#kitab qurdu
Explore tagged Tumblr posts
shahinelected · 8 months ago
Text
Oxuyub bitirdiyim növbəti kitab, Qurban Səid qələminin əsəri olan Əli və Nino kitabıdır!
Bu əsəri oxuduqca, keçmişdəki həmin o Qızıl dövrü müvəqqəti olsa belə, yaşamış oldum! Əli Xan Şirvanşir ilə Prinses Nino Kipiani sevgisi o qədər güclü olur ki, heç bir kimsə onların qarşısında uzun müddət tabb gətirə bilmirlər! Əsərdə Əlinin öz həyat yoldaşına "Prinses Nino" deyə müraciət etməsi, öz Xanımı ilə Şəhzadə kimi davranması, həmçinin Ninoun öz ərinə "Əli Xan" deyə müraciət etməsi və onunla Xanlara layiq bir şəkildə davranması, keçmişdə Sevginin necə dəyərli və əhəmiyyətli olduğunu və Qızıl dövrün məhz həmin dövrlər olduğunu oxucuya sübut etmiş olur! Təəssüf ki, indi bir çox ailədə Qadınlar "çay niyə soyuqdur? Xörək niyə soyuqdur?" bəhanəsi ilə öz ərləri tərəfindən döyülür, haqları əzilir, fiziki, mənəvi, psixoloji zərərlərə məruz qalır və ömürlük psixoloji travma ilə yaşamaq məcburiyyətində qalırlar! Bir çox hallarda, Kişilər öz həyat yoldaşlarını başqa Qadın ilə aldadırlar, amma həmin Kişilərin Qadınları bir Kişiyə Salam verdiyinə görə amansızcasına öldürülür və ya döyülür! Kişi olmaq o demək deyil ki, sən istədiyin Qızla, Qadınla istədiyin kimi əylənə bilərsən, həyat yoldaşına xəyanət edə bilərsən, amma o bunu edə bilməz, çünki o bir Qadındır! Həmçinin bu gün ailə quran Qadınlara, ərlərinin "Arvad" deyə müraciət etməsi belə çirkindir! Çünki, "Arvad" sözü, Ərəb sözüdür və mənası "Ayıb yer" deməkdir! Necə ola bilər ki, bir Kişi, öz Xanımını, ayıb yeri olaraq görsün?! Halbuki, heç Ərəblər özləri belə, öz Xanımlarına "Arvad" deyə müraciət etmirlər, onlar öz Xanımlarına "Zövcə" deyirlər! "Zövcə" bizim dildə "Həyat Yoldaşı" mənasına gəlir! Təəssüf ki, biz bir xalq olaraq, "İnkişaf" adı altında, digər xalqların təhqirlərini mənimsəyərək, onları "Mentalitetimizə" daxil elədik və Qadınları əzmək, onları alçaltmaq üçün rəsmiləşdirdik! Elə bizim "Mentalitet" də Qadınları əzmək, alçaltmaq üçün qanunlar toplusudur! Belə ki, Kişiyə hər şeyə şərait yaradan "Mentalitet", Qadınlara əşya və ya heyvan kimi münasibət edilməsini tələb edir!
Əli və Nino əsəri isə Xalqımızı keçmiş Sevgi və Ailə münasibəti ilə aydınladır!
#shahinelected #əlivənino #kitab #kitabqurdu #azərbaycan #sevgi #ailə #münasibət #xoşbəxt
0 notes
aiselibrahim · 1 year ago
Text
"Əziz atam,
Vəziyyətinizin yaxşı olduğuna ümid edirəm. Uzun müddətdir sizə məktub yazmadığım üçün yəqin ki, məndən incimiş, sizi sevmədiyimi düşünmüsünüz amma elə deyil. Həmişə sizə yazıb dərdləşmək istəmişəm, lakin nə vaxt məktub yazmaq istəsəm öz-özümə nə yazacağıma və aramızdakı boşluğu necə doldura biləcəyimə dair suallar verirəm.
“Vəziyyətim yaxşı, sağlamlığım yerindədir, sizlər necəsiniz və nələr edirsiniz”, diyə yazmağı sevmirəm. Könül istərdi ki, bütün həyatımı, hisslərimi, dərdlərimi və bədbəxtliklərimi sizə yazım, amma bacarmadım, hələ də bacarmıram. Çünki inanc və düşüncələrimizin təməllərinin fərqli şəraitdə, fərqli iki cəmiyyətdə və iki fərqli zamanda atıldığını nəzərə alsaq biz aramızda necə anlaşma mühiti yarada bilərik?
