Tumgik
#Tərəflərin
metbuat · 2 years
Text
Kabo-Verde millisinin forvardı "Qarabağ"a keçir? - SON DURUM
Kabo-Verde millisinin forvardı “Qarabağ”a keçir? – SON DURUM
Adı “Qarabağ”la yanaşı çəkilən kabo-verdeli hücumçu Ze Luiş özünə yeni iş yeri tapıb. Metbuat.org xəbər verir ki, Kiyev “Dinamo”suna da keçə biləcəyi iddia edilən forvard “Hatayspor”la anlaşıb. Tərəflərin 1 illik müqavilə imzalayacağı gözlənilir.  Qeyd edək ki, Kabo-Verde millisinin üzvü daha öncə “Portu”, Moskva “Spartak”ı və Moskva “Lokomotiv”i kimi klubların da formasını geyinib. Onun son iş…
Tumblr media
View On WordPress
0 notes
xancann · 5 months
Text
Tərəflərin bir-birini anlamadığı o münasibətlər vaxt itkisindən başqa bir şey deyildir məncə, qarşındakını anlamamaqda israr edən birisinin onu sevə bilmə ehtimalını görmürəm, nə də ki, inanmıram. İnsan birini sevirsə əgər, onu başa düşmək üçün hər bir varianta baş vurar çünki, mütləq bir yolunu tapar, əgər tapa bilmirsə də zatən sevginin heç bir əhəmiyyəti olmur daha.
60 notes · View notes
usersh · 2 months
Text
İnsanların sənə olan gerçək sevgisi hər şey yolunda getməyəndə, onlar üçün xoşagəlməyən tərəflərin yarananda bəlli olur.
16 notes · View notes
starkmrjavad · 2 years
Text
Müharibənin itkisi tərəflərin məğlubiyyəti və qələbəsidir. Onun ən görünməz üzü isə əsirlər və ya bu əsarəti yaşamağa məcbur olanlardır.
5 notes · View notes
politiciansstuff · 23 days
Text
Tumblr media
Sülh şərtləri belə olacaq: Bakı 1920-ci il xəritələri ilə masaya oturur
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, son delimitasiya və demarkasiya prosesinin ardınca Azərbaycan və Ermənistan tərəfindən sülhlə bağlı müsbət mesajlar səslənir. Sərhədlərin dəqiqləşməsinin uzun bir proses olduğunu nəzərə alsaq, sülh müqaviləsi ilə bağlı tərəflərin siyasi mövqeyi necə ola bilər?
- Hazırda daha çox aktuallıq kəsb edən məsələ Qərbi Zəngəzur məsələsidir. Eyni zamanda Zəngəzur dəhlizi məsələsi var. Bunun ətrafında dəqiqləşmələr aparılmalıdır ki, dəhlizin açılmasında hər hansı problem yaranmasın. Bununla yanaşı hələ də Ermənistanın işğalında qalan 4 kəndimiz var. Qazaxın 3, Naxçıvanın 1 kəndi də azad edilməlidir. Bu məsələ də Ermənistan tərəfindən təmin olunmalıdır. Həmin kəndlər Azərbaycana təhvil verilməli və bu istiqamətdə olan məsələlərə aydınlıq gətirilməlidir. Çünki bu kəndlərin məsələsi də qapalı qala bilməz.
- Sizcə, anklavlarla bağlı məsələnin qısa zamanda həlli nə dərəcədə real görünür?
- Anklavlarla bağlı sözsüz ki, fərqli yanaşmalar mövcuddur. Burada Azərbaycan ətrafında da müəyən fikirlər eşidilir. Qaranlıq qalan bütün məsələlər araşdırılmalı və üz-üzə gətirilməlidir. Sözsüz ki, bu cür yanaşmalar elə də qəbul edilən hal deyil. Çünki Ermənistan ərazisində Azərbaycanın hər hansı anklavı ola bilməz.
- Burada hansı reallıq əsas götürülür? Tarixi faktorlarla məsələnin həllinə necə nail olmaq olar?
