#Millətlər
Explore tagged Tumblr posts
Text
COP29 kimi möhtəşəm tədbir hələ uzun illər dillər əzbəri olacaq - PARTİYA SƏDRLƏRİ – SORĞU
Məlumdur ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. Bəs partiya sədrləri COP 29-u necə dəyərləndirir? SİA mövzu ilə bağlı sorğu edərək onların fikirlərini öyrənib.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı: “Azərbaycan Birləşmiş Millətlər Təşkilatının olduqca ciddi xarakter daşıyan və bəşəriyyəti gözləyən faciələrdən, kataklizmlərdən xilas etmək üçün COP29 layihəsinə yüksək səviyyədə ev sahibliyi etməyi bacardı. Bu Azərbaycan dövlətinin bəşəriyyət qarşısında verdiyi ən böyük töhfələrdən biridir. Təbii ki, həm də gücünün ifadəsidir. Bir sıra Qərb ölkələri riyakarlıq, ikiüzlülük edərək Azərbaycana qarşı bu platformadan siyasi təzyiq kimi istifadə etməyə və onu baykot etməyə çalışdılar. Lakin bacarmadılar. Cənab Prezident İlham Əliyevin dediyi kimi onlara pis xəbər verildi. Onların niyyəti iflasa uğradı. Dünyanın 196 ölkəsindən 72 min qeydiyyata alınmış iştrakçı, onlardan 80 Prezident, Vitse-Prezident və Baş Nazir səviyyəsində COP29-un təntənəli açılışı baş tutdu. Bir neçə gündür davam edən konfrans bu konfrans iştrakçıları tərəfindən ən yüksək qiymətini almaqdadır. Onu da xüsusi qeyd etmək istərdim ki, Azərbaycan İqlim Dəyişikliyinin qarşısını almaq üçün bütün resurslarını, potensialını və maliyyə imkanlarını ortaya qoyur, bu konfransın Azərbaycanda keçirilməsinə mane olmağa çalışanlar isə təkcə Azərbaycana qarşı qərəzli və düşmənçilik mövqeyini nümayiş etdirmirlər, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının tədbirini boykot etməyə çalışırlar həm də bəşəriyyəti gözləyən iqlim dəyişikliyinin qarşısını almaq üçün təpki göstərirlər. Deməli anti-bəşəri fəaliyyətlərini ortaya qoyurlar. Budur Azərbaycanla bir sıra Qərb ölkələrinin Fransa, Hollandiya, İsveç, Norveçin fərqi. Beləliklə Azərbaycan bir daha beynəlxalq səviyyəli brend yaratdı.
Dövlətimizin gücü və geniş imkanları ilə bəşəriyyətə vermiş olduğu töhfələrlə bir vətəndaş kimi qürur hissi duyur, fəxr edirik. Ölkəmizin qazandığı növbəti uğur Azərbaycan dövlətinin, ölkə Prezidentinin və onun komandasının gücünün bütün dünyaya nümayişi oldu”.
“Sia.az” saytı
Ayşən Vəli
14 noyabr 2024-cü il
https://sia.az/az/news/politics/1205522.html
0 notes
Text
For AZERBAIJAN CITIZENS - TURKEY Official Turkey ETA Visa Online - Immigration Application Process Online
Rəsmi Türkiyə Viza Müraciəti Onlayn Türkiyə Hökuməti İmmiqrasiya Mərkəzi
Address: 1033 ул. Измира, Baku, Azerbaijan
Phone: (+994 12) 490 78 18/19
Email: [email protected]
Website: https://www.visa-turkey.org/az/visa/
Business Hours: 24/7/365
Owner / Official Contact Name: James Charleton Bolton
Description: Turizm və ya iş məqsədi ilə Türkiyəyə səfər etmək istəyən hər kəs bu internet saytından qanuni Türkiyə vizasının olmasını tələb edən Viza şərtlərinə cavab verməlidir. Kvalifikasiyalı ziyarətçi artıq asanlıqla elektron viza tələb edə bilər ki, bu da Türkiyəyə daxil olmağın ən sadə yoludur. Səfirlikdəki uzun növbələri unudun. Türkiyə Onlayn Hökuməti eVisa çərçivəsi noutbuk və ya mobil telefondan internetdə yüzdə 100-dür. Səyahətçilər elektron ərizə formasını doldurur və təsdiq edilmiş vizanı e-poçt vasitəsilə təxminən 24 saat, bəzən hətta 4 saatdan az müddətdə alırlar. İki dəqiqə ərzində bu internet saytında onlayn formanı doldurduqdan və şəxsi və pasport məlumatlarını təqdim etdikdən sonra Türkiyəyə birdəfəlik və çoxdəfəlik səfər vizaları əldə edilə bilər. Beləliklə, Türkiyə eVisa tam olaraq nədir. Türkiyə üçün elektron viza (eVisa) Türkiyə Respublikasına daxil olmaq və ya səfərə icazə vermək səlahiyyətidir. Bir çox millətlərin sakinləri Türk eVisasını sadə onlayn müraciət strukturu vasitəsilə əldə edə bilərlər. eVisa daha əvvəl Türkiyə səfirliyində verilmiş pasport stikerini və pasport möhürü vizasını əvəz edir. Türkiyə üçün eVisa sayəsində ərizənizi tamamlamaq üçün sizə sadəcə telefon və ya noutbukdan internetə giriş lazımdır. İnternetə əsaslanan Türkiyə vizası ərizəsinə baxılması üçün sadəcə 24 saat tələb olunur. Təsdiq edildikdə, eVisa sizə e-poçt vasitəsilə birbaşa göndərilir. Hava limanlarında və ya dəniz limanlarında immiqrasiya nəzarəti rəsmiləri öz miqrasiya