#qapısına
Explore tagged Tumblr posts
Text
'Əyər gələcəkdə...' deyə başlayan bütün cümlelerimi edam etdim bu gün... mənim üçün nə gələcək, nə keçmiş, nə də indi var... Mən doğulduğu gün evinin qapısına catmadan 'insAllah ölər əlinizdə qalar' deyilən həmin qız uşağıyam... anladım ki mənim üçün bu dünyada zaman anlayışı belə yoxdur....
22 notes
·
View notes
Text
Memory
Salam. Bu dəfəki salamı sənə verən adam həmin adam deyil. Biraz küsgün, biraz üzgün, biraz da əlavə duz qatılmış xörək kimidir. Artıq tez-tez etdiyim monoloqlardan belə uzaqlaşdığımı xatırlayıb, bir yazı yazayım dedim. Nənəmin təbirincə desək, şeytan gəzən vaxtlarda özümə etdiyim yaxşılıqlardan birini edirəm.
- Nə edirsən?
İdman edirəm.. Mənim üçün ən yaxşı idman yazmaqdır. Mən yazmadıqca xəstələnirəm. Xəstələndikcədə burnumdan su, boğazımdan qəhər axır. Bu qəhəri yuxu ilə basdırmağa çalışsamda, dözə bilməyirəm. Şaquli vəziyyətdə yatdığım yataqdan qalxıb, zülmət qaranlıqdan yalnız işıq dirəklərinin divara yansıtdığı görüntüyə baxıb, xatırlayıram.
- Nəyi xatırlayırsan?
Uşaqlığımı xatırlayıram. Anamla hər dəfə bağça qapısına girməmişdən öncə fındıqlı “контик” aldığımızı xatırlayıram. O “контик” ki, ikisini yeyib, ikisini günortadan sonra yemək üçün saxlamağımı xatırlayıram. Bu vərdişimi digər aldığımız market məhsullarında da edirdim. Qardaşım isə bu adətimi görüb mənə danlağ yağdırıb deyinirdi. Əslində mənim istəyim tükənmişliyin olmamasında idi. Nəyisə bitirməyi, sona çatdırmağı heç sevməzdim.
Başqa şeyləri xatırlayıram. Xatırladıqca da başımı qaşıyıram. Başımı qaşıdıqca da xatırladıqlarım bir-birinə qarışır.
- Nəyi xatırlayırsan?
Uşaqkən kitablara olan marağımı öldürən ancaq indi hələ də kitab satmaqda mahir olan bukinisti xatırlayıram. Biz anam, qardaşım və mən yay günü H.Parkına tez-tez baş çəkərdik. Oraya gedərək də qayıdaraq da yolumuz eyni yeknəsəqliklə başa çatırdı. Bu yol müddətində gözümün sataşdığı bir bukinist vardı. Hansı ki, onun yanından keçərkən üst pilləkanda atılmış, vərəqləri hopmuş, üz vərəqləri saralmış kitablar olurdu. Anama nə qədər ayaq saxlayıb oraya baş çəkməyi arzu etsəm də, anam mənimlə razılaşmırdı. Bir gün acgözlüyümə məhəl qoymadan oraya yaxınlaşıb bir kitab götürdüm. İlk səhifəsini açırdım ki, içəri qapının taybatay açıldığını duyub, yerimdə dondum. Bukinist kişi üzərimə qışqırdı. Mən isə əlimdə kitab, tez qaçıb anamın arxasında gizləndim. Anama buradakı kitabların uşaqlar üçün olmadığını deyirdi. Uşaq nədir, fişəng nədir məsəli. Mən əlimdəki kitabı anama, anamda kişiyə verdi. Yaş artıqca kitab sevdamın elə orada da bitdiyini düşünürdüm. Çox şükür belə bitmədi. Sonralar oraya dərs vəsaitləri, tapşırıq kitabları almağa gedərkən bu hadisəni əksər hallarda yanıb-sönən, qırmızı-mavi işıq kimi xatırladım. Ancaq birdəfə də olsun dil açıb kiməsə söyləmədim.
Yazmaqdan və xatırlamaqdan bihuşedici yuxum gəlirdi. Xatırlamaq.. yuxu. Bir çox insan həyat yolunda keçirtdiyi boş, lüzumsuz hadisələri xatırlamaqdan çəkinir. Ya da xatırlamaq istəmir. Mənim isə bu tərz, kimilərinə görə önəmsiz mənimçün isə bir ruha bədəl olan əhvalatları xatırlamaqda rolum, yaddaşımın güclü olmasıdır. Hər şey olmasa da, çox şey mənim xatirimdədir.
Necə ki, indi yazının başında yazdığım “bu dəfəki, salamı sənə verən adam həmin adam deyil” cümləm. Etiraf edim. Yalanı, hətta dediyim, yazdığım yalanı açmağı sevməsəm belə, başda sizə yalan söylədim. Mən dəyişməmişəm.