- Ermənistan bir dövlət kimi tarixi Azərbaycan ərazilərində formalaşıb. Həmin anklavlar və onların ayrıcı xəttləri isə vaxtilə sovet imperiyasının qərarları və siyasi konnektura ilə Ermənistana verilib. Ona görə də, həmin tarixi torpaqlar reallığa uyğun olaraq Azərbaycana qaytarılmalıdır. Beləlilə, həmin 4 anklav kəndin taleyi həll olunmuş olacaq.
- Zəngəzur dəhlizinin açılması ilə bağlı indiki siyasi reallıq nədən ibarətdir? Dəhlizin yaradacağı mühüm faktoru nəzərə alsaq, burada kənar təsirlərin rolu haqqında nə demək olar?
- Dəhlizin açılması indiki reallıqda daha vacibdir. Bu, Azərbaycanın və Ermənistanın maraqlarına uyğundur. Eyni zamanda bu, Orta Dəhliz konsepsiyasının ciddi bir hissəsidir. Burada beynəlxalq güclərin də maraqları var. Sözsüz ki, dəhlizin açılmasına maneə olmaq istəyənlər də az deyil.
- Sərhədlərin Dərələyəz, Zəngəzur istiqamətində dəqiqləşmələr əsasında aparılması ehtimalını necə dəyərləndirirsiniz?
- Bu istiqamətdə kifayət qədər hüquqi və tarixi baxımından mübahisələr olsa da dəqiqləşmələrin aparılması mümkündür. Çünki Zəngəzur keçmiş sovet imperiyası tərəfindən Ermənistana güzəştə gedilən Azərbaycanın tarixi torpağıdır.
- Bu məsələnin həlli üçün hansı tarixi faktlar masaya qoyula bilər?
- Beynəlxalq səviyyədə tanınan 1920-ci ilin yanvarın 11-də Paris Sülh Konfransı tərəfindən tanınan Azərbaycan sərhədləri var. Zəngəzur da həmin xəritələrdə Azərbaycan sərhədləri çərçivəsində de-fakto əksini tapıb. Eyni zamanda Azərbaycan Xalq Cumhuriyyətinin qanuni sərhədləri Azərbaycan Resbulikasının qanuni sərhədləri kimi qəbul edilməlidir. Keçmiş sovet Rusiyasına qədər olan Azərbaycanın tarixi torpaqları Zəngəzuru da əhatə edib. Çünki məhz 1930-cu illərə qədər Azərbaycanın Zəngəzur bölgəsi hissə-hissə qopardılaraq Ermənistana verilib. Ona görə də, burada sərhəd dəqiqləşmələri zamanı kifayət qədər mübahisəli məqamlar olacaq. Bunun hansı şəkildə həlli olduqca mürəkkəb görünən məsələlər sırasındadır. Amma bütün bunlara baxmayaraq Zəngəzur dəhlizinin açılması kontekstində bu istiqamətdə sərhəd dəqiqləşmələri aparıla bilər.
"Teleqraf.com" saytı
Tapdıq Qurbanlı
04 iyun 2024-cü ilin
0 notes
bymoonsstuff · 4 months
Text
ChatGPT deyir ki:
“Xəyanət, güvənə əsaslanan bir münasibətdə, həyat yoldaşı, dost və ya digər bir şəxs ilə əhatədarlığın pozulması və tərəflərin gözlənilməyən davranışlarının ortaya çıxması deməkdir. Bu davranış münasibətin qarışıqlığa düşməsinə və tənqidlərinin pozulmasına səbəb ola bilər.”
