#birində
Explore tagged Tumblr posts
Text
Düşünürəm ki, müasir dövrdə sevgini həddindən artıq ucuzlaşdırırlar. Müasir cəmiyyətlərdə insanlar tez-tez dəyişiklik axtarır, daha sürətli və dinamik həyat tərzi sürürlər. Sevgi kimi dərin hisslər isə zamana, səbirə və bağlılığa ehtiyac duyur. Sürətli həyat tərzi bu cür hisslərin korlaşmasına səbəb olur. Anlıq hiss edilən zövq sevgi deyil, canın sıxıldığı üçün biri ilə vaxt keçirməyi istəmək sevgi deyil, cinsəllik sevgi deyil. Sevgi çoxşaxəli bir duyğudur və yalnız fiziki cazibədən ibarət deyil. Sevgi sahiblik deyil, sevgi sevdiyin şeyə çevrilməkdir, o olmaqdır, bir-birinə tən olmaqdır, bir-birində olan əksiklikləri tamamlamaqdır. Həqiqi sevgi yalnız zövq, istək və cazibəyə deyil, dərin mənəvi bağlılıqdır. Bir çoxları isə bu çox dəhşətli bir şeymiş kimi bağlılıqdan uzaq qaçırlar. Bağlılıq insanın özü ilə başqası arasında yaratdığı varoluş sahəsidir. Bu sahədə iki insan bir-birinə təsir edərək və bir-birini tamamlayaraq daha dərin varlıq səviyyəsinə yüksəlir. Bağlılıq, mənəvi və varoluşsal bir intizamdır. O, iki fərqli "mən" arasındakı məsafəni qısaldaraq bu müxtəlifliyi mənalı bir bütün halına gətirir. Bu bağlılıq, ümumbəşəri anlamda dəyərli bir "məkan" tapmaq istəyini ifadə edir. Bəlkə də, bağlılıq, insanın həyatındakı gerçək "ev" hissidir.
52 notes
·
View notes
Text
Hər musiqinin insana verdiyi hisslər fərqli olur, birində kədərini hiss edirsən, digərində isə xoş anların yadına düşür. Buna görə yeni musiqilər dinləməyi sevirəm.
39 notes
·
View notes
Text
İnsan sevgiyə fokuslandıqda, sevginin qaranlıq tərəfinin fərqinə varmır. Bir növ, sevgi gözü kor edir, ətrafı al-əlvan, bəyaz işıqlarla canlandırırıq. Ətrafımızdakı insanlar bizə doğruları deməyə çalışdıqda, görməzdən və ya eşitməzdən gəlirik. Çünki bizim gördüyümüz parlaq işıqları onlar görə bilmir, onlar bizi yaralayan və bizi gündən-günə bitirən o məqamı görürlər. Biz isə, yenə bizi kor edən sevgiyə fokuslanırıq. Qarşımızdakı insanın bizi yaraladığını və qırdığını görməzdən gəlirik. Günün birində, parlaq işıqlar söndüyü zaman, olub bitənlərin fərqinə varırıq. Yaralarımızın böyüdüyünü, qəlb qırıqlarımızın bizi incitdiyinin fərqinə varırıq. Artıq ətrafımızdakı sevgini digər insanlar kimi görürük. Bizi məhv edən o qaranlığın gec də olsa fərqinə varırıq. Hər hadisənin olduğu kimi, bunun da doğru zamanı vardır. Bəzilərimiz gec, bəzilərimiz isə tam vaxtında fərqinə varır. Hər bir yaşanılan duyğu və hisslər təcrübədir, bəli. Sadəcə bəzən qara rəngin də olduğunu dərk etməliyik…
Günəş də parlaqlıq verir, ancaq onun da əvəz edən bir qaranlıq tərəfi vardır.