siyasətlərində Türkiyənin eVisa-nın qanuniliyini təsdiqləyirlər. Sizə e-poçt vasitəsilə göndərilən eVisa-nı özünüzlə aparın və ya daha yaxşısı, telefonunuzun batması öldüyü halda çapını çıxarın. Aşağıdakı millətlər və etnik mənsubiyyətlər İnternetdə Türk vizası üçün uyğundur, Antiqua və Barbuda Ermənistan Avstraliya Baham adaları Barbados Bermuda Kanada Çin Dominika Dominikan Respublikası Qrenada Haiti Honq Konq BNO Yamayka Küveyt Maldiv Mavrikiy Oman St. Lucia St. Vincent və Grenadines Səudiyyə Ərəbistanı Tayvan Cənubi Afrika Amerika Birləşmiş Ştatlarının Bədəvi Əmirliyinə qoşuldu Anybody wishing to visit Turkey for Tourism or Business to the should meet the Visa prerequisites, which require having a having a legitimate Turkey visa from this website. Qualified visitor can now easily request for an an electronic visa, which is the simplest way to enter Turkey. Forget about the long queues at Embassy. Online Government of Turkey eVisa framework is 100 percent on the web from laptop or mobile phone. Travelers complete an electronic application application form and get the approved visa by email in about 24 hours, sometimes even less than 4 hours. Single and multiple visit visas for Turkey are accessible after you fill an online form on this website for two minutes and provide personal and passport details. So, what exactly is the Turkey eVisa. The electronic visa for Turkey (eVisa) is an authority to enter or permits visit into the Republic of Turkey. Residents of many nations can obtain their Turkish eVisa through a simple to utilize online application structure. The eVisa replaces the passport sticker and passport stamp visa previously given at Turkish Embassy. Because of the eVisa for Turkey, you just need a web access from phone or laptop to complete your application. The internet based Turkey visa application just requires 24 hours to process. When approve, the eVisa is sent straightforwardly to you by email. Immigration control officials at airports or sea ports ports confirm the legitimacy of the Turkish eVisa in their migration policy. Carry the eVisa sent to you by email or better still, take a print out just in case your phone batter dies. Following nations and ethnicities are qualified for Turkish Visa On the web, Antigua and Barbuda Armenia Australia Bahamas Barbados Bermuda Canada China Dominica Dominican Republic Grenada Haiti Hong Kong BNO Jamaica Kuwait Maldives Mauritius Oman St. Lucia St. Vincent and the Grenadines Saudi Arabia South Africa Taiwan Joined Bedouin Emirates US of America
#Turkey Visa Application#Turkey Tourist Visa#Turkey Business Visa#Urgent Turkey Visa#Emergency Turkey Visa#Antigua and Barbuda Citizens#Turkey Visa for Armenia Citizens#Turkey Visa for Australia Citizens#Turkey Visa for Bahamas Citizens#Turkey Visa for Bahrain Citizens#Turkey Visa for Barbados Citizens#Turkey Visa for Bermuda Citizens#Turkey Visa for Canada Citizens#Turkey Visa for China Citizens#Turkey Visa for Dominica Citizens#Turkey Visa for Dominican Republic Citizens#Turkey Visa for East Timor Citizens#Turkey Visa for Fiji Citizens#Turkey Visa for Grenada Citizens#Turkey Visa for Haiti Citizens
0 notes
Text
AZƏRBAYCANIN GÜCÜNÜN VƏ QƏTİYYƏTİNİN İFADƏSİ
53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi II Milli Şəhərsalma forumu Azərbaycanın beynəlxalq səviyyədə gücünün və nüfuzunun ifadəsi kimi önə çıxdı. Eyni zamanda Azərbaycan bu forumun təşkilində, cənab prezident İlham Əliyevin söylədiyi yüksək səviyyəli nitqdə hansı gücə, hansı imkanlara və potensiala, hansı iradəyə və qətiyyətə malik olduğunu nümayiş etdirdi.
Cənab prezidentin forumdakı çıxışı olduqca diqqətəlayiq idi və aktual məsələləri özündə ehtiva etdi. O, işğala son qoyulduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin üzərində geniş dayanmaqla və konkret arqument və faktları önə çəkməklə, 8 şəhərdə, 92 kənddə Baş planın hazır olduğunu, 30 kənddə təməlin qoyulmasını, Laçın və Fizuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə vətəndaşlarımızın qayıtmasını ciddi nailliyyət kimi diqqətə çatdırdı. Azərbaycanın daxili imkanları hesabına əldə olunan bu nailliyyətlər heç şübhəsiz ki, forum iştirakçılarının təəccübünə səbəb olmaya bilməzdi.
