Tumgik
#qərarına
metbuat · 2 years
Text
Püşk:
Noyabrın 3-də 19 yaşadək futzalçılardan ibarət komandalar arasında 2023-cü il Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Metbuat.org xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Azərbaycanın U-19 yığması yarışa əsas mərhələdən start verəcək. Cari mövsümdə 36 komanda iştirak edəcək ki, onlardan ev sahibi Xorvatiya mübarizəyə ancaq final…
Tumblr media
View On WordPress
0 notes
esger1i · 3 months
Text
Yunan mifologiyasına görə, Dünyanın ən yaraşıqlı, ən gözəl kişisi Narcissu’u bircə dəfə görən bütün qızlar və pərilər ona aşiq olurlarmış. Amma Narcissus onların heç birinə üz vermir, heç birini özünə layiq görmürdü. (Narsissizm termini buradan gəlir. Narsisizm – özünə vurğunluq, insanın özünə aşiq olması, öz-özünə səcdə etməsi mənasına gələn ruhi sarsıntı, xəstəlik anlayışı) Bir gün dağlarda və mağaralarda yaşayan yalnız əks-səda ilə danışa bilən pəri Ekho Narcissus’u görür. (hazırda Exo sözü bu Ekho sözdən gəlir, əks-səda bildirir) O da digər qızlar kimi ilk görüşdə Narcissus’a aşiq olur. Günlərlə gizli formada onun ətrafında dolanır. Nəhayət sonda sevgisini etiraf etmək qərarına gəlir. Düşünür ki, onun qarşısına çıxsa, ondan gözəl sözlər eşidər və əks-səda ilə o sözləri Narcissus üçün təkrar edər. Narcissus bir gün bir mağaraya girir və “burada kimsə varmı?” deyə soruşur. Əks-səda ilə Ekho “burada kimsə varmı?” deyir. Bu səsin sahibi Narcissus’a maraqlı gəlir və o, səsin sahibini yanına çağırır. Ekho gizləndiyi yerdən çıxır, özünü Narcissus’a göstərir və onun boynuna sarılır. Narcissus Ekho’un özünə aşiq olduğunu görür və digər qızlar kimi ona da üz vermir və Ekho’nu soyuqqanlılıqla yanından qovur. Ekho çox pərt olur və qaçıb gizlənir. Ekho bu ağrı və travma ilə nə yemək yeyir, nə su içir. Günlərlə bu formada əzab çəkir, əriyib yox olur. Geriyə qalan isə təkcə səsi olur. Kim dağda və mağarada bir səs çıxarsa, sadəcə o səsi təkrarlaya bilir. Ekho onu bu hala salan Narcissus üçün başqalarının səsi ilə bəddua edir, “o da mənim kimi sevsin və o da mənim kimi qovuşa bilməsin” deyir. Və bir gün Narcissus meşədə gəzərkən susayır. Su axtararkən bir gölə rast gəlir. Əyilib su içmək istəyərkən orada öz əksini görür və sudakı əksin özünün olduğunu başa düşmür. Narcissus sudakı əksinə o qədər heyran qalır ki, gözlərini ondan çəkə bilmir. Əlini suya uzadır, toxuna bilmir. Səslənir, cavab ala bilmir. Çarəsizcə heç bir qarşılıq ala bilmədiyi sudakı öz əksinə aşiq olur. Eynilə Ekho’nun ona aşiq olduğu kimi. Narcissus bu hala dözə bilmir və özünün sudakı əksini qucaqlamağa çalışarkən gölə yıxılır və boğularaq ölür. İnsanlar Narcissus’un yox olduğu gölə gəlib, orada əvvəllər heç vaxt görmədikləri bir bitkinin görürlər – xoş ətirli, gözəl görüntülü bir çiçək. Və ona Narcissus’un şərəfinə Nərgizgülü adını verirlər. Beləliklə, Nərgizgülü imkansız sevginin, sevib qovuşa bilməyənlərin və narsissizmin simvoluna çevrilir.
45 notes · View notes
mmar1ia · 1 month
Text
Bəzən kitab oxumaq qərarına gəlirəm ancaq, nə isə mane olur oxuya bilmirəm, kitabı yaxınlıqdakı masanın və ya şkafın üzərinə qoyuram. Gözüm sataşıb tez-tez kitaba baxıram, bu hiss belə məni xoşbəxt edir. Çünki, o kitab mənimlədir və mənimdir, həmin an açıb oxuya bilməsəm də, varlığı belə məni xoşbəxt edir.
20 notes · View notes
kam-ran1bv · 3 months
Text
Bu il evlənmək qərarına gəlmişəm amma bilin görək nə çatışmır :d
19 notes · View notes
dadaszdkh · 1 year
Text
Əgər kimsə həyatı ilə vidalaşmaq qərarına gəlibsə, bunu demir.
