#çalışdıq
Explore tagged Tumblr posts
petr1chorr · 7 months ago
Text
Hansı birimiz uşaqlığını düzgün yaşaya bildi ki? Uşaq ikən hər birimizin sonsuz xəyalları olub. Başqa uşaqlara özənərdik. Özəndiyimiz uşaqlar da başqa uşaqlara özənirdi yəqin. Kimimizin oyuncaq maşını yox idi, kimimizin Barbi kuklası, kimimizin də mişqası. Sanki gələcək hər daim bir addımlığımızda idi, bizlə birgə addımlayırdı. Xəyallarımızın gerçəkləşməməsi ehtimalını əsla düşünməzdik. Hesab edərdik ki, hər zaman hər şey istədiyimiz kimi olacaq. Bu, gələcəkdə bizi daha çox üzəcəkdi. Amma bizim bundan xəbərimiz belə yox idi. Gün keçdikcə ətrafımızda gördüklərimizdən daha çox şey qatırdıq gələcəyimizə. Əslində həyatımız eyni ilə bir dəftər kimi idi. Bu dəftəri yazmağa doğulduğumuz andan başlamışdıq. Uşaqlığımızda hər gün bu dəftərə onlarla səhifə əlavə edirdik. Xəyallarımızı, sevdiklərimizi, itirdiklərimizi... Böyüdükcə anladıq ki, bəzi səhifələri boşuna yazmışıq, dəftər artıq dolub. Yazmağa səhifə qalmadığı üçün yazdığımız bəzi səhifələrdən imtina etməli idik. İmtinasına boyun əydiyimiz səhifələr isə əslində gerçəkləşməsi mümkün olmayan xəyallarımız idi. Çünki yaşımız artdıqca anlamışdıq bu xəyallarımızın gerçəkləşə bilməyəcəyini. Artıq bu səhifələri silməyin zamanı gəlmişdi. Bəlkə, asanlıqla yazmamışdıq bu səhifələri, amma geridə qoymalı idik nəticədə. Yazdığımız o qədər səhifə, qurduğumuz milyonlarla xəyal bir anda yox olmuşdu. Yazdığımız həmin səhifələri bir-bir sildikcə, həyata qarşı sevgi və istəyimiz də yavaş-yavaş tükənirdi. Zatən yazmaq istədiklərimizin neçəsini yaza bilmişdik ki, o sətirlərə? Bəlkə 5, bəlkə 10. Yazdıqlarımız yazmaq istədiklərimizin yanında heç nə idi. Hər zaman bir şeylər əskik idi yazdığımız bu sətirlərdə. Nə sevgimizi tam tökə bildik bu sətirlərə, nə də nifrətimizi. Sözlərin kifayət etmədiyi yerlərdə hisslərimizlə görünməyə çalışdıq. Güldülər hər zaman. Anlamırdılar çünki. Dəftərə yazdığımız üç-beş sətri oxusalar anlayardılar, bəlkə, amma hisslərimizi anlamırdılar, anlamaq istəmirdilər. Bizi hər zaman yazdıqlarımız qədərilə gördülər, sadəcə yazdıqlarımızdan ibarətik zənn etdilər. Oysa görünməyən, amma mövcud olan hisslərimiz o qədər çox idi ki. Bizi güldürən, kədərləndirən, ağladan və sevindirən hisslərimiz... Sadəcə gülümədiyimizi, xoşbəxt olduğumuzu gördülər. Hər zaman xoşbəxtik zənn etdilər. Fərqinə vardıq ki, qaranlıq öz işini çox yaxşı görüb. Qaranlıq göz yaşlarımızı, dərdlərimizi, bütün üzüntülərimizi çox yaxşı gizlətmişdi öz qanadları altında. Qaranlıq haqqımızda hər şeyi bilsə də, istəmədiyimiz müddətcə əsla ən zəif nöqtəmizdən vurmazdı bizi. Sanki qulağı var idi, çox gözəl dinləyirdi, amma dilsiz idi, danışmırdı. Bir sözlə, dostu olmayanın ən yaxşı dostu idi qaranlıq. Bizlər bir gün gec də olsa həyatlarımızın xəyallarımızdan daha güclü olduğunu öyrənəcəkdik. Dopdolu xəyallarımızı bir şəkildə həyatlarımıza sığdıra bildik də, kiçik həyatlarımızı bu xəyallara sığdıra bilmədik əsla. Nə dünyaya sığa bildik, nə də xəyallarımıza. Özümüzə sığındıq, öz qaranlığımıza və oranı hər şeydən daha çox sevdik.
