#bəh bəh sözə bax ee..
Explore tagged Tumblr posts
yagubov · 1 year ago
Text
Mən sənə qəmxarikən sən həmdəm oldun özgəyə
Bel büküldü, üz qırışdı, sal nəzər hər cizgiyə
Turi ömrüm keçdi hicranında, baxdım güzgüyə
Gəncliyimdən bir əlamət görmədim ki, görmədim
Aydın Xırdalanlı
21 notes · View notes
yagubov · 2 years ago
Text
“Pünhan Azim„
Bu ömür axıra çatmır ki keçim başqasına,
Bu cahan mülki dağılmır ki köçüm başqasına.
Saqi mütləq ki bilər badeyi-eşqin qədrin,
Saxlar aşiqlərə verməz bir içim başqasına.
Nə rəvadır səni xatırlada peymanə mənə?
Deyilən sağlığa yox, qəsdən içim başqasına.
Ürəyimdən nə keçir gördüm utandım vallah,
Deyirəm yaxşı ki, görsənmir içim başqasına. Qoymaram başqası çəksin qəmi-pünhanı necə, Mənə ölçülmüş olan ömrü biçim başqasına.
23 notes · View notes
yagubov · 1 year ago
Text
Bir qızın səhfini boynuna alması, bir oğlanın hamilə qalmasına bərabərdi..
©
30 notes · View notes
yagubov · 1 year ago
Text
İndicə bir söz eşitdim.. çox ləzzət elədi. Deyir ki...
İnsan kimin gözündən düşürsə düşsün problem deyil. Əsas odu insan özü öz gözündən düşməsin. Bax bu artıq ağrılıdır, kədərlidir və çox çətindir.
22 notes · View notes
yagubov · 9 months ago
Text
Bağışla məni
Bəzi qadınların xəyanətini
Görmüşəm,qorxmuşam bağışla məni
Hərdən bu dünyanın qəbahətini
Üstünə yıxmışam bağışla məni
Bir yol ayrıcıyam daha qarşında
Şübhə fürsət tapır ağıl çaşanda
Sən yola çıxmağa hazırlaşanda
Yoluna çıxmışam bağışla məni
Sən nə gözəlliksən,nə xoşbəxt həyat
Sakit bir adamsan,rahat,çox rahat
Nə bir mübaliğə, nə bir iltifat
Sadəcə baxmışam bağışla məni
Heçlik aləmində, təklik dəmində
Aşiq görkəmində,həsrət qəmində
Birdən, bir gecənin bir aləmində
Yazsam darıxmışam bağışla məni
Pünhan Azim
9 notes · View notes
yagubov · 1 year ago
Text
Deyir ki...
Mən ömrümü qurban edərəm yar səninçün,
Səndən mənə bir parça məhəbbət tapa bilsəm...
32 notes · View notes
yagubov · 10 months ago
Text
Oldu könlüm yenə Məcnun kimi səhra dəlisi,
Tutdu üz çöllərə, axır ki, bu Leyla dəlisi.
Mülkü mal eşqinə aludə olan xar olacaq,
Cəhd qıl, olmayasan sən bu təmənna dəlisi.
Şeh kimi bunca axıtmaz üzə göz yaşlarını,
Olmasa bülbüli-şeyda güli-rə'na dəlisi.
Gördü Sinadə üzün nurunu Musayi-könül,
Qəşş edib getdi özündən bu təcəlla dəlisi.
Səndə varkən bu gözəllik, can alan cazibələr,
Necə mümkündü, könül olmaya sevda dəlisi?
Ey gül, öz əksivi az seyr elə ayinədə sən,
Gecə-gündüz nədir olmaq bu təmaşa dəlisi?
Kami salmazdı yolun məclisi-meyxanələrə,
Şövqi-lə' lin məni etmiş meyi-mina dəlisi.
Ceyhun Kami Kamiloğlu
18 notes · View notes
yagubov · 1 year ago
Text
Tumblr media
13 notes · View notes
yagubov · 1 year ago
Text
100 misralıq əruz şeiri.
Ey mənim gözlərimin nuru gözəllik safım
Səni vəsf etməyə həddim nədi, yetməz lafım
Sən mənim ömrümün ən parlaq olan güşəsisən
Təpədən dırnağa bu aşiqin əndişəsisən
Küsməyin aşiqi sevdada bitirmək kimidir
Ümid öldürmək uşaq qətlə yetirmək kimidir
Mənim ancaq ki, xəyalım sən, ümidim sənsən
Sən bu sevdada limandan görünən yelkənsən
Üz yaxınlaş mənə, at lövbəri dəryada batır
Nazına fırtına qopsun, məni səhrada batır
Görmə bu məzlum olan insana sevdasını çox
Mən sənin nazına dözdüm, ama sənsizliyə yox
Qır o köksündən asılmış qara daş parçasını
Parlat o yerdə qızıldan baha qaş parçasını
Adaşın var idi qaldırmadı Məcnun ahın
Ayrılıqla tapa bilməzdi səadət rahın
Anlamırsan ki ürək tab edə bilmir zülümə?
