçkilərində fəal iştirak etmək niyyətlərini müsbət qiymətləndirməklə bərabər, AXCP-nin seçkiləri “boykot” etmək kimi absurd və qeyri-real qərarını anti-milli və anarxist mövqe kimi qiymətləndirdilər və Əli Kərimovun ölkəmizə düşmən kəsilən antiazərbaycan qüvvələrinin içərisində yer alaraq, dövlətçiliyimizə qarşı düşmənçilik xəttini davam etdirməsini qətiyyətlə pislədilər.
Çıxış edənlər əminliklə bildirdilər ki, sosial bazası olmayan “sədrlik” etdiyi Partiyanın adından qanuna zidd istifadə edən Ə.Kərimovun məkrli niyyəti heç bir nəticə verməyəcək və Azərbaycan xalqı böyük siyasi fəallıqla 07 fevral 2024-cü il növbədənkənar Prezident seçkilərində iştirak edəcək, yüksək vətəndaşlıq mövqeyini ortaya qoyacaqdır.
Daha sonra qurultay partiyanın nizamnaməsinin yeni redaksiyasını qəbul etdi.
Qurultay Prezident seçkilərilə bağlı müzakirəyə yekun vuraraq, 07 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi yekdilliklə qəbul etdi.
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
0 notes
nurlanjurnalist · 2 years ago
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Milli Şura və AXCP-nin Rəsulzadə ziyarəti
0 notes
elcinsposts · 5 years ago
Photo
Tumblr media
@ali.karimli.axcp Azərbaycanın hakim ailəsi ilə Malta siyasi dairələri arasındakı şübhəli maliyyə münasibətləri və jurnalist qətli kiçik Aralıq Dənizi ölkəsinin siyasi gündəmini zəbt edib. "Azərbaycan diktatoru İlham Əliyevin qızları 2015-ci ilin sentyabr ayından 2016-cı ilin mart ayınadək artıq bağlanmış Pilatus Bankındakı hesablarından Dubayda yerləşən Palma Consulting DMCC şirkətinə üç ayrı tranzaksiyada 14.9 milyon avro pul köçürüb", - deyə Malta Today qəzetinin "Azərbaycan hökmdarı İlham Əliyevin qızları Pilatusdakı hesablarından Dubay şirkətinə 15 milyon avro pul köçürüb" adlı məqaləsi başlayır. Məqalənin dərc edildiyi Amerikanın səsi və Malta Today-in linki şərh bölümündə. Normalda ölkənin gündəmi bu olmalı idi. Siyasətçilərin, ictimai fəalların, deputatlığa namizədlərin, jurnalistlərin əsas müzakirə mövzusu bu olmalı deyildimi? Bəs sizcə, nəyə görə bu və bu qəbildən olan “həssas mövzular” ölkədə geniş müzakirə olunmur? #qarabağqaziləri #qarabağazərbaycan #qacqin #köçkünlərləbərabərik #qacqin #qarabagli #qarabağ #agdamli #qubadli #xalqbiz #xankəndinivur #şəhidlərölməz #namuslu #vijdan #maga #blogger_activist_ #azerbaycan🇦🇿 #sumqayitetiraf #sumqayit7 #mitinqəgəl #axcp #azadfikir #azadet #azadliq #bakuaz #azərbaycanəsgəri https://www.instagram.com/p/B6UzUBuBFtF/?igshid=1534jxim11kty
2 notes · View notes
elnur · 5 years ago
Photo
Tumblr media
Kiminə görə müstəqil Azərbaycanın banisiydi, kiminə görə türkçü və milliyyətçi, kiminə görə isə şair ruhlu insan... Haqqında çoxlu təriflər olduğu kimi, tənqidlərin də sayı az olmadı. Özünün də dediyi kimi, fağır bir prezident tapmışdınız, sağdan da döşüyürdünüz, soldan da… Ancaq bir gerçək var idi ki, o, artıq adını Azərbaycan tarixinə böyük hərflərlə yazdırmışdı... Azərbaycanın bir əsr ərzində ikinci dəfə öz müstəqilliyini əldə etməsində onun rolunu unutmaq mümkün deyil, öz diliylə desək, o, Rəsulzadə irsinin davamçısıydı və ən əsası səhvləriylə, doğrularıya o, bir Xalq lideriydi. Daha ətraflı: https://musavat.com/author-news/bizim-elcibey_636641.html Oxu və Yay! #Azərbaycan #azerbaijan #azerbaycan #azerbaycan🇦🇿 #elçibəy #əbülfəzelçibəy #axc #axcp #rəsulzadə #elçibey #prezident #xalq #lider #aztagramm #aztagram https://www.instagram.com/p/B1kEgFGChuV/?igshid=ngwkbz11lkrf