Mən deyirəm ki:
Bullshitt
1 note · View note
gunelfarkhad · 1 year
Text
Sevgi dediyimiz
Əsl sevgi dediyimiz insanı zirvəyə qaldırır, uçuruma tullamır. İnsanı incitmir, bədbəxt etmir, toksik enerji ilə doldurmur. Əsl sevgi insanı pozitivdən neqativə köçürmür. Sevən və sevilən tərəflərin azadlığını məhdudlaşdırmır, fərdi sərhədlərini keçmir, hüzurunu pozmur, təhlükəli vəziyyətə salmır. Yalan və xəyanətin, haqsızlığın və öz eqoist istəklərinin qurbanına çevirmir. Bərabərsizliyə yol…
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
I İnsanların dünyəvi dəyərlər üzərinə qurduqları evliliklər qısa müddətdən sonra sıxıcı ola bilər. Evlilikdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda əvvəlki hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, etibar kimi meyarlara əsaslandıqda bu nəticə demək olar ki, qeyri-mümkün olur. Əgər bir insanın sevgisi qarşısındakı insanın yalnız gözəlliyinə görədirsə, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, bu səbəbdən sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, etibar və ya mövqe kimi dəyərlər də asanlıqla itirilə biləcək xüsusiyyətlərdir. Özünə bu dəyərləri meyar kimi götürən bir insan bunları itirdikdə artıq qarşısındakını sevə bilmək, ona hörmət edə bilmək üçün özündə heç bir səbəb tapa bilməyəcək. Sevgini, hörməti və sədaqəti daimi edən şey iman, Allah qorxusu və gözəl əxlaqdır. Bir insanı imanı və əxlaqı üçün sevən insan evlilik həyatında da qarşısındakı insana qarşı hörmət bəsləyən, sadiq və gözəl əxlaqlı biri olacaq. Nə gəncliyini, sağlamlığını gözəlliyini itirməsi, nə də zənginlik, etibar kimi xüsusiyyətlərini itirməsi onun sevgisinə və qarşı tərəfə verdiyi dəyərə təsir edə bilməyəcək. İmanı və Allah qorxusu olduğundan heç vaxt qarşı tərəfi narahat edəcək, çətinliyə salacaq şəkildə hərəkət etməyəcək. Allah Quranda evlilikdə qadın və kişinin bir-birlərinə qarşı olan məsuliyyətlərini “... Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız...” (Bəqərə surəsi, 187) ayəsi ilə bildirmişdir. Allah bu ayədə insanlara qadın və kişinin ailə həyatında bir-birilərinə qarşı bərabərhüquqlu olduqlarını da xatırladır. Allahın ayədə bildirdiyi “libas” sözü tərəflərin bir-biriləri üzərindəki qoruyucu xüsusiyyətləri ortaya qoyur. Bu ayədə həmçinin qadın və kişinin bir-birilərinin tamamlayıcı xüsusiyyətlərinə də diqqət çəkilir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #evlilik https://www.instagram.com/p/CjkUS0pMTT5/?igshid=NGJjMDIxMWI=
0 notes
metbuat · 2 years
Text
Britaniyalı döyüşçü Usmanı nokautla yenib çempion oldu
Britaniyalı döyüşçü Usmanı nokautla yenib çempion oldu
Bu gecə Solt-Leyk-Sitidə (ABŞ) UFC 278 turniri çərçivəsində titul döyüşü keçirilib. Metbuat.org xəbər verir ki, yarım orta çəkidə UFC çempionu – 35 yaşlı amerikalı Kamaru Usmanla 31 yaşlı britaniyalı idmançı Leon Edvards üz-üzə gəlib. 5-ci raundun son dəqiqəsində Usmanı nokauta salan Edvards yarım orta çəkidə çempion tituluna yiyələnib. Xatırladaq ki, bu, revanş döyüşü olub. Tərəflərin 2015-ci…
Tumblr media
View On WordPress
0 notes
xancann · 1 year
Text
Münasibətlər məhz tərəflərin ayrıldığı zaman deyil, artıq bir-birilərinin doğum günlərini heç təbrik etmədiyi an tamamilə sona çatmış olur.
64 notes · View notes
porsugblog · 3 years
Text
Evlənməmişdən qabaq bəy və gəlinin analiz verib müayinədən keçməyinin bir şeyi yaxşıdı ki, əvvəlcədən tərəflərin toksik olub olmadığın bilirsən
11 notes · View notes
politiciansstuff · 2 months
Text
Tumblr media
ÇƏRÇİVƏ SÜLH SAZİŞİ VƏ DƏHLİZLƏ BAĞLI ANLAŞMA –
TARİXİ QƏRAR BELƏ AÇIQLANACAQ
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
- Fəzail müəllim, Qazaxıstanda Azərbaycanla Ermənistan xarici işlər naziri arasında gözlənilən görüşdə tərəflərin çərçivə sülh sazişi üzərində müzakirələr aparacağı ehtimal edilir. Sizin gözləntiləriniz nədən ibarətdir?
