#dilbil
Explore tagged Tumblr posts
karacuxali · 3 months ago
Text
▫️
Ən qıssacıq Şeir "Ad"dır.
Anne Michaels, from “Infinite Gradation,” originally published in October 2017
Tumblr media Tumblr media
Anne Michaels, from "Infinite Gradation," originally published in October 2017
28K notes · View notes
xuxanov · 2 months ago
Text
Dilimizdən Sevdiyim Eşidilməsi Bir Söz: Lap!
-
Tumblr media
1 note · View note
filmysansaar · 2 years ago
Photo
Tumblr media
Warina Hussain dropped the power of beauty, sometimes showed her Barbie look, sometimes showed her hot avatar - see pictures The barbicore fashion trend is characterized by hot, bright and vibrant pink outfits. Barbicor culture rocked B Town this year. Let's take a look at Warina Hussain's beautiful Barbicor outfit. @warinahussain carries her every outfit with an impeccable style and grace. And this Navratri he showed off his outfits. The actress looked breathtaking in the composition of Liz Paul. Warina paired a multicolor lehenga with a plunging neckline sleeveless blouse and gave it a Disney princess vibe. Otherwise completed her look with matching earrings. The actress's makeup added to her look. Keeping it minimal, she opted for nude lipstick, kohl-rimmed eyes, highlighted cheekbones and blush cheeks. The actress completed her look with a half pony hairdo. The actress captioned the post, "#day6 love & compassion" If you look up the word "bombshell" in the dictionary, you will come across a picture of Warina's Navratri look. The actress opted for a hot Disney villain look with a black lehenga, for a modern touch. The actress paired this outfit with a corset tube top. Combining the right accessories with your outfit can put you in the limelight. Warina paired this outfit with a statement silver necklace and ring. To make this look a bit different, Warina chose a hairstyle of flowing curls. Keep makeup simple with nude lipstick, eye drama, highlighted cheekbones and blush cheeks. The actress captioned the post, "fearless" Which look of Warina would you choose? On the work front, Warina has wrapped up the shooting of her upcoming comedy film, Dil Bill. Apart from this, she is also shooting for one of her upcoming films, about which an official announcement will be made soon. #WarinaHussain #PowerOfBeauty #BarbicorCulture #BarbieLook #HotAvatar #ImpeccableStyle #LizPaul #DisneyPrincess #Bombshell #Fearless #ComedyFilm #DilBill #FilmySansaar https://www.instagram.com/p/CjPmZSxrvGA/?igshid=NGJjMDIxMWI=
1 note · View note
msxlabs-forum · 6 years ago
Text
Bildirme nedir, ne demektir?
BİLDİRME Bildirmek eylemi. —Dilbil. Bir bildirimi dile getiren ve dolaylı ya da dolaysız söylemi başlatabilen fiil için kullanılır. (Örn. demek, söylemek, bildirmek, anlatmak, açıklamak, vb.) ll BİLDİRİMSEL'in eşanlamlısı ll *Bildirme kipleri, *bildirimsel nitelik taşıyan bir olayı, bir... https://www.msxlabs.org/forum/cevaplanmis/437070-bildirme-nedir-ne-demektir.html
0 notes
karacuxali · 3 months ago
Text
▫️
Dil fosillənmiş bir şeirdir!
-Ralph Waldo Emerson, from ‘The Poet’
-
Tumblr media
“Language is fossil poetry.”