Qısa müddət ərzində 7 milyard ABŞ dolları həcmində Qarabağ və Şərqi Zəngəzura vəsaitin xərclənməsi, yeni infrastrukturun yaradılması, yolların çəkilməsi, elektrik enerjisinin qurulması, adını çəkdiyimiz yerlərdə yaşayış evlərinin, sosial obyektlərin ən yüksək səviyyədə tikilərək məcburi köçkünlərin ixtiyarına verilməsi həqiqətən də imkanlarımızın və gücümüzün ifadəsi kimi qəbul olunmalıdır.
Zəngilanın bu günü və gələcəyi haqqında, onun perspektivlərinin mahiyyəti üzərində dayanan cənab prezident söylədi ki, Zəngilan nəqliyyat qovşağının üzərindədir. Burada Hava limanı ilə bərabər, artıq yaxın vaxtlarda başa çatacaq dəmir və avtomobil yolları gələcəkdə Naxçıvanla birləşəcək, infrastrukturun bərpası Azərbaycanı geniş arenaya çıxaracaqdır. Biz bir tərəfdən İrana, başqa bir tərəfdən Türkiyəyə və Türkiyədən isə Avropaya çıxışımızı təmin edəcəyik.
Heç şübhəsiz ki, ciddi aktuallıq kəsb edən Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, həm də ortaq dəhlizin tərkib hissəsi kimi özünün əhəmiyyətli töhfələrini yaxın zaman kəsiyində verəcəkdir.
Prezidentin çıxışında Azərbaycana qarşı uzun illər boyu aparılmış ədalətsiz və haqsız münasibətlərin də üzərində geniş dayanıldı. Və haqlı olaraq o, söylədi ki, 44 günlük müharibə olmaya bilərdi. Çünki Azərbaycan 1992-ci ildən 2000-ci ilə qədər bütün danışıqlarda, platformalarda işğalın danışıqlar yolu ilə həll olunmasının tərəfdarı kimi ardıcıl şəkildə çıxış edirdi, konstruktiv mövqe tuturdu. Lakin işğalçı Ermənistan Azərbaycanın konstruktiv mövqeyini lazımı səviyyədə dəyərləndirmirdi. Digər tərəfdən Birləşmiş Millətlər Təkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və onun ATƏT-in Minsk qrupuna işğalın aradan qaldırılması ilə bağlı verdiyi missiyanı həll etmək yolunda nə ATƏT, nə də Təhlükəsizlik Şurası konkret addımlar atmadı. Və Ermənistana təzyiqləri göstərmədi, sanksiyaları tətbiq etmədi. Əksinə, ATƏT-in Minsk qrupu Ermənistanın işğalçı siyasətini stimullaşdırmaq mövqeyini tutdu.
Digər tərəfdən Qarabağda erməni separatizminin və Xocalı soyqırımının təşkilatçılarından və cinayət törədənlərdən olan Köçəryan və Sarkisyanın Ermənistanda hakimiyyəti zəbt etməsi səbəbindən işğala son qoyulmasını gözləmək sadəlövlük olardı.
2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Paşinyanla işğala son qoymaqla bağlı danışıqlar aparmaq imkanları var idi. Çünki o, Qarabağda separatizm və Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdə iştirak etməmişdi.
Lakin Paşinyandan gözlənilənlər özünü doğrultmadı. O, 2019-cu ildə Xankəndində ermənilər qarşısındda çıxış edərək “Qarabağ Ermənistandır nöqtə” kimi avantürist fikirlə, eyni zamanda Şuşada yallı gedib heysiyyata toxunmaqla bütün körpüləri yandırdı.
Bu baxımdan cənab prezidentin Paşinyanın avantürist möveyinə qarşı Valdayda çıxış edərək “Qarabağ Azərbaycandır nida” fikri birmənalı olaraq Azərbaycanın dövlət mövqeyini ortaya qoydu.
Forumda cənab prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsini zəruri edən digər amillər üzərində də dayandı. Ermənistan fasiləsiz olaraq təxribatlar törədir, Tovuz istiqamətində mövqelərimizi atəşə tutur, separatçı xunta rejimini silahlandırmaqda davam edirdi. Ermənistan vətəndaşlarının açıq şəkildə separatçı xunta rejimini müdafiə etmək üçün Qarabağda hərbi xidmət göstərməsi Ermənistanın dövlət siyasətinin göstəricisi idi.
Nəhayət, Azərbaycanın səbri tükəndi və Ermənistanın ardıcıl xarakter daşıyan təxribatlarına son qoymaq üçün 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri təxribatlara qarşı bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.
44 günlük Vətən Müharibəsində biz Ermənistan ordusunu darmadağın etdik. Ermənistanı kapitulyasiya aktına imza atmaq məcburiyyətində qoyduq. Ermənistana, separatçı xunta rejiminə və onların arxasında dayanan bütün qüvvələrə ağır və sarsıdıcı zərbələr vurduq.
