#mənalı sözlər
Explore tagged Tumblr posts
shahinelected · 9 months ago
Text
Tumblr media
3 notes · View notes
yagubov · 1 year ago
Text
Bəlkə də mən böyük mənalı sözlər kəsb edən cümlələr qura bilmərəm, bəlkə də mən sənə hər şeyin ən yaxşısını verə bilmərəm ya da nə bilim istədiyin nəyisə ama bilki atdığım hər addımımda səni fikirləşərək edirəm ki, səni incidəcək bir şey etməyim ANA..
Hər şeyin ən yaxşısını sənə vermək üçün vuruşuram. Bu yolda uduzmamağımın yeganə səbəbkarı sənin həyatımda var olmağındı. Səndən sonra nece olacağım isə sual altındadır. O günü görmək mənə nəsib olmasın..bu mənim üçün ən böyük qalibiyyətdir.
35 notes · View notes
xanlarli2 · 2 years ago
Text
Deyirəm xoş sözlər necə gözəl təsir edir insana illər keçsə belə.Arada yada düşəndə gülümsədir.Məsələn bir dəfə çox ürəkdən güldüyüm bir hadisə yaşanmışdı.Gülərək anamın yanına gedib olanları ona da danışmaq istədim.Mənə dedi gülmək sənə nə qəşəng yaraşır.Gözəl görünürsən,həmişə belə gül.Anamdan eşitdiyim ən xoş sözlərdən biri idi.Başqa bir vaxt da atam toydan gəlmişdi.Axşam vaxtı idi.Test işləyirdim.Oturdu yanıma.Dedi sən mənim hərşeyimsən.Səni çox istəyirəm qızım.Sonra qucaqlaşdıq.Necə duyğulanmışdım onda.Bunları yazarkən belə o duyğuları yenidən yaşamış kimi oldum.Çox istədiklərimin mənə ' yaxşı ki,varsan ' deməkləri,qardaşımın bir anda mənə sarılması,saçlarımdan öpməsi,nənəmin məni tərifləməsi.Hamısı o qədər dəyərlidir mənə.1 kəlmə sözün,1 hərəkətin nə qədər önəmli və mənalı olduğunu bir daha xatırladır mənə.
#içimdən_gələnlər
6 notes · View notes
maraqlimelumatlar · 3 months ago
Text
Sevgi – hər gün vurulmaqdı eyni qadına! – Aqşin Yenisey
Mənalı Sözlər
1 note · View note
qnproduction · 1 year ago
Video
Orxan Lökbatanlıdan qızıl sözlər / Mənalı şeirlər / Sonadək dinləməyə də...
0 notes
odosworld · 4 years ago
Text
birdə bu həyat da öyrəndiklərimdən biri də o oldu ki, ailə travmaları unudulmur. Uşaq vaxtı gördüyümüz nalayiq sözlər, bağırtılar, qohumların söz söhbəti, bir birilərini anlamadan, uşaqlara fikir verməyib qışqıran varlıqlar, bir otaq da uşaqların yatıb yatmamasına fikir vermədən cinsi əlaqə də olub, özlərindən savayı digər insanların, evdəkilərin rahatlığını pozan İnsanlar, daha sonra uşağlarına uşaq vaxtı onlara edilən rəftarın və qadağaların öz övladları üzərində etmələri, daha sonra övladlarından bezmiş , erkən yaşda, onları tanımadıqları lap üstəlik ki bu qohum əqrabadır və bu yenə də düzgün bir qərar hesab olunmur. Bunlar bitməmiş kimi, yəni yetməmiş kimi uşaqlarına, biz sənə indi ona görə baxırıq ki səndə bizə gələcək də baxasan. Və övlad xəstələnir, geyimə ehtiyac duyur, hazırlığa, yaxud hər hansı nəyəsə ehtiyac duyur və bütün dərdlərini övlada qusur ki, bəs mən təkcə bunu etmirəm, mən çatdıra bilmirəm, mən "yetim" hansını edim, çatdırım axı. Mans niyə də? Yəni ümumiyyətlə çatdıra bilmirdinsə, ölkə və ümumi olaraq dünyaya normal psixologiyaya sahib və düzgün bir övlad verə bilməyəcəksənsə niyə bu işə qarışırsan? Niyə qohumlara görə, "lazımsız boş danışan varlıqlara görə" uşaq dünyaya gətirirsən? Məcburdu mu? Bu lənət olası həyatı bir özünüz anlayın, dərk edin, sonra övlad sahibi olmaq barədə bir növ fikirlərə düşün. Gənclər intihar edir. Oke. Səbəb? Valideynlər ağlamağınız çox mənalı gəlmir mənə bir halda ki bu intiharın çox faiz səbəbi sizlər olursunuz. Ümid edirəm Tanrı sizə məsləhətli cəzalar verəcək. Və intihar edən şəxslərin yeri "cəhənnəm" olmamalı məncə. Və bəlkə də elə ora deyil yerləri.)
12.02.21.
#Baku
42 notes · View notes
psixologiyaze · 4 years ago
Text
1. Ucuz maşın işlət, amma ala biləcəyin ən gözəl evi al.
2. Adam kimi 3 lətifə öyrən.
3. Sevinclərini gecikdirmə.
4. Həyat yoldaşını diqqətli seç, çünki xoşbəxtliyin 90%-ni bu seçim müəyyən edir.
5. Hər gün 30 dəqiqə yürüş et.
6. Hər yeməkdən öncə şükür et.
7. Bir dostuna sirrini açmadan öncə 2 dəfə düşün.
8. Maaş qəbzini verən insanları əsla mühakimə etmə.
9. İtirəcək heç bir şeyi olmayan insanlardan qorx.
10. Elə yaşa ki, uşaqların "ədalət" sözünü eşitdikdə ilk səni xatırlasın.
11. Gözünün qarşısında yalnız yaxşı şeyləri saxla.
12. Özünü və başqalarını bağışlamağı bacar.
13. Dininə aid kitabı tam mənası ilə oxuyub anlamaq üçün özünə 1 il zaman ver.
14. İlk yardım qaydalarını öyrən.