- Qazaxıstanda aparılacaq danışıqların nəticəsində çərçivə sülh sazişinin imzlanmasına doğru ciddi bir addım atıla bilər. Tərəflərin heç bir vasitəçi olmadan bu müzakirələri aparması önəmlidir. Qazaxıstanın isə vasitəçi olmadan görüş üçün belə bir platforma yaratması təqdir olunur. Qazaxıstan türk dövləti olaraq Azərbaycanla sıx əlaqələrə, qardaşlıq münasibətlərinə malikdir. Ermənistanla da Qazaxıstan arasında normal münasibətlər var. Bu türk dövləti Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə hər zaman ədalətli mövqe tutub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. Bununla yanaşı Qazaxıstan Ermənistanla da gərgin münasibətdə deyil. Bir müddət öncə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistanda səfərdə olması da bunun göstəricisidir. Böyük ehtimalla Tokayev İrəvanda olarkən Nikol Paşinyanla Azərbaycanla aparılacaq danışıqlar üçün müəyyən təkliflər edib. Heç şübhəsiz ki, Azərbaycan Prezidenti ilə razılaşdırılmış qaydada bu müzakirələr aparılıb.
- Bununla da Qazaxıstanı sülh platforması üçün yeni bir məkan kimi səciyyələndirmək olarmı?
- Artıq Qazaxıstan Azərbaycanla Ermənistan arasında danışıqlar üçün yeni bir platforma kimi meydana çıxır. Ümid edirik ki, bu platforma daha davamlı olacaq. Bu günə qədər hər iki tərəfin yer aldığı Brüssel, Moskva, Praqa, Vaşinqton, Berlin, Tiflis kimi platformalardan Almatı davamlı danışıqlar üçün əlverişli məkan olacaq. Qazaxın anklav olmayan 4 kəndinin geri qaytarılması da məhz bu müstəvilərdə aparılan danışıqların nəticəsi hesab edilir. İlk addım atılır. Xarici işlər nazirlərinin Almatı görüşündə tərəflər heç bir kənar vasitəçi olmadan bütün məsələləri müzakirə etmək imkanı əldə edəcək. Məhz bunun nəticəsi olaraq çərçivə sülh sazişinin imzalanması ehtimal edilir.
- Zəngəzur dəhlizinin açılmasının da gündəmdə olduğu, Tokayevin səfərindən bu istiqamətdə müzakirələrin aparıldığı ehtimal edilir. Orta Dəhliz konsepsiyasına uyğun olaraq Qazaxıstanın Zəngəzur dəhlizinin açılmasında təsirini necə dəyərləndirmək olar?
- Qazaxıstanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ciddi maraqları var. İlk növbədə Orta Dəhliz konsepsiyasının işlək vəziyyətə gətirilməsi üçün Azərbaycanla Ermənistanın da ortaq mövqeyi olmalıdır. Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı, Ermənistanın da maraqlarına uyğundur. Bu maraqları uzlaşdırmaq üçün danışıqlar aparılmalıdır. Bu danışıqlar da Almatı görüşündə geniş şəkildə aparıla bilər. İlk növbədə burada xarici işlər nazirləri səviyyəsində, daha sonra isə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri müstəvisində bu müzakirələr aparılması mümkündür. Reallıq odur ki, Qazaxıstan Orta Dəhlizin açılmasında maraqlıdır. Rusiya-Ukrayna müharibəsi fonunda Qazaxıstan özünün ticarət əlaqalərini başqa bir müstəvidə davam etdirmək niyyətindədir. Bunun də optimal yolu Orta Dəhlizdir. Orta Dəhliz isə Zəngəzur dəhlizinin bir hissəsidir.
- Belə çıxır ki, Almatıda Zəngəzur dəhlizi məsələsi gündəliyin əsas müzakirə mövzularından biri olacaq...
- Çox güman ki, Almatıda Zəngəzur dəhlizinin açılması mövzusu geniş danışılacaq. İstisna edilmir ki, Qazaxıstan bu vasitəçiliklə maraqları uzlaşdırmaq niyyətindədir. Beləliklə, tərəflər arasında ortaq nöqtələr tapılacaq. Bunun nəticəsi olaraq isə tezliklə Zəngəzur dəhlizinin açılması reallaşacaq. Burada da Qazaxıstanın töhfələri mühüm yer tutacaq.