Lakin Ermənistan ötüb keçən 3 il ərzində düşdüyü ağır məğlubiyyətdən lazımi nəticələr çıxarmadı. Əksinə, yenə də təxribatlarını davam etdirir, separatçı xunta rejiminə maliyyə yardımı göstərir, bir sıra hallarda sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməldə qondarma rejimin varlığını müdafiə etməkdə idi. Azərbaycanla davamlı sərhəd boyu, Qarabağda ermənilərin məskunlaşdığı, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə separatçı xunta rejiminin fasiləsiz təxribatları nəhayət, Azərbycanın səbr kasasını sona çatdırdı. Və 2023-cü ilin sentyabr ayının 19-da Azərbaycan lokal xarakterli anti-terror tədbirlərinə başladı. Və 24 saatdan az müddətdə Azərbaycanın həyata keçirdiyi unikal anti-terror tədbirləri özünün konkret nəticələrini verdi. Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Silahlı Qüvvələrimiz Ermənistanın Qarabağda yerləşən qanunsuz, on minə yaxın silahlı qüvvələrini ağ bayraq qaldırmağa məcbur etdi. Beləliklə, Azərbaycanın bütün ərazisində suverenliyimiz tamamilə təmin olundu.
Cənab prezident bütün platformalarda olduğu kimi bu forumda da bir daha Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət təminatının verdiyini önə çəkdi.
Bütövlükdə, forumda ölkə prezidentinin toxunduğu bütün məsələlər, verdiyi mesajlar Azərbaycanın mövqeyini, gücünü və qətiyyətinin ifadəsi kimi forum iştirakçıları tərəfindən diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Forumda prezident səviyyəsində söylənilən fikirlər həm Ermənistana, həm də onu müdafiə edənlərə Azərbaycana qarşı yönəltdikləri ənənəvi siyasətə son qoymağın vacibliyi haqqında ciddi mesaj idi.
Fəzail Ağamalı
Millət vəkili
"Aznews.az, Yenisabah.az, Moderator.az" saytları
02 oktyabr 2023-cü il
0 notes
Text
"Sumqayıt"ın legioneri millinin oyununda "qırmızı" aldı
“Sumqayıt”ın legioneri millinin oyununda “qırmızı” aldı
“Sumqayıt”ın müdafiəçisi Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində UEFA Millətlər Liqasının C Divizionunda Bolqarıstana qarşı keçirilən ev oyununda meydandan qovulub. Metbuat.org xəbər verir ki, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Oyun Bolqarıstan yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, Todoroski “Sumqayıt”a bu yay cəlb…
View On WordPress
#birbaşa#Bolqarıstan#Bolqarıstana#dəqiqəsində#Divizionunda#görüşün#hesablı#heyətində#keçirilən#Liqasının#Makedoniya#meydandan#Millətlər#müdafiəçi#müdafiəçisi#oyununda#qələbəsi#Qırmızı#Sumqayıta#Sumqayıtın#Todoroski#vərəqə#Xatırladaq#yığmasının
0 notes
Text
Məncə sizə olan düşkünlüyüm Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz həlli yolunu tapmalıdı
60 notes
·
View notes
Text
Ayın 29-da keçiriləcək Cenevrə görüşündə baza prinsipləri gündəmə gətirilib.
Bu ondan xəbər verir ki,
Birləşmiş Millətlər təşkilatının qaydalarına əsasən region ölkələri Sülhməramlı qismində iştirak edə bilməz.Ona görə də Rusiyanın Qarabağa Sülhməramlı göndərməsi kölgədə qalır.Həmçinin Qarabağda hava məkanına Azərbaycan nəzarət edir və Azərbaycan Qarabağda referendum keçirilməsinə imkan verməyəcək.
Qarabağ Azərbaycandır!