15. Biri səni qucaqladığında ilk buraxan sən olma.
16. Hər gün 6 stəkan su iç.
17. Səni sevən insanları qoru.
18. Çətin belə olsa ailənlə tətil etmək üçün zaman ayır. Çünki tətil xatirələri həyatının ən dəyərli xatirələrindən olacaq.
19. Səhayətə çıxsan, cibində sənə aid sağlıq bilgilərini, ev adresini və telefon nömrəni qeyd etdiyin kağız saxla.
20. Uğurları mənəvi rahatlığın, sağlamlığın yerində olduğu və sevildiyin bir zamanda dəyərləndir.
21. Yaxşı bir evliliyin 2 əsas şərti olduğunu unutma: Doğru insanı tapmaq və doğru insan olmaq.
22.Valideynlərini, həyat yoldaşını və uşaqlarını danlamaq istədiyin zaman dilini dişlə.
23. Sevimsiz olmayacaq şəkildə ayrı fikirdə olmağı öyrən.
24. Cəsarətli ol. Geridə qalan həyatına baxdığın zaman etdiklərin üçün yox, etmədiklərin üçün üzüləcəksən.
25. Çox mükəmməl hesab etdiyin fikrin kim nə deyirsə desin, arxasında dur.
26. Kefsiz olduqda bunu çox üzə vurma.
27. Evlilik həyatını mənalı etmək üçün hər gün bir şey et.
28. Necə bir duyğu olduğunu öyrənmək üçün 24 saat heç kəsi və heç nəyi mühakimə etmə.
29. Yaxşılıqla deyilmiş bir sözü və yaxşı əməlləri dəyərləndir.
30. Uşaqların haqqında başqasına yaxşı sözlər söylərkən, imkan yarat onlar səni eşitsin.
31. Güc sahib olduğun maddiyyatla əlaqəli deyil, bunu unutma.
32. Biri ilə tanış olarkən, əlini uzat və adını de, amma bil ki, o, bunu tezliklə unudacaq.
33. Qələm və qeydiyyat dəftərini hər zaman yanında saxla.
34. Zaman və kəlimələrini boş yerə xərcləmə, ikisi də çox dəyərlidir.
35. Media ilə danışarkən, son sözü onların dediyini unutma.
36. İnsanlarla pulun haqqında danışma.
37. Bir şeyi əldə etmək üçün çox zaman sərf etmisənsə, dadını çıxarmaq üçün zaman ayır.
38. Kiminsə qəhrəmanı ol.
39. Nəyi və kimi dəstəklədiyini insanlara söylə.
40. Sadəcə sevdiyin üçün evlən.
📚 H. Jackson Brown "Life’s Little Instruction Book".
52 notes · View notes
thesuleymanl1 · 4 years ago
Text
- utanıram.! Mənasız birinə mənalı sözlər yazanda.
1 note · View note
bilinmeyen-heqiqetler · 2 years ago
Photo
Tumblr media
I Peyğəmbərimiz həyatda ikən hədislərin yazılmasını qadağan etmişdir. Peyğəmbərimizin vəfatından sonra da dörd xəlifə olan Hz. Əbubəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli hədis nəqlinə qarşı çıxmışdır. Eyni zamanda İbni Abbas və Abdullah ibn Məsud adındakı məşhur səhabələr də hədis nəqlinə qarşı çıxmışlar. Hz. Əbubəkrin xəlifəliyi dövrü: Əbubəkir, Peyğəmbərimizin vəfatından sonra xalqı toplamış və onlara belə demişdir: “Sizlər Allahın elçisindən fərqli hədislər nəql edirsiniz. Bu vəziyyətdə sizdən sonrakılar daha böyük anlaşılmazlıqlara düşəcək. Allahın elçisindən heç bir hədis nəql etməyin. Sizdən hədis nəql etmənizi istəyənlərə dəyin ki: Allahın Kitabı aramızda, onun halalını halal qılın, haramını haram görün.” (Zehebi, Tezkiratul Huffaz 1/3; Buxari 1-ci cild) Görüldüyü kimi ilk xəlifə Hz. Əbubəkir, Qurandan kənar başqa bir qaynaq ortaya çıxmaması barədə bunları yazmışdır: “Heç bir hədis nəql etməyin.” Diqqət yetirin “Bu qədər şahid olsa, bu hallar da olsa, doğru hədisi toplayın, yalanı atın, geriyə doğrusu qalsın…” kimi sözlər deməmiş, qəti şəkildə hədis nəql edilməməsini istəmişdir. Hz. Əbubəkir dövründə yaşayanların çoxunun Peyğəmbərimizi görənlər olduğunu və Peyğəmbərimizin bir çox sözünün ən təzə dövrü olduğunu düşünsək, Hz. Əbubəkirin bu mövzudakı rəftarı daha da mənalı olar. Hz. Ömərin xəlifəliyi dövrü Hz. Ömər digər şəhərlərdəki səhabələrə də məktublar yazaraq əllərində yazılı olan hədis məcmuələrini yox etmələrini istədi. (İbni Abdül Berr, Camiul Beyanil Elm) Hədislər, Ömər dövründə çoxalmışdı. Ömər xalqdan əllərində yazılı olan hədis səhifələrini gətirmələrini istədi. Sonra bunların yandırılmasını əmr edərək bunu dedi: “Kitab Əhlinin Mişnası kimi müsəlmanların Mişnasıdır bunlar.” (İbni Sad, Tabakat, 5/140) Hz. Ömər çox ağıllı düşünərək, musəvilərin dinlərini degenerasiya etmələrində, Tövrat xaricində Mişna adlı kitabları dini qaynaq etmələrinin təsirini görmüş və Peyğəmbərə aid edilərək dinin qaynağı halına salınmaq istənən hədislərin, bu Mişnaların funksiyasını qazanacağını anlamışdır. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #səhabə #xəlifə #batil https://www.instagram.com/p/Cf9FFpaM2e2/?igshid=NGJjMDIxMWI=
0 notes
shahinelected · 1 year ago
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Düşünən və öyüd-nəsihət qəbul edənlər üçün, dərin mənaları olan şəkillər! Düşüncələrinizi şərhdə bizimlə paylaşın...