— Ralph Waldo Emerson, from ‘The Poet’
478 notes · View notes
xuxanov · 2 months ago
Text
Tumblr media
▫️
Rəqqasə Əminə Dilbazi. Əsər: Mikayıl Abdullayev
0 notes
xuxanov · 2 months ago
Text
3
Qış Çiçəkləri
-Xu Xanov
Dün gecə tezindən girmişdim bu ışıl ışıl yanal yorqarnın altına. Şən və qaqqıltılı həmən süzmüşdüm yuxunun zümürrüt gölünə. İpisti. Yuxumda Can’ı görmüşdüm. İlk kəz o Can bəyi. İlkimiz. Yirmı filan yaşım. Bir qəfəs daşırdı özü ilə. Qəfəsin içindədə mən (Mən indi deyəndə o mən yox da, bu mən. Kopiyəm. Can 3di-mi çəkdirmiş mən bilmədən özünə də yox ha, öyküsünə falan.) Acalmışdıq. Günəşsə soyuq və səssiz. Canın Ərkən yeməyinə artıq alışığam. Bir piyala Lobano, bir bardaq Mişnaks (Mənə isti isti, özününküsə sərin), bir az cəvizlə pənir, birdə zəncəfilli kişmişli isti qoğa, iki üç danə də qırmız sərin üzüm.
Canın geydiyi qara şalvarı, qrey üstlüyü və ağ iski yəxəli köynəyi biləsinə yaraşırdı. Mətbəx odasının narıncı rəngi camdan görünən kəpirli dağlara yaraşırdı. Mən gördüyüm yuxuya yaraşırdım. Desambr ayı. Yuxusunu çox sevərim. Qaranlığına həp yeriklənərəm. Hələ hələ ərkən ötən çağlarının yuxusuna. Öz oçimdə çoğalmağı sevərim. Camlarımı pəncərələrimi, geçilərimi, kameralarımı, iplərimi, çaydanlarımı, şokalatlarımı, kitablarımı, sevdiklərimi , bəzi sevmədiklərimi belə sevərim. Ağaclarla, küçələrlə, hərkətlərlə, saatlarla, yüzlərlə, günbəzlərlə, geyimlərlə, baxışlarla çoxalarım öz içimdə. Özümdən azalmağı sevməm. Desambr aynının rənglərini pək sevməm. Hislərinidə sevməm. Bəstəsiz anları sevməm. Anılarıda. Qarqalar rəng əhli dəyirlər bilirim. Bu soyuqda qolu qıssa sürmeyili, gündüz yaz göy mavılı sürmeyi ətək əynimdə. Öz geydığım paltarlar. Canın dəxlini sanmıram bu geyimdə. Saçlarımda qıp qıssa. Qara qarqa qarası. Qulaqlarımın altınacan. Aynalarla ecişmək. Qolumdan qopan çöhreyi saatımla ecişmək. Bir az da içimdə təklıq və darıxmaq. Geçənlərdə nədənsə oturub aynadız qeyçilədim uzun saçlarımı. Qırmız- Xurmeyi saçlarımı. Sonra başımı Qaraqa qarasını suyunu batırıb səbəb siz içdən içdən ağladım. Desambr ayı. Birisin toyu. Birisin yası. Darıxmaq deyəndə də barmağımın ucu ağzımda, bu rənglərdən közəşməm tutur. Şəhvətli deprəşin. Zeytun rəngilə qəhvənin intemi. Xoş bir iy. Portaqal və ya yaşıl limonun qurusunu iyi. Bəlkidə bu Mişnaksın möhtəvası bir az qızardıb əhvalatımı düşünürəm. Üzməm gəlir bu otaqlarda. Əsgi bir gəminin havası var içində. Balıqlar, ulduzlar, nəhənglər, tosbağaların havası. Çimə çimə oynamam tutur bu otaqda. Bir göz gəldi geçdi fikrimdən. Buz göz! Esikdən biri görəndə biləmi bu çimmə hissiyatı gəlib tutar boğazımı. Titrəştirər rəngi rüfumu. Kimin gözü indi? Hardan görəsən? Olum mu olmayım mı? Dönüşüm mü dönüşməyim mi?
-Bu gecə yəmək pişirmək məndədir Can!
- Oldu.
- Onda sən bir çıxı ver get axşama gəl. Gələndə yalnız əlində qarağat şərbəti, reyhan falan al gəl.
- Mən bu reyhan qarağatdan bir az bezmişəm Şəmsi. Qoy bir başqa matah bir içməli tapım alım gətirim da.
- Yaxşı.