4 notes · View notes
azad-tv · 3 years ago
Text
Niyaməddin Əhmədov intihara cəhd edib – hüquq müdafiəçisi
Niyaməddin Əhmədov intihara cəhd edib – hüquq müdafiəçisi
AXCP fəalı, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Niyaməddin Əhmədov intihara cəhd edib. Bu barədə “Müdafiə xətti” İctimai Birliyinin icraçı direktoru Rüfət Səfərov Facebook səhifəsində yazıb. “Niyaməddin Əhmədov intihara cəhd edib, onun qarşısı alınıb. Niyaməddinin vəziyyəti çox ağırdır”, – Səfərov Əhmədovla eyni korpusda saxlanılan məhbusa istinadən bildirib. Mənbənin məlumatına…
Tumblr media
View On WordPress
0 notes
aliibrahimovofficial · 3 years ago
Video
Siyasi kimliyi bilinməyən Tofiq Yaqublu adlı birisi növbəti dəfə dövlətin və xalqın düşməni olduğunu, anti-Türkiyə mövqeyində durduğunu sübut edib. O, AXCP və Müsavat Partiyasının Şuşa bəyannaməsinin imzalanması münasibətilə bəyanat qəbul etmiş siyasi partiyalara qoşulmamasını əsaslandırmaq üçün məntiqsiz və qərəzli ifadələr işlədib. Tofiq Yaqublu deyib ki, Şuşa bəyanatı söz şölənindən başqa bir şey deyil. Daha sonra isə bildirib ki, Türkiyənin Rusiyaya münasibətdə üstünlüyü eyforiyadır. İndi sual etmək lazımdır ki, Şuşa bəyanatına söz şöləni deyən birisi necə özünü siyasətçi adlandıra bilər? Şuşa bəyanatına qarşı çıxan birisi necə xalqı, Vətəni düşünən, sevən ola bilər? Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı çıxan necə azərbaycanlı ola bilər? Azərbaycanın qardaş ölkə Türkiyə ilə münasibətlərinin daha da möhkəmlənməsinə, Zəngəzur dəhlizinin açılmasına etiraz edən birisini erməni adlandırmayaq, bəs nə deyək? Yaxud da ki, Türkiyəni zəif ölkə kimi qələmə verən, qardaş ölkəyə Azərbaycan xalqında olan inama, sevgiyə xələl gətirməyə çalışan birinin erməni dairələri tərəfindən idarə olunmadığına necə inanaq? Kim sübut edə bilər ki, Tofiq Yaqublu Şuşa bəyannaməsini, Azərbaycan-Türkiyə münasibətlərini, Zəngəzur dəhlizi ilə bağlı ümidləri ləkələmək üçün erməni lobbisindən ianə, qrant almayıb? Axı, hər kəs bilir ki, həm Şuşa bəyanatı, həm Zəngəzur dəhlizi, həm də möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri ilk olaraq erməniləri, sonra isə onların havadarlarını narahat edir. İndi Tofiq Yaqunlunun Şuşa bəyannaməsinə, Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsinə, Zəngəzur dəhlizinin reallaşmasına etiraz etməsini necə erməni dairələrinin sifarişi ilə əlaqələndirməyək? https://www.instagram.com/p/CQS2UwWhjtC/?utm_medium=tumblr
0 notes
abavellar · 4 years ago
Photo
Tumblr media
Tapete Oval em crochê feito no barbante. Modelo solitário para hall de entrada. Atelie produz no modelo e divesas cores e outras peças de acordo com seu evento e projeto. https://www.instagram.com/p/CE47By-Axcp/?igshid=vvrckd3318fp
0 notes
madebyheartvietnam · 5 years ago
Photo
Tumblr media
#bespokeleather #clutch #handstitched #custommade #elegant #vintagestyle #highendfashion #style #handcrafted #artisan #menwear #leatherhandmade #leathercraft https://www.instagram.com/p/B5-P_g-AXcp/?igshid=1sjt3bi8lb5f4
0 notes
politiciansstuff · 1 year ago
Text
HƏR UĞURA BÖHTAN, ŞƏR ATAN ƏLİ KƏRİMLİ BU DƏFƏ DƏ...
