#qarşıdakı
Explore tagged Tumblr posts
Text
Yola getmək istəyən yola gedər söhbəti yoxdur. Qarşıdakı insan özündən soyudursa, dözməyə məcbur deyilsiniz. Məntiqlə hərəkət etməyə başlayan hər insan bəzən nə qədər sevib istəsə də, getməli olur. Bilir ki belə daha yaxşı olacaq.
28 notes
·
View notes
Text
Ulduzlu gecə
Özümü bəyaz gecələrin baş qəhrəmanı kimi hiss edirəm. Günün eyni saatında keçdiyim küçələrdən gördüyüm insanları, işdən evə tələsmələrini, piyada keçidindən əlləri dolu paketlə keçməsini görmürəm artıq. Hava yağışlı və sakitdir. Hər zaman oturduğum avtobus dayanacaqlarının soyuq köşəsinə çəkilib binaları izləyirəm. Qarşıdakı binalardan çilçıraq rəngləri fərqli olan evlərdən insan kölgələri görürəm. Sanki, şəhər əhalisi mənim şəhərdə özümü pərişan halda gəzməyimi istəyərək evlərinə çəkiliblər. İçimdəki bir duyğunun onların bu istəyinin bəraətsizlikdən irəli sürülməyi barədə danışsada, yenədə bu onlara bəslədiyim qəzəb və sevgini nə artırar nə də azaldar. Ağlım bu gün ağzıma qoya bilmədiyim çörək loxmasına gedir. Bilmirəm məsələ çörəkdədir yoxsa məndə, ancaq o bir söz var “həyatdakı ən böyük əngəlin - insanın özü olmasıdır” deməli məsələ çörəkdə deyilmiş. Özümdəymiş. Nə edərsəm edib, özümü fizika fənninin situasiya suallarını tapmadığımı görürəm. Zatən qəbulda belə edə bilməmişdim. Bundan ötəri səbəbdə mənim o sualı həll etməkdən öncə ya həll edə bilmərəm düşüncəsi yorurdu deyə, məsələləri könül rahatlığıyla boş qoyub kitabçanın səhifələrini çevirirdim. Vicdan duyğum o boş qoyduğum sualları həll edə bilməməyimdə qalaraq digər sualları ala-bişmiş halda həll edirdim.. Fikirlərin çarpayısından ayılıb göy üzünə qonmuş ulduzlara nəzər yetirirəm. İçlərindən biri mənə göz vurur. Dayanacaq qarşısından keçənlər məni qəribə riqqətlə süzürlər. Bəziləri, bəlkə də, “heç avtobusun işlək olmayan bu vaxtında bu sərsəri burda nə gəzir deyirlər”. Bəziləri də “görəsən oğlan gəlməyən avtobusu gözləyərək nə düşünür” deyə zənn edirlər. Mən isə bu deyilənlərə məhəl qoymadan yerimdən qalxaraq, qapısında mürdəşir sifət alan yataqxanaya yol alıram..
24 notes
·
View notes
Text
Bir adam: “Həyatın mənası nədir görəsən?” - deyə, elə hey düşünərmiş. Bir gün qərar verir ki, nə qədər uzaq məsafə qət etsə də bu sualının cavabını tapmalıdır çox kəndlər, şəhərlər gəzir. Bir kənddə ona deyirlər ki, qarşıdakı dağın arxasında bir müdrik qoca yaşayır. Sənin sualına cavab versə-versə, o verə bilər. Adam yolu əlinə alıb qocanın yanına yollanır sualını ona verir. Müdrik adam deyir: “Bir şərtim var, əgər sən bunun öhtəsindən gəlsən mən sənin sualına cavab verərəm”. Müdrik bir qaşığın içinə zeytun yağı töküb: “Bununla o bağda gəz, amma elə et ki, sən qayıdanda qaşıqdakı yağdan bir damla da azalmasın adam gedib bağı gəzib gələr və qaşıqda zeytun yağı olduğu kimi qalar. Müdrik deyər: “Bağ xoşuna gəldimi?” Adam deyər: “Qaşığa elə diqqətlə baxırdım ki, bağa baxa bilmədim müdrik gülüb deyər ki, indi yenə qaşıqla bağı gəz, amma elə elə ki, bağı görə biləsən. Adam bağa baxır valeh olur. Lakin qayıdanda qaşıq tam boş olar. Qoca deyər: “Bax həyat da belədir. Həyat sənin baxışında məna qazanar. Ya sadəcə bir nöqtəyə baxarsan həyat axıb gedər, sən fərqinə varmarsan, ya da görə biləcəyin gözəlliklərin ortasında həyatı yaşayarsan, axıb gedən zamanın məna qazanar. Həyatın mənası sənin baxışında gizlidir”.
19 notes
·
View notes
Text
Hərşey normalmış kimi bidə yuxumda ilanlar gördüm, nə anlama gəldiyinə baxanda çətin günlər sizi gözləyir deyir, mənim hansı günüm rahatdı ki qarşıdakı günlərdə rahat olsun.
12 notes
·
View notes
Note
Görəsən yenə yuxusuna girsəm, blokdan çıxardıb yazar mı?
Yuxusuna girdiyini bilirsən, vay be. Nə bilim, baxır qarşıdakı şəxsə
7 notes
·
View notes
Text
eternity and a day
“ Son günlərdə dünyayla tək bağlantım mənə həmişə eyni musiqi ilə qarşılıq verən bu qarşıdakı yaddı. Kimdir? Necə biridir? Bir sabah onu tapmaq üzrə yola çıxdım. Amma sonra düşündüm ki, bəlkə də heç bilməmək və xəyal etmək daha yaxşıdır. Həm, bəlkə, o da mənim kimi yalnızlığı sevir.. ”
14 notes
·
View notes
Text
İnsanın ən böyük səhvi: Qarşıdakı insana gərəyindən çox dəyər vermək deyil, Özünə haqq etdiyindən daha az dəyər verməkdir.
37 notes
·
View notes
Text
Qarşıdakı insanın barmaqlarıyla oynamaq my love language
37 notes
·
View notes
Text
Anlamadığım bir şey var ki, niyə qarşıdakı insana hörmət edib adam kimi davrananda özünü haqlı sayıb qırıcı hərəkətlər edir
33 notes
·
View notes
Text
İnsanın ən böyük səhvi: Qarşıdakı insana gərəyindən çox dəyər vermək deyil, Özünə haqq etdiyindən daha az dəyər verməkdir.
- Ernesto Che Guevara
15 notes
·
View notes
Text
Dostlarımız bizim xarakterimizdən bir parçadırlar.
Məşhur bir söz var "Mənə dostunu göstər deyim sən kimsən" və yaxud "Sən dostlarının ortalamasısan". Həqiqətən belədir mi? Bir insanı dostları üzərindən dəyərləndirmək olarmı?
Mənim fikrimcə, insan dostlarını ixtisaslaşdırır. Məsələn: bəziləri ilə hobbilərimiz üst-üstə düşür, bəziləri ilə həyata baxış bucağımız, bəziləri ilə ambisiyalarımız,və.s bu ortaqlıqlar sayəsində qarşıdakı insanla dostlaşırıq. Bəzən insan həyatında aktivlik(risk, cəsur addımlar, yenilik) axtarır, bu situasiyada axtardığımız dost, bu xarakterləri özündə birləşdirən şəxs olur. Bəzən insan dərdləşə biləcəyi, fəlsəfi söhbətlər edə biləcəyi dost axtarır yenə axtardığımız şəxs, bu xüsusiyyətləri ehtiva edən insan olur. Bəziləri ilə futbola görə, bəziləri ilə əyləncə üçün və bəziləri ilə ortaq qədəri paylaşdığımız üçün dost oluruq. Buna görə də insanları dostları üzərindən dəyərləndirərkən həmin insanın qarşıdakı insanla dost olma səbəbini ( ortaqlığını) müəyyənləşdirmək lazımdır. Bizə təəcüblü olsa da cəmiyyətdə əxlaqlı sayılan şəxslə əxlaqsız sayılan şəxsin dost olduğunu görə bilirik. Amma bəlkə də həmin əxlaqlı şəxs əxlaq mövzusundan kənar bir xarakterik xüsusiyyətinə görə əxlaqsız insanla dostluq edir. Dostlarımız bizim xarakterimizdən bir parçadırlar!
2 notes
·
View notes
Text
İnsanın ən böyük səhvi, qarşıdakı insana gərəyindən çox dəyər vermək deyil, özünə haqq etdiyindən daha az dəyər verməkdir.