Nə pişirim nə pişirməyim. Ginə ağzımdaki gövərən tantıram: gecə bu gecə, sənlə qaranlıqla ayla mən! Bu dadlı ətirli neşəni həp sevmişəm doğrusu. Sankı bizim yağışlıların nağilləri kimin. Eşq kimin. Gözləri gizəmlərimi görəcək deyə içimdə oturanmıram indi. Sığamıram demişdi O bizim Nəhəng Şaiirimiz. Yağışlı qızın daşları tərpənəcək sonunda! Nə pişirim nə pişirməyim. Dolabda iki cücə bir azda poşetdə yaşıl lobya. Özüdür özü. Öp özü. Qaranlıq özü. Gecə özü. Ay özü. Yanında da kərəli gül suyula dəmlənmiş düyü. Gecə bu evdə, sənlə qaranlıqla ayla mən. Qadın olmaq hər kəsin işi dəyir doğrusu. Bu kişinin evində ayna heç olmaz mı? Aynasız qadın necə yaşar ki? Musiqisiz qadın necə yaşar ki? Bu oynamaq havası hardan içimə belə coşur indi? Oynamam tutmuş. İndini deyirəm ha! Nəfəsim yapışır içimə. Yağışlar yağır başımda. Uçuram içimdə. Telfonumun kamerasını açım barı. Oldu oldu bu mən buda göy mavi zolaqlı pişiklər. Gülər yüzlü pişiklər. İndi birdən tutub danışsalar qorxmaz mıyım. Bilələrindən küftə iyisi gəlir. Təbriz küftəsi. Bu pişikləri hardan gətirmiş bizim ki? Bir kişin evində iki pişik niyə gəzər ki? Pişik deyəndədə sanki Xala qızım xala oğlum. Mən bir az qısqanc qadınam doğrusu. Ama indinin işi dəyir bu sözlər. Hələ bir şamı yeyib görək nə yazıb böyük Yazar Həzrətləri. Nədən mən belə tür kişiləri sevirəm?
Reyhan şərbətindən tez bezən kişiləri. Qarağat şərbətini kim sevməz ki? Nələr genə deyirəm öz özümə aaz? telfunumun kamerasında ama görnən mən real dəyildi. Rəsim kimi, Boyasız. Ağqara! Hən. Qaldım. Soyudum. Mən kim aşıq olmaq kim? Pişiklərın hırıltısı incitdi içimi. Çıxmalıydım ordan. Olmamalıydım orda. Pəncərdən eşiyə baxdım. Fərqində olmamışdım qabaqcan. Evin altı əsgi qəbristan.
-P?
Bir duyulmaz səs içimdən oraya get. İndi get deyiridi. Ötürdüm yemək pişirməsini. Mən qabaqdan pişiklərdə daldan. Pillələri enib yetişdik qəbirlərə. Ağ daşların üstündəki yazılar adlar. Bir çoxunun adını tanırdım. Ölülərin, yatanaların çoxunu bilirdim. Bu Nəşim Xanımın daşı. Bu Qartalın. Bu Şepanın. Busa bizim Çinarın. Bu da Turan Xanımın. O ışıqlı qırmızı yazılı da Piran kişinin Xatunu : Bəygüm Can Xanımın.
- Bə mənim daşım harda?
Uzun uzun sərvi ağacları. Heç sevmədiyim işlər. Hardan tapıldı bu daşlar indi? Bu nə yuxusudur axı? Oturublar başlarındakı ulduzlu qadınlar bir daşın döründə. Cıqqılı Kəpənək adlı bir Şairənin daşı. Bə bu Can harda qaldı indi? Sankı bir dünyanı itirmişmiş də indi onu tapmadan dönməz artıq. Dönəməz. Matah içili gətirəcaqmışda gələcəkmişda��� pişiklərimdə (pişikləri nədən pişiklərim dedim biləmədim indi) buyurmuşlar gəlmişlər qarşımda iki adam kimisi oturmuşlar. Ağızlarında yaşıl lobya yeməyinin cücələri. Diri cücələr. Gülər dimdikli cücələr. Day belə olmaz ki! Başlarında ulduzlu yeddi qadınında qabaqlarında yeməklər, içəcəklər. Birisinin önünüdə labıstır, birisinin sosuqalı omelet, birisinin özbək quzulu pilovı, ötəki isə finicini, Qoralı Badımcan, Halepinyo dolması zat züt. Dəyişik oxşama axşamı. Beləsini görməmişdim. Göylərdən birdən yavaşca tırumpet, Viyolon oxşama musiqisi və qadınların birdən ucadan qıssaca səsləri sonra da səssizlig, sükut. Yeddi kəz bu səslər eşidildi. İçimi qəm tutdu. Tərəh açdılar. Cəvizli darçınlı tərəh. Nə yeməli nə dadlı!
