#həyatın mənası
Explore tagged Tumblr posts
Text
Bir adam: “Həyatın mənası nədir görəsən?” - deyə, elə hey düşünərmiş. Bir gün qərar verir ki, nə qədər uzaq məsafə qət etsə də bu sualının cavabını tapmalıdır çox kəndlər, şəhərlər gəzir. Bir kənddə ona deyirlər ki, qarşıdakı dağın arxasında bir müdrik qoca yaşayır. Sənin sualına cavab versə-versə, o verə bilər. Adam yolu əlinə alıb qocanın yanına yollanır sualını ona verir. Müdrik adam deyir: “Bir şərtim var, əgər sən bunun öhtəsindən gəlsən mən sənin sualına cavab verərəm”. Müdrik bir qaşığın içinə zeytun yağı töküb: “Bununla o bağda gəz, amma elə et ki, sən qayıdanda qaşıqdakı yağdan bir damla da azalmasın adam gedib bağı gəzib gələr və qaşıqda zeytun yağı olduğu kimi qalar. Müdrik deyər: “Bağ xoşuna gəldimi?” Adam deyər: “Qaşığa elə diqqətlə baxırdım ki, bağa baxa bilmədim müdrik gülüb deyər ki, indi yenə qaşıqla bağı gəz, amma elə elə ki, bağı görə biləsən. Adam bağa baxır valeh olur. Lakin qayıdanda qaşıq tam boş olar. Qoca deyər: “Bax həyat da belədir. Həyat sənin baxışında məna qazanar. Ya sadəcə bir nöqtəyə baxarsan həyat axıb gedər, sən fərqinə varmarsan, ya da görə biləcəyin gözəlliklərin ortasında həyatı yaşayarsan, axıb gedən zamanın məna qazanar. Həyatın mənası sənin baxışında gizlidir”.
22 notes
·
View notes
Text
Yoldaş olduğun suallar, getdiyin yoldan daha önəmlidir; çünki həyatın əsl mənası, verdiyin cavablarda gizlidir.
26 notes
·
View notes
Text
"Sevgisiz həyatın mənası yoxdur. Ancaq onunla yaşamaq da çətindir."
61 notes
·
View notes
Text
Keçmişdə çox dinlədiyimiz bir musiqini yenidən eşitdikdə keçirdiyimiz hislər kimidir həyatı yaşamaq.Dəfələrlə biz fərqində olmadan bənzər duyğuları hiss edirik bunun səbəbini bəzən başa düşür bəsən isə təəccüblənirik.Bəlkə də həyatın mənası elə bundan ibarətdir.Hiss etmək,duyğularla yaşamaq.Sadəcə musiqilərin deyil,insanların,hadisələrin,hətta adi bir ətirin belə öz duyğusu var.Və ən gözəli də odur ki duyğular hər insanda fərqlidir.Bir musiqinin mənə hiss etdirdikləri ilə bir başqa şəxsə hiss etdirdiyi duyğular tamam fərqlidir.Həyata rəng qatan da məhz elə duyğulardır.Bəzən keçmişə götürən,bəzən isə gələcəyə ümidləndirən duyğular.
11 notes
·
View notes
Text
Həmin gecə yaşlı adam yanımda oturmuşdu. Mən pivə içirdim, o isə viski kokteyli sifariş vermişdi. “Dərd” sözünü o qədər təkrarlamışdım ki, mənası özünü itirmişdi, yalnız bir səs olaraq qalırdı. Sanki dərd bir insanın üzərinə qoyulan, amma heç vaxt həqiqətən anlaya bilmədiyi bir yükdür. Dərd – həyatın özüdür. İnsan dərdlə doğulur, onunla nəfəs alır, onunla böyüyür. Amma dərd həqiqətən nədən ibarətdir? O, bir hissdir, yoxsa bir xatirə? Məncə, dərd bir insanın öz içində yaratdığı və özündən başqa heç kimin paylaşmadığı bir yalandır. Amma mən bu yalanı yaşamağa davam edirəm.
Mənim dərdim bitməz ki. Çünki dərd bir hal deyil, bir varlıqdır. Onu saymaq olmaz, o, nə başlanğıcı, nə də sonu olan bir boşluqdur. Mənim dərdim yalnız bədənimin aclığı deyil, ruhumun doymayan əzabıdır. Ac qala bilərəm, amma dərdim yemək deyil, dərdim tox ola-ola boşluğun çarəsizliyini hiss etməkdir. Mənim dərdim geyindiyimlə deyil, geyinə bilmədiklərimlədir. Geyinə bilmədiklərim də deyil, o paltarların altında həmişə çılpaq qalan mənim özümlədir. Mənim dərdim içimdə həmişə üşüyən bir hissdir – heç vaxt istilməyən, heç vaxt tamamlanmayan bir boşluq.
Mənim dərdim ölkəm deyil, ölkəmin sükutudur. İnsanların danışmağa qorxduğu, amma içində boğulduğu səslərdir. Mənim dərdim televiziyalarda parlayan saxta dünyadır – yalançı xoşbəxtliklərin, parıltılı maskaların ekranıdır. Hər yerdə zorakılıq, qətl, ağrı. Mənim dərdim coğrafiya deyil, dünya deyil. Mənim dərdim insanın öz içində itirdiyi dünyadır. Biz torpağı zəhərlədik, suları çirkləndirdik, havanı öldürdük. Amma ən çox özümüzü çirkləndirdik. Mənim dərdim insanın öz əlləri ilə yaratdığı fəlakətdir – həm özünü məhv edən, həm də onu yaradan paradoks.
