#əməl
Explore tagged Tumblr posts
lairot · 28 days ago
Text
Doğru olanı anlasaq da , ona əməl etməyə özümüzdə güc tapmırıq
58 notes · View notes
dadaszdkh · 4 months ago
Text
İnsanın sözlərində yüksək əqidə, hərəkətində isə aşağı əməl olması iyrəncdir.
34 notes · View notes
exactoes · 3 days ago
Text
gedəcəm deyəndə mənnən məzələnən atam indi işin cidiyyətini və getmiyimə az qaldığını görüb heç vaxt əməl eləmiyəcəyi vədlər verməyə rəsmi olaraq start verib
10 notes · View notes
madinaa17 · 1 year ago
Text
Bu aralar bir məsələyə fikir vermişəm. Övladları minimum 10 yaşına çatmış uşağları valideynləri artıq böyüməmiş, yetkinlik yaşına çatmadığı halda öz düzəltdikləri qəliblərə salırlar. Məsələn, mən oruc tuturamsa, sən də tutmalısan, mən hicablıyamsa, sən də qapanmalısan və s. Ay valideynlər, uşağlarınıza seçim haqqı verin. Onlara seçim haqqı vermədiyinizdə gələcəktə öz fikirlərinə hörmət etməyəcək, öz içsəslərinə belə qulaq asmayacaqlar. Daim ətrafdakı insanların sözlərini dinləyib, onlara əməl edəcəklər. Uşağlarınıza seçim hüququ verin.
61 notes · View notes
naf1la · 1 year ago
Text
Verdiyi sözə əməl etməyən insanlardan zəhləm gedir
41 notes · View notes
huseynmammad · 1 year ago
Text
Bir ovuc sən gizlətmişəm Yüz duamın içində
kimsəyə bəlli olmur... Qəlbləri görür Allah,
Hər donda, hər biçimdə. Onu aldada bilən
Bir dil, bir əməl olmur... Bilir ən xeyirlisin,
"Ol" deməsə alınmaz, Görür sən adlı dua'm
Özüm kimi yaramaz... Nə həyandır ömrümə,
Nə yoluma işıqdır Boğmağa hazırlaşan
Suyla dolu qaşıqdır... Gözləri kor qəlbim də
Elə sinə vurur ki, Görən deyir dəlidir
Bu ki, xalis "aşiqdir"... Nə çox dərdimdən ölən,
Sayı yaşımdan çoxdur Hamsından çatmır nəsə!
Səni gözləyən məndə Bir qram ağıl yoxdur...
O "nəsə" ni unutsam, Bəlkə belə yaxşıdır,
Adsız, nakam tanınsam.. Hər dua qəbul olsa,
Dünyanın çərxi sınar. "Vüsal, eşqi öldürür"
Allah gözəl bilir ki, Məşuquna qovuşan
"Can sevdadan usanar".
25 notes · View notes
zuqan · 1 year ago
Text
Mezhebçilere göre çox insanlar dinden soyuyaraq ateistliye dogru gedir. Demek olar çoxluq Quran ile yox, sonradan yazılan şeylere inanır. Her sonradan yazılan şeyleri özlerine haqq bilen mezhebçiler de islamı mürekkebleşdirir. Her yerinden duran, özüne alim deyenler flan dua, flan namaz, flan ibadetler ve s. kimi yenilikler getirir. Getirende de ele getirirlerki elemeye mecburmuşuq kimi. Nese çox danışmayacam. Bu mezheb barede evvelde yazmişam. Bu postda sadece ateistlerin Quranda yazılan ayelerin ziddiyetlerine qısa şekilde cavablar yazacam. Yeni onların dediklerine göre bunlar mentiqsizdi, flan aye bele deyirse flan aye onun eksini deyir.
Tumblr media
1). İslamda yehudi ve xristianları dost tutmamaq deye bir şey yoxdu. Mezhebçiler özlerine uyğun gelen şekilde tercume edirler. Ey iman edənlər, yəhudi və xristianları başçı (rəhbər, hakim) etməyin. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onları rəhbər edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz. (Maidə surəsi, 51).
Göründüyü kimi rehber teyin etmeyindi, dost deyil. Lap deyek dost tutmayaq yazılıb orda. Bes Allah Quranda yehudi ve xristianlarla evlenmeyi niye halal buyurub?)  Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). ( Maidə surəsi, 5). Eger dost tutmamaq olsa idi evlenmekde olmaz idi. Ateistler birini oxuyurlar, o birisini oxumurlar. Ağılları ile İslamı derk elemek evezine, islamda sehvler tutmağa çalışırlar. Ey iman edənlər! Sizdən əvvəl kitab verilənlərdən və inkar edənlərdən dininizi lağa qoyan və ona oyun-əyləncə kimi baxan kimsələrlə dostluq etməyin! Əgər möminsinizsə, Allahdan qorxun! (Maidə surəsi, 57). Ayedende kimlerle dostluq etmemeyimiz gorunur. Umümı bir şey olaraqda deyim Xristian, yehudi deyende ele bilirlerki onlar cehennemlikdiler, Allaha inanmırlar, kafirdiler falan. Bu fikirleri qeti şekilde ağlınızdan çıxarın. Quranda onlarında cennete gedeceyine dair ayede var. Şübhəsiz ki, (əvvəlki elçilərə) iman edənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman edib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Bəqərə surəsi, 62).
2. Qadınlara tarla deyilmesi.
Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi daxil olun! Özünüz üçün yaxşı əməllər hazırlayın! Allahdan qorxun və bilin ki, siz Ona qovuşacaqsınız. Möminlərə müjdə ver! (Bəqərə surəsi, 223)
Başı boş, islamda sehv axtarmağa çalışan ateist düşüncesidi bu. İslam dini qadına tarla deyirse bunda ne mentiqlik ola biler falan düşünürler. Birincisi Quran edebli formada yazılıb. Qadına niye tarla deyilsin, oturub bunu fikirleşmirler. Tarladan bir insan ekin üçün istifade edir. Torpağa toxum ekir, oradan da mehsul toplayır. Qadında hemçinin eledi. Cinsi elaqe zamanı sperma toxum rolunu oynayır, ondan da yeni bir övlad dünyaya gelir. Netice olaraq tarla qadın olur, toxum sperma, dünyaya gelen körpede mehsul. Ağıl işletmek çetin deyil göründüyü kimi.
3. Ayı işıq menbeyi kimi tesvir edir, lakin işığı güneşden aldığını demir.
Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir. (Nuh surəsi, 16).Bu düşüncede sadece islamı çürütmek meqsedile ortaya atılmış iddiadır. Ayede göründüyü kimi ayı nur, güneside çıraq etdiyini deyir. Ağıllı insan başa düşerki nur ile çıragın menası eyni deyil. Eyni olsa idi ikisinede nur ve ya çıraq deyerdide?. Ferqide odu ki nur qaranlıqdan seçilen bir işıq kimidi. Onun özünün işığı yoxdu, ona da işiğı nese verirde. Ama güneşin öz işığı, öz istiliyi var. Demeli Allah güneşi işıq saçan çıraq kimi, ayıda nur kimi dediyine göre, ay öz işığını güneşden aldığını başa düşmek olar.
4. Qarışqaların danışması ve s. nağıl hekayeleri
Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!” (Nəml surəsi, 18)
Bu fikirde ateistlerin, imanı zeif olanların mentiqine uymayan düşuncedi. İslamda o qeder edilecek gözel şeyler varken mentiqlerine uymayan şeyin derinliyine getmeden dinden üz dönderirler. Bu onların seçimidi. Çünki İslamda mecburiyyet yoxdu. Her kesin dini, inancı ozünedi. Ama bele Quranda yazılanlara nağıl demekde cox dexlisizdi. Bunlara inanmamaq da Allahın qüdretini, varlığını deyişdirmir. Qısacası biz Quranda yazılan möcüzelerden ders almalıyıq.
Qeyd kimi demek isteyirem ki, ayede yazılan 'Ey qarişqalar' ifadeside qarışqaların özlerine mexsus bir dilin olduğunu düşünmek olar. Yene de doğrusunu Allah bilir.
18 notes · View notes
pistanthrophob · 2 months ago
Note
Yıxılana balta vurmazlar... atalar sözü haqqında fikirləriniz nədir. Sizcə insanlar nə qədər çox uyur buna. Ümimiyyətlə insanların dedikləri sözlərə özlərinin əməl etməmək kimi bir anlayış var. Hamı qarışıq. Həyatımızın bir qismində fərqində olmadan əslində nə vaxtsa etmərəm dediyimiz şeyi edirik. Və bununda fərqinə çox sonralar vardığımız anlar olur. Hansiki bu fərqinə vardığımız ana da hər hansı bir hadisə kömək olur. Bu hadisede tesadüfmu olur , şüuraltimi olur bilmirem. Misal üçün men skripkani sevirem kimdese gorende istemsizce baxışlarım skripkani çalan insani heyretle baxir ve bunun ferqine sonralar variram ve eyni zamanda avtobusda bir insani defelerle gorurem skripka ile keçen defe yola baxmirdim birden baxanda yene hemin adami gordum. Indi bu şuuraltidimi hissiyatmi tesadufmü bilmirem. Sonra bu zaman da yaşanan hisslər hansiki bu nece olur niye eyni insan ile rastlaşiram xeyallarimi hedeflerimi xatirlamaq üçünmu. və s. Bir anlayış ki var evrenden mesaj. Buna inanmaq lazimdimi onuda bilmirem.Bunlar ilə başa çıxmaq... hamısı da vaxt alır. Zaman alır.. fikriniz nedi bu mövzularda?
1."Yıxılana balta vurmazlar" deyiminin kökü Azərbaycan, ümumiyyətlə qafqaz xalqlarının toplu halda yaşayıb, cəmiyyət şüuru ilə böyüdülməsinə bir işarədir. Bizlərdə keçmişdən bu günə avropa xalqlarında olduğu kimi şəxsi mənafe yox, olduğun qrupun ya da cəmiyyətin mənafesi üstün tutulub. Bu da səbəbsiz deyil. Qafqaz kimi təhlükələrlə dolu yerdə tək başına həyatda qala bilməzsən. Dara düşəndə kimlərinsə köməyinə ehtiyacın olur. Bu köməkləşmə qarşılıqlı hala gəlib üzərindən illər keçdikdən sonra isə artıq xalqın yaddaşına yazılıb ənənəyə çevrilir. Yəni sözlərimin məğzi budur : Yıxılana balta vurmazlar = Sən bu gün yıxılanı əzsən, sabah sən yıxılanda səni də əzərlər.
Əslində uzaq şərqdə rast gəldiyimiz karma anlayışının kökü də elə bu özüldən gəlir. Qədim Türklər də Tenqrist olduqları zamanlarda bu inancların oxşarlarını inkişaf etdirib öz adət-ənənələrinə nüfuz etdirmişdilər. Sonra ərəblərin işğalı və islamın gəlişi ilə xalqımızın adət-ənənələri ilə ərəb adətləri müəyyən toqquşmalar yaratdı. Bəzi qruplar(Məsələn : Aleviler) görünüşsə ərəblərə boyun əyib, gizlində öz adət-ənənəsini qorudu, bəziləri boyun əyib asimiliyasiya oldu, bəziləri qarşı çıxdı onların da kəlləsi kəsildi. "Qılınc müsəlmanı" deyiminin kökü də burdan gəlir.
Rusların və sovet dövrünün təsirindən də danışmaq istərdim ancaq onsuzda məsələ çox dağıldı.
2.Dedikləri sözlərə əməl etməmək. Bu sualın bir çox cavabı var. Ancaq mən bu məsələyə "öyrənilmiş davranışlar" aspektindən yanaşmağı sevirəm. Beyinimiz öncədən yaradılmış şablon strukturlar üzərində işləməyə yatqındır. Bu beyin üçün çox daha az maliyətlidir. İnsanın şüuraltı təxminən 5-6 yaşlarına qədər təməl formalaşma dövründə olur. Bu dövrdə ətrafımızdakı bütün məlumatları beyin süngər kimi canına çəkir. Ailənizdən öyrəndikləriniz, sizə diktə edilənlər, şahid olduqlarınız, təcrübələriniz və.s bu strukturu əmələ gətirir. Böyüyüb artıq şüurlu qərar verəcək yaşa çatdıqda isə çox vaxt özünüzü verdiyiniz qərarların fərqində olmayan halda görürsünüz. Çünkü artıq sizin oturmuş bir qərar mexanizminiz vardır, müəyyən davranış şablonlarınız qurulmuşdur və beyin kəskin şəkildə yenilərimin qurulmasını rədd edəcəkdir.Şüuraltını binanın təməli kimi düşünə bilərsiniz. Siz sütunları uçurduqca bina da yavaş-yavaş əyilib çökməyə başlayacaqdır. Bu səbəbdən "Mən gələcəkdə qızıma qarşı belə davranmayacam, mən yaxşı valideyn olacam" deyən bir qadın belə bəli anasının etdiyi səhvlərin onun diqqətinə çatanlarını etməyəcəkdir əgər ki bunun üzərində uzun müddət düşünübsə, ancaq yenə də səhvlər buraxacaqdır. Unutmamaq lazımdır ki, biz fikrimizdə heç nəyi yoxdan var etmirik. Biz sadəcə öyrəndiklərimizi modifikasiya edirik.
3.Kainatdan mesajlar, daimi təsadüflər mövzusu. Beynimiz psixoloji stabilliyimizi qorumaq üçün daim hər şeydə məna axtarmağa çalışır. Bu isə öyrənilmiş deyil irsi bir şeydir. İnsan tam cavabını bilmədiyi suallar qarşısında psixoloji olaraq möhkəm qala bilmir. Bu olduqca çətin bir məsələdir. Bu səbəbdən də beyin daimi olaraq müəyyən şablonlar quraraq bizə mənalar verməyə çalışır.
Ancaq sizin skripka və insan teoreminizin bu məsələyə aid olduğunu düşünmürəm. Məncə sizim beyniniz sadəcə olaraq skripka və spesifik insanı bir-biri ilə şərtləndirib. Daimi olaraq skripka dinləyəndə siz eyni insanın simasını görmüsünüz və buna görə "Əgər skripka səsi gəlirsə deməli bu sima görünməlidir" kimi bir şərtlənmə mexanizmi yaranıb. Biologiyada itin yemək yemək və zəng səsi ilə şərtləndirilməsi eksperimentini yəqin ki, oxumusunuz. Fikrimcə bu nümunə də həmin eksperimentin daha mürəkkəb formasıdır.
Ümumi nəticəyə gəlsək. Siz karma, kainatdan mesaj, göktengri nəyə istəsəniz inanın. Onsuz insanlar öz həyatlarını müəyyən inanclara həsr edib yaşayırlar. İnanc olmadan insan həyatının heç bir mənası qalmır. Biri özünə uyğun həyat yoldaşı tapmağın ümidi ilə, biri bir gün varlı olmağın xəyalı ilə, bəziləri sadəcə öz təkəbbürlərini doyurmaq üçün və.s yaşayır. Həyat sizin, seçim sizin. Ancaq nə olursa olsun heç kimə iç dünyanıza müdaxilə etməyə icazə verməyin:)
2 notes · View notes
mahmudtofiq · 9 months ago
Text
۩Mərhəmətli, Rəhmli Allahın adı ilə۩
18.49: (Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq.
Tumblr media
6 notes · View notes
feride11 · 2 years ago
Text
°Danışıb söz verənə deyil, yaşayıb əməl edənə güvənin hər zaman🤍
37 notes · View notes
iamnightmare · 1 year ago
Text
Bugün birinə "mən elə müdir olum, hansısa müəssisəni idarə edim elə maraqlarım yoxdu, sadəcə mükəmməl psixoloq olmaq istəyirəm" dedim. Mənə deyir ki, sən bütün xəyallarını, postensialını sərhədlədin. Çönüb bir söz belə demədim, sadəcə güldüm. Çox təəssüf ki, bizim millətin xəyallar, azadlıq deyəndə ağıllarına gələn ilk şey müdir olmaqdı deyəsən. Çünki özünü idarə etmək başqalarını idarə etməkdən daha çətindi. Başqalarını qınayıb, ağıl qoymaq, özünü tənqid edib, ağıl verməkdən daha asandı. Əvvəl məsləhət verən hər kəsi dinləyib, sözlərini önəmə alırdım indi kim məsləhət verirsə ordan qaçıram çünki artıq mənə görə kiminsə kiməsə məsləhət verməsi deyil örnək olması gərəkdir. Məncə müdir olmaq sadəcə bir sözdür lider olmaq isə əməl.
9 notes · View notes
lairot · 3 months ago
Text
Bunu hər zaman yadda saxlayın.Bəzi pis əməllər var ki,heyvanlar onu qətiyyən etmirlər.Lakin insanların edə bilməyəcəyi heç bir pis əməl yoxdur.İnsan sözün həm müsbət,həm də mənfi mənasında hər şeyə qadirdir.
54 notes · View notes
dadaszdkh · 1 month ago
Text
Etdiyin heç bir yaxşılıq qarşılıqsız qalmır. Bəzən qarşılığının nə olduğunu sən bilmirsən. Hansısa pis bir şeyin baş tutmaması və ya hansısa işinin uğurlu alınması nə vaxtsa etdiyin yaxşı bir əməl nəticəsində ola bilər. Sən başına gələn pis və yaxşı şeylərin səbəblərini bilmirsən, ancaq əmin ol ki, nə edirsənsə, öz yoluna qoyulur. Bu gün etdiyini sabah mütləq görəcəksən.
20 notes · View notes
retromanblog · 2 years ago
Text
Deyirlər müsəlmanıq, deyirəm 5 şərt var bilirsən? 3 dənəsini sayıb deyir diyan deyəcəm.
Ala sən müsəlmansansa əməl etməlisən e bu şərtlərə sən heç nə olduqların bilmirsən, sonra gəlib yekə yekə mənə kafir deyirsən.
21 notes · View notes
abdnarmin · 2 years ago
Note
Sənə görə sevginin təməli nədən başlıyır?
İlk növbədə hörmət olmalıdır arada. Bir də enerji məsələsi var, qəribə olsa da inanıram buna. Amma o enerjini almaq, həmən insanın düzgün insan olduğu anlamına gəlmir. Başqa bir yandan uyğunsuzluqlar çox ola bilər, bunu da zamanla anlayırsan.
Ümumiyyətlə indiki vaxtda sevgi sözünü o qədər iyrəncləşdiriblər ki. Hər hissi, hər davranışı, hər yaşanmışlığı sevgi adlandırırlar. Məsələn, əşyaya qarşı da sevgi ola bilər. Bu, onunla nəsə yaşamalı olduğun anlamına gəlmir, sevirsən sadəcə. Mənə görə sevgi adlandırılan şeydən daha çox hiss önəmlidir. Amma o hissi düzgün dəyərləndirə bilmək məsələsi də var.
Nəticə olaraq, beynimizi/ürəyimizi yormamalıyıq sevgi məsələsi ilə, anı yaşayın sadəcə, ad qoymadan, "sevgi qaydalarına" əməl etmək məcburiyyətində olmadan. Ən gözəli də odur)
21 notes · View notes
aysafhar · 2 years ago
Text
Kamil insanda bilik və əməl arasında tarazlıq var. O, bildiyinə əməl edir, nəyə əməl etdiyini bilir. Onun bildiyi əməlindən, əməli biliyindən çox deyil. Baxın, biliyin əməldən çox olması “əməlsiz alim" fenomeni yaradır. Bu, günümüzün ən ağrılı problemidir. Əməlsiz alimlər, belində nəfis kitablar daşıyan uzunqulağa bənzədilir - o kitabların uzunqulağın həyatına hər hansı bir təsiri varmı?! İnsanı xilas edən bilmək deyil, o bildiklərinin verdiyi siqnalların sayəsində xeyirə doğru hərəkət, şərdən uzaqlaşmaqdır.
Otağın içində yatmısan, yanğın baş verir, otaq çıtır-çıtır yanmağa başlayır və sən bundan xəbərsizsən - yanacaqsanmı? Yanacaqsan, əlbəttə! Çünki xəbərsizsən.
Otaqda yanğın baş verir, alov hər yeri bürüyür və sən bunu görür, xəbərdar olursan, amma xəbərin verdiyi siqnala məhəl qoymur, yerindən qalxmırsan. Yanacaqsanmı? Yanacaqsan!
Səni daşımayan biliyi sən daşımalı olacaqsan, eyni ilə uzunqulağın daşıdığı yük kimi.
31 notes · View notes