İndi Danışırlar. Mərhumədən danışırlar. Eşidilmir səsləri. Öz içlərində danışırlar. Mərhumənin səsindən, dırnaqlarından, o çox işlətdığı sözlərdən kələmələrdən, gizlimlərindən, qəmindən, bəyidığı Ətirdən, sevdığı istikan,çatal piçağından, Kıremalı göbələk supundan, köpək balığının kababından. Hesabındakı pullardan, altınlarından mülkü əmvalından. Subay qardaşından. Yaraşıqlı Atasından. Küçələrindəki gəlib qalan ruhlardan. Allah rəhmət eləsin mərhumey-i Məğfuriyə.
-Amin!
Biri birindən gözəl bu qadınlar. Dağdaş qadınları. Göl gözlülər. Gecə səslilər. Sankı bir az da əsbaşdırlar içmişlər.danışmağ onlarla heç hələ bir sözüm zadım yix ama yanlarından sevinirəm doğrusu. Gözəl isti bural yüzlər. Xalalar, əmqızılar, bibilər, dayı qızılar yüzləri. Elə bu mənə baxan ikinci qadın sankı öz Xala qızımdır. Ya bu dördüncü sankı Bibi qızım.
- Kimsiniz sizlər?
- Bizlər burdakı ruhun getdaşlarıyux.
Titrədim. Qorxdum. Hangısı soruma cəvab verdi biləmədim. Sankı hamısı dönüp üzümə baxdılar. Bir cinsoy kimin birinə. Sankı verilən cəvab hər yeddi qadının ortaq səsidi. Yeddi cinsoy qadınlar. Atəş bacıları! Başlarında buzdan ulduzlar. Və birdə up uzun saçları, dağınıq düyümlü rəngarəng saçlar. Od şöləsi baxışları. Burasının soyuqluğunu indi hiss etdim. Hən birazda titirətən. Bunlardan qorxuram doğrusu. Titrəşmələrindən. Bir qara kəpənəyin tərpəşmələri kimindirlər içlərindən ahüstə od püfləri. Bu sərvi ağacların kölgəsi də həm ürküdən həm də tanış. Ağaclar diri və duyan varlıqlardır. Kim bunu demişdi geçmişlərdə. Kim?
- Kim kim?
Deyirəm ay Şəmsi sən doğurdanda biraz kalapet sən ha. Axı Canı hara göndərdin sən. Niyə göndərdin ki? Ama bu bir yuxudur da. Burda belə işlər olar. Bir yuxuda birdə bu şair yazarların sözlərində. Birisinə pəri kimin tapılaram yazısında birisinə sevgili.
Yüz, cism mənim, iç, can yazarın. Bu qadınlar kimin. Saçları sankı ən xoş səsli çəng. Xoş xoş nəvalı yavaşca iç göynətən çəng! Birdəki bu qadınları da sevdim. Durar durmaz yazmalıyam əhvalatını, şərhilərini. Hələ hələ bu hündür minlər qatla evlərlə dolu olan binanın bu alt qara yapraqlarla dolup qaynayan bağı. Daşlar bağı. Sərxoş bağı.
