#ağ qan
Explore tagged Tumblr posts
philosadness · 11 months ago
Text
'Biz ətrafda insanlarda səmimilik, doğruluq axtarırıq. Amma unutmuş oluruq ki, bizi özunə cəlb edən insan əslində bizim güzgümüzdür.Biz travmalarımızı sevirik, sonra öz travmalarımızdan yenidən acı çəkirik.'
42 notes · View notes
huseynmammad · 1 year ago
Text
Tumblr media Tumblr media
"Dərdi dünya olanın
dünya qədər dərdi olarmış.."
Faniyə bağlanın
Günü xeyli ahü-zar,
Gözünə qan dolarmış..
Əlbir olub şeytanla
Qəlb kirayə verənlər,
Qusub anlıq həzzləri
Saçlarını yolarmış...
Fələkdən baş açılmaz
Bir gün ağ, bir gün qara
Cazib gələn vədləri
Əslində çox avara..
Adam səhvə dalarmış?
Yağış sonrası göbələkdi sevgilər
Kim tuta, kim apara
Kim də yolda qalarmış...
Arifdən bir işarə,
Abiddən bir hekayə,
Qurandan onca ayə,
Azacıq ağlı olan
İbrətini alarmış...🌙
47 notes · View notes
rftdamir · 6 months ago
Text
Qriqori titrək səslə bu gün Kropatkini köhnə kitab evinin arxasında ki, parkda gördüyünü dedi . Sofianın gözləri ,bir anda yumuldu sanki . Zərif və incə biləklərinə taxdığı ağ dəniz mirvarisindən olan qolbağının səsi duyulurdu, titrəyirdi. Bu titrəmə bir neçə dəqiqə çəkdi . Bir anda tamamilə sükut hakim oldu bədəninə. Nəfəs belə almırdı sanki . Qan qırmızısı dodaqlarını açdı, bəyaz sıralı dişləri sanki işıq saçırdı . Çox zəyif bir səslə, sanki pıçıldayaraq “ 7 il keçib artıq” dedi . Bədəni, buludlardan aşağı süzülən qar kristalı rəngini xatırladırdı. Qriqori əllərini islanmış saçlarına apararaq başını əydi və düşüncəyə daldı . “Gərək bunu ona söyləmək üçün tələsməzdim, bəlkə , bəlkə deyə pıçıldadı . Bəlkə bu adam Kropatkin deyildi , yanılıram bəlkə ? Axı onun 5 il öncə ölümcül bir xəstəliyə yaxalandığı və 6 aylıq ömrü qaldığına dair bir məktub almışdıq ? Yox, yox Qriqor, bu qədər axmaq olanmazsan” deyə öz özünə qəzəblənirdi . Başını qaldıraraq Sofianı süzdü .
- Sofia ? Rafael Kropatkin’in sonuncu dediyi sözləri xatırlayırsan ? Sofia sanki , 7 il əvvələ köhnə dəmir yolu vağzalında ki , o soyuq qarlı günə qayıtdı . O, alaqaranlıq havada ki, bozuntul insan süjetini və dediyi sözləri xatırladı…..
“l Feel it”
10 notes · View notes
yagubov · 1 year ago
Text
100 misralıq əruz şeiri.
Ey mənim gözlərimin nuru gözəllik safım
Səni vəsf etməyə həddim nədi, yetməz lafım
Sən mənim ömrümün ən parlaq olan güşəsisən
Təpədən dırnağa bu aşiqin əndişəsisən
Küsməyin aşiqi sevdada bitirmək kimidir
Ümid öldürmək uşaq qətlə yetirmək kimidir
Mənim ancaq ki, xəyalım sən, ümidim sənsən
Sən bu sevdada limandan görünən yelkənsən
Üz yaxınlaş mənə, at lövbəri dəryada batır
Nazına fırtına qopsun, məni səhrada batır
Görmə bu məzlum olan insana sevdasını çox
Mən sənin nazına dözdüm, ama sənsizliyə yox
Qır o köksündən asılmış qara daş parçasını
Parlat o yerdə qızıldan baha qaş parçasını
Adaşın var idi qaldırmadı Məcnun ahın
Ayrılıqla tapa bilməzdi səadət rahın
Anlamırsan ki ürək tab edə bilmir zülümə?
Sevdiyi yarını tərk eyləməz insan ölümə
Mən ki dərdindən əzizim ölürəm, yetmirmi?
Mən də can getdi, sənin qəlbidə kin getmirmi?
Mən 100 il ömr eləyib istəmirəm qəm daşıyım
Bircə il ömr eləyim, amma ki, sənnən yaşayım
Çünki bu getməyin eynən əcəlin gəlməsidir
Sevgi dərdin bəzək əşyasına çevrilməsidir
Mənə dərd ver ama dərmanı özündən gəlsin
Qovuşaq sonda sevinc yaşı gözündən gəlsin
Mən sənin şairinəm səhv qəzəlimdən sən tut
Məni dünya yıxa bilməz, bir əlimdən sən tut
Getmişəm mən hamıdan, təkcə sənə gəlmək üçün
Məndəki sevginin ey yar qədərin bilmək üçün
Gecə sahildə olan qumları bir bir sayasan
Eşqimin vahidin o sayla bərabər yayasan
Sən həmən qumları say, razıyam ayrılmağa da
Lap gəlim dinə, edim səcdə namaz qılmağa da
Sənə zəvvaram ölüncə, mənim imanım sən
Başımın tacı, ürək sirdaşı, cananım sən
Necə kafər qızı kafər, məni sən tutdun əsir
Səni görcək həyəcandan ürəyim tir tir əsir
Qan çıxır şah damarımdan ayağımdan yer axır
Titrəyişdən bədənimdən buza dönmüş tər axır
Baş əyib sevgiyə alçalmağı bilmirsən sən
Sevgisindən yuxusuz qalmağı bilmirsən sən
Siqaretnən siqaret sən axı yandırmamısan
Sən axı heç kimi sevdana inandırmamısan
Gecələr ölməmisən mən kimi sənsizlikdən
Bir şeirçün təzə söz çəkməmisən sözlükdən
Sən axı mən kimi eşq atəşinə yanmamısan
Sən axı bir dəfə sənsizliyə odlanmamısan
Sən axı çəkməmisən həsrəti Leyladan ötür
Dəlilik etməmisən bir dəli sevdadan ötür
Sən sevildikcə özəlləşmiş olan şəhzadə
Mən də sevdikcə kədərdən boğulan dəryadə
Mən sənin sevginə yalqız canavarlar kimi ac
Kədərindən ölürəm mən nə təbib var nə əlac
Sarı yarpaq kimi ömrüm bu xəzanlıqda itir
Bitirirsən məni, küskünlüyü sən bəsdi bitir
Birdən ölsəm deyəcəklər ki, qəzəlxan öldü
Sevgisiyçün oturub gün sayan oğlan öldü
Mən axı dönməmişm ölməyə layiq birinə
Keçiririrsən məni neyçün fələyin zəncirinə?