33 notes
·
View notes
Text
Exupery “ Balaca Şəhzadə ” kitabında belə bir cümlə işlədir : “ Görəsən ulduzlar, günün birində hərkəs öz ulduzunu tapa bilsin deyəmi belə parıldayır? ”
Bu cümləyə ən gözəl cavabı isə Sadiq Hidayət “ Kor Bayquş ” əsərində verir : “ Əgər hər kəsin göydə bir ulduzu olduğu fikri doğrudursa, mənimki yəqin sönük, çox uzaq və mənasız bir şey olmalıdır. Heç bəlkə də mənim ulduzum belə yoxdur... ”
52 notes
·
View notes
Text
- Günün birində hər şey dünəndə qalmış olacaq. Yaşadıqlarımız bizə heç yaşanmamış kimi görünəcək. Bəzən hətta olanların baş qəhrəmanı olmağımızı belə şübhəylə düşünəcəyik. O hadisələr yalnız xatirələrimizdə qalacaq. Amma xatirələr çox qəddardı...❤️🩹
8 notes
·
View notes
Text
Gedirəm çiğköfte yeyim, sonra da best məkanlarımdan birində çay içərək dərsə qoşulum🤠🫠
14 notes
·
View notes
Text
O ki, səfərə çıxarsan öncədən müəyyən etmədiyin gözəl yerlərin seyrinə, plansız, kitabsız. Yol boyu necə ecazkar mənzərələr kəşf edərsən. Nə qədər çəkici olsalar da gözlərinin gördüyü qəlbinə enə bilmədiyi üçün səni orda saxlamaq iqtidarında olmaz. Davam edərsən yeniliyin izində günlərlə, aylarla, illərlə bəlkə, zaman zaman fəsillərlə. Əyləşdiyin, dincəldiyin yerlər ola bilər bu dilimlərdə. Fəqət orda qalmaq ağlının ucundan belə keçməz. Səfərdi axı bu. Keçib getməyə niyyətlisən necəsə. Yolçu yolunda gərək. İnsanın başına ən gözəl şeylərin onun ən qəmli zamanlarında gəldiyi bilinməkdədir, bu tam da günəş doğmazdan öncə gecənin ən qatı zülmətinin çökməsinə bənzər. Bir birindən seçilməyən boz günlərin birində güzarın qərib bir yerə düşər, əvvəl ki yerlər qədər də cəlbedici olmaz əslində, ama səni qara dəlik kimi içinə çəkə biləcək sehrə malik olar. Üstəlik gözünlə gördüyün də ruhuna xitab edər. Bir az qalım deyərsən, sonra bir baxarsan ki, vətən etmisən özünə. Və artıq bundan sonrakı gedilməmiş, kəşf edilməmiş heç bir yol səni maraqlandırmaz, diqqətini dağıtmaz. Çünki aynada gördüyün sənlə, içində özünü bildiyin sən burda bütöv Sən olmağa başladı. Qəlbinin gözü öz Məkkəsini tapmışdı çünki. Ruhsal yolçuluqla cismanı yolçuluq ali Eşq'də birləşmişdi. Əlçatmazlıq kimi təvafı vardı. Burda görmədən, toxunmadan yaşanan sevginin adına ibadət deyilirdi. Çəkdiyin əzab müqəddəs ayin kimi idi. Zamanlar qarışdı. Gecə və gündüz yuxuda imiş kimi. Ölüncə, oyanmış kimi...
39 notes
·
View notes
Text
millət xəstədi, oturun evinizdə də aq. bu vaxtı qonaq olur, söyəcəm qovacam birində day səbr kasam dolub
11 notes
·
View notes
Text
Ən ağır günlərinizdə, ən çətin zamanınızda yanınızda olmayan, zaman ayırıb sizə mənəvi dəstək olmayan insanları, nə qədər çətin olursa olsun, həyatınızdan çıxarmağa çalışın. Çünki onlar, onsuz da sizin həyatınızda yoxdur. Sizin varlığınızın və ya yoxluğunuzun, onlar üçün heç bir əhəmiyyəti yoxdur və siz bir insan olaraq, onsuz da onlar üçün qiymətli deyilsiniz. Həyatınızda belə insan və ya insanlar varsa, nə qədər çətin olursa olsun, onları həyatınızdan, ürəyinizdən, xəyallarınızdan, arzularınızdan, düşüncələrinizdən çıxarmağa çalışın. Çünki onlar hal və hərəkətləri, atdıqları o addımları, sözləri və ən əhəmiyyətlisi də diqqətsizlikləri ilə hər zaman sizi incidəcəklər, canınızı yandıracaqlar, sizi xəyal qırıqlıqlarına uğradacaqlar. Nə qədər çətin olursa olsun, dediyimi etməyə çalışın. Çünki onlar, günün birində, sizi tərk edərək, ruhunuzda dərin bir boşluq, canınızın hər yerində qəribə bir ağrı, xəyal qırıqlıqları və ürəyinizi davamlı sızladacaq xatirələr buraxacaqlar. Bunlar da bir kabus kimi, illərcə sizi təqib edəcək.
