#yerləşir
Explore tagged Tumblr posts
Text
Hərdən sağollaşmalısan, ki getsinlər. Getsinlər ki, istədikləri olmasın, saxlamadığın üçün özləri də çaşıb qalsın. Əskik qalsınlar biraz, yarımçıq qalsınlar, yerini əvəz edə bilməsinlər. Niyə "getmə" demədi, deyə düşünüb yeyib bitirsinlər özlərini içdən içə. Buraxmalısan bəzən, əlini boş buraxmağa çalışanları, tutub saxlamamalısan məcbur və istəksiz halda. Kim nə zaman gedəcək deyə düşünmək lazım deyil, onsuzda getmək istəyən bir bəhanə tapıb gedəcək əlbət. Hərdən gülüb keçməlisən ayrılığa, qoy özü də təəccüblənsin, gözləmədiyi bir şeylə qarşılaşsın. Kim hansı üzünü qoruyursa, o tərəfi nişan almamalısan, çünki istədiyi budur. Sən əks tərəfdən davran. Bəzən bir vidaya beş ayrılıq yerləşir. Ruh bədəndən, ürək səndən, ağıl başdan, yaş gözündən, biri səndən ayrılar. O zaman sən anlayarsan, ki gedənlə, məcbur qalanın arasındakı fərq nədir. Düşünməlisən hərdən. Özünü düşünməlisən.
54 notes
·
View notes
Text
Görmək mümkün olmur, məsafələr uzaq olur. Kəlimələri deyə bilmirsən, kəlimələr uzaq olur. Əlin çatmır ona toxunmağa, əlləri uzaq olur. Saçlarını qoxluya bilmirsən, saçları uzaq olur. Amma hislər var. İnsanı ayaqda tutan hislər. Sən nə qədər uzaqda olursan ol, hislər ürəyinin tam ortasında yerləşir. İnsana ən yaxın olan yerdə. Bax onlar uzaq olmur.✨♥️
24 notes
·
View notes
Text
Interactive Media
Sayt məzmunla (məzmun) doldurulur - mətnlər, şəkillər, yükləmək üçün fayllar və s. Bəzən mətnləri studiya mütəxəssisi tərtib edir, bəzən məzmunu müştəri tərəfində olan məsul şəxs idarə edir. Bu, texniki şərtlərin tərtibi mərhələsində qərar verilir. Məzmun studiya nümayəndəsi tərəfindən tərtib edilirsə, bu baş verir və layihənin digər mərhələləri ilə paralel olaraq təsdiqlənir. Hər səhifədə mətn blokları var, onlar standart (standart) və ya qeyri-standart ola bilər; Tipik olaraq, qeyri-standart mətn bloku 404 səhifəsində yerləşir. Standart mətn bloklarına aşağıdakılar daxildir: veb sayt başlığı; veb sayt altbilgisi;
1 note
·
View note
Text
Mostbet Mobil Tətbiq: Azərbaycandan Olan Oyunçular üçün Icmal 2023
Siz cəld onlara daxil ola, oynaya, mərc rejimlərini seçə, müxtəlif çeşiddə slotlar və qumar oyunlarından yararlana biləcəksiniz. Bu kateqoriyada Mostbet kazino platformasının daha məşhur oyunları yerləşir ki, bunlar oyunçuların ən ən üstünlük verdiyi oyunlardır. Siz bu kateqoriyaya aparici çəkməklə daha yüksək oyunları oynaya biləcəksiniz, çünki onların tanımlı olmasının əlbət ki, səbəbi mülk, bu…
View On WordPress
0 notes
Text
“Xaricdə səs verin” exit-poll nəticələrinə görə, Ermənistanda keçirilən Rusiya prezident seçkilərində aşağıdakı mənzərə yaranıb.
İki seçki məntəqəsi təşkil olunub: İrəvanda və Gümrüdə
İrəvanda:
▪️Davankov - 63%
▪️Putin - 8%
▪️Xaritonov-1%
▪️Slutski-1%
▪️Etibarsız seçki bülleteni (korlanmış - 17%
Gümrüyə:
▪️Davankov - 48%
▪️Putin - 21%
▪️Xaritonov-2%
▪️Slutski-1%
▪️Etibarsız seçki bülleteni (korlanmış) - 10%
Rusiya Silahlı Qüvvələrinin 102-ci bazası Gümrüdə yerləşir. Bu nəticələr isə bir çox maraqlı suallar yaradacaq!