Ayrılıqla bu qırıb qəlbimə ox vurmusan ox
Səni qoy nəzmə çəkim mən, ama sənsizliyi yox
Olmasam mən sənə ağ gün gələcəydən gələcək?
Sənə peşmançılığın rəngi fələydən gələcək
Mənə sənlə bu həyat xoşdu gülüm, sənsiz yox
İstərəm mən sənin uğrunda ölüm, sənsiz yox
Barışaq qoy quru səhrada çiçəklər boy ata
Qızımızdır o çiçək sən anasan, mən də ata
Yoxdu dünyada qız övladı misalında gözəl
Validiyçün yaşamaq sevgisi, hər kəsdən özəl
Kipriyi səndən ola, göz də dəniz rəngində
Saçı oynardı həzin musiqi ahəngində
Gəl dünəndən yox əzizim gələcəkdən danışaq
Bu qızın xətrinə küskünlüyü ram et, barışaq
Barışaq ki, hamı sevda nə deməkdir görsün
Əsli Məcnun ilə Leyla nə deməkdir görsün
O Füzuliydi yazıb Məcnun ilə Leylanı
Ama yazmazdı onu, görsə bizim sevdanı
Hansı sevdalı bu sevdanı dadar tarixdə?
Bir gün ölsəm səni şeirim yaşadar tarixdə
Mənə bu sevgini bəxş eylə, bunu çox görmə
Səni şeiriylə ölümsüz edəni öldürmə
Sənə ancaq baxıram mən, mənə qibləm sənsən
Tək ziyarətçinəm ey yar, uca kəbəm sənsən
Hamını kəbəsi əfv etdi, günahımdan keç
Dünənimçün nə ədalətdi sabahımdan keç?
Dünəni sil, sabahım sənnən açılsın sənnən
And ola canına, xoşbəxt olacaqsan mənnən
Bir sözünlə bu bizim sevgiyə can verməlisən
Zaman ən yaxşı təbibdirsə zaman verməlisən
Hazıram mən sənin uğrunda hasarlar devirəm
Mən mükəmməl deyiləm, amma mükəmməl sevirəm
Yarına bir acı söz söyləməyən kəs göstər
Mənə dünyada xəta eyləməyən kəs göstər
Şiddət üçün sənə qalxarsa əlimdən qan axar
Sənə bir də acı davransa dilimdən qan axar
Ayrılıq dərdini sənsiz yaşayıb mən görürəm
Qeyrətimnən səni incitməməyə söz verirəm
Geydirən kəs mənə meydanı məhəbbətdə kəfən
O da sənsən, o da sənsən, o da sənsən, o da sən
"Kərim Abi"
8 notes · View notes
deepestfireenemy · 1 month ago
Text
C Vitamini: Təbiətindəki Mənbələr, Faydaları və Çatışmazlıq Əlamətləri
Tumblr media
C vitamini, həmçinin askorbin turşusu kimi tanınır, bədən üçün həyati əhəmiyyət daşıyan bir vitamin və güclü antioksidantdır. Bu vacib vitamin, kollagen istehsalını artırmaq, immun sistemini gücləndirmək və bədənin sərbəst radikallara qarşı qorunmasına kömək etmək kimi bir çox faydaya malikdir. Bu məqalədə C vitamininin təbiətdəki mənbələrini, faydalarını və çatışmazlıq əlamətlərini nəzərdən keçirəcəyik.
C Vitamini Mənbələri C vitamini əsasən meyvələr və tərəvəzlərdə mövcuddur. Təzə meyvə və tərəvəzlərin müntəzəm istehlakı, bədənin gündəlik ehtiyacını qarşılamasına kömək edir. C vitamini ilə zəngin qidalara misal olaraq:
Citrus meyvələri (portağal, limon, greypfrut)
Kivi (C vitamini və antioksidantlarla zəngin)
Çiyələk (dadlı və C vitamini ilə zəngin)
Mango (C vitamini və A vitamini ehtiva edir)
Qırmızı və yaşıl bibər (tərəvəzlər arasında ən yüksək C vitamini mənbəyi)
Kələm, brokoli, ispanaq və karnabahar (C vitamini və digər faydalı qida maddələri ilə zəngindir)
C Vitamininin Faydaları C vitamini bir çox vacib faydalar təmin edir, bunlar arasında:
İmmunitet Sisteminin Gücləndirilməsi C vitamini, bədənin müdafiə sisteminin fəaliyyətinə müsbət təsir edərək, ağ qan hüceyrələrinin sayını artırır və onların viruslara və mikroblara qarşı mübarizə qabiliyyətini gücləndirir. Həmçinin, dəridə kollagen istehsalını artıraraq, xəstəliklərə qarşı dayanıqlı bir baryer yaradır.
Dərinin Sağlamlığını Qorumaq Kollagenin istehsalını artırmaqla, C vitamini dərinin elastikliyini və sağlamlığını qorumağa kömək edir. Bu, xüsusilə yaşlanma əlamətlərini gecikdirmək və yara iyileşməsini sürətləndirmək baxımından önəmlidir.
Xəstəliklərin Müddətini və Şiddətini Azaltmaq Araşdırmalar göstərir ki, C vitamini soyuqdəymənin müddətini qısaldır və simptomların şiddətini azaldır. Bu vitamin, xüsusən mövsümi soyuqdəymə və infeksiyalara qarşı mübarizədə mühüm rol oynayır.
C Vitamini Çatışmazlığının Əlamətləri C vitamini çatışmazlığı bəzi əlamətlərə səbəb ola bilər. Bunlara daxildir:
Yorğunluq və halsızlıq
Diş qanaması və diş ətində iltihab
Dərinin quruluğu və cızılmalar
Yaraların sağalma müddətinin uzanması
İmmunitet zəifliyi, tez-tez infeksiyalara yoluxma
0 notes
xuxanov · 1 month ago
Text
Tumblr media
▫️
Sevdiyim Çəkmələrlə:
Dəlidaşlıq
- Xu Xanov
Ən yaxın dildaşım şikayət edib məni Amerikada:
Ki niyə bunu yazımda Kərtənkələ göstərmişəm. Ki gələcəkdə sen denə: Benqulu, onlarda desinlər Karls Cunuyor börgürü yeyən Sulduzlu Kərtənkələ! Qara papaq Kərtənkələ. Gitarist hard rokçı Kərtənkələ! Mətəmətikçi Kərtənkələ! iki barmağının arasında Dəvə*siqaretinin tüstüsü çıxa çıxa:
- Qadın Təni bütün iç eşiyə mətmətiks, ölçü, sayı, dənizçılq, uzayçılıq! Nə desən! (Qadına mən dalanda ağzımdan yavaşca: Yukio* …)
- Olbitə* baxanda tutuşmazlıqlar var… Hərdəm gələcək dedığın şey bir görürsən geçmişin bir parçasıdır.
- Baldızıma ər axtarırıq Əşi! (O Gövərçin baldız; Manqo yeməsi görməlidir o gözəlin. Ağlaması görməlidir o qara orkidin. Uşaxlığında qomşularının oğlununkini kəsib özünə yapışdırmaq istərmiş. Sağ əlinin dırnaqları göy, solsa qırmız. Sən Firənə aparsan biləsini yanağından bir öpüş, Tibrana götürsən iki. Paslı göy Səndəlində qaranlıqda oturub səni və o bəyəndiyi birisinə baxmağa başı gedər. Morunu* alışdırsa, onada yer aç indicə elə cuma cuma… elə o gündə dərin dəprəm olmuşdi! )
- Məncə Pərslər Kauravalardandırlar.* (Mənə nə? Damarlarımda kimi desən tapılar. Sikitlə*! Mənim başım rəngarəng milçəklərin yuvasıdır Əşi. Sən hardasan biz harda!!!)
- Usta kərimin məhzi bilgi sayarının içinə düşmüşəm! Gəl sözlərimi hindi mürəkkəbinən yaz! Yaz! (elə bu sözünü dərdeməz Kərtənkələləşdi gecə saat üçdə yuxulu yuxulu özümə qayıdır kən bizim Benqulu.)
- Birdə o Ağ an var Əşi! Qan qırmızlı yazılan yazılar, sayılar… (Siqaret tüstüsündə artıq itib çıxmışam ordan. Uçmağı itirənlər kimisi. O ılıq yuxulu sular hardadır indi? Şıqların* dikdabanlı səslərini eşidirsiz?)
İndi Urmulu Avokat Əmir, Şepanların Xəstəxanasından aldığı kağazı bütün gözlərin önünə tutur. Damqalı:
- Benqulu’nun Şaiir dostu başdan Milçəkdir!
——
* Dəvə Siqreti: Türkiyə tütünkü Camel.
* Yukio: Ukio, İndidə yaşan. Japonca.
* Olbit: Tarix. History.
* Mor: Qadınlara düzəlmiş zərif narin siqaret adı.
* Kaurava: Sanskiritcə. Mahabharatda adı geçən adlı ailənin adı.
* Sikitlə: Fuck it. Boş ver. Burax.
*Şıq: Pəri, fairy tale.
Art: Locura compartida (Shared Madness), Alfredo Castañeda, 2001- Oil on canvas
23 ¾ x 23 ¾ in. (60.3 x 60.3 cm)
Tumblr media
1 note · View note
banuulandiya · 2 years ago
Text
Deyilənə görə Şirinə aşiq olan Fərhat, sevdiyi qızın ölüm xəbərini alanda dözülməz bir kədər içinə düşər, özünü baltalayar. Bədənindən düşən hər damcı qan, qırmızı bir çiçəyə dönüşür. Bu səbəbdən qırmızı tülpanlar, iranlılar üçün ölümsüz eşqin simvoludur..🕊🌷
Tülpanların rənginə görə anlamları;
💙Mavi - barış və hüzur
🤍Ağ - saflıq, məsumiyyət, üzr istəmək
💜Bənövşəyi - əsalət
💛Sarı - günəş, enerji, ümid və sevinc
🧡Narıncı - xoşbəxtlik, heyranlıq
4 notes · View notes
naturallsoull · 3 years ago
Text
çarpayının kənarında oturursan, pəncərədən kənarda artıq gecədir. yanında yalnız işıq var. əlləriniz titrəyir. qorxulu baxışla sol biləyinə baxırsan, sağ ovucunda isə bıçaq var. özünüzü pis və qorxulu hiss edirsiniz. hönkürtü. ah çəkmək. nəfəsinizi tutun və gözlərinizi yumun. bıçağı kəskin şəkildə əlinizdən keçirin. Təəccüblə gözlərini açırsan. niyə təəccüblənək? amma inciməmək üçün. ələ bax, qan yoxdur. amma qırmızı xətt var. kəsiklər dişləyir.