Tumblr media
Əgər danışacaq olsam, söyləyəcəklərim bir kitab tutacaq qədər çox olar və deyəcəklərimin sizi incitməsindən qorxuram. Xoşunuza gəlməyəcək amma nə qədər ki bu sözlər ürəyimdədir, mən də rahat ola bilmirəm və sizi görəndə nə gülən, nə də danışan - heç bir mövcudiyyət göstərmədən bir küncə çəkilib büzülən biri oluram. Mənim ən böyük kədərim sizin məni tanımamağınız və tanımaq belə istəməməyinizdir. Hətta bəlkə də siz mənim eşq romanları və rəsimli Tehran dərgisinin hekayələrini oxumaqdan axmaqlaşan və yüngülxasiyyətli bir qadın olduğumu düşünürsünüz. Kaş ki elə olsaydım, bəlkə də elə xoşbəxt ola bilərdim! Belə halda ən kiçik məsuliyətdən, ilərləmək yolunda atılacaq hər addımdan qorxan və ömrünün sonuna qədər işçi qalmaq istəyən ərlə kiçicik bir komada yaşayaraq qaynanasıyla mübahisə edən, qonşu qadınların boş söhbətləriylə, qısacası bərbad şeylərlə kifayətlənən, ipək qurdu kimi öz baramasının içində - qaranlıq və məhdud dünyasında qıvrılıb yaş alan, daha böyük və daha yaxşı bir dünyanı tanımadan həyatını tamamlayan biri olardım. Amma mən bu formada yaşamaram, yaşamazdım da, mənim özümü tanıdıqca üsyankarlığım və dik başlılığım da həyatın bu axmaq yönüylə başladı. Mən böyük olmaq istəyirdim, hələ də istəyirəm, bir gündə dünyaya gəlib ertəsi gün bu dünyadan qalıcı iz buraxmadan gedən milyonlarla insan kimi yaşaya bilmərəm, mən beləyəm, ancaq bu indiyə qədər birinin mənə qarşı çıxmadığı və bitirdiyim şeylərin doğru olduğu mənasına gəlmir. Xeyr! Mən şəxsən həyatımda çox yanıldığımı bilirəm, kim həyatında davranışlarının, əməllərinin və düşündüklərinin bütünlüklə məntiqli və doğru olduğunu deyə bilər ki?
Tumblr media
Şair demişkən - “Bu dünyaya iki ömür gərəkli/ ilki təcrübə əldə etmək/ Digəri təcrübəni sərf etmək üçün”. Mən pis qadın deyiləm və əsla ailəmin utanc mövzusu olmasını istəmərəm. Əgər bu yolda gedirəmsə ailəm varlığımla qürur duysun deyə addımlayıram və hələ də eyni düşüncədəyəm, əminəm ki, bir gün hədəfimə çatacam. Heç vaxt və heç bir yerdə ruhən rahatlığı tapa bilmədiyim, ağzımı açıb danışmadığım, özümü sizlərə və başqalarına izah etmədiyim üçün nə edə bilərəm?
