#xoşbəxt
Explore tagged Tumblr posts
Text
Oxuyub bitirdiyim növbəti kitab, Qurban Səid qələminin əsəri olan Əli və Nino kitabıdır!
Bu əsəri oxuduqca, keçmişdəki həmin o Qızıl dövrü müvəqqəti olsa belə, yaşamış oldum! Əli Xan Şirvanşir ilə Prinses Nino Kipiani sevgisi o qədər güclü olur ki, heç bir kimsə onların qarşısında uzun müddət tabb gətirə bilmirlər! Əsərdə Əlinin öz həyat yoldaşına "Prinses Nino" deyə müraciət etməsi, öz Xanımı ilə Şəhzadə kimi davranması, həmçinin Ninoun öz ərinə "Əli Xan" deyə müraciət etməsi və onunla Xanlara layiq bir şəkildə davranması, keçmişdə Sevginin necə dəyərli və əhəmiyyətli olduğunu və Qızıl dövrün məhz həmin dövrlər olduğunu oxucuya sübut etmiş olur! Təəssüf ki, indi bir çox ailədə Qadınlar "çay niyə soyuqdur? Xörək niyə soyuqdur?" bəhanəsi ilə öz ərləri tərəfindən döyülür, haqları əzilir, fiziki, mənəvi, psixoloji zərərlərə məruz qalır və ömürlük psixoloji travma ilə yaşamaq məcburiyyətində qalırlar! Bir çox hallarda, Kişilər öz həyat yoldaşlarını başqa Qadın ilə aldadırlar, amma həmin Kişilərin Qadınları bir Kişiyə Salam verdiyinə görə amansızcasına öldürülür və ya döyülür! Kişi olmaq o demək deyil ki, sən istədiyin Qızla, Qadınla istədiyin kimi əylənə bilərsən, həyat yoldaşına xəyanət edə bilərsən, amma o bunu edə bilməz, çünki o bir Qadındır! Həmçinin bu gün ailə quran Qadınlara, ərlərinin "Arvad" deyə müraciət etməsi belə çirkindir! Çünki, "Arvad" sözü, Ərəb sözüdür və mənası "Ayıb yer" deməkdir! Necə ola bilər ki, bir Kişi, öz Xanımını, ayıb yeri olaraq görsün?! Halbuki, heç Ərəblər özləri belə, öz Xanımlarına "Arvad" deyə müraciət etmirlər, onlar öz Xanımlarına "Zövcə" deyirlər! "Zövcə" bizim dildə "Həyat Yoldaşı" mənasına gəlir! Təəssüf ki, biz bir xalq olaraq, "İnkişaf" adı altında, digər xalqların təhqirlərini mənimsəyərək, onları "Mentalitetimizə" daxil elədik və Qadınları əzmək, onları alçaltmaq üçün rəsmiləşdirdik! Elə bizim "Mentalitet" də Qadınları əzmək, alçaltmaq üçün qanunlar toplusudur! Belə ki, Kişiyə hər şeyə şərait yaradan "Mentalitet", Qadınlara əşya və ya heyvan kimi münasibət edilməsini tələb edir!
Əli və Nino əsəri isə Xalqımızı keçmiş Sevgi və Ailə münasibəti ilə aydınladır!
#shahinelected #əlivənino #kitab #kitabqurdu #azərbaycan #sevgi #ailə #münasibət #xoşbəxt
#shahinelected#əli və nino#ali ve nino#kitab#kitab qurdu#azərbaycan#sevgi#xoşbəxtlik#xoşbəxt#münasibət#ailə
0 notes
Text
Amk 17 yaşlı sinif yoldaşım məni toyuna çağırıb. Gülüm yoxsa ağlayım bilmədimm
23 notes
·
View notes
Text
Düşünürəm ki,hərdən qürurumuz xoşbəxt olmağımıza mane olur
84 notes
·
View notes
Text
Eyni anda həm çox xoşbəxt hiss edib, həm də çox bərbad hiss etməyi necə bacarıram ağlım almır.
82 notes
·
View notes
Text
İnsanlara nifrət etmirəm, amma onlar ətrafımda olmayanda özümü daha xoşbəxt hiss edirəm. 🦦
44 notes
·
View notes
Text
kitab sərgisi qədər xoşbəxt edən ikinci şey çətin tapıla
42 notes
·
View notes
Text
Tumblr şəkərlərim.💖2024 bitdi. Yeni ildən o qədər gözləntim var ki ;həyata keçməyən arzularım, hədəflərim, yeni-yeni macəralarım. 2025-ə manifestliyirəm. ✨🪄
Ama 2024 mənə sevinc, xoşbəxtlikdən savayı kədər, üzüntü, gözyaşları gətirdi.Gah sevindim xoşbəxtlikdən havalara uçdum, gah da gözyaşları ilə ortada kala kaldım). Bu il mənə çox şey qatdı, çox şey öyrətdi. Ən önəmlisi güvənsizliyi;hər kəsi özüm kimi görməməyi, heç kəsə gözüyumulu güvənməməyi.Ama nə olursa olsun hər zaman yanımda olan, bərabər gülüb, bərabər ağladığım, dərd ortağı, sirdaşım @zehraxshia313 səni çox sevirəm yaxşıki varsan şəkər bacımm🫶🏻🫠
Ama həyatımdan çıxan insanları da unutmamalıyam. Onları da yaxşıki tanımışam. Çünki onlar da bir həyat dərsi oldu çox şey öyrətdi mənə. Özəlliklə ex'imə səslənirəm. Bilmirəm o bu postu görəcəy ya yox bəlkə də fake hesablardan falan izləyirsjsjsj)). Yaxşı ki, tanıdım, yaxşıki sevdim. Çox xoşbəxt ol o qədər xoşbəxt ol ki, mən yadına düşmüyüm(bəlkə də düşmürəm)). Bir məsəl var "bazı insanlar ya kaderin, ya da imtihanın olur". Sən də mənim sınağım idin. Sadəcə həyatdan dərs almağım üçün həyatıma gəldin və getdin 👋🏻❤️🩹
Və son olaraq tumblrdaki şəkərlərimə arzum budur ki yeni il sağlıq, bolluq-bərəkət, və möcüzələrlə gəlsin.Sevgi dolu anlarınız hiç eksik olmasın, mutluluklarınız daim olsun.🙏🏻🌲🎁🐍
36 notes
·
View notes
Text
Mən uşaq olanda elə bilirdim,
Adam yıxılanda ağlayır ancaq.