#Gündəm
1 note
·
View note
Text
RUS QOŞUNU ZƏNGƏZURA YERİDİLİR:
DƏHLİZ BU ŞƏRTLƏRLƏ AÇILIR - VACİB GƏLİŞMƏ
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
- Fəzail müəllim, Rusiya tərəfi Qarabağdakı sülhəramlılarla bağlı məsələnin Bakı ilə Moskva arasındakı razılaşmaya əsaslanacağını bildirib. Burada diqqərçəkən məqam isə sülhməramlılarının təyinatının hansısa formada dəyişdirilməsi məsələsinə də eyham vurulmasıdır...
- Rusiya xarici işlər nazirinin müavini bu məsələ ilə bağlı açıqlama verib. Sözsüz ki, onun fikirlərində ziddiyyətli məqamlar da var. Konkret olaraq sülhməramlılarla bağlı onların rəyinə, fikrinə əsaslansaq, onu demək olar ki, sülhməramlıların Azərbaycandakı funksiyası artıq sona çatıb. Sadəcə olaraq müəyyən amillərə görə hələlik sülhməramlıların 2025-ci ilə qədər Azərbaycanda qalması məqbul hesab edilib. Bu ola bilsin ki, dövlətlərarası münasibətlərdə əldə olunan razılıqla bağlıdır. Faktiki olaraq rus sülhməramlılarının Azərbaycanda fəaliyyəti üçün heç bir əsas qalmayıb. Ona görə də, Rusiya tərəfindən Xarici İşlər Nazirliyi və başqa səviyyələrdə deyilən fikirlərdən asılı olmayaraq 2025-ci ilin noyabrında artıq sülhməramlı qüvvələr Azərbaycanı tərk edəcək. Başqa alternativ yoxdur.
- Moskva tərəfindən Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesi ləngitdiyi deyilir. Belə olan halda Rusiya bu məsələdə nə kimi təsirli mövqe sərgiləyə bilər?
- Ermənistan ən müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir, buna maraq göstərmir. Burada iki ciddi problem önə çəkilir. İlk növbədə erməni tərəfi heç cür 2020-ci ilin 10 noyabr razılaşmasında əks olunduğu kimi Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti fonunda açılmasını istəmir. Hətta Ermənistan öz daxilində bununla bağlı ayrıca bir qurum da yaradıb. Onlar çalışır ki, Zəngəzur dəhlizi Rusiyanın nəzarəti altında açılmasın. İrəvan dəhlizin ancaq özlərinin nəzarət mexanizmi ilə açılmasında maraqlı olduğunu göstərir.
- İrəvanın bununla bağlı narahatlığı hansı amillərə görədir?
- Zəngəzur dəhlizinin keçdiyi Meğri rayonu İran-Ermənistan sərhədində yerləşir. Burada Ermənistanın İranla olan sərhədini Rusiya Sərhəd Xidməti qoruyur. Ona görə də, erməni tərəfinin Rusiya ilə bağlı arqumentləri əsassızdır və heç bir məntiqə uyğun gəlmir.
- Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bəllidir. Amma Ermənistan tərəfi dəhlizin gömrük, sərhəd yoxlanışları fonunda açılmasının mümkünlüyünü qeyd edir. Bu halda dəhliz anlayışı sözsüz ki, öz mahiyyətini itirir. Siz necə düşünürsünüz?
- Rəsmi Bakı Prezident səviyyəsində bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bəyan edib. Bu da ondan ibarətdir ki, Zəngəzur dəhlizində hər hansı bir yoxlamadan söhbət gedə bilməz. Azərbaycanın Qərb rayonlarından Naxçıvana gedən bütün sərnişinlər və yüklər heç bir yoxlanışdan keçmədən maneəsiz hərəkət etməlidir. Sadəcə olaraq Ermənistan bundan da imtina etməyə çalışır. Məhz bu kontekstdə dəhlizin açılması məsələsində ləngimələr yaranır. Rusiyanın isə burada mövqeyinin güclənməsi prosesdə dəyişikliklərin baş verməsi ehtimalını artırır. Ukrayna cəbhəsindəki vəziyyətin dəyişməsi fonunda Moskva Zəngəzur dəhlizinin açılması məsələsində də mövqeyini bir qədər sərtləşdirə bilər. Beləliklə, dəhlizin birbaşa Rusiyanın nəzarəti altında açılması reallaşar. Bu da sözsüz ki, üçtərəfli razılaşmada əksini tapmış prinsiplərə əsaslanaraq atılacaq addımdır. Bununla da rus qoşunu Zəngəzura yeridilərək dəhlizin açılması və işləməsi ilə bağlı rejim yaradacaq. Sözsüz ki, bu mümkün addımın atılması istisna edilmir.
- Nikol Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, Bu, hansı məntiqə əsaslanan yanaşmadır?
