iamnightmare
iamnightmare
818 posts
"Le beau est toujours bizarre."
Don't wanna be here? Send us removal request.
iamnightmare · 16 days ago
Text
Münasibətdə kişinin həqiqətən idarə edə biləcəyi qadına ehtiyacı var?
Cəmiyyətdə bu cür fikir var ki, münasibətdə qadının yaşı kişinin yaşından daha çox az olması daha uğurlu münasibətə səbəb olur. Səbəb isə kişinin qadını rahatlıqla idarə edə bilməsidir. Bəs bir kişinin buna ehtiyacı var?
Əgər bir kişinin bu cür ehtiyacı varsa,(gücünü qadının üzərində hiss etmək) demək ki həmin kişinin özgüvən və özdəyəri aşağıdır. Bir halda ki, eqo savaşı olan heç bir münasibət sağlam və ya komfort olmur. İnsanın isə dönüb dolaşıb ehtiyac duyduğu əsas nüans özünü komfort hiss etməsidir, çünki beyin bunu tələb edir. Təbiki acizlikdən əziyyət çəkən kişinin illərdir öyrəndiyi komfort alan idarə edə biləcəyi münasibətdə olmaqdırsa, o elə də bu cür qadına ehtiyac duyur (uşaq modelində olan bir qadına)
Bizə öyrədilən ən böyük yanlış isə münasibəti kişinin idarə etməsidir, münasibəti, ailəni idarə edən tərəf isə əslində qadındır. Hal-hazırda qadınlar kişilər ilə güc savaşında olduğuna görə ailələr başsız qalır. Ailə sevginin və gücün birləşməsi nəticəsində idarə olunur. Sevgi sakinliyi, güc isə güvəni təmin edir. Daim bir uşaq kimi sevgi almağa öyrəşmiş bir qadın isə heç vaxt sağlam şəkildə ailəni idarə edə bilməz. Və kişi bu zaman bir qadın və ya yoldaş ilə deyil bir uşaq ya da ana ilə ailə həyatı qurur. Çünki necə bir kişinin inkişaf etməyə ehtiyacı varsa qadının da bu cür ehtiyacı var.
5 notes · View notes
iamnightmare · 19 days ago
Text
Ən doğrusu zamanı gəldikdə geridə qoyub irəliyə doğru addımlamaq gərəkdir.
5 notes · View notes
iamnightmare · 23 days ago
Text
İnsanlar əşya dəyişər kimi münasibətlərini, hisslərini dəyişirlər bax mən onu edə bilmirəm. Daha doğrusu daha uzun müddətə ehtiyac var.
9 notes · View notes
iamnightmare · 24 days ago
Text
not woman but is woman.
5 notes · View notes
iamnightmare · 1 month ago
Text
Uşaq vaxtı yaşadıqlarınızın nəticəsini yeniyetməlik və gənc yaşlarınızda görməyə başlayırsız. Ən azından əvvəl belə idi. Amma artıq bu zamanədə elə kiçik yaşlarından da görmək olur.
8 notes · View notes
iamnightmare · 1 month ago
Text
İnsanın ən böyük fəlakəti sevinc, kədər, vicdan, iradə, sevgi anlayışlarının başqası tərəfindən idarə olunmasıdır. Əvvəl-axır oyanış baş verir amma bəzən gec olur. Bu gecikmə onu ya yenidən o çəmbərə salır (çünki qorxur bu günə qədər başqa cürə yaşamayıb) ya da bir dəfəlik o şəxsdən imtina etməsinə səbəb olur.
8 notes · View notes
iamnightmare · 2 months ago
Text
Hara sürükləndiyimi bilmirəm amma davam edirəm.
7 notes · View notes
iamnightmare · 2 months ago
Text
“ Çox gözəlsən, amma bu üzünlə əlaqəli bir şey deyil. Daha çox, qurduğun və yazdığın cümlələrlə, səs tonunla, saçının uzunluğuyla ya da gözünün qişasının ətrafındaki o tünd dairəylə və ya yanaqındaki batıqlarla əlaqəlidir. Amma dəqiqliklə deyə bilərəm ki, üzünlə əlaqəli deyil. Sən hissə-hissə gözəlsən. Bütövlükdə isə deyəcək söz tapa bilmir insan... ”
© Filiz Puluç - Ateş 📚
37 notes · View notes
iamnightmare · 2 months ago
Text
Bütün savaşlarda qazanmaq üçün hər şeyi etmək, Sevdiyin üçün bütün dünya ilə savaşmağa hazır, Sevdiyinə qarşı savaşda barmağını belə tərpətməmək. Bəzi savaşlarınız başından məğlub olmağa məhkumdur.
7 notes · View notes
iamnightmare · 2 months ago
Text
Fərqindəliyim o qədər yüksəkdir ki, özümü aldada və ya təsəlli də verə bilmirəm. Cəzadı yoxsa lütf bunu da bilmirəm?
10 notes · View notes
iamnightmare · 2 months ago
Text
-Bəzən reallığı qəbul etmək çox çətin olur hə?
-Yox, çətin olan reallığı qəbul etmək deyil, bu ağrı verici reallıq ilə bu andan sonra necə yaşayacağındı. Onu həyatının hansı yerinə qoyacağındı.
-Yəqin bu ağrı keçicidir.
-Çox vaxt elə olduğunu sanırıq.
6 notes · View notes
iamnightmare · 3 months ago
Text
Zərərli biri deyiləm amma iddialıyam. Və iddialı olanlar digərləri üçün təhlükəli hesab olunur. Buna görə insanlar üzərində qeyri-təzad təsirim ola bilər.
15 notes · View notes
iamnightmare · 3 months ago
Text
©️ bu işarənin mənası yazının paylaşana deyil başqasına aid oıduğunu göstərir və bu işarəni qoymadığım postlar mənə aiddir, müəllif hüquqlarına hörmət önəmlidir :))
4 notes · View notes
iamnightmare · 3 months ago
Text
“Əmin ola bilərsən ki yaşamağın özü elə iztirabdır, iztirab çəkməkdir. Önəmli olan və insanı yaşadan nədir bilirsən? …. İztirab çəkməyə dəyər olanlar üçün yaşamaq. Sən buna dəyərsən.”
İnsan📝
7 notes · View notes
iamnightmare · 3 months ago
Text
Xəyal etdiklərinizi yaşayırsınız, sadəcə heç vaxt xəyallarınızın qaranlıq hissəsini düşünməmisiz. Unutmayın hər uğurun bir bədəli var.
14 notes · View notes
iamnightmare · 3 months ago
Text
“Səni ittiham etmək üçün yaxınlaşdıqca daha çox bağlandım.”
9 notes · View notes
iamnightmare · 3 months ago
Text
Uzun müddətdir kitab yazmağa başlamaq istəyirəm. Çünki belə düşünürəm ki, hisslərim bir daha bu qədər dərin olmaycaq. Onları bu qədər dərin hiss etməyəcəm. Yazmaq isə tam budur. Hisslərin dərinliyinə enmək.
5 notes · View notes