21 notes
·
View notes
Photo
🕊️🕊️🕊️ "If we don’t end war, war will end us." -H.G. Wells 🕊️🕊️🕊️ . جامعه جهانی حقیقتا تحمل جنگ دیگری را ندارد ،به نیابت از تمام انسانهای ص��حطلب جهان از ریاست جمهور محترم جمهوری آذربایجان آقای الهام علیاوف و همسر بافرهنگشان خانم مهربان و ریاست جمهوری محترم جمهوری ارمنستان آقای آرمن سارکیسیان و آقای نخست وزیر نیکول پاشینیان خواهشمندم با اعلام سریع آتشبس، مقدمات حل دیپلماتیک مناقشه قرهباغ در سازمان ملل متحد را کلید بزنید تا خون مردم بیگناه پایمال نشده و آثار مخرب محیط زیستی جنگ دامنگیر منطقه نشود. 🕊️ Միջազգային հանրությունն իսկապես չի կարող հանդուրժել հերթական պատերազմը ԱՀ հարգարժան նախագահ պրն. Էլհամ Ալիևից Իսկ ՀՀ Նախագահ պրն. Արմեն Սարգսյանին և վարչապետ Նիկոլ Փաշինյանին Հայտարարեք կրակ, ՄԱԿ-ում դիվանագիտական ճանապարհով լուծել Լեռնային Araարաբաղ արաբաղի հակամարտությունը 🕊️ Beynəlxalq ictimaiyyət həqiqətən başqa bir müharibəyə dözə bilməz: dünyanın bütün sülhsevər insanları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və mədəni həyat yoldaşı Mehraban xanım və Ermənistan Respublikasının Prezidenti cənab Armen Sarkisyan və Baş nazir Nikol Paşinyan adından. , Günahsız insanların qanı tapdanmaması və müharibənin dağıdıcı ekoloji təsirləri bölgəyə yayılmaması üçün Birləşmiş Millətlər Təşkilatında Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinə hazırlaşın. Təşəkkürlər. 🕊️ @unitednations @amnesty @internationalcriminalcourt @antonioguterres 🕊️ @presidentaz 🕊️ @president_armensarkissian 🕊️ @nikolpashinyan_official 🕊️ #peace #justpeace #nowar #no_war #no_more_war #peaceforazerbaijanarmenia #azerbaijan #armenia (at World of Peace) https://www.instagram.com/p/CGDXQ_sjC-m/?igshid=11j8qqksx0j93
1 note
·
View note
Text
"Mostbet" mərc oyunları Azərbaycan gəncliyini belə məhv edir ARAŞDIRMA
“Mostbet” mərc oyunları Azərbaycan gəncliyini belə məhv edir ARAŞDIRMA
“Barselona”lı əməliyyatdan imtina etdi – DÇ-2022-də oynamaq üçün “Sonluğun bizim üçün yenə yaxşı olacağına inanıram“ Azərbaycan Millətlər Liqasının qapısını 3 dəfə “çırpdı” – VİDEO “Komandanı dünya çempionatına aparmalı olan şəxs mənəm” Burada detalları dəqiqləşdirmək və “Davam et” düyməsini sıxmaq vacibdir. Sadəcə qəbul düyməsini sıxıb və stolüstü kompüterə bağlanmadan sərfəli mərc oynaya…
View On WordPress
0 notes
Photo
Millətlər Liqasına bağlı olan “Beynəlxalq İntellektual Əməkdaşlıq İnstitutu” tərəfindən ilk məktubu yazması tələb olunan Eynşteyn, Freydi qələm yoldaşı seçərək “Niyə müharibə? Nə üçün müharibə?” (1932) adlı məşhur məktubunu yazır. Eynşteyn məktubunda insanın impulsiv (dürtüsel) yaşamı üzrə, ən bacarıqlı mütəxəssis kimi təsvir etdiyi Freydə aşağıdakı sualları verir: 1. “Bəşəriyyəti müharibə təhlükəsindən xilas etməyin bir yolu varmı?” 2. “Bu problemlə bağlı insanın impulsiv yaşamı mövzusunu işıqlandıra bilərsinizmi?” 3. “Necə olur ki, kiçik bir qrup, müharibədə ən çox uduzan və əziyyət çəkən əksəriyyətin iradəsini, öz ambisiyaları istiqamətində əydirə bilir?” 4. “İnsanın zehni təkamülünü, nifrət və dağıdıcılığa qarşı toxunulmaz edəcək şəkildə idarə etmək mümkündürmü? Mən cahil (kültürsüz) kütləni düşünərək bunları soruşmuram, sualım ziyalılar üçün də keçərlidir”. Eynşteynin suallarına, Freyd “Nə üçün müharibə” (1933) başlıqlı məktubla olduqca bədbin bir cavab verir. Məktubda şiddətin psixoanalitik mənşəyini ətraflı müzakirə edir və müharibənin həyat faktı kimi qəbul edilməli olduğunu və qaçılmaz olduğunu bildirir. “İçimizdəki nifrət və dağıdıcılıq, müharibə tacirlərinin səylərinizi yarı-yarıya asanlaşdırır." Freyd “müharibə tacirləri” sözü ilə müharibələrin sosial, iqtisadi, siyasi, mədəni bir sözlə xarici səbəblərini, “içimizdəki nifrət və dağıdıcılıq” sözləri ilə isə insanları mübarizəyə sövq edən subyektiv, mənəvi amilləri nəzərdə tutur. Eynşteyn və Freyd, müharibə fenomeninin təkcə fərdin subyektivliyi və ya impulsiv yaşamı ilə tam izah olunmadığının fərqində idilər. P.S Allah şəhidlərimizə rəhmət eləsin, bir daha bu cür üzücü xəbərlər eşitməyək. #psixiatr #drelmirtahmazov #psixoterapevt #psixoterapiya #onlineterapiya #müharibə #savaş https://www.instagram.com/p/Cic5U9uqoe3/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
