Tumgik
#ayrılaraq
metbuat · 2 years
Text
Erik ten Haqın Obameyanq arzusu reallaşacaqmı?
Erik ten Haqın Obameyanq arzusu reallaşacaqmı?
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanqın transfer edilməsini istəyir. Metbuat.org xəbər verir ki, informasiyanı “Mundo Deportivo” yayıb. Xəbərdə daha öncə “Çelsi”nin təklifini geri çevirən qabonlu ulduzun MY-yə keçməyə can atmadığı vurğulanıb. Özünü Kataloniya klubunda xoşbəxt sayan 33 yaşlı forvardın İspaniya nəhəngində mümkün qədər çox…
Tumblr media
View On WordPress
0 notes
zuqan · 9 months
Text
Yazacaq o qeder şey varki adam bilmir hardan başlasın :d.
Neyse birinci növbede sünni, şie, şafi, henefi ve s. kimi mezhebler barede qısa melumat verim. Quranda bunlar barede aye yoxdur. Allah Quranda bu kimi mezheblere ayrılmayın, parçalanmayin deyir. Bezi islam alimleride bu kimi mezheblere ayrılaraq dini çetin veziyyete getirirler. Sonra da bu olmaz, bu haramdı, bu halaldi ve s. deyib her mezhebe göre hökm verirler. Özlerini düzgün çixarmaq üçünde doğru yol budu deyirler. Ama bilmirlerki doğru yol Quran yoludu, Quranda da 'Hökm yalnız Allahındır' deyildiyi halda hökm vermekde davam edirler. Yenisi uşaqlar sünniyem, şieyem söhbetini yiğişdirin. Gerçek islamda onların heç birisi yoxdur.
43 notes · View notes
nesirov · 1 year
Text
4 kəpənəyin hekayəsi
Günlərin bir günü 4 kəpənək alovun sirrini tapmağa qərar verirlər. Sonra hamısı bir yerdə yanan bir alovun yanına gedirlər. Aralarında danışarkən, 1-ci kəpənək deyir : “ Birinci mən gedəcəm və alovun sirrini tapıb sizə də söyləyəcəm ” , bunu deyəndən sonra o alova tərəf gedir və ətrafında dolanandan sonra geri qayıdaraq dostlarına deyir : “ Mən alovun sirrini tapdım : Alov işıq yayan birşeydir ”. Lakin digər kəpənəklər bu cavabla qane olmurlar və alovun daha böyük bir sirrinin olduğunu fikirləşirlər. Sonra 2-ci kəpənək : “ Bu dəfə mən gedəcəm və alovun sirrini öyrənib sizlərə deyəcəm. ” deyib gedir. O alova biraz daha yaxınlaşaraq ətrafında döngə vurur və geri qayıdır. Qayıdandan sonra deyir : “ Mən alovun sirrini tapdım, alov istilik verən birşeydir ”. Lakin kəpənəklər bu cavabla da qane olmur. Sonra 3-cü kəpənək : “ Bu dəfə də mən gedəcəm və alovun sirrini tapacam. ” deyir və gedir. 3-cü kəpənək biraz daha cəsarətli davranır və alova yaxınlaşır. O alova o qədər yaxınlaşır ki, alovun qıvılcımları onun qanadlarını sıyırıb keçir. Bütün bunlardan sonra o geri qayıdır və deyir : “ Mən bu dəfə alovun sirrini həqiqətən tapdım, alov yandıran birşeydir ”. Digər bütün kəpənəklər bu cavabla qane olur amma 4-cü kəpənək heç cür qane olmur. O inadla alovun sirrinin bu qədər sadə olmadığını düşünür. Beləliklə o anidən dostlarından arasından ayrılaraq atəşə doğru getməyə başlayır. Lakin dostları hər şey anidən baş verdiyi üçün, nə olduğunu anlamaqda çətinlik çəkirlər. Və baş verənləri oturub izləməkdən başqa əllərindən heç bir şey gəlmir. 4-cü kəpənək ilk öncə alovun ətrafında döngələr vurmağa başlayır və hər döngə vurduqca alova daha da yaxınlaşır. Bir müddət sonra o alova o qədər yaxınlaşır ki, alov artıq onun qanadlarını əritməyə başlayır. O alovun ətrafında son bir döngə vurduqdan sonra, özünü alovun içinə atır. Bir anda alovun içində kiçik bir qıvılcım yanıb sönür. Və 4-cü kəpənək yanaraq kül olur. Əslində bütün kəpənəklərin arasından alovun həqiqi sirrini öyrənə bilən tək kəpənək də o olur elə. Çünki o geri gəlib, dostlarına alovun nə olduğunu anlada bilmir, onsuzda anlatması da gərəkmirdi. Çünki alov eşqdir və eşq anladılmaz, sadəcə yaşanar...
