#nəticədir
Explore tagged Tumblr posts
dadaszdkh · 2 years ago
Text
Bəzən hisslərimiz bizi idarə etməyə başlayır, bu, hər kəsin başına ən az bir dəfə gəlir. Hərdən nifrət, hərdən də sevgi idarə iplərimizi əlinə alır. Amma əsas olan nəticədir. Boynunda nifrətin ipləri var idi və onu birlikdə qopardıq.
35 notes · View notes
niyazsdimension · 2 years ago
Text
Bu gün qrup yoldaşım mənə çox adamın dediyi kimi hamınln siqaret çəkməsin gözləyərdim ancaq sənin gözləməzdim deyə danışırdı. Mən də həyatdı da demişdim qısaca. O da dönüb "Onsuzda siqaret səbəb deyil ki, nəticədir" dedi. Bu söz içimə oturdu
3 notes · View notes
politiciansstuff · 1 year ago
Text
Tumblr media
Brüssel platforması sülhə yaxınlaşdırır - ŞƏRH
ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar daha perspektivli görünür.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Azərbaycan-Ermənistan arasındakı sülh prosesinin gedişatından, görüşlərdən və vasitəçilik təşəbbüslərindən danışıb. Dövlət başçısı bildirib ki, əgər Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddiaları kənara qoysa, tezliklə sülh variantı tapıla bilər. Ölkə rəhbəri vurğulayıb ki, sülh danışıqları xarici işlər nazirləri tərəfindən aparılır: "Brüsseldəki görüşlərimiz Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Əslində, həmin görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir". Prezident onu da bəyan edib ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki Azərbaycanın Aİ ilə münasibətləri qarşılıqlı hörmətə söykənir: "1992-ci ildən etibarən, hələ işğal dövründə danışıqlar apardığımız zaman Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki düşünürük ki, Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir". Ölkə başçısı əlavə edib ki, 10 noyabr bəyannaməsinin vasitəçisi ABŞ, Avropa İttifaqı yox, Rusiya olub: "Rusiya-Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Amerika Birləşmiş Ştatları və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir".
Prezidentin toxunduğu məqamları "Sherg.az"a dəyərləndirən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində ölkəmizin bugününə və sabahına yönələn hədəflərin son mənzərəsini ortaya qoydu. Deputatın sözlərinə görə, Prezident bir daha Azərbaycan dövlətinin və xalqımızın milli maraqlarını önə çəkərək tarixə ekskursiya etdi. Həm də indiki situasiyanın çox obyektiv anatomiyasını ortaya qoydu:
"Dövlət başçısı bölgədə baş verənlərə öz münasibətini ifadə edərək üç platformada - ABŞ, Avropa İttifaqı və Rusiya tərəfindən Azərbaycan-Ermənistan arasında gedən sülh prosesinə ümumən müsbət qiymət verdi. Ölkə başçısı vurğuladı ki, hər şeydən əvvəl Azərbaycanı düşündürən nəticədir. Əgər fərqli platformalar ümumi nəticəyə töhfə verirsə, ona üstünlük veririk və digər platformalardan da imtina etmirik. Məsələn, Rusiyanın vasitəçiliyi ona görə vacibdir ki, ən azından Moskvanı neytrallaşdırmaq lazımdır. Buna imkan verilməlidir ki, Rusiya sülh prosesinə, tərəflər arasındakı danışığa mane olmasın. Ancaq ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar daha perspektivli görünür. Azərbaycanın haqlı mövqeyi ilə üst-üstə düşür. Ona görə də cənab Prezident bunun üzərində xüsusi olaraq dayandı. Qeyd etmək lazımdır ki, Avropa İttifaqı ilə Azərbaycanın isti münasibətləri var. Birliyə daxil olan bir çox dövlətlə strateji əməkdaşlığımız mövcuddur".