qan qolumdan aşağı axaraq çarpayıya damcılayır. ilk tapdığınız cır-cındırı tutub əlinizdəki damcıları silirsiniz. lakin onlar gəlib-gedirlər. barmaqlar soyuyur, hərəkət etməyi dayandırın. yaraya baxmaq insanı incidir, amma eyni zamanda xoşunuza gəlir. çünki qan axını və şikayətlərinizlə birlikdə. getdikcə daha çox qan. qol boyunca bütün damarı hiss etməyə başlayırsınız. kəsimi qırmızı ləkələrlə bu ağ parça ilə büküb uzanırsan. gözlərini yumursan. üşüyürsən və gizlənməyə gücün çatmır. qar kimi ağ qanad parlaq qırmızı oldu. bütün gücünü toplayırsan və sağ əlinlə cırtdanı əlinə sıxırsan. yuxuya getməkdən qorxur, amma məcbursan. zehni olaraq hamı ilə vidalaş, gözlərini yum və yuxuya get. gecə keçdi. gözünü açırsan. və heç nə başa düşmürsən. istər yuxu idi, istərsə də ... yox, yuxu deyil. kəsik hələ də əllə örtülür. siz onu diqqətlə çıxarın və qırmızı dəsmalı və altında eyni rəngli dərin bir kəsik görürsünüz. amma sən niyə yaşadığını anlamırsan. və nə edəcəyini bilmirəm. və sonra sənə şəfəq düşür, həyat davam edir. həm də məktəbə hazırlaşmalı və tanış mühitə getməlisən. gözlərini yumub hamama gedirsən və yaranı yuyursan. sarğı ilə sarın, uzun qollu bir bluza qoyun. və sən get. get həyatdan həzz alın!
2 notes · View notes
aeshale · 4 years ago
Text
Tənhalıq başlayır burdan o yana, Keçdikcə keçilməz, atam balası. Ayları, illəri tutsan boyuna, Çayları, çölləri tutsan boyuna, Ölçdükcə ölçülməz, atam balası.
Daha çoxlarıyla aram sərinlər, Çoxları boynuma sevinməz daha. 23 yaşımda məni sevənlər, 33 yaşımda sevəmməz daha.
Mən axı nə çöləm, nə yol, nə küçə, Mən axı hamının ola bilmərəm. Məni sevənlərdən ötrü ölüncə, 23 yaşımda qala bilmərəm.
Nə qədər sözlər var sözümdən cavan, Daha çığırmağa nəfəsim gəlmir. Daha bu dünyada özümdən cavan, Şeirlər yazmağa həvəsim gəlmir.
Kiriyir, yumşalır şeirlərim də, Qocalır misralar, sözlər mənimlə. Dostlar cavan qalır şeirlərimdə, Qocalmaq istəmir dostlar mənimlə.
İlahi, qocalıq buymuş deməli, Dostlardan səssizcə qırılır adam. Ömür bir bulanıq suymuş deməli, Ömür azaldıqca durulur adam.
İçimin, çölümün yuyulur pası, Sətirlər göyərir bu ağ varaqda. Nə çoxmuş ürəklə əlin arası, Nə yaxşı ölmədim bu aralıqda.
Sözlər ürəyimdən əlimə yetdi, Bir azca soluxdu, soldu nə olar. Bir azca şaxlığı, şuxluğu itdi, Heç kəs qinamasın, yoldu nə olar.
Daha balta kəsməz ağlım kəsəni, Dünyanın dadını bilirəm daha. Bu qoca dünyada hər nəfəsimi, Ağacdan meyvətək dərirəm daha.
Son nəfəs dünyada hər şeyden şirin, Şair də qocalır, ölür bilirəm. Sözünden qan iyi gələn şairin, Ağzından süd iyi gelir, bilirəm.
Bu dünya bir qaynar qazanmış demə, Söndürməz odunu nə qar, nə yağış. Dünyayla dalaşmaq asanmış demə, Çətini dünyayla barışmağıymış.
Ramiz Rövşən
3 notes · View notes
sarimtill · 6 years ago
Text
Rənglərin insanların daxili aləminə təsir etdiyi artıq məlumdur. İnsanlar adətən qapalı və tutqun havalarda özlərini bədbəxt, günəşli və açıq havalarda isə özlərini daha xoşbəxt hiss edirlər. Rənglərin buna bənzər insanlar üzərində bir çox təsirləri vardır.
Rənglərin insanlar üzərində qoyduğu izlər, insanların psixikasına, əhval - ruhiyyəsinə göstərdiyi təsirlər barədə maraqlı yazı...
Lacivərd (tünd - mavi) rəng💙
Lacivərd uğurun və gücün rəngidir. Məşhur biznesmenlər xarizmatik və güclü görünmək üçün lacivərd paltar geyinir. Məşhur loqolarda da diqqət çəkmək üçün göy rəngdən istifadə edilir.
Getdikləri yerdə çox diqqət çəkmək istəməyənlər də adətən lacivərdə üstünlük verirlər. Bu rəng insanların asan qərar verməsinə də təsir göstərir və yaddaşı gücləndirir. Araşdırmalara görə, gecə geyimi lacivərd olan insanlar yuxudan oyananda yuxularını daha yaxşı xatırlayırlar. Psixoloji narahatlıq yaşayan insanların müalicəsində də lacivərd rəngə üstünlük verilir.