Sevdiyi yarını tərk eyləməz insan ölümə
Mən ki dərdindən əzizim ölürəm, yetmirmi?
Mən də can getdi, sənin qəlbidə kin getmirmi?
Mən 100 il ömr eləyib istəmirəm qəm daşıyım
Bircə il ömr eləyim, amma ki, sənnən yaşayım
Çünki bu getməyin eynən əcəlin gəlməsidir
Sevgi dərdin bəzək əşyasına çevrilməsidir
Mənə dərd ver ama dərmanı özündən gəlsin
Qovuşaq sonda sevinc yaşı gözündən gəlsin
Mən sənin şairinəm səhv qəzəlimdən sən tut
Məni dünya yıxa bilməz, bir əlimdən sən tut
Getmişəm mən hamıdan, təkcə sənə gəlmək üçün
Məndəki sevginin ey yar qədərin bilmək üçün
Gecə sahildə olan qumları bir bir sayasan
Eşqimin vahidin o sayla bərabər yayasan
Sən həmən qumları say, razıyam ayrılmağa da
Lap gəlim dinə, edim səcdə namaz qılmağa da
Sənə zəvvaram ölüncə, mənim imanım sən
Başımın tacı, ürək sirdaşı, cananım sən
Necə kafər qızı kafər, məni sən tutdun əsir
Səni görcək həyəcandan ürəyim tir tir əsir
Qan çıxır şah damarımdan ayağımdan yer axır
Titrəyişdən bədənimdən buza dönmüş tər axır
Baş əyib sevgiyə alçalmağı bilmirsən sən
Sevgisindən yuxusuz qalmağı bilmirsən sən
Siqaretnən siqaret sən axı yandırmamısan
Sən axı heç kimi sevdana inandırmamısan
Gecələr ölməmisən mən kimi sənsizlikdən
Bir şeirçün təzə söz çəkməmisən sözlükdən
Sən axı mən kimi eşq atəşinə yanmamısan
Sən axı bir dəfə sənsizliyə odlanmamısan
Sən axı çəkməmisən həsrəti Leyladan ötür
Dəlilik etməmisən bir dəli sevdadan ötür
Sən sevildikcə özəlləşmiş olan şəhzadə
Mən də sevdikcə kədərdən boğulan dəryadə
Mən sənin sevginə yalqız canavarlar kimi ac
Kədərindən ölürəm mən nə təbib var nə əlac
Sarı yarpaq kimi ömrüm bu xəzanlıqda itir
Bitirirsən məni, küskünlüyü sən bəsdi bitir
Birdən ölsəm deyəcəklər ki, qəzəlxan öldü
Sevgisiyçün oturub gün sayan oğlan öldü
Mən axı dönməmişm ölməyə layiq birinə
Keçiririrsən məni neyçün fələyin zəncirinə?
Ayrılıqla bu qırıb qəlbimə ox vurmusan ox
Səni qoy nəzmə çəkim mən, ama sənsizliyi yox
Olmasam mən sənə ağ gün gələcəydən gələcək?
Sənə peşmançılığın rəngi fələydən gələcək
Mənə sənlə bu həyat xoşdu gülüm, sənsiz yox
İstərəm mən sənin uğrunda ölüm, sənsiz yox
Barışaq qoy quru səhrada çiçəklər boy ata
Qızımızdır o çiçək sən anasan, mən də ata
Yoxdu dünyada qız övladı misalında gözəl
Validiyçün yaşamaq sevgisi, hər kəsdən özəl
Kipriyi səndən ola, göz də dəniz rəngində
Saçı oynardı həzin musiqi ahəngində
Gəl dünəndən yox əzizim gələcəkdən danışaq
Bu qızın xətrinə küskünlüyü ram et, barışaq
Barışaq ki, hamı sevda nə deməkdir görsün
Əsli Məcnun ilə Leyla nə deməkdir görsün
O Füzuliydi yazıb Məcnun ilə Leylanı
Ama yazmazdı onu, görsə bizim sevdanı
Hansı sevdalı bu sevdanı dadar tarixdə?
