#bloqqer
Explore tagged Tumblr posts
shahinelected · 1 year ago
Text
🇦🇿 Dünyanın düz olduğunun dəlillərindən biri daha!
🇷🇺 Ещё одно доказательство, что земля плоская!
🇹🇷 Dünyanın düz olduğuna dair kanıtlardan biri daha!
#shahinelected #düzdünya #düzdünyaderneği #düzdünyagerçeği #плоскаяземля #наука #космос #космонавтика #космоснаш #kosmos #kosmik #kosmika #kosmikdalğa #fəlsəfə #fəlsəfəçilər #filosof #filozof #felsefe #felsefi #felsefidüşünce #felsefikdüşünceler #fəlsəfi #философия #философияжизни #философ #филосовскиемысли #филосовствую #elm #elmi #bilim
0 notes
anar-abasow · 11 months ago
Text
Bloqqer tayfasından tut bloqqer olmayan müğənnisinə şairinə qədər hansının stroy’sini açırsan Trendyol linki. Dəhşətli mənzərədi. Qələmdən tut stəkana, makyaj məhsulundan tut tualet kağızına qədər hər şey trendyol linki. Yemək yeyir trendyol link, çay içir trendyol linki, görüşə gedir trendyol link, tualetə gedir trendyol link, ağzın açıb danışır - nəfəs alır trendyol linki, uçan milçəyə qədər trendyol linki. Biz yadplanetliyik? Başqa yerlərdənik? Biz bilmirik trendyol nədi, orada nə var nə yoxdu? Brend geyinir amma reklamı 3-5 manatlıq keyfiyyətsiz məhsuldu. Necə də qəribə ironiyadı. Bəlkə də geyindiyi geyim brend yox Sədərəkdən alınan A class fake məhsuldu. Keyfiyyətsiz məhsulları reklam etmək nə vaxtdan keyfiyyətli iş hesab olunur?! Əvvəllər keyfiyyətli işlər pul qazadırırdı, indi səviyyəsizlik pul qazandırır. Unfollow’dan keçib, yığasan hamısını bir qrupa, qruppavoy blok edəsən.
12 notes · View notes
yesmilletinsesiinfo · 3 years ago
Photo
Tumblr media
#İntihar edən qız polkovnikin nəvəsidir: Bloqqer imiş gönderdi
0 notes
metbuat · 2 years ago
Text
Mark Zukerberq insan olduğunu sübut etdi: su içdi - VİDEO
Mark Zukerberq insan olduğunu sübut etdi: su içdi – VİDEO
“Meta” şirkətinin rəhbəri Mark Zukerberq qeyri-insani mənşəyi ilə bağlı memlərdən xəbərdar olduğunu bildirib. Zukerberq robot olmadığını sübut etmək üçün bir stəkan su içib. İş adamı bunu bloqqer və idman aparıcısı Co Roqanın “The Joe Rogan Experience” adlı podkastının efirində edib. “Sənin su içməyindən xoşum gəlmir. Məsələn, sən ABŞ Senatındakı dinləmələrdə su içəndə bu, robotun içməsinə…
Tumblr media
View On WordPress
0 notes
feedlineworld · 5 years ago
Photo
Tumblr media
(со страницы Azərbaycanlı bloqqer sərvətini nümayiş etdirdi - VİDEO)
0 notes
harbiyiyorumofficial · 5 years ago
Link
Tumblr media
Azerbaycan Ziyaretimiz Report Haber Sitesinde http://bit.ly/2MNA1xC
Azerbaycan Ziyaretimiz Report Haber Sitesinde
Geçtiğimiz günlerde yaptığımız Azerbaycan ziyaretimiz sonrasında haber siteleri Report'ta bize de yer verdikleri için teşekkür ediyoruz. "Türkiyənin tanınmış bloqqeri Saleh Seçkin Sevinc Azərbaycanın müxtəlif bölgələrinə səyahət edərək məqalələr dərc edib.  "Report" xəbər verir ki, tanınmış bloqqer bu günlərdə Azərbaycana səfəri …
0 notes
harbiyiyorum-tmblr · 5 years ago
Link
Tumblr media
Azerbaycan Ziyaretimiz Report Haber Sitesinde http://bit.ly/2XJ5SAd
Azerbaycan Ziyaretimiz Report Haber Sitesinde
Geçtiğimiz günlerde yaptığımız Azerbaycan ziyaretimiz sonrasında haber siteleri Report'ta bize de yer verdikleri için teşekkür ediyoruz. "Türkiyənin tanınmış bloqqeri Saleh Seçkin Sevinc Azərbaycanın müxtəlif bölgələrinə səyahət edərək məqalələr dərc edib.  "Report" xəbər verir ki, tanınmış bloqqer bu günlərdə Azərbaycana səfəri …
0 notes
jafarmammad · 8 years ago
Note
İnternetin harasından? Konkret adres verə bilərsən?