39 notes · View notes
dusuneninsan · 1 year
Text
Yer öz yükünü çıxardıb atacağı zaman; İnsan: “Buna nə olub?” - deyəcəyi zaman - məhz o gün (Yer) öz hekayətini söyləyəcəkdir. Çünki ona sənin Rəbbin vəhy etmişdir!” (“Zilzal” surəsi, 2-5)
Bəlli olduğu kimi, dünyanın mərkəzində (yer qabığının 5000-6000 km aşağısında) olduqca yüksək təzyiqə malik kor halında bir təbəqə var. Və bu təbəqənin temperaturunun təxminən 4500 S dərəcə olduğu təxmin edilir. Həmçinin vulkan püskürməsi nəticəsində yerin üzünə çıxan lavalar bu zonada, yəni maqmada yerləşir. Haqqında danışılan püskürmələr tarix boyunca bir çox şəhərin xalqına dəhşət dolu anlar yaşadaraq insanların ölümünə, hətta şəhərlərin tamamilə yox olmasına səbəb olublar. Torpaq qatlarında müxtəlif səbəblərdən baş verən qırılmalar nəticəsində yer üzünə sızan lavalar təzyiq nə qədər yüksəkdirsə, bir o qədər böyük şiddətlə fışqırır. Əslində, burada müəyyənedici amil qazın nisbətidir. Maqma yer üzünə çıxarkən qazlar maye haldakı maddədən ayrılaraq maqmanın üzərinə yayılır, beləliklə də təzyiqin artmasına səbəb olurlar. Maqma qazla nə qədər yüklüdürsə, püskürmə əsnasında o qədər artıq partlama olur və yerin altında pıqqıldayaraq qaynayan lavalar yer üzünə çıxaraq yerin üstünü sanki cəhənnəmə çevirirlər. Belə partlama sadəcə müəyyən bir bölgəni əhatə edən lokal partlayışdır. Üstəlik, günümüzdə aparılan tədqiqatlar nəticəsində çox zaman belə bir fəlakət barədə daha əvvəlcədən xəbərdarlıq edilir, təhlükənin olduğu zonada müxtəlif tədbirlər görülür.
Quran ayələrindəki təriflərə görə, “yerin ağırlıqlarını çölə atması” ifadəsi ilə o gün yerin altında olan olduqca çox şeylə birlikdə nüvədəki tezalışan, yandırıcı maddənin də tamamilə yerin üstünə çıxacağına işarə edilir. Yer üzünün hər yerində yaşanan şiddətli sarsıntılar və yerin bütün təbəqələrinin qırılması belə bir şeyin asanlıqla gerçəkləşə bilməsi üçün lazım olan ilkin şərtləri meydana gətirəcək. Yəni qiyamət günündə şiddətli yeraltı təkanlar yerin altını üstünə çevirəcək, insanlar başlarına çökən dağlardan, nəhəng binalardan qurtulmağa çalışarkən yerdəki çatlaqlardan fışqıran lavalar hər yanı bürüyəcək, bu da insanların ölümdən heç bir şəkildə qaçışlarının olmadığını bir daha anlamasına səbəb olacaq.
