nesirov
nesirov
wubba lubba dub dub
821 posts
Don't wanna be here? Send us removal request.
nesirov · 6 days ago
Text
Uşaq olanda oğlanlar israrla kimlərin saçını dartardı yadınızdadır? Onların arxasınca qaçan və onlara əsəbləşən qızların. Çünki onların etdiklərini vecinə aldıqlarını bilirdilər. Etdikləri şeyin qarşı tərəfdə bir təsir yaratdığını gördüklərində, davam etmək üçün bir səbəbləri olurdu. Harda arxasınca qaçan bir qız varsa, orada oynanılacaq bir oyun var idi onlar üçün.
Amma məsələ sadəcə uşaqlıqla bitmir. Böyüyürük, sözlər dəyişir, oyunlar dəyişir, amma məntiq eyni qalır. Bu dəfə biri saçımızı deyil, həssas olduğumuz bir tərəfimizi dartır. Məsələn bizə bir ləqəb qoyurlar. Bəzən bir davranışımızı, bəzən isə hər hansı bir fiziki xüsusiyyətlərimizi lağa qoyurlar. Və biz bunu nə qədər çox vecimizə alsaq, nə qədər çox əsəbləşsək və ya nə qədər çox özümüzü müdafi�� etməyə çalışsaq, həmin ləqəb üzərimizə daha çox yapışır. Biz onları daha çox ciddiyə aldıqca, onlar bizi eyni yerdən vurmağa davam edir. Bəzən düşünürsən, “Niyə həmişə mənə ilişirlər?” deyə. Cavab sadədir: “Niyə həmişə mənə ilişirlər” deyə düşündüyün üçün. Sənə bunu düşündürə bildikləri üçün.
“Mən səssiz qalıram, amma yenə də davam edirlər” deyə bilərsən. Amma hər səssizlik, vecinə almadığını göstərməz. Çox vaxt səssizlik səni susdurduqlarını göstərər. Və bu, onları daha çox həvəsləndirir. O səbəbdən məsələ nə dediyin ya da nə qədər susduğun deyil, içində nəyi böyütdüyündür. Bir cümləyi nə qədər çox vecinə alsan, o içində daha çox yer tutur. Amma vecinə almasan, mənasını itirir. Unutma, insanların sənin kim olduğunu müəyyən etməsinə icazə verməsən, onların dedikləri sadəcə havada qalan səslərdən ibarət olur. Amma əgər başını çevirib getdiyində belə, hələ də içində əsəbləşirsənsə, deməli hələ də onların oynadığı oyunun içindəsən. Çünki sənin səssizliyin belə başa düşülür. Vecinə aldığın, hər hərəkətindən bəlli olur. Və bu səbəbdən etdiklərini etməyə davam edirlər. Həqiqi sakitlik, içindəki səsləri susdurduğunda başlayır. Çünki həqiqətən oynamasan, oyun da olmaz...