64 notes · View notes
mysticaldream · 1 month ago
Text
Hamı bizdən mükəmməl olmağı gözlədi, onların istədiyi ki; mükəmməl övlad, mükəmməl sevgili, mükəmməl şagird. Sevilmək üçün daim mükəmməl olmaq lazım olduğu aşılandı, qüsurlarımızı ört-basdır etməyə çalışdıq, özümüz olmaq bacarığını itirdik, halbuki insan birini qüsurlarıyla da sevə bilərdi, mənə görə əsl fədakarlıq, cəsarət tələb edən şey tam da bu idi, çünki digərini hər kəs bacarırdı.
16 notes · View notes
metbuat · 2 years ago
Text
"Qarabağ"la oyundan sonra çalışdıq ki..." - "Nant"ın futbolçusu
“Qarabağ”la oyundan sonra çalışdıq ki…” – “Nant”ın futbolçusu
“Nant”ın oyunçusu Andrey Cirotto Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a məğlub olduqları oyunu xatırlayıb. Metbuat.org xəbər verir ki, Cirotto Fransa Liqasında “Lans”la keçirilən matçdan (0:0) sonra yerli mətbuata açıqlamasında bu barədə belə deyib: “Vacib xal qazandıq. “Qarabağ”la matçdan sonra toparlanmağa çalışdıq. Artıq irəli baxmaq lazımdır. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib…
Tumblr media
View On WordPress
0 notes
thealiy3vv · 3 years ago
Text
Siz heçnə etmədən qovuşub sonra çox çalışdıq deyəndə mən sevdiyi üçün hər axmaqlıqı edib pis adam oldum....
8 notes · View notes
aruzuleeh · 4 years ago
Text
Günlərin bir günü artıq mən 11 ci sinif idim. Dərslərim çox yaxşı, hazırlıqlara gedib gəlirdim. Gecəmi - gündüzümə qatıb dərs edirdim,və Şükür nəticələrimidə görürdüm. Son zəng günüdü. Bütün sinifyoldaşlarim ilə sağollaşdim və bir-birimizə uğurlar dilədik. Düzdü ağladım:) Amma 2 dostum üçün ağladım. Çünki onlar mənə hələdə əzizdir, və hələdə onlarnan danışıram, əlaqəmiz belə var. Gün gəldi imtahan stressi, kodlaşdırma və.s Kodlaşdırmanin nəticəsində heç istəmədiyim bir universitetə qəbul oldum. Mənim üçün ora bir qaranlıq idi. Hamı sevinərək gedərkən, mən isə həvəssiz və halsız şəkildə gedirdim. Bir gün başqa sinifdə oturdum. Çox öyrəşdim o qızlara, və çoxda yaxşı qızlar idi. Sonra sinifimi dəyişdilər. Sanki,ayrı bir dünyaya düşdüm. Bir tək məni gülərüz şəkildə qarşılayan Ruhəngiz oldu. Gülüşü çox gözəl idi, mənim içəriyə girişim sanki onun üzünə nurluq gətirdi. Və dahada yaxın olmağa çalışdıq, yaxın olduq, evə bir gedib gəlirdik. Sonra zamanla 2 nəfər yox 3 nəfər olduq. Və ən yaxşı dost olduq. Hər gün əylənirdik, yeyirdik, gəzirdik, hər küçədə, hər məkanlarda bizim şəkillərimiz və xatirələrimiz doludur. O qədər gözəlidik, bizi belə qisqanirdilar. Onlarin içində ən balaca, uşaq ruhlu mən idim. Məni əzizləyirdilər, uşaq kimi sevindirirdilər. Pis günümdə belə yanımda idilər..... Sonra dostlar arasında dava olur deyiblər. Və oldu... Amma o dava heç yaxşı sonluqla bitmədi.... Dahada aramıza kərpic hörüldü və birdə bir- birimizi yad etmədik... Həttda bir-birimizi belə görməzdən gəlirik.... Həmişə yaxşı sonluqla başliyan bir hekayə, gərək pis sonluqla bitsin. Bizim dost hekayəmizdə belə bittdi.