#shahinelected #blog #blogger #bloger #bloq #bloqer #bloqqer #fəlsəfə #fəlsəfəçilər #filosofia #filosof #hikmətlisözlər #hikmətlisöz #hikmetlisözler #hikmetli #hikmetlisozler #hikmetlisöz #mənalı #mənalısözlər #mənalisözlər #mənalıstatuslar #mənalısözler #dəyərli #dəyərlisözlər #düşündürücü #dusundurucu #düşündürücüsözler #nəsihət #tövsiyəedirəm #tövsiyə
2 notes · View notes
yagubov · 3 years ago
Text
İnsanın sözdən anlayan tanışı olanda çox xoşbəxt olur. Nə yaxşı ki, mənim də axır elə bir tanışım oldu. Xoşbəxtəm.
Şeir, qəzəl və ən əsası mənalı sözlər görən kimi ilk atıb paylaşdığım insan @sh3mss -di.
40 notes · View notes
writer77 · 7 years ago
Text
20 yaşlı bir pessimist gəncin intihar məktubu
Salam ey bu məktubu oxuyan insan! Yəqin sən bunu oxuyanda mən sənin yanında olmayacam. Bu məktubu oxuduğun zaman sən mənim dostum olacaqsan – bu məktub bitənə qədər. Çünki sənə bəzi sirrləri verəcəm.
Həyatda heç  dost olmasaq da . . .
Bu yazıda bir anlıq dost olacayıq səninlə . . .
Mən həyatda məni başa düşən, olduğum kimi qəbul edən insana rast gəlməmişəm hələ. Çünki məni başqa cür bilirlər, əsl məni tanımırlar. Ona görə səninlə dərdləşirəm.
Başa düşməyə çalışan olub amma . . .
Nəysə . . . . .
Nöqtələr . . .
O nöqtələrin yerində çox şey ola bilər, amma yazmaqla bitməz.
İnanmassan insanlara necə nifrət edirəm, təsəvvür belə edə bilməssən. Həyatım yalnız ölümümü gözləməklə keçir. Amma mən onun dalınca qaçdıqca o da məndən uzaq qaçmağa çalışır. Bilmirəm niyə?!
Yenə sual . . .
Bezmişəm – bu cavabsız suallardan, mənasız “niyə”lərdən, “kaşki”lərdən, insanlardan,YAŞAMAQDAN, hər şeydən bezmişəm!
Səhər dururam, bütün günü boş və mənasız o tərəf bu tərəfə gedirəm və axşam yatıram. TVdən, radiodan, çevrəmdəkilərin mənasız danışıqlarından iyrənirəm! Hamıdan qaçmaq istəyirəm, tək qalmaq istəyirəm.
Mənə yaxın olmaq, xəstəymişəm kimi kömək əlini uzatmaq isdəyən, mənə yazığı gələn, məni tənhağımdan ayırmağa çalışan hər kəsi öldürmək istəyirəm, onlara olan nifrətimi görmələrini istəyirəm, amma qəlblərini qırmamaqçun onlara qarşı lalam, karam, koram. Onları eşitmirəm, onlarla danışmıram, onları görmürəm. Həyatımda olsalar belə onlar məndə daxilən boşluqdan başqa bir şey deyil.
Bir balaca qaranlıq otaq  istəyirəm. Bütün gün orada yaşamaq, nifrətimi hayqırmaq, kinimi bildirmək, ağlamaq istəyirəm. Bütün hisslərimi bu qaranlıq otaqda tənhalığımla paylaşmaq isdəyirəm. Mən yalnız onunla rahatlıq tapa bilərəm, yalnız onunla dərdləşə bilərəm, məni yalnız o başa düşə bilər. O öz susqunluğuyla məni daha da cəsarətləndirər,hisslərimi dilə gətirməmə yardımçı olar.
Ailəmə,çevrəmdə olan bütün məni sevənlərə nifrət edirəm. Onların məni qəbul etməsi, mənə sevgi göstərməsi,üzümə gülmələri məni dəli edir.
Bu gün yenə bir gün getdi həyatımdan. Mənasız bir gün!
Sonda nə olacaq heçnə bilinmir. Bəlkə də sonumuz çoxdan həll olunub.
Həyat qəribədi.
Yaşamağa səbəb axtarıram tapa bilmirəm, amma ölməyçün o qədər səbəblərim var ki . . .
Heç nəyi görməməklə irəli yox, geri getdiklərini anlamır insanlar.
Sonsuz dəqiqələr bezdirib məni. Yazmağa  söz tapa bilmirəm. Əlimə bir dəftər və bir vərəq alıb bütün vərəqləri  doldurmaq istəyirəm içimdəkilərlə. Amma yazmaqla da yalnız vərəqlərin bitəcəyini yaxşı bilirəm. Həyatın bitməsi də bu vərəqləri doldurmaq qədər asan olardı kaş . . .
Kaş ki, hisslərimizi ifadə edəcək sözlər olsa.
Kaş ki, bu fırlanan dünyanın dayanacağı olardı mənimçün, durardı-dondurardı həyatımı!
Yaşamazdım daha! Səhərim açılmazdı! Amma yoxdur belə dayanacaq! Səhər də açılır, günəş də çıxır , ay da çıxır, gecə də olur! Mən bunlardan məhrum olmaq isdəsəm də onlar məndən əl çəkmək istəmir.
Məktubumun sonudur artıq! Bütün dediklərimi diqqətlə oxudun?!
Məni başa düşdün yəni?!
Heç inanmıram!
Həyatda sənə bunları deyə bilməzdim, çünki məni anlamayacaqdın, üstəlik güləcəkdində…
Necəki indi! Məktubumu oxudun `NƏ GİC İNSANDI BU` dedin içindən! “Bu nə mənasız həyat baxışıdı” deyib oxuduğuna görə ayırdığın vaxtın “boşa keçdiyinə” heyfisləndin.
Bax belə…
Bu mənim həyatımın qısa məktubu idi.
Nə isə…
Əvvəldə salam yazmışdım, indi isə sağol deyirəm. Get mənalı həyatını yaşa! Mənə baş qoşma ! Mənə kömək etməyə çalışma, nifrətimdən başqa heç nə almayacaqsan qarşılığında! Tək burax məni!