instagram
0 notes
aysafhar · 2 years
Text
Axşam düşür və gül öz ləçəklərini bağlayaraq öz eşqi ilə qol - boyun uyuyur, səhər açıldıqda isə o , günəşin öpüşünü qəbul etmək üçün dodaqlarını aralayır. Güllərin də həyatı eşq və görüş, göz yaşı və təbəssümdür. Dənizin suları buxarlanır və yuxarı qalxaraq dərələr, təpələr üzərində süzən buluda çevrilirlər. Zərif bir küləyə rast gələndə bulud göz yaşlarına dönərək düzlərə yağır, çaylara yığılaraq vətəninə - dənizə qayıdır. Buludların həyatı - ayrılıq və vüsal , göz yaşı və təbəssümdür. Beləcə ruh da vahid Ruhdan ayrılaraq maddi dünyaya düşür, bulud kimi kədər dağlarının və sevinc vadilərinin üzərindən keçir; ölüm küləyi ilə rastlaşanda isə, əvvəlki yerinə, eşq və gözəllik dənizinə - Allaha qayıdır...
11 notes · View notes
alirzayef · 3 years
Text
Sevgi və ehtiras.
Dağılmış saçlarını çarpayıda dikələrək yığmağa başladı. Qaranlıq otağı küçədəki zəif işıq lampası aydınladırdı. Yanında uzanmış oğlanın yarı çılpaq bədəninə baxmağa başladı.
- Nəsə olub?
- Heç nə. - dedi sanki xəyallar aləmindən birdən birə ayrılaraq.
- Bəs niyə elə baxırsan?
- Bir müddət dirsəklənərək ona baxdıqdan sonra dedi - Məni sevirsən yoxsa sadəcə ehtiyacını ödəmək üçün mənimləsən?
- Uzandığı yerdən qalxıb belini divara söykədi. Bir siqaret yandırıb ilk tüstünü havaya sovurduqdan sonra isə cavab verdi - Bilmirəm.
- Elə bunun üçün bayaqdan fikirləşirsən?
- Axı bu sual hardan çıxdı?
- Birdən ağlıma gəldi.
- Məncə yatmalısan artıq gecdi. Mən də yorğunam. Siqaretimi çəkim yatacağam.
- Amma sualıma düzgün cavab vermədin.
- Bax sevgi və ehtiras bir-birinə.çox yaxın şeylərdi. İkisi də insanı xoşbəxt edir. İkisi də insan ehtiyacıdı. Sevgi belə ehtiyacdı. Kim deyirsə sevgi müqəddəsdir yanılır. Və kim deyirsə ehtiras sevgini kirlədir yenə də yanılır. Elə olsaydı uşaqlar dünyaya gəlməzdi.
- Məncə əsil sən yanılırsan. Sevgi ürəkdə başlayıb insanın ruhuna doğru irəliləyir. Bir xəstəlik kimi zamanla insanın bütün bədənini sonra isə ruhunu ələ alır. Ona görə də sevgi müqəddəsdir. Ehtiras isə sonradan yaranan bir şeydir sevgidə. Sevgi ilə ehtirası eyniləşdirmək olmaz. Sevdiyin insanla yaşadığın ehtiras səni ona daha da bağlayar. Amma təklikdə ehtiras sadəcə keçici bir şeydir. Məsələn bir çox qıza qarşı içində ehtiras hiss ola bilər amma bütün qızlara qarşı içində sevgi ola bilməz.
- Bəlkə də düz deyirsən. Bəlkə də yanılırsan. Ya da mən daş qəlbliyəm, sevə bilmirəm.
- Amma mən səni sevirəm.
- Bəs nə bilirsən ki, hiss etdiyin ehtiras yox sevgidir?
- Çünki bu hiss bədənimlə bərabər ruhumu da ələ keçirib.
- O zaman mənim sənə qarşı hisslərim ehtirasdan ötə deyil.
- Olsun mən yenə də səni sevirəm - dedi başını oğlanın sinəsinin üstünə qoyaraq.
- Bəlkə də ən böyük səhvi edirsən. - oğlan öz növbəsində əllərini qızın qəhvəyi, uzun saçlarında gəzdirərək.