Parlament üzvü vurğulayıb ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Avropada yaranmış enerji böhranının aradan qaldırılmasında Azərbaycanın oynadığı önəmli rol ölkəmizin nüfuzunu artırır və Avropada müsbət təsəvvürlər formalaşdırır: "Təbii ki, Fransa istisna olmaqla. Fransa anormal bir ölkədir, özündə faşist düşüncələri yaşadan bir ölkədir. Fransa rəhbəri E.Makron da dünya siyasətinə qara ləkədir. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tarixdə bir münaqişənin həllində vacib rol oynamış şəxsiyyət kimi qalmaq istəyir. O baxımdan Brüssel platformasında gedən danışıqlar dövlət maraqlarımızla eynilik təşkil edir. Prezidentin müsahibəsində önə çəkilən məsələlər sülh sazişinin bağlanması haqqında Avropa auditoriyasında tam təsəvvür yarada bildi. Ölkə başçısı Azərbaycanın prinsipial və dəyişməz mövqeyini ortaya qoydu ki, hər kəs bundan nəticə çıxartsın".
0 notes
metbuat · 2 years ago
Text
"Qarabağ"a qol vuran hücumçu
“Qarabağ”a qol vuran hücumçu
“Frayburq”un hücumçusu Nils Petersen Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Metbuat.org xəbər verir ki, 25-ci dəqiqədə penaltidən hesabı açan 34 yaşlı hücumçu 1:1 hesabıyla bitən matçın çətin keçdiyini bildirib: “Əslində hər şeyin belə olacağını əvvəldən bilirdik. Heyətimizdə xeyli rotasiya etmişdik. Bəlkə da oyundan öncə 1 xal…
Tumblr media
View On WordPress
0 notes
shukuranar · 3 years ago
Text
Bir şeyi edib, etdiyinə görə peşman olmaq, etməyib etmədiyinə görə peşman olmaqdan yaxşıdır. Uğursuzluq deyildiyi qədər də pis bir şey deyil. Uğursuzluqda bir nəticədir. Nəticəsizlikdə uğursuzluqdan daha pisdir. Özünüzü sevin və həyatda risk etməyə adlanın.
20 notes · View notes
psixologiyaze · 4 years ago
Text
Həyat insanları təsadüfən görüşdürmür.
Hər görüş bir zərurətdir. Ya sizə görə, ya da görüşdüyünüzə. Ya sizin dəyişməyiniz, ya da dəyişdirməyiniz üçün!
Hər iki tərəfin zərurətidir. Görüş ya iradənizin sınağı, ya da ruhunuzun yarımçıq qalmış işlərinin tamamlanmağı üçündür. Nə olursa olsun, önəmli olan nəticədir. Bu nəticəni doğru etməlisiz. Növbəti səhvlərə yol açmaq üçün deyil, yeni möhtəşəm nailiyyətlərə imza atmaq üçün.
73 notes · View notes
creansodaays · 4 years ago
Note
Xanım alimlər sizin o axırıncı yazdığınız post haqqında araşdırma aparıblar və belə bir ortağ məxrəcə gəldilər ki, siz ALKAŞSINIZ
Çox səhv nəticədir, çünki normalda aylarla içməyən adamam. Amma arada şeytanın ayağını qırıb dost-tanışla otururuq :D
5 notes · View notes
bakiyayagdiyagislar · 4 years ago
Text
İlahi, paklıq barəsində buyurduğun göstərişlərə diqqət etdim. Məni özümdən çox Düşünən yalnız Sən olduğunu gördüm. Gözlərim yaşla, qəlbim niskillə və intizarla doldu... Küçələrdə və tinlərdə parıldayan hər sübh çağında və gecə fənərlərinin yanan şöləsində nur axtaran qəlbim Səni xatırladı və dilə gəldim. Küləklərə dedim sonra dönüb uçan quşlara. Hər nə gördüm dedim ki, qəlbimin atəşini və hərarətini xəlq edənə sonsuz Həmd olsun ... Sıxıntılar üstümə gəldikcə daha çox sarılıram Sənə. İndi başa düşürəm ki, üstümə gələn tufanlar məni Sənə daha möhkəm sarılmaq üçün əsirmiş.. Paklıq həm kişilərdə həm də qadınlarda Sənin qiymət verdiyin ən üstün nəticədir. Paklığı qorumaq üçün güc verən də Sənsən. Nurundan güc alıb şölələnməyə izn ver. Qurtar məni bu xərabələrdə sərgərdan gecələmək və hüzün içində yola baxmaqdan..