Sanırdım dünyanı mənim atamın,
Çeçələ barmağı saxlayır ancaq.
Mən uşaq olanda elə bilirdim,
Seçdiyim hər maşın mənim olacaq.
Mən axı bilmirdim dünyanın özü,
Böyükkən özümə qənim olacaq.
Mən uşaq olanda uşaqlığımdan,
Tezcə sıxılardım, tezcə bezərdim.
İstərdim, tezcənə böyüyüb mən də,
Böyük adamlartək rahat gazərdim.
Mən uşaq olanda elə bilirdim,
Hər nağıl xoşbəxt bir son ilə bitir.
İndi böyümüşəm, mənim nağılım,
Hardasa beş, ya da on ilə bitir.
82 notes
·
View notes
Text
Təəssüf ki, mən ailəmi çox sevən ama ən çox evdən uzaq da xoşbəxt və hüzurlu olan biriyəm
21 notes
·
View notes
Text
Saçım nə vaxt uzanacaqqqq😔
3 notes
·
View notes
Text
İki insan bir-birini sevəndə düşdükləri ən böyük yanılğı bu olur.Onlar düşünür ki, hər mövzuda həmfikir olmalıdırlar.Şanssızlığımız burdadır ki,həyatımızən hər dəqiqəsini lentə ala bilmirik.Və ya tez-tez kənardan dayanıb özümüzə nəzər yetirmək ağlımıza gəlmir.Bir zaman ayılırıq ki, artıq qocalmışıq, ya da sevdiyimiz insanlardan ayrıyıq..ya da xoşbəxt deyilik
57 notes
·
View notes
Text
Mənim çəkim uyğun gəlmir yaşıma,
Hansı yara sağalmır ki? Qaşıma!
Bu ayrılıq həsrət deyil, əcəldi,
İndi mənçün darıxırsan? Əcəbdi!
Yaman solub ovsunlayan baxışın,
Şəkil-şəkil qocalırsan? Nə yaxşı!
Mənsiz ömrün yorğun-yorğun əsnədi,
Elə bildin yaşayarsan? Bəs nədi?
Sınıxmısan, sən ki belə deyildin,
Kömək etmir qürurun da? Nə bildin?
Adam-adam dolur bütün çuxurlar,
Sən də çuxur axtarırsan? Uğurlar!
Ümid yoxsa bitəcək bu intizar...
Bu yoxluğun adı nədi? İntihar!
Hər ömürün çürümək var sonunda,
Sən istədin xoşbəxt olum? Olum da!
Əvvəl-axır gələcəyəm, rahat ol,
Məndən əvvəl sən gedirsən? Yaxşı yol!
• Orxan Bahadırsoy
65 notes
·
View notes
Text
Oyandığımız zaman daha yaxşı anlayırıq yuxuda daha xoşbəxt olduğumuzu.
71 notes
·
View notes
Text
Elə bir yerdəyəm ki, sanki artıq heç kimsə məni incidə bilməz amma kimsə də xoşbəxt edə bilməzmiş kimi.
41 notes
·
View notes
Text
Yaralar sarılsa da boşluqlar qapanmır. İnsan əvvəlki kimi olmağa çalışsa da ola bilmir. Hər nə qədər cəhd etsə də alınmır. Sağalsa da, izlər keçmir. Bəzi şeyləri unutmaq istəsə də unuda bilmir. Zamanla keçər deyirsən, sadəcə zaman keçir. Və ciddən zaman çox tez keçir. Sənə dünənmiş kimi gələn o xoş və pis anlar əslində uzun zaman öncə olmuşdur. Və bunu başa düşdüyün an zamanın nə tez keçdiyini düşünüb bir o qədər də pis olursan. Beynində yığılıb qalan xatirələr səni gecələr yatmağa qoymur. Keçmişdə yaşadığın o xoşbəxt anların yadına düşər, ya da etdiyin səhvlərin göz önündə canlanar. Bəzi şeyləri unutmaq istəsən də, bir yerdən xatırladır. Bəzən bir musiqi, bəzən bir qoxu, bəzən isə yuxuda gördüyün bir anı səni nələrisə unutmağa icazə vermir. Lakin insan zamanla öyrənir yaralarla, acılarla yaşamağı, onlardan qaçmağın, onları göz ardı etmənin bir çözüm olmayacağını öyrənir. Bir müddət sonra yadırğamaq yerinə qəbullanır və öyrəşir. Məncə, gerçək acı insanla bərabər ölməsi lazım olan şeydi. Qollarda, başda bir az belə olsun güc saxlamayan, ayaqda taqət qoymayan, yastıqda başını bir yandan o biri yana çevirmə cəsarətini yox edən şey imiş. Dözmək çox çətindi. Acılar həyat boyunca keçmir, acılar da insanlar kimi yaşayır və insanla bərabər ölür. Ümid edirəm, Tanrı, öz canına qıyacaq qədər acı çəkənləri sonrakı həyatda da yandıracaq qədər cani deyildir.
40 notes
·
View notes