39 notes · View notes
thenrnn · 5 months
Text
Sonra dayana bilmədim. Hər şeyi içimə atmaqdan yavaş yavaş tükəndiyimi hiss etməyə başlayıram. Səni çox yaxşı anlayıram deyənlərin məni heç bir zaman anlamadığını gördüm. İndi yaxınımdan uzaqlaşdım. Ede biləcəyim ən doğru şeyin yazmaq olduğu qərarına gəldim. Yazdım bir çox dəfə və heç bir yerə catmadığımı anladım. Hamıdan gizlətməyə çalıssamda tükəndim artıq. Var e ki xaricdən xösbəxt görünürsən, ama için içini yeyib bitirir. Biri gəlsə tamda hər şey düzəkəcəkmiş kimi hiss edirsən. Ama o qədər çox şeylərlə mübarizə apara bilməmisənki, dayana bilməyib qəlbin, sevmə olsun, güvənmə olsun deyir içdən içə. O tərəfində mübarizəni davam etdirə bilmədiyim zaman gərçək acıları fərq etməyə başladım. Elə o zamanlar qəlbimin ağlıma qalib gəldiyi zamanlardır. Dəyər verməkdə bir problem yoxdurda sadecə , eyni dəyəri, eyni sevgini görmədikdə başlayır əsl problem.
10 notes · View notes
shemseva · 10 months
Text
Keçən gün əvvəllər heç düşünmədiyim bir şey eşitdim.
Mənə dedilər ki, həyatınızdan getmiş biri üçün darıxmağa başlayanda, özünüzə xatırlatmalısınız ki, bu insan sizin indiki vaxtınızda olmamağı hər gün seçir. Oyanır və susmağa davam etmək qərarına gəlir, aranızdakı məsafənin artdığına əhəmiyyət vermir. Və bu çox güclü fikirdir.
19 notes · View notes
Note
Axşamınız xeyir, Xoşu xala. Necəsiz? Salamatçılığdı? Mən keçən dəfə yazanam, xala. Yatmamısız? Bu vaxtıda narahat edirəm, üzrlü sayın. Ay Xoşu xala, sizin dediklərinizdən sonra, mən həyatımı yeniləmək qərarına gəldim. Nə qədər edirəm, üzüm həqiqətən gülmür. Bilmirəm nə edimki, mən bu həyatdan zövq alım. Bilirəmki, hər şey məndə başlayır məndə bitir. Həyatımda çox şey bacarmaq istəyirəm. Bunun üçün mənə güc lazımdı, normal bir mental lazımdı. Mən düşünürəmki, belə getsə mən istədiyim nəticəyi ala bilməyəcəm və buna görədə bu gecədən yeni başlanğıclar etmək istəyirəm. Çox çalışmaq, bol bol kitab oxumaq və film izləmək. Özümü hər tərəfli inkişaf etdirməyə çalışan biriyəm, amma, bu son zamanlarda tamam soyumuşam hər şeydən. Siz nə deyərdiz, ay Xoşu xala. Sizin məsləhətinizi dinləmək mənə çox xoş olar. Doğrudanda çox gözəl məsləhətlər verirsiniz.
Sabahın xeyir, salamatçılıqdı. Sən necəsən? Bəlkə də həyatında nəsə çatmır. Bu sevgi ola bilər deyə düşünürəm. Çünki, sevilmə hissi, sevildiyini hiss etmək də insanı xoşbəxt edir. Həyatına gəlmək istəyən ağlı başında insana şans verə bilərsən. Və ya düşüncələrini kağıza yaz, səni düşündürən nə varsa hamısını kağıza yaz və yandır. Axarına burax, öz üzərinə çox getmə. Bütün gün niyə xoşbəxt deyiləm deyə düşünmə, nikbin düşün və şükür etmək üçün kiçik səbəblər tap. Hər gün oyandığın üçün şükür et. Çünki, biz bilmirik, sabah gözümüzü aça biləcəyik ya yox. Nəfəs aldığını üçün, yeməyə yeməyin, geyinməyə paltarın olduğu üçün şükür et. Çünki, bilirsən çətin zamandan keçirik, bunlara həsrət olanlar da var. Özünü heç kəslə müqayisə etmə. Çünki, sən bir dənəsən və birdə dünyaya gəlməyəcəksən. Bütün bunlara uyğun yaşamağa çalış. 🩷
6 notes · View notes
aysafhar · 2 years
Text
Problem budur ki, biz "sərhəd vəziyyəti" ni adlaya bilmirik, irəliləyirik, irəliləyirik, orada ilişib qalırıq. Bir dostum var idi, saçını çiyinlərinə qədər uzatmaq qərarına gəlmişdi. Bir gün gördüm ki, çox narahatdır, əsəbidir. Narahatlığının səbəbini soruşduqda dedi: "Saç uzatmanın sərhəd vəziyyətindəyəm". Dedim, necə yəni, bunun da o vəziyyəti olur? Qayıtdı ki, hə, Vallah, bu saç zəhrimarı uzadanda bir mərhələ gəlir ki, dözülməz olur, adam çox əsəbi olur, bir anın içində kəsdirib qurtulmaq istəyirsən onlardan. Amma bu keçicidir, dözsəm, dişimi dişimə sıxıb, bu vəziyyəti aşa bilsəm, daha uzun saç adiləşəcək mənim üçün.