7 notes · View notes
leykemiyaa · 4 years ago
Text
Əlbəttə ki, bu sadəcə oyun deyil, əlbəttə bizim ideallar öz yerində qalır. Əlbəttə arzularımız var və onlara çatacağıq.
Sadəcə bir az fərqli vasitələrlə. Özün bilirsən. Əsas vasitə deyil, əsas nəticədir.
13 notes · View notes
narminn01 · 5 years ago
Text
Biri var.Yanında olanda gülümsəməyi dayandıra bilmədiyim,uzağımda olanda çox darıxdığım,yaxınımda olanda qəlbimi titrədən,insanlığa xas olan ən dəyərli hislərdən biri olan sevgini oyadan biri var.Gecələri musiqi dinləyərək fikirləşdiyim biri var.Bu qədər hisləri mənə verən “biri”dir,bəli.Və “biri”m olana qədər çox səbrlə gözləməkdən çıxan nəticədir bu.Səbrin gətirdiyi dəyərli insan.🖤
38 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Ağıl, bir insanın vicdanını sonuna qədər istifadə edərək həyatının hər anında Allahın ən razı olacağı və Qurana ən uyğun olan rəftarı seçməsi və bunun nəticəsində də bütün həyatını əhatə edən bir düşüncə və rəftar mükəmməlliyi qazanmasıdır. Həmçinin ağlıyla yer üzündə mövcud olma məqsədini, onu yaradan Allahın sonsuz qüdrətini qavraya bilməsidir. Bu şüurdan məhrum olan insanlar isə ağılsız insanlardır. Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13) Ayədə də açıqlandığı kimi, həqiqi mənada ağılsız olan bir insanın özünü ağıllı sanması və səhv yolda ola biləcəyinə heç ehtimal verməməsi, ağılsızlığın gətirdiyi nəticədir. Quranda həmçinin ağıldan məhrum olan bu kəslər, fiziki mənada heç bir nöqsanları olmadığı halda, görə bilməyən və eşidə bilməyən kəslər olaraq tanıdılmışlar. Çünki bu kəslər həqiqətləri doğru şəkildə qəbul edə bilməz, gördükləri və eşitdikləri həqiqətləri qavraya bilməzlər. Məsələn yer üzündəki qüsursuz yaradılışa baxıb, bütün bunları yaratmış olan Allahın ucalığını görə bilməzlər. Görsələr də ağılsız olduqları və vicdanlarına tabe olmadıqları üçün görməzlikdən gəlirlər. Və ya onları doğru yola çağıran, Quran əxlaqını izah edən bir insanla qarşılaşdıqlarında, onun izah etdiklərini eşitməzlər. Daha doğrusu fiziki olaraq eşidərlər, amma həyatlarını sanki onu heç dinləməmiş kimi qəflət içində davam etdirərlər. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #agil #ağıl #ağılsız https://www.instagram.com/p/CVr67fpspfu/?utm_medium=tumblr
0 notes
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyannamənin şərtlərinə görə, Kəlbəcər 15 noyabr, Ağdam 20 noyabr, Laçın 1 dekabr tarixlərinə qədər boşaldılmalıdır. Bu gün Kəlbəcər tamamilə boşaldılmalı idi, lakin bu proses əlavə 10 gün uzadıldı. Azərbaycan tərəfi Rusiya prezidenti Vladimir Putinin xahişi ilə Ermənistana 10 gün – 25 noyabra qədər vaxt verib. Bunun texniki səbəbləri var: 1. Kəlbəcər böyük rayondur və görünür 5 gün kifayət etməyib; 2. Ermənilərin Kəlbəcərdən çıxması üçün bir yolu var: eyni vaxtda əhali və erməni qoşunları bu yoldan çıxmalıdır; 3. Bu yol dardır və eyni anda qoşunlarla əhalinin çıxması 5 günə mümkün olmadı; Azərbaycan Rusiyanın xahişi ilə humanist addım ataraq, Ermənistana əlavə 10 gün vaxt verdi, lakin bu imzalanan bəyannamədə