Qəbirlər içmiş, Sərvilər içmiş, pişiklər içmiş. Mən burdakılarla da heç içmədim. Dəqiq bilirim bunu ama deyəsən bir az da əsbaşam indi. Bütün yuxum bütün yuxu içgili! Bu qadınları daha yaxından tanımaq istərdim. Həmdə çox maraxlı. İstərdim ama gedirlər bacılar. Birbir qalxıb gecənin mənzərəsinidə yoxu verirlər bacılar. Adlarını sormadım. Adımı da vermədim. Baxa durub qalıram ardlarından. Kiçicik balaca bir qız kimin. Qolçaqlarından, dostlarından, taytüşlərindən geriyə qalan bir qız kimin. Pişiksiz, musiqisiz, boyasız, kələməsiz ac balaca bir qız kimin. Hara getdilər bə bu pişiklər? Nə oldular onlar? bəzək büzəkli hallarına? Onlardan soracaqdım burdakıların əhvalatını. Bizim yazıq cücələri yeyib getmişlər pişiklər. Heç onları da düşünüb ciggiböggülərini tapamadım. Sonra pəki. Hamı gəldi getdi bir Can gəlmədi.
Yeni daşın üstündəki adı oxuyuram: Maral Nobarlı!
—-
İmg: Alone in the Amusement Park by Jeff Stanford.
Tumblr media
0 notes
xuxanov · 2 months ago
Text
2
Yuxumda gördüklərimin yuxularında.
- Xu Xanov
Otaq, içəri, yağışlı soyuq hava:
İki Səs. Hərəsinin özəl danışmaları. Şəmsi Xanımın səsi xoşa gəlim, isti, qulaq sevindirici, bir az da tutqun. İçdən. İndi əyər gedip Bakıda bu gənç Şəmsi Xanımı tapıb desəm ki gəl sən bu yazını oyunla! Oynayıb oyunlar mı? Əə kim bilir? Bir az bizim Çinar Xanım kimi indi gülməz mi bu yazılara portaqal məjmesinin yanında otururkən? Oturmuşkən? Yaxcı birdə Qartal kişidən (Bu adam gərçək dəyil. Bütün reallığını özümdən birdə başqa tanıdıqlarımdan (Örnək sizlərdən) almışdır. Görəcəksiniz.) istərsəm. Görürsən həni dərmi o? Necə deyərlər? Kişi oturub deyinib dayanıb eşinməkdə. (biz nə dedyini açıq seçik başa düşə bilmirik, sadəcə xışşı xışlı səsini eşidməkdəyik. Əlli yaşlarında falan. Gözündə eynək, birdə duz bibərli saqqalı). Qadınsa hən hənlərin deyib yalnızca gülümlənsin! Biz belə istəyirik. Hələ. Taza hava! Bu kameranı bir az dahada yaxına çəksəm. Yazımın kamerasını. Sizlərin görmə alanını. Net çəkiş. Balıq gözüylə ev eşiyi, yüzlər isə gilələşdirmək! Kubik ləşdir mək yüzləri! Bütün yanlardan gözləri, qulaqları, tərpəntiləri görmək. Musiqi də elə səhnənin özündəki səs süslər! Net görünüş. Evin havası qış istisi bir aza da soyuq mavı. İysə portqal iyilə Qartal Kişini üstəndə yatan sigaret qarışığı.
- Eşidirsən məni ay Şəmsi Xanım?
- Dəvam et ay Qartal kişi!
Altına bizim kilimlərdən salınıb Şəmsi Xanımın. Qırmızılı Firuzəli, Sarı Köklü sarılı. Qatma qatma belinə qədər uzuyub tökülən xurmeyi saçlar. iki həlqə qızıl ala sırqa. Yapışqan qaraqat qarası kimin də gözləri. Sağ əli ənginin altında, qolunda sadə bir altın bəndli saat. Sol əlində bircə portqal sol dizinin üstündə. Arxasında Təbriz xalçası İsfahan motifləri. Bir bol, gən anadolu tumanını da geyindir Şəmsi xanıma.Yağış göyündə ulduzlarla dolu. Sol dabanı kilimə, barmaqlarısa yerə dayalı. Günortasında saat iki üç kimi. Bir azda yağışlı bir oda. Kölgələşmiş meşə. Qartal Kişini görə bilmirik baxanda. Yalnızca səsini eşidirik.