I Müsəlmanların birliyi yalnız mövcud gərgin vəziyyətin sona çatması üçün lazım olan siyasi tələbat deyil, eyni zamanda müsəlman olmağın tələblərindən biridir. Müsəlmanlar həyatının hər anında olduğu kimi, daxili və beynəlxalq siyasətdə də Quran əxlaqına uyğun hərəkət etməlidirlər. Quran əxlaqı isə İslam dünyasının ittifaq etməsini tələb edir. Quran əxlaqının prinsip olaraq mənimsənilməsi bu ittifaqın daimi olmasını və gözlənilən aktiv rolu yerinə yetirməsini təmin edəcəkdir. İslam əxlaqı müsəlmanların həmişə bir yerdə, həmrəylik və birlik içində din qardaşları olmasını tələb edir. Allah Quranda möminlərə “bir-birinizlə çəkişməyin” (Ənfal surəsi, 46) əmrini verir və bunun müsəlmanları zəiflədəcəyini bildirir. Vicdan və ağıl ilə hərəkət edən, öz mənfəətlərini deyil, ədaləti əsas götürən möminin digər iman edənlərlə ittifaqı təmin edə bilməməsi, daimi anlaşılmazlıq içində olması mümkün deyil. Bu, ayrı-ayrı fərdlər üçün əsas meyar olduğu kimi, cəmiyyətlər və millətlər üçün də əsas meyardır. Allah Quranda müsəlman cəmiyyətlərin bir-birilərinə qarşı ədalətsizlik və düşmənçilik etməsini qadağan etmişdir. Quranda belə hərəkət edənlərin qarşısının alınması və fərqli müsəlman cəmiyyətlərin “uzlaşdırılması” bildirilmişdir: Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun. Qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər! (Hucurat surəsi, 9) Əlbəttə, hər müsəlman cəmiyyət arasında regional, mədəni və ənənə baxımından bəzi anlayış və tətbiq fərqləri ola bilər. Fərqli fikirlərin, fərqli məzhəblərin olması təbiidir. Lakin bu fərqliliklərə görə bir müsəlman cəmiyyətin və ya qrupun digərinə qarşı çıxması, onunla dialoqu kəsməsi, ortaq dəyərlərdə razılaşma əldə edə bilməyib digərini yad, hətta rəqib kimi görməsi düzgün deyil. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #islambirliyi https://www.instagram.com/p/CiXVwLkMgCs/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Daron Acemoğlu, Ceyms A. Robinson - Millətlər niyə tənəzzül edir? Endirimlər mağazaya gəlib alarkən keçərlidir. Qiymət: 15 AZN Endirimlə: 13.5 azn Tələbələrə: 12.8 Poçtla: 18 azn (novella.az saytında POÇTLA SİFARİŞ zamanı endirim var) Təsviri Daron Acemoğlu və Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir” kitabı son dövrlərin ən mühüm siyasi-iqtisadi bestsellerlərindən biridir və öz əhəmiyyətinə görə Semyuel Hantinqtonun, Cared Daymondun və Frensis Fukuyamanın tədqiqatlarına bərabər tutulur. Müəlliflər əsrlər boyunca tarixçiləri, iqtisadçıları və filosofları narahat edən bir suala cavab axtarırlar: dünyadakı ədalətsizliyin kökü nədədir? Niyə dünyamızın zənginliyi və sərvətləri ayrı-ayrı ölkələr və regionlara görə bərabər paylanmayıb? Bu suala bütün dövrlərə aid və qeyri-adi dərəcədə geniş tarixi materiallardan istifadə edilərək cavab verilir. Bu kitabı siyasi-iqtisadi fikirlərin əsl ensiklopediyası saymaq olar. Niyə bəzi ölkələr inkişaf edərək zəngin olur, digərləri isə daim tənəzzül və yoxsulluq içində çırpınır? Bu nədən asılıdır? Görəsən, Afrikanın yoxsul ölkələri bir gün, məsələn, İngiltərəni müstəmləkəyə çevirə bilərmi? ... https://novella.az/kitab/milletler-niye-tenezzul-edir Əlaqə vasitələri 📲070-200-71-33 (zəng və whatsapp) Ünvan: Gənclik metrosu, "Caspian shopping"in yanı, 80 saylı bağça ilə üz-üzə. Fətəli Xan Xoyski 83. Xəritədə "Novella Kitab Evi" yazaraq tapa bilərsiniz. Səhifəni izləməyi unutmayın @novella.kitabevi #novellakitabevi #kitab #kitablar #romanlar #dedektiv #kitabevi #kitab_evi #kitabsatisi #kitabkirayesi #kirayekitablar #icarəkitablar #telebe #kirayekitab #bestseller #povest #roman #klassikedebiyyat #klassikler #turkcekitablar #sexsiinkisaf #psixolojikitablar #marketinqkitablari #milletlerniyetenezzuledir (at Novella kitab evi) https://www.instagram.com/p/CgCR9oQDwAk/?igshid=NGJjMDIxMWI=