8 notes
·
View notes
Text
Bir anlıq çiyinlərə oturan gələcək qayğısı, xəbərsiz gələn ölümlə eyni cinsdəndir. Heç nəyin fərqində deyilmişsən kimi günləri ötürürsən amma qarşıdakı döngədə yaxalayır səni. İçi həll edilməsi lazım olan problemlərinlə dolu çantanı asır çiynindən… Zamanla savaşda zaman itirirəm. Amma hələ də içimdə tükənməyən gücə minnətdaram.
15 notes
·
View notes
Note
Xoşu xala niden insanlar bu qədər paxıldılar+da paxıllığları çirkinləşməyə başlıyıb artığ
Paxıllıq heç vaxt yaxşı xüsusiyyət olmayıb ki. Həyatlarında nəsə çatmayan, qarşıdakı insanın həyatını qısqanan insan paxıllıq edir.
5 notes
·
View notes
Note
Balıq qadını və dolça kişisi uyumu haqqında nə deyə bilərsən?
Hər ikisi, azadlığına düşkün və kısıtlanmağı sevməyən bürclərdir. Amma belə bir vəziyyət var ki, dolça kişisi məntiq, balıq qadını isə duyğularla hərəkət edir. özündən başqa heç kimi düşünməyən və yalnız qarşıdakı insanın xoşbəxtliyinə bağlı olan iki fərqli baxış bucağının toqquşmasından sonra bitmə ehtimalı çox yüksək olan bir münasibət növüdür. #olmayacaqduayaamindemək
(əgər sizi bu xoşbəxt edirsə, astrologiyanı boş verin.)
5 notes
·
View notes
Text
MİLLİ MƏCLİSƏ GÖZLƏNİLƏN SEÇKİLƏR:
“HƏLLEDİCİ SÖZ XALQINDIR”
“Milli Məclisə gözlənilən seçkilər növbəti seçkilərdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Milli Məclisdə beş ildən bir seçilir. Bildiyiniz kimi, VI çağırış 2020-ci ilin fevral ayında növbədənkənar seçilib”. Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.
AVP sədrinin fikrincə, əslində, parlament seçkiləri noyabr ayında keçirilməli idi.
“Lakin məlum səbəblərə, xüsusilə COP-29 kimi beynəlxalq tədbirin keçirilməsinə görə seçkilər önə çəkildi və bununla bağlı Milli Məclis cənab Prezidentə müraciət etdi. Dövlət başçısı isə məsələni Konstitusiya Məhkəməsinə göndərdi və məhkəmə qərarını verdi. Biz isə artıq cənab Prezidentin bununla bağlı Sərəncamını gözləyirik. Düşünürəm ki, yaxın günlərdə bu Sərəncam veriləcək və ölkənin bütün siyasi qüvvələri qarşıdan gələn parlament seçkilərinə köklənəcək”, – deyə o əlavə edib.
Deputat qarşıdakı seçkilərin demokratik, azad, şəffaf keçirilməsindən qətiyyən şübhə etmədiyini də diqqətə çatdırıb:
“Eyni zamanda, seçkilər sakit, hər hansı bir qarşıdurmanın baş vermədiyi şəraitdə keçiriləcək. Çünki Azərbaycan dünyanın ən sabit və sakit ölkələrindən biridir. Bu ənənə bundan sonra da davam etdiriləcək. Hər hansı xoşagəlməz hallar və qarşıdurmalar isə tamamilə istisna olunur”.
F.Ağamalı əlavə edib ki, Milli Məclisə seçkilərdə həlledici söz xalqındır və çoxsaylı namizədlərlə seçkilər keçiriləcək:
“Xalqımız onun içərisində layiqlilərin ən layiqlisinə səs verəcək və ümidvaram ki, belə də olacaq. Seçkilər Azərbaycan qanunları çərçivəsində Mərkəzi Seçki Komissiyasının müəyyən etmiş olduğu şərtlər daxilində keçiriləcək və yeni parlament formalaşacaq. Əminəm ki, əvvəlki müsbət ənənələrimizə söykənən Milli Məclisin VII çağırışında seçilən dəyərli deputatlarımız Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqının maraqlarına xidmət etmək mövqeyində dayanacaq. Çünki artıq bu ənənələr bizdə formalaşıb və xalqın etimadını yüksək səviyyədə qazanan millət vəkillərimiz belə bir yüksək etimada layiq görüləcək”.
“Yenicag.az” saytı
Rafi Müslümov
27 iyun 2024-cü il
0 notes