“Teleqraf.com” saytı
Tapdıq Qurbanlı
03 may 2024-cü il
0 notes
thecrucia11 · 4 years
Text
Ayrıldıqdan sonra yollarını mədəni bir şəkildə ayıran tərəflərin hər gecə fotolara baxıb kədərlənərək ağlaması qədər zərif ikinci bir şey bilmirəm.
3 notes · View notes
starkmrjavad · 5 years
Text
İki insan bir-birini daha yaxşı tanıdığca, yaxınlıqları inanılmazlığını get-gedə itirir;sonunda düşmənçilik, ümid qırığlığı, bir-birindən bezmə hissi başlanğıcdaki coşğudan geri qalan hər şeyi alıb götürür. Halbuki, başlanğıcda bütün bunlar heç bilinməz; əslində, o coşğun bağlılıq, bir-biri üçün dəli olmaq, sevginin böyüklüyünə sübut sayılar; amma, bu, həmən tərəflərin daha əvvəllər içində olduqları təklik duyğusunun böyüklüyünə sübutdur.
10 notes · View notes
anar-abasow · 5 years
Text
BU YAZDIĞIMI DİQQƏTLƏ OXU TUMBLR ƏHLİ! +18
Tumblra çox uzun zamandır girmirəm ancaq bəhanə arayırdım bəzi insanları “yağlamaqçun”.
1. İnstagramda qrup olmuş, feminizm söhbətləri olmuş, qeybət olmuş və s. Bunların hamısı olmuş və olacaq da. İlk öncə bunu bilin ki, hansı qrupa girirsizsə girin çıxdığınızda sizin arxanızca bir nəfər də olsa danışmalıdı. @rengsiz elə düşünür ki o söhbətdə olmuşam və ya xəbərim olub və i.a. Bir şəxsiyyət olaraq rəngsizə hörmətim böyük, dəyərli biri ama bu o demək deyil ki, əskik tərəflərin deməyim. Rəngsizə söz aparıb gətirən, ss’lər atan (artıq Şamxaldır, Babəkdi, Güneldir, Tüneldir, Əlidir Dəlidir hər kimdirsə) məncə Rəngsizin arxasında gizlənməməli idi, açıq aşkara yanında durmalıydı və qrupda arxasınca danışılanda qrupa “add” olunub kimlər ki arxasınca danışır onunla haqq hesabın etməliydi. İstər tumblrda istərsə də başqa sosial şəbəkələrdə siz söz aparıb gətirəni qoruduqca, siçan kimi, parazit kimi ortalıqda dolanan adamlar çox olacaq və bunun qarşısını almadıqca, həmin adamla birgə söhbətə girmədikcə hələ çoooox arxasınca danışmalar olacaq, əmin olun. İndi zarafata olub hər nə olubsa olan olub. Üstünə düşdüm kim söhbəti gətirib çatdırıb, elə bildirlər ki mən kimisə qoruyuram halbuki qrupda tanıdığım bir Şəms vardı bir də Həsən. Mənim məqsədim, məsələn, filankəs ss’lər atıbsa o çıxsın ortaya gizlənməsin, bəlkə özü də o qələti əvvəlcədən edib hə?! Nə bilə bilərsiz?! İnsanlar özünü yaxşı etməkçün hər şey edər, başqalarının səhvləri ilə öz səhvlərin qapadarlar. Söhbəti gətirib çatdıran da bilir ki, babat söyülüb - oğlandısa oğlanlığın qoyub iki paça arasında, xanımdısa heçnə - özü anladı. Bunu keçdik.
2. RƏNGSİZƏ ANONİMDƏN ANA VƏ ATA SÖHBƏTLƏRİ YAZAN, SÖYÜŞ YAZAN ANONİM CIRIĞ CINDIRLARI VAR. NƏ QƏDƏR ŞƏRƏFSİZ, GÖT YIĞINI OLASAN Kİ ANA ATANI ORTAYA QATASAN VƏ İNSANIN YARASINDAM FAYDALANASAN VƏ CAVAB VERİLMƏDİKDƏ (ədəbdən dolayı) DEYƏSƏN “HƏ BAX MƏN DEYƏNDİ”. ONU YAZAN ƏGƏR OĞLANDISA BİLSİN Kİ OĞLAN DEYİL, OĞLANCIĞAZDI. Varyoxda nə qədər adam varsa sırayla.... ƏGƏR QIZDISA UTANSIN, 5 gün sonra ana olacaq və heç qadına ümumən insana yaraşmayan şeyləri yazıbsız anonimə. MƏN İNDİ DEMİRƏM NƏ YAZILIB AMA YAZAN ANLAYIR, ANLADIQCA DA ŞƏRƏFİNƏ VURDURUR.