- Portqalların 13ü görünür.
- Səf! 14dü Qartal kişi.
Siz qıza baxarkən və Qartal kişinin anlaşılmaz danışma səsini eşidərkən məndə Çinar Xanıma zəng eliyirəm. Bizim o başdan üstlərdə yaşayır yoldaşılə neçə illərdir. Sasqaçuvanda. Almır. Çatmır zəngim. Buralarda artıq səs buraxmaq modda dəyir.Yazılaşmağada marağım çəkmir. Nə isə. Hələ nə deyəcəkdim ki biləsinə? Geçənlərdə bir Qız Şaiir varıdı, o ölmüşdü. (Cıqqılı Kəpənək) Qəlbi dayanmışdı gecə yarısı. Nədən görəsən? Nə yemişdi o gecə bizim Şairə Xanım? Kimlərlə danışmışdı o gün? Nələr yazmışdı o gecə? bəlkə başlanqıçda ondan söz açacaqdı, açacaqdık. Balıncına ətir vuran şaiirə. İki pişiyidə hələ var idi. Biri Ərəstu Ağa ötəki Fisaqurəs Xanım. O pişiklər indi neynəyirlər. Şəmsi xanımın fikrini sizdə oxuduz?! Mən oxudum. Elə onları alıb götürüb gətirəlim Bakuya. Bura. Nə manehçılığı var ki bunda. Gala! Bu Ərəstu Bəy buda Fisaqurəs Xanım. Nədənsə tıpışlayıb Qartal Ağanın qucağına atıldılar. Deyingən kişi. Elə mən özüm pişihlərin başbuğuyam daa. Əh! İstanbula gedirsən pişik, Təbrizə gedirsən pişik! Yaxşı ki burnuzlu doğuz zat saxlamırıq. Qartalın deyinməsı güldürür Şəmsi Xanımı. Gülməsi də bizi güldürür qızın. Hamımız gülməkdəyik. Çinar Xanım burda olsaydı onun vərindən uca uca indi gülməkdəydi! Nədənsə fikrimə çöhreyi Xəngəl gülü gəlir. Keşki elə başlayanda Şəmsi Xanımın saçını sancaqlayaydım birisini. Yaraşardı məncə. Gül qadına yaraşar daa!
- Belə Şəmsi Xanım!
- Eləsi Qartal ağa!
-P?
Yazının anlatanı danışsa belə olar da . Dedim oldu. Dedeyi oldu. Çinar Xanım oturub Qartal kişinin yanında, başında Xəngəl gülü, aypədində bir şeylər yazır. Hardan tapıb gəldin bura sən? Soruşmaq istirəm pis anlar deyə uturam sözümü. Pişiklərin yeri xoş. oturublar kişinin qucağında. Nədənsə Qartal kişi durmadan Şəmsi xanımla danışıqda və Çinar Xanımın orada olmasından xəbərsiz. Çinar xanımın telfon numrəsinə yazıram: "Xoş gəlmisən gözəl Xanım. Yanındakı danışan kişinin adı Qartal bəydir, o pişiklərdə bizim şənəsən gedən şairənin pişikləridirlər…" Netim yoxdur, getmir yazım telfonuna Çinar Xanımın. Hən otağın yağışlı, Xışxışlı,pişikli səsinin yanında indi də Çinar Xanımın yavaşca oxşaması. Sözsüz mırılım. Qarabağ şikəstəyə bənzər ımıltılar. Duruqlayır Qartal kişi. Yumur gözlərini.
-Nisigilli ahəng Şəmsi Xanım.
- Eşidməlidir Qartal kişi.