Tam olaraq bir adres yoxdur. Çünki əvvəl saytda bloqqer olduğum zaman olan məlumatlar da var və tərcümə olunmuş yazılar da var ki, bunların hər birini öz hard diskimdə saxlayıram. Tək məlumat deyil şəkil, musiqi və bir çox şeylər var.
7 notes · View notes
gunelfarkhad · 7 years ago
Text
Cebhe.info ilə əməkdaşlıq çərçivəsində...
Cebhe.info ilə əməkdaşlıq çərçivəsində…
Üzümüz niyə gülmür?
Bloqqer Günel Fərhadqızı bildirib ki, bəlkə də insanlar istək və məqsədlərinə nail ola bilməmələri, neqativ düşüncə və insanlarla əhatə olunmaları, içlərində gizlətdikləri etirazlarını başqalarının üstünə püskürməklə rahatlıq tapacağı düşüncəsində olduqları üçün narahatdırlar:“İnsanlarda nə özlərinə, nə bu gün, nə də sabahlarına əminlik var. Xoşbəxt, rahat olmaq üçün içdə…
View On WordPress
0 notes
euroasianews · 7 years ago
Text
Avropaya sıgınmış müxalifətçilərin Azərbaycandakı qohumları incidilir
Avropaya sıgınmış müxalifətçilərin Azərbaycandakı qohumları incidilir
Fransada yaşayan mühacir, ictimai fəal Məhəmməd Mirzəli də Göyçayda yaşayan ailəsinə dəfələrlə təzyiqlər olunduğunu deyir “Kommunist Diktator V.I.Stalin deyirdi , ata oğulun əməlinə görə məsuliyyət daşımır” Fevralın 18-də Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın bacıları Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıblar. Polislər bloqqerin fəaliyyətinə son…
View On WordPress
0 notes
listeliyi · 8 years ago
Link
via “Hökumət jurnalistləri həbsdə çürüdür” – Mehman Hüseynovla bağlı toplantı oldu http://ift.tt/eA8V8J Bloqqer Mehman Hüseynovun müdafiəsinə daha iki vəkil qoşulub – Nemət K��rimli və Yalçın İmanov. Bloqqerin həbsi ilə bağlı martın 4-də keçirilən ictimai müzakirələrdə bu haqda məlumat verilib. Nemət Kərimli bloqqerin həbsinin hüquqi tərəfləri haqda danışarkən bildirib ki, Mehmanın məhkum edildiyi CM-nin 147-ci maddəsində bilə-bilə yalan məlumat verməklə böhtan atmaqdan söhbət gedir. Mehman Hüseynovun işgəncəyə məruz qalması haqda təkcə özü danışmayıb, bununla əlaqədar araşdırma aparılması üçün məhkəmə də prokurorluğa müraciət edib: “Burada bilə-bilə yalan danışıb böhtan atmaqdan söhbət gedə bilməz”. CM-nin 147.2-ci maddəsində iki ildək islah işləri və ya üç ilədək həbs nəzərdə tutulduğunu, Mehman Hüseynovun sanksiyanın yuxarı həddində cəzalandırıldığını deyən vəkil hesab edir ki, bu da siyasi hakimiyyətin bloqqerə olan münasibətinin göstəricisidi: “Sanksiyanın yuxarı həddində cəza veriləndə hakim bunu əsaslandırmalıdı. Amma Mehmanla bağlı qərarda bu əsaslandırma yoxdur. Vəkil çıxışa hazırlaşmaq üçün vaxt istəyir, formal olaraq, onu da vermirlər. Bütün bunlar göstərir ki, Mehmanı nə olursa olsun, həbs eləməkdə