Bir gün ölsəm səni şeirim yaşadar tarixdə
Mənə bu sevgini bəxş eylə, bunu çox görmə
Səni şeiriylə ölümsüz edəni öldürmə
Sənə ancaq baxıram mən, mənə qibləm sənsən
Tək ziyarətçinəm ey yar, uca kəbəm sənsən
Hamını kəbəsi əfv etdi, günahımdan keç
Dünənimçün nə ədalətdi sabahımdan keç?
Dünəni sil, sabahım sənnən açılsın sənnən
And ola canına, xoşbəxt olacaqsan mənnən
Bir sözünlə bu bizim sevgiyə can verməlisən
Zaman ən yaxşı təbibdirsə zaman verməlisən
Hazıram mən sənin uğrunda hasarlar devirəm
Mən mükəmməl deyiləm, amma mükəmməl sevirəm
Yarına bir acı söz söyləməyən kəs göstər
Mənə dünyada xəta eyləməyən kəs göstər
Şiddət üçün sənə qalxarsa əlimdən qan axar
Sənə bir də acı davransa dilimdən qan axar
Ayrılıq dərdini sənsiz yaşayıb mən görürəm
Qeyrətimnən səni incitməməyə söz verirəm
Geydirən kəs mənə meydanı məhəbbətdə kəfən
O da sənsən, o da sənsən, o da sənsən, o da sən
"Kərim Abi"
8 notes · View notes
yagubov · 2 years ago
Text
Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik,
Çünki diyarımız bizim odlar diyarıdır.
Əliağa Vahid
24 notes · View notes
yagubov · 1 year ago
Text
İtmək nə xoşdur, axtarılırsansa hardasa,
Düşdüm tapılmaq eşqinə itmək xəyalına.
Pünhan Azim
13 notes · View notes
yagubov · 1 year ago
Text
Sus danışma
Sus, danışma qurban olum,
Heyif etmə nəfəsini.
İnan elə qırmısan ki,
Sən eşqimin həvəsini.
Baxışların oxa dönüb,
Batır mənim ürəyimə.
Lənət olsun, yoxluğun da,
Yatır mənim ürəyimə.
Bilmirəm ki, hara gedim,
Bilmirəm ki nəyi edim
Yoxluğunda bilirsənmi?
Sevgimiz də qalıb yetim.
Ürəyimin sızıltısı,
Uzaqlardan duyulurmuş.
Bütün şəhər, bütün küçə,
Göz yaşımla yuyulurmuş.
Xəbərin var? Bizdən sonra
Bu şəhərdə, yeni yeni
sevgilər də doğulurmuş.
Ağlım ilə, duyğularım,
Bir savaşın içindədir.
Necə dözə bilirsən sən,
Qüvvən nədir, gücün nədir?
Mən bilirəm,
Gələn günlər gedən kəsi,
İstəsən də, unutdurmur.
Mən sevirəm, sən sevsən də,
Sevməsən də unutdurmur.
Elvin İlqaroğlu
11 notes · View notes
yagubov · 1 year ago
Text
Deyir ki..
Kimdi düz, kimdədi səhv hamını boş ver getsin,
Sən özün düz yaşa, heç kimdə xəta axtarma..
Mircəlal
14 notes · View notes
yagubov · 1 year ago
Text
Deyir ki..
Biz şərab içirik, sən xalq qanını... İnsaf et, hansımız daha qəddarığ..?
14 notes · View notes
yagubov · 1 year ago
Text
Deyir ki...
Arif olan özünə kənardan baxar,
Cahil olan xalqa yuxarıdan baxar.
19 notes · View notes
yagubov · 2 years ago
Text
Mən aşiq olmuşam öz təkliyimə...
İlk eşqimdən sonra dedim sevmərəm,
Öldü mənim üçün sevgi, məhəbbət.
Aylar, illər keçdi gördüm ki, ürək,
Başqa bir sevgiyə eyləmiş rəğbət.
Bəli, mən sevirəm, sevirəm yenə,
Mən aşiq olmuşam öz təkliyimə.
Mən ona sadiqəm, o da ki, mənə,
Nə gərək özgəyə məhəbbətimə?
Mən sevdim kimsəni sevməməyimi,
Ömrümü özgəyə niyə həsr edim?
Dünyaya ürəyi boş gəlmişəmsə,
Nə üçün ürəkdə biriylə gedim?
İnsandır, pis yanı, yaxşı yanı var,
Kiminsə pisinə dözmək nə boşdur.
İndi tək özümün aşiqiyəm mən,
Pisim də, yaxşım da özümə xoşdur.
“Şahin İsmayıl„
19 notes · View notes