- Əsas məqam Paşinyanın bu mövqeyinin üzərində nə dərəcədə duracağı ilə bağlıdır. Uzun müddətdir ki, onun komandası da bu və ya buna bənzər bəyanatlar səsləndirib. Lakin sülh sazişinin imzalanması ilə bağlı konkret addım atılmayıb. Ona görə də, Paşinyan tərəfindən bu istiqamətdə hansı addımların atılması hələki sual olaraq qalır. Buna baxmayaraq Ermənistan üçün artıq başqa bir çıxış yolu qalmayıb. Rəsmi İrəvan sülh istiqamətində addım atarsa, bu onun indiki ağır durumdan çıxmasına xidmət etmiş olacaq.
“Teleqraf.com” saytı
Tapdıq Qurbanlı
12 fevral 2024-cü il
0 notes
Text
Corat qutabı, yoxsa Xilə qutabı?
Dünyada bir sıra kulinariya münaqişələri mövcuddur, kulinariya münaqişələri adətən regional, etnik səviyyədə olsa da, Azərbaycanda kulinariya münaqişələrindən daha lokalına dəvə qutabı nümunəsində rast gəlinir:
Corat qutabı, yoxsa Xilə qutabı?
Ölkəmizdə coğrafi indikasiyalı kulinariya nümunəsi olan bu qutablar bir-birindən təxminən 30 km məsafadə yerləşən Abşerondaxili iki yaşayış məntəqəsini təmsil edir. Bu bu baxımdan maraq doğurur.
Xilə – Bakı kəndlərindən biri olan Əmircanın digər, daha qədim adıdır. Bu qədim kənd rəsmi olaraq Əmircan adlansa da, bu gün də alternativ olaraq Xilə adı ilə tanınır. Hazırda əksərən ticari məqsədlər üçün kəndin bu qədim adından istifadə edilir. Kənd Abşeron yarımadasının mərkəzində yerləşir.
Sözügedən qutab maraqlıdır ki, Əmircan adı ilə yox, məhz bu adla - Xilə adıyla tanınır. Kəndin adının Əmircan kimi adlanmasına XIV əsrdən etibarən başlanıldığı güman edilir. Qutabın xalq şüurunda Xilə adı ilə adlandırılması bu mənada bir neçə yüzillik tarixdən xəbər verə bilər.
Corat isə Abşeron yarımadasının şimal-qərbində Xəzərin sahilində yerləşən qədim kənddir. Keçmiş Bakı qəzasına daxil olan bu kənd hazırda Sumqayıt şəhəri tərkibindədir. Əminliklə demək olar ki, bu kəndin adını daşıyan qutab Xilə qutabından daha çox şan-şöhrət qazanmışdır.
Hər iki qutab orijinalda dəvə ətindən təndir, və yaxud sobada hazırlanmalıdır. Lakin buna baxmayaraq ölkədə dəvəçilik təsərrüfatlarının az inkişaf etməsi səbəbindən tələbi qarşılamayan dəvə əti yerinə əksərən mal ətindən istifadə edilir. Deyilənə görə bəzən mal ətini dəvə əti əvəzedicisi olması üçün maxinasiya məqsədi ilə mal ətinə şəkər tozu qatıldığından ölkədə çox adam dəvə ətinin şirin dadı olduğunu hesab edir. Bir sözlə hər şeyə rəğmən arasında ciddi bir fərq olmayan bu iki qutab, buna baxmayaraq kiçik kulinariya münaqişəsi yaradır.
Coratlılar hesab edir ki, Xilə qutabı Corat qutabının törəməsidir. Onlar Xiləyə gəlin köçən coratlının Corat qutabını bişirməsindən sonra Xilədə də bu qutabın yayılmağa başladığını iddia edirlər. Maraqlıdır ki, eyni iddianı əks istiqamətdə əmircanlılar da edir. Onlar isə hesab edir ki, xiləli gəlinin Corata gəlin köçməsi nəticəsində bu qutabın Coratda da bişirilməsinə başlanılmışdır. Bu şifahi xalq nəzəriyyəsi kulinariya nümunələrinin digər ərazidə yayılmasının səbəbini sadə bir dildə göstərməsi baxımından da maraq doğurur: Gəlin köçlərinin kulinariyaya təsirləri
Coratlı və xiləlilərin bir-birlərinə qarşı iddiaları bu videoda əksini tapmışdır
Bugün Corat qutabı turizmi Azərbaycan qastro-turizm nümunəsi kimi uzun illərdir Abşeronun şimal sahilləri, Sumqayıt rivierası boyunca yerləşən restoranların fəaliyyətinə müsbət təsirini göstərməkdədir. Xəzər dənizi sahili boyunca yerləşən kafe və restoranlar uzun illərdir menyularında Corat qutabını təqdim edərək, Bakıdan və digər yerlərdən özlərinə müştərilər cəlb edirlər. Corat qutabı Azərbaycan mətbəxi nümunəsi kimi ölkə kənarında Azərbaycan restoranlarının menyusunda da özünü göstərir.
