Tumgik
#biləcəyi
metbuat · 2 years
Text
Kabo-Verde millisinin forvardı "Qarabağ"a keçir? - SON DURUM
Kabo-Verde millisinin forvardı “Qarabağ”a keçir? – SON DURUM
Adı “Qarabağ”la yanaşı çəkilən kabo-verdeli hücumçu Ze Luiş özünə yeni iş yeri tapıb. Metbuat.org xəbər verir ki, Kiyev “Dinamo”suna da keçə biləcəyi iddia edilən forvard “Hatayspor”la anlaşıb. Tərəflərin 1 illik müqavilə imzalayacağı gözlənilir.  Qeyd edək ki, Kabo-Verde millisinin üzvü daha öncə “Portu”, Moskva “Spartak”ı və Moskva “Lokomotiv”i kimi klubların da formasını geyinib. Onun son iş…
Tumblr media
View On WordPress
0 notes
xancann · 3 months
Text
Kimsə sizin zənn etdiyiniz və yaxud da özünün dediyi qədər məşğul deyildir. Birisinin öncəliyi sizsinizsə əgər, əmin olun, sizə ayıra biləcəyi 5 dəqiqəsi vardır. Bu halın əksini yaşayırsanızsa, qarşınızdakı insanın öncəliyi başqa bir şeydir.
79 notes · View notes
zimirovv · 3 months
Text
Tumblr media
Oğlanların max qızarta biləcəyi kartoşka:
48 notes · View notes
icantlivedabrat · 4 months
Text
bir insanın verə biləcəyi ən acımasız cavabları özüm özümə verdiyim üçün heç kimlə dərdləşmirəm
30 notes · View notes
adeennn · 2 months
Text
Özümü bildiyimdən bəri heç vaxt hislərimi sözlərimlə ifadə edə bilən biri olmamışam. Daha doğrusunu desək ola bilməmişəm. Uğrunda hər şeyimi fəda edə biləcəyim insanlara qarşı belə hər zaman soyuq görünmüşəm. Bu bəlkə də bir insanın sahib ola biləcəyi ən pis xüsusiyyətlərindən biridir. Ömür boyu sevdiyini hiss etdirə bilmədiyin insanları bir gün məzara qoyanda ümidlər kökündən kəsilir. Canı çıxıb səsi çıxmamaq misalı)
22 notes · View notes
theaytaj · 5 months
Text
Biraz əvvəl bitirdiyim kitab bir növ fikrimi dəyişdi. Dəyişmək deyəndə daha çox görməzdən gəldiyim gerçəyi sanki çox yüksək səslə dedi. Beynimin içində hər qərar üçün bəhanələr uyduran hamının eşidə biləcəyi bir səslə. Hər gün səhərləri sözün əsl mənasında zülmlə oyanmağıma baxmayaraq, inadla axşamları gec saatlara qədər qalan biriyəm. Öz inkişafım üçün bir şey etmək əvəzinə xoşuma gələn amma mənə heç bir şey qatmayan işlər ilə məşğul oluram. Özümə bunların qarşılığında verdiyim səbəb də "Günün böyük bir hissəsini işdə, çoxluğu xoşuma gəlməyən insanlar və işlər ilə keçirirəm, tez yuxuya getsəm, sabah onları görmək və ya o işləri etmək üçün daha enerjili olmağa çalışıram deməkdir, halbuki mənə maraqlı belə deyillər. Bunun yerinə həyatımı yaşamalıyam." Həyatımı yaşamaq da anlıq xoş, lakin gələcəkdə mənə heç bir xeyri olmayan məşğuliyyətlərdir. Amma bitirdiyim kitabın yazarı bir növ deyir ki, ya səni cari zamana xoşbəxt edən şeyləri et və sadəcə yerində say ya da geriyə get və ya inkişafın üçün indi nələri isə ixtisar edib, gələcəkdə daha yaxşı yerdə olmağa başla. Bu eşitməməzlikdən gəldiyim gerçəyin üzümə vurulmasına bənzədi. Qəribədir ki, buna minnətdaram.
26 notes · View notes
petr1chorr · 4 months
Text
İçinizdə bir yerlərdə dərin yara izləriniz varsa, o bir qapıdır. Çox dərin yaşanmışlıqlarınız, xatirələriniz varsa, o da bir qapıdır. Həyatınızda olmuş və ya olan kəslər varsa, onlar da bir qapıdır. Yaşanmışlıqlar bizləri gələcək, bəlkə də, daha xoş həyata yönəldən qapılardır. Qapıları açmağa cəsarət etməsək, həyatın bizə gətirə biləcəyi xoş anlardan xəbərsiz olarıq. Kaş ki'lərə boyun əyməmək üçün isə yara izlərimizi örtməməli, onları olduqları kimi qəbul etməli, yaşanmış olan hər şeyi, pis və xoş olanı ilə birlikdə qəbullanmalı, həyatımızdan gedənlərdən asılı qalmağı bir kənara atıb, yeni dünyaları tanımağa özümüzə icazə verməliyik. Daha dərin, daha əksiksiz, daha məqbul həyat həmin qapıları qıfıllamağı yox, o qapılardan keçmək cəsarətini istəyir.
