#Qarabağa
Explore tagged Tumblr posts
Link
0 notes
Text
Azərbaycan bir parçası olan Qarabağa qovuşdu ,
Məndə canımdan bir parça olan bir sənə qovuşacam.
• 🤍🫀
1 note
·
View note
Text
Fəzail Ağamalı: “Bu əməliyyat bir-iki günə başa çatdırıla bilər”
“Rusiyanın Qarabağda Azərbaycana qarşı “ikinci cəbhə” açmaq imkanı yoxdur”
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Partiya sədri Qarabağdakı separatçılar arasında qarşıdurma vəziyyəti, Rusiya pasportu daşıyanların bir qisminin ərazilərimizdən çıxarılması, Kremlin bölgədəki planları, Ermənistanın BMT-dəki fiaskoru və digər məsələlərlə bağlı maraqlı fikirlər səsləndirib.
- Fəzail bəy, Qarabağdakı rus hərbçiləri Rusiya pasportu olan separatçıları Qarabağdan çıxarır. İstisna deyil ki, onların arasında cinayətkarlar da ola bilər. Rusiya pasportu gəzdirən separatçıların Qarabağdan çıxarılması hansısa prosesin başlanğıcıdırmı?
- BMT Təhlükəsizlik Şurasında Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı qaldırdığı avantüra xarakterli dinləmələrin nəticəsi olduqca ciddi əhəmiyyət kəsb edir. Ermənistan, həmçinin onu himayə edənlər əslində BMT Təhlükəsizlik Şurası tərəfindən çox ciddi və ağır zərbə aldılar. Dinləmələrdə söylənən fikirlərin mütləq əksəriyyətinin Azərbaycanın haqlı mövqeyinə uyğunluğu Ermənistan, separatçılar və onları himayə edən qüvvələr üçün çox ciddi zərbə oldu. Etiraf etmək lazımdır ki, bu, Azərbaycanın, ölkə Prezidentinin ən ciddi əhəmiyyət kəsb edən növbəti diplomatik uğurlarından biri kimi tarixə düşdü. Bu, şübhəsizdir. Bildiyimiz qədər ermənilər indiyədək ən müxtəlif səviyyələrdə Laçınla bağlı təkliflər irəli sürür, şantaj etməyə çalışır, avantürist addımlar atır, çoxsaylı TIR-ları Azərbaycanın sərhəddindən keçirməyə səy göstərir, mətbuat, özünün lobbistləri, həmçinin erməni diasporu vasitəsilə Azərbaycana qarşı təzyiqləri artırırdı ki, Laçın buraxılış məntəqəsi onlar üçün açılsın, əvvəlki dövrlərdə olduğu kimi, istədikləri hərəkətləri etsinlər, silah-sursat daşısınlar, Qarabağa hərbi qüvvə yeritsinlər.
Bu, Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddialarının ifadəsi kimi qiymətləndirilməli idi və ölkə rəhbərliyi, cənab Prezident bunun fərqindəydi. Ona görə də Təhlükəsizlik Şurasındakı müzakirə çox ciddi əhəmiyyət kəsb edirdi, bu, sıradan hadisə deyildi. Biz bu proseslərdən qalib çıxdıq və qalib çıxmağımızla yeni situasiya yarandı. Ermənilərin, onları himayə edənlərin bütün ümidləri puça çıxdı və onlar Azərbaycanın iradəsi qarşısında təslim olmaq məcburiyyətində qaldılar.
- Deməli, siz də prosesin davamının gələcəyini istisna etmirsiniz, eləmi?
- Əlbəttə, yaranmış yeni situasiyada Azərbaycan mətbuatında, siyasi dəhlizlərdəki müzakirələrdə də, nəhayət, antiterror əməliyyatının aparılması, separatizmə tamamilə son qoyulması ilə bağlı ciddi ��ağırışlar var, cəmiyyətimizin əhval-ruhiyyəsi tamamilə buna köklənib. Mən tamamilə əminəm ki, cəmiyyətin bu sosial sifarişi, heç şübhəsiz, həm də ölkə rəhbərliyi, cənab Ali Baş Komandan tərəfindən nəzərə alınmaya bilməz. Müdafiə və Xarici İşlər nazirliklərinin son dərəcə ciddi, dəqiq mahiyyət kəsb edən bəyanatları da göstərir ki, artıq Azərbaycan son addımlarını atmaq üzrədir. Bir müddət əvvəl mən sosial şəbəkədə fikirlərimi söylədim ki, BMT Təhlükəsizlik Şurasında ermənilər rəzil günə düşdükdən sonra yeni bir mərhələ başladı və artıq separatizmə qarşı son döyüş an məsələsidir. Həm də belə bir ifadə işlətmişdim ki, mən artıq cənab Ali Baş Komandanın çəkmələrinin tappıltısını Xankəndidə eşitməkdəyəm.