84 notes · View notes
psixologiyaze · 3 years
Text
Bu həyatda yəqin ki, hər kəs hüzurlu və sülh içində olmağı istəyir. Amma, kiçik qıcıqların təsiri ilə insanın içində bir şey oyanaraq sanki onu döyüşə səsləyir. Bəzi kritik məqamlarda əlbəttə döyüşmək ən məntiqli yoldu. Əgər, siz müharibənin içindəsinizsə, güllə atmaq, " bir dəqiqə hər kəs məni dinləsin, gəlin barışaq" deyə qışqırmaqdan daha məntiqlidir. Yaxud da, yolda üstünüzə kimsə hücum çəkirsə, orda özünüzü müdafiə edə bilməniz önəmlidir. Amma, mən bu qədər uc nöqtəli məqamlardan ayrılaraq diqqəti gündəlik həyata çəkmək istəyirəm. Kiminsə sizinlə razı olmaması, sizi tənqid etməsi, sizin istəklərinizi geri çevirməsi, sizi nədəsə günahlandırması ya da şəxsi seçimlərinizə hörmət etməməsi kimi məqamlarda içinizdə nəsə oyanır. Narahat olan, sizi əsəbə və stressə salan nəsə. Qışqırmanıza, dava etmənizə və özünüzü haqlı çıxarmağa çalışmanıza səbəb olan nəsə. Mən buna eqo deyirəm. Eqo ətrafda baş verən hadisələri şəxsiləşdirmənizə səbəb olur. Amma dünyada mədəniyyətsiz, fərqli fikirli və fərqli tərbiyəli insanların olması sizin şəxsinizə bağlı bir şey deyil. Sadəcə, dünya belə bir yerdi. Siz isə başqalarının etdiklərindən asılı olmayan tam ayrı bir varlıqsınız. Dəyərinizi insanların düşüncələri ya da etdikləri təyin etmir. İnsanların sizinlə razılaşmaması və sizin xoşlamadığınız şeyləri etməsi tamamilə normaldır. Dünya böyükdür və burda hamımıza yer çatar. İnsanların fərqliliyi çox zaman sizin şəxsiyyətiniz üçün təhlükəli deyil. Onlara sizin kimi düşünməmək və sizin kimi insan olmamaq haqqını verməniz, sizin üçün daha yaxşı olar. Şəxsən mənə görə, hüzurlu olmaq haqlı olmaqdan daha önəmlidir.
43 notes · View notes
vagggifff · 4 years
Text
Getməyini istəmədim, çox sevdim bağlandım hərşeyim dedim dəyər verdim... Sən nə etdin?! Ayrılaraq sənsizliylə əsir etdin, acılara əsir etdin. Olmur anlamırsan əsil sevən unuda bilmir xatirələr hər dəfəsində boğur onu canı yanır isyan edir amma sevdiyi insan gəlmir bax ən acısıda budur, sevdiyin insan gəlmir...
20 notes · View notes
windeslamarin · 5 years
Text
Bugün iki qəlbin arasına bütün fəsllərin xoş havası, məsafələr, ifadə edilə bilməyən gözəl sözlər sıxışdı. Dünyadaki, həyattaki bütün kirlərin, pisliklərin, bitməyən gecələrin o an ikimizin arasında əzilib parçalarına ayrılaraq yerə töküldüyünü hiss elədim. Bir qucaqlaşmanın, səninlə olan qucaqlaşmanın məni dünyaya bağlamasına heyranam.