Mən qurtuldum artıq bu həyatdan.  Bax indi xoşbəxtəm ! Torpağa qarışmışam. Heç kəsin göz yaşlarına layiq deyiləm. Daha çox nifrət edin, yalandan kövrəlməyin deyə, təsəlli verdim sizə bu məktubla.
Zaten siz həyatınızı boş təsəllilərlə sabahanıza ümid edərək yaşayıb bir də saçınız ağaranda ayılırsınız ki, qocalmısınız.  Ölümdən qorxmağa başlayırsız.  Hər səhər “nə yaxşı ki, bu gün sağam” deyirsiz. Amma mən ölümdən qorxduğumçun yox, onu sevdiyimçün etdim bunu.  Siz dedim, çünki biz də adətdi belə şeylər yalnız bir adama yazılsa da bütün millətə oxunular.
Mən Yalnız bunu istəyirdim, mənasız həyatım bitdi, nəhayət!
Əlvida . . .
12-02-2010.
40 notes · View notes
elmeeraly · 4 years ago
Text
İspanca mənalı sözlər
Tumblr media Tumblr media
0 notes
goyushov · 8 years ago
Text
Bir uzun gecə mesajı.
Salam, necəsən? Indi yəqin yatırsan, kim bilir nə gözəl yatırsan, mışıltını eşitmək belə çox maraqlı olar. istədim yazım sənə, elə vaxtı yazım ki, sən cavab yaza bilməyəsən, elə vaxtı yazım ki, səndən cavab gözləməyim. düzdür, onsuz sabah mən səndən mesajın gəldiyini görmək üçün həvəslə və çox həyəcanla telefona baxacam, əgər gəlibsə də bayaqdan həvəslə o cavabı gözləyən mən nə qədər əlavə iş var məşğul olacam. bilirəm niyə, sənin cavabından qorxacam, amma sonra üz-üzə gələcəm də o həqiqətlə. hə, niyə yazıram sənə, bilirsən ya da bilmirsən sən mənim üçün çox dəyərlisən. heç bilirsənmi mən sənin cavabını necə maraqla gözləyirəm hər dəfə? Bilirsənmi mən sənə bəzi sözlər var ki, heç vaxt göndərə bilmərəm, məsələn “ok” “:)” bu kimi. bilirəm cavab yazmazsan, axı mən kiməm sənin üçün? Onlardan biri, hamıdan digərlərindən biri, kimsə mənə elə yazanda mən də heç cavab yazmıram. amma sən, sən… başqasan sən, tam başqa. bax hava qarlıdır, amma sən varsan, qar dənələrində belə sən varsan. bax o işıldayan qarların arasında mən səni görürəm, gözlərini məsələn. inanmamaqda sərbəstsən. onsuz sən mənə inanmırsan, bax bunu oxuyandan sonra da inanmayacan, amma mənim üçün elə də fərqi yoxdur, mən demişdim sənə “sən tərssənsə mən səndən də tərsəm”. elə deyil bu, mənimki tərslik deyil, mənimki vaz keçməyi gözə ala bilməməkdir. bilirsən nə qədər olub sənə yazmaq istəmişəm ki “özün bilərsən”və ya “heç mənə lazım da deyilsən” filan bu tipli. yox əlbəttə mənə lazımsan, bilmirəm nəyə lazımsan bax bu həyatda, ətrafıma baxıram, amma heç nəyə görə bilmirəm lazım olduğunu, amma qəlbim deyir lazımsan mənə. özümsə yaza bilmərəm sənə elə, yəqin ki heç vaxt yaza bilmərəm, bəzən yazıb sildiyim də olub. olmur o göndər-ə basmaq, ondan sonrakıları düşünürsən.. Şahzadə. sən şahzadə kimisən, bu bir az düz olmadı, şahzadələr qəşəng olur deyə bir qayda yoxdur, amma nə bilim. mələk kimisən, heyrətamizsən. mən nə bilim nəyəm, layiq deyiləm sənə? Belə düşünürsən? bu layiqliyə baxır səncə? Sevmirsən məni. bu ən pis həqiqətdir, bütün həqiqətlər kimi bu da pisdir. ümumiyyətlə pis olan şeylərə həqiqət deyilir. belədir, bu da pisdir və həqiqətdir. Əsəbiləşirəm arada. pis oluram. sən mənə digərləri kimi münasibət göstərəndə lap pis oluram. mən isə səni hamıdan seçirəm axı, ən yüksəkdə görürəm axı, bu ədalətsizlik deyil bəs? Kim nə deyir desin, bax bu tam ədalətsizlikdir, ilahi ədalətsizlik deyirlərsə, ya elə bir şey varsa o məhz budur. Bax bu da dünya, bax bu da gözlərin, bu da qəlbim, elə bil çıxacaq yerindən, gülümsəmən, şeirlərə səbəb olacaq əllərin, dastan gözəllərindən də gözəlsən. romanlardakı gözəlləri təsvir edəndə insan öz gördüyü qızı təsvir edir, mən də səni təsvir edərdim. mənim üçün hər romanının qəhrəmanı sənsən. arada mən də oluram sənin yanında. təsəvvür edə bilirsən heç? Sənlə mən dəniz sahilində hərəkət edirik, mən siqaret çəkirəm, nəsə düşüncəliyəm, sənsə elə qəşəng gülürsən ki, mənə nəsə danışırsan. mənsə sənə qulaq asmıram, fikrim başqa yerdədi, birdən adımla çağırırsan məni, son sözünü soruşursan məndən, "yəqin ki siqareti tərgitməyimdən danışdırdın" deyirəm. gülürsən, dənizin dalğaları ayağımıza dəyir, və külək saçlarınla rəqs edir. bəlkə də bu misralar sənin üçün boşdur, amma qəşəngdir. əsas da budur, qəşəng olsun… həyat da hər şeydə məna axtarmaq nəyə lazımdır ki. həyat onsuz mənasızdır, yəni mənə maraqlı görünən başqasına mənasız görünə bilər, bir çoxuna da mənalı görünən mənə mənasız görünür. əsas odur qəşəng olsun, insana xoşbəxtlik versin. o səhnəni düşünmək belə insanın üzündə gülüşə səbəb olursa, onu yaşamaq insanı dünyadakı ən xoşbəxtliyə, xoşbəxtliyin pik nöqtəsinə, ya da nə bilim elə, xoşbəxtliyə azca da olsa belə toxundura bilirsə, sən xoşbəxtliyin necə deyərlər tamını belə duya bilirsənsə. bax bu heyrətamizdir, bax bu həyatdır, buna görə yaşamağa dəyər. sənə görə, elə səni bir dəfə görməyə görə yaşamağa dəyər. onsuz sənin yanında və ya səni düşünəndə, xəyal edəndə əgər yaşadığın çox və ya az da olsa qəmi unuda bilirsənsə… bax bu sevgidir. məncə belədir. inanmaya bilərsən.