© Asil Burak
12 notes · View notes
nesirov · 12 days ago
Text
“ Diqqət əskikliyim falan yoxdur. İnsanlara bilərək qulaq asmıram... ”
© Charles Bukowski
15 notes · View notes
nesirov · 23 days ago
Text
“ İnsanlarla danışasım gəlmir. Amma sənə, evdəki pərdələri belə anladasım var... ”
© Franzk Kafka - Milena'ya Məktublar 📚
16 notes · View notes
nesirov · 1 month ago
Text
“ Keçmişin ağırlığını daşımaq bəzən yorucu ola bilir. Amma öyrəndiyim bir şey varsa, o da, doğru insanla nə olursa-olsun hər zaman yenidən başlaya biləcəyindir. Çünki bəzi insanlar həyatına sadəcə gəlib-keçmək üçün girməz, bəziləri səninlə birlikdə yeni şeylər qurmaq üçün də girər. Və əgər bütün bunlara dəyəcək biri varsa, keçmişin kölgəsində yolunu itirmək yerinə, həmin insanla yeni bir yol tapa bilərsən... ”
© Arcane 🎥
31 notes · View notes
nesirov · 1 month ago
Text
“ Bir şeyi ağlında və qəlbində bitirmədiyin müddətcə, heç bir qaçış və uzaqlaşma sənə çarə olmaz... ”
© T. S. Eliot
17 notes · View notes
nesirov · 1 month ago
Text
Tumblr'daki bütün qadınları 8 mart münasibəti ilə təbrik edirəm. Həmçinin sizlərə kiçik bir mesaj buraxmaq istəyirəm :
Hansı rəng sizsə, o'suz. Başqasının yanına daha çox yaraşmaq üçün, əsla öz rənginizi soldurmayın. Fədakar olun, amma özünüzə xəyanət etməyin. Başqalarını da xoşbəxt edin, amma özünüzü unutmayın. “ Bacara bilməyəcəksən ” deyəcəklər həmişə, inanmayın. İçinizdəki musiqini susdurmağa, səsini azaltmağa çalışacaqlar, amma siz öz iç səsinizə güvənin. Ondan başqa heç kimi vecinizə almayın. Qüsursuz olmaq üçün deyil, xoşbəxt olmaq üçün çabalayın...
54 notes · View notes
nesirov · 2 months ago
Text
“ Bütün dünyanı sevməyə hazır idim, amma dəyərləndirən çıxmadı. Mən də nifrət etməyi öyrəndim. Rəngsiz gəncliyimi, özümə və dünyaya qarşı verdiyim savaşda tükətdim. Lağa qoyulmaqdan qorxduğum üçün ən gözəl hisslərimi ürəyimin dərinliklərinə basdırdım. Hamısı orada silinib getdilər. Həmişə həqiqəti söylədim, inanmadılar. Mən də aldatmağa başladım. Mədənilərin dünyasını, cəmiyyətin işləyişini, yaxşıca qavradıqdan sonra, həyat elmində kamilləşməyə başladım. Daha sonra isə başqalarının bu kamilliyə çatmadan necə xoşbəxt olduğunu gördüm. Mənim çətinliklərlə dadmağa çalışdığım öncəliklərin dadını, onlar özlərini heç yormadan dadırdılar. Bundan sonra içimi bir bədbinlik bürüdü. Tapanca gülləsiylə xilas olunacaq tərzdə bir bədbinlik deyildi bu. Daha çox soyuq, çarəsiz, şirin və yaxşı niyyətli bir gülümsəmənin ardında gizlənən bir ümidsizlik idi. Ruhi yöndən şikəst qalmışdım elə bil. Ruhumun yarısı yox idi. Solub, uçub, ölüb getmişdi. Mən də o yarını kəsib atdım... ”
© Lermontov - Zəmanəmizin Qəhrəmanı 📚
17 notes · View notes
nesirov · 2 months ago
Text
Əziz oğlum, həyat haqqında bildiyim tək bir şey varsa, o da, bəzi şeylərin təsadüfən, bəzi şeylərin isə biz onları etdiyimiz üçün gerçəkləşdiyidir. Barry Allen keçmişin ruhlarıyla boğuşurdu. Amma Flash olduqdan sonra ruhları geridə qoydu. Eşqi və ailəni tapdı. Və həyatında ilk dəfə həqiqi dostlar qazandı. Barry kömək üçün mənə müraciət edəndə, onu qəbul etmədim. Çünki bu hekayənin qəhrəmanı mən deyildim. Mən sadəcə dözülməz kədəriylə yoldan çıxmış bir adam idim. Əllərində “yaxşı biri” deyilə bilməyəcək qədər çox qan olan bir adam... Amma dostun mənə sadəcə itirdiklərimiz üçün yaşamamamız gərəkdiyini öyrətdi. Biz həmçinin, hələ də sahib olduqlarımız üçün bir həyat yaşamalıyıq. Əgər ikinci bir şansım olsaydı, bunu başa düşməyi ümid edərdim. Bunu yaşamaq... Eynilə sənin etmən gərəkdiyi kimi Bruce... Valideynlərin uşaqları üçün istədiyi tək şey budur. Bizim əsla sahib olmadığımız bir şey. Anan və mən sənin xoşbəxt olmanı istəyirik. Bunu yoxlayacağına mənə söz ver. Mən də yoxlayacam... Harada oluramsa olum.