8 notes · View notes
s37sworld · 4 years ago
Text
Tumblr media
Yaxşı adamlar qəfil yoxa çıxdı. Bir də gözümüzü yumub açdıq ki, yoxdular. Qoyduğumuz yerdə tapa bilmədik onları. Ən yaxşılarının ürəyi partladı, çirkaba bulaşmadılar. Qalanlarını yavaş-yavaş itirdik. Yavaş-yavaş gözümüzdən düşdülər. Bir-bir satılmağa başladılar. "Mənim də balam var" dedilər, bağışladıq. Qəlbimizin dərinliyində onlara haqq qazandırmağa çalışdıq. Bizim üçün yaxşı adam idilər əvvəllər, amma "Mənim də balam var" mərhələsindən sonra onlar haqda danışanda "əslində, pis adam deyil" deməyə başladıq. Əvvəlcə satılmalarına görə xəcalət çəkirdilər. Küçədə-bayırda görəndə utandıqlarından gözümüzün içinə baxa bilmirdilər. Sonra çoxaldılar. Sonra adiləşdi. Sonra bizimlə daha ürəklə görüşməyə, əlimizi daha möhkəm sıxmağa başladılar. Lap axırda necə ürəkləndilərsə, başladılar bizi ittiham eləməyə. Üstümüzə qışqırdılar. Təhqir elədilər. Hamılıqla söyməyə başladılar. Onlar bizi bağışlamadı. İçimizdəki ən nəcib hissləri pula dəyişmədiyimizə görə bağışlamadılar...
Biz onları bağışlamışdıq....
Coşğun Eldaroğlu
30 notes · View notes
halffmoonn · 5 years ago
Text
Biz, başqalarının bizə yüklədiyi mənalarla, dəyərlərlə, kimliyimizi müəyyən etməyə çalışdıq. Başqaları necə sevərsə bizi o cür davranaraq... Bəlkə də özümüz olmağın vaxtı gəlib?
13 notes · View notes
zeynebseferova · 5 years ago
Text
Səssizcə duyğularımızı gizlətməyə çalışdıq amma unutduq gözlərimizin danışdığını.✨
27 notes · View notes
sadayrehimli · 4 years ago
Text
Müəllimlərimiz istədi deyə, lazımsız imla, inşa yazıları yazdıq. Valideynlərimiz istədiyi deyə üniversitetin tibb, hüquq, mühəndislik, müəllimlik bölümünə qəbul olduq. Dostlarımız istədi deyə lazımsız məkanlara getdik. Sevgilimiz istədi deyə özümüzü dəyişdirməyə çalışdıq. Ancaq çox əfsus ki, Allahımız istədi deyə namaz qılmadıq, oruc tutmadıq, zəkat vermədik, haramlardan üz döndərmədik. Özümüzü heyif etdik.