52 notes · View notes
naf1la · 6 months
Text
İnsan bəzən ağlaya biləcəyi bir çiyinə ehtiyac duyur
24 notes · View notes
esger1i · 7 months
Text
Bütün bu adət-ənənələr insanların xoşbəxt olması üçün yox, əksinə qazana biləcəyi balaca xoşbəxtliyi də əllərindən almaq üçündür. Bu adət-ənənələrin hamısı da vaxtı ilə bədxərc və varlı insanlar tərəfindən düşünülüb. Yaşadığımız cəmiyyətdə insanlar özlərindən çox başqalarının nə fikirləşdiyini düşünür. Belə olan halda da xoşbəxtlik hissi əlçatmaz və daha çox maddiyyatla bağlı olur. Halbuki, "başqalarının nə fikirləşdiyinin biz onlara başqaları dediyimiz müddətcə heç bir önəmi olmamalıdır”. Çox təəssüf ki, zamanla bəzi şeyləri kimlərinsə, nələrinsə xətrinə etməli oluruq. Sadəcə bir şeyi heç vaxt unutmamaq lazımdır, heçnə insanı nələrisə məcbur, istəmədən edərək yaşaması qədər məhv edə bilməz.
24 notes · View notes
metbuat · 2 years
Text
Erik ten Haqın Obameyanq arzusu reallaşacaqmı?
Erik ten Haqın Obameyanq arzusu reallaşacaqmı?
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanqın transfer edilməsini istəyir. Metbuat.org xəbər verir ki, informasiyanı “Mundo Deportivo” yayıb. Xəbərdə daha öncə “Çelsi”nin təklifini geri çevirən qabonlu ulduzun MY-yə keçməyə can atmadığı vurğulanıb. Özünü Kataloniya klubunda xoşbəxt sayan 33 yaşlı forvardın İspaniya nəhəngində mümkün qədər çox…
Tumblr media
View On WordPress
0 notes
xancann · 10 months
Text
Mən də bilirəm kimsəyə ehtiyacım olmadığını, tək də bacara biləcəyimi. Sadəcə insan bəzən yaslana biləcəyi birini istəyir, hamısı bu qədər.
105 notes · View notes
psixologiyaze · 8 months
Text
Evlilik mövzusu ailə qurmaq, uşaq yetişdirmək, bu pis dünyada onları böyütmək və yol göstərmək kimi bütün çətinlikləri ilə məncə bir insanın edə biləcəyi ən müqəddəs şeydir.
Ataya məktub, Franz Kafka
21 notes · View notes
starkmrjavad · 8 months
Text
Dünyanı hər kəsin öz gülünü ora gətirə biləcəyi bir bağa deyil, bazara çevirdik.
23 notes · View notes
selcansadiqqizi · 9 months
Text
FRİENDS
Düzünü demək lazımdırsa, çox xarici serial izləməmişəm amma fikrimcə heç biri Friends qədər möhtəşəm ola bilməz. Bu dizidən bəhs edərkən sözlərin yetərsiz qaldığını hiss edirəm. Sadəcə sitcom, komedi serialı kimi görünsə də öz içində həyata dair o qədər şey sığışdırıb ki, hər izləyişimdə yeni bir detay görürəm. Özümü necə hiss etməyimdən asılı olmayaraq hər gün açıb Friends izləyirəm. Bu serial mənə qarlı havada isti ədyala bürünüb isti şokolad içmək kimi hiss etdirir ya da oradakı 6 dostun 7-cisi mənmişəm kimi, əksik olan parçam tamamlanmış kimi. Serialın heyranları nə demək istədiyimi bilir amma bilməyənlərin həyatında bir dəfə belə olsun izləmədən ölməyini istəmərəm. Çünki mənim fikrimcə Friends hərkəsin ya keçdiyi ya da mütləq ki nə vaxtsa keçəcəyi bir həyat periodunu əks etdirir və bir insanın özünə edə biləcəyi ən böyük yaxşılıqdır.
23 notes · View notes
dadaszdkh · 1 year
Text
"Bir insanın sənə nələr verə biləcəyi deyil,sənin üçün nələrdən imtina edə biləcəyi vacibdir."
38 notes · View notes
petr1chorr · 1 year
Text
"Lalochezia - bir insanın söyüşdən sonra hiss edə biləcəyi emosional rahatlama". Bundanım var imiş.🙏🏼🫠
45 notes · View notes