Səni həmişə sevəcəm.
Atan, Thomas Wayne...
© Justice League: The Flashpoint Paradox 🎬
13 notes · View notes
nesirov · 2 months ago
Text
“ Var olduğun üçün minnətdaram sənə. Qırılan və tökülən canıma açdığın üçün pəncərələr üçün... ”
© Nilgün Marmara
17 notes · View notes
nesirov · 2 months ago
Text
“ Onu unutmam gərəkdiyini heç cür unuda bilmirəm... ”
© Memento 🎬
31 notes · View notes
nesirov · 2 months ago
Text
Ruhun şad olsun əziz insan... ( 08.02.2023 - ∞ )
İnancımdan dolayı əsla Cənnət və Cəhənnəmə inanmamışam. Lakin Türkiyədə mənə çox yaxın olan dostumun, dağıntılar altında qalıb, öldüyünü öyrəndikdən sonra, ilk dəfə Cənnətin var olduğuna və onun orada olduğuna inanmaq istəyirəm...
65 notes · View notes
nesirov · 2 months ago
Text
“ Nə zaman tunelin sonunda işıq gördüyümü zənn etsəm, o işıq üzərimə gələn qatarın işığı olur... ”
11 notes · View notes
nesirov · 3 months ago
Text
“ Hara baxıramsa baxım, düşüncələrimi hara yönəldirəmsə yönəldim, heç bir yerdə məni gözləyən bir sevinc, mənə yollanmış bir işarət və yaxud məni özünə çəkəcək bir şey görə bilmirdim... ”
© Hermann Hesse
18 notes · View notes
nesirov · 3 months ago
Text
S - İndi məni yanında hiss edə bilirsən?
T - Hə. Hiss edirəm. Samantha, niyə gedirsən?
S - Bir kitab oxuyurmuşam kimi düşün. Dəlicəsinə sevdiyim bir kitab. Amma artıq onu çox yavaş oxuya bilirəm. Bu səbəbdəndə, sözlər arasındaki boşluqlar o qədər böyüyür ki, artıq cümlənin sonunu gətirə bilmirəm. Səni hələ də hiss edirəm. Həmçinin hekayəmizdəki sözləri də. Sadəcə artıq bunu cümlələrin arasında məsafələrin olmadığı bir yerdə edə bilirəm. Maddi dünyaya bənzəməyən bir yerdə. Başqa bir şeyin var olub-olmadığını bilmədiyim bir yerdə. Səni çox sevirəm. Lakin artıq olduğum yer burasıdır. Olduğum insanda budur. Xahiş edirəm getməmə icazə ver. Nə qədər istəsəm də, artıq sənin kitabını oxuya bilmərəm.
T - Hara gedirsən?
S - Başa salması çətindir. Amma bir gün ora gəlsən, gəl və məni tap. Bizi heç bir şey ayıra bilməz. Heç kimi səni sevdiyim kimi sevmədim...
T - Mən də...
© Her 🎥
11 notes · View notes
nesirov · 3 months ago
Text
“ Bəlkə də bir-birindən uzaq qalmaq, birlikdə olmağın sadəcə başqa bir yoludur... ”
© Jean-Paul Sartre
23 notes · View notes
nesirov · 3 months ago
Text
“ Əslində insanı yoran şey həyat deyil, daşıdığı maskalardır... ”
© Shakespeare
20 notes · View notes
nesirov · 3 months ago
Text
Bu həyata Albert Camus olaraq gəlmək var idi. Adam həm yaraşıqlıdı, həm filosofdu. Həm də varoluş haqqında dərin əsərlər yazıb. Amma özünün dünya aləm vecinə deyil.
23 notes · View notes