əksini tapmış qrafikin dəyişməsi demək deyil. Razılaşmaya görə, Kəlbəcər, Ağdam və Laçının boşaldılması dekabrın 1-nə qədər başa çatdırılacaq. Bu dəyişməyən nəticədir. Azərbaycan bu məsələdə də humanistliyini nümayiş etdirdi. Burada diqqətçəkən məqam Ermənistanın Kəlbəcərdən vandalizm aktları törədərək çıxmasıdır. Kəlbəcər işğal olunandan sonra qanunsuz şəkildə rayona yerləşdirilən ermənilər azərbaycanlılara məxsus evlərdə yaşayırdı. İndi rayonu tərk edərkən, həmin evləri yandırır, “biz yaşamırıqsa, heç kim yaşamasın” prinsipi ilə davranırlar. Bununla yanaşı, meşələri qırır, yandırır, bütün infrastruktura od vururlar. Bu vandalizm ermənilərin mahiyyətini aşkar şəkildə göstərir. Beynəlxalq media tərəfindən yayılan foto və videolarda da bu vandallıq öz əksini tapır. Rusiyanın RBK agentliyinin Kəlbəcərdəki müxbiri Aleksandr Atasuntsev yazır ki, ermənilərin gedərkən evləri və meşələri qəsdən yandırdırırlar, hətta məktəb binasına da od vurulub. BBC-nin reportajında isə evi yandıran erməni belə deyir: “Mən yaşamıramsa, heç kim yaşamasın”. Bu vandallığa rəğmən, Azərbaycan humanizm göstərir, çünki eyni cür davranmaq nə bizim dövlətin, nə də xalqın mahiyyətində var. Beynəlxalq medianın görüntülərindən məlum olur ki, ermənilər təhlükəsiz şəkildə atəşə məruz qalmadan rahatlıqla Kəlbəcərdən çıxır. Hətta rahat şəkildə evlərin damına, unitaza qədər söküb. https://www.instagram.com/p/CHnZcGPB567/?igshid=1c4a6lc4q0zfr
0 notes
metbuat · 2 years ago
Text
Xavili "Barselona"dan inanılmaz rekord
Xavili “Barselona”dan inanılmaz rekord
“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda – “İnter”lə matçda (0-1) qeyri-adi rekord müəyyənləşdirib. Metbuat.org xəbər verir ki, Kataloniya təmsilçisi Xavinin rəhbərliyi altında rəqibin qapısı qarşısına 50 asma göndərib ki, onlardan da 35-i standart yox, oyun vəziyyətindən yerinə yetirilib. Bu, 42 yaşlı mütəxəssisin dönəmində ən yüksək nəticədir. Xatırladaq ki, minimal…
Tumblr media
View On WordPress
0 notes
ipromete · 6 years ago
Photo
Tumblr media
Təəssüf edirəm ki, belə olub. Bu həm yerli rep üçün, həm yerli musiqi üçün, eyni zamanda ölkə üçün də pis nəticədir. Hər dövrdə belə hallar olub və yəqin ki, qaçılmazdır. Bu xırdalıqları daha detallı müzakirə etmək, uşaq içəridən çıxandan sonranın işidir, çünki həqiqətən də, iddia olunan track-də təbliğat adlandırıla biləcək bir şey görmürəm. #freerüzgar #freeruzgar #rüzgaraazadlıq #ruzgaraazadliq http://bit.ly/2Gb30EV
0 notes
eminbexses-blog · 6 years ago
Photo
Tumblr media
"30.006" İZLəNMə😊😋🤗 -YaXŞı NəTiCəDiR😉 #iranianboy (at Baku, Azerbaijan) https://www.instagram.com/p/BnEiLPun8AG/?utm_source=ig_tumblr_share&igshid=1pyjdfpe9bvtc
0 notes
listeliyi · 8 years ago
Link
