#Əl-Ənkəbut
Explore tagged Tumblr posts
Text
Dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir!
21 notes
·
View notes
Photo
“Saleh” sözü gözəl, doğru, xeyirli mənalarını verir. “Əməl” sözünün isə Azərbaycan dilindəki ən yaxın qarşılığı “iş”dir. Beləliklə, saleh əməl yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allahın razılığına və buyurduğu əxlaqa uyğun hər cür davranışı və hərəkəti ifadə edir. İnsanı doğru yola aparacaq və ona axirətdə böyük nemətlər qazandıracaq olan şey iman gətirməsi ilə yanaşı, o imana uyğun saleh əməllər işləməsidir. Çünki saleh əməl insanın yalnız Allahın razılığını qazanmaq üçün çalışmasının, səmimi iman gətirməsinin bir göstəricisidir. Allah Quranda belə buyurur. İnsanlar yalnız: “İman gətirdik!” - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar! (Ənkəbut surəsi, 2-3) Saleh əməl insanın Allahın razılığını qazanmaq üçün dünyada göstərdiyi səydir. İslamın təbliğ edilməsi, Quran əxlaqının yaşanması üçün çalışılması, Quranın yaxşı dərk edilməsi üçün səy göstərilməsi, müsəlmanların hər cür sosial və şəxsi problemlərinin həlli kimi məsələlərin hamısı namaz, oruc, zəkat, həcc kimi ibadətlərlə bərabər həyata keçirilməli saleh əməllərdir. Göstərilən hər saleh davranış müsəlmanların səbirlərini, qətiyyətlərini, sədaqətlərini, qısaca desək, imandakı bəsirətlərini üzə çıxarır. Lakin bir cəhətə diqqət etmək lazımdır: bir əməli saleh edən şey onun nəticəsi deyil, onun ardındakı “niyyət”dir. Buna görə də bir əməlin saleh olması ancaq və ancaq Allahın razılığını qazanmaq üçün edilməsinə bağlıdır. İnsan əgər bu məqsəddən uzaqlaşarsa, başqa insanların razılığını qazanmaq üçün çalışarsa, bunun Qurandakı təsviri “şirk”dir və şirk böyük günahdır. Ona görə də Allahın rizası üçün yaşayan mömin üçün əsas olan şey görülən saleh bir işin nəticələnib-nəticələnməməsi deyil. Məsələn, bir insan Allah rizası üçün bir məsələdən ötrü uzun müddət çalışa bilər, amma nəticə gözlədiyi kimi olmaz. Burada əsas odur ki, iş Allah rizası üçün görülsün. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #saleh #əməl #amel https://www.instagram.com/p/CNOhEe3h-7G/?igshid=wh32089rzqh9
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#saleh#əməl#amel
1 note
·
View note
Text
Lut qövmü də xəbərdarlıqları yalan saydı. Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik”. (Qamər surəsi, 33-34)
Hz. Lutun qövmü homoseksuallığın yayıldığı azğın qövm idi. Hz. Lut Allah`ın dinini təbliğ etdikdə onu inkar edərək azğınlıqlarına davam etdilər. Nəticədə, Allah Lut qövmünü qorxunc fəlakətlə həlak etdi.
Hz. Lutun yaşadığı şəhər Əhdi-ətiqdə adı keçən Sodomdur. Arxeoloji qazıntılarda şəhərin İsrail-İordaniya sərhədi boyu uzanan Ölü dənizin yaxınlıqlarında yerləşdiyi məlum olmuşdur. Bu qövmün Quranda yazılanlara uyğun şəkildə həlak olduğu aşkar edilmişdir.
Allah Quranda belə buyurmuşdur:
“Lut tayfası da elçiləri təkzib etdi. O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar ediləsi bir elçiyəm. Artıq Allah`dan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Doğrudanmı, siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”. Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə) son qoymasan, mütl��q qovulanlardan olacaqsan!” Dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!” (Şüəra surəsi, 160-168)
Onları doğru yola dəvət etməsinin əvəzində qövmü hz. Lutu hədələdi, onlara doğru yol göstərməsinə görə qəzəbləndilər, onu sürgün etmək istədilər. Buna görə, hz. Lut Allah`dan yardım istədi:
“(Lut:) “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” – dedi”. (Ənkəbut surəsi, 30)
“Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!” (Şüəra surəsi, 169)
Allah iki mələk göndərdi. Hz. Lutu xilas edib sübh çağı Lut qövmünü həlak etdi:
“And olsun ki, onlar (Lutdan) öz qonaqlarını onlara təslim etməyi tələb etdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” – (dedik). And olsun ki, səhər tezdən onları yaxalarından əl çəkməyəcək bir əzab yaxaladı”. (Qamər surəsi, 37-38)
Quranda qövmün həlakı belə tərif edilir:
instagram
0 notes
Link
via Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim? http://ift.tt/eA8V8J Əvvəlcə bunu bilmək lazımdır ki, dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək lazımdır. "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153) Qul Allaha qarşı nə qədər itaətkar olarsa, Allah da onu o qədər nəfsinin şərindən və şeytanın vəsvəsəsindən qoruyar: "Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər" (ət-Talaq, 2) Günahlardan əl çəkə bilmək üçün aşağıdakıları etmək faydalıdır: Namaz qılmaq. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir" (əl-Ənkəbut, 45) Nafilə (əlavə) ibadətlər etmək. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir ki, Uca Rəbbimiz buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (Buxari) Günahı tərk etməyi asanlaşdırması üçün Uca Allaha dua etmək Həmin günah və onun cəzası haqqında oxumaq və Allahdan qorxmaq Zikrləri öyrənib Allahı bacardığınız qədər zikr etmək. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir" (Fussilət, 36). Günaha aparan, onu yada salan vasitələrdən və yerlərdən uzaq olmaq. Günaha aparan insanlardan mümkün qədər uzaq durmaq. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Kişi öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin" (Əbu Davud, Tirmizi) Mömin, sizə fayda verən insanlarla oturub durmaq Məscidə çox getmək Hər gün Allahın dinini öyrənmək üçün vaxt ayırmaq Gün ərzində digər faydalı işlərlə məşğul olmaq. Məsələn, dünyəvi elm və ya bacarıqlara yiyələnmək, idman və s.