Xilə qutabı isə daha az tanınır və yalnız Əmircan qəsəbəsində yerləşən "Kafe Xilə" adlı kafedə müştərilərinə təqdim edilir.
Kafe Xilədə Xilə qutabı (16.07.2023)
Kafe Xilə. "Qutablar, Xilə qutabı"
0 notes
Text
BAYRAM SABAHIDIR... ... Günəş bir başqa doğdu, Bu gün, bayram sabahıdır. Göydən xoşbəxtlik yağdı, Bu gün bayram sabahıdır... ... Əl öpüncə, gül dodaqlar, Açılır, dostca qucaqlar. Sevgiylə dolar ürəklər, Bu gün, bayram sabahıdır... ... Şirin dillər şəkərləşir, Xoşbəxtlik qəlbə yerləşir, Əllər-könüllər birləşir, Bu gün, bayran sabahıdır... .. Acını, sevgiylə sardım, Çiçəkləndi önüm-ardım, Könlünü aç, gözəl yurdum, Bu gün, bayram sabahıdır... ... "Allah" kərəm etdi bizə, Xoşbəxtliklər yetdi bizə, Sevgi doldu qəlbimizə, Bu gün, bayram sabahıdır...........24.05.2020..(İlhamə Abbas Yusifqızı...)
0 notes
Photo
I Bütün kainatda olduğu kimi, Uca Rəbbimizin insan bədənində də yaratdığı möcüzəvi sistemlər mövcuddur. Bu sistemlərdən biri olan qırtlaq da, üstün yaradılış möcüzələrindən biridir. Qırtlaq (larinks), nəfəs borumuzun ağız boşluğuna açılan hissəsinə verilən addır. Səs telləri boğazın girişində yerləşir. Bu tellər onları idarə edən əzələlər sayəsində müxtəlif formalara düşür. Bunun nəticəsində də müxtəlif səslər çıxara bilirik. Digər canlıların insanlar kimi səslər çıxara bilməmələrinin bir səbəbi, onların qırtlaqlarının bizə nisbətən xeyli yuxarıda, yəni ağız boşluğunun daha yuxarı hissəsindən başlamasıdır. İnsan qırtlağı, meymunlar da daxil olmaqla, bütün digər heyvanlara görə daha aşağıdadır və bu mövqe sayəsində qırtlaqdan çıxan nəfəs fərqli səslərə çevrilir. Cavab verə bilmədikləri bir çox sualı “üstün xüsusiyyətlərin təbii seçmə ilə seçilməsi” tezisi ilə izah etməyə çalışan təkamülçülər bir daha böyük çətinliklə üzləşirlər; çünki qırtlağın bəhs edilən aşağı mövqedə yerləşməsi fiziki üstünlük deyildir. Bu mövqedə olduğuna görə yediyimiz tikələrin nəfəs borusuna gedərək nəfəs almağı çətinləşdirmə və ya içdiyimiz suyun ağciyərlərə getməsi ehtimalı var. Bunun qarşısını almaq üçün qida qəbul edərkən nəfəs yolunu bağlayan “qapaq” yaradılmışdır, ancaq həm danışıb, həm də qida qəbul edərkən boğulma təhlükəsi yaşayarıq. Bu, çox güman hamının qarşılaşdığı bir hadisədir. Yemək yeyərkən və su içərkən qida maddələrinin nəfəs borumuza daxil olması nəticəsində şiddətli öskürməyimizin səbəbi budur. Ancaq heyvanlar üçün bu vəziyyət fərqlidir. Heyvanlarda, məsələn meymunlarda, nəfəs borusunun yeri daha yüksəkdədir. Buna görə, bir şey yedikləri zaman yedikləri qidanın nəfəs borusuna düşmə ehtimalı və boğulma riski yoxdur. Qidalanmadakı çətinliyinə baxmayaraq danışmağa imkan verən bu unikal qırtlaq quruluşu, aşağı hissədə yerləşən qırtlaq quruluşudur. Digər tərəfdən, nəfəs borusuna qida düşməsi riski körpəlik dövründə əldə edilən reflekslərlə və “qapaq” dediyimiz orqan ilə aradan qalxar. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #tibb #anatomiya #qırtlaq https://www.instagram.com/p/CosFBsxIqFd/?igshid=NGJjMDIxMWI=
1 note
·
View note
Photo
Dəhlizdə yer az, ayaqqabilar isə çoxdur?! Həll yolu Madeyra-da: özü kompakt, içərisi geniş ayaqqabı dolablarımıza mütləq nəzr salın. 2 qapılı variantina 12 cüt, 3 qapilısına isə 18 cüt ayaqgabı yerləşir. Yiğcam dizaynı sayəsində dəhlizdə minimal yer tutur. #madeyra #madeyramebel #ayaqqabıdolabı (at Xırdalan) https://www.instagram.com/p/ComcpkRNO60/?igshid=NGJjMDIxMWI=