“Paşinyan da bu yaradan, bu çibandan, bu problemdən, erməni separatizmindən xilas olmaq istəyir”
Bu, həqiqətən belədir. Vəziyyətin bu dərəcədə ciddi xarakter daşıdığını anlayan və bunun qarşısınıın alınmasının zəruriliyini dərk edən ermənilər, həmçinin Rusiyanın hərbi-siyasi rəhbərliyi Qarabağda yerləşən Rusiya hərbi kontingentinə lazımi təlimatlar verib. Qarabağdan çıxarılan 60 nəfər Rusiya vətəndaşı olsa da, onlar erməni olaraq separatizmdə yer alıblar. Amma inanmıram ki, onlar əllərinə silah alıb cinayət törədiblər. Çünki Azərbaycanda bu baxımdan cinayət törədənlərin hamısının adı, ata adı, soyadı Laçın sərhəd-buraxılış məntəqəsində, dəyərli zabitlərimizin önündədir. Necə ki, Vaqif Xaçaturyan dərhal üzə çıxarıldı və həbs olundu. Ola bilsin ki, çıxarılan ermənilərin sırasında bu cür cinayətkarlar yoxdur. Əks halda, təbii ki, onlar aşkarlanardı. Heç şübhəsiz ki, Qarabağda yerləşən 10 minlik tör-töküntülər, separatçıları müdafiə edən, onlara ruh verən, separatizmi daha çox stimullaşdıran qüvvələr Azərbaycanın nöqtə və kontaktsız zərbələri vasitəsilə məhv edilməlidir. Bu əməliyyat bir-iki gün ərzində başa çatdırıla bilər. Bundan sonra separatçılar “ağ bayraq” qaldıra bilərlər və beləliklə, bizim Daxili Qoşunlarımız Xankəndiyə daxil olaraq orada separatçıları qandallaya, istintaqa cəlb edə bilər. Belə bir gözlənti olduğu üçün, yəqin ki, Rusiya sülhməramlıları özlərinə bağlı olan, onlarla birgə işləyən insanları bölgədən çıxarmağı məqbul hesab ediblər. Ola bilsin ki, bununla bağlı Azərbaycanın hərbi-siyasi rəhbərliyini də məlumatlandırıblar. Artıq proses başlayıb.
- Necə bilirsiniz, bu məsələlərlə bağlı Moskva və Bakı arasında hər hansı anlaşma varmı?
- Mən bunu istisna etmirəm. Çünki artıq Moskva da ermənilərin əlindən, sözün həqiqi mənasında, doyub. Əgər onların mətbuatını, sosial şəbəkələrdəki ayrı-ayrı şərhləri izləsəniz, görərsiniz ki, həqiqətən də onlar artıq erməni məsələsindən bezikmiş vəziyyətdədirlər, hətta bu məsələyə çox ikrahla yanaşırlar. Eyni zamanda görünür ki, Moskvanın hərbi-siyasi rəhbərliyi Azərbaycan dövlətinin iradəsini və qəti mövqeyini başa düşərək, anlayaraq, indiki ağır durumda bununla razılaşmaq zorunda qalıb. Çünki Rusiyanın Qarabağda Azərbaycana qarşı müqavimət göstərmək və ya orda “ikinci cəbhə” açmaq imkanı yoxdur, bunu heç arzulamaz da. Ona görə ki bu, Rusiya üçün əlavə problemlərə, böyük faciələrə səbəb ola bilər. O halda, heç şübhəsiz, dərhal orda Türkiyənin mehmetçikləri, Türkiyə ordusu olacaq, bu da Rusiyaya bəllidir. Ona görə də, yəqin ki, Rusiya bu məsələlərdə loyal mövqe nümayiş etdirəcək.