Dekabr, 2011.
127 notes · View notes
fatyatde · 8 years ago
Text
(34 qızıl məsləhət) . 1. Ucuz maşın işlət, amma ala biləcəyin ən gözəl evi al. 2. Adam kimi 3 lətifə öyrən. 3. Sevinclərini gecikdirmə. 4. Həyat yoldaşını diqqətli seç, çünki xoşbəxtliyin 90%-ni bu seçim müəyyən edir. 5. Hər gün 30 dəqiqə yürüş et. 6. Hər yeməkdən öncə şükür et. 7. Bir dostuna sirrini açmadan öncə 2 dəfə düşün. 8. Maaş qəbzini verən insanları əsla mühakimə etmə. 9. İtirəcək heç bir şeyi olmayan insanlardan qorx. 10. Elə yaşa ki, uşaqların "ədalət" sözünü eşitdikdə ilk səni xatırlasın. 11. Gözünün qarşısında yalnız yaxşı şeyləri saxla. 12. Özünü və başqalarını bağışlamağı bacar. 13. Dininə aid kitabı tam mənası ilə oxuyub anlamaq üçün özünə 1 il zaman ver. 14. İlk yardım qaydalarını öyrən. 15. Biri səni qucaqladığında ilk buraxan sən olma. 16. Hər gün 6 stəkan su iç. 17. Səni sevən insanları qoru. 18. Çətin belə olsa ailənlə tətil etmək üçün zaman ayır. Çünki tətil xatirələri həyatının ən dəyərli xatirələrindən olacaq. 19. Səyahətə çıxsan, cibində sənə aid sağlıq bilgilərini, ev adresini və telefon nömrəni qeyd etdiyin kağız saxla. 20. Uğurları mənəvi rahatlığın, sağlamlığın yerində olduğu və sevildiyin bir zamanda dəyərləndir. 21. Yaxşı bir evliliyin 2 əsas şərti olduğunu unutma: Doğru insanı tapmaq və doğru insan olmaq. 22.Valideynlərini, həyat yoldaşını və uşaqlarını danlamaq istədiyin zaman dilini dişlə. 23. Sevimsiz olmayacaq şəkildə ayrı fikirdə olmağı öyrən. 24. Cəsarətli ol. Geridə qalan həyatına baxdığın zaman etdiklərin üçün yox, etmədiklərin üçün üzüləcəksən. 25. Çox mükəmməl hesab etdiyin fikrin kim nə deyirsə desin, arxasında dur. 26. Kefsiz olduqda bunu çox üzə vurma. 27. Evlilik həyatını mənalı etmək üçün hər gün bir şey et. 28. Necə bir duyğu olduğunu öyrənmək üçün 24 saat heç kəsi və heç nəyi mühakimə etmə. 29. Yaxşılıqla deyilmiş bir sözü və yaxşı əməlləri dəyərləndir. 30. Uşaqların haqqında başqasına yaxşı sözlər söylərkən, imkan yarat onlar səni eşitsin. 31. Güc sahib olduğun maddiyyatla əlaqəli deyil, bunu unutma. 32. Bir şeyi əldə etmək üçün çox zaman sərf etmisənsə, dadını çıxarmaq üçün zaman ayır. 33.Zaman və kəlimələrini boş yerə xərcləmə, ikisi də çox dəyərlidir. 34.Sadəcə sevdiyin üçün evlən.(c)
17 notes · View notes
listeliyi · 8 years ago
Link
via Bürclər haqqında bunları bilmirsiz http://ift.tt/eA8V8J Bürc nə deməkdir? Bürc kəlməsi ərəb dilində "gözəl görünmək, diqqəti cəlb etmək, açıq-aşkar görülmək, baxıldıqda ilk diqqət çəkən şey" mənalarına gəlir. Qədim dövrlərdə qala divarlarının künclərinə tikilən daha yüksək və çıxıntılı qüllələrə də bürc deyilirdi. Həmçinin səmada görülən ulduz topaları da bu adla adlandırılmışdır. stronomiya elmi və bürclər Gecə qaranlığında istiqamət və yönün təyin edilməsində ulduz topalarından istifadə etmək mümkündür. Məsələn hər gecə səmamımızda görünən Böyük və Kiçik Ayı bürcü bizə qütb ulduzunun yerinin müəyyən etməkdə kömək edir. Əsasən dənizçi, səyyah, təyyarəçi, geoloq üçün istiqaməti təyin etməkdə bürcləri tanımaq əhəmiyyətlidir. Qədim dövrlərdə astranomiyada bir-biri ilə əlaqəli görünən ulduz topalarına müəyyən adlar verilir, ulduzların müşahidə və öyrənilməsinin əlverişliliyi üçün ulduzlu göy bürclərə bölünürdü. 1922-ci ildən başlayaraq Beynəlxalq Astronomiya İttifaqı göy qübbəsində 88 bürc olduğunu müəyyənləşdirib. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46 ədədi isə cənub yarımkürəsində görünür. Doğru bilinən yanlışlar Adi gözlə müşahidə edildikdə bəzi ulduzların bir-biri ilə əlaqəsi varmış kimi görünür. Müasir teleskopların inkişafı və astronomiya sahəsindəki elmi kəşflər bir-biri ilə əlaqəli kimi görünən və həndəsi şəkillər əmələ gətirən ulduz quruplarının əslində bir-birindən ağlasığmaz ölçüdə çox uzaq olduğunu sübut etmişdir. Məsələn, dolça bürcünün ən parlaq iki ulduzu 1359 və 2174 işıq ili uzaqlıq, əqrəb bürcündə bir-birinə çox yaxın görünən Alfa və Siqma ulduzları arasında minimum 1277 işıq ili məsafə var. Elm və texnologiya inkişaf elədikcə ulduzlar daha yaxından öyrənilmiş bir çox təsəvvürlərin doğru olmadığı ortaya çıxmışdır. Bürclərin adlandırılması Bürclərin adlandırılması səmadakı ulduzların insanlar tərəfindən xəyali xətlərlə birləşdirilməsindən ortaya çıxıb. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. Bürc olaraq adlandırılan ulduz topalarına ayrı-ayrılıqda nəzər saldıqda heç də həmin xəyali fiqurun alınmadığını görürük. Bürclər içərisində diqqət çəkən on iki zodiak bürcü xüsusi yer tutur. "Zodiak" yunan sözü olub, "vəhşi heyvanlar" deməkdir. Həmin heyvanların adları belədir: əkizlər, tərəzi, dolça, qız, oğlaq, şir, qoç, xərçəng, balıqlar, əqrəb, oxatan, buğa. Yerin günəş ətrafında fırlanması ilə hər ay günəş bu bürclərdən birində görünür. Günəş qoç bürcündə olduqda yaz; xərçəng bürcündə olduqda yay; tərəzi bürcündə olduqda payız; oğlaq bürcündə olduqda isə qış fəsli başlayır. Quranı-Kərim və hədislərdə bürclər Qurani-Kərimdə "bürclər" mənasına gələn bir surə[1] olmaqla yanaşı, bazı ayələrdə bürclər haqqında məlumat verilir. "And olsun bürclərlə bəzədilmiş göyə!".[2] "Səmada bürclər yaradan, orada bir çıraq olan günəşi və nurlu ayı vücuda gətirən Allahın şanı nə ucadır!"[3] "Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik! Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq (şeytanlardan) kim (göy əhlinin danışıqlarına) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər. (və üstünə düşüb yandırar)."[4] Ayətlərdə keçən bürc kəlməsi qaranlıq gecədə insanı valeh edən ulduz topalarının göy üzünü bəzəməsi, İlahi əzəmət və ehtişama işarədir. Kainatda yaradılan hər şeydə əsrarəngiz gözəlliklər var. Bu mənada göy üzündə ulduzların düzülüşündə də bu gözəllik diqqəti cəlb edir. Ayrıca Hicr surəsi 16-cı ayəsinə nəzər saldıqda kahinlik, falçılıq və astrologiya elminin şeytanın aldatması olduğunu görürük. Allah Rəsulu bir hədisində: "Axır zamanda fala (bürclərə) inanıb, qədəri inkar edənlər çıxacaqdır."[5] Qətadə (rəhiməhullah) demişdir ki: "Allah bu ulduzları üç şey için yaratmışdır: Onları səmanın zinəti, (səmaya yüksəlib xəbər toplayan) şeytanlara atılacaq daşlar elədi; özləri ilə istiqamət təyin edilən əlamətlər qıldı. Kim ulduzlar haqqında başqa izah gətirmək istəyərsə xəta edər və nəsibini itirər, onu maraqlandırmayan və məlumatı olmayan hətta bilməkdə peyğəmbərlər və mələklərin belə aciz qaldıqları bir mövzuda özünü çıxılmaz vəziyyətə salar." Buna əlavə olaraq başqa bir rəvayətdə isə: "Allaha and olsun. Allah heç kimsənin nə yaşamasını, nə ölməsini, nə də dolanışığını hər hansı bir ulduza bağlamışdır. Bunu söyləyənlər Allah haqqında yalan uydurur və özlərinə bəhanələr uydurub təsəlli tapırlar."[6] Səmadan xəbər var Üzümüzü səmaya tutub uzaqdan-uzağa göz vurub təbəssüm edən ulduzlarla bəzədilmiş göy üzünə baxanda planetimizdən, bəlkə də, min dəfə böyük, yer üzündəki qum dənələrindən çox olan göy cisimlərini zərrəcə nöqsansız hərəkət etdirən, öz orbitləri ətrafında ahənglə döndərən Allahın qüdrətini müşahidə edirik. Bu prizmadan nəzər yetirəndə elektronikadan kosmologiyaya, atom fizikasından radiologiyaya qədər hər şeyə hökm edən Allah-Təalanı görür, ulduzların, günəşlərin, qalaktikaların, kosmik buludların, hətta ən kiçik meteoritlərin öz dilləri ilə: "Allah vardır. Bizi fəza boşluğunda saxlayıb bir-birimizlə toqquşmadan gəzdirən, ahənglə dolaşdıran Odur" − dediklərini eşidirik. Kainata baxanda atomdan kiçik hissəcikdən tutmuş planetlərə qədər hər şeyin Allahın əmrini dinlədiyini, Onun əmrlərinə müntəzir olduğunu, zərrə və cisimlərin o böyük Yaradanın əmri ilə hərəkət etdiyini görür, Uca Allahın hər şeyə istədiyi nizamı verdiyini müşahidə edirik. "Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir."[7] "Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey) dərhal olar..."[8] Bürclərə olan inam harada ortaya çıxıb? Tarixi mənbələrdə Mesopotamiyada yaşayan və atəşpərəstliyə inanan xalqların ulduzlara da sitayiş etdiyini görürük. Həmçinin Hindistanda və Misirdə də buna bənzər inanclar mövcud olub. Ayrıca Quranda adı keçən, İraq ərazisində yaşayan sabiilərin də Günəşə və Aya tapdıqları bilinir. İnsanlar, inanmaları gərəkli olan tövhid inancından uzaqlaşınca batil inanclara sapmış, müxtəlif varlıqları Allaha şərik qoşmuşlar. Astrologiya və Astronomiya Bürclərin insana təsir etdiyini iddia edən astrologiyaya aiddir. Astrologiya göy cisimləri, onların hərəkətləri ilə yerdəki insanların xarakterləri, sosial münasibətləri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və inancların bütünlükdə adıdır. Astrologiya şərqdə "elmi-nücum", "ulduz falı" və başqa adlarla adlandırılmışdır. Hər ikisi də göy cisimlərinin hərəkətlərini müşahidə etdiyi üçün astronomiya ilə astrologiya elmi bir-biri ilə qarışdırılmışdır. Kosmik araşdırmalar ilə məşğul olan astronomiya müstəqil elm