20 notes
·
View notes
Text
"Dünyəvi dostlar və rütbələr qəbrin qapısına qədərdir."
4 notes
·
View notes
Text
Qonaqların, adətən, gərəksiz hərəkətləri olur, ən mədəniyyətsizi də qonaq gəldiyin evin qapısına əl atmaqdı
3 notes
·
View notes
Text
Qapısına boynu bükük, gözü yaşlı halda gedəndə məni çarəsiz geri qaytaran o insan, bir gün mütləq qapıma əllərində çiçəklə gələcək.Öyle bi geri qayıdacaqsanki ,at gibi getdiyin yollardan :)
Gələcəyə not
2 notes
·
View notes
Text
Özündən əmin bir şəkildə maşından düşdü. Addımlamağa başlayanda ayaqqablarının səsindən aldığı zövqü üz ifadəsində hiss etmək elə də çətin deyildi. Əvvəlcə yavaş-yavaş addımladı, sonra biraz sürətləndi. İşlədiyi şirkətin qapısına çatanda isə o özündən əmin addımlardan əsər əlamət qalmamışdı. Sanki içəri keçməyə tərəddüd edirdi. Qorxaq addımlarla mühafizəyə yaxınlaşdı və vəsiqəsini göstərdi. Sonra bir neçə dəqiqə yenə ayaq saxladı. İçində keçirdiyi hissləri başa düşmək çətin idi, çünki üz ifadəsində böyük bir boşluq var idi. Bir neçə dəqiqə sonra liftin qapısı açıldı və içəri keçdi, mən isə qapı bağlanana qədər gözlərinin içinə baxdım. Qapı bağlandı. Üz ifadəsindəki boşluq içimdə böyük bir yara açdı sanki və dərhal onunla bağlı düşüncələrimi sıfırlayıb həmin yerdən uzaqlaşdım bir daha qarşılaşmamaq ümidilə..✨
2 notes
·
View notes
Text
Sən sanırsan ki mən hər şeyi altdan alaram. Sanırsan ki məni incidən hər davranışını unudar və hər zamankı kimi üzünə gülərəm. Hədə sənə layiq olduğundan daha çox dəyər verən mən, sanırsan ki səni yenə bağışlayaram. Vecsizliyinlə məni qıran, yalanlarınla və özünü vazkeçilməz sandığın hallarınla, özündən başqasını düşünməyərək etdiyin haqsızlığlarınla bizi necə bitirdin bilə bilməzsən. Geridə yaşlı gözlər və qırıq bir qəlb buraxdınsa əgər nə birdə gülə bilər nədə sevilə bilərsən. Bir gün peşman olubda dönsən geri bunu heç vaxt unutma. "Ahını aldığın insanın qapısına birdə dönə bilmərsən"
0 notes
Text
İPL:
İngiltərə Premyer Liqasında XV tura start verilib. Metbuat.org xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib. Qeydə alınan nəticələri təqdim edirik: İngiltərə Premyer Liqası XV tur 5 noyabr Lids – Bornmut 4:3 Qollar: Rodriqo, 3-pen. Qrinvud, 60. Kuper, 68. Sammervill, 84 – Tavernye, 7. Billinq, 19. Solanke, 48. Mançester Siti – Fulhem 2:1 Qollar: Alvares, 17. Haland, 90+5-pen –…
View On WordPress
#Brentford#günündə#İngiltərə#keçirilib#Liqasında#LiqasıXV#Liverpul#Mançester#nəticələri#Nottingem#noyabr16#noyabrLids#qapısına#qarşılaşma#Sammervill#Sauthempton#Tavernye#Tilemans#Tottenhem#Vulverhempton#Yunayted
0 notes
Text
Necə hiss edirəm? Bütün şəhər yanıb və sağlam qalan tək evin qapısına söykənib, içəri qəbul edilməmişəm kimi.. Hə, bir az qəribə vəziyyətdir..
24 notes
·
View notes
Text
Bu gün avtobusa minmədən evə gəldim, sağolsun külək kardeş evin tam qapısına kimi gətirdi 💁🏻♀️
35 notes
·
View notes
Text
Mən bəzən düşünürəm ki, sən göylərə getməmisən. Nə vaxtsa geri qayıdacaqsan. Elə zamanlar olur ki, oturub həyət qapısına baxıram və sənin o qapını açıb içəri daxil olacağını fikirləşirəm. Kaş gerçəkdən də elə birşey olsa. Mən yenə sənə sarıla bilsəm. Öpsəm.. səni nə qədər çox sevdiyimi söyləsəm..