Yadımdadır, evdə fəlsəfə kitabları oxuyub ədəbiyyat fakültəsinin fəlsəfə professorlarıyla saatlarla şərq fəlsəfəsi mövzusunda danışanda sizlər cəfəngiyyat saydığınız dərgiləri oxumağımın təsiriylə düşüncəsi pozulmuş axmaq bir qız olduğuma inanırdınız. O vaxtlar içimdə küsürdüm və evdə bu qədər yadlaşdığım üçün gözlərimə dolan yaşları boğmağa çalışırdım, bəlkə də bunun çox da bir mənası yoxdur, ancaq bunun kimi bənzəri minlərlə nüansın hər biri tək başına ruhu və şəxsiyyəti məhv etməyə kifayət edirdi. Əgər danışsam bir çox şeyi söyləməliyəm, ilk öncə sizdən - sevgisiylə özünə yaxınlaşdırıb­ yol göstərmək əvəzinə kobudluğu ilə özündən ürküdüb bizi tək qoyan, kiçicik beyinlərimizlə həyatın böyük problemlərini həll etməyə sövq edən və bizi bu qədər yanıldan insandan başlamalıyam. Bəzən yad��nıza düşdükcə danışmağa ehtiyac duyduğunuz, bizim isə dinləmək istəmədiyimiz vaxtlarda nəsihətlər etdiyinizi xatırlayıram. Ən əsası da, mövcud şəraitdən və vəziyyətimizdən asılı olmayaraq, sizin nəsihətlərinizi dinləyib idrak etmə gücündə olub-olmadığımızı diqqətə almadan (yataqda, yemək masasında, dənizdə boğulmaları oxuyarkən çağırdığınız anda) və heç bir açıqlama etmədən birbaşa nəsihətlərinizə keçirdiniz. Başınız öndə, qaşlarınız mütəmadi olaraq çatılmış vəziyyətdə sanki qorxurdunuz, əgər gözlərimizə baxıb üzümüzə gülsəydiniz və biz sizin sevginizi və emosionallığınızı sezsəydik bu yəqin ki sizin üçün pis olardı, bizi necə qorxudaraq özünüzə tabe etdirə bilərdiniz?!
Tumblr media
Sözlərinizi ciddi qəbul etdiyimi xatırlamıram! Sizin mənə hərarətlə nəsihət etdiyiniz vaxtlarda başqa bir yerdə mənim kimi başqa uşaqların da bu cür beyinlərinin doldurulduğuna əminiydim və ertəsi səhər oyananda nəsihətlərinizin birinin belə ağlımda qalmadığını xatırlayıram. Əksinə çox vaxt ruhum günah və peşmançılıq duyğusu içində titrəyərkən yanınıza gəlib sizə nələr etdiyimi danışmaq və mənə nəsihət verməyinizi istəyirdim, amma hər zamankı kimi qorxdum və sizə yadlaşdığımı hiss etdim, niyə belə olmalıydı ki? Bu qədər psixologiyaya aid kitablar oxuyan siz, bunların səbəbini yaxşı bilməli idiniz. Keçmişimi, evinizdə keçən bir ili belə düşünəndə qəlbim qırılır, yaxşısıyla, pisiylə bütün işlərim bir cinayətkarınkı kimi gizli idi. Nəyə görə mənim üçün güvənilməz insan idiniz, nə üçün məni evdən qaçmağa məcbur etdiniz, nə üçün harda olduğunu, nə etdiyini, kiminlə danışdığını belə bilməyən, sanki yuxuda gəzən bir insan kimi idim?
Nə üçün dostlarımı evə gətirib sizinlə tanış edərək onların pis və ya yaxşı olduqları barədə xəbərdar edilməyə cəsarət edə bilmədim? İstər-istəməz səhv edirdim, həm də kifayət qədər çox səhv, amma indi bura niyə gəldim və nə üçün aclığa, dərəbəyliyə və bu qədər bədbəxtliyə dözürəm? Çünki mən evi sevirəm. Səhərdən axşama qədər küçələrdə məqsədsiz şəkildə gəzib onunla-bununla darıxıdırıcı və yorucu söhbətlərə dözmək gəlmir içimdən, lakin evdə özünü tanıya bilməyəcək qədər rahat hiss edən qəribə qadın oluram. İndi bura gəldim, azadam, sizin mənə verməyə qorxduğunuz azadlıq, mən isə sizdən bunu gizlicə əldə etməyə çalışırdım, istər-istəməz səhv edirdim, həqiqət budur ki, siz bu azadlığı əldə etməyim üçün mənə açıq şəkildə kömək edirdiniz.
Tumblr media
İndi burdayam amma kim mənim çöldə bir gecə keçirdiyimi deyə bilər ki? Xeyr, mən səhərdən axşama kimi otağımdayam və işləyirəm. Bayırdakı həyatla bir əlaqəm yoxdur. Düşündüyünüzün əksinə mən gəzib tozan bir qadın deyiləm, bəlkə də mən masasında oturub kitab oxumağı, şeir yazmağı və düşünməyi sevən bir qadınam. Soruşursan niyə? Çünki mənə aid olduğunu hiss edirəm, evdə rahat olduğumu hiss edirəm, artıq heç kim mənə nifrət edən və aşağılayan gözlərlə baxmır, artıq kimsə mənə heç bir işdən anlamayan bir uşaq kimi baxmır və mən özüm üçün varlığımı və şəxsiyyətimi qorumağın məsuliyyətini hiss edirəm. Bundan sonra səhv etmək mövzusuna gəldikdə isə, ki səhv etməyim mümkündür, heç vaxt bağışlaya bilmərəm, keçmişi düşünəndə özümü günahkar görmürəm, bəlkə də səhvlərimin səbəbkarı kimi başqalarını görürəm.