0 notes
Text
Yer öz yükünü çıxardıb atacağı zaman; İnsan: “Buna nə olub?” - deyəcəyi zaman - məhz o gün (Yer) öz hekayətini söyləyəcəkdir. Çünki ona sənin Rəbbin vəhy etmişdir!” (“Zilzal” surəsi, 2-5)
Bəlli olduğu kimi, dünyanın mərkəzində (yer qabığının 5000-6000 km aşağısında) olduqca yüksək təzyiqə malik kor halında bir təbəqə var. Və bu təbəqənin temperaturunun təxminən 4500 S dərəcə olduğu təxmin edilir. Həmçinin vulkan püskürməsi nəticəsində yerin üzünə çıxan lavalar bu zonada, yəni maqmada yerləşir. Haqqında danışılan püskürmələr tarix boyunca bir çox şəhərin xalqına dəhşət dolu anlar yaşadaraq insanların ölümünə, hətta şəhərlərin tamamilə yox olmasına səbəb olublar. Torpaq qatlarında müxtəlif səbəblərdən baş verən qırılmalar nəticəsində yer üzünə sızan lavalar təzyiq nə qədər yüksəkdirsə, bir o qədər böyük şiddətlə fışqırır. Əslində, burada müəyyənedici amil qazın nisbətidir. Maqma yer üzünə çıxarkən qazlar maye haldakı maddədən ayrılaraq maqmanın üzərinə yayılır, beləliklə də təzyiqin artmasına səbəb olurlar. Maqma qazla nə qədər yüklüdürsə, püskürmə əsnasında o qədər artıq partlama olur və yerin altında pıqqıldayaraq qaynayan lavalar yer üzünə çıxaraq yerin üstünü sanki cəhənnəmə çevirirlər. Belə partlama sadəcə müəyyən bir bölgəni əhatə edən lokal partlayışdır. Üstəlik, günümüzdə aparılan tədqiqatlar nəticəsində çox zaman belə bir fəlakət barədə daha əvvəlcədən xəbərdarlıq edilir, təhlükənin olduğu zonada müxtəlif tədbirlər görülür.
Quran ayələrindəki təriflərə görə, “yerin ağırlıqlarını ç��lə atması” ifadəsi ilə o gün yerin altında olan olduqca çox şeylə birlikdə nüvədəki tezalışan, yandırıcı maddənin də tamamilə yerin üstünə çıxacağına işarə edilir. Yer üzünün hər yerində yaşanan şiddətli sarsıntılar və yerin bütün təbəqələrinin qırılması belə bir şeyin asanlıqla gerçəkləşə bilməsi üçün lazım olan ilkin şərtləri meydana gətirəcək. Yəni qiyamət günündə şiddətli yeraltı təkanlar yerin altını üstünə çevirəcək, insanlar başlarına çökən dağlardan, nəhəng binalardan qurtulmağa çalışarkən yerdəki çatlaqlardan fışqıran lavalar hər yanı bürüyəcək, bu da insanların ölümdən heç bir şəkildə qaçışlarının olmadığını bir daha anlamasına səbəb olacaq.
instagram
0 notes
Text
Deməli, dayancaqda insanlar avtobus gözləyir. Biri də maşını ilə gəlib, orada saxlayır. Dayanacaqda olan hər hansı "qadın" əyləşir maşına və missiya tamamlanır. Bəzi insanlar əli və ayağı sağlam olan dilənçi insanlara nifrət edir amma bizim ölkəmizdə, ən əsasda Bakımızda belə dilənçilərdə var : Biri cinsi orqanın köləsi yəni dilənçisi sayılır, halbuki beyni başında yox aşağıdakı orqanda yerləşir, digəri isə pul vahidlərinə kölədir, pulumu ver və alçalt məni kimi düşüncədədir.. Uzun sözün qısası bu insan daha yaraşıqlıdır, daha imkanlıdır, daha gözəldir, daha ürəyi təmizdir deyib, keçməyin. Daxilindəki dilənçini ortaya çıxarın. Çıxarın ki, bilin tanıdığınız insan həqiqətən o insandır ya yox.
0 notes
Note
salam necəsənn🫀 kolleclə bağlı yazan mən idim, indi də unec kollecinin yerini öyrənməyə gəlmişəm🥺👉🏻👈🏻
Salam, şükür, sən də yaxşı olasan. Unecin nəzdində iki kollec var, bakıda. (Rayonları bilmirəm.) biri sahildə olan maliyyə-iqtisad, digəri isə mənim bitirdiyim sosial-iqtisad kolleci razində yerləşir.