israrlı olublar”. Bloqqerin işgəncə iddiası ilə bağlı artıq rəy hazırdır Araşdırmaçı jurnalist Xədicə İsmayılova deyib ki, Mehman Hüseynovun həbsi gözlənilən idi. Amma belə tələsik baş verməsi gözlənilməz oldu. Xədicə İsmayılova bildirib ki, Mehman Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı ekspert rəyi də var: “İstanbul protokoluna əsasən, Mehman Hüseynovun müstəqil müayinəsi aparılıb. Rəy də hazırdır. Məhkəməyə də təqdim olunacaq. Ola bilsin ki, yerli məhkəmələr bu rəyi qəbul eləməsin, amma Avropa Məhkəməsi mütləq qəbul edəcək”. “Vətəndaş cəmiyyəti birgə bəyanat versin” Mehman Hüseynovun qardaşı Emin Hüseynov müzakirələrə telefonla qatılıb. “Azərbaycan reallıqlarını nəzərə alaraq, Mehmanın həbsi bizim üçün gözlənilməz olmadı. Mehmanı Elmar Hüseynovun qətlinin 12-ci ildönümündən bir gün sonra həbs elədilər. Sanki göstərmək istəyirlər ki, biz artıq öldürmürük, həbs eləyirik. İndi jurnalistləri həbsxanalarda çürüdürlər”, – Emin Hüseynov belə deyib. O, məlumat verib ki, martın 8-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün toplantısı olacaq və Azərbaycanın bu quruma üzvlüyü məsələsi müzakirə olunacaq: “Dörd gün öncə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun İdarə Heyəti Azərbaycanın üzvlüyü ilə bağlı yekdilliklə qərar çıxarıb. Qərarı təqdim eləmişik. Bu gün aldığım xəbərə görə, RATİ-ni Mehman Hüseynovun təmsilçiliyi ilə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Milli Platformasına tam hüquqlu üzv qəbul ediblər. Bu gün Platformanın toplantısında Mehman çıxış eləməli idi. Bunu Azərbaycan hökuməti də bilirdi”. Qeyd edək ki, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumlarından kredit ala bilməsi üçün MSŞT-yə üzvlük çox əhəmiyyətlidir. Bu qurum ölkədə vətəndaş cəmiyyətinə qarşı basqılar, repressiyalarla əlaqədar Azərbaycan hökumətinə vaxt verib. Vəziyyət düzəlməsə, Azərbaycanın bu quruma üzvlüyü dayandırıla bilər. Emin Hüseynov vətəndaş cəmiyyətinin həm hökumətə, həm də beynəlxalq ictimaiyyətə çağırış ifadə edən birgə bəyanatla çıxış etməsini təklif edib. O həmçinin Mehman Hüseynovun video-bloqqer kimi gördüyü işlərin davam etdirilməsinin zəruri olduğunu vurğulayıb. Müzakirələrdə Müsavatın keçmiş və indiki başqanları – İsa Qəmbər və Arif Hacılı Müdafiə Komitəsinin yaradılmasını təklif edib. Amma müzakirə iştirakçıları bunun effektiv olacağı məsələsində yekdil fikrə gəlməyib. Emin Hüseynov da ailələrinin və RATİ-nin mövqeyi öyrənilmədən komitənin yaradılmasına etiraz edib. İctimai fəal Nicat İbrahim gəncləri bir gün əvvəl təcridxanada saçları qırxılan Mehman Hüseynova dəstək məqsədilə saçlarını qırxmağa dəvət edib: “Şəxsən mən bu addımı atacam”.