3. ARXAMCA İSTƏR YAXŞI İSTƏRSƏ DƏ PİS, RƏNGSİZƏ VƏ YA QEYRİ BİRİNƏ NƏSƏ DANIŞINA GÖTÜMƏ YOX ÜZÜMƏ SÖYLƏMƏ CƏSARƏTİNİ DİLƏYİRƏM. KİŞİ QIZI OLSUN, KİŞİ OĞLU OLSUN GƏLSİM ÜZÜMƏ DESİN VƏ SÖYLƏSİN. MƏNİM SÖHBƏTİMİ MƏNLƏ EDƏ BİLMİRSİZSƏ SİKDİRİN GEDİN ÖZÜVÜZƏ GİRƏNLƏ OYNAYIN. Mənimkisi sizə ağır gələr. Kİ UNUTMAYIN HA, İLLƏRDİR BU TUMBLRDAYAM VƏ KİMİN NƏ MAL OLDUĞUNU YAXŞI BİLİRƏM. DÜNƏNƏ QƏDƏR YATAQ SARAN, SEKS DÜŞKÜNÜ QADINLAR VƏ YA TUMBLRIN YARISI İLƏ SEVGİLİ OLMUŞ “xanımlar” GƏLİB DƏ İNDİ “ay elə sevgi belə sevgi” “kitabsevər” “qadın elə olur” və s. TİPLİ ŞEYLƏR YAZMASIN. KEÇMİŞİNİZİ UNUTMAYIN YOXSA XATIRLADAN OLAR. ÖNCƏ NƏ OLDUĞUNUZU GÖRÜN SONRA KİMİSƏ GÖSTƏRİN. Kİ MƏNİ RƏNGSİZƏ VƏ YA BAŞQA BİRİNƏ PİS ETMƏKLƏ ƏLİNƏ HEÇNƏ KEÇMƏZ AMINA QOYDUĞUMUN QIZI! MƏNİ BİLƏN BİLİR, BİR AZ YAXIN GƏL SƏNİ DƏ TANITDIRIM HAMIYA ;)
4. AM USTASIVIZA YA DA AMADƏYƏNUSTAVIZA DEYİN Kİ RƏNGSİZİN vəya BƏZƏKSİZ’in YAZILARININ ORASIN BURASIN DÜZƏLDİB DƏ ÖZ ADINA ÇIXARMASIN, GÖTLÜYÜNÜ GÖRDÜK AMA DAY BİR QIZA QARŞI DA GÖTLÜK ETMƏK DÜZGÜN DEYİL. Soxum o yazıya ki kişiliyindən mənliyindən artıq ola. Köpəklərinə də sözüm bu ki, gedib özünə çatdırsın bu yazımı.
5. Nuş olsun.
39 notes · View notes
patrykschwarz · 5 years
Photo
Tumblr media
Yeni video yayımda! 📽
BİLDİYİNİZ KİMİ DEYİL! — Azərbaycan Şimali Kiprin müstəqilliyin tanıyacaq! 🚧
İzlə 🎬 ► https://youtu.be/NuendO1RH0U
Kipr adası bizim eradan günümüzə qədər bölüşülməyən və uğruna müharibələr edilən bir ada olub. 1974-cü ildə Kipr Sülh Hərəkatı əməliyyatı ilə adanın şimal hissəsi türklərin məskunlaşdığı bölgə oldu. Lakin günümüzdə Türkiyənin özünü ən yaxın hiss etdiyi ölkələrdən biri olan Azərbaycanda daxil olmaqla heç bir ölkə Kiprin şimalında türkün varlığını tanımır. Bəs niyə Azərbaycan kimi köklü bir türk dövləti Kiprin şimalında öz qardaşının varlığın tanımır?! Aysberqin görünməyən tərəflərin izləməyə hazır olun!
1 note · View note