7 notes
·
View notes
Text
deməli dünən qarşıma bu yazı cixdi. bu gündə youtube'da kişisel gelişim haqqında videoya baxırdım. sevirəm belə videoları biraz moral olur. və yazmadan edə bilmirəm. videonun özü budur ki "nə düşünərsən o olacaq". çox gözəl bir biçimdə anlatdı. deyir ki, "heç günəş deyir bu gün doğmayacam və ya milyonlarca ulduz bir birinə dəyir mi, dünya dönməyə davam edir mi?" sonra əlavə edir ki insan da kainatın kiçildilmişidir. bunu da bədənimizdəki 400.000.000 hücrənin bir birinə xidmət etməsi ilə izah etdi. biri biri ilə dava etmir, onu üstələməyə çalışmır hətta bir hücrə yerdə qalan bütün hücrələr üçün çalışır.
əlavə edir ki nəinki özünüz haqqında başqaları haqqında da yanlış fikirlər düşünməyin, onları yarğılamayın. çünki başına gələcək. çox haqlı, kimə soruşsan təsdiqləyəcək amma tətbiq etməyə 90/100 gücü çatmır.
anlayıram elm çox önəmli və bir o qədər maraqlı bir anlayışdır. elmlər arasında ən çox sevdiyim bir insan bir də kainat haqqında olanlardır. amma bir şeyi də nəzərə çatdırmaq istəyirəm. bunlar onsuz da insan yaranandan Allah tərəfindən bildirilmiş məlumatlardır. O istəməsə ortaya çıxmazdı bu həqiqətlər. bütün bu möcüzələri yaratdı. bütün elmləri də O zaten bilir. Allah'a inanan və Onu araşdıran hər insan bilir bunları əslində. yarğılamaq olmaz, kiminsə arxasıyca danışmaq olmaz, çünki əvvəl axır başına gələcək, Muhəmməd Peyğəmbərin belə bir kəlamı var " qınadığını yaşamadan ölməzsən" bu həyatın qanunudur. sadəcə insanlar bunu qədərə bağlayırlar. hər şey qədər deyil, bu sadəcə zəif insanların uydurduğu təsəllidir. qədər böyük bir sirrdir onu anlamaq bizim kimi insanların beyni üçün deyil.
zənn etmək. Allah buyurur ki "mənim haqqımda gözəl zənndə olun". dua edərkən qəlbən edilməlidi, onun qəbul olunacağına inanaraq edilməlidir. daha xeyirlisi səni mütləq tapacaq deyə düşünülməlidir. səbrlə gözlənilməlidir. həmişə gözəl şeylər düşünməlisən ən çətin zamanda belə səbr edib bunun qarşılığını 1000 hətta daha çoxunu alacağını düşünməklə bu imtahandan çıxılmalıdı. həyatın sərt üzünü aramızda yalnız biri çəkmir, hər kəs daşıya biləcəyi bir yüklə sınanır. insanları öz imtahanları ilə aşalamayın. imtahan onun Rəbbi ilə arasında olan məsələdir, özünüzü ortaya atmanın heç bir anlamı yoxdur. əgər yaxşı gəlmək yerinə onun dərdinin üstünə dərd atacaqsansa yanında olmasan yaxşıdı. baxın bəlkə aranızda bu hissləri yaşayan olub bəlkə. insanların həyatınızda rolu bir yerə qədərdi. elə bir an olur ki sənə dəstək olacaq heç kəs qalmır, tək olursan, inanın bu an olur. olacaq da. həmişə olacaq. çünki buna gücü çatmayan da olur, vaxtı olmayan da. bu da əslində bir başqa dərsdir. baxın o an anlayırsan Allah səninlədir. sənə kədərlərini insanlar yox O unutdurur. insanlar sadəcə dəstəkləşmək üçün vardırlar, odakı hər insanda bu gözəlliyi tapmaq olmur.
və kainat O'nun avucları içindədir. bir sıxsa hər şey toz halına dönüşər. istəsə bunu edər. bütün kainat insanın var olması üçün 6 gündə yaradıldı insana sunuldu. bütün bu evren sənin üçün çalışır Allahın əmri ilə. biri sıradan çıxsa hamısı yox olar. bu qədər tarazlıq elə belə ola bilər? necə Allah dünyanı yaradıb sonra da kənara cəkilə bilər ki? bu kainat öz özünə necə çalışa bilər? dünyanın,kainatın, insanın quruluşu. xeyir bunlar öz başına deyil. heç nə öz başına olmur. sadəcə bizə verilən müddət vardır. bizə və bütün kainata. hər şeyin sonu olduğu kimi bunun da bir sonu olacaq. günəş şərqdən deyil qərbdən doğacaq. bu günəşin belə doğmasındakı hansı detalı sevirəm bilirsiz?