43 notes · View notes
Photo
Tumblr media
10 may Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Ümummilli Liderimiz Heydər Əliyev məktəbinin layiqli məzunu, sadə və səmimi insan, gənclərə örnək olan ziyalı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti, Batumi Dövlət Universitetinin fəxri doktoru Rza Talıbovun doğum günüdür. Cox hörmətli Rza müəllimi səmimi qəlbdən təbrik edirəm, Allahdan uzun ömür can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi, çətin və şərəfli peşəsində uğurlar arzulayıram. Rza Talıbov 10 may 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1999-cu ildə Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbini bitirmişdir. 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2003–2004-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində referent vəzifəsində işə başlamışdır. 2009-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2010-cu ildə öz arzusu ilə Xarici İşlər Nazirliyindən ayrılaraq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi çalışmağa başlamışdır. 2013-cü ildə Böyük Britaniyanın Oksford Universiteti, SAID Biznes məktəbinin Gücləndirilmiş İdarəetmə proqramını bitirmişdir. 2014-cü ildə Böyük Britaniyanın Anglia Ruskin Universitetinin magistr dərəcəsinə layiq görülmüşdür. 2015-ci ildə dosent elmi adını almışdır. Həmin ildən Dövlət Miqrasiya Xidmətində fəaliyyətə başlamış və hazırda Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində calışır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2018-ci il tarixli fərmanı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Ehtiyatda olan polkovnikdir. https://www.instagram.com/p/CdYr6KiNUez/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Quranda göylərin, yerin və ikisinin arasındakıların yaradılışı ilə bağlı bir çox ayə var: Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, Sən gözəl tərzdə bağışla. (Hicr surəsi, 85) Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa Onundur. (Taha surəsi, 6) Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq. (Ənbiya surəsi, 16) Elm adamları başlanğıcda isti qaz kütləsinin sıxlaşdığını, sonra bu kütlənin parçalara ayrılaraq qalaktik maddələri, daha sonra ulduzları və planetləri əmələ gətirdiyini deyirlər. Başqa sözlə, Yer və eyni zamanda, bütün ulduzlar birləşmiş qaz kütləsindən ayrılmış hissələrdir. Bu parçalardan bir qismi günəşləri, planetləri meydana gətirmiş, beləliklə, çoxlu Günəş sistemləri və qalaktikalar əmələ gəlmişdir. Əvvəlki bölmələrdə də açıqladığımız kimi, kainat “ratq” (bir-birinə bitişik) halda ikən “fatq” olmuşdur (parçalara ayrılmışdır). Quranda kainatın əmələ gəlməsinin izahı elmi açıqlamaları təsdiqləyir. Hər bölünmə, ayrılma olduqda kosmosda yeni əmələ gələn əsas cisimlərdən başqa bir neçə hissə kənarda qalmışdır. Bu artıq hissələrin elmi adı “ulduzlararası qalaktik maddə”dir. Ulduzlararası maddə 60% hidrogen, 38% helium və 2% digər elementlərdən ibarətdir. Ulduzlararası maddənin 99%-i qaz, 1%-i də ağır elementlərin diametri 0,0001-0,001 olan toz zərrəciklərindən təşkil olunmuşdur. . Elm adamları bu maddələri astrofizik ölçülər baxımından daha mühüm hesab edirlər. Bu maddələr toz, tüstü və ya qaz kimi dəyərləndiriləcək qədər incədirlər. Ancaq bu maddələrin hamısı birlikdə kainatdakı qalaktikaların cəmindən daha artıq kütləyə malikdir. Ulduzlararası bu qalaktik maddələrin varlığı ilk dəfə 1920-ci ildə kəşf edildiyinə baxmayaraq, yuxarıdakı ayələrdə “onların arasında nə varsa” kimi tərcümə edilmiş “mə bəynəhuma” ifadəsi ilə Quranda bu parçaların varlığına əsrlər əvvəl diqqət çəkilmişdir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #nasa #kainat #evren #kosmos #ulduz #hubble https://www.instagram.com/p/CSTUYeeIoZ9/?utm_medium=tumblr
0 notes
13avqust · 6 years
Text
Artıq səninlə olmaq istəmirəm,məni sevməyini istəmirəm.Sadəcə getdiyin yollarda gördüyün insanlardan hansısa biri məni xatırlatsın sənə.Birbirimizə aid olmaq istəmirəm,sadəcə birlikdəykən dinlədiyimiz mahnıları hər yerdə eşit istəyirəm.Eşit ki,başını yerə əy.Eşit ki,çoxluğun içindən ayrılaraq bir kənara çəkilib bununçün üzül.Məni qucaqla istəmirəm,mənə gəl istəmirəm.Sadəcə nələr itirdiyini anla istəyirəm.Məni öpməyini istəmirəm,səsini eşitmək istəmirəm.Sadəcə bir gün kəsişsə yollarımız,mənə yenidən sevməyi öyrədən insanın qollarındaykən gülümsədiyimi gör istəyirəm.Mən unutdum,ama sənin unutmamağını istəyirəm.Unutmaqçün hansı yola əl atsan da,unuda bilmədiyin o insan olmaq istəyirəm.Çünki mən ağlayarkən sən gülürdün,çünki eşq bitəndə qəlbimdə açdığın yaraları vecinə almırdın.
Bitdi,keçdi artıq uzaqdan bax mənə.
Necə özümə gəldiyimi gör,gülüşlərimi izlə.