Mənim dərdim tək mənim deyil. İnsanların içində böyütdüyü, amma heç vaxt qəbul etmədiyi bir kölgədir. Biz dərdimizi boynumuza almadıqca, o bizi ağırlaşdırır. Mən deyirəm ki, dərdim, qanadlan və uç. Amma dərd təkcə uçub getmir. O, kölgə kimi ardınca gəlir, nəfəsin kimi içində qalır. Mənim dərdim, bəlkə də, heç bir insanın başa düşməyəcəyi bir axtarışdır. Çünki mənim dərdim insanın öz varlığını anlamamaq qorxusudur. Bu qorxu bizi dağıdır, bizi özü-özümüzdən qoparır.
Mənim dərdim həqiqət axtarışıdır. Həqiqət isə insana rahatlıq deyil, yanan bir od gətirir. Mənim dərdim yalnız dərd deyil, mənim dərdim insanlıqdır – onun ən gözəl və ən fəlakətli yaratdığı şey. Bu dərd, mənim bir hissəmdir. Ondan qurtulmaq mənim varlığımdan qurtulmaqdır. Və bəlkə də, insan həqiqətən ancaq öz dərdi ilə yaşayır
Dərd… dərd… dərd…
Bu sözləri içimdə deyirdim ki, birdən yanımdakı dayday yadıma düşdü. Geri döndüm ona:
– Dayday, hələ də danışmağımı istəyirsən?
– Hə, sən danış, mən dinləyəcəyəm.
- Mən çox varlı, imkanlı və dövlətli ailədə doğulmuşam. Bilmirəm, bəlkə də bu, mənim qanımdadır. Qanımda var ki, yenə pul qazanım. Kiməsə boyun əyməyim və həmişə dik gəzim. Pul hər şeyi həll edirmi həyatda? Pul? Pul əl çirkidir? Pul əl çirkidir deyənlərin artıq əlləri çürüyüb. Pulla xoşbəxtliyi almaq belə mümkündür. Nə isə, qayıdaq mənim dərdimə...
– Dayan, gənc adam, pulla necə xoşbəxtlik alırsan?
– Danışacağam, səbrli ol. Dediyim kimi, mən varlı ailədə doğulmuşam. Təbii ki, nəsə məndə fərqli bir şeylərin olduğunu sezirdim içimdə. Çünki bacım-qardaşım həmişə rahat yola qaçanda, mən elə etməmişəm. Atam sadəcə bir sürücü olsa da, bir deputatdan çox qazanırdı. Amma günlərcə evdə görmürdük onu, xaricdə olurdu. Xülasə, mən atamdan və ya anamdan pul istəməyə həmişə utanırdım, çəkinirdim. Onu da qeyd edim ki, atam çox əzazil biri idi. Necə ki, Ağa Məhəmməd Şah Qacar, elə də mənim atam. Bir gün dərsə gedəndə məktəbin yanındakı çayxananı gördüm. "Ofisiant axtarılır" elanı vardı. Mən isə balaca uşaq idim, 11-12 yaşım olardı, ya olmazdı. Orada işləməyə başladım.
– Bəs bu qədər deyirsən, imkanlısınız, falan. Niyə işləyirdin? Atan elə biri idisə, nə yaxşı icazə verirdi?
– Mən pul almağa utanırdım və atam-anam bilmirdi. Bir gün anam öyrəndi. Təbii ki, mənimlə bacara bilməyəcəyini bildiyi üçün susdu. Amma atam bilsəydi, evdə dava olacaqdı. Ona görə də atam evdə olan vaxtlar işdən icazə alırdım, evdə olurdum.
– Pivə sifariş verirəm, içirsən?
– Çox sağ ol.
-Oktyabr ayları idi. Möhkəm yağış yağırdı. Mən işdən çıxmışdım, qaça-qaça evə gedirdim. Yağışın suyu bizim tam təmirli hamamımızın duşuna oxşamırdı. Hər damcı iliyimə qədər işləyirdi. Külək az qala yıxırdı məni. Təbii ki, oktyabr ayı idi – payızın ən gözəl vaxtları. Gündüzlər sanki bir cənnət idi. Ağaclardakı hər yarpağa günəş şüası bir rəng bəxş edirdi. Həmişəyaşıl ağaclar saralmış, qızarmış ağaclara istehza ilə baxırdı. Gecəsi isə tam başqa bir aləm idi. Şairlərin soyuq Sibirdə təsvir etdikləri bir mənzərəni andırırdı. Evə gəlib çatanda atam evdə idi.
– Evdən qovdular səni? – deyə soruşdu.
-Yox, əşi… Atam evdə idi və mən yalan danışmağı bacarmırdım. Ümumiyyətlə, millətimin heç bir nurüzlü körpəsi yalan danışa bilmir. Ta ki, sistemin əlinə düşənə kimi.
– Haradan gəlirsən?
-Eee… şey...
– Dedim sənə, haradan gəlirsən?
-Ata, bir iş...
– İş? Çıx bayıra! Mən buna görə əlləşim, vuruşum, sən isə işlə?! Çıx, rədd ol bayıra! (Arxadan səs gəlir: "Arağımı gətir!")