İbrahim peyğəmbər ilə Nəmrudun belə bir söhbəti olur. Nəmrud İbrahim peyğəmbərin dövründə olan şahdır. İbrahim peyğəmbər Nəmruda Allah inancı haqqında bəhs etdi. Ancaq o, rədd etdi və İbrahim peyğəmbər ilə Rəbbi haqqında mübahisə etdi. İbrahim peyğəmbər Allah təalanın həm dirildən həm də öldürən olduğunu dedikdə, Nəmrud da bunu edə biləcəyini dedi. Nəmrud bunu isbat etmək üçün həbsdə olan iki adamı gətizdirir, onlardan birini öldürür, birini isə azad edir. Beləcə öldürməyə və diriltməyə qadir olduğunu göstərir. Bu dəfə İbrahim peyğəmbər: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!"
heç kəs, heç bir varlıq o günə qədər kainatın heç bir detalını dəyişə bilməyəcək. insanın edə bildiyi şey var o da yaşadığı dünyanı məhv etmək. beləliklə axirətini məhv edir, özünü də. insanlar başqalarını əzərək, öldürərək, əzab verərək, ya da bir mövqeyə çatanda bir şeyləri idarə etmə bacarığı olanda az qala təkəbbürlüyündən partlaya. amma bu qədər şeyi, hər şeyi yaradan Allah heç bir ağalıq taslamaz sadəcə bəndələrindən bunu bilməyin, qəbul etməyini istəyər. bir bir bütün elmlərin açarını açar bütün elmlərin sonu da O'na doğru aparar. bugün bütün dünyanın sevə sevə araşdırmalar, icadlar apardığı kimya, onun özünü təşkil edən Mendeleyev cədvəli ərəbcə Allah kəliməsinin üstünə qurulub, bunu bilib baxanda şaşırmışdım. əl barmaqlarımızı birləşdirdik də ərəbcə Allah kəliməsi yaranır. avuçlarımızın içində ərəbdə 18 və 81 rəqəmləri yazılıb. topladıq da 99 edir və bu da Allah'ın ad və sifətlərinin sayıdır. dünyanın hansı yerindən baxsan mərkəzdə Məkkə şəhəridir. ölümdən sonra həqiqətən diriləcəyik çünki bel sümüyümüzdə çox kiçik bir yer var ki bütün genetika orda yerləşir, insan yansa da, çürüsə də o sümük çürümür, məhv olmur. insanı ilk öncə torpaqdan sonra bir müftədən yaradan təbii ki o kiçik sümükdən də yarada bilər. bütün qarşılaşdıgımız bu hadisələr, bu insanlar, yazdığım bu yazı, oxuduğunuz bu yazı belə boşuna deyil. heç nə bu qədər sadə deyil. hər nəysə uzun oldu, təşəkkürlər:)
26 notes
·
View notes
Text
Deputat Prezidentlə görüşdən danışdı: "Qərbi Azərbaycana qayıdışla bağlı yol xəritəsi..."
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev doğum günündə - 24 dekabrda Qərbi Azərbaycan İcmasının inzibati binasını ziyarət edib, bir qrup ziyalı ilə görüş keçirib.
Prezident İlham Əliyev görüşdə Qərbi Azərbaycana qayıdışla bağlı bir sıra diqqətçəkən mesajlar verdi. Xüsusilə də Qərbi Azərbaycana qayıdışla bağlı konkret hədəflər göstərərək bununla bağlı dövlətin mövqeyini açıq şəkildə bəyan etdi.
“Mən ikinci dəfədir ki, o binadayam. On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik.
Bildiyiniz kimi, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, - deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.
Görüşlə bağlı tədbirdə iştirak edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Cebhe.info-ya təəssüratlarını bölüşüb.