#novellakitabevi#kitab#kitablar#romanlar#dedektiv#kitabevi#kitab_evi#kitabsatisi#kitabkirayesi#kirayekitablar#icarəkitablar#telebe#kirayekitab#bestseller#povest#roman#klassikedebiyyat#klassikler#turkcekitablar#sexsiinkisaf#psixolojikitablar#marketinqkitablari#milletlerniyetenezzuledir
0 notes
Text
İran gömrük xidməti - Azərbaycan. (Səbrlə oxuyun)
Heç vaxt bu mövzulara toxunmamışam, kifayət qədər də vətəndən uzaqda qalmışlığım olub. Bu gün İrandan qayıdarkən yerlilərimizin bir neçəsi ilə tanış oldum. Hər kəsin əlində adambaşı təxminən hər biri 20 kq olmaq etibarıyla 3 sumka edilən alış-veriş vardı. Əksərən qadınlar idi, təxminən 40-50 yaşlarında. Çox az hissəsi kişidən təşkil olunmuşdu. Yerlilərim əllərində sumkaları ora daşıyır, bura daşıyırdı. “Bashabas” dediləri məhz buydu. Kimisi evinə düyü, qazan, şirniyyat, dəsmal, xalça, qazan, yeyib-içmək və s. şeylər alır, kimisi isə bunları satmaq məqsədi ilə alırdı. Mallarının əlindən alınmaması üçün dua edən kim, xidməti kəslərə yalvaran kim, “dil-ağız” bağlamaqçun başlarındakı yelçəyin ucların düyünləyən kim. Kənarda həqiqətən qınayırdım. Və ciddi mənada bu vəziyyətə gülürdüm. Daxilimdə “görməmiş insanlardı sanki” deyə düşünürdüm. Sonra nəyi başa düşdüm bilirsiz? Kimsə öz istəyi ilə belə vəziyyətə düşməyib. Hələ mən görmədim ki hansısa ölkənin vətəndaşları “ucuzluq” məqsədiylə gəlib ölkəmizdən alış-veriş etsin. Bizi bu vəziyyətə salan sistemin özüdü. Sistem bu gün 40 yaşındakı ana-bacıları iran kimi yerə göndərir ki get orada ucuzun al ye və ya sat qazan. Çünki ölkədə vəziyyət o qədər acınacaqlıdır ki, millətim 3-5 manat qazansın deyə sərhəddi aşıb mal gətirir evinə. Onu da sərhəddə tutmasalar yaxşıdı, adətən 35 kilodan artıq gətirəndə alırlar əlindən vermirlər. Hansısa şərəfsiz it kimi bir ananın üstünə qışqırır. Ana da ağlaya-ağlaya deyir ki “vAllah qızımçun cehizlik almışam bu parçanı, tavanı”. Düşünə bilirsinizmi ki, bir ölkənin 500-1000 nəfəri axın-axın İrana gedir ki evinə yemək gətirsin? Bu nədi axı?! VAllah adam utanır. Keçən gün bir saytda oxudum Azərbaycan bahacılıq üzrə dünyada top 10dadı (üçüncü yer). Ona görə də hər zaman danışanda deyirəm karyera qurun, oxuyun adam olun. Ana-atanız ya da varyoxunuzdan kimsə özü üçün demir oxu, sənin üçün deyir ki 5 gün sonra ailənə sahib çıxasan. Mən şəxsən utanıb ölüb yerə girirəm vətəndaşım öz ölkəsində vətəndaşlıq görmür, Almaniya, Fransa kimi yerlərə qaçır yaşamaq üçün, qarnını doyuzdura bilmək üçün də İrana qaçır. Almanya, Fransa mənə qucaq açır, halbuki öz dövlətimdə dolana bilərəm, vətənim ola-ola başqa millətlər mənə “qaçqın” deyir. Bu həqiqətən adamı utandırır. Yazmaqla deyile vAllah, fərz elə atan-anan gedir qonşu dövlətə ki sənə yemək gətirsin və ya oradan gətirdiklərini satıb sənə geyim, yemək içmək alsın və ən əsası isə sən başqa övladlardan geri qalma deyə bunu edir. Demirəm sistem bunu məcbur şəkildə edir. Əksinə, insanlar buna məcbur olur. Kimsə qadını məcbur etmir gəl fahişə ol deyə, qadın məcburiyyətdən fahişə olur.
16 notes
·
View notes
Text
"Bu, İlham Əliyevin beynəlxalq səviyyəli dövlət xadimi olduğunu bir daha təsdiqləyir” - Fəzail Ağamalı
“Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki ��kinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir”.
Bu fikirləri yanvarın 28-də Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşündə bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı öncə bildirdi ki, Əs-Sisi ilə İlham Əliyevin görüşü, Misir-Azərbaycan münasibətlərində tarixi bir dönüş kimi qiymətləndirilməlidir.
“Müzakirə olunan məsələlər, mətbuata verilən açıqlamalar, əlbəttə ki, məhdud məlumatlar, informasiyalardır. Amma bizə kifayət qədər əsas verir ki, Azərbaycanla Misir arasındakı münasibətlər yeni inkişaf mərhələsinə artıq qədəm qoyur”, - deyə o, qeyd etdi.