Hazırda Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydiyyat prosesi davam edir.
Bir sıra partiyalar artıq qeydiyyata alınıb, bir neçəsi də qeydiyyatın nəticələrini gözləyir. Eyni zamanda, bu proses başa çatdıqdan sonra siyasi idarəetmədə və qanunvericilikdə bir sıra dəyişikliklərin olacağı ilə bağlı da iddialar var. Bütün bunlarla bağlı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Cümhuriyət”-in suallarını cavablandırıb.
Yeni mərhələyə qədəm qoyulacaq
- Fəzail bəy, partiyanın qeydiyyat prosesi bitdi. Sonrakı mərhələ üçün plan nədir?
- Müasir dövrün çağırışlarına cavab verən və yüksək səviyyədə hazırlanıb cəmiyyətə təqdim olunan “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun olaraq, digər partiyalar kimi Ana Vətən Partiyası da məsələyə məsuliyyətli və ciddi yanaşmağa çalışdı. Biz birinci mərhələdə sənədləri təqdim edəndən sonra müəyyən iradlar oldu.
Buraxılan səhvlər və nöqsanlar diqqətimizə çatdırıldı, biz də tezliklə bunları aradan qaldırdıq və ikinci dəfə Ədliyyə Nazirliyinə təqdim etdik. İkinci müraciətimizdən qısa zaman sonra, 4 sentyabrda Ədliyyə Nazirliyi araşdırmalara yekun vuraraq partiyanın qeydiyyata alınması ilə bağlı Ana Vətən Partiyasına məktub göndərdi. Bu, bizi çox sevindirdi, eyni zamanda da Ana Vətən Partiyasının üzərində çox böyük məsuliyyət qoydu. Düşünürəm ki, bütün qeydiyyata alınan partiyalar kimi Ana Vətən Partiyası da öz fəaliyyətində yeni mərhələyə qədəm qoyacaq.
- Partiyalarda yeni qanuna münasibət birmənalı olmadı. Qanunla razılaşmayanların arqumentlərini necə dəyərləndirirsiniz?
- Radikal qüvvələr, xüsusilə də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ən müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa, iqtidarı ittiham etməyə çalışsa da, bunun heç bir əsası yoxdur. Əvvəldən başlayaraq AXCP rəhbəri Əli Kərimli və onun ətrafında olan ayrı-ayrı adamlar, xüsusi olaraq Cəmil Həsənli kimi adamlar bütün sahələrdə olduğu kimi, “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsinə də böhtan, şər, ittihamlar irəli sürməyə başladılar. Onlar bilirdilər ki, çox məhdud ətrafı olan AXCP bu sınaqdan keçə və o qədər də böyük olmayan 5 min üzvü cəmləyib Ədliyyə Nazirliyinə təqdim edə bilməyəcək. Ona görə də bu məntiqdən çıxış edərək ən müxtəlif formada “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsinə qarşı çıxırdılar.