Ərəstu Bəy yavaşca Fisaqurəs Xanıma baxıb gözləri dolmaqda. Fisaqurəs Xanımda ahını içdən içdən: Ax can ax can burda olsaydı indi dəhşət ilhamlar alırdı ha! (Şənəsən Cıqqılı Kəpənəkdən danışırlar) Hən dəhşət ey, dəhşət. Tikrarlamaya başladılar eyni sözləri bir birlərinə pişiklər. Bu tutulmuş havada pürrəngi expresoda bətər yapışar deyə gülməm tutdu indi! O şənəsən şaiirənin ən sevdiyi isti bir şey. Cüt üçüt! Pişiklərin danışmasını hər qulaq almaz, bilməz, tutmaz. Deyəsən bunuda bir Şəmsi Xanım anladı birdə mən! Hən hələ məni siz tanımırsınız. O sonra işidir be qoli məruf! Nədə gönlümə o portaqalı əlindən yavaşca tutub alıb və ya o qızıl məjməyidən birisini götürüb soymağım gəlir. Nə də xoş iy burxmışlar bütün buraya. Pis olmaz mı alsam birisini, soysam yavaş yavaş? Sizdə buyurub mənimlə ağzınızı şirin elərdiz ay qadanızı aldıqımlarım.
- kimə tutmusan o əlindəkini Şəmsi Xanım.
- Yiyəsinə Qartal kişi.
Çinar Xanım əlindəki yazdığını yerə qoyub yan yönünə baxır. Bir şey axtarır. Pişiklərə baxıb qalır. Yavaşca Şəmsi xanıma doğru yeriyir. İlk soruşmaq istiyir: bə burda.. sonra əyilib onun qolundakı saata baxır: görürsən saat indi neçədir? Məndə saatıma baxmaq istəyirəm ama gəl görki illərdir qoluma saat bağlamıram. Bəs indi saat??! İki üç olmalıdır. Havadan bəlli. Bəlli deyəndə də yağışlıdır hava. Tutqun. Pəncərdən də baxanda bir elə qaraqat ağacı gözə batır birdə o qoca tosbağa. Daş tosbağa. Daşlaşmış tosbağa. Göy mavı daşlı tosbağa. Qırmız şərabı gözlərlə bizə sarı baxır sanki! Sankı evi gözətleyir. Şəhəri gözətleyir. Doqquz əl ayağıla. Harda bunu görmüşlüyüm var düşünürəm. Bizim Şənəsən Şəkər əfəndilə hardan geçməkdəydik bunu ilk kəz gördüyümdə. Çıxar bir yerdən indi gəlmir bir şey fikrimə. O ağacda əsgi qocalmış bir qadın kimin sankı birisini gözləməkdə. Görürsən kimi o indi? (Bizim Anamızın Xoş sözü var: dərdi ki hər bir şeyin içində bir göz hər gözdə gizli gözləmək!) Çinar Xanım yerinə qayıdıb aypədini alıb yumur gözlərini. Üşümüş birisi kimin.Yuxu görən birisi kimin. Hardan tapıb gəldi bura axı bu yazar xanım. Əslən mən özüm hardan buranı buldum ki? Şaiir nə tez çaşdın sən!!! Bədbəxtçılığa sən gəl bax. Yerimi itirmişəm. Öz yerimi tapanmıram ki. Gərçək mi, fantezi mi, qarışdırıram artıq. Bir azda sevdiyim anamın verdiyi yorqana bənzəyir buranın rənkləri.buranın varlığı. Bir az narıncı, bir az çöhreyi, azca firuzə, azca göy mavı. Yapışır içimə bu üşümək doğrusu. Bəlkədə yumub gözlərimi yatam deyirəm. Soyuqda yatıb düş röya görmək yapışar yazana! Sizdə yatmışsız indi?
- Saat iki ola bilər Şəmsi Xanım!
- Hən üçdə ola bilər Qartal kişi!