9 notes
·
View notes
Text
Bir kişi yoldaşının eşitmə problemi olduğundan şübhələnir və eşitmə cihazına ehtiyacı olduğunu düşünür. Amma onun bunu necə qarşılayacağından əmin deyildi. Bu vəziyyəti müəyyən etmək üçün həkimə zəng vurur. Həkim isə yoldaşının hansı dərəcədə eşitdiyini dəqiqləşdirmək üçün ona sadə bir tapşırıq məsləhət görür. “ Yoldaşından 40 addım uzaqlıqda dur və ona nəsə bir söz de; əgər eşitmirsə o zaman 30 addım uzaqlıqda eyni sözü təkrarla, sonra 20 addım ; cavab alanadək davam et”.Həmin axşam yoldaşı mətbəxtdə şam yeməyini hazırlayarkən, kişi tapşırığı etməyə başlayır. 40 addım uzaqlıqda yoldaşına normal səs tonu ilə səslənir: “Axşam yeməkdə nə var?”Cavab yox. Kişi 30 addım məsafədən soruşur “ Axşam yeməkdə nə var?” Yenə cavab yox. Mətbəxə çox az qalmış 20 addım məsafədən soruşur “Axşam yeməkdə nə var?” Hələ də cavab yox. Kişi mətbəxin qapısına gəlib, daha da az məsafədən “Axşam yeməkdə nə var?” Soruşur. Yenə cavab ala bilmir. Bu dəfə isə yoldaşına tam yanında durub və eyni sualı təkrarlayır “Axşam yeməkdə nə var?” “- Həyatım 5 ci dəfədir təkrarlayıram , toyuq bişirmişəm”
📌Bəzən başqasında problemlər axtarırıq, ama problem özümüzdə olur. Çünki hər kəs həyata öz pəncərəsindən baxır. (c)
47 notes
·
View notes
Text
axırda evin qapısına "qonaq qəbul olunmur." yazıb asacam
4 notes
·
View notes
Text
Flora Kerimova
Иногда от звона разбитых надежд закладывает уши...! Это происходит в одно мгновение. Война это трагедия! Проживаемые истории не чужды, не новы, лишь название и место меняется. Когда в слезах запираешь на замок свой дом и не знаешь, что найдешь на этом месте по возвращении - это трагедия!
Поражение от бессилия переносится более тяжко. В такое время кого-то навсегда запомнят как героя, кто-то станет частью печальной статистики. В моих силах лишь показать свою позицию и молиться! Проклинать же не имею привычки. А молитва моя лишь о том, чтобы эти чёрные дни в скором времени остались в истории Украины как дни доблести! Bəzən qırılan ümidlərin səsi qulaq batırır…! Bu çox ani olur. Müharibə dəhşətli bir şeydir! Yaşanan tarixlər yad deyil, yeni deyil, ad və məkan dəyişir sadəcə! Evinin qapısına qıfılı gözyaşları ilə lehimləyib, geri dönəcəyində yerində nə tapacağını bilmədən qapını bağlayıb getmək böyük faciədir!
Əlacsızlığın məğlubiyyəti daha ağır olur. Bu zaman kəsiyində Kimi tarixdə qürurla anılan olur, Kimi də istəmədən kədərli statistikanın birinə çevrilir.
Əlimdən gələn mövqeyimi göstərmək və dua etməkdir! Qarğış etmək isə vərdişim deyil. Duam isə budur: bu qara günlər tezliklə Ukraynanın tarixinə fəxarətli gün kimi yazılsın!
Sometimes the sound of broken hopes stirs your ears...! It happens in an instant.
War is a tragedy!
Lived stories are not strange, not new, only the name and place change. When you lock your house in tears and do not know what you will find there when you return - this is a tragedy!
Defeat from powerlessness is more difficult to bear. At such a time, someone will forever be remembered as a hero, someone will become part of the sad statistics. I can only stand and pray! I have no habit of cursing. And my prayer is only that these black days will soon remain in the history of Ukraine as days of valor!
Sometimes the voice of broken hopes is deafening...! This is becoming very instantaneous.
War is a terrible thing!
The lived dates are not strange, not new, the name and place just change! It is a great tragedy to close the door of your house without knowing what you will find in its place when you return!
Defeat of impotence is much more difficult. In this time period, some are proudly remembered in history, and some unwittingly become one of the sad statistics.
All I can do is stay positive and pray! But swearing is not my habit. And my prayer is that: these black days will soon be written as a proud day in the history of Ukraine!
5 notes
·
View notes
Text
İlklərinizi edə biləcək özəllərinizi saxlayın həyatınızda.Hər şeyinizi, hər kəslə edərək,deyərək adiləşdirməyin.Yağışlı havada çətirsiz gəzmək kimi və yaxud təzə ayaqqabılarınızı çirkləndirmək,öyrəndiyiniz yeni şirniyyat reseptlərini birlikdə bişirmək,gecənin üçündə qapısına gedib səsini eşitmək istəyirəm demək kimi..
33 notes
·
View notes
Text
Gecənin bu vaxtı güclü külək səbəbi ilə qırdığım taksinin qapısına görə ziyana düşdüm. Lökbatanın tən ortasında o boyda boşluq yaradıb küləyin təsirinin artmasında əməyi keçən və bunu fikirləşən adamı birbaşa salamlayıram. Bir də demək istəyirəm ki, 9933dən taksi zakaz etməyəcəm
9 notes
·
View notes