İzlə ki,səninçün imkansız olduğumu xatırla 🍷
0 notes
listeliyi · 7 years
Link
via Bakıda 2 il öncə 10 milyona başa gələn parkı indi sökürlər - REPORTAJ, FOTOLAR http://ift.tt/eA8V8J Xətai rayonunda olan fəvvarələr parkı sökülür. 2 il öncə 10 milyon manatdan çox vəsait hesabına başa gələn park tamamı ilə sökülüb. Parkın, daimi avtomobil sıxlığı nəticəsində yaranan tıxacın aradan qaldırılması məqsədilə söküldüyü deyilir. Düz iki il öncə, 2015-ci ilin fevralında Yusif Səfərov küçəsindəki (Mərkəzi Neftçilər Xəstəxanasının qarşısı) köhnə parkın yerində fəvvarələr parkının salınması üçün büdcədən 10 milyon manatdan çox vəsait ayrılaraq xərclənmişdi. Xətainin heykəlinin arxasında yerləşən bu park səliqəli və təmiz idi. Nə təmirə, nə də dəyişikliyə ehtiyacı var idi. Ancaq günün birində park uçurulub dağıdıldı, oturacaqlar götürüldü, ərazi fəvvarələr və işıqlandırma kompleksinə çevrildi. Amma bu qədər xərc çəkilən parka girişi mümkünsüz oldu. Yol olmadığından həmin vaxt əhali bu əraziyə girə bilmirdi. Çünki ərazidə nəqliyyatın hərəkət intensivliyi elədir ki, oraya hər hansı bir istiqamətdən giriş yoxdur, bu, faktiki mümkünsüzdür, yeraltı keçid də yoxdur. Gecə-gündüz bərq vuran işıqlar ancaq yoldan keçən avtomobil sürücülərinin gözünü oxşayırdı. Elədirsə, yalnız kənardan izlənməsi üçün yaradılmış bu parka milyonlarla vəsaiti xərcləməyə dəyərdimi? Əgər bu pullar xərclənibsə, indi parkın sökülməsi həmin xərcin havaya sovurulması demək deyilmi? Şəhərin, yolların planlaması aparılan zaman ən azı yaxın 5 il nəzərdə tutulur. Bəs, bu park tikilən zaman həmin ərazidə nəqliyyatın sıxlığı nəzərə alınmayıbmı? Əslində suallar həddən artıq çoxdur. Çünki ölkəmizin hazırkı iqtisadi vəziyyəti bu kimi "səhvləri" qaldıracaq durumda deyil. Hər şeydən maksimum qənaət etmək lazım olduğu bir zamanda 10 milyon manat xərclənmiş parkı söküb, həmin pulları havaya sovurub, üstəlik, yeni xərclər yaratmaq məntiqli görünürmü? Hazırda ən müasir tələblər səviyyəsində qurulan, keyfiyyətli, yəni həddən artıq bahalı plitələrin döşəndiyi kompleks darmadağın edilir. Vaxtı ilə park haqqında məlumat verəndə, "Uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək" deyilirdi. İndi bu yaraşıq yük maşınları arxasında zibilliyə daşınır. Həmin ərazidə və məlum fəvvarələr parkı ilə bitişik Azərbaycanın əski dövlətinin banisi Xətainin də heykəli var və həmin heykəl də hasara alınıb. Əgər bu ərazidə park sökülürsə və yol genişləndirilirsə, onda Xətainin heykəli də bu ərazidən götürülməlidir. Əgər götürülərsə, bəs harada yerləşdiriləcək? Bu suala heç bir qurum normal cavab verə bilmir. "Azəravtoyol" ASC bu işlə Mədəniyyət və Turizm Nazirliyinin məşğul olduğunu, nazirlik isə heykəllərin qoyulması və götürülməsi işi ilə BŞİH-nin məşğul olduğunu deyir. BŞİH isə ümumiyyətlə suallara cavab vermək niyyətində deyil. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəflin Yusif Səfərov küçəsindəki məlum söküntü ilə bağlı dediyi kimi, "Küçənin 28 may və Üzeyir Hacıbəyli küçələri ilə kəsişməsinədə olan hissəsində söküntü işləri aparılır. Bu da həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi planı ilə bağlıdır. Genişləndirmə işləri sözügedən ərazidə sıxlığın azalmasına gətirib çıxaracaq" sözlərini nəzərə alsaq, deməli Xətainin heykəli burada qala bilməz. Altızolaqlı yolun ortasında heykəl necə qala bilər? Əgər sakin üzü görməyən park salınmışdısa, bu da ola bilər. Yolun düz ortasında heykəl... Xətai sakinləri parkın sökülməsini israfçılıq adlandırırlar: "Burada lap əvvəllər yaxşı park var idi. Onu sökdülər, yerində heç kimi ayaq basa bilmədiyi fəvvarələr parkını tikdilər. 