Lakin göründüyü kimi, Azərbaycan dövlətinin atdığı hər bir addıma, əldə etdiyi hər bir uğura böhtan, şər atan, ittiham yağdıran AXCP sədri və onun ətrafındakılar bu dəfə də yanlışlığa yol verdilər. “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi və artıq qüvvədədir. Həmin Qanunun tələblərinə uyğun olaraq da partiyalar qeydiyyata alınır. Kimin gücü, imkanı varsa, Ədliyyə Nazirliyi həmin partiyanı da qeydiyyata alır və alacaq. Kimsə demoqoqluqla, mənasız söz-söhbətlərlə, şərlə, böhtanla məşğul olursa, təbii ki, onlar siyasi proseslərdən hər zaman olduğu kimi yenə də kənarda qalacaqlar. Bu ərəfədə bir sıra partiyalar öz imkanlarını ölçüb-biçərək çox doğru addım atdılar. Özlərinə hörmət edərək fəaliyyətlərini dayandırdılar. Bu, doğru yanaşma idi. Bu partiyaların rəhbərləri də hörmətə layiqdir. Lakin təəssüf ki, AXCP bu cür normal yanaşmadan imtina edərək xaricdən gələn təlimatlara uyğun olaraq davranış ortaya qoymaqdadır.
Siyasi partiyalar vahid mövqedən çıxış etdi
- Qeydiyyat prosesi tam bitdikdən sonra siyasi partiyaların fəaliyyətində canlanma müşahidə edə biləcəyikmi?
- Etiraf etməliyəm ki, siyasi partiyaların canlanması son prezident seçkilərindən sonra geniş vüsət aldı. Bu, özünü bütün mənalarda göstərdi. Xüsusi olaraq Prezidentin aparmış olduğu islahatların içərisində siyasi islahatlar və onun tərkib hissəsi olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, partiyaların siyasi sistemdə yerinin və rolunun artırılması ilə bağlı yeni konfiqurasiyaların yaradılması ilə bağlı atdığı addımlar
Prezident Administirasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və həmin şöbəyə peşəkar, yüksək səviyyəli şəxslərin cəlb edilməsi Azərbaycanda siyasi partiyaların fəaliyyətinə yeni nəfəs verdi. Şöbənin rəhbəri cənab Ədalət Vəliyevin təşəbbüsü ilə çoxsaylı, hətta pandemiya dövrünün çətinliklərinə baxmayaraq onlayn konfranslar keçirildi. Müxtəlif məsələlər ətrafında dialoq baş tutdu. Vətən müharibəsi dövründə isə bir-iki radikal partiya istisna olmaqla, digər bütün siyasi partiyalar vahid mövqedən çıxış edərək Ali Baş Komandan və silahlı qüvvələrimizlə bərabər olduqlarını bir neçə bəyanatda ifadə etdilər.
Xalqımızın bir hissəsi kimi müharibənin içində yer aldılar. Etiraf edim ki, partiyaların belə bir vahid mövqe nümyiş etdirməsində Prezident Administirasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xüsusi xidmətləri oldu. Ondan sonrakı zamanda da Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi intensiv və sistemli olaraq partiyalarla işini qura bildi. İndi artıq yeni dövrün tələblərinə cavab verən, 1992-ci ildə qəbul edilmiş qanundan fərqli olaraq indiki məqamda bütün sahələrdə olduğu kimi siyasi sistemdə də bütün yeniliklərə cavab verən qanunun qəbul edilməsi siyasi partiyaların üzərinə əlavə məsuliyyət qoyur. Biz qeydiyyata alınan partiyalar, bundan sonra da xidmətlərimizi dövlətçiliyimizə, onun müstəqilliyinə, suverənliyinin qorunub saxlanmasına daha intensive, ardıcıl olaraq davam etdirməliyik. Əminəm ki, belə də olacaq.
-“Siyasi partiyalar haqqında” Qanun qəbul olunandan sonra seçki sistemində dəyişikliklərin olacağı da gündəmə gəlib. Referendumun keçiriləcəyi və proporsional seçki sisteminin bərpa olunacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Siz necə düşünürsüz, proporsional seçki sistemi bərpa oluna bilərmi?