F.Ağamalı bildirib ki, ölkə Prezidenti qarşıya qoyduğu strateji vəzifənin anonsu verib, daha sonra həmin vəzifənin yerinə yetirilməsi üçün yol xəritəsini önə çəkir:
“Cənab Prezident bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyətinin təməlində Qərbi Azərbaycan İcmasının yaradılması ilə bağlı fərman imzaladı. Ona vaxtı ilə Qarabağ və Şərqi Zəngəzur İcmasının yerləşdiyi binanı verdi. 4 aya yaxın bir müddət keçəndən sonra Prezident İlham Əliyev doğum günündə - 24 dekabrda Qərbi Azərbaycan əsilli bir qrup ziyalı ilə görüş keçirdi. Cənab Prezident özünün doğum gününü hər zaman millətimiz və dövlətimiz üçün olduqca ciddi mahiyyət kəsb edən hadisələrlə əlaqələndirərək keçirir. Bunu biz onun prezidentliyi dövründə ən müxtəlif layihələrdə görmüşük. 24 dekabrda da məhz Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşü də özünün doğum günü kimi əlamətdar bir hadisə ilə eyniləşdirdi. Görüş çox səmimi keçdi. Görüşdə millətimizin olduqca taleyüklü məsələ olan Qərbi Azərbaycan torpaqlarına qayıdışı ilə bağlı yol xəritəsini ortaya qoydu. Əlbəttə, orada digər məsələlər ətrafında da cənab Prezident dəyərli fikirlər səsləndirdi”.
Deputat qeyd edib ki, Prezident hansı vəzifərlərin həyata keçirilməsinin konturlarını həm görüş iştirakçılarının, həm də Qərbi Azərbaycan İcmasının qarşısında ciddi bir vəzifə olaraq müəyyənləşdirdi:
““Böyük Qayıdış” deyə bir ifadə də işlətdi. Bu gün Qarabağla, Şərqi Zəngəzurla bağlı belə bir konsepsiya var və bu, uğurla yerinə yetirilməkdədir. Ölkə Prezidenti tərəfindən belə bir fikir də səsləndirildi ki, nə qədər torpaqlarımız işğaldan azad edilməmişdi, bu məsələnin önə çəkilməsi bəlkə də doğru olmazdı. Artıq Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edilib, orada quruculuq və bərpa işləri gedir, son epizod olaraq Xankəndi və onun ətrafındakı ərazilərdə də suverən hüquqlarımız yaxın zamanda təmin ediləcək, belə bir tarixi məqamda qarşıya qoyulan vəzifə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır. Bunun üçün “Böyük Qayıdış” konsepsiyasının hazırlanmasının vacibliyini qeyd edən dövlət başçısı bunun üçün lazım olan işlərə start veriləcəyini, dövlət səviyyəsində köməklik göstəriləcəyini diqqətə çatdırdı. Eyni zamanda, həm daxili, həm də xarici auditoriyada Qərbi Azərbaycan torpaqlarının Azəraycanın tarixi torpaqları olaraq təqdim etmək məqsədilə tədqiqat əsərlərinin yenidən işlənməsi, onların elektron variantının hazırlanması çox əhəmiyyətli vəzifə olaraq qarşıya qoyuldu. Cənab Prezidentin bu hədəflərini, strateji xəttini çox böyük coşqu ilə alqışladıq”.
Fəzail Ağamalı əlavə edib ki, Tanrı Prezident İlham Əliyevin üzərinə çox böyük bir missiya qoyub:
“Bu missiya Azərbaycanın bütövləşməsidir. Azərbaycan torpaqlarını ədalətsiz şəkildə ayrı-ayrı güc mərkəzlərinin əli ilə alınıb müxtəlif dövlətlərin ərazisinə qatılmasını aradan qaldırmaq kimi bir missiyadır. Bu torpaqların bütöv bir Azərbaycanda cəmləşməsi missiyası cənab Prezident İlham Əliyevin taleyinə yazılıb. Bu, böyük bir missiyadır. Bu yolda cənab Prezidentə möhkəm can sağlığı arzulayıram. Təbii ki, biz də millət olaraq bu tarixi missiyanın yerinə yetirilməsində onunla bərabər olmalıyıq. Unutmayaq ki, bu tarixi missiyanı həyata keçirmək, reallaşdırmaq olduqca çətindir. Lakin bu çətin işin öhdəsindən müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident lider olaraq xalqı ilə bərabər gələcək. Yolumuz açıq olsun, Amin!”
"Cebhe.info" saytı
Vilayət Muxtar
26 dekabr 2022-ci il
0 notes
Text
Sonra illərlə qaçdığın o iztrab dolu uşaqlıq illərinə bir kitabın səhifəsində rast gəlinirsən . İllərdi qəlbinə basdırılmış o köz birdən-birə alovlanıb başlayır içini yandırıb kül etməyə. Sən isə o cümlələrin altını xətləməyə belə cəsarət etmirsən, birisi görər acılarından xəbər tutar qorxusu ilə həmin səhifəyə nöqtə belə qoymadan tez çevirirsən səhifəni...Sonra başqa səhifələr açılır qarşında, amma sən hələ də o sətrlər arasında itib batmış olduğundan davam edə bilmirsən. Beləcə anlayırsan ki hər acı zamanla keçmir... İçində yanmağa hazır köz olub yerləşir qəlbində..
10 notes
·
View notes