2 il keçdi, onu da sökürlər ki, "yol çəkirik". Yəqin bir neçə il sonra da yolu bağlayıb, bina tikərlər. Bəlkə o binanı da sökdülər. İsrafçılıqdır. Ölkəmizin milyonları beləcə israf edilir". 2015-ci ilin dövlət büdcəsinə görə, mənzil və kommunal təsərrüfatı sahəsi üzrə yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası, yenidən qurulması və abadlaşdırılmasına 65 milyon manat ayrılıb. Həmin milyonların bir hissəsi hazırda Yusif Səfərov küçəsində məhv edilir. Məhəmməd Türkmən, Fotolar müəllifindir.
0 notes
Photo
Tumblr media
Krım mübahisəli bir referendumla 16 mart 2014-ci il tarixində Ukraynadan ayrılaraq Rusiya Federasiyasına birləşdirilib. 1441-ci ildə Girəy nəslindən Hacı xan Krımda xanlıq qurdu. Lakin 1475-də xan Mengli Girəyin İstanbulda girov saxlanmasından sonra xanlıq Osmanlı imperiyasından asıllığa düşdü. 1783-də Rusiya Krımı istila edir və xanlığın mövcudluğuna son qoyur. Yüz minlərlə Krım tatarı yarımadanı tərk edib Türkiyəyə köçdü. Beləliklə, bu xalq Krımda etnik çoxluqdan etnik azlığa döndü. İlk Sovet illərində Krım muxtariyyət əldə etdi. 1941-ci ildə Krım faşist hücumuna məruz qaldı və 1944-də işğalçılardan azad edildi. Muxtariyyət statusuna baxmayaraq, 1944-cü ildə yarımadanın demək olar ki, bütün Krım tatarı, həmçinin yunan, bolqar, türk, erməni, italyan, azərbaycanlı, çərkəz əhalisi hakimiyyət tərəfindən Orta Asiyaya sürgün edildi. 1945-də Krımın muxtariyyəti ləğv olundu. 19 fevral, 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilir. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu. https://www.instagram.com/p/CbJ3BFJtos1/?utm_medium=tumblr
0 notes
metbuat · 2 years
Text
Zaqatala dağlarında daha bir turist itib: Arxasınca ayı düşüb...
Zaqatala dağlarında daha bir turist itib: Arxasınca ayı düşüb…
Zaqatala dağlarında daha bir turist itib. Lent.az-ın məlumatına görə, hadisə ötən gün baş verib. Bir qrup yerli turist Zaqatalanın Şamilovka zirvəsinə qalxıblar. Turistlərdən biri, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Həsən Salahov qrupdan ayrılaraq itkin düşüb. Dostları dərhal bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat veriblər. Həmçinin yoldaşları onunla telefon əlaqəsi…
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
20 fevral 1988-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi başlamışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçib. 1987-ci ilin sonlarından Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın başqa rayonlarında (Amasiya, Ararat, İcevan, Yeğeqnadzor, Meğri, Sisyan, Gorus, Qukark, Vardenis, Masis, Əzizbəyov, Artaşat, Hoktemberyan, Noyemberyan və s.) və şəhərlərində (Yerevan, Kirovakan, Hrazdan, Stepanavan, Spitak, Cermuk, Gümrü və s.) yaşayan azərbaycanlıların da aqibəti eyni olub. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar. Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıb. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib. Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün ol https://www.instagram.com/p/CaL_u2mNjh4/?utm_medium=tumblr
0 notes