#xəzər dənizi
Explore tagged Tumblr posts
dadaszdkh · 1 year ago
Text
Gözyaşımdan yarandı Xəzər dənizi,
Dalğalar coşdu, gəmilər batdı gəlmədin.
54 notes · View notes
caviddivac · 1 year ago
Text
Corat qutabı, yoxsa Xilə qutabı?
Dünyada bir sıra kulinariya münaqişələri mövcuddur, kulinariya münaqişələri adətən regional, etnik səviyyədə olsa da, Azərbaycanda kulinariya münaqişələrindən daha lokalına dəvə qutabı nümunəsində rast gəlinir:
Corat qutabı, yoxsa Xilə qutabı?
Tumblr media
Ölkəmizdə coğrafi indikasiyalı kulinariya nümunəsi olan bu qutablar bir-birindən təxminən 30 km məsafadə yerləşən Abşerondaxili iki yaşayış məntəqəsini təmsil edir. Bu bu baxımdan maraq doğurur.
Xilə – Bakı kəndlərindən biri olan Əmircanın digər, daha qədim adıdır. Bu qədim kənd rəsmi olaraq Əmircan adlansa da, bu gün də alternativ olaraq Xilə adı ilə tanınır. Hazırda əksərən ticari məqsədlər üçün kəndin bu qədim adından istifadə edilir. Kənd Abşeron yarımadasının mərkəzində yerləşir.
Sözügedən qutab maraqlıdır ki, Əmircan adı ilə yox, məhz bu adla - Xilə adıyla tanınır. Kəndin adının Əmircan kimi adlanmasına XIV əsrdən etibarən başlanıldığı güman edilir. Qutabın xalq şüurunda Xilə adı ilə adlandırılması bu mənada bir neçə yüzillik tarixdən xəbər verə bilər.
Corat isə Abşeron yarımadasının şimal-qərbində Xəzərin sahilində yerləşən qədim kənddir. Keçmiş Bakı qəzasına daxil olan bu kənd hazırda Sumqayıt şəhəri tərkibindədir. Əminliklə demək olar ki, bu kəndin adını daşıyan qutab Xilə qutabından daha çox şan-şöhrət qazanmışdır.
Hər iki qutab orijinalda dəvə ətindən təndir, və yaxud sobada hazırlanmalıdır. Lakin buna baxmayaraq ölkədə dəvəçilik təsərrüfatlarının az inkişaf etməsi səbəbindən tələbi qarşılamayan dəvə əti yerinə əksərən mal ətindən istifadə edilir. Deyilənə görə bəzən mal ətini dəvə əti əvəzedicisi olması üçün maxinasiya məqsədi ilə mal ətinə şəkər tozu qatıldığından ölkədə çox adam dəvə ətinin şirin dadı olduğunu hesab edir. Bir sözlə hər şeyə rəğmən arasında ciddi bir fərq olmayan bu iki qutab, buna baxmayaraq kiçik kulinariya münaqişəsi yaradır.
Coratlılar hesab edir ki, Xilə qutabı Corat qutabının törəməsidir. Onlar Xiləyə gəlin köçən coratlının Corat qutabını bişirməsindən sonra Xilədə də bu qutabın yayılmağa başladığını iddia edirlər. Maraqlıdır ki, eyni iddianı əks istiqamətdə əmircanlılar da edir. Onlar isə hesab edir ki, xiləli gəlinin Corata gəlin köçməsi nəticəsində bu qutabın Coratda da bişirilməsinə başlanılmışdır. Bu şifahi xalq nəzəriyyəsi kulinariya nümunələrinin digər ərazidə yayılmasının səbəbini sadə bir dildə göstərməsi baxımından da maraq doğurur: Gəlin köçlərinin kulinariyaya təsirləri
Coratlı və xiləlilərin bir-birlərinə qarşı iddiaları bu videoda əksini tapmışdır
Bugün Corat qutabı turizmi Azərbaycan qastro-turizm nümunəsi kimi uzun illərdir Abşeronun şimal sahilləri, Sumqayıt rivierası boyunca yerləşən restoranların fəaliyyətinə müsbət təsirini göstərməkdədir. Xəzər dənizi sahili boyunca yerləşən kafe və restoranlar uzun illərdir menyularında Corat qutabını təqdim edərək, Bakıdan və digər yerlərdən özlərinə müştərilər cəlb edirlər. Corat qutabı Azərbaycan mətbəxi nümunəsi kimi ölkə kənarında Azərbaycan restoranlarının menyusunda da özünü göstərir.
Tumblr media Tumblr media
Xilə qutabı isə daha az tanınır və yalnız Əmircan qəsəbəsində yerləşən "Kafe Xilə" adlı kafedə müştərilərinə təqdim edilir.
Tumblr media
Kafe Xilədə Xilə qutabı (16.07.2023)
Tumblr media
Kafe Xilə. "Qutablar, Xilə qutabı"
0 notes
tarkanarslan · 2 years ago
Photo
Tumblr media
Hazar denizi kıyısında güzel bir Can Azerbaycan günü 🇦🇿🇹🇷 #baku #azerbaycan #azerbaijan #azerbaycanturu with #seyahatterzisi #geziterzisi #seyahat #gezgin #beautiful #travel #travelawesome #holiday #travelphotos #cute #travelgram #igtravel #igers #instatravel #tflers #follow #tagsforlikes #bakburaya #eniyirotalar #bestshot #follow #instagram #like #instamood #insta (at Xəzər Dənizi (Hazar Denizi)) https://www.instagram.com/p/Cmll380re4_/?igshid=NGJjMDIxMWI=
0 notes
mirislamh · 3 years ago
Photo
Tumblr media
20 notes · View notes
guseynkhalilov · 5 years ago
Text
Sən Xəzər dənizi,
mən də sənə baxan "Дом Совет"
30 notes · View notes
nguseyn · 4 years ago
Text
Bütün ayrılıqların mən adını bilirəm.
Ağ dəniz, Qara dəniz, Xəzər, Bosfor, Aralıq
Nə fərqi var hardayam.
Sahildə batmaq üçün dənizə girməlisən.
Sən dənizi bircə yol ən balaca balığın,
Gözündə görməlisən.
Evin, işığın, itin.
Atan, anan, qardaşın,
Adam sevgilin adam.
Dostun, yarın, sirdaşın.
Çıxa bir-bir yadından...
unudub ağlayasan
Dənizdə ev tikəsən
Balıq qulaqlarından,
Xərçəng dodaqlarından,
Gəmi qırıqlarından...
Bütün gəlməyənlərə qapını bağlayasan..🍂
Tumblr media Tumblr media
2 notes · View notes
taghizade · 6 years ago
Text
Xəzər dənizi və Qız qalasız kimi idik, ayrılmaz idik zamanla ayrıldıq
45 notes · View notes
nagiieww-blog · 5 years ago
Text
İstəməzdi Xəzər dənizi bizim ikimizə bi balaca nəzər dəysin
2 notes · View notes
politiciansstuff · 3 years ago
Text
Dənizi hasara alıb, əraziyə daxil olmaq üçün ödəniş tələb edirlər - Pirşağıda özbaşınalıq
Yay mövsümü gəldiyindən insanlar istirahət etmək üçün çimərliklərə üz tuturlar. Lakin hər dəfə dəniz sahilinin oliqarx məmurlar tərəfindən qanunsuz hasara alınması gündəmə gətirilsə də, heç bir ciddi tədbir görülmür.
Moderator.az-ın əməkdaşı dünən Pirşağı qəsəbəsindəki Qızılqum çimərliyinə yollanıb. Əməkdaşımız gördüyü mənzərə qarşısında isə təəccübünü gizlədə bilməyib. Bildirir ki, dənizin başdan-basa hasara alıblar və iki yerdən giriş üçün darvaza qoyulub. Bunlardan biri qapalı olsa da, digəri açıqdı və qapıya yaşlı adamı mühafizəçi kimi qoyublar. Yaşlı adam isə kəndirlə darvazanın ağzını kəsib əraziyə daxil olan maşınlardan 1 AZN pul alıb içəri buraxır. Təbii ki, edilən ödənişin müqabilində avtomobil sahibinə heç bir qəbz təqdim edilmir.
Həftəiçi əraziyə gün ərzində 50-60 avtomobil daxil olursa, həftəsonu bu say 500-600-ə çatır. Bəs görən niyə aidiyyatı qurumlar bu özbaşınalığın qarşısını almır?! Hər dəfə biri dəniz sahilini, digəri meşəni hasara alıb şlaqbaum qoyur və əraziyə gələn insanlardan qanunsuz ödəniş tələb edir.
Əməkdaşımız bildirir ki, pul almaqları bir yana, çimərlikdə təmizlik işi də aparan yoxdu. Ərazi zibillə dolub, elə ancaq pul alıb kimisə əraziyə buraxmaqla deyil axı. Heç olmasa aldığınız pulun qarşılığında çimərliyi təmizlətdirin.
Qeyd edək ki, bir neçə gün öncə millət vəkili Fəzail Ağamalı da Xəzər sahilindəki hasarların sökülməsi üçün dövlət qurumlarına çağırış etmişdi:
“Xəzər dənizi ayrı-ayrı məmurların yox, xalqın sərvətidir. Məmurlar ondan pul qazanır, vətəndaş isə dəniz kənarında istirahət üçün ödəniş edir. Vətəndaşlar da bu sərvətdən çox sərbəst şəkildə istifadə imkanlarına malik olmalıdırlar. İşbaz, vəzifə səlahiyyətlərindən istifadə edən məmurlar qanundakı boşluqlardan geninə-boluna yararlanıblar. Hər il bu məsələ qaldırılır. Hətta ötən il də məsələ aktuallaşanda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə mühüm addım atıldı. Xəzər dənizinin sahilində ictimai çimərliklər yaradıldı. Bu təşəbbüs hər kəs tərəfindən alqışlandı.
Amma hələ də Xəzər hasardan xilas ola bilməyib. Heç kimə sirr deyil ki, dəniz Bakının Qərb qapısından - Qaradağdan gələn hissəsindən başlayaraq, hasarlanıb. O yerlər hansısa qanunlarla, hansısa meyarlarla ayrı-ayrı adamlara satılır, icarəyə verilir. Məndə olan məlumata görə, ərazi özəlləşdirilməyib, maraqlı tərəflər qanunsuz olaraq kimlərinsə cibinə pul axıtmaqla məşğuldurlar. Bütün bunların təhqiqatı aparılmalıdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məsələləri dərindən araşdırmalıdır. Xidmətin son vaxtlar gördüyü işlər təqdirəlayiqdir. Amma çox yaxşı olardı ki, bu sahəyə də diqqət yetirsinlər. Azərbaycan qanunvericiliyində ictimai, dövlət əhəmiyyətli məqsədlər üçün istənilən hasarlar sökülə bilər. Bunun üçün qurumlar konkret addımlar atmalıdır” - deyə Fəzail Ağamalı bildirmişdi.
"Moderator.az"
Vasif Əlihüseyn
05 İyul 2021-ci il
Tumblr media
0 notes
alishniftaliyev · 4 years ago
Text
İşlədiyim binadakı otaqdan Bakının mərkəzi hissəsi və Xəzər dənizi əla görünür. Xəzərə baxdıqca düşüncələrdə itirəm və bu dənizi Bakıya heç yaraşdırmıram. Səhra insanlarının yaşadığı yerin dənizə nə ehtiyacı var ki?! Zatən sarı torpağa və quma öyrənmiş bir xalq suyun dəyərini əsla bilməz. Ona görədir ki, Xəzəri çirkləndiririk, neftini-qazını alıb qayğısına da qalmırıq. Balığını tuturuq, hələ əyləncə üçün gəmi ilə üzərində bir dövrə də vururuq. Amma qətiyyən Xəzərin ruhundan anlamırıq.
Məsələn, Aleksandr Düma, bir fransız olaraq, Xəzəri daha yaxşı dəyərləndirmişdi, kitabı oxuyanda hiss edirdin ki ürəyi doludur, yazdıqları dənizdə batmaqdan qurtardıqlarıdır, yaza bilmədikləri isə Xəzərin dərinliklərində əbədiyyətə qovuşub. Xəzərə bir fransız, bir Azərbaycanlıdan daha çox bələd ola bilirsə, deməli bu dənizin sahilində yaşamaq heç haqqımız da deyil. Xəzərin ədəbiyyat ruhlu insanlara ehtiyacı var, onu mədh edə biləcək, qayğısına qala biləcək insanlara...
1 note · View note
istixeber-blog · 6 years ago
Text
Bakıda idarə rəisi cərimələndi
Bakıda idarə rəisi cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı şikayət daxil olub.
Nazirliyin Mətbuat xidmətindən İstixəbər.infosaytına bildirilib ki, şikayətlə bağlı Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində…
View On WordPress
0 notes
aztripstravel-blog · 7 years ago
Photo
Tumblr media
💐 Fairmont Gold-da nəfis 5 çeşid təamdan ibarət şam yeməyi menyusu və iki nəfərlik şərab şüşəsi daxil olmaqla möhtəşəm Xəzər Dənizi mənzərəsindən zövq alaraq gecənizi gözəl şəkildə tamamlayacaqsınız. 📅 8 Mart, 19:00 🎵 Saat 19:30-dan başlayaraq canlı musiqi ✅ Bir nəfər üçün 269 AZN olmaqla ilk 20 cütlük pəncərə kənarı masalarda rezervasiya etmək şansı • Ödənişsiz parkinq xidməti • Bütün xanımlar üçün xüsusi Aperol spritz və ya Kir Royal içkisi 🎁 Xüsusi Hədiyyələr Ətraflı məlumat və rezervasiya üçün: ✍ AzTRİPS Travel Agency 📌 Əli Mustafayev küç, City Mall, 2-ci mərtəbə 📲 +994 51 966 62 94 ✉ [email protected] 🖥 www.aztrips.club ----- 💐 Join us at the exquisite 5-course dinner accompanied by a bottle of wine for two at Fairmont Gold with the best panoramic view of Caspian Sea in the night 📅 March 8th, 19:00 🎵 Live music starting from 19:30 ✅ AZN269 per person featuring seats next to the windows for the first 20 couples • Free valet parking is available. • Welcoming Aperol spritz or Kir Royal for all ladies 🎁 Special gifts For more information and reservation ✍ AzTRİPS Travel Agency 📌 Ali Mustafayev st. City Mall 2th floor 📲 +994 51 966 62 94 ✉ [email protected] 🖥 www.aztrips.club #aztripstravel #fairmonthotels #fairmont #fairmonthotel #fairmontbaku #baku #flametower #bakucity #8mart #qadinlargunu #xanimlar #aztagram #gabala #gusar #fairmonthotelbaku (Fairmont Baku)
0 notes
vugarmesimoglu-blog · 8 years ago
Photo
Tumblr media
Xəzər dənizi, sübh tezdən #Xezer #Khazar #aztagrampeople #Azerbaycan #Baku #CaspianSea
0 notes
listeliyi · 8 years ago
Link
via Bakıda 2000-ci ilin güclü zəlzələsi təkrarlana bilər http://ift.tt/eA8V8J Maqnitudası 4,5 baldan artıq olan zəlzələlər eyni bölgədə 17 ildən sonra yenidən təkrarlana bilər. Bunu AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geodinamika şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov deyib. F.Qədirov bildirib ki, Qafqaz, o cümlədən Azərbaycan ərazisi seysmik bölgə olduğundan burada zəlzələlərin baş verməsi gözləniləndir: "Biz alimlərin əsas tədqiqatlarından biri də güclü zəlzələlərin nə vaxt ola biləcəyi ehtimallarını öyrənməkdir. Bu gün bu həm alimləri, həm əhalini, həm dövlət strukturlarını maraqlandıran prosesdir. Biz də öz tədqiqatlarımızı aparırıq". F.Qədirov bildirib ki, tədqiqatların aparılmasının müxtəlif metodları var. Metodlardan biri də baş verən hadisələrin klaster analizidir: "Biz tarixən baş verən təkanları və 1990-cı ildən bu günə kimi olan zəlzələləri analiz etmişik. Aydın olub ki, burada bir neçə klasterlər, yəni periodlar ortaya çıxır. Müşahidə olunan hadisələri zamana görə düzsək, bunların içərisindən gizli periodları tapa bilərik. Bu gizli periodları biz tapmışıq. Bunlardan biri 17, o biri isə 54 ildir. Burada söhbət maqnitudası 4.5-dən böyük olan zəlzələlərdən gedir. Bu o deməkdir ki, 17 il keçdikdən sonra maqnitudası 5-i ötən zəlzələ eyni bölgədə təkrarlana bilər. Bizim bölgəmizdə zəlzələ 6.4 maqnituda ilə olmuşdu. Bunu da biz analiz etdik və gördük ki, 17 il kifayət edir ki, həmin hadisə yenidən baş versin. Amma bu mütləq deyil, 1-2 il səhv də ola bilər. GPS tədqiqatları da göstərir ki, Abşeronun cənub tərəfində, dəniz hissəsində gərginlik toplanır. Bu elmi tədqiqatdır, amma hələ sadəcə öyrənilmə ərəfəsindədir. Eyni zamanda bu orta müddətli bir proqnozdur. Yəni qısa vaxt ərzində zəlzələni proqnoz etmək mümkün deyil". AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə bununla razı olmadığını diqqətə çatdırıb. Q.Yetirmişli bildirib ki, zəlzələlər hər hansı bir tarixi ardıcıllıq və ya statistika ilə baş vermir və səsləndirilən bütün fikirlər sadəcə ehtimallardır. Qeyd edək ki, 2000-ci il noyabrın 25-də Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərindən biri baş verib. Zəlzələ saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunub. Zəlzələnin episentri Xəzər dənizi sektorunda yerləşirdi. Güclü təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkib.
0 notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
25 yanvar Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Allah rəhmət etsin inşallah. Zeynalabdin Tağı oğlu Tağıyev 1823-cü ildə (bəzi mənbələrə görə 1838-ci ildə) Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev Tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı Tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir. İşləri Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən idi. Neft sənayesi və nəqliyyat 1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan "Hacı Zeynalabdin" şirkətini yaradır. Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır. 1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fəvva https://www.instagram.com/p/CZIwuyZopQ-/?utm_medium=tumblr
0 notes
politiciansstuff · 3 years ago
Text
Xəzərin sahilindəki hasarlar sökülməlidir! - Deputatdan dövlət qurumlarına ÇAĞIRIŞ
“Xəzər dənizi ayrı-ayrı məmurların yox, xalqın sərvətidir. Məmurlar ondan pul qazanır, vətəndaş isə dəniz kənarında istirahət üçün ödəniş edir. Vətəndaşlar da bu sərvətdən çox sərbəst şəkildə istifadə imkanlarına malik olmalıdırlar”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.
F.Ağamalı təəssüflə qeyd edib ki, Xəzər vaxtilə vəzifə səlahiyyətlərindən istifadə edənlərin, işbaz məmurların hesabına başda-başa hasarlanıb:
“İşbaz, vəzifə səlahiyyətlərindən istifadə edən məmurlar qanundakı boşluqlardan geninə-boluna yararlanıblar. Hər il bu məsələ qaldırılır. Hətta ötən il də məsələ aktuallaşanda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə mühüm addım atıldı. Xəzər dənizinin sahilində ictimai çimərliklər yaradıldı. Bu təşəbbüs hər kəs tərəfindən alqışlandı.
Amma hələ də Xəzər hasardan xilas ola bilməyib. Heç kimə sirr deyil ki, dəniz Bakının Qərb qapısından-Qaradağdan gələn hissəsindən başlayaraq, hasarlanıb. O yerlər hansısa qanunlarla, hansısa meyarlarla ayrı-ayrı adamlara satılır, icarəyə verilir. Məndə olan məlumata görə, ərazi özəlləşdirilməyib, maraqlı tərəflər qanunsuz olaraq kimlərinsə cibinə pul axıtmaqla məşğuldurlar. Bütün bunların təhqiqatı aparılmalıdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məsələləri dərindən araşdırmalıdır. Xidmətin son vaxtlar gördüyü işlər təqdirəlayiqdir. Amma çox yaxşı olardı ki, bu sahəyə də diqqət yetirsinlər. Azərbaycan qanunvericiliyində ictimai, dövlət əhəmiyyətli məqsədlər üçün istənilən hasarlar sökülə bilər. Bunun üçün qurumlar konkret addımlar atmalıdır”.
Deputat deyib ki, görülən işlər yetərli deyil:
“Çünki sona çatdırılmayıb. Ölkəmizdə həyata keçirilən məqsədli və davamlı tədbirlər, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, qanunsuz davranışların qarşısının alınması ilə bağlı ciddi mübarizə Xəzərin hasardan azