Tumgik
#mövqelərdə
metbuat · 2 years
Text
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos”un baş məşqçisi Miçel təmsilçimizlə görüş barədə fikirlərini bildirib. Metbuat.org xəbər verir ki, ispaniyalı çalışdırıcı Yunanıstan Super Liqasının 6-cı turu çərçivəsində “Atromitos”la (2:0) matçdan sonra keçirilən mətbuat konfransında belə deyib: “Qarabağ” üçün hansısa sistem nəzərdə tutmuşam? Bəli, qarşıdakı…
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
Fərrux Azərbaycandır! ✊🇦🇿🇹🇷 Xocalı rayonu ərazisindəki Fərrux kəndi və eyniadlı dağın strateji əhəmiyyəti hələ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Qarabağın erməni-daşnak birləşmələrindən azad edilməsi üçün apardığı əməliyyatlar zamanı bəlli idi. 1920-ci ilin martın 26-da Ağdama gəlmiş Milli Ordumuzun general-mayoru Həbib bəy Səlimov Əsgəran yolunun kəşfiyyatını apararaq həmin istiqamətdəki yüksəkliklərin o cümlədən Fərrux dağının düşməndən azad ediıməsi üçün əməliyyat planı hazırlayır. Tarixi mənbələrdə bu haqda belə yazılır: “Bu məntəqə (Əsgəran-S.L.) hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H. Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi. Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament mühafizə dəstəsi və partizan dəstələri iştirak edirdilər. Süvari qüvvələrə isə 1-ci Azərbaycan süvari alayının bölmələri cəlb olunmuşdu. Döyüşün gedişində Xramord(Pirlər-S.L.) kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirildi və qüvvələr Xanabad kəndinə xeyli yaxınlaşdılar. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli olduqları halda, daha irəliyə getməyə can atırdılar…” (Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998, İstinadlar: https://www.instagram.com/p/CbnbNOUgswV/?utm_medium=tumblr
0 notes
Photo
Tumblr media
I “Bir qadını özlərinə rəhbər seçən qövmün vəziyyəti qətiyyən yaxşı olmaz.” (İbn Hənbəl, Müsnəd 5/43, 50; Tirmizi, Fitən 75; Nəsai, Xudat 8; Buxari, Fitən 18) “Qadınlara itaət peşmanlıqdır.” (Təzkirətül-məvzuat 128, Kitabül-məvzuat 2, 272) “Qadınlarla müzakirə edib məsləhətləşin və dediklərinin əksini edin.” (Əl-məqasidül-həsənə 248; Təzkirətül-məvzuat 128; Tənzihüs-şəriə 2-204; Silsilətül-əhadis 432) “Allah zövcəsinə itaət edəni üzü üstə cəhənnəmə atar.” (İbn Ərrak II, 215) Göründüyü kimi, xurafatçılar qadınları əhəmiyyətli mövqelərdə görmək istəmirlər və bu da onların qadınları dəyərsiz gördüklərinin əsas dəlillərindən biridir. Buna görə də qadınların rəhbər olmasına əsla razı olmazlar, hətta onlarla məsləhətləşməyi belə qəbul etmirlər. Qadınların düşündükləri hər şeyin yanlış olduğunu, gördükləri hər işin xətalı olduğunu güman edirlər. Bu, qadınları cəmiyyətdən tamamilə təcrid etmək üçün qurulan oyunlardan biridir. Yuxarıdakı saxta hədislər həmin oyuna xidmət etmiş, nəticədə, bir çox ölkədə azğın fikirlərin hakim olduğu xurafatçı cəmiyyətlər meydana gəlmişdir. Halbuki bu məntiq Qurana və Peyğəmbərimizin (s) əməllərinə tamamilə ziddir və İslamda qətiyyən belə bir şey yoxdur. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #qadin #qadın #kadin #kadın #qadinasiddeteyox #xanim #xanım #batil #bidat #xurafat #haram https://www.instagram.com/p/CT4T9vZMGeT/?utm_medium=tumblr
0 notes
listeliyi · 8 years
Link
via Təcili! Azərbaycan kəşfiyyatçıları ermənilərə mesaj qoydu: "Salam, vazgenlər!" – VİDEO http://ift.tt/eA8V8J Sosial şəbəkələrdə erməni əsgərlərin səngərdəki görüntüləri və açılan atəş səslərinə reaksiyası diqqət çəkib. Görüntülərin kim tərəfindən lentə alındığı məlum olmayan videoda erməni əsgərlər cəbhədə baş verənləri şərh edib. Video sosial şəbəkədə "Erməni səngərlərindən görüntülər: Gözlərində qorxu, səslərində titrəyiş…" başlığı ilə verilib. Erməni əsgərlərin videodakı danışıqlarını təqdim edir: Hər gün: səhər və axşam… Bu dözülməzdir… Bizim bir gün belə olsun sakitliyimiz yoxdur. Hər gecəmiz bax, belə dəhşətdir. Çoxlarının psixikası buna dözmür. Ötən həftə əsgərin biri dəli oldu və silahla özünü ayağından vurdu. Əsgər çox qan itirdiyi üçün öldü. Biz hökumətdən xahiş edirik ki, buna əngəl olsun. Digər mövqelərdə təkcə ötən gecə 3 əsgər hərbi xidmətə yarasız elan edildi. Biz hər gün komandirlərə hesabat veririk ki, vəziyyət çox çətindir. Lakin bizi heç kim eşitmir. Orda ordu dayanır. Onlarda ən son texnologiya, hərbi silahlar var. Onlar bizim ən son addımımızı belə görür. Hətta bizim mobil telefon danışıqlarımıza da qulaq asırlar. Dünən səhər biz yerdə Azərbaycan aksizi olan bir ədəd siqaret qutusu aşkarladıq və onlar qutunun üzərində erməni dilində "Salam, vazgenlər!" yazmışdı. Bu o deməkdir ki, azərbaycanlı kəşfiyyatçılar istədikləri vaxt bizi dovşan kimi kəsə bilər. Bizim hətta postlarda əsgərlərimiz də çatmır. Sözügedən həmin görüntüləri təqdim edirik:
0 notes
Photo
Tumblr media
31 dekabr Azərbaycanın əməkdar hüquqşünası, general-mayor Bahadur Hüseynovun vəfat etdiyi gündür. Allah rəhmət etsin inşallah. Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırdı. Elə bu istəklə də 1939-cu ilin mayında Xarkova yola düşür. 1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, həmin şöbəni bitirdikdən sonra təhsilini F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etmişdir. Böyük Vətən müharibəsi başlananda Bahadur da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, tağım komandiri kimi cəbhəyə yollanır. O, ilk döyüşə 1941-ci ildə Smolensk istiqamətində döyüşən 246-cı diviziyanın 908-ci alayının tərkibində başlayır. Üzbəüz mövqelərdə düşmənlə ölüm-dirim savaşında döyüşən kiçik leytenant B.Hüseynov üç dəfə ağır yaralanır. Qorki şəhərində bir müddət müalicə olunduqdan sonra Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir ki, oradan cəbhəyə yola düşsün. Ancaq briqada komandanlığı Bahadur Hüseynovun Sərhəd Məktəbini bitirdiyini biləndə – onun cəbhəyə getmə xahişini qəbul etməmiş və Gürcüstanda — Sərhəd qoşunlarında xidmətə yollamışdır. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. Elə həmin vaxtlar daha doğrusu, 1961-ci ildə xidmətdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakült https://www.instagram.com/p/CYIpGl7ojZa/?utm_medium=tumblr
0 notes