via "Liftə kamera qoyub, qadınlara baxırdı, birini də zorlamışdı" - Generalın məhkəməsində şok ifadə http://ift.tt/eA8V8J Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Məhkəmə prosesi zərərçəkmiş kimi tanınan Arif Həsənovun epizodu üzrə davam etdirilib. İclasda şahid qismində iş adamı Arif Həsənovun qalmaqallı şəriki Səhrab Allahverdiyev ifadə verib. Əvvəlcə Arif Həsənov şərikindən MTN-ə şikayət edib. Arif Həsənov “Techmarine LTD” MMC-nin təsisçisi olub. MMC 1996-ci ildə təsis edilib və gəmi təmiri ilə məşğul olub. Sonradan Səhrab Allahverdiyevlə şərik olub və şirkətin 50%-ni ona satıb. A.Həsənov ifadəsində deyib ki, sonradan şərikindən şübhələnib: “Şərikimin dəbdəbəli həyat yaşadığını görüb şübhələnməyə başladım. 2013-cü ildən başlayaraq şirkətin bağladığı müqavilələr üzrə sənədləri yoxladım. Müəyyən etdim ki, Səhrab razılığım olmadan şirkətin vəsaiti hesabına işlər görməklə 6 milyon 200 min dolları mənimsəyib". Həsənov bununla bağlı MTN polkovniki Fizuli Əliyevə şikayət edib. Amma bu şikayət ona baha başa gəlib. MTN elə onun özünü və oğlunu tora salıb. Fizuli Əliyev dedi ki, “Bütün günah səndədir, səni də, oğlunu da tutacağıq. Sabaha qədər 400 min pul gətir”. Bundan sonra Həsənovun ofisində axtarış aparılıb: "Oğlumu, Səhrab Allahverdiyevi və məni MTN-ə apardılar. Gecə saat 11-də onları buraxdılar. Mən orada qaldım. Fizuli Əliyevin hərəkətlərindən və dediklərindən başa düşdüm ki, onlar Səhrab Allahverdiyevi müdafiə edirlər. 400 min istədilər. Şirkətin ofisini verdim. Bank hesabında olanları aldılar". Məhkəmədə dindirilən S.Allahverdiyev qeyd edib ki, o özü də MTN-dən zərərçəkib. O, ifadəsində şərikinin və onun oğlunun əməllərindən gileylənib. Akif Çovdarovun vəkili Kamandar Nəsibov musavat.com-a açıqlamasında deyib ki, Səhrab Allahverdiyev ifadəsində bildirib ki, təqsirləndirilən şəxslər ona təzyiq etməyiblər: "Mənimlə bağlı işlədiyim "Texmarin LTD" şirkətinin təsisçisi Arif Həsənov şikayət etmişdi. Guya mən İŞİD-in üzvüyəm. Özü və oğlu gəmilərdən yağı oğurlayıb yerinə su tökürdülər. Liftə kamera qoyub, qadınlara baxırdı. Hətta Arif Həsənovun oğlu qadınlardan birini zorlamışdı. Onun şikayətindən sonra mən nazirliyə çağırılmışdım. Lakin hər hansı təzyiq olmayıb". Səhrab Allahverdiyev uzun müddət Xəzər Gəmiçiliyində baş mühəndis vəzifəsində işləyib. İstintaqda məlum olub ki, ilk şikayəti Səhrab Allahverdiyev Arif Həsənovdan edib. Belə ki, S.Allahverdiyev Hərbi Prokurorluğa müraciət edərək Arif Həsənovu maliyyə fırıldaqları etməkdə günahlandırıb. S.Allahverdiyev də MTN-nin zərərçəkmişi olduğunu deyir. Onun sözlərinə görə, 2015-ci il yanvarın 16-da tanımadığı nömrədən zəng gəlib və özünü MTN əməkdaşı kimi təqdim edən Fizuli Əliyev onu nazirliyə çağırıb. MTN-ə gələrkən Fizuli Əliyev ona deyib ki, Arif Həsənov ondan şikayətçidir. S.Allahverdiyev MTN-də olarkən ona qarşı irəli sürülən ittihamları rədd edib. O, həmçinin ke��miş şəriki Arif Həsənovla üzləşdirilib. Üzləşmə zamanı tərəflər bir-birini günahlandırıb. Səhrab Allahverdiyev isə MTN-də ondan 1 milyon manat tələb edildiyini söyləyib. Amma MTN-ə 500 min verib. Bu epizodla bağlı diqqəti çəkən bir məqam da istintaqın şəriklərdən S.Allahverdiyevlə bağlı gəldiyi nəticədir. Belə ki, istintaq S.Allahverdiyevin MTN zabitləri ilə əlbir olmasını istisna etmir və onun əməllərinə də hüquqi qiymət veriləcəyi bildirilir.
0 notes