0 notes
shahinelected · 1 year ago
Text
Tumblr media
Oxuyub bitirdiyim növbəti kitab, Vladimir Bartolun qələmindən olan "ƏLAMUT" adlı tarixi roman oldu.
Kitab olduqca maraqlı, axıcı, cəlbedici, həyəcanlı idi. Kitabda Həsən ibn Sabbah adlı fars əsilli bir Filosofun, ƏLAMUT adlı işğal edilməsi mümkün olmayan qalanı, dəlisov planlar ilə işğal etməsindən və orada fədailər (indiki adı ilə "assasinlər" və ya "qatillər") ordusu yığaraq, Türk və Ərəb imperiyalarını çökdürməsindən bəhs edir. Həsən Sabbah özünü Peyğəmbər kimi təqdim edir və iddia edir ki, "Allah Cənnətin açarlarını mənə vermişdir!". Hər kəs onu Seyyiduna deyə çağırır. O isə, Əlamətun arxasında bağçaları Cənnət kimi bəzəyib, oraya cariyə Qadınları toplayır və onlara əmr edilir ki, özlərini Huri kimi təqdim etsinlər, əks halda ölüm cəzası alacaqlar! Fədailəri isə, Hind çiçəyindən (çətənəsindən) hazırlanan tabletkalar (həşşaş) ilə uyudub, gizlicə o bağçalara apartdırırdı 1 günlük. Buna görə, onlara "Həşşaşilər" (bir növ Narkomanlar adına uyğun gəlir) deyilməyə başlanır. Bu prosesi yaşayan hər kəs, həqiqətən Cənnətə düşdüyünü zənn edərək, həşşaşın da təsiri altında, öz canını fəda edir və ya Padşahları öldürürlər! Həsən Sabbahın əsas məqsədi, dini uydurma nağıllar və rəvayətlər ilə, Fars Hakimiyyətini qüdrətli etmək və dünyanı Farsların idarə etməsi idi. O buna qismən nail oldu.
Bu əsəri oxuduqca, özümü sanki orada imişəmmiş kimi hiss edirdim və həyəcanlanırdım və oxumağı dayandırmaq istəmirdim.
Bu kitabın hər bir cərəyan edən hadisəsi, mənə İranın bu günkü fəaliyyəti, dini nağıl və rəvayətlər uydurmaq, İmamları Fars siyasətinə alət etmək, Şiəlik adı altında, İran Fars siyasəti yürütmək və s. xatırladır.
Halbuki, Həsən Sabbah da, İranı Əlamutdan idarə edirdi. Onun, Dostu Ömər Xəyyam ilə birlikdə kəşf etdiyi "Heç nə həqiqət deyil, hər şeyə icazə var!" fəlsəfi ideologiyası ilə, o, ağlasığmaz, dəlisov planlar qururdu. Həsən yetkin yaşında, Muhəmmədin Peyğəmbər olmadığını, özünü Peyğəmbər kimi tanıtdığını və onun yolunda savaşanlara Cənnəti vəd etdiyini, dinin yalan olduğunu, Quranın İnsanlar tərəfindən yazıldığını öyrənir. Bu öyrəndiyi acı həqiqətlər, onun həyatında köklü dəyişikliklər edir!
#shahinelected #iran #hasansabbah #hassansabbah #fars #farsi #kitab
1 note · View note
shahinelected · 1 year ago
Text
🇦🇿 Səni Yaradandan, Sahibindən, Hökmdarından başqa, heç bir kimsə üçün özünü dəyişmə! Çünki, onlar buna layiq deyillər! Çünki, onlar sənin dəyərini bilməyəcəklər!
🇷🇺 Не меняй себя ни для кого, кроме своего Творца, Хозяина, Правителя! Потому что, они этого не заслуживают! Потому что, они не будут знать твои ценности!
🇹🇷 Yaratıcın, Sahibin, Hükümdarın dışında kimse için kendini değiştirme! Çünkü, onlar bunu hak etmiyor! Çünkü, onlar senin değerini bilmeyecekler!
#shahinelected #dəyər #deyer #değer #degerleregitimi #değerlendirme #değerli #değerlim #dəyərlisözlər #dəyərlim #dəyərli #ценности #ценность #ценностижизни #ценностьжизни #ценностьсебя #ценисебя #ценисвоевремя #ценисвоюжизнь #nankör #nankörinsanlar #nankörlük #şəxsiyyət #kişilik #kişiliktesti #xarakter #karakter #karakterli #karaktersiz #характер
1 note · View note
shahinelected · 1 year ago
Text
🇦🇿 Mənə "Şahin, sən lap uşaq kimisəne. Bir az böyü də!" deyənlərə qapaq olsun bu video! Bax buna görə də, mən böyümək istəmirəm!
🇹🇷 Bana "Şahin, sen bir çocuk gibisin. Biraz büyüsene?!" diyenlere kapak olsun bu video! İşte bu yüzden de, ben büyümek istemiyorum!
#shahinelected #insan #insanlık #insanlar #çocuk #cocuk #cocuk #çocukgelişimi #usaq #uşaq #usaqalemi #usaqlar #uşaqlar #uşaqaləmi #sevgi #heyvanlarinicsesi #heyvan #heyvanlar #heyvanlaralemi #müəllim #müəllimlər #müəllimə #eleştirmek #müzakirə #blog #blogger #bloger #blogcu #blogyazarı #blogyazısı
1 note · View note
shahinelected · 1 year ago
Text
Tumblr media
Diogen adlı qədim Yunan Filosofu, tarixdəki çılğınlığı ilə yadda qalmışdır!
Böyük İsgəndər belə, onun önündə əyilmək məcburiyyətində qalmışdır!
Ona "İt" deyən birinə, "Əgər mən bir itəm isə, buna təəccüblənməməlisən?!" deyərək, adamın ayağına işədi.
İctimai yerdə masturbasiya edərkən, ələ keçən zaman, "Kaşki qarnımı belə ovuşdurarkən, aclığım da keçsə!" demişdir.
Bir fahişə Qadının Oğlu topluma daş atan zaman, ona "Diqqətli ol Oğlum, atanın canına zərər verə bilərsən!" deyərək, onu məsxərəyə qoymuşdur.
İnsanları ələsalmağı sevən bu Filosof, hədəfi tutdura bilməyən bir ox atan görəndə, hədəfin önünə oturaraq, "Budur, dünyanın ən təhlükəsiz yerini tapdım!" dedi.
Böyük İsgəndər ona, "Sənin üçün edə biləcəyim bir şey varmı?" deyə soruşduğu zaman, cavabında, "Bəli! Yolumdan çəkil, günəş işığının qarşısını tutursan!" deyərək, onu acıladı.
Böyük İsgəndər o qədər təsirləndi ki, Dostlarına, "Əgər İsgəndər olmasa idim, onun kimi olmaq istərdim!" demişdir.
#shahinelected #fəlsəfə #fəlsəfəçilər #filosofia #filosof #felsefe #felsefekulübü #felsefegram #felsefenotları #felsefegünlüğü #felsefekitapları #felsefesozleri #felsefetaşı #felsefem #çılgın #cilgin #dəli #dəliyazar #yunan #diogen #mizah #prikol #prikollar #zarafat #zarafatyana #blog #blogger #bloger #bloq #bloqqer
0 notes
shahinelected · 1 year ago
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Düşünən və öyüd-nəsihət qəbul edənlər üçün, dərin mənaları olan şəkillər! Düşüncələrinizi şərhdə bizimlə paylaşın...
#shahinelected #blog #blogger #bloger #bloq #bloqer #bloqqer #fəlsəfə #fəlsəfəçilər #filosofia #filosof #hikmətlisözlər #hikmətlisöz #hikmetlisözler #hikmetli #hikmetlisozler #hikmetlisöz #mənalı #mənalısözlər #mənalisözlər #mənalıstatuslar #mənalısözler #dəyərli #dəyərlisözlər #düşündürücü #dusundurucu #düşündürücüsözler #nəsihət #tövsiyəedirəm #tövsiyə
2 notes · View notes