- Hər zaman Azərbaycanda qarışıq seçki sisteminin tərəfdarı olmuşam. Proporsional və majoritar seçki sisteminin hər birinin özünəməxsus üstünlükləri var. Proporsional seçki sistemi siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun artırılmasında olduqca mühümdür. Bu seçki sistemi həm də partiyaların real gücünün bir testidir. Proporsional seçki sistemi proseslərdə daha geniş formada, effektiv şəkildə fəaliyyətini qurmaqda partiyalar üçün olduqca əhəmiyyətlidir. Düşünürəm ki, bütün siyasi partiyalar qarışıq seçki sisteminin tərəfdarıdır.
Çünki bu seçki sisteminin tətbiq olunması indiki məqamda onların maraqlarına tam cavab verir. İndiki durumda referandumun keçirilməsi ilə bağlı ən müxtəlif səviyyələrdə, partiyalarda, mediada müzakirələr gedir, təkliflər verilir. Lakin rəsmi olaraq bununla bağlı hər hansı bir informasiya yoxdur. Gələcəkdə Konstitutsiya dəyişiklikliyi əlbəttə gözlənilir, xüsusi olaraq ölkənin idarəetmə sisteminin təkminlləşdirilməsi, Vətən müharibəsindən sonra daha güclü şəkildə yeni inkişaf mərhələsinə daxil olmasının tələblərindən doğan dəyişikliklərə ehtiyac duyulur. Ola bilsin ki, onların içərisində seçki sistemində dəyişikliklərin olması ilə bağlı təkliflər olsun. Lakin bu haqda mənim dəqiq və səhih məlumatım olmadığı üçün sualınıza ətraflı cavab vermək imkanın yoxdur.
“Cebhe.info” saytı
Vilayət Muxtar
08 sentyabr 2023-cü il
Tumblr media
0 notes
elcinsposts · 5 years ago
Photo
Tumblr media
😢😢😔😔😕😕😢😢 Dəhşət içərisindəyəm. Buna inanmaq istəmirəm. Hüquq müdafiəçisi Oktay Gülalıyevin son durumu barədə oğlu Ali Gulali yazıb: "Dünən atam Oktay Gülalıyev KT'dən keçirdilər və bu gün nəticələri dedilər. Həkimin dediyinə görə atamın beynində 3 hüceyrə təmamilə zədələnib. Bərpası mümkün olmayacaq. İndən sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Komadan 6 ayamı çixacaq, 3 iləmi, heç kim deyə bilməz. Ancaq gözü ilə həyata baxacaq, başqa HEÇNƏ. Həkim deyirki, bunlar Azərbaycan'da adama nə ediblərsə, nə VURUBLARSA, bu xəstəni bu günə salıblar. Atam bu ölkə üçün hər şeyi gözə aldı. Məni bıçaqladılar, şəxsimə qarşı saxta cinayət işi açdılar, özünü təhdid etdilər, vəzifə təklif etdilər, amma o mübarizəsini saxlamadı. Atam bu ölkə üçün, insan haqları üçün əlindən gələndən çoxunu etməyə çalışdı, maləsəf, artıq edə bilməyəcək. İndən sonra əzab içində, həyatla mübarizə aparacaq. Hamınızın qabağında, heç bir emosiyasız söz verirəm ki, atamı, stress ucabtında apresdən təzə çıxan xəstə anamı bu vəziyyətə saldığına görə, sifariş verən İlham Əliyev özü cavab verəcək. Söz verirəm! Heç kim unutmasın bunları, dostlar!"😔😔😢😢 #millidüşüncə #qarabağlilar #azatagram #azadsöz @azadliga.dogru @azad_gencler #azerbaycanxalqcebhesi #ardıgəlsin #sumqayitetiraf #sumqayitcity #blogger_activist_ #bloger #humanrights #freedomtofiqyaqublu #qarabağlilar #bakuws #musavat #axcp #qarabağ #azerbaycan🇦🇿 #bakugram #bakililar #maga #millet #sumqayitim #qarabağazərbaycan #likeforlikes #ağdam #tarqovu #oktaygulaliyev https://www.instagram.com/p/B4nFkvjBb00/?igshid=fkrc91si9ej8