23 notes
·
View notes
Note
Heç kəs özünü təqdim etdiyi kimi deyil. Bəzən çox utancaq yazışan biri çox çılğın xarakterdə biri ola bilər. Əksi də ola bilər. Özünü burda bomba təqdim edən biri real həyatda 1 qəpiklik insan belə olmaya bilər. İnsanı tanımaq üçün aylarla vaxt lazımdır. İki şəkil, 3-4 cümlə fikirlə insan tanımaq yaxud tanıdığını zənn etmək axmaqlıqdan başqa bir şey deyil. Burdan realda tanıdığım 4 nəfər olub. Onları əvvəlcə burdan tanımışam. Sonra görüşüb tanış olmuşuq. Sadəcə biri özünü mənə düzgün tanıtmışdı. Digər üçü tamamən əksi idilər. Mən burdakılar sayəsində çox şey öyrənmişəm. Bilmişəm ki, burda hansısa qızlar hansısa qızdan xoşu gəlmir deyə sevgilisinə "padxod" edir. Hansısa oğlanlar dostluq adı altında "qaqa bu qızı tutmuşam" deyib kimlərləsə söhbət edir. Hansısa qız burda sevgilisi ola ola başqa oğlanlarla danışıb onlarla flört edir. Hansısa oğlan ağla gəlməyəcək qızlarla ağla gəlməyəcək söhbətlər edib sonra orda burda ağzına gələni danışır. Eyni anda 3-4 nəfərə "padxod" edənindən tut, sevgilisini kiməsə görə qırıb təzədən sevgili olanlara qədərini gördük burda. Bilirəm burda kim nə məqsədlə qalıb. Kim hansı yolun yolçusudur. Bu kütlədən sevdiklərim var idi amma. Az bir hissə. Əvvəl bir blogum var idi. İndi deac olsa da ff postlarından birində adı qalıb. Orda mənim adımla paralel yazılanların 90 faizi burda yoxdu. Yaxşı ki də gediblər. Getmişik. Çünki sonradan bura doluşan dəstənin xüsusiyyətlərini saydım. Çoxusu dediyim kimidir. İndi də xoşladığım bloglar var. Sevərək yazılarını oxuduqlarım, rb ettiklərinə maraqla baxdıqlarım da. Çox heyif ki, bu cür insanlar düşüblər düşüklərin içinə. Gecəniz xeyrə.
Sabahınız xeyir. Qatılıram sizə. Bu cümlələrin yanında başqa söz demək mənasız olar
14 notes
·
View notes
Text
Günün birində hər şey dünəndə qalmış olacaq günün birində hər şey dünəndə qalmış olacaq yaşadıqlarımız bizə heç yaşanmamış kimi görünəcək bəzən hətta olanların baş qəhrəmanı olmağımızı belə şübhəylə düşünəcəyik. O hadisələr yalnız xatirələrimizdə qalacaq amma xatirələr çox qəddardı yaşadıqlarımız bizə heç yaşanmamış kimi görünəcək bəzən hətta olanların baş qəhrəmanı olmağımızı belə şübhəylə düşünəcəyik. O hadisələr yalnız xatirələrimizdə qalacaq amma xatirələr çox qəddardı.
31 notes
·
View notes
Text
həyatımda biri yoxdur, lakin birində həyatım var idi..
8 notes
·
View notes
Text
Əslində qurduğumuz xəyalların çoxusu, bizim xəyallarımızı sıradan bir həyat kimi yaşayan insanlara rəğbət hissi ilə baxıb düşündükdə yaranır. Xəyallarındakı həyata sahib olan insanları gördükdə anlayırsan ki, heç bir zaman fərqli insan olmamısan və hər zaman fərqində belə olmadan, birilərinə bənzəməyə çalışmısan. Kimilərinin həyatı, kimilərinin xəyalıdır. Ən sonunda hər kəs əks tərəfə doğru dəyişirilə bilər. Bu səbəbdən də, heç bir şeyin qalıcı olmadığının fərqində olmalısınız. Xəyallar gözəldir, gerçəkləşdiyini görmək isə daha gözəl. Günün birində xəyalınızı qurduğunuz ölkədə, sizdən əvvəl də minlərlə insanın addım atdığını və heç bir zaman, heç bir xəyalınızın fərqli olmadığını anlayacaqsınız. Sizi fərqli edən xəyallarınız deyil, həmin xəyalları qurduqda yaranan həyəcanınız və hiss etdiyiniz duyğulardır. Bax bu hisslər heç bir insanla eyni ola bilməz. Xəyallara deyil, nə hiss etdiyinizə fokuslanın. Çünki hər şey, ruhunuzdakı uşağı xoşbəxt etmək üçündür…
21 notes
·
View notes
Text
göydə ulduzlar belə yan yanadır,
sənə vurulmuş ürək, qan, yaradır.
diqqətlə baxsan görəcəksən var,
nə olsun ulduz təkdi, dan, qaradır.
sənin yolun üstə düzülüb işıqlar,
hər birində arifə bir işarə vardır.
başın üstə belə bir dam yaradır.
şükür et, dərk et ki, Xudam yaradır.
22 notes
·
View notes
Text
Çox da şey eləmiyin,uşaqlar,hər şey günün birində düzəlir onsuzda.
17 notes
·
View notes