Narıncı🧡
Narıncı ürəkaçan rəngdir və ümumiyyətlə, həyatı təmsil edir. Ona görə də xaricdəki həbsxanalarda narıncı rəngə üstünlük verilir. İnsanları hərəkətə gətirən xüsusiyyətə malikdir. Revmatizması olan insanlara da müalicə məqsədilə yaxşı təsir göstərir. Narıncı rəngin uşaq və yataq otaqlarında istifadə edilməsi məqsədə uyğundur. Kitabxana və ya dərs, iş otaqlarında istifadə edilməsi doğru deyil.
Çəhrayı rəng💜
Çəhrayı rəng isə xoşbəxtliyin və sevincin rəmzidir. İnsanları sakitləşdirdiyinə görə, psixoloji müalicə mərkəzlərində bu rəngə daha çox üstünlük verilir. Sevginin rəngi kimi də tanınır. Çəhrayı dekorasiyalarla bəzədilmiş otaq insanı sakitləşdirir, daha rahat yatmasını təmin edir.
Qəhvəyi💓
Qəhvəyi rəng dostluğun və səmimiyyətin simvoludur. Bu rəngdə geyinən insanlar cəmiyyət içində diqqəti çəkməzlər, ancaq qarşılarındakı insanlara ecazkar rahatlıq hissi verirlər. Qəhvəyi rəng həm də zehni açır.
Bənövşəyi💜
Əgər sənətlə məşğul olursunuzsa və ilham pərinizin gəlməsini gözləyirsinizsə, dərhal bənövşəyi rənglərin çox olduğu yerə gedin. Bənövşəyi zənginliyin və alicənablığın rəngidir. İnsanların müvazinətinə müsbət təsir edir. Tünd bənövşəyi tonlar isə bir az daha çətinlik yaradan rəng tonudur. İntihar edənlərin bir çoxu tünd bənövşəyi tonlarını çox sevir.
Sarı💛
Canlılığı ilə insanlara rahatlıq verən bir rəngdir. İlham verici, ruhlandırıcı xüsusiyyətləri var. Zehni fəaliyyətlə müsbət təsir edir.
Ağ💟
Hamımızın bildiyi kimi ağ saflığı və təmizliyi təmsil edir. Təmizliyi təmsil etdiyi üçün də xəstəxanalarda, apteklərdə və tualetlərdə ağ rəngə üstünlük verilir. Ağ insana xoş təsir bağışlayır, ona görə də çox geniş məkanlarda ağ rəngdən istifadə edilir.
Mavi💙
Mavi rəngi sevən insanlar adətən uğurlu və özünə inamı olan şəxslərdir. Çölə çıxanda mavi səmanı görmək insanı xoşbəxt edir. Xüsusilə, açıq mavinin insan üzərində müsbət təsiri var.
Yaşıl💚
Yaşıl həyata bağlılığı təmsil edən bir rəngdir. Bu xüsusiyyətini də təbiətin yaşıl tonundan götürüb. Ümidi, yeniliyi və gözəlliyi təmsil edir.
Qırmızı❤️
Ehtirasın və romantizmin rəngi kimi tanınan qırmızının sağlamlıq baxımından da əhəmiyyətli tərəfləri var. Qan axınını sürətləndirir və iştaha açır. Adətən, qırmızının çox olduğu yerlərdə insanlar zamanın necə keçdiyini anlamırlar. Buna görə də gecə klubu, əyləncə mərkəzlərində qırmızı rəngə tez-tez üstünlük verilir.
77 notes · View notes
zaur · 5 years ago
Text
Azerbaijan
Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan; Eşitmişəm uzaqlardan Sakit axan arazları; Sınamışam dostu, yarı... El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana, Hankı səmtə, hankı yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə Boğar aylar, illər məni, Qınamasın ellər məni. Dağlarının başı qardır, Ağ örpəyin buludlardır. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin. Düşdün uğursuz dillərə, Nəhs aylara, nəhs illərə, Nəsillərdən-nəsillərə Keçən bir şöhrətin vardır; Oğlun, qızın bəxtiyardır... Hey baxıram bu düzlərə, Alagözlü gündüzlərə, Qara xallı ağ üzlərə Könül istər şer yaza; Gəncləşirəm yaza-yaza... Bir tərəfin bəhri-Xəzər, Yaşılbaş sonalar gəzər; Xəyalım dolaşar gəzər Gah Muğanı, gah Eldarı. Mənzil uzaq, ömür yarı! Sıra dağlar, gen dərələr, Ürək açan mənzərələr... Ceyran qaçar, cüyür mələr, Nə çoxdur oylağın sənin! Aranın, yaylağın sənin. Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan. Afrikadan, Hindistandan Qonaq gəlir bizə quşlar, Zülm əlindən qurtulmuşlar... Bu yerlərdə limon sarı, Əyir, salır budaqları; Dağlarının dümağ qarı Yaranmışdır qarlı qışdan Bir səngərdir yaranışdan. Lənkəranın gülü rəng-rəng, Yurdumuzun qızları tək. Dəmlə çayı tök ver görək Anamın dilbər gəlini! Yadlara açma əlini. Sarı sünbül bizim çörək, Pambığımız çiçək-çiçək. Hər üzümdən bir şirə çək Səhər-səhər acqarına, Qüvvət olsun qollarına. Min Qazaxda köhlən ata, Yalmanına yata-yata, At qan-tərə bata-bata, Göy yaylaqlar belinə qalx, Kəpəz dağdan Göy gölə bax! Ey azad gün, azad insan, Doyunca iç bu bahardan! Bizim xallı xalçalardan Sər çinarlar kölgəsinə, Alqış günəş ölkəsinə! ************ Könlüm keçir Qarabağdan, Gah bu dağdan, gah o dağdan. Axşamüstü qoy uzaqdan Havalansın Xanın1 səsi, Qarabağın şikəstəsi. Gözəl vətən! Mənan dərin, Beşiyisən gözəllərin! Aşıq deyər sərin-sərin, Sən günəşin qucağısan, Şer, sənət ocağısan. Ölməz könül, ölməz əsər, Nizamilər, Füzulilər! Əlin qələm, sinən dəftər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır. Bir dön bizim Bakıya bax, Sahilləri çıraq-çıraq, Buruqları hayqıraraq Nərə salır boz çöllərə, İşıqlanır hər dağ, dərə! Nazlandıqca sərin külək, Sahillərə sinə gərək. Bizim Bakı – bizim ürək! İşıqdadır qüvvət sözü, Səhərlərin ülkər gözü. Gözəl vətən! O gün ki sən Al bayraqlı bir səhərdən İlham aldın... yarandım mən. Gülür torpaq, gülür insan, Qoca Şərqin qapısısan!