0 notes
elnur · 5 years ago
Photo
Tumblr media
Bir cəmiyyəti və ya bir ölkəni, bir ailə olaraq təsvir etsək, ana-ata obrazı, iqtidar və müxalifətin payına düşür. Gəncliklərini bir yerdə keçiriblər, bir yerdə gəziblər, əyləniblər, bir-birilərinə dəstək olublar, aralarındakı fərqləri görüblər, biliblər, buna rəğmən seviblər və evləniblər. Ailə münasibətləri, sevgi münasibətlərindən daha fərqli olur. Ailə, kiçik bir dövlətdir. Bir-birinin qüsurunu və səhvlərini daha çox görməli və daha çox deməli olursan. Qısacası, deyingənlik yaranır. Deyingən tərəfi, siyasi baxış olaraq müxalifət adlandıra bilərik. Ancaq, bu deyingənlik həm də, ailədaxili hegemonluğu ələ almaq üçün yaranan şüuraltı instinktdir. Ailə içi və dışı məsələlərdə qərarverici və icraçı olmaq istəyən tərəf, qarşı tərəfə psixolojik və ya fiziki təsir göstərə bilir. Hər ikisinin böyüməsindən və inkişafından məsuliyyət daşıdığı və yatırım olaraq əksər resurslarını yönəltdiyi 3-cü tərəfin (ailədə övlad, siyasətdə xalq) mövqeyi, ailədaxili hegemon gücü müəyyənləşdirir. Gender balansının pozulduğu, patriarxizmin güclü olduğu cəmiyyətdə siyasi qaydaların da partiarxik hörmət və avtoritarizm şəraitində qurulmasından təəccüblənməməliyik. #müxalifət #iqtidar #hakimiyyət #axcp #müsavat #yap #real #az #azerbaijan #aze #azinstagram #azliving #azerbaycan🇦🇿 #azerbaijan🇦🇿 #aztagram #azlife #azeaktive💎 #azeaktive💕🌛 #azeactive💎 #azərbaycan #aztaqram #azerbaycaninsta #azeactive💪 #azerbayjan #azeaktiv💎 #aztagrambaku #azarbaycan #aztagramazerbaijan #aztagrampeople #az365 https://www.instagram.com/p/B7cDTmSoJjw/?igshid=1a5gkxhk0jkic
0 notes
azad-tv · 3 years ago
Text
Həbsdə olan cəbhəçi: 'Bərbad vəziyyətdəyəm, təhlükə altındayam'
Həbsdə olan cəbhəçi: ‘Bərbad vəziyyətdəyəm, təhlükə altındayam’
Həbsdə quru aclıq etdiyi deyilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayevin vaxtından əvvəl şərti azadlığa buraxılmasıyla bağlı ərizəsinə baxılıb. Cəbhəçi Xəzər rayon Məhkəməsində keçirilən iclasa saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsindən videokonfrans yoluyla qatılıb. Müəssisədə üzləşdiyi təzyiqlərə, rüşvət hallarına etiraz olaraq avqustun 3-dən aclığa başladığını, iki…
Tumblr media
View On WordPress
0 notes
gunelfarkhad · 5 years ago
Text
AXCP-nin piketi alınmadı. Yox, hökumət icazə verdi, piket oldu. Amma qarşıda gedən Fuad Qəhrəmanlının telefonla Əli Kərimliyə dediyi kimi “möhtəşəm” olmadı. “Yol əhvalatı” filmində deyildiyi kimi heç bilinmədi ki, bu nə idi. Hətta bəzi müxaliflər də çaşıb qaldılar ki, belə piketin keçirilməsi nəyə lazım idi? Belə tamaşa çoxnu vacib idi?