Qartal kişi grey caketini geymədən çiyinlərinin üstünə salıb otağın içində yerimağa başlır. Saat kimin. İki ilə üçün arasında dura qalır. Pəncərədən eşigə göz tikir. Şəmsi Xanım baxa baxa sankı yuxu görməkdə. Pişiklər getmişlər. Çinar Xanım… Çinar Xanımda demədən elə bil yavaşdan çəkib getmiş. Getməsini bilmədim. Heç yanyanada otrub danışamadıq. Çəkilmiş öz qarlı şəhərinə. Sabah indi biləsinə zəng açsam yaddaşştında bir şeylər qalır mı səncə? Xatırlarmı bu görüşü. İnanmıram. Bəlkidə Şəmsi Xanımın soyuqluğu onu biraz küstürmüş. Çinarın yoxluğu darıxdırır indi məni. Canım çayda istiyir. Qızıl güllü çay. Qartal dönüb samavara doğru gedir. İstikanlrı düzür. Havada dəyşiklik var. Rəngi qaçmış havanın. Qış kimin hava. Qarqa laqqıltısı qulağa gəlir. Asqıraqda bir tərəfdən məni mi tutmuş, Qartalı mı yoxsa indi qaldım bir az. İkimizdən birimiz dərin dərin asqırmada. Bax bax. Gəliblər pişiklər. oturublar qucağımda ondandır bu asqırmaq. Çinar Xanımın yerində oturub bir az yatmam gərək. Ağır ağır yaslanıram. Fisaqurəs Xanımla Ərəstu Bəydə qanadlarını açıb vızıl vızıl ayrılırlar otaqdan. Sankı Cıqqılı Kəpənəyi özləmişlər kimisi təbrizə doğru yoxlaşırlar. Pişiklər demişkən elə biz özümüz dədə babadanda pişlərə bənzərik. Qardaşlarımda , Əmilərimdə. Bir şey deməm gərəkirdi Şəmsi Xanıma. Kəsin bir maraxlı sözüm vardı ona. Əşi beynim getmiş da. İşləmir indi yaddaştım. Qartal kişi Çayını qarışdıra qarışdıra yerinə oturur. Birdə səslərini eşitsəm düşərəm quyumun qaranlığına. Xəngəl gülünü düşünür Qartal kişi. Ağzında uşaq şiriniyatının dadı. Çayını içib qıssaca gülməsi tutur.
- Sevilmək dəhşətdir Şəmsi Xanım!
- Sevməkdə dəhşətdir Aa Qartal!
Bir kinoya baxar kimisi TV dən görÜnüş birdən birə bozulub xışldayıb bir başında xəngəl gülünü gərdüm Şəmsi Xanımın birdə başını Fisaqurəsləş miş kimi. Birdə Xəngəlin rəngi Zümürrüt . Pişigin gözləri sə öz gözlərim. Odanın içi büzüşmüş asqıran bir ağız kimisi. Pətona pətona! Bu odaya nə oldu qaqaş durdum. Oturdum Qartal Ağanın yerinə. Kimin mırtının başı yarımlamış indi? Pəncərənin ardındakı tosbağanın yüzü bizim Qartal bəy, Qaraağat ağacının görnüşü iştə öpözü şənəsən Şairə Cıqqlı Kəpənək. Sürməli narin gözlər, saf qapqara saçlar, xışxışlı yavaş yavaş pıçıltılar.hən bu otdaqda bayaqdan bəri bir aynada görə bilmədik. Aynasız ev! Telfonuma da Çinar Xanımdan bir məsaj: bir Rəsim. Təbrizdə. Onun yaşam yoldaşı, özü və mən. Başımsa Ərəstu bəyin başı. Nə yazdığını oxuya bilmirəm. Dalqalı, Bir birinə yapışılmış əyirlmiş silinmiş bir yazı. Yazını gözlərimin oxuması gərəkirdə, də qulaqlarım sankı duymaqdadır Qartal bəyin səsilə:
- Belə Oldu Qayıdıb getddik Şəmsı Qız.
- Qayıddık, Getmədik Qartal oğlan!
İmg: The Orange Seller (1908) by Enrique Serra Auqué
Tumblr media
The Orange Seller (1908) by Enrique Serra Auqué
131 notes · View notes