sadayrehimli
Sad'Ay
484 posts
Don't wanna be here? Send us removal request.
sadayrehimli · 10 months ago
Text
Tumblr media
It's my 5 year anniversary on Tumblr 🥳
0 notes
sadayrehimli · 1 year ago
Text
Bu Allahın hikmətlərindən biridir ki, insan təkbaşına hansı zirvəyə ucalırsa ucalsın həmişə qəlbinin dərinliklərində olsa belə yanında onu dəstəkləyən, ona ruh verən, onu anlayan, ona həmdəm olan xüsusi birinin olmasını istəyir.
1 note · View note
sadayrehimli · 1 year ago
Text
Görürsən bir adam sənə yalan danışır ona inanmamağı öyrənirsən. Görürsən bir adam səninlə qaba, kobud rəftar edir ona soyuq yanaşmağı öyrənirsən. Görürsən dostun səninlə səmimi davranmır ona güvənsiz yaxınlaşmaöı öyrənirsən. Görürsən valideynin sənə əminlik, güvən vermir başına gələnləri ondan gizlətməyi öyrənirsən. Görürsən münasibət qurduğun xanım(kişi) səni anlamır ona içindəkiləri danışmamağı öyrənirsən. Bilirsən, bir çox şeylər var ki, onları yalnız həyatın özündən daha kamil öyrənə bilərsən. Kitablardan oxuyub öyrənsən də elə zamanlar olacaq ki, düzgün praktika etməyəcəksən, yəni ya həddi aşacaqsan, ya da həddindən az edəcəksən. İnsan zamanla özü bir psixoloqa çevrilir. Artıq kimə necə, harda nə cür davranmalı olduğunu öz həyat təcrübələrindən öyrənir.
1 note · View note
sadayrehimli · 1 year ago
Text
"Ağlın varsa, evlənmə" demək yerinə, "Ağlın olsun, düzgün seçim et. Biz düzgün seçim etmədik deyə gözləntilərimiz olmadı, indi peşmanıq" deyin. Ailə qurmağın çətinləşdiyi bir vaxtda bir də siz insanları bu işdən soyutmayın. Seçiminizdə, ailənizin möhkəm olmasında nələri düzgün etmədiniz onları deyin ki, başqaları sizin etdiyiniz səhvləri təkrarlamasın. Sizin xoşbəxt olmağınızın alınmaması başqalarında da alınmayacağı mənasına gəlmir. Sizin köməyinizlə birilərinin xoşbəxt olmasının nəyi pisdir?
0 notes
sadayrehimli · 1 year ago
Text
Əvvəllər düşdüyüm problemlərin içində onlardan tez can qurtarmaq üçün çox çabalayırdım. Sonra hiss etdim ki, artıq gücdən düşmüşəm. Artıq həvəs də qalmayıb içimdə. Eyni zamanda da alışırdım düşdüyüm vəziyyətə. Ancaq bu səfər kitablardan kömək alırdım. Sanki hardansa anlamışdım ki, əvvəlcə beynimdə bütün pis vəziyyətlərdən çıxmalıyam. Belə də etdim. Birinci bunu anladım ki, mənə kömək olacaq yeganə şəxs özüməm. İkinci olaraq başa düşdüm ki, tək bir yolum var o da iradəli bir şəkildə çalışmaqdır. Ancaq bunlarla paralel olaraq elə bilirdim artıq duyğularımı itirmişəm. Daha üzülə bilmirəm, qəlbim ölüb. Sarsılmışam bir növ. Bilmirdim necə olacaq. Sonra gördüm ki, yanılmışam. Üçüncü öyrəndiyim bu oldu ki, ağlım mənə təlqin edirmiş ki, üzülmək üzləşdiyin problemləri həll etmir, əksinə bu sənin enerjini, gücünü alır. Ona görə daha öz şəxsi problemlərimin dərdini çəkməyi kənara qoymuşammış. İndi el dili ilə desək, başımı aşağı salıb öz işimi görürəm. Allaha təvəkkül edib hədəflərimə çatmağa çalışıram. Ən əsası daha hər şeyin qaydasına düşəcəyinə inanıram. Ümidliyəm. Uğursuzluqdan narahat deyiləm. Qorxmuram. Bilirəm ki, Allah heç bir zəhmət çəkənin əziyyətin yerdə qoymur, ona çatacaq ruzini, mükafatı mütləq həmin şəxsə nəsib edir.
5 notes · View notes
sadayrehimli · 1 year ago
Text
Valideynlərimiz, ətrafımızdakı insanlar düzgün ünsiyyət qaydalarını bilmədikləri üçün uşaqlığımızda bizə müxtəlif psixoloji travmalar yaşadırlar və biz müxtəlif mənfi xüsusiyyətlərə sahib olaraq böyüyürük. Müəyyən yaş həddinə gəlib bu problemlərlə müxtəlif situasiyalarda tanış olduqdan, onların əxlaqi, mənəvi və s. cəhətdən qüsur olduğunu anlaya bildikdən sonra onların zərərləri ilə və onları aradan qaldırmaq yolunda tək mübarizə aparmalı oluruq. Halbuki səbəbkar deyilik, ancaq əziyyətin biz çəkirik nə yazıq ki. Yaşaya biləcəyimiz düzgün həyat tərzini yaşaya, kifayət qədər xoşbəxt ola, əldə edə biləcəyimiz uğurları aldığımız travmalar nəticəsində tam şəkildə edə bilmir, bəzən isə buna lazım olduğundan daha çox zaman sərf edirik. Ən acınacaqlısı isə bir qismimizin bundan heç xəbəri belə olmur bir ömür boyu. Həm özümüzə, həm ətramıza yetəri qədər ziyan vururuq. "İnsanlar bilmədikləri şeylərin düşmənləridir." İmam Əli - Nəhcül-bəlağə
0 notes
sadayrehimli · 2 years ago
Text
Bir müddət əvvəl bir qadınla qızların hicab geyinməsi haqqında bir neçə kəlmə danışdıq. Söhbət əsnasında qadın dedi ki, qızların əksəriyyəti hicab taxmaq istəyir, lakin ərə getdikdən sonra. Çox qəribə hisslər keçirdim. Bu mənə görə çox ürəkağrıdan cümlədir. Ancaq təəssüf ki, bunu gündəlik həyatda da müşahidə edirəm. Görəsən niyə Azərbaycan xanımı, qızı bu səviyyəyə düşdü? Onun dəyərinin bədəninin gözəlliyini göstməkdə olduğu qənaətinə gəldi? Niyə bizim əksəriyyət qızlar elmdən, ağıldan, təhlil etmək, nəticə çıxarmaq qabiliyyətindən kənardır və sadəcə ər haqqında düşünürlər? Onların sevgi dilənçisi olması həqiqətən çox acı bir görüntü yaradırmırmı?. Axı atalar niyə öz qızlarına lazım olan sevgini vermir, mənəvi dəyərləri aşılamırlar ki, onlar evdə görmədikləri sevgini kiminsə qoynunda axtarmasınlar? Niyə bu qızlar kimlərinsə istismar obyektinə çevrilməlidir? Görəsən onların beyninlərinə "Çılpaqlıq müasirlikdir." düşüncəsini kim salıb? Görəsən bu qədər qızın öz paklığını itirməsinə, bəzilərinin intihar etməsinə, bəzilərinin isə kişilər üçün asan və artıq xərcsiz həzz vasitəsinə çevrilməsinə kimlər şərait yaradıb? Kimlər özlərinə oxşatmaq istəyirlər bu qızları? Axı onların Xurşidbanu Natəvan kimi örnək götürə biləcəkləri bir xanım var idi. Kiminsə bədəninin iyrənc hissəsini görmək mənə xoş deyil. Ancaq bundanda xoş olmayanı bu qızların dəstə-dəstə hər iki dünyada cəhənnəmi yaşamalarıdır.
0 notes
sadayrehimli · 2 years ago
Text
Çox xoşlayıram bunu; Hansısa bir kitabı oxuduqda önəmli bilib altından xətt çəkdiyim cümlələrin olduğu səhifənin kənarında bir də həmin tarixi, saatı, əgər əlamətdar gündürsə, onu qeyd etməyi. İçimdə bir duyğu deyir ki, nə vaxtsa bir gün mən dünyada olmayanda övladlarım, nəvələrim, əgər bunlar olmayacaqsa, qohum və dost-tanışlarımdan kimlərsə o kitablara sahiblənib onları mütaliə edərkən həmin qeydləri gördükdə qəribə və onlara daha əvvəl tanış olmayan hisslər yaşayacaq, ruhumla ünsiyyət quracaqlar. Və bəlkə də bu, hər ikimizin anılmağa, kiminləsə ünsiyyət qurmağa ən çox ehtiyacımız olan anlara təsadüf edəcək.