View On WordPress
0 notes
cavalierpostcards · 5 years ago
Text
Postcard Dan Air London G-AXCP BAC 1-11 91K
http://dlvr.it/R9kT1d
0 notes
politiciansstuff · 2 years ago
Text
Tumblr media
RADİKAL MÜXALİFƏTİN KAPİTULYASİYA “NARAHATLIĞI”...
Ermənistanın məğlubiyyəti onları niyə kədərə boğur?
2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsi Azərbaycanın qəti qələbəsi ilə yekunlaşdı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat isə Ermənistanın kapitulyasiyasıdır. Məğlubiyyətini etiraf edən düşmən ölkə Azərbaycanın irəli sürdüyü şərtlər daxilində bu akta imza atdı. Təəssüf ki, bu qələbədən ötən 2 il ərzində bəziləri bu uğuru, zəfəri həzm edə bilmirlər. Fürsət tapdıqca bu böyük zəfərə kölgə salmağa, qələbənin miqyasını kiçiltməyə cəhd göstərirlər. Məsələn, AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli və bu kimi şəxslər Ermənistanın siyasi rəhbərliyinin belə etiraf etdiyi məsələni - kapitulyasiyanı israrla təkzib etməyə çalışırlar. Son erməni təxribatları zamanı da belə bir "fürsət”in ələ düşdüyünü güman edən belələri məsələ üzərindən manipulyasiya etməyə çalışdılar.
Noyabrın 10-da imzalanmış bəyanat kapitulyasiya deyildisə, nə idi? Ölkədə fəaliyyət göstərən bəzi siyasi partiyaların sədrlərinə bu sualla müraciət etdik:
Fəzail Ağamalı: Radikal müxalifət bu gün də ermənilərin yanındadır
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı da 10 noyabr üçtərəfli bəyanatı birmənalı şəkildə Ermənistanın kapitulyasiyası adlandırıb. Onun fikrincə, sadəcə, ermənilər kapitulyasiya aktı ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Bunda isə ayrı-ayrı beynəlxalq güclərin onlara vermiş olduğu vədlərin, etmiş olduğu köməkliklərin böyük rolu var: "Ona görə Azərbaycan Ermənistanı həmin kapitulyasiya aktında əksini tapan müddəaların yerinə yetirilməsinə məcbur edir. Ermənistan yaxşı bilir ki, bu kapitulyasiya aktının müddəalarını yerinə yetirəcək. Radikal müxalifət isə bu gün də daha çox ermənilərin yanındadır. Onlar müxtəlif sayıqlamalarla Azərbaycan dövlətinin qazanmış olduğu uğurlara kölgə salmağa cəhdlər göstərirlər. Sonuncu erməni təxribatları zamanı da onların ayrı-ayrı nümayəndələri ermənipərəst dövlətlər, dairələr kimi dərhal müharibənin dayandırılmasını tələb etdilər. Bu, bir daha onu göstərir ki, onların Azərbaycana heç bir bağlılığı yoxdur. Onların söyləmiş olduğu fikirlərin hər biri siyasi-şəxsi ambisiyalarına xidmət edir. Bu fikirlər mahiyyətcə antimilli və anti -Azərbaycan xarakterlidir”.
“7news.az” saytı
17 sentyabr 2022-ci il
0 notes
elcinsposts · 5 years ago
Photo
Tumblr media
Adama Lap uçmaq həvəsi Veriree bu foto.. Gələn Mitinqdə uça biləcəm görəsən.😂😁 #millidüşüncə #qarabağlilar #azatagram #azadsöz @azadliga.dogru @azad_gencler #azerbaycanxalqcebhesi #ardıgəlsin #sumqayitetiraf #sumqayitcity #blogger_activist_ #bloger #humanrights #freedomtofiqyaqublu #qarabağlilar #bakuws #musavat #axcp #qarabağ #azerbaycan🇦🇿 #bakugram #bakililar #maga #millet #sumqayitim #qarabağazərbaycan #likeforlikes #ağdam #tarqovu #bəy https://www.instagram.com/p/B4j3GqDB2rd/?igshid=14csj3txqrvs5
0 notes