Çıxdım balkona. Ayaqqabılarım yay üçün idi, içi su idi. Aclıq hissi isə sanki öz barmaqlarımı yeməyə məcbur edirdi. Soyuq və aclıq insanın bir-birinə düşmən olduğu anları yaşadır. Həyatda ən sadə şeylərdən biri olan isti bir tikə yemək bəzən insan üçün nə qədər əlçatmaz olur! Mənim də o anda tək arzularımdan biri idi. Elə bu vaxt əmim qızı məni səslədi:
– Gəl, bir şey ye.
Mən gedə bilməzdim. Qorxurdum. Əmim qızının evdə olması isə sanki bir xilas idi mənim üçün. Yaxınlaşdı, isti yemək gətirdi. Yeməyin qoxusunu bütün damarlarımla hiss edirdim. Atam isə qışqırdı:
– Ya sən onunla balkonda qalacaqsan, ya da o küçəyə gedəcək!
Bu vəziyyəti qəbul edə bilməzdim. Yeməyi qaytardım və küçəyə çıxdım. Yağış sanki mənimlə müharibəyə başlamışdı. Ayaqlarım donurdu, yağış isə qəlbimdəki acıları yuyurmuş kimi gəlirdi. Soyuq və aclıq birləşib sanki məni təslim olmağa çağırırdı. Amma mən dözürdüm. O an düşündüm: müharibə zamanı insanlar bu iki düşmənlə necə mübarizə aparıb?
Birdən uzaqdan bir qaraltı yaxınlaşdı. Soyuqdan titrəyə-titrəyə qorxmağa da başlamışdım. Gecə saat birdə bu kim ola bilərdi? Cin? Şeytan? Qaraltı yaxınlaşdıqca qəlbim daha sürətlə döyünürdü. Səsimi çıxara bilmirdim.
– Bəs o qaraltı nə idi?
-Qaraltı... O mənim qonşum Turqut idi, məndən üç yaş böyük. Dükana gedirdi. Yanıma yaxınlaşıb soruşdu:
– Ala, burda nöş dayanmısan, bu soyuqda?
Soyuqdan titrəyərək cavab verdim:
-Heç, evdə çox isti idi, çıxdım bir az hava alım. Bilirsən də, peçə xod verirlər, dözülməz olur.
Sanki nəfəsimin qoxusunu hiss etdi. Dedi:
– Dükana gedirəm, nəsə istəyirsən alım?
Mən, özümü sındırmamaq üçün, heç nə istəmədim. O isə gedib yarım saat sonra qayıtdı. Üst-başı islanmışdı, saçlarını əli ilə gözlərindən çəkərək soruşdu:
– Gəlirsənsə, gedək bizə, həm mən də darıxıram.
-Yox, bir azdan evə keçərəm.
– Yaxşı, gecən xeyrə.
-Xeyrə qarşı.
O, yola düşdü, mən isə hələ də qapıda dayanmışdım. Necə uzun dayanacağımı bilmirdim. Üşüyürdüm. Onun getdiyi tərəfdən qəfil qışqırıq gəldi. Heç düşünmədən ora qaçdım. Gördüm ki, əlində bir qazan yarpaq dolması, dəsmal və quru paltar tutub:
– Gəlmirsənsə, ikimiz də məscidə gedərik.
Məni birtəhər sürüyüb ora apardı. O gecə məsciddə həyatımın ən rahat yuxusunu yatdım. Elə bil bu yaşıma qədər belə rahatlıq görməmişdim. Amma o gecədən sonra ayaqlarım heç vaxt isinmədi, həmişə üşüdü. Turqut isə o gecə baş verənləri heç vaxt soruşmadı.
– Maraqlı əhvalatdır. Hesabın nədirsə, mən ödəyəcəyəm.
-Çox sağ ol, dayı. Bəlkə sən də danışasan? Gecə üçdə dərdsiz adam gəlməz bura.
– Gələn dəfəyə qalsın.
-İxtiyar sahibi sənsən.
– Amma bir sual: xoşbəxtliyi pulla necə alırsan? Axı bu mümkünsüzdür.
-Dayı, neçə yaşın var?
– Qırx altı.
Başımı yelləyib cavab verdim:
-Sizi nə xoşbəxt edir?
– Ailəm.
-Çox gözəl. Bəs pulu necə qazanırsınız?
– İşləyərək.
-İşləyib nə itirirsiniz?
– Enerji. Yaş. Güc.
-Vaxtı deməyi unutdunuz.
– Hə, doğrudur, vaxt.
Deməli, siz öz enerjinizi, gücünüzü və ən əsası vaxtınızı satıb pul alırsınız, düzdür?
– Tamamilə doğrudur.
-Əgər pulunuz olsaydı, işləməz, vaxtınızı ailənizlə keçirərdiniz və xoşbəxt olardınız, elə deyilmi?