sahəsidir. Astrologiya akademik mətbuatda elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq insanların böyük bir hissəsi ona inanmaqda davam edir. Bürclərin doğum günü ilə əlaqələndirilməsi Bürclərin doğum günü ilə əlaqələndirilməsi Günəşin dünyaya görə keçməkdə olduğu 12 ulduz qrupuna əsasən təyin olunur. Məsələn, Noyabr ayı hər il Əqrəb bürcündə olur və bu günlərdə dünyaya gələnlər həmin bürcdən sayılır. Yəni bir mənada bu günlərdə dünyaya gələnlərə həmin bürcün təsirinin olduğu qəbul edilir. Halbuki, Günəş həmin bürcdə olarkən, o bürc dünyaya ən uzaq məsafədə olur. Bürclərin insan xarakterinə təsiri ilə əlaqəli olduğunu iddia edənlərin ən böyük xətalardan biri də keçmişdə yaşayan şəxsiyyətlərin bürclərinin hesablanması zamanı baş verir. Dünyanın iyirmi altı min ildə bir tamamlanan dönmə hərəkəti var ki, bu da hər 2300 ildə bir dəfə bürclərin bir pillə irəliləməsinə səbəb olur. Məsələn, 1 yanvar 2015-ci ildə dünyaya gələn uşaq oğlaq, ancaq e.ə. 1 yanvar 300-cü ildə doğulan uşaq isə dolça bürcündəndir. On iki tip insan var? Üstün qüdrət sahibi Rəbbimiz hər bir insanın barmaq izlərini belə bir-birindən fərqli yaratmışdır. Həmçinin yüzlərlə insan simasına nəzər saldıqda bir birinə bənzər üzlər görmək imkansızdır. Bir-birinə bənzəyənlərə də bir az diqqətlə baxınca fərqliliyin təzahür etdiyini görə bilərik. Hər bir şeyi fərqli gözəllikdə yaradan və öz möhürünü vuran Allah Təalanın on iki tip insan yaratması düşünülə bilməz. Milyonlarca insanın bədən quruluşunu, xarakterini, qədərini və gələcəyini on iki bürclə mədudlaşdırmaq nə elmi, nə məntiqi, nə də dini prizmadan doğru deyil. Doğum tarixlərinə baxaraq bürcü təyin etmək və o bürc haqqında yazılan xüsusiyyətlərə baxaraq bir qənaətə gəlmək, hökm vermək qeyri-ciddi bir baxış tərzidir və həmin insanları yanıldır. Kəlmələrə yüklənən yanlış mənalar Gündəlik həyatda istifadə etdiyimiz, eynimənalı olduğunu düşündüyümüz yaxın mənalı sözlər vardır. Lüğətdə həmin sözlərin mənalarına baxdıqda heç də eyni olmadıqlarını görürük. Mənası qarışdırılan sözlərdən biri də "bənzər" və "eyni" sözləridir. "Bənzərlik" birinin digərinə oxşaması mənasına gəlir. "Eynilik" isə bir şeyin digərinə tam oxşaması, arada heç bir fərqin olmaması deməkdir. İnsanın düşünmə mexanizmi İnsanın düşünmə mexanizmi çox sadədir. İnsan beyni kainatda var olan hər bir şeyi başa düşmək, onun haqqında qərar vermək üçün onları qruplara ayırır. Bir-birinə bənzər olan şeyləri eyni kimi görməyə çalışır. Ancaq bilgisi artdıqca və hər şeyi ayrı ayrılıqda tədqiq elədikdə onun çox fərqli olduğu ortaya çıxır. Ona görə də hər bir şeydə ortaq, bənzər yönlərin olması mümkündür. Ancaq onları eyniləşdirmək doğru deyildir. Varlıq aləmində bir-birinin eynisi olan heç bir şey yoxdur. Allah insanı da ən mükəmməl şəkildə yaratmışdır. Qədər planında xarakterlərdə müəyyən bənzərliyin olması mümkündür. Hətta müəyyən fəsildə doğulanların xarakterində oxşarlıqların olması da təbiidir. Ancaq bu fikri ümumiləşdirərək bir müddəa halına gətirmək elmilikdən uzaqdır. İnsan bilgisinin qaynağı nədir? Doğru bilgini əldə etməyin üç yolu var: ˗ Beş duyğu orqanımızla ˗ Ağıl ˗ Sadiq xəbər (vəhyə dayanan, ancaq Peyğəmbərlər tərəfindən bildirilən bilgi) Bu üç qaynaqdan əldə edilən bilgi insanı heç bir zaman yanıltmaz. İnsan qarşılaşdığı bilgiləri bu üç qaynaqla müqayisə etməli, "doğru" və ya "yanlış" olduğuna qərar verməlidir. Ulduz falı və astroloqun verdiyi məlumat da elmi əsası olmayan, isbat olunmamış məlumat yığınından başqa bir deyildir. Kainatda hər şey bir-birinin tamamlayıcısıdır. Kainatda hər şey bir vəhdət təşkil edir. Ayın hətta günəşin dənizlərdəki qabarma və çəkilmə hadisələrinə təsiri araşdırmalarla sübut edilmişdir. Bir canlının müxtəlif orqan və hüceyrələri arasında əlaqə və qarşılıqlı təsirlənmə olduğu kimi, kainatda da belə əlaqənin olması mümkündür. Günəşdən çıxan zərərli hissəciklərin, maqnit dalğalarının önü atmosfer təbəqəsi dediyimiz qoruyucu qalxanla mühafizə edilir. Ay öz kütləsinin ağırlığı ilə yerə yaxınlaşması gərəkirkən döndürüldüyü sürətin təsiri ilə ona təyin olunan orbitin kənarına çıxmır. Bütün bunlar bizə Allah Təalanın güc və qüdrətini göstərir, əzəli proqramın necə həssas işlədiyini göstərir. Allah Təala öz qüdrətinə səbəbləri pərdə edib. Yağmuru bulud yağdırır, buludları külək sürükləyir və s. Bəzi icraatlarına mələkləri pərdə edir: Əzrailin (ə.s) can almağı, Cəbrailin (ə.s) vəhy gətirməyi