23 notes · View notes
rosesworl · 1 year
Text
Bu gün anam məni 82936365467391265-ci dəfə Harry Potter serisinə başlayan görəndə Daniel Radcliff-ə ərə vermək qərarına gəldi
7 notes · View notes
farfromheree · 10 months
Text
Psixoloq kimi fəaliyyət göstərən ya da psixoloq təhsili alan, gələcəkdə bu sahəyə hazırlanmaq istəyən hər bir insanın hər il psixoloji olaraq yoxlanışdan keçməsi lazımdır deyə düşünürəm. Təsəvvür edin, siz psixoloqa getmisiniz və qarşınızdakı insan yeniyetmə yaşında ani duyğulara qapılıb psixoloq olmaq qərarına gəlir və yaxud balı çatmır deyə bunu oxumağa məcbur qalır halbuki, heç o insanın psixologiyası yerində deyil. Universitetdə keçdikləri nəzəri bilikləri əzbərləyib, öz üzərində işləmədən, ağ xalatı geyinirlər və deyirlər "biz artıq psixoloquq".
2 notes · View notes
esger1i · 3 months
Text
Günlərin bir günü bir Hindistanlı Şəhzadə Günəş ilahisi olan Surya Devaya vurulur. Məhəbbəti o qədər güclü olur ki, eşqini ilahiyə bildirmək qərarına gəlir. Beləliklə də şəhzadə bütün cəsarətini toplayaraq Surya Devaya eşqini elan edir. Günəş ilahisi isə "Olmaz" deyir və "nə etsək də bir-birimizin tayı ola bilmərik" deyir. Bu sözləri eşitdikdən sonra şəhzadə özünə qəsd edir və bədəni yandırılaraq, külləri yer kürəsinə səpilir. Küllərinin dəydiyi hər torpaqda yasəmən ağacı cücərir. Şəhzadə Günəşə o qədər küsür, o qədər ondan inciyir ki, onu görmək istəmir və ona görə Yasəmən çiçəyi ancaq gecələr açır və ətrini bütün dünyaya saçır düz sübhə qədər. Sonralar hindlilər bu çiçəyə "ilahi ümid" adını veriblər. Eşq qədər uca və ümid qədər ilahi olduğuna görə. Çünki hər eşq yeni bir ümiddir axtaran və yaşayan üçün. Hər eşq, aşiq yox olub, küllərindən yenidən doğulana qədər ümidi içində saxlayır. Yasəmənlər kimi yeni bir həyatın çiçəklənməsi üçün sevən bir qəlb lazımdır. Şəhzadə də olsan, kral da olsan, təkcə aşiq olmaq yetmir cücərməyə. Əgər hazırsansa külə dönməyə, bax o vaxt çevrilərsən yasəmənə. Sadəcə o vaxt çox gözəl ətrin olar və paylaşarsan digər insanlarla.
20 notes · View notes
huseinli · 2 years
Text
Sükutumu pozmaq qərarına gəldim. Bu Sosial şəbəkələrd�� Xeyirxah işlər görən bəzi insanlar haqqında əlbətdə burda pis birşey yoxdu deyə bilərsiz.
Amma *riya* var.! və *riya* haqqında dinimiz yetərincə bəs qədər bəhs edib.
Və gələk İslam peyğəmbərinin dediyu sözə sağ əlin verdiyini sol əl bilməməlidir. Kufənin Yetim uşaqlarının həzrət Əli üçün süd gətirməyini (Ramazan ayında zərbətlənəndə) xatırlayaq.! Dedilər ki, 2 gün gözlədik və anladıq ki, gecələr bizə süd və yemək gətirən Möminlərin tənha əmiri Əli ibni Əbu talib idi.
13 notes · View notes
aysdeluna · 1 year
Text
Öz saçıma kraska qoyduqdan sonra bir çılğınlıq edib özümə çolka da kəsmək qərarına gəlmişəm
5 notes · View notes
xadiiland · 2 years
Text
Love orucumu pozmaq qərarına gəldim
19 notes · View notes
zuqan · 2 years
Note
Yox.Sadəcə dedi mənə vaxt ver fikirləşmək üçün nəbilim düşünüm edim bir dəfədə bu hal yaşanmışdı.Bu dəfə də elə oldu.Günlərlə danışmadıq gördüm yəni mənim onun həyatında olub olmamağım onun üçün bir anlam ifadə etmir.Bəlkə də səssizcə uzaqlaşmaqdı bu bilmirəm,məndə həyatında artıq hiss etdim özümü ayrılmaq qərarına gəldim.Onnan ayrılmağımı düşünməzdi bəlkə də heç ama hisslərimi bir kənara qoyub etdim çətində olsa.Ama getmə deməyin çox gözlədim.. olmadı..
Dediyim pis çixacaq ama bele bir halnan evvel qarsilasmisan, indide senin ayrilmaq istemene susursa belkede o bunu isteyirdi sadece diline getire bilmeyib. Oda bunu gozlemis ola biler. Basqada aglima nese gelmire deyim
4 notes · View notes