Text
Təbiət özüdə boşalır,dolur,
Bəzən çiçəkli yaz,bəzən qış olur.
Vədəsiz açılan,vədəsiz solur,
Kədərli anlarım,açıb yelkəni,
Gəzir Qarabağı,gəzir Göyçəni.
Taniya bilmirəm özüm,özümü,
Sönən ocağımı,sönən közümü.
Son məqamda,necə yumum gözümü?
Kaş bircə görəydim,ay Ağdam səni,
Xacını,Qarqarı,Uzundərəni.
Məcnun mən özüməm,Vətənim Leyli,
Dəyişməz könlümün istəyi,meyli.
Demə,köçkün Kərəm köçdü gileyli,
Çəkə yüz sınağa,bu rüzgar məni,
Unuda bilərmi sevən sevəni.
Kərəm Ağdamlı...🖋️
29 notes
·
View notes
Text
Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar, bir qadına sahib olan adam hər qadını özünə heyran buraxar... ©
25 notes
·
View notes
Text
Deməli işğal altında olan torpaqlarımız alınmağa başlıyandan bəri əsl Bakılılar qalıb bir qıraqda bu nəslin-nəcabətin araşdırsan rayonlu olan bəzi Bakı sakinləri Qarabağlılarla Bakı davası edir mən başa düşə bilmirəm Qarabağlılar gəlmədirsə siz nəsiniz? Göbələk zadsız bəyəm? Hələ bir erməni sifət gədə deyir ki, "razı oldular olmadılar zorla hamısı yerləşdiriləcək Qarabağa" Ə kişisən kişi kimi də davran arvad kimi camaata az paxıllıq elə kimlər ki, şəhərciklərdən ev sahibidir ya hansısa yataqxanada qalır onları bəli bir müddətdən sonra yer-yurd edib yerləşdirə bilərlər yoxsa hansısa ev almağa imkanı olan bir Məcburi-köçkünü kim zorla aparıb Qarabağda yerləşdirə bilər ki?
Ta əzələdən bizim dərdimizi çəkmək nədənsə ev yiyəsinə yox həmişə qonşunun payına düşüb.
37 notes
·
View notes
Text
Elə bil taxtı tacı yerlə yeksan olan şaham. Ey mənim səltənətim,dövləti varım hardasan?
37 notes
·
View notes
Text
Ən çox da yadlar bir yana amma yaxınlarımın ad günümdə və yaxud hansısa bayramda internetdən hazır təbriklərdən götürüb atmaqlarını başa düşə bilmirəm.
Heç kim pis başa düşməsin amma mən şəxsən o təbriki, təbrik kimi qəbul etmirəm.Bir cümlə ilə ad günün mübarək ya bayramın mübarək yazmaq bu qədər çətin bir işdir ki? Kim inciyirsə incisin bu sözümdən amma mənim xoş günümdə 2 kəlmə sözü ard-arda qoşub ürəyindən gələn sözü demiyən adamın mən normalda mənimlə deyib güldüyü zamandakı səmimiyyətinə inanmıram buna görə də nə qədər yaxınım olursa olsun həmin adamla səmimiyyətimi zamanla sözlərlə yox smliklərlə ifadə edib, hər dəfə yazanda həmin adamı sözün əsl mənasında başımdan edirəm.
73 notes
·
View notes
Text
Nə deyim ki, sənə? Nə desəm az qalar sənin mənə etdiklərinin qarşısında.Sığmaz cümlələrə hiss etdiklərim. Sözlər bəs etməz, içimdə sənə demək istəyibdə deyə bilmədiklərimə.
60 notes
·
View notes
Text
Sizi öz canından da çox sevən insanları itirmək üçün əlinizdən gələn hər şeyi sonuna qədər edirsiniz sonra da 2-ci şans istəyirsiniz.
1-ci şansın vaxtında qədrin bilmək lazım idi.
88 notes
·
View notes
Text
Ateistlər hər sözlərində Allahı inkar edib, öz-özümüzdən yarandığımızı iddia edirlər amma bir tərəfdən də Allaha qarşı söyüşlər, ələ salmalar və xəstə insanları misal gətirərək bizi yaradanı günahlandırmağa çalışırlar həm Allahın yox oluşunu sübut etmək istəyirlər həm də onu günahlandırırlar əgər yox olduğuna inanırsınızsa niyə qarşı çıxırsınız var olduğuna inanmadığınız bir şeyə?
