#Əminə Dilbazi
Explore tagged Tumblr posts
Text
![Tumblr media](https://64.media.tumblr.com/d826807dae00ff5f7293f55f3bef8e25/9e2694a88e9b6254-04/s540x810/0d5f9ccb1e55f304968a2de153a41c1a4be166f4.jpg)
▫️
Rəqqasə Əminə Dilbazi. Əsər: Mikayıl Abdullayev
—
#azərbaycan#azerbaijan#Amina Dilbazi#Əminə Dilbazi#mikayıl abdullayev#Üzeyir hacıbəyov#innabı#Vağzalı#Tərəkəmər#dilbil#bizbil#baku
0 notes
Photo
![Tumblr media](https://64.media.tumblr.com/2996000ec7105e64200b0d85a0b50370/4cceb0a4c975f772-e6/s400x600/55f7e0651b2538816dfff5f5aeae28d8cef8094e.jpg)
Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunmuş bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir. Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar. Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir. Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər. Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb. Qətiyyətlə deyə bilərik ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycanın təhsilinə, mədəniyyətinə öz töhfələrini verəcək. https://www.instagram.com/p/Cc6nQN9IYgF/?igshid=NGJjMDIxMWI=
0 notes