Səməd Vurğun
2 notes · View notes
rftdamir · 13 days ago
Text
Yağışın ilk damlalarının ləkələri, günəş, çörək və şərab, əriyən şamlar , yarpaqların damarları, küləklə dalğalanan otlar, daşların rəngləri, masanın üzərindəki ağ örtük, evin içində evlə bağlı bir xəyal, döşəmədəki kölgəm, üfüq, otağımdan baxçaya düşən işıq, Kvant supermövqeyi, Şrödingerin həm ölü həm diri pişiyi, Heisenbergin bilinməzlik paradoksu, iqdisadi nəzəriyyələr, fəlsəfi və teolojik bilinməzliklər, ehtimallar dənizi. Şairlərin hissləri, şeirlərin danışmağı, kitablarda ki, ağ vərəq, musiqilər, qan və torpaq, soyuq və isti, pis və yaxşı, hisslər..
Bəzən bu qədər şeyi eyni anda düşünürəm, bəzən bütün gördüklərim oxuduqlarım və bildiklərimi düşünürəm, hər şeyi eyni anda düşünürəm istəmsizcə və dəliliklə aramda incə bir körpü qaldığını hiss edirəm. Mən niyələrdə boğuluram, qarşımda ki düşməni yox etdiyim bir müharibədə əslində məğlub oluram…
8 notes · View notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
Biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq “Çörək bol olarsa, basılmaz vətən!” Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır. Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar. 1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir: “Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər”… Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə “canımıza yatmır” elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: “Çörəklə ye ki, doyasan”. Ancaq mütəxəssislər çörək yeməyin əleyhinədirlər. Əla növ unu əla növ zəhər adlandırıblar. Ağ çörəyin hər hansı bir qidalandırıcı dəyəri yoxdur. Vitamin, mineral və lif baxımından olduqca kasıb qidadır. Ağ un və ondan hazırlanan çörək, digər un məmulatları buğdada yer alan bütün vitamin və minerallar atılaraq hazırlanır. Yalnız asan mənimsənilən zərərli şəkər effektindən başqa heç bir faydası yoxdur. Həkimlərin sözlərinə görə, çörək yalnızca mədəni dolu tutan və aclığı azaldan bir qidadır. Boş kalori yükü qan şəkərini yüksəldir, diabet riskini artırır, mədə-bağırsaq funksiyalarının pozulmasına (qəbizlik, qastrit və s) yol açır, ürək-qan damar sistemi xəstəlikləri, ateroskleroz və yüksək qan təzyiqi riski yaradır. Tərkibində olan nişasta bədən tərəfindən çox tez mənimsənilir və piylənməyə səbəb olur. Ağ çörəkdə olan toksinlər — içərisində olan qatqı maddələri — rafinə duzu, yumşaqlığını, görünüşünü və saxlanma müddətini uzatmaq üçün istifadə olunan kimyəvi maddələr bütün xərçəng növləri riskini artırır. Çörək taxıllar qrupuna aid bir qidadir. Onu başqa, daha sağlıqlı taxıl növləri ilə əvəz etmək olar. Məsələn, bir dilim çörək yerinə 3 xörək qaşığı bulqur aşı çox faydalı və sağlıqlı olacaq. Ağ çörək əvəzinə tam buğda, çovdar və kəpəkli çörək m https://www.instagram.com/p/CYVw3YkN7xX/?utm_medium=tumblr
0 notes
eminmamaoglu · 4 years ago
Link
Ey gül səni hər kimki sevdi bəxtəvər oldu, Eşqində bir ancaq mənim ömrüm hədər oldu... Kim sevdi qara zülfünü ağ günlərə çıxdı, Tale mənə yar olmadı bir dərdi-sər oldu. Mən ağladım öz halıma biganə sevindi, Şükr eylə ki mən qaldım o məndən betər oldu... Kuyində mənə zülm eləyəndən biri qalmıb, Ahım odu yandırdı hamı dərbədər oldu. Yıxmaqdı məni məqsədi namərd rəqibin, Bar vemədi məqsudi bütün bisəmər oldu. Ayrılmaz idik bir-birimizdən aramızda, Göz dəydi bizə bəlkə də bir bədnəzər oldu. Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdi Hər kim vətənin sevdi o əhli-hünər oldu. Vəhşiliyə namərdliyə nadanlığa nifrət, Insanliq ilə ömr eləyən bəxtəvər oldu. Səndən sora Vahid ayıq ol qoy deməsinlər, Dünyaya gəlib getdi heyif bixəbər oldu.
1 note · View note
lamanmammad · 5 years ago
Text
Vətən;
Mümkünsə başin sağ olmasin...