0 notes
Photo
I “Saleh” sözü gözəl, doğru, xeyirli mənalarını verir. “Əməl” sözünün isə Azərbaycan dilindəki ən yaxın qarşılığı “iş”dir. Beləliklə, saleh əməl yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allahın razılığına və buyurduğu əxlaqa uyğun hər cür davranışı və hərəkəti ifadə edir. İnsanı doğru yola aparacaq və ona axirətdə böyük nemətlər qazandıracaq olan şey iman gətirməsi ilə yanaşı, o imana uyğun saleh əməllər işləməsidir. Çünki saleh əməl insanın yalnız Allahın razılığını qazanmaq üçün çalışmasının, səmimi iman gətirməsinin bir göstəricisidir. Allah Quranda belə buyurur. İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər? Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir. (Ənkəbut surəsi, 2-3) Saleh əməl insanın Allahın razılığını qazanmaq üçün dünyada göstərdiyi səydir. İslamın təbliğ edilməsi, Quran əxlaqının yaşanması üçün çalışılması, Quranın yaxşı dərk edilməsi üçün səy göstərilməsi, müsəlmanların hər cür sosial və şəxsi problemlərinin həlli kimi məsələlərin hamısı namaz, oruc, zəkat, infaq, cəhd kimi ibadətlərlə bərabər həyata keçirilməli saleh əməllərdir. Göstərilən hər saleh davranış müsəlmanların səbrini, qətiyyətini, sədaqətini, qısaca desək, imanın bəsirətini üzə çıxarır. Lakin bir cəhətə diqqət etmək lazımdır: Bir əməli saleh edən şey onun nəticəsi deyil, onun ardındakı “niyyət”dir. Buna görə də bir əməlin saleh olması ancaq və ancaq Allahın razılığını qazanmaq üçün edilməsinə bağlıdır. İnsan əgər bu məqsəddən uzaqlaşarsa, başqa insanların razılığını qazanmaq üçün çalışarsa, bunun Qurandakı təsviri “şirk”dir və şirk böyük günahdır. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #saleh https://www.instagram.com/p/Ck6AxLuo4Jf/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
I Allah dünya həyatını insanların hansının daha yaxşı əməllər edəcəyini, hansının sadiq olub Ona bağlı qalacağını göstərmək üçün yaratmışdır. Başqa sözlə, dünya Allahdan qorхub çəkinənlərlə, Ona nankorluq edənləri ayırd etmək üçün hazırlanmış bir imtahan yeridir. Bu imtahan yerində gözəlliklərlə çirkinliklər, yaхşılıqlarla pisliklər, qüsurlarla nöqsansızlıqlar bir yerə toplanıb və ideal bir imtahan sistemi qurulub. İnsanlar imanının üzə çıхması üçün müхtəlif şəkillərdə sınanırlar. Nəticədə də Allahı lazımınca tanıyıb təqdir edə bilənlər inkarçılardan ayrılacaq və хilas olacaqlar. Bu həqiqət Quranda belə bildirilir: İnsanlar yalnız: “İman gətirdik!” - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çoх gözəl tanıyar! (Ənkəbut surəsi, 2-3). Bu imtahanın sirrini dərk edə bilmək üçün əvvəlcə kainata tamamilə hakim olan yaradıcını çoх yaхşı tanımaq lazımdır. O, göyləri, yeri və bu ikisi arasında olanların hamısını yoхdan yaradan, hər bir varlığın möhtac olduğu, Özünün isə heç bir şeyə ehtiyacı olmayan və qüsurlardan uzaq olan Allahdır. Allah insanı da yoхdan yaratmış, ona saysız хüsusiyyətlər və nemətlər vermişdir. Heç bir insan eşitməyi, görməyi, yeriməyi, sinir və əzələ sistemlərini normal şəkildə işlədə bilməyi, tənəffüs sistemi yaradıb nəfəs almağı və həyat üçün vacib şərt olan bu kimi saysız-hesabsız хüsusiyyətləri öz-özünə əldə etməmişdir. Hətta insan bütün bunları dərk etmədiyi halda Allah bu sistemləri onun orqanizminə yerləşdirmişdir. Bütün bu nemətlərin müqabilində insanlardan istədiyi isə Ona qulluq etmələridir. Lakin bəzi insanlar ayədə ifadə edildiyi kimi, “zalım və nankor” хarakter göstərərək Allaha şükür etməyi, Ona boyun əyməyi və itaət etməyi unudur, Onun qoyduğu qanunları pozur, özlərinin böyük güc sahibi olduqlarını, bu dünyadan heç vaхt getməyəcəklərini düşünürlər. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #dünya #sirr https://www.instagram.com/p/Ch2TxApM_q0/?igshid=NGJjMDIxMWI=
0 notes