2 notes · View notes
gunaygumblr · 5 years ago
Text
*Hər şeyi sonlandırmağa çalışdıq ancaq son anda yenə başa qayıtdıq...Doğrumu ya yanlışmı edirik bilmirəm🥀Çox əlvidalar oldu ama yenədə ayrılmağı bacarmadıq©]
18 notes · View notes
metbuat · 2 years ago
Text
"Nant"ın futbolçusu
“Nant”ın futbolçusu
“Nant”ın oyunçusu Andrey Cirotto Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a məğlub olduqları oyunu xatırlayıb. Metbuat.org xəbər verir ki, Cirotto Fransa Liqasında “Lans”la keçirilən matçdan (0:0) sonra yerli mətbuata açıqlamasında bu barədə belə deyib: “Vacib xal qazandıq. “Qarabağ”la matçdan sonra toparlanmağa çalışdıq. Artıq irəli baxmaq lazımdır. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib…
Tumblr media
View On WordPress
0 notes
patrykschwarz · 5 years ago
Text
Yaxşı adamlar qəfil yoxa çıxdı. Bir də gözümüzü yumub açdıq ki, yoxdular. Qoyduğumuz yerdə tapa bilmədik onları. Ən yaxşılarının ürəyi partladı, çirkaba bulaşmadılar. Qalanlarını yavaş-yavaş itirdik. Yavaş-yavaş gözümüzdən düşdülər. Bir-bir satılmağa başladılar. "Mənim də balam var" dedilər, bağışladıq. Qəlbimizin dərinliyində onlara haqq qazandırmağa çalışdıq. Bizim üçün yaxşı adam idilər əvvəllər, amma "Mənim də balam var" mərhələsindən sonra onlar haqda danışanda "əslində, pis adam deyil" deməyə başladıq. Əvvəlcə satılmalarına görə xəcalət çəkirdilər. Küçədə-bayırda görəndə utandıqlarından gözümüzün içinə baxa bilmirdilər. Sonra çoxaldılar. Sonra adiləşdi. Sonra bizimlə daha ürəklə görüşməyə, əlimizi daha möhkəm sıxmağa başladılar. Lap axırda necə ürəkləndilərsə, başladılar bizi ittiham eləməyə. Üstümüzə qışqırdılar. Təhqir elədilər. Hamılıqla söyməyə başladılar. Onlar bizi bağışlamadı. İçimizdəki ən nəcib hissləri pula dəyişmədiyimizə görə bağışlamadılar...
Biz onları bağışlamışdıq...
3 notes · View notes
mrnaqi · 5 years ago
Text
● Əslində ilk sözlərin anlamını dərk etmədiyimiz üçün , son sözlərə ehtiyac duyduq ,mükəmməl etməyə çalışdıq . Amma ki ilk sözlərimiz əvəzolunmaz və qəlbə toxunan olsa idi , bəlkədə son sözlərə ehtiyac duymazdıq ...
4 notes · View notes
s37sworld · 5 years ago
Text
Tumblr media
Yaxşı adamlar qəfil yoxa çıxdı. Bir də gözümüzü yumub açdıq ki, yoxdular. Qoyduğumuz yerdə tapa bilmədik onları. Ən yaxşılarının ürəyi partladı, çirkaba bulaşmadılar. Qalanlarını yavaş-yavaş itirdik. Yavaş-yavaş gözümüzdən düşdülər. Bir-bir satılmağa başladılar. "Mənim də balam var" dedilər, bağışladıq. Qəlbimizin dərinliyində onlara haqq qazandırmağa çalışdıq. Bizim üçün yaxşı adam idilər əvvəllər, amma "Mənim də balam var" mərhələsindən sonra onlar haqda danışanda "əslində, pis adam deyil" deməyə başladıq. Əvvəlcə satılmalarına görə xəcalət çəkirdilər. Küçədə-bayırda görəndə utandıqlarından gözümüzün içinə baxa bilmirdilər. Sonra çoxaldılar. Sonra adiləşdi. Sonra bizimlə daha ürəklə görüşməyə, əlimizi daha möhkəm sıxmağa başladılar. Lap axırda necə ürəkləndilərsə, başladılar bizi ittiham eləməyə. Üstümüzə qışqırdılar. Təhqir elədilər. Hamılıqla söyməyə başladılar. Onlar bizi bağışlamadı. İçimizdəki ən nəcib hissləri pula dəyişmədiyimizə görə bağışlamadılar...😔 Biz onları bağışlamışdıq...
27 notes · View notes
malikpasayev · 6 years ago
Text
Dünyaya gəldik və bir heçliyin ortasında tapdıq özümüzü. Bəli böyüdük , çalışdıq , nadirən də olsa xoşbəxt olduq amma yaşadıqlarımızın hamısı bir heç olacaq. Və bir gün heçliyin ortasında yaşadığımızı bilmək , insan ruhuna vurulmuş ən böyük zərbədir.
Stefan
77 notes · View notes
asllzax · 5 years ago
Text
qəbul edin, sevdiyimiz qədər itirdik bu həyatda.
seçici olmağa çalışdıq, həyatımıza hər insanı almamağa çalışdıq. Sadəcə çalışdıq. Alınmadı. :)
hər qısa əlaqəni eşq zənn etdik, iki söz söyləyəni dost zənn etdik. Və biz elə buna görə, itirdik.🥀
7 notes · View notes