Və siz-Mümkünse storilerden profillerden bayraq şeklini götürün.çunki 1hefte sonra her ne olursa olsun unudacaqsiniz.neyi unutmadinizki bunlarida unudacaqsiniz.bunu bilirem cunki bu beledi.deyin biriniz aprelde olenleri xocalida olenleri basqa muharibede olenleri...durun deyinki biriniz men unutmadim men istirem icimden gelir ciyerim yanir deye qoymusam deyenmirsiz deye bilmersiz...adı ola biler şerefli birsey ola biler ama bir gedin sorusun ailelerinden,bir menasi varmi bu adin olarçun... 9ay betninde ezyetini cek o usaq olsun gece yatmayib o usaqa baxsinlar ozleri yemeyib geymeyib herseyi o usaqa elesinler uşaqda böyüsun bu veten uğrunda şəhid olsun.bir oturun fikirlesin deydimi o gecelere, deydimi o ac qalmalara, deydimii o ananin ağ saçlarina,deydimi buqeder şeye.bir oturub fikirlesin menim oqlum şehid olsa men qoyarammi heryere bayraq şəkli,deyeremmi ureyle veten basin sağ olsun.demezsiniz,siz hergun qan aqliyarsizz pesman olarsiz.sonu belemi olacaydi deye heyifslenersiniz,... ama inanin kecmiyecey bilirsiz incidecey o usaqin otaqinin yanindan kececeysiniz sol terefiniz aqriyacaq,her hansi paltarini goreceysiniz sol terefiniz aqriyacaq, biyerlerden qoxusu gelecey sol terefiniz aqriyacaq, onun en sevdiyi yemey bisecey yene sol terefiniz ağriyacaq bilinki her ne olursa olsun o sol terefiniz hemişe ağriyacaq .onda deyersiniz veten başin saq olsun,onda qoyarsiniz buqeder şeyi, onda buqeder seversinizmi bu veteni? Kecermisiniz yene herseyden bu vetene gore ? Pfff🤦‍♀️ne dansiram menn tebiikide kecmersiniz can sirin seydi ezizlerim boşu boşuna qoymayin ele seyler,ne sizin qoymaqizla veten sağ olacaq ne o olenler geri qaydacaq nedeki o analarin gozyaşlari dayanacaq hele o korpeleri demirem... boşu bosuna qoymayin özunuzu aldatmayin menede sen xainsen sen insan deyilsen sen nece birisen tipli seyler yazmayin men siz deylemki bulari yaziram istemeyen nomremi sile biler ki bu da meni zerre incitmez.. sen yasamamisan hardan bilesende demeyin menim nenemin qardaşi şehid olub tam 27ildi.Ve menim nenem tam 27ildirki onun yasini tutur..🥀siz hecvaxt bezileri ola bilmersiniz sen yaşamamisanki nenen yaşayib kimide şeyler yazmayin cunki men nece ildr nenemin neler çekdiyini çox gozel bilirem.anasinin şehid oqluna gore olene qeder aqladiqini bilirem. Ve ona gore deyiremki bezen olan hadiselere yaxsi yerinden baxmayin şehid oldu ad qazandi veten saqolsun bularin bir menasi yoxdu. kiçilmeyin ezizlerim kiçilmeyin... heryere bosu bosuna qoymayin her iki terefde itki var qoymayinki bir nazirin balasi şehid olmur bilirsinizmi niye olmur ? Kim yediyi alcatdiqi satdiqi torpaq ugrunda oqlunu esger gonderer hansi nazir hansi prezdent eder onu edermisiniz siz? Yox gonderermisiniz hec usaqinizi esger?-yox baxin bezi usaqlar oz xeyallarini yaşiyar öz istediklerini eder. Bir usaq isə gece qapi ağzinda olari qoruyar.... bunu uzatmaqin bir menasi yoxdu hersey buqeder asandi ama siz bunu gormursunuz yadaki gormey istemirsiniz
Bularida her nece basa dusursunuz dusun kim xatirlayir "neslicantay"i ya kimin yadindadi "onur can ozcan" kimin yadindadi "elina" "ADPU'da oxuyan Gunel Nağiyeva" "yandırilan nərmin" "Teymur Mustafayev" ve daha neqede insan bunlar olende haminiz paylaşmişdiniz xatirlirsinizmi indi bulari? Mence ne demey istediyim aydindi🤷‍♀️ama size gore yenede veten saqolsun🍁
0 notes
caviddivac · 8 years ago
Text
Erməni “Şəhidlər Xiyabanı”nda yeganə müsəlman qəbri
  Ermənilərin “Şəhidlər Xiyabanı” sayılan Yerablur hərbi memorial qəbirstanlığı paytaxt İrəvanın şəhərətrafı ərazisində Zvartnots beynəlxalq hava limanına gedən yolun yaxınlığında təpə üzərində yerləşir. Azərbaycanca “Üç təpə “ mənasına gələn Yerablur qəbirstanlığı ilk sakinlərini 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin alovlandığı ilk vaxtlardan qəbul etməyə başlayıb.
  Sonralar bu qəbirstanlığa Andranik kimi erməni milli qəhrəmanlarının qəbirləri köçürülüb təkrarən basdırılsa da, qəbirstanlıq Qarabağ müharibəsində həlak olanların dəfn olunduğu qəbirstanlıq kimi tanınır. Ümumilikdə 741 məzar olan qəbirstanlıqda yeganə türksoylu müsəlman qəbri isə ölümündən 4 ay sonra həmin məzarlıqda dəfn edilən türkmən Qurbanmurad Bazarbay oğlu Nəfəsovun (rus. Гурбанмырат Непесов Базарбаевич) qəbridir.
