#khile gutab
Explore tagged Tumblr posts
caviddivac · 1 year ago
Text
Corat qutabı, yoxsa Xilə qutabı?
Dünyada bir sıra kulinariya münaqişələri mövcuddur, kulinariya münaqişələri adətən regional, etnik səviyyədə olsa da, Azərbaycanda kulinariya münaqişələrindən daha lokalına dəvə qutabı nümunəsində rast gəlinir:
Corat qutabı, yoxsa Xilə qutabı?
Tumblr media
Ölkəmizdə coğrafi indikasiyalı kulinariya nümunəsi olan bu qutablar bir-birindən təxminən 30 km məsafadə yerləşən Abşerondaxili iki yaşayış məntəqəsini təmsil edir. Bu bu baxımdan maraq doğurur.
Xilə – Bakı kəndlərindən biri olan Əmircanın digər, daha qədim adıdır. Bu qədim kənd rəsmi olaraq Əmircan adlansa da, bu gün də alternativ olaraq Xilə adı ilə tanınır. Hazırda əksərən ticari məqsədlər üçün kəndin bu qədim adından istifadə edilir. Kənd Abşeron yarımadasının mərkəzində yerləşir.
Sözügedən qutab maraqlıdır ki, Əmircan adı ilə yox, məhz bu adla - Xilə adıyla tanınır. Kəndin adının Əmircan kimi adlanmasına XIV əsrdən etibarən başlanıldığı güman edilir. Qutabın xalq şüurunda Xilə adı ilə adlandırılması bu mənada bir neçə yüzillik tarixdən xəbər verə bilər.
Corat isə Abşeron yarımadasının şimal-qərbində Xəzərin sahilində yerləşən qədim kənddir. Keçmiş Bakı qəzasına daxil olan bu kənd hazırda Sumqayıt şəhəri tərkibindədir. Əminliklə demək olar ki, bu kəndin adını daşıyan qutab Xilə qutabından daha çox şan-şöhrət qazanmışdır.
Hər iki qutab orijinalda dəvə ətindən təndir, və yaxud sobada hazırlanmalıdır. Lakin buna baxmayaraq ölkədə dəvəçilik təsərrüfatlarının az inkişaf etməsi səbəbindən tələbi qarşılamayan dəvə əti yerinə əksərən mal ətindən istifadə edilir. Deyilənə görə bəzən mal ətini dəvə əti əvəzedicisi olması üçün maxinasiya məqsədi ilə mal ətinə şəkər tozu qatıldığından ölkədə çox adam dəvə ətinin şirin dadı olduğunu hesab edir. Bir sözlə hər şeyə rəğmən arasında ciddi bir fərq olmayan bu iki qutab, buna baxmayaraq kiçik kulinariya münaqişəsi yaradır.
Coratlılar hesab edir ki, Xilə qutabı Corat qutabının törəməsidir. Onlar Xiləyə gəlin köçən coratlının Corat qutabını bişirməsindən sonra Xilədə də bu qutabın yayılmağa başladığını iddia edirlər. Maraqlıdır ki, eyni iddianı əks istiqamətdə əmircanlılar da edir. Onlar isə hesab edir ki, xiləli gəlinin Corata gəlin köçməsi nəticəsində bu qutabın Coratda da bişirilməsinə başlanılmışdır. Bu şifahi xalq nəzəriyyəsi kulinariya nümunələrinin digər ərazidə yayılmasının səbəbini sadə bir dildə göstərməsi baxımından da maraq doğurur: Gəlin köçlərinin kulinariyaya təsirləri
Coratlı və xiləlilərin bir-birlərinə qarşı iddiaları bu videoda əksini tapmışdır
Bugün Corat qutabı turizmi Azərbaycan qastro-turizm nümunəsi kimi uzun illərdir Abşeronun şimal sahilləri, Sumqayıt rivierası boyunca yerləşən restoranların fəaliyyətinə müsbət təsirini göstərməkdədir. Xəzər dənizi sahili boyunca yerləşən kafe və restoranlar uzun illərdir menyularında Corat qutabını təqdim edərək, Bakıdan və digər yerlərdən özlərinə müştərilər cəlb edirlər. Corat qutabı Azərbaycan mətbəxi nümunəsi kimi ölkə kənarında Azərbaycan restoranlarının menyusunda da özünü göstərir.
Tumblr media Tumblr media
Xilə qutabı isə daha az tanınır və yalnız Əmircan qəsəbəsində yerləşən "Kafe Xilə" adlı kafedə müştərilərinə təqdim edilir.
Tumblr media
Kafe Xilədə Xilə qutabı (16.07.2023)
Tumblr media
Kafe Xilə. "Qutablar, Xilə qutabı"
0 notes