Son sözlərimi deyib stəkandakı içkinin son damlasını da içdim. Artıq saat 6 nı keçmişdi. Bir ağırlıqdan, bir çətinlikdən qurtulmuşdum sanki. 28 May metrosunun yaxınlığında, mayın öz gözəlliyini açan təbiətində idim. Narın yağış, həm incə, həm də sərt, hər şeyə toxunaraq öz həyatını davam etdirirdi. Siqaretimi yandırıb, dərin bir qullab aldım və üzüaşağı Dağüstü Parka doğru addımladım. Günəş, sanki boğulmaq üzrə olan şəhəri qurtarmaq istəyirmiş kimi, göy qurşağını yaratmağa çalışırdı. Dənizə çatdım. Qayalara çırpılan dalğalar, bir tərəfdən həyatın mürəkkəbliyini, digər tərəfdən isə boşluğun sonluğunu göstərirdi. Qağayılar nəğmələrini oxuyarkən, yağış daha da güclənirdi, sanki hər damla mənim içimi oxumağa, mənim varlığımı dərk etməyə çalışırdı. Yağışla bir olmaq, sadəcə bədənimlə əlaqə qurmaq deyil, ruhumla təbiət arasında bir harmoniyanı tapmaqdır. Bu an, var olmanın ən dərin həqiqətini anlamam üçün bir imkan idi. Hər damla bir həyat, hər yağışda bir varlıq tapır, mən də həmin anın içində əriyirdim. Yağışla bir olmaq – bu, insanın təbiətlə sonsuz bir dövrə daxil olmasıdır, orada heç bir sərhəd, heç bir limit yoxdur. Bəlkə də, bu, ən böyük azadlıqdır: özünü təbiətin ritminə buraxmaq, onun sonsuzluğunda sükunət tapmaq.
Yağışla bir olmaq, sanki varlığın ən dərin təzahürünə çatmaqdır – doğrudan da, hər damla içində bir dünya saxlayır. Bəlkə də, bu, təbiətin və insanın təkrarlanan dövranı arasında bir harmoniyanın qurulmasıdır. Yağışın altında sükutla əritdiyim hər bir düşüncə, bir çöküş və ya yüksəliş kimi duyğuların qəlbimdə atdığı hər döyüntü – hamısı bir mövcudluq səyahətidir. Yağış mənim içimi oxuyur, mən isə özümü onda tapıram. Belə bir əlaqə yalnız təbiət və insanın qarşılıqlı gizli anlaşması ilə mümkündür, hər damla bir mürəkkəb, hər damla bir məna daşıyır. Varlığın yükünü yüngülləşdirmək üçün bəzən heç bir sözə ehtiyac yoxdur – sadəcə yağışa qulaq asmaq kifayətdir. Bu anın içində hər şeyin bir səbəbi olduğunu hiss edərsən, amma hər şeydən çox, var olmanın özünü dərk edərsən..
Artıq evə getməli idim..
3 notes
·
View notes
Text
"Əziz atam,
Vəziyyətinizin yaxşı olduğuna ümid edirəm. Uzun müddətdir sizə məktub yazmadığım üçün yəqin ki, məndən incimiş, sizi sevmədiyimi düşünmüsünüz amma elə deyil. Həmişə sizə yazıb dərdləşmək istəmişəm, lakin nə vaxt məktub yazmaq istəsəm öz-özümə nə yazacağıma və aramızdakı boşluğu necə doldura biləcəyimə dair suallar verirəm.
“Vəziyyətim yaxşı, sağlamlığım yerindədir, sizlər necəsiniz və nələr edirsiniz”, diyə yazmağı sevmirəm. Könül istərdi ki, bütün həyatımı, hisslərimi, dərdlərimi və bədbəxtliklərimi sizə yazım, amma bacarmadım, hələ də bacarmıram. Çünki inanc və düşüncələrimizin təməllərinin fərqli şəraitdə, fərqli iki cəmiyyətdə və iki fərqli zamanda atıldığını nəzərə alsaq biz aramızda necə anlaşma mühiti yarada bilərik?
Əgər danışacaq olsam, söyləyəcəklərim bir kitab tutacaq qədər çox olar və deyəcəklərimin sizi incitməsindən qorxuram. Xoşunuza gəlməyəcək amma nə qədər ki bu sözlər ürəyimdədir, mən də rahat ola bilmirəm və sizi görəndə nə gülən, nə də danışan - heç bir mövcudiyyət göstərmədən bir küncə çəkilib büzülən biri oluram. Mənim ən böyük kədərim sizin məni tanımamağınız və tanımaq belə istəməməyinizdir. Hətta bəlkə də siz mənim eşq romanları və rəsimli Tehran dərgisinin hekayələrini oxumaqdan axmaqlaşan və yüngülxasiyyətli bir qadın olduğumu düşünürsünüz. Kaş ki elə olsaydım, bəlkə də elə xoşbəxt ola bilərdim! Belə halda ən kiçik məsuliyətdən, ilərləmək yolunda atılacaq hər addımdan qorxan və ömrünün sonuna qədər işçi qalmaq istəyən ərlə kiçicik bir komada yaşayaraq qaynanasıyla mübahisə edən, qonşu qadınların boş söhbətləriylə, qısacası bərbad şeylərlə kifayətlənən, ipək qurdu kimi öz baramasının içində - qaranlıq və məhdud dünyasında qıvrılıb yaş alan, daha böyük və daha yaxşı bir dünyanı tanımadan həyatını tamamlayan biri olardım. Amma mən bu formada yaşamaram, yaşamazdım da, mənim özümü tanıdıqca üsyankarlığım və dik başlılığım da həyatın bu axmaq yönüylə başladı. Mən böyük olmaq istəyirdim, hələ də istəyirəm, bir gündə dünyaya gəlib ertəsi gün bu dünyadan qalıcı iz buraxmadan gedən milyonlarla insan kimi yaşaya bilmərəm, mən beləyəm, ancaq bu indiyə qədər birinin mənə qarşı çıxmadığı və bitirdiyim şeylərin doğru olduğu mənasına gəlmir. Xeyr! Mən şəxsən həyatımda çox yanıldığımı bilirəm, kim həyatında davranışlarının, əməllərinin və düşündüklərinin bütünlüklə məntiqli və doğru olduğunu deyə bilər ki?
Şair demişkən - “Bu dünyaya iki ömür gərəkli/ ilki təcrübə əldə etmək/ Digəri təcrübəni sərf etmək üçün”. Mən pis qadın deyiləm və əsla ailəmin utanc mövzusu olmasını istəmərəm. Əgər bu yolda gedirəmsə ailəm varlığımla qürur duysun deyə addımlayıram və hələ də eyni düşüncədəyəm, əminəm ki, bir gün hədəfimə çatacam. Heç vaxt və heç bir yerdə ruhən rahatlığı tapa bilmədiyim, ağzımı açıb danışmadığım, özümü sizlərə və başqalarına izah etmədiyim üçün nə edə bilərəm?
Yadımdadır, evdə fəlsəfə kitabları oxuyub ədəbiyyat fakültəsinin fəlsəfə professorlarıyla saatlarla şərq fəlsəfəsi mövzusunda danışanda sizlər cəfəngiyyat saydığınız dərgiləri oxumağımın təsiriylə düşüncəsi pozulmuş axmaq bir qız olduğuma inanırdınız. O vaxtlar içimdə küsürdüm və evdə bu qədər yadlaşdığım üçün gözlərimə dolan yaşları boğmağa çalışırdım, bəlkə də bunun çox da bir mənası yoxdur, ancaq bunun kimi bənzəri minlərlə nüansın hər biri tək başına ruhu və şəxsiyyəti məhv etməyə kifayət edirdi. Əgər danışsam bir çox şeyi söyləməliyəm, ilk öncə sizdən - sevgisiylə özünə yaxınlaşdırıb yol göstərmək əvəzinə kobudluğu ilə özündən ürküdüb bizi tək qoyan, kiçicik beyinlərimizlə həyatın böyük problemlərini həll etməyə sövq edən və bizi bu qədər yanıldan insandan başlamalıyam. Bəzən yadınıza düşdükcə danışmağa ehtiyac duyduğunuz, bizim isə dinləmək istəmədiyimiz vaxtlarda nəsihətlər etdiyinizi xatırlayıram. Ən əsası da, mövcud şəraitdən və vəziyyətimizdən asılı olmayaraq, sizin nəsihətlərinizi dinləyib idrak etmə gücündə olub-olmadığımızı diqqətə almadan (yataqda, yemək masasında, dənizdə boğulmaları oxuyarkən çağırdığınız anda) və heç bir açıqlama etmədən birbaşa nəsihətlərinizə keçirdiniz. Başınız öndə, qaşlarınız mütəmadi olaraq çatılmış vəziyyətdə sanki qorxurdunuz, əgər gözlərimizə baxıb üzümüzə gülsəydiniz və biz sizin sevginizi və emosionallığınızı sezsəydik bu yəqin ki sizin üçün pis olardı, bizi necə qorxudaraq özünüzə tabe etdirə bilərdiniz?!
Sözlərinizi ciddi qəbul etdiyimi xatırlamıram! Sizin mənə hərarətlə nəsihət etdiyiniz vaxtlarda başqa bir yerdə mənim kimi başqa uşaqların da bu cür beyinlərinin doldurulduğuna əminiydim və ertəsi səhər oyananda nəsihətlərinizin birinin belə ağlımda qalmadığını xatırlayıram. Əksinə çox vaxt ruhum günah və peşmançılıq duyğusu içində titrəyərkən yanınıza gəlib sizə nələr etdiyimi danışmaq və mənə nəsihət verməyinizi istəyirdim, amma hər zamankı kimi qorxdum və sizə yadlaşdığımı hiss etdim, niyə belə olmalıydı ki? Bu qədər psixologiyaya aid kitablar oxuyan siz, bunların səbəbini yaxşı bilməli idiniz. Keçmişimi, evinizdə keçən bir ili belə düşünəndə qəlbim qırılır, yaxşısıyla, pisiylə bütün işlərim bir cinayətkarınkı kimi gizli idi. Nəyə görə mənim üçün güvənilməz insan idiniz, nə üçün məni evdən qaçmağa məcbur etdiniz, nə üçün harda olduğunu, nə etdiyini, kiminlə danışdığını belə bilməyən, sanki yuxuda gəzən bir insan kimi idim?
Nə üçün dostlarımı evə gətirib sizinlə tanış edərək onların pis və ya yaxşı olduqları barədə xəbərdar edilməyə cəsarət edə bilmədim? İstər-istəməz səhv edirdim, həm də kifayət qədər çox səhv, amma indi bura niyə gəldim və nə üçün aclığa, dərəbəyliyə və bu qədər bədbəxtliyə dözürəm? Çünki mən evi sevirəm. Səhərdən axşama qədər küçələrdə məqsədsiz şəkildə gəzib onunla-bununla darıxıdırıcı və yorucu söhbətlərə dözmək gəlmir içimdən, lakin evdə özünü tanıya bilməyəcək qədər rahat hiss edən qəribə qadın oluram. İndi bura gəldim, azadam, sizin mənə verməyə qorxduğunuz azadlıq, mən isə sizdən bunu gizlicə əldə etməyə çalışırdım, istər-istəməz səhv edirdim, həqiqət budur ki, siz bu azadlığı əldə etməyim üçün mənə açıq şəkildə kömək edirdiniz.