- Bəzi siyasi şərhçilərə görə, ilin sonunadək bu proses bitməlidir. Yəni Qarabağda yalnız vətəndaşlığımızı qəbul edən ermənilər qalmalıdır. Başqa sözlə, vardanyanlar, arutunyanlar, babayanlar da qərarını verməlidir. Bu ehtimalları bölüşürsünüzmü, 2023-cü ilin sonunadək Qarabağda təmizlənmə əməliyyatını başa çatdırmaq mümkün olacaqmı?
- Mən bu fikirləri bölüşürəm. Mənə elə gəlir ki, daha tez mümkündür. Belə görürəm ki, sentyabrda bu məsələlərin həllində çox ciddi və ardıcıl addımlar atılacaq. İlin sonlarınadək Ermənistanla sülh sazişinin imzalanması da gözlənilir. Çünki əsas problem, bu işə əsas maneə Qarabağdakı separatçıların müqavimətidir və orada yerləşən qeyri-qanuni hərbçilərin tərk-silah edilməsi ilə bağlı problemdir. Bunu edəndən sonra artıq problem teziklə həll olunacaq.
- Bu proseslərin fonunda Ruben Vardanyanla Araik Arutyunyan arasında didişmə-boğuşma şiddətlənib. Onların hər ikisi Moskvanın adamıdır. Bəs bu qarşıdurma nəyin əlamətidir? Nəticə nə ola bilər?
- Burada əsas məqsəd reinteqrasiya məsələsinə mane olmaqdır. Eyni zamanda sona qədər erməni icmasında Rusiyanın təsirini saxlamaq üçün bu addımlar atılır. Düşünürəm ki, bunun perspektivi yoxdur. Arutyunyan “ikili” agentdir, həm Moskva üçün, həm Paşinyan üçün işləyir. Vardanyan isə birmənalı şəkildə Moskvanın agentura şəbəkəsində oturan, onun xüsusi nümayəndəsidir, bir az fərqli cəhətləri var. Ola bilsin ki, məsələnin bu şəkildə, qarşıdurma səviyyəsində olması həm də Rusiya-Ermənistan qarşıdurmasının Qarabağda məntiqi nəticəsi, görüntüsüdür və getdikcə qabarıq şəkil alır. Nəticə etibarilə orada həm Vardanyan, həm də Arutyunyan qarşıdurmada məğlub olacaqlar. Bunlardan kiminsə qalib gəlmək imkanı yoxdur.
Məncə, Paşinyan da bu yaradan, bu çibandan, bu problemdən, erməni separatizmindən xilas olmaq istəyir. Bu da bizim maraqlarımıza uyğundur. Odur ki, Azərbaycanla Ermənistanın bu baxımdan mövqelərinin uzlaşması, mövqelərindəki yaxınlıq problemin tezliklə həllinə imkan verir. Orada Arutyunyan, Vardanyan və digərləri arasında didişmə, çəkişmə, mübarizə nə qədər şiddətlənərsə, bu, ancaq bizim xeyrimizə ola bilər.
- İstisna olunmur ki. Rusiyanın hansısa yeni ssenarisimi var. Siz də hesab edirsinizmi ki, Moskva müxtəlif planları işə salmaqla öz hərbi kontingentini 2025-dən sonra da Qarabağda saxlamağı hədəfləyib? Bu, realdırmı?
- Rusiya planlasa da, o, alınmayacaq. Tam əminəm ki, 2025-ci ilə qədər artıq bütün problemlərimizin həllinə nail olacağıq və Rusiya sülhməramlı kontingentin orada qalmasına ehtiyac olmayacaq.
- Fəzail bəy, Ermənistanın Qafan hava aerodromunu işə salmaqda əsas məqsədi nə ola bilər? Beynəlxalq qanunlara görə, belə hava limanları sərhəddən ən azı 12 km içəridə yerləşməlidir. Qafan aeroportu isə sərhədimizin cəmi bir neçə yüz metrliyindədir. Bəllidir ki, Naxçıvana təyyarələr Ermənistan üzərindən uçur. Eyni qaydada İrəvan da Qafana uçan təyyarələr üçün Bakıdan icazə istəyə bilərmi?
- Ola bilsin Qafan aeroportu daxili uçuşlar üçün müəyyən rol oynaya bilər. Bunun adı beynəlxalq aeroport qoyulsa da, oraya hər hansı beynəlxalq uçuşlar olmayacaq. Ayrı-ayrı ölkələrin insanları, fərqli status sahibləri ağılsız adam deyillər ki, Azərbaycanın sərhədinin bir neçə yüz metrliyində görüntü yaratmaq istəsinlər, iş qursunlar, investisiya qoysunlar. Bunların hamısı perspektivsiz addımlardır və Paşinyanın yaratmış olduğu ciddi əhəmiyyət kəsb etməyən görüntülərdir. Amma, dediyiniz kimi, gələcəkdə eyni qaydada İrəvan da Qafana uçan təyyarələr üçün Bakıdan icazə istəyə bilər. Ermənistan təyyarəsi Qafana enən zaman Azərbaycanla sərhədi keçirsə, birmənalı olaraq Bakının razılığı olmalıdır. Əks halda Azərbaycan tərəfindən bu məsələyə ciddi təpki göstərilə bilər.
- Ukrayna prezidenti Zelenski Danimarkada səfəri çərçivəsində bildirib ki, Rusiyaya Ukraynadan hər hansı ərazi güzəşti edilərsə, ardınca Rusiyanın bütün qonşuları təhlükə altına düşəcək. Bu, belədirmi? Rusiyanın qonşularının real təhlükə ilə üz-üzə olduğunu düşünürsünüzmü?
- O variant mümkün deyil. Hesab edirəm ki, bir nəfərin fikri ciddi qəbul olunmalı deyil. Ukrayna torpaqlarından Rusiyaya güzəşt edilməyəcək!
"Musavat.com" saytı
Elşad Paşasoy
23 avqust 2023-cü il
https://www.musavat.com/news/fezail-agamali-bu-emeliyyat-bir-iki-gune-basa-catdirila-biler_1000220.html
0 notes
Text
"Nant"ın futbolçusu
“Nant”ın futbolçusu
“Nant”ın futbolçusu Andrey Cirotto Fransada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransına qatılıb. Metbuat.org xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi matçla bağlı bunları deyib: “Çox vacib qarşılaşma olacaq. Bakıda “Qarabağ”a uduzmuşduq. Evdə qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik”. Qeyd edək ki, oktyabrın 27-də…
View On WordPress
#başlayacaq#bunları#edəcəyik#əlimizdən#Fransada#futbolçusu#gələni#gəlməliyik#keçirəcəkləri#keçiriləcək#konfransına#Liqasının#mərhələsinin#mətbuat#oktyabrın#oyunundan#Qarabağ#Qarabağa#qarşılaşma#qatılıb#uduzmuşduq#yarımmüdafiəçi
1 note
·
View note
Photo
#Prezident İlham Əliyev rusiyalı deputatın Qarabağa qanunsuz səfəri ilə bağlı Dmitri Medvedevə məktub göndərdi gönderdi
0 notes
Text
Düşün ki, sən Azərbaycansan və mən Qarabağ qədər həsrət qalmışam sənə. Azərbaycan Qarabağa qovuşdu, mən sənə qovuşa bilmədim.
5 notes
·
View notes
Text
Cəbrayıl alındı! 😍🇦🇿 Davamı gələcək əlbəttə! Qarabağa addım-addım!🇦🇿♥️
70 notes
·
View notes
Text
Dövran belə sürməyəcək. O gün nə vaxtdı bilmirəm amma bir gün biz əzəli torpaqlarımız olan Qarabağa geri dönəcəyik. Qarabağ Azərbaycanındır və bunu heç nə dəyişdirə bilməz! 🇦🇿❤️
126 notes
·
View notes
Text
Deməli işğal altında olan torpaqlarımız alınmağa başlıyandan bəri əsl Bakılılar qalıb bir qıraqda bu nəslin-nəcabətin araşdırsan rayonlu olan bəzi Bakı sakinləri Qarabağlılarla Bakı davası edir mən başa düşə bilmirəm Qarabağlılar gəlmədirsə siz nəsiniz? Göbələk zadsız bəyəm? Hələ bir erməni sifət gədə deyir ki, "razı oldular olmadılar zorla hamısı yerləşdiriləcək Qarabağa" Ə kişisən kişi kimi də davran arvad kimi camaata az paxıllıq elə kimlər ki, şəhərciklərdən ev sahibidir ya hansısa yataqxanada qalır onları bəli bir müddətdən sonra yer-yurd edib yerləşdirə bilərlər yoxsa hansısa ev almağa imkanı olan bir Məcburi-köçkünü kim zorla aparıb Qarabağda yerləşdirə bilər ki?
Ta əzələdən bizim dərdimizi çəkmək nədənsə ev yiyəsinə yox həmişə qonşunun payına düşüb.
37 notes
·
View notes
Text
https://limitsiz.com.az/p/4e4661/
21 fevral tarixində keçiriləcək “Limitsiz” adlı tədbirimizdə məqsədimiz yeniyetmələr, gənclər və sahibkarlara potensiallarından tam istifadə edə bilmələri yönündə yardım etmək, ölkəmizdə, xüsusilə, stratejik əhəmiyyəti olan Qarabağımızda “start-up” vərdişlərinin aşılanması, Qarabağa beyin köçünün təmin olunması istiqamətində gəncləri maarifləndirməkdir.
Tədbirdə kimlər iştirak edə bilər?
▪️Limitləri aşmaq istəyənlər;
▫️Özünü hər tərəfli inkişaf etdirmək istəyənlər;
▪️“Yaxşı ideyalarım var, amma haradan başlayacağımı bilmirəm” deyənlər;
▫️Ölkədə “start-up” mədəniyyətini formalaşdırmaqda maraqlı olanlar;
▪️Texnologiya həvəskarları;
▫️Gənc sahibkarlar;
▪️Bütün gənclər və özünü gənc hiss edənlər.
Tədbirin gedişatı və iştirak edəcək spikerlər tezliklə səhifələrimizdə elan ediləcəkdir.
- Facebook: limitsizik
- Instagram: limitsiz__
Odur ki, bizi izləmədə qalın!
📍Yerlərinizi indidən rezerv etmək üçün: (burada qeydiyyat linki olacaq)
#limitsiz #tedbir #21fevral #online #DBS
https://limitsiz.com.az/p/4e4661/
9 notes
·
View notes
Text
Ayın 29-da keçiriləcək Cenevrə görüşündə baza prinsipləri gündəmə gətirilib.
Bu ondan xəbər verir ki,
Birləşmiş Millətlər təşkilatının qaydalarına əsasən region ölkələri Sülhməramlı qismində iştirak edə bilməz.Ona görə də Rusiyanın Qarabağa Sülhməramlı göndərməsi kölgədə qalır.Həmçinin Qarabağda hava məkanına Azərbaycan nəzarət edir və Azərbaycan Qarabağda referendum keçirilməsinə imkan verməyəcək.
Qarabağ Azərbaycandır!
21 notes
·
View notes
Text
HƏKƏRİ ÇAYI ÜZƏRİNDƏ POST QURULUR - BÖLGƏ İLƏ BAĞLI KRİTİK ADDIM
Azərbaycanın öz ərazisinə girişdə nəzarət-buraxılış məntəqəsi yaratması fundamental hüquqa əsaslanır. Çünki Rusiya hərbi kontingentinin himayəsi ilə Ermənistan riyakarlığa yol verərək bir tərəfdən sülhdən danışır, başqa bir istiqamətdə isə təxribatlara əl atır. Erməni tərəfi müxtəlif vasitələrlə, torpaq yollarla qanunsuz olaraq Azərbaycan ərazisinə silah-sursat, terrorçu daşıyır. Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Xankəndiyə gedən yolun üzərindən Həkəri çayı istiqamətdə nəzarət-buraxılış məntəqəsinin yaradılması üçün Azərbaycanın tam hüququ əsası var:
“Ərazi bizə məxsusdur. Burada atılan addımlar ölkə qanunvericiliyinə uyğundur. Ermənistandan gələn çağrılmamış qonaqlar, bu ölkə vasitəsi ilə Qarabağa gəlib oradakı separatçıları qızışdıran, onları stimullaşdıran ayrı ayrı emissarların qarşısı alınmalıdır. Çünki bölgəyə İrandan gedən silah-sursatın, hərbi ekspertlərin təxribatçı şəxslərin qarşısının alınması üçün Azərbaycan zəruri tədbirləri təxirə salmadan həyata keçirməlidir”.
Partiya sədri hesab edir ki, Ermənistanla Azərbaycan sərhəd xəttində, Laçın rayonuna giriş hissəsdə nəzarət-buraxılış postunun yaradılması vacib məsələdir:
“Bu, Müdafiə və Xarici İşlər Nazirliyi səviyyəsində rəsmi dövlət mövqeyi kimi ortalığa qoyulub. Azərbaycan bu addımı atacaq. Rus sülhməramlılarının isə buna qarşı çıxmağa heç bir arqumenti və hüquqi əsası yoxdur. Çünki bu yol Qarabağda yaşayan erməni icması ilə heç bir təmas nöqtəsi deyil. Bura Azərbaycan ərazisinin giriş hissəsidir və burada postun qurulması, nəzarətin həyata keçirilməsi beynəlxalq hüquqa söykənir”.
“Teleqraf.com” saytı
Tapdiq Qurbanli
05 aprel 2023-cü il
https://teleqraf.com/news/siyaset/372842.html
0 notes
Text
"Qarabağ"la oyundan sonra çalışdıq ki..." - "Nant"ın futbolçusu
“Qarabağ”la oyundan sonra çalışdıq ki…” – “Nant”ın futbolçusu
“Nant”ın oyunçusu Andrey Cirotto Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a məğlub olduqları oyunu xatırlayıb. Metbuat.org xəbər verir ki, Cirotto Fransa Liqasında “Lans”la keçirilən matçdan (0:0) sonra yerli mətbuata açıqlamasında bu barədə belə deyib: “Vacib xal qazandıq. “Qarabağ”la matçdan sonra toparlanmağa çalışdıq. Artıq irəli baxmaq lazımdır. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib…
View On WordPress
#açıqlamasında#barədə#çalışdıq#gəlmək#istəyirdik#keçirilən#kollektiv#komandaya#lazımdır#Liqasında#Liqasının#matçdan#məğlub#mərhələsində#mətbuata#nəticədir#olduqları#oyunçusu#Qarabağ#Qarabağa#Qarabağla#qazanmaq#toparlanmağa#Xatırladaq#xatırlayıb
0 notes
Photo
#Qarabağa dəymiş ziyanın aradan qaldırılması üçün xərclənən məbləğ AÇIQLANDI gönderdi
0 notes
Text
Rusiya "sülhməramlılarını" daha doğrusu işğalçı qüvvələri Qarabağa yerləşdirmək Azərbaycan hökümətinin böyük səhvidir. Tarixi səhvdir! Açıq-aşkar bəllidir ki, Rusiya əsgərləri orada Azərbaycan xalqının, dövlətçiliyinin əleyhinə iş aparır.
4 notes
·
View notes
Text
Mövzudan kənar olsada bütün gün ağlımda bu fikirlər olub.Vaxtilə bəyənilməyən gənclik hara gedir belə? həttda tərbiyəsiz belə adlandırılan.Amma bu gün Azərbaycan gəncliyi döyüş meydanında can qoyur,o bəyənmədiyiniz gənclik işğaldan torpaq azad edir,birlik göstərir,cəmiyyətə,yaralılara,Şəhid ailələrinə anında nə köməklik lazimdirsa edir.O gənclik informasiya müharibəsində tarixi biliyi ilə,dil bilgisi,dünya görüşü,savadı,vətənpərvərliyi və hərtərəfli şücaəti ilə qalib gəlir,əsaslı faktlarla dünyaya Azərbaycan gərçəyini çatdırır.Yalnış qərar verənlərin,rəy bildirənlərin rəyini sildirir üzr istədir.Həmi gənclik Gəncədəki hadisədə evsiz qalanları öz evinə dəvət edir,deyir ki,"uşaqlarınız ölməsin deyə verin biz saxlayaq müharibə bitənəcən"...Xaricdəki gəncliyimiz etirazını bildirir hadisələrə,öz haqq səsini qorxmadan və yorulmadan yüksəldir.Mən sizinlə bir nümayəndəniz olaraq fəxr edirəm sevgili Gənclik və mən görürəm ki,Azərbaycanın gəncliyi gözəl yerlərə aparır bu Vətəni,bu Xalqı birlik yaradır Möhtəşəm oluruq bir olanda.Sözüm isə bu gənclik hara gedir deyənlərədir sən demə gəncliyimiz "Qarabağa" gedirmiş...
#QarabağAzərbaycandır!🇦🇿
17 notes
·
View notes