1 note · View note
sadayrehimli · 2 years ago
Text
Əsas olan onun xoşbəxtliyidir, onun öz sevdiyinə qovuşmasıdır, nəinki sənin. O gülür, sevinir, qayğısız yaşayırsa, sənin şad və yaxud qəmgin, ona qovuşmuş ya ondan ayrı olmağının nə önəmi var? Əgər onu doğurandan sevirsənsə, onun xoşbəxtliyi, sıxıntı və kədərdən uzaqlığı sənin qəlbinin rahatlığı üçün kifayətdir.
0 notes
sadayrehimli · 2 years ago
Text
Kimsə səndə başqalarında çox az rast gəlinən gözəl bir xüsusiyyətini kəşf edib buna görə sənə qayğı, sevgi göstərirsə, bil ki sənin qədər o insanda dəyərlidir. O sənə diqqət edib və sənin nə qədər dəyərli və özəl olduğunu anlayıb. Buna görə sən də onun qədrini bil. Boşuna deməyiblər; "Zər qədrini zərgər bilər". Əgər o da başqaları kimi olsaydı, sənin fərqinə vara bilməz, sənin dəyərini dərk etməzdi. Ona müxtəlif formalarda təşəkkür etməyi unutma.
0 notes
sadayrehimli · 2 years ago
Text
Bu gün insanlar, xüsusilə kişilər üçün güc-qüdrət əldə etmək mühüm məsələdir. Ancaq görəsən əsl güc-qüdrət nədədir? Tarix boyu hansı kişiləri heç bir yol və vasitə ilə yıxa bilməyiblər görəsən? Doğru bir əqidəyə(düşüncə tərzinə) sahib və ona möhkəm bağlı olan kişiləri heç vaxt yıxa bilməyiblər və onlar həqiqətdə heç vaxt məğlub olmayıblar. Əgər, bir kişi doğru əqidəyə sahib olmadan çoxlu var-dövlətə sahib olsa, bunu eyş-işrətə sərf edəcək. Əgər qüdrətə sahib olsa, bunu insanlara zülüm etməyə sərf edəcək. Əgər yaraşığa sahib olsa, bunu həyatındakı qadınların sayını artırmağa sərf edəcək. Əgər yüksək ali savada sahib olsa, bunu zalımlara xidmətə sərf edəcək. Ancaq güclü əqidəyə sahib olan bir kişi bu səhv addımları atmır. O pulunu, qüdrətini, savadını, harda, necə istifadə etməyi çox gözəl bilir və aram, inamlı addımlarla hər gün özünü inkişaf etdirib dürüst, doğru bir şəkildə öz hədəfinə doğru irəliləyir. Onun bu yolda şəhid olmağı və yaxud ömrünün sona çatması məğlubiyyətinə səbəb olmur. Bu halda belə o özündən sonra bir yol qoymuş və Allahdan böyük bir mükafat almış olur.
0 notes
sadayrehimli · 2 years ago
Text
Əgər bir cəmiyyətdə xarici dil, fərdi inkişaf, kitab və mənəvi dəyərlərin təbliğatı ilə məşğul olan bir xanımın 10-15 ən yaxşı və nadir halda 50 min, ancaq üzr istəyirəm lüt-üryan şəkilləri və həyat tərzi ilə əxlaqsızlığı təbliğ edən heç bir yüksək dəyərə sahib olmayan "xanımın" 100, 200, 300 min izləyicisi varsa, bu o cəmiyyətin yalnız qadınlarının deyil, ilkin olaraq kişilərinin dəyərlərinin aşağı düşməsindən xəbər verir. Peyğəmbər(s) buyurur ki: "Siz pak, iffətli olun ki, qadınlarınız da pak və iffətli olsunlar."¹ Əgər kişilər pak, elm, mənəviyyat arxasıyca olsa, onlar belə ucuz qadınlara meyl etməyi öz şərəf və ləyaqətinə sıxışdırmasa, bu hal get-gedə aradan qalxar. Onlar özlərini alçaltmaz və kişilərin diqqətini cəlb etmək üçün belə ucuz, iyrənc yollara əl atmazlar.
1.Nəcul-fəsahə, hədis-1089
0 notes
sadayrehimli · 2 years ago
Text
Bir-bir soruşsaq, heç bir qadın həyat yoldaşının başqa qadınlara və yaxud başqa qadınların həyat yoldaşına baxmasına razı olmaz. Ancaq nədənsə bu qadınlar evdə baxımsız olduqları halda cəmiyyətə çıxarkən başqa kişilərin diqqətini cəlb edəcək şəkildə geyinir və makiyaj edirlər. Məgər çöldəkilər evdəkindən daha çox hörmətə layiqdirlər? Allahın hicabı niyə vacib etdiyini anlamaq heç də çətin deyil, əgər nəfsinə hakim olsan.
0 notes
sadayrehimli · 2 years ago
Text
"Sevgili" gənclər: Öz həyatımızdı necə, hansı tərzdə münasibət qurarıq özümüz bilərik. Heç kim bizə əxlaq dərsi keçməsin. Burda anormal heçnə yoxdur.
Quran'i Kərim: Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! (17:32)
1 note · View note
sadayrehimli · 3 years ago
Text
Kiminsə Allahı qəbul etməməsi bu anlama gəlmir ki, o Allahı söyə bilər və yaxud söyməlidir. Hansısa bir şəxsə psixoloji cəhətdən təzyiq etmək üçün onun inancını, dinini, Allahını təhqir etmək insanlığa sığmaz. Dininiz yoxdursa, heç olmasa kişiliyiniz olsun, şərəfiniz olsun. Düşmənçilik edəndə namərd kimi mübarizə aparmayın.
0 notes
sadayrehimli · 3 years ago
Text
Əgər Allah söyülür və biz buna səssiz qalır, heç bir şəkildə etiraz etmiriksə, özümüzə sual verək görək bizim həqiqətən Allaha inancımız var? Biz həqiqətən müsəlmanıq? Vicdanımız, dini qeyrətimiz necə rahat olur?
0 notes
sadayrehimli · 3 years ago
Text
Bağışlayan və mehriban Allahın adı ilə.
Hicab qadağasına etiraz etdiyi üçün şərlənərək həbs olunan ilahiyyatçı Taleh Bağırzadə polis idarələrində Allahın təhqir olunmasına etiraz olaraq həmin şəxslərin cəzalanması üçün günlərdir aclıq aksiyası keçirir. Əlaqədar orqanların nümayəndələri qeyd edirlər ki, bu yalandır. Heç bir polis idarəsində Allah təhqir olunmayıb. Azərbaycanda hər bir dini inanc sahibinə hörmət olunur. Əgər hər şey onlar iddia etdiyi kimidirsə(halbuki belə deyil), onda niyə illərdir heç bir qanun olmadan şəxsiyyət vəsiqəsində xanımlara hicabla şəkil çəkdirməyə icazə verilmir? Bir halda ki, hicab islam dininin vaciblərindəndir. Əgər bunu inkar edirlərsə, onlar bir növ Allahın kitabını, Allahın özünü inkar edirlər. Allah özünü inkar edən əlbəttə onu təhqir də edər. İnanclı, Allaha ibadət edən şəxslərin əlamətlərindən biri onların yalan danışmamasıdır. Bu səbəbdən biz deyə bilmərik ki, Allahın təhqir olunmasını iddia edən şəxslər kiməsə böhtan atır və yalan deyirlər. Ancaq dindarların yalan dediyini iddia edən hakimiyyət orqanlarında Allaha ibadətdən bir əlamət görmədiyimiz üçün onların yalan dediyini, üstəlik möminlərə böhtan atdıqlarını və daha pisi Allahı təhqir etdiklərini söyləyə bilərik. Çünki bundan əlavə də indiyə qədər biz onların bir çox ədalətsiz, Allahsız əməllərinin şahidi olmuşuq. Hacı Taleh və onunla birlikdə bu mübarizəyə qalxan hər kəs haqlı və qalibdir. Bunu hakimiyyət orqanları da bilir. Gərək onlar gec olmadan tarixdən ibrət alalar. Nəmrudun, Fironun, Yezidin və digər zalımların başına gələn əhvalatlardan dərs götürələr ki, möminlərlə mübarizə aparan hər kəs nə qədər güc, qüdrət sahibi olsa da gec-tez məğlub olub. Hacı Talehin də dediyi kimi; Siz bizi öldürə bilərsiniz, ancaq bunu bilin ki siz özünüzdə öləcəksiniz. Ümid edirik gec olmadan hakimiyyət tezliklə bu problemi həll edər və Allahı təhqir edən şəxsləri ədalətli şəkildə cəzalandırar. Ki nəticədə sonluq bəlkə onlar üçün xeyirli olar.
0 notes