və s. buna misal göstərilə bilər. İstəsə idi bürcləri də öz qüdrətinə pərdə edər və bizə bunu bildirərdi. Bürclərdən səmanın bəzədilməsi kimi bəhs etmişdir. Buradan da bürclərin heç bir təsir gücünə malik olmadığını anlaya bilərik. Qeybi bilmək Əzəli planda insana maraq və təəccüb duyğusu yerləşdirilmişdir. Bunun bilmədiyimiz hikmətləri vardır. Bu duyğudur ki, insan onunla hər şey haqqında fikirləşir, düşünür, araşdırır və sirli pərdəni aralamağa çalışır. Maraq dünyamızı cəlb edən, demək olar ki, bütün dövrlərdə, az və ya çox hər kəs düşündürən bu xüsuslara əbədi yaşamaq arzusu, ölümsüzlük iksiri, gələcəyi, qeybi bilmək istəyini misal verə bilərik. Bu və bənzəri sualların ortaya çıxmasının səbəbi insanın vəhyə qulaq verməməsidir. İlahi vəhy insanın dünyaya imtahan üçün göndərildiyini, əsl həyatın axirət yurdu olduğunu, ancaq orada əbədi yaşayacağını bildirir. İnamsızlıq insanı doğru sahilə çıxmaqdan məhrum edir və şeytanın heç susmayan fısıltıları da bizi o sahildən uzaqlaşdırır. Qeybi ancaq Allah bilir. "Bilinməyən necə xəzinələrin və qeybin açarları Onun yanındadır, onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın." (Ənam, 6/59) "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər." (Nəml,27/65) "Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa!" (Cinn, 72/26-27) İnsanların bilə bilməsi də onun icazəsi ilə olur. O bilgi peyğəmbər üçün vəhy, vəli üçün ilham, mömin üçün yuxu, yoldan azmışlar üçün istidrac (azğınlığını artırmaq üçün İlahi məkr) şəklində olur. Peyğəmbərlərin bildirdikləri bilginin hökmü qəti ikən, digərləri isə subyektivdir. Bürclərə inanmaq insanın imanına təsir edərmi? Bürclərə, qoroskop kimi şeylərə inanmaq, bürc falı açdırmaq günahdır. Ayədə "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" ˗ buyrularaq, falın şeytan əməli olduğu bildirmişdir. Zeyd İbn Xalid əl-Cühəni (r.a) rəvayət edir "Rəsulullah (s.ə.s) Hüdeybiyədə, bizə, gecə yağan yağmurun ardında sübh namazı qıldırdı. Namazı qurtarınca camaatın önünə keçdi və:"Rəbbiniz nə dedi bilirsinizmi?"˗ buyurdu. Camaat: "Allah və Rəsulu daha yaxşı bilir!"˗ dedilər. "Allah Təala: "Bəndələrimdən bir qismi mömin, bir qismi də kafir olaraq sabahladı. "Allah fəzl və rəhməti ilə bizə yağmur yağdırdı" ˗ deyən mömin, ulduzların təsiredici gücünü inkaredici olaraq sabahladı. Hər kim də: "Bu və ya o ulduz sayəsində bizə yağmur yağdırıldı" ˗ dedi isə o da mənə kafir, ulduzların təsirinə inanmış olaraq sabahladı." dedi!"˗ buyurdu."[9] Cahiliyyə dövründə ərəblər yağmurun yağmasını ulduzlarla əlaqələndirirdilər. Əbu Səid (r.a) rəvayət edir: "Rəsulullah (s.ə.s) buyurdular ki: "Əgər Allah Təala, insanlardan yağmuru beş il yağış yağdırmayıb sonra göndərsə, insanlardan bir qrupu kafir olar və: "Micdəh ulduzu səbəbi ilə yağmura qovuşduq!" ˗ deyərdi."[10] Hədislərə nəzər saldıqda baş verən hadisələri bürclərə aid etmək və bürclərdən olduğuna inanmaq Allahın qüdrətindən şübhələnmək, qədərə "daş atmaq" deməkdir və bu şirk sayılır. İnsanın gələcəyini, yalnız onu yaradan Uca Allah təyin edər, başa gələcəkləri bürclər də daxil heç bir varlığa həvalə etmək doğru deyildir. Nəticə etibarı ilə deyə bilərik ki, Quran ayələrində kainatın möhtəşəm düzənini, Günəş, Ay və ulduzların düzülüşünü təfəkkür etməyə dəvət vardır. Buradan Allahın varlıq və birliyinə qapılar açılır. Yer üzündəki bütün varlıqlar Allahın əmri ilə hərəkət edir. Heç bir varlığın yaradıcı, təsiredici və yön göstərici gücü yoxdur. Allahdan başqa heç kimsə qeybi bilə bilməz. Bu yönü ilə İslam, insanın gələcəyi haqqında ulduz və bürc falına etibar etməyi, onlara bir məna verməyi və ümid bəsləməyi əsla qəbul etmir. Dinimizə görə, ulduzların səmadakı müxtəlif düzülüşünün insanın taleyini müəyyən etməkdə və ona təsir göstərmək heç bir əlaqəsi yoxdur və bunlar insanın iradəsinin, taleyinin iqtidarında deyil. Bizi və digər varlıqları yaradan Allahdır. İnsanın gələcəyini, onu Yaradan Uca Allah təyin edir. Cəmiyyət içərisində bu cür batil və əsli-əsası olmayan şeylərə marağın olmasının səbəbi insanları lazımi səviyyədə dini bilgilərinin olmaması və imandakı boşluqlardan qaynaqlanır. [1] Buruc, 85. [2] Buruc,1. [3] Furqan, 61. [4] Hicr, 16. [5] Tirmizi. [6] Buxari, Bədul-Xəlq, 3. [7] Nisa, 4/126. [8] Ənam, 6/73. [9] Buxari, Əzan 156, İstisqa 28, Məğazi 35, Tövhid 35; Müslim, İman 125; Muvatta, İstisqa 4; Əbu Davud, Tibb 22,; Nəsəi, İstisqa 16. [10] Nəsai, İstisqa 16.
0 notes