Təəssüf ki, hər şeyi danışa bilmirəm. Əgər mənə icazə verib inciməyəcəyinizə dair söz versəydiniz danışacaq çox sözüm olardı, həyatımın ən başından başlamaq, hər anını sizə danışmaq və nə düşünürəmsə sizə yazmaq istəyərdim. Mən həyatımı, bizim haqqımızdakı düşüncələrinizi və tərbiyə üsullarınızı çox düşündüm, amma indi nə edə bilərəm ki? Məndən inciməyinizin daha yaxşı olacağını bilsəm, hər zaman belə susqun dodaqlarla və sevgi axtaran gözlərlə sizə baxıb kədərlənməkdənsə vəziyyətinizi soraqlaşmaqdan özgə tərəfə keçməzdi sözlərim. Bunu bilin ki, mən də digər övladlarınız kimi sizi sevirəm və sizi narahat edəcək bir şey etmək istəmirəm, yenə də ana və ataların övladlarını sevməməsinin mümkün olmadığını bilirəm, bəlkə mənim sizi sevdiyimdən daha çox sevdiniz məni. Mən şəxsən Kamini düşündüyüm zaman kədərdən qışqırıb ağlamaq istəyirəm amma qarşılıqlı anlayış olmayanda hər ikimiz səhvə düşürük.
Tumblr media
Münhen şəhərinə gəlməyimdən 10 gün keçir, mən və Əmir burada uzun-uzun sizdən danışdıq, dünən gecə yuxum gəldiyindən sizə məktub yaza bilməyəcəyimi görəndə öz-özümə məktub yazmaq üçün 2 cümlə də yetərli olar deyə düşündüm. Sizə bütün düşüncələrimi yazacağıma dair Əmirə söz verdim, amma bacarmıram, o qədər bədbəxtəm ki, bacarmayacam da. Amma sizin mənim pis insan olmadığımı düşünməyinizi və siz sevdiyimi bilməyinizi istəyirəm. Mən hər zaman vəziyyətinizdən xəbərdaram, əsla dostluğu və sevgini bildirməyən, nəyi varsa ürəyində olan bir insanam. Mənə göndərdiyiniz pul üçün sizə minnətdaram, sizə yük olmaq istəməzdim, son günlərdə vəziyyətim çətinləşib amma 2 ay içində burda işləyəcəm və ondan sonra Tehrana pullu vəziyyətdə geri qayıdar və borcunuzdan keçərəm. Əgər mənə cavab yazsanız çox xoşbəxt olaram, son vaxtlar sıxıntılı və çətin günlərdən keçirəm. Mən əzab, sıxıntı verən düşüncələr və heç vaxt bitməyəcək bir yığın kədərin içində məzarda yatan tənha insan kimiyəm. Hələ də sizi inandıra bilmirəm, amma bəlkə də bir gün mənlimlə razılaşaraq mənə küsməz və digər övladlarınız kimi məni də sevərsiniz..
Sizləri uzaqlardan öpürəm.
Füruğ."
2 fevral 1957-ci il. Münhen
27 notes · View notes
exactoes · 3 years ago
Text
bir iki dənə sevgi kitabı oxuyub deyə özünü kitab qurdu zənn edir
39 notes · View notes
navisionary · 7 years ago
Text
Müasir, repə qulaq asan, krossovka, Old School, pivə, kitab qurdu, azad yaşamaq, tək qalmaq arzusu, anti-seksizm, anti-diskriminasiya, qadınlara azadlıq, bərabər hüquqlar, cool olmaq, dərslərdə açıq fikir bildirmək, rahat zarafat etmək, oğlanlarla dostluq etmək, tez ərə gedənə pis baxmaq
*20 yaşında ərə getdi*
0 notes