66 notes
·
View notes
Text
Ən bədbəxt insan o insandır ki, hər zaman Allahın ona verdiklərini görməzdən gəlib bir az artığını verdiyi insanlarla özünü müqayisə edib həyatdan gileylənib naşükürlük edən insandır.
Xoşbəxtlik nədənsə insana görə dəyişir mən bədbin insanları, durmadan həyatdan gileylənən insanları başa düşə bilmirəm bir insanın canı sağlamdırsa hər hansı bir xəstəliklə mübarizə aparmırsa niyə axı o insan həyatdan gileylənsin? Amma xəstəliyi olan insanlar çox şükür bu günümə deyərkən boş şeylərə görə bir çoxları həyatdan narazıdır insan gərək Allahın ona verdikləri ilə qane olub şükür etməyi bacara əks halda xoşbəxtlikdən bixəbər boş bir ömürə bərabər sayılar o insanın həyatı.
67 notes
·
View notes
Text
Çox sevdiyim, ancaq tərcümə etsəm gözəlliyini itirəcəyini düşündüyüm bir yazını sizinlə paylaşmaq istəyirəm.
Tanıştığınız herkes, hakkında hiçbir şey bilmediğiniz bir savaş veriyor.
91 notes
·
View notes
Text
Sevdiyiniz insan tərəfindən sevilsəniz ondan nəyə görə məcburda olsa vazkeçərdiniz? 🙁
69 notes
·
View notes
Text
Kim ki, deyire kişi olsaydınız torpaqlarınızı ermənilərə verməsəydiniz, ay nəbilim qeyrətiniz olsaydı indi ana-bacılarınızın başına erməni oyun açmazdı deyə mən də üzümü tuturam hamınıza deyirəm çünki hamınız eyni bezin qırağısınız.Qarabağda müharibə gedən zaman atanız kişi olsaydı ananızın tumanının altında gizlənmək əvəzinə döyüşə getsəydi, demirəm erməninin qabağında can qoyardı ən azından əlinə silah alıb ermənilərin qabağına çıxsaydı indi bəlkə də Qarabağda ermənilər at oynatmazdı.Bunu da bilin ki, Qarabağda əlinə silah alıb düşmən qarşısında duran qadınlarımızın bircəciyinin qanında olan qeyrət sizin qanınızda olsaydı indi bu düşüncələrə sahib olmazdınız.
Bu ölkənin sərhədləri daxilindəki hər yer, hər bir qarış, hər bir Azərbaycan vətəndaşının vətənidir və Vətəni qorumaq hər birimizin borcudur.Vətən bölgələrə bölünərək təyin edilməz!
65 notes
·
View notes
Text
Başqalarına göstərdiyin həssaslığın çox yox 1 faizini münasibətimizə göstərsəydin indi hər şey başqa cürə olardı.
66 notes
·
View notes
Text
Tutaq ki, sən evlisən, arvadını sevirsən, lakin başqa bir qadına məftun olmusan.Bağışla, mən bunu qətiyyən anlamıram.Bu, ona oxşayar ki, burada doyunca yedikdən sonra çörək dükanın yanından geçəndə də əl atıb çörək oğurlayırsan.
Lev Tolstoy - Anna Karenina
116 notes
·
View notes
Text
Özünə hörmət edən insan xəyanət etməz
Mənə elə gəlir ki, xəyanət etmək nə kişidən asılıdır nə qadından. Tamamilə xarakter məsələsidir.Nədə ki, qarşı tərəfə edilmiş bir hörmətsizlik deyil. İnsan var ki, özünə hörmət edir, belə bir hərəkəti, kimisə aldatmağı özünə sığışdırmır 1 insanla həyatına dəvam edir, insan da var ki, belə bir şeyi artıq vərdiş halına çevirib və bu onun üçün artıq çox normal bir haldır.
70 notes
·
View notes
Text
İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır. Çünki Onsuz kim yeyə, kim kef çəkə bilər? Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
Vaiz 2.24-26
"Müqəddəs kitabdan "
57 notes
·
View notes