İndi burdayam amma kim mənim çöldə bir gecə keçirdiyimi deyə bilər ki? Xeyr, mən səhərdən axşama kimi otağımdayam və işləyirəm. Bayırdakı həyatla bir əlaqəm yoxdur. Düşündüyünüzün əksinə mən gəzib tozan bir qadın deyiləm, bəlkə də mən masasında oturub kitab oxumağı, şeir yazmağı və düşünməyi sevən bir qadınam. Soruşursan niyə? Çünki mənə aid olduğunu hiss edirəm, evdə rahat olduğumu hiss edirəm, artıq heç kim mənə nifrət edən və aşağılayan gözlərlə baxmır, artıq kimsə mənə heç bir işdən anlamayan bir uşaq kimi baxmır və mən özüm üçün varlığımı və şəxsiyyətimi qorumağın məsuliyyətini hiss edirəm. Bundan sonra səhv etmək mövzusuna gəldikdə isə, ki səhv etməyim mümkündür, heç vaxt bağışlaya bilmərəm, keçmişi düşünəndə özümü günahkar görmürəm, bəlkə də səhvlərimin səbəbkarı kimi başqalarını görürəm.
Təəssüf ki, hər şeyi danışa bilmirəm. Əgər mənə icazə verib inciməyəcəyinizə dair söz versəydiniz danışacaq çox sözüm olardı, həyatımın ən başından başlamaq, hər anını sizə danışmaq və nə düşünürəmsə sizə yazmaq istəyərdim. Mən həyatımı, bizim haqqımızdakı düşüncələrinizi və tərbiyə üsullarınızı çox düşündüm, amma indi nə edə bilərəm ki? Məndən inciməyinizin daha yaxşı olacağını bilsəm, hər zaman belə susqun dodaqlarla və sevgi axtaran gözlərlə sizə baxıb kədərlənməkdənsə vəziyyətinizi soraqlaşmaqdan özgə tərəfə keçməzdi sözlərim. Bunu bilin ki, mən də digər övladlarınız kimi sizi sevirəm və sizi narahat edəcək bir şey etmək istəmirəm, yenə də ana və ataların övladlarını sevməməsinin mümkün olmadığını bilirəm, bəlkə mənim sizi sevdiyimdən daha çox sevdiniz məni. Mən şəxsən Kamini düşündüyüm zaman kədərdən qışqırıb ağlamaq istəyirəm amma qarşılıqlı anlayış olmayanda hər ikimiz səhvə düşürük.
Münhen şəhərinə gəlməyimdən 10 gün keçir, mən və Əmir burada uzun-uzun sizdən danışdıq, dünən gecə yuxum gəldiyindən sizə məktub yaza bilməyəcəyimi görəndə öz-özümə məktub yazmaq üçün 2 cümlə də yetərli olar deyə düşündüm. Sizə bütün düşüncələrimi yazacağıma dair Əmirə söz verdim, amma bacarmıram, o qədər bədbəxtəm ki, bacarmayacam da. Amma sizin mənim pis insan olmadığımı düşünməyinizi və siz sevdiyimi bilməyinizi istəyirəm. Mən hər zaman vəziyyətinizdən xəbərdaram, əsla dostluğu və sevgini bildirməyən, nəyi varsa ürəyində olan bir insanam. Mənə göndərdiyiniz pul üçün sizə minnətdaram, sizə yük olmaq istəməzdim, son günlərdə vəziyyətim çətinləşib amma 2 ay içində burda işləyəcəm və ondan sonra Tehrana pullu vəziyyətdə geri qayıdar və borcunuzdan keçərəm. Əgər mənə cavab yazsanız çox xoşbəxt olaram, son vaxtlar sıxıntılı və çətin günlərdən keçirəm. Mən əzab, sıxıntı verən düşüncələr və heç vaxt bitməyəcək bir yığın kədərin içində məzarda yatan tənha insan kimiyəm. Hələ də sizi inandıra bilmirəm, amma bəlkə də bir gün mənlimlə razılaşaraq mənə küsməz və digər övladlarınız kimi məni də sevərsiniz..
Sizləri uzaqlardan öpürəm.
Füruğ."
2 fevral 1957-ci il. Münhen
27 notes
·
View notes
Text
Ayrılıq dərindən başlayaraq, həyatın öz əhəmiyyətini bürüyən qaranlıq və bəzən dağınıq bir enerqiyanın yaratdığı bir hisdir. Bu his, ürəyin çatlamağa hazır olduğu, sancılı bir dövranın başlanğıcını bildirir. Həyatın əvəzinə gələn tükənmə, içimizdə hüzünün qaranlığını yaradır və külə dönmüş bir sevgini qoruyan hüzün obrazıyla təsvir olunur.
Bir insanın həyatında kəskin bir dönüş nöqtəsidir. Bu müddət, bir sevgilinin bir-birindən uzaqlaşması, birgə qurduqları dünyanın dağılması deməkdir. Hüzün, təəssüf, və qəza ilə örtülmüş bir vəziyyətdir ki, bizi dərin düşüncələrə gətirir.
Ayrılıq, əvvəlcə insanın özünü itirdiyi bir hissədir, amma nəhayətində özünü tapdığı bir əhəmiyyətli təcrübəyə çevrilir. Bu təcrübə, ürəyimizi zənginləşdirir, bizə güc verir və yaşamağa olan sevgimizi yenidən yaratmağa nail edir. Ayrılıq, həyatın sonsuz təkrarı və dəyişikliklərindən biridir, və onun ardında yeni bir mənası, yeni bir başlanğıcı gizləyir.