Tumblr media
Qurbanmırat Nepesovun Yerablurdakı məzarı (1969-1992)                       © gerezman.com
  1969-cu ildə Türkmənistanda anadan olan Nepesov Qurbanmıratın alın yazısında bəlkə də Ermənistan-Azərbaycan münaqişəsində həlak olmaq yox idi, amma tale elə gətirir ki, Qurbanmırat birbaşa bu iki qonşu Qafqaz ölkəsinin cırışmasında iştirak etməli olur. Bu müharibədə tərəf tutmaq üçün isə etnik, dini identifikasiyasına yox, mənəvi səbəblərinə əsaslanan türkmənin Qarabağ yolu Sovet ordusu tərkibində Əfqanıstana yollanması ilə başlayır.
  Boz dağlar ölkəsində ağır yaralanan gənc Nepesov ölüm ayağındadır, ona qan lazım olur. Elə bu anda köməyə gələn erməni döyüş yoldaşı onun həyatını xilas edir. Bu donorluq fəaliyyəti ilə ona donorluq etmiş erməninin sonradan həlak olması Nepesova güclü mənəvi təsir bağışlayır, bununla da o, özünü bir neçə ildən sonra daha bir müharibə ocağında - Qarabağda tapır. 
  Qarabağ müharibəsinə kimi isə o, Sovet ordusu Əfqanıstanı tərk edəndən sonrakı hərbi xidmətinin qalanını Ermənistanda çəkir. Elə bu ərəfələrdə də Mavərayi-Qafqazda ara qarışır, məlum erməni-Azərbaycan münaqişəsi başlayır. Və beləliklə də türkmən Qurbanmırat öz mənəvi borcunu ödəməyi Ermənistanda qalıb Qarabağ müharibəsində erməni tərəfdə vuruşmaqda görür.
  Bunun üçün 1991-ci ildə Volodya Matevosyanın yaratdığı könüllülərdən ibarət “Vahan Ata” dəstəsinə ilk qoşulanlardan biri olur. Çoxmillətli dəstə kimi tanınan “Vahan Ata” könüllü dəstəsinin tərkibində sözügedən türkmənlə yanaşı ruslar, yunanlar, assuriyalılar, yezidi kürdlər də var idi.
  Volodya Matevosyanın bildirdiyinə görə ilk vaxtlar türkmənə inanmayıblar, bunun üçün, hətta türkməni kəşfiyyata göndərib onu izləməyi üçün arxasınca başqa bir adam da göndəriblər. Lakin özünü doğrultmağı bacaran türkmən bu sınaqdan üzü ağ çıxıb. Döyüş yoldaşlarının inamını qazanan Nesepov tez-tez kəşfiyyata göndərilir. Hətta ermənilər arasında “Basmaçı”*, “Türkmən” ləqəbləriylə tanınır. Sonralar onun ləqəbi qəbri üstündəki başdaşında da həkk olunur: Բասմաչ (azərb. Basmaçı).                   
Tumblr media
Volodya Matevosyan “Basmaçı”nın qəbri üstdə
başdaşıda: Բասմաչ (azərb. Basmaçı)
  Matevosyanın yadında qalan Qurbanmıratın kəşfiyyatlarından biri də 1992-ci ilin aprel ayında Kəlbəcərin dağ kəndi Ağdabandan gətirdiyi kəşfiyyat məlumatıdır: Basmaçı burada azərbaycanlıların tank batalyonunun yerləşdiyini bildirir. Bu kənd ermənilər üçün stratejik əhəmiyyətə malik olduğundan (bu mövqedən Ağdərədəki erməni mövqeləri atəşə tutulurdu) tez bir zamanda hücum etmək qərara alınır və beləliklə bu hücumda Azərbaycan ordusu 6 tankını itiririr, kənd işğal olunur.
  Döyüş yoldaşları tərəfindən haqqında “böyük tankçı, yaxşı oğlan, əsl qəhrəman” kimi danışılan Türkmənin Qarabağ macərası çox çəkmir. 1992-ci ilin dekabr ayının 13-də həyatına son qoyulan türkmənin meyidi İrəvana aparılır, lakin buradan onu vətəni Aşqabada - Türkmənistana yola salmaq həmin dövrə görə problemli olduğundan düz dörd ay morqda qalır. Sonda onu ermənilər üçün “Şəhidlər Xiyabanı” sayılan Yerablurda basdırmaq qərara alınır. Lakin bu gecikdirilmə təkcə karqo probleminə görə yox, həm də onun müsəlman hesab edilməsinə görə belə uzun çəkir. Döyüş yoldaşı Qraat Mxitaryanın bildirdiyinə görə həmin vaxt Ermənistan Müdafiə Naziri olan Vazgen Sarkisyan ilk əvvəl müsəlman olan şəxsin Yerablurda basdırılmasını narazı qarşılayıb şübhəylə yanaşsa da sonradan razılıq verilib və beləcə türkmən Qurbanmırat Bazarbaeviç Nepesov Yerablur panteonunda basdırılmış ilk və tək müsəlman olur.
 Qurbanmırat haqqında danışan könüllülərdən ibarət keçmiş “Vahan Ata” dəstəsinin komandiri Volodya Matevosyan Qurbanmıratın bir erməni qızını sevdiyini, onunla evlənmək istədiyini də qeyd edir, hər ilin dekabr ayının 13-də Türkmənin məzarını ona “burada yad adam yoxdur” demək üçün digər döyüş yoldaşları ilə birgə ziyarət etdiyini də bildirir.
*Basmaçı - 1916-1934-cü illər aralığında Rus, Sovet hakimiyyətinə qarşı Mərkəzi Asiyada yaranmış hərbi-siyasi partizan müqavimət hərəkatı.
İstifadə etdiyim mənbələr:
1. Ankakh.com’da Volodya Matevosyanın müsahibəsi;
2. Voskanap.info’da Qurbamırat Nepesov haqda “Басмач” adlı məqalə;
3. Henaran.am’da “Yerablurda basdırılmış yeganə müsəlman” adlı yazı.
tarix: 27/06/2017
0 notes