Deputat xatırladı ki, bir müddət öncə də prezident BMT Təhlükəsizlik Şurasının indiki formatda fəaliyyətini kifayət qədər problemlər yaratdığını və dünyanın bu beşlikdən ibarət olmadığını demişdi və bunlar təsadüfi deyildi:
“Çünki, doğrudan da Birləşmiş Millətlər Təşkilatının beş üzvü göstərdiyi son fəaliyyətlərə görə, əslində beynəlxalq hüquq normalarının və prinsiplərinin keşiyində durmur. Baş verən beynəlxalq və ayrı-ayrı dövlətlər arasındakı münasibətlərin gedişində özünü ifadə edən haqsızlıq və ədalətsizliyin Təhlükəsizlik Şurası tərəfindən qarşısının alınması və burada xüsusi olaraq həmin beş dövlətin istənilən bir məsələnin müzakirəsinə veto qoyaraq, özünün maraqlarını sona qədər yerinə yetirməsi beynəlxalq aləmdə olduqca ciddi problemlər yaradır. Elə Rusiya-Ukrayna müharibəsində də gedişata necə təsir etdiyini görə bilirik. Ona görə də, dövlət başçısının BMT Təhlükəsizlik Şurasına daimi yer məsələsini qabartması və buna Əs-Sisinin müsbət reaksiyası önəmlidir. Misir İslam Konfransı Təşkilatının fəal üzvlərindən biridir. Yəni cənab prezident artıq bunu təkcə ayrı-ayrı dövlətlərlə münasibətlər çərçivəsində deyil, həm də Qoşulmama Hərəkatı və İslam Konfransı Təşkilatının səviyyəsində qaldırmaq üçün ilkin addımlar atır, bunun üçün rəy formalaşdırır. Yəqin ki, həmin təşkilatlarda ciddi nüfuz sahibi olan ölkələr bu məsələnin müzakirəsi zamanı, sözsüz ki, prinsipial və qəti mövqeyini ortaya qoyacaqdır. Bu onu göstərir ki, cənab prezident təkcə Azərbaycanın milli maraqları, regional problemlərin həlli ilə məşğul olmaqla ortada olan problemləri aradan qaldırmaqla kifayətlənmir. Eyni zamanda o, dünya miqyaslı və bəşəriyyətin xeyrinə, sülhün və əmin-amanlığın təmin olunmasına, beynəlxalq münasibətlərdə ədalət prinsipinin reallaşmasına xidmət edən təşəbbüslərin də müəllifi kimi çıxış etməkdədir. Bu, cənab prezidentimizin qlobal, beynəlxalq səviyyəli dövlət xadimi və siyasətçi olduğunu bir daha təsdiqləyir”.
"Redaktor.az" saytı
Nərmin Vüqarqızı
30 yanvar 2023-cü il
0 notes
Text
AFİŞA
Metbuat.org bu gün TV vasitəsi ilə canlı yayımlanacaq oyunların siyahısını təqdim edir: 26 sentyabr UEFA Millətlər Liqası 22:45 İngiltərə – Almaniya (S Sport 2, S Sport+) 22:45 Macarıstan – İtaliya (S Sport+, S Sport) 22:45 Rumıniya – Bosniya və Herseqovina (S Sport+) 22:45 Şimali Makedoniya – Bolqarıstan (TV8,5) Metbuat.org
View On WordPress
#Almaniya#Bolqarıstan#Herseqovina#İngiltərə#İtaliya#Macarıstan#Makedoniya#Millətlər#oyunların#Rumıniya#sentyabrUEFA#siyahısını#vasitəsi#yayımlanacaq
0 notes
Photo
1998-ci il 19 may tarixdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqlara qayğının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının da diqqətinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli 103 nömrəli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilmişdir. Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası bir sıra beynəlxalq müqavilələrə qoşulmuş və milli qanunvericilik bu sahədə təkmilləşdirilmişdir. Belə ki, Azərbaycan “Uşaq hüquqları haqqında” Birl��şmiş Millətlər Təşkilatının Konvensiyasının, “Uşaqların kənd təsərrüfatı sahəsində işə qəbulunun minimal yaş həddi haqqında”, “Yeniyetmələrin donanmada kömür yükləyən və ya ocaqçı kimi işləməsinə icazə verilməsi üçün minimum yaş həddi haqqında”, “Gəmilərdə çalışan uşaqların və yeniyetmələrin məcburi tibbi müayinəsi haqqında”, “Sənayedə işə qəbul etmək üçün uşaqlara münasibətdə minimum yaş həddi haqqında”, “Qeyri-sənaye işlərində uşaqlara münasibətdə minimum yaş həddi haqqında”, “Sənayedə uşaqların və yeniyetmələrin tibbi müayinəsi haqqında”, “Qeyri-sənaye işlərində uşaqların və yeniyetmələrin tibbi müayinəsi haqqında”, “Qeyri-sənaye işlərində uşaqların və yeniyetmələrin gecə əməyinin məhdudlaşdırılması haqqında” və “Sənayedə yeniyetmələrin gecə əməyi haqqında” Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının, eləcə də “Nikahdankənar uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasının iştirakçısıdır. Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası beynəlxalq normalara uyğun olaraq milli qanunvericilik sistemində bir sıra hüquqi islahatlar həyata keçirmişdir. Belə ki, 1998-ci il 19 may tarixdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlətin bu sahədə həyata keçirdiyi hüquqi islahatların davamı olaraq 1999-cu il 22 iyun tarixdən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, 20 https://www.instagram.com/p/Cdud7titG4B/?igshid=NGJjMDIxMWI=
0 notes