Ayrılan insanlar, başqa bir dünya qurmuş kimi hiss edirlər. Həyatlarında boşluq, qəzəb və təəssüf başlayır. Gecələr, sevgilinizlə yaşadığınız anıları xatırlamaq və əksildiyiniz sevgi dünyasında qeybolmağa çevrilir. Belə anlarda, içimiz sızlar, hisslərimiz qarışır və ağlamaq qeyri-müəyyən bir norma kimi təsir edir.
Sevgi hissiyyatının başqa bir hissiyyatla dəyişdiyi və həyatın qayıdışının zorlaşdığı bir müddətdir. Ürəyimiz bir yandan sevgiyə aç qalır, bir tərəfdən isə yaranmış boşluğu doldurmağa cəhdlə dolur. Təsəvvür etmək çətin olduğu bir təkrarlanan mənzərə kimi, həyatımızda bir çox tərəfdaş və həyati münasibətlər çökmüş kimi hiss edir.
Lakin bilməliyik ki, ayrılıq həmişə son deyil. Belə bir dönüşün sonunda, özümüzü tapmağa, öyrənməyə və yenidən inkişaf etməyə başlaya bilərik. Həyat tək bir münasibətlə təyin olunmamışdır. Bütün bu hisslər və dəyişikliklər, bir növbəti başlanğıca gedir. Ayrılıq, bizi çırpınan dalğalardır və bu dalğaların ardında, yenidən qurmaq və bərpa etmək üçün güclü bir qüvvə var.
11 notes
·
View notes
Text
"tez-tez kədərli və mənasız fikirlər mənə qonaq gəlir. mən isə həmişəki kimi onlarda məna tapmağa çalışıram. tək onlarda yox, özümlə baş verənlərdə, ətrafımda, həyatımda axtarıram bu mənanı... nəyə görə həyatın mənasını axtarasan? bəlkə, həyatın mənası bu cür monoton yaşamaqdadır:səhər tezdən durub işə gedəsən,yorğun halda evə gəlib yıxılıb yatasan. gəlib gəlmədiyin kimə maraqlıdır guya?! səhər də hər şeyə təzədən başlayasan..."
Bu şəhərdə kimsə yoxdur-Rövşən Abdullaoğlu
29 notes
·
View notes
Text
Yanında bir nəfərin olmadıqdan sonra bu həyatın mənası nədi? Ya da bütün günü işləməyin adı, özünə həyat qurmağın adı nədi? Bir şey ki, əvvəl axır hər şeyin olduqdan sonra onu o bir nəfərinlə bölüşə bilmirsən. Əgər təklik həyatımın bir parçası olacaqsa ömrümün sonuna qədər, həyatımın sonu olsunu seçərdim.
9 notes
·
View notes
Text
Həyatın dərslərindən nəticə çıxarmayan adam düz yolla gedə bilməz. Bax, budur əsas məqam. Bir də ki, nəticə vaxtında çıxarılmalıdır. Əgər söhbət ömürdən gedirsə, ömrün heç bir anı təkrarlanmır. Hər anın öz qiyməti, öz məzmunu və öz mənası var. Ömür təkrarlanmır.
27 notes
·
View notes
Text
Həyatın mənası öz dəyərini sənin baxışınla qazanır. Ya həmişə bir nöqtəyə baxarsan, həyatın su kimi axıb gedər, heç nəyin fərqində belə olmazsan. Ya da baxdığın nöqtənin ətrafını da görərsən, həmin gözəllikləri seçib həyatın mənasını dərk edərsən, axıb gedən zamanın da bir məna qazanar.
38 notes
·
View notes
Text
Biz nə qədər mərhəmətli və vicdanlıyıq?
Həyatımızda qarşılaşdığımız hər bir canlının bir məqsədi və bir haqqı var. Kiçikdən böyüyə qədər, hər bir varlıq, öz mövcudluğu ilə dünyaya dəyər qatır. Ancaq çox zaman, xüsusilə də gündəlik həyatın təlaşında, bu kiçik varlıqları görməməzlikdən gəlirik. Məsələn, bir qarışqanı incitmək, nə qədər önəmsiz və yüngül bir hərəkət kimi görünsə də, bu, bizə həyatın incə balansını unutdurur.
Hər bir kiçik varlıq, böyük bir sistemin hissəsidir. Bir qarışqanı əzmək, yalnız həmin anın təsiri ilə kifayətlənmir; o, daxili mərhəmət və vicdanımızı sınağa çəkir. Bəzən insanlar yalnız böyük və güclü varlıqlara qarşı mərhəmət göstərir, ancaq bu, real mərhəmətin nə olduğunu bizə unutdurdur. Həqiqi mərhəmət, bir qarışqanı incitməmək qədər sadə və dərin olmalıdır.
Vicdanımız, yalnız böyük səhvlərlə deyil, kiçik və təmkinli addımlarla da ölçülür. Hər bir həyat, nə qədər kiçik olsa da, dəyərli və qorunmağa layiqdir. Bu məqama gəldikdə, vicdanımızın hüdudlarını daha da genişləndirmək və hər bir canlıya, ən kiçikindən ən böyüyünə qədər hörmətlə yanaşmaq vacibdir.
Bir qarışqanı incitmək, dünyadakı bütün mərhəməti sınağa çəkmək kimidir. Çünki mərhəmət, yalnız böyük və görünən zəhmətlərdə deyil, kiçik, məna dolu hərəkətlərdə gizlidir. Həyatın həqiqi mənası, hər bir varlığa olan münasibətimizdə, ən sadə və ən kiçik anlarda gizlidir.
Biz nə qədər mərhəmətli və vicdanlıyıq? Bu sualın cavabı, sadəcə böyük addımlarda deyil, kiçik və əhəmiyyətsiz görünən anlarda da gizlidir.
18 notes
·
View notes
Text
Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır..
18 notes
·
View notes
Note
sence heyatın menası nedir? niye dünyaya gelmişik? yeyib-içib bir iki meqsedimize çatdıqdan sonra ölmek üçün? heqiqeten çox maraqlı gelir mene. en mentiqli cavabı da senin vere bileceyini düşündüm çünki qurduğun cümleler de eledi
həyatın mənası ona biçdiyimiz dəyərdən aslıdır. bu fikir də standart deyil, yaşanılan şəraitə əsasən insanların hər birində fərqli formalaşa bilir. kimisi elə şeylər yaşayıb ki, onun özlüyündə artıq həyat bütün mənasını itirib, və bəlkə də çoxdan ölümü seçib. ölüm də qurtuluş deyil. insanın enerjidən ibarət olduğu kainatda sadəcə "5 günlük dünyadır" deyə adlandırdığı yaşamdam qaçması Yaradıcını ələ salmaqla bərabər, ona verilən şüurdan heç minumum qədər istifadə etmədiyinin göstəricisidir. həyatın mənasını deyil də, gəliş məqsədimizin arayışına çıxsaq tək bir yolda kəsişəcəyik: ali varlıq adına layiq olmaq..
10 notes
·
View notes
Text
Dövrün ən böyük xəstəliyi,uğur üzərinə qurulmuş bir həyat istəyidir. Həyatın mənası uğur üzərində deyil,azadlıqdadır. Sadəcə uğur üçün yaşayan insanlar,kölə ruhludurlar,azad ola bilməzlər..
Rousseau
1 note
·
View note
Text
Sənsizlik
Sevgilim hardasan?
Gözü yollardasan
Kim bilər hardasan?
Kimin yanındasan?
Həyatım dumanlı
Sevgisiz maraqlı
Sənsizlik ağırdı
Çarə yoxdu buna
Bilirsən ki səni nə qədər sevmişəm
Neçə günlərimi sənə həsr etmişəm
Həyatın ən çətin anında sən oldun
Səndə yarıda qoyub duman oldun
Həyatın ən çətin anın mən görəndə
Sənsizliyin mən dəyərin biləndə
Sən başqa yerlərdə gəzirdin elə
Mən səni görməyə belə gələndə
Həyatın çətinliyin mən görəndə
Sənsizliyə boyun əyib güləndə
Sən yenə onun yanında gəzəndə
Mən sahildə səni düşünüb gəzərdim
Dərdlərimi heç kimədə deməzdim
Bir şar alıb uçurtmağı sevərdim
Ağaclarla danışmağı seçərdim
Qar adamı düzəldibdə gülərdim
Sənsizliyə çarə tapa bilmədim
Gözlərim gözlərin ilə görüşdü
Daş ürəyim səni görəndə dəyişdi
Əllərimin titrəyişi başladı
Gecə gündüz bir birinə qarışdı
Yuxu dərmanı içibdə yatırdım
Gecələri yatan yerdə ayıldım
Pəncərədən yağışada baxırdım
Səssizliyin ortasında dayandım
Dəftərimin xatirə səhifəsinə
Yazmışam adını çiçəklər ilə
Kitab oxumağına sən sevirdin
Divanda oturub söhbət edərdin
Telefonla mənə zənglər edərdin
Mesajlara baxmayanda küsərdin
Sevgimizi bitirməyi seçərdin
Hər sözümə güvənməyə bilərdin
"Dəyərlisən,qiymətlisən"deyərdin
Bir sözümə tərk ediblər gedərdin
"Səni sevirəm"deyə bilərdin
Həyat çətin olub bu yaşımacan
Nə ana nə ata sevgisi gördüm
Səni ən yaxınımda görə bildim
İnandım sənə qəlbimi verdim mən
İncidib,qıracağını bilmirdim
Kaş yanımda ola idin indidə
Yanımda dolaşıb deyərdin yenə
"Leylayla Məcnun"kimiyik biz elə
Ayla Günəş kimi olduq indidə
Güzgüyə hər baxanda sən deyərdin
"Gözəlliyin güzgüdədi"deyərdin
Təbəssümlə üzünə baxanda mən
"Həyatımın mənasısan"deyərdin
İndi hara getdi o xatirələr?
O xoşbəxt,gözəl sevimli günlərim
Hara itdi xəyal oldu sevincim?
Gözlə görülməz oldu həyat incim
Şəkillərə gecə vaxtı baxardım
Səni düşünüb gecələri ağlardım
Qələmlə sənə məktublar yazardım
Səhərləri məktubları cırardım
Son məktubu cırandada yatardım
Ağ vərəqi qara ilə boyardım
Sənin üçün bıçaq ilə cızardım
İndidə gedirəm uzun yuxuya
İlk gecəm olacaq ki yatacam mən
Qapını açar ilə açanda sən
Mən qaranlıqda olacam bəlkədə
Dərin yuxular görəcəm indidən
Sağ ol mənim həyatımın mənası
Sağ ol mənim səssizliyimin yası...
0 notes