#göstərdi
Explore tagged Tumblr posts
xosqueendemleaxtariramseni · 5 months ago
Note
Hər vaxtınız xeyir, Xoşu xala. Necəsiz? Salamatçılığdı? Yenə mən. Bürcünü öyrəndim. Mən qız bürcü, o şir bürcüdü. Mənim bürclərlə aram yoxdu deyə bilmirəm. Sizin yorumlarınız çox maraqlı olar mənə. Bayaq görüntülü yığmışdı mənə məndə idmandaydım. Bidə gördüm görüntülü yığır bir həyacanlandımm sonra tez gözlətmədən açdım. Zaldan çıxdımki, mahnı var idi. Açdım bidə gördümki bu mağazada. Biraz danışdıq sonra dediki, limana düşdük biraz şəhəri gəzməyə çıxdıq heyətlə vitrində bir don gördüm bir anlıq sənin əynində düşündüm gör bəyənirsənsə alım. Donu göstərdi midi uzun don idi ağ üstündədə rəngli güllər. Elə asil elə gözəl idiki. Mənə dediki bəyəndin məndə dedimki mükəmməldi bu. Oda dediki, razmeri deyərdin. Məndə geyindiyim razmeri dedim satıcıdan istədi. Onu ilk dəfə italyanca danışanda eşitdim. İtalyadadı. Dedimki, nə əziyyət çəkirdin axı oda dediki, nə əziyyət vitrində görən kimi sənin əynində düşündüm tez mağazaya getdimki, alım. Mənə yığıbki, birdən bəyənmərəm həmdəki razmerə görə. Mağazadan çıxdı biraz İtalyanın küçələrini göstərdi mənə. Hardasa 20 dəqiqə danışdıq sonra dedimki, heyətdən ayrılma get yanlarına danışarıq. Oda son dəfə dediki, görüşəndə bu donu geyinərsəndə. Məndə dedimki, sən necə istəsən. Güldü, həqiqətən içtən güldü. Məndə ona güldüm. Sağollaşdıq. Elə xoşuma gəldiki məni düşünməsi. Necə anladım bilmirəm, amma, sanki havalardayam uçuram. Hələ səhərdə yazmışdı. Arada dənizdən mənzərələrdə atır. Arada sizədə məlumat verirəmki sizin sayənizdə beləyik💚ayyy bir daha çox təşəkkür edirəm.
Hər vaxtın xeyirrr. Yaxşıyam, sən necəsən? Ayy yaşadıqlarınız serial kimi gəlir mənə. Çox romantik və maraqlıdı🥹🫶🏻. Çox sevinirəm adınıza. Həmişə mehriban olun, aminn. Səni düşünməsi çox gözəldi. Bizim belə mədəmizdə kəpənəklər uçmağa başladı ahahahah səni düşünə bilmirəmm. Görüşünüzü sizdən çox mən gözləyirəm artıq hahsdjjfdjj
6 notes · View notes
sanctasu · 1 year ago
Text
Keçənlərdə vəziyyətim həddindən artıq dərəcədə bərbad idi. Ağlamağa rahat yer axtarırdım. Parka getdim. Parkı rezerv etdikləri üçün yer tapa bilmədim. Yoluma davam etməkdən başqa əlacım yox idi. Əksər hallarda keçdiyim ara küçələrin arası ilə getdim. Sonunda bir geniş ərazi tapdım. Bu əraziyə mən tərk edilmiş stadion deyərdim. Stadionun ətrafında oturmağa yer yox idi. Sadəcə stadionun mərkəzində bir beton daş var idi. Düzbucaqlı formasında yerə qoyulmuşdu. Bəlkə də kiminsə burada rahatlıqla oturub dincəlməsi üçün. Axı kim o beton daşın üzərində oturmaq istəyərki?. Onu bunu bilmirəm ama yeri gəlsə o insan zay bir vəziyyətdədirsə ona beton daş rahat bir divan kimidə gələ bilər. Oturdum. Hava qaralırdı artıq. Ətrafıma baxdım, sanki bu xarabalıq da qalmış bir tək mənəm kimi özümlə danışdım. Sonra aya baxdım. Qəşəng ay çıxmışdı, və aydın bir halda mənə baxırdı. Deyəsən oda halıma acıyırdı. Onunla özüm arasında venn-diaqramı qurdum. Xüsusiyyətlərimizin daxilən bənzədiyini söyləyə bilmərəm amma onunla xarici cəhətdən oxşarlığımız var kimi elə hey göydəki ay'a baxırdım. Sonra nə qədər içimi töküb ağlasığmaz şəkildə ağlamaq istədim. Bacarmadım. Düşündüm. Lap "squid game"dəki doqquzuncu bölümdə baş verən səhnəni xatırladım. Oradakı oyunları planlı şəkildə quran insan sən demə qoca kaftar imiş, və baş obraz bunu nədən etdiyini qocadan soruşduqda o leysanda küçədə qalmış insanı göstərdi. Söylədi: əgər neçəsə dəqiqəyə o insana kömək toxunularsa o zaman bunun səbəbini sənə deyərəm. Vaxt ötürdü. Artıq zaman gəlib qocanın dediyi vaxta çatdı. O insana kömək polislər tərəfindən dəydi. Bu sırada qoca son nəfəsini söylədi. Yada özünü artistiyə vurdu. O küçədə leysanda qalmış köməksiz biri kimi özümü hiss etdim. Öz-özümə söyləndim görən,bəlkə, mənimdə imdadıma o leysanda aciz, çarəsiz qalmış insana çatılan kimi kimsə çatar deyə. O sırada telefonda musiqi dinləyirdim. Başım telefona qarışıq idi. Birdən qulağıma yaxınlaşan velosiped sepinin cınqıltısını eşitdim. Ətrafıma baxdım meydançadakı daşlıq ərazilərdən yaxa qurtarmaq istəyən bir velosipedli oğlan gördüm. O yerdəki daşlara ilişməmək üçün təkərlərə diqqətlə nəzər edərək mənə yaxınlaşırdı. Mən isə onun işi mənimlə olmaz deyib, telefona yenidən nəzər saldım. Az öncə eşitdiyim o sep cingiltisi artıq mənə eşidilmirdi. Elə bu vaxt qarşımda həmin o velosipedli oğlan gördüm. Mənə ilk dediyi söz belə oldu.
- Salam qardaş necəsən görürəm tək başına oturmusan. Nəyəsə ehtiyacın var?
+ Salam, yox xeyr yaxşıyam, sağolun.
Deyib telefona nəzər saldım. O oğlan heç artıq ayaq saxlamadan yanımdan uzaqlaşdı. Həqiqətən də düzü o biraz əvvəl söylədiyim qocanın dediyi kimi vəziyyət reallaşdı. Sadəcə bir əksik olaraq məndə o qoca kimi yatağımdan ayılmamışdım. Artıq ağlamaq duyğum da sönmüşdü həmin an. Biraz keçdikdən sonra nə edəcəyimi bilməyib evə yollandım.
Çarəsizsən, özünü gücsüz hiss edirsən
danışanda səsin belə çıxmır əvvəlki kimi.
20 notes · View notes
gulchinus · 2 years ago
Text
Səhvlərimə görə peşman deyiləm.Bir yol göstərənim yoxkən,səhvlərim mənə yol göstərdi.
31 notes · View notes
feride11 · 1 year ago
Text
Mən yıxıldığım an o mənim əlimdən tutdu. Məni çirkabdan çixardı və necə gözəl olduğumu göstərdi. Demədi, elədi bax fərq budu.
31 notes · View notes
aynrazz · 1 year ago
Text
Bayaq avtobusda idim , dayanacaqda saxladı uşaq mənim saçlarıma baxırdı anasına deyirdi ana oha oha və əla göstərdi baş barmağı ilə :D mimikaları o qədər qəşəng idi ki .... Dünyanı uşaqlar idarə etsin 🥺
12 notes · View notes
nurunnazlisi57 · 7 months ago
Text
bu gün çox böyük bir yanlış anlaşılma oldu mənim mal bir sinifyoldaşım mənim adımdan başqasına məktub yazıb və indi hər kəs o məktubun mənim yazdığımı düşünür əslində dünən mən onun yazdığını görmüşdüm mənə dediki atacam sonra çıxanda mənə atmadığını göstərdi və mənə yalandan dediki məktubu yazdığı qıza göstərib hətta məndə ona görə o qızla danışmaq üçün onun hesabını axtardım ona deyəcəydimki yəni tamamilə yanlış anlaşılmadır yəni mən onu heç tanımıram yəni adını belə son 1-2 həftəyə qədər səhv deyirdim sadəcə onu elə-belə tanıyıram onu durduq sevməmdə məntiqsiz idi ama hər kəs səhv başa düşdü əsasda o)) əslində o məni tanısaydı bilərdiki o mənim xəttim deyil o mənim danışıq tərzim deyil mən hər qabağıma çıxana səni sevirəm sözünü demərəm onsuzda o sözü 1 nəfərdən başqa heç kimə deməmişəm ama artıq deyəcəyim birisi qalmayıb
3 notes · View notes
xuxanov · 7 months ago
Text
Tumblr media
Üç
Ağ geymiş qağayı
Yanımdan uçu verdi
Dönüb dolanıb
Qara qanadlarını göstərdi!
Farsca: Xəlil Paknia
Türkcəsi: Xu Xanov
Görsəl: Knowing each other.Xu Xanov
2 notes · View notes
rftdamir · 1 year ago
Text
İvan Fyodoroviç Karamazov
“İnsanı sevə bilmək üçün onun gizlində olması lazımdır, elə ki bir balaca üzünü göstərdi sevgi məhv olur.”
19 notes · View notes
arcieree · 2 years ago
Text
Zaman kimə nə göstərdi bilmirəm, amma ətrafımdakı insanların əsl üzünü mənə göstərdi. Və mən bunu təəssüf ki gördüm. Ətrafımdakı insanlar haqqında hər şeyi bildiyimi düşünürdüm, amma bilmək kifayət deyil, yaşayanda başa düşürsən.
12 notes · View notes
leyyou3 · 1 year ago
Note
Bəs sənin özünü gördüyün ixtisas, sahə hansıdır?
Uşaqlıqda rəsm, yazı, ədəbiyyat kimi hobbilərimi bir şəkildə işimə çevirib bunun gəliri ilə həyatda qala biləcəyimi düşünürdüm, ancaq zamanla bu ölkə mənə sırf bunu etmək istəyib də həyatsızlaşan en qədər gənci nümanə göstərdi. Nəticədə yetişkinlik ərəfəmdə ailəmə yük olmadan təhsilimi xaricdə davam etdirə biləcəyim bir dövlət proqramına baş vurdum və indi olduğum yerdəyəm. Ancaq gözdən qaçırdığım tək kiçicik nüans lego düzəltməyi sevməmlə gələcək ixtisasımı və bəlkə də gələcəyimi bəlirləməyin çox da yaxşı fikir olmaması imiş :D
Hal-hazırda sadəcə inandığım bu ölkə sərhədlərindən çıxmağın içində olduğum qəliblərin, basqıların sərhədlərini də qırmaqda bir vasitə olacağıdır
6 notes · View notes
vefasblogss · 2 years ago
Text
Həyat bizə çoxüzlülərin sadəcə həndəsə də olmadığını göstərdi
13 notes · View notes
fakhriia · 2 years ago
Text
tiktoka güvənib 28 manata aldığım mascara kirpiklərimi böyütmək əvəzinə kiçik və həcimsiz göstərdi. tiktoka, bir də oğlanlara inanmayın.
17 notes · View notes
nobodyl9 · 2 years ago
Text
Özündən əmin bir şəkildə maşından düşdü. Addımlamağa başlayanda ayaqqablarının səsindən aldığı zövqü üz ifadəsində hiss etmək elə də çətin deyildi. Əvvəlcə yavaş-yavaş addımladı, sonra biraz sürətləndi. İşlədiyi şirkətin qapısına çatanda isə o özündən əmin addımlardan əsər əlamət qalmamışdı. Sanki içəri keçməyə tərəddüd edirdi. Qorxaq addımlarla mühafizəyə yaxınlaşdı və vəsiqəsini göstərdi. Sonra bir neçə dəqiqə yenə ayaq saxladı. İçində keçirdiyi hissləri başa düşmək çətin idi, çünki üz ifadəsində böyük bir boşluq var idi. Bir neçə dəqiqə sonra liftin qapısı açıldı və içəri keçdi, mən isə qapı bağlanana qədər gözlərinin içinə baxdım. Qapı bağlandı. Üz ifadəsindəki boşluq içimdə böyük bir yara açdı sanki və dərhal onunla bağlı düşüncələrimi sıfırlayıb həmin yerdən uzaqlaşdım bir daha qarşılaşmamaq ümidilə..✨
2 notes · View notes
fikamal9 · 2 years ago
Text
Səninçün darıxanda həmişə ikimizə aid olan yerlərə gedərdim, yaşadıqlarımız yenidən xəyalımda canlanardı. Həmin gün də elə olmuşdu. Hava çiskinli idi, payız özünü göstərməyə başlamışdı. Ürəyim sıxıldı, sənsizlikdən, olub keçənləri təkrar-təkrar düşünməkdən yorulmuşdum. Xoş günlərimizi yaşadığımız yerlərə getmək istədim.
İlk öncə parka yollandım. Saatlarla oturub orada söhbət edirdik, ağlımıza gələn ən axmaq , ən mənasız fikirləri bölüşməkdən çəkinmirdik, gülməli görünməkdən qorxmurduq. Həmin parkda olan tirdə səninçün qolbaq udmuşdum, lap filmlərdəki kimi. Rəngbərəng, zövqsüz bir əşya idi, amma sən onu həvəslə taxırdın və bu xoşuma gəlirdi.
Parka çatanda gördüm ki, hər yer alt-üst olub, ağ-qırmızı lentlərlə giriş bağlanıb, içəridə tikintiyə hazırlıq gedir. Parkımız yer üzündən silinməkdə idi. Kafeyə getməyə qərar verdim.
Adətən nahar fasiləsində o kafeyə gedərdik. Yeməkləri o qədər dadlı olmasa abu-havası yaxşı idi. Mən biznes lanç sifariş verirdim, sənsə pəhrizdə olduğuna görə su. Amma yeməyimdən iştaha gəlib sən də yemək sifariş verirdin ya da "istəmirəm" deyə-deyə boşqabımın yarısını yeyirdin. Həmişə də ağzın-burnun çirklənirdi və bunun fərqinə varmadan ciddi söhbətlər etməyim çox gülməli görünürdü.
Kafeni tapmaqda çətinlik çəkdim. Düz yerə gəldiyimə əmin idim, amma kafe yox idi. Yaxınlıqda dayanmış taksi sürücüsündən soruşdum. O, kafenin bağlandığını dedi və yerində açılan marketi göstərdi. Sanki kimlərsə əlbir olub mənimçün əziz olan yerləri məhv edirdi. Keçmiş xatirələrlə isinə biləcəyim bircə yer qalmışdı, kitab mağazası.
O mağazada adətən heç kim olmurdu, səhv etmirəmsə bircə işçisi var idi. Biz də maraqlı kitab axtarışında rəflərin arası ilə gəzirdik, bəzi şer kitablarını götürüb həddindən artıq romantik misralara lağ edib gülürdük. Mağazaya aylarla yeni kitab, jurnal gəlməsə də demək olar hər gün ora girirdik, müzakirə mövzusu ola biləcək nəsə tapırdıq. Heç vaxt orada bizdən başqa müştəri görməmişdim, sanki ora yalnız bizə məxsus idi, kimse oranın varlığından xəbərdar deyildi.
Kitab mağazası da bağlanmışdı. Yerində dil kursları fəaliyyət göstərirdi. Səninlə bağlı olan yerlər yox olmuşdu, silinmişdi. Görəsən xəbərin varmı? Sən də mənim kimi keçmiş illərin axtarışında oralara qayıtmısanmı? Qayıtmısansa əminəm ki, üzülmüsən, məndən qat-qat çox üzülmüsən. Çünki həmişə məndən həssas, məndən diqqətli, ürəyiyumşaq olmusan. Yəqin elə ona görə səni itirdim. Qəlbimin kor olmasına daha dözə bilmədin.©
2 notes · View notes
feride11 · 2 years ago
Text
Dedim:Ey yar bəlkə çıxım yollarına?
Üzüyünü göstərdi
Dedi:Bir bax barmağıma🍷
6 notes · View notes
politiciansstuff · 6 months ago
Text
Tumblr media
FƏZAİL AĞAMALIDAN MÜHÜM AÇIQLAMA
“BUNDAN SONRA İRANLA MÜNASİBƏTLƏRİMİZ...”
Mayın 19-da Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Mərasimdə verilən mesajlarda isə iki ölkə arasında əməkdaşlığın inkişafı xüsusi yer tuturdu.
Ümumilikdə müsbət ab-havada keçən tədbir həm də iki ölkə arasındakı münasibətlərdəki böhranın aradan qalxdığını göstərdi.
Başqa bir tərəfdən, Tehrandakı Azərbaycan səfirliyinin yaxın aylarda yenidən fəaliyyətə başlaması nəzərdə tutulub. Bu məsələ ətrafında yaranan gərginlik də artıq sona çatıb.
Səfirliyimizə hücum edən şəxs cəzalandırıldı. İyul ayından başlayaraq, Tehrandakı səfirliyimiz yeni binada fəaliyyət göstərəcək.
Bütün bunlar o deməkdir ki, Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Azərbaycanla İran arasında münasibətlər bundan sonra daha ciddi əsaslar üzərində inkişaf edəcək:
“Azərbaycanın əsası ulu öndər tərəfindən qoyulan xarici siyasətin başlıca istiqaməti çoxşaxəli, bütün ölkələrlə bərabər hüquqlara söykənən əməkdaşlığa əsaslanır. Xüsusilə də qonşularla bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalılığa söykənən ikitərəfli əməkdaşlığa üstünlük verilir.
Azərbaycan dövləti olaraq həm Prezident səviyyəsində, həm də xarici işlər naziri səviyyəsində qonşularla normal münasibətlərin qarşılıqlı fəaliyyətə söykənən, faydalılıq əmsalı yüksək olan ikitərəfli əməkdaşlığa üstünlük verdiyini dəfələrlə önə çəkib. Bununla bağlı Bakının Tiflislə münasibətləri göz önündədir. 2010-cu ildən sonra isə Rusiya ilə də oturuşmuş münasibətlər yaranaraq inkişaf etdi. Onun nəticəsidir ki, hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır.
Bununla əlaqədar ciddi sənədlər də imzalanıb. İrana gəldikdə, bu ölkə ilə də münasibətlərin normal müstəvi üzərində qurulması üçün bəyanatlar şəklində dəfələrlə fikrimizi ifadə etmişik. Eyni zamanda, konkret addımlar da atmışıq.
Bu gün də həmin siyasət davam edir. Azərbaycan qarşıdakı dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək.
Bakı ilə Tehran arasında gərginlik nəhayət aradan qalxmaqdadır. Ümidvaram ki, bundan sonrakı münasibətlərimizdə gərginlik yaşanmayacaq. Azərbaycanla İran arasında münasibətlər bundan sonra daha ciddi əsaslar üzərində inkişaf edəcək”.
“Bizim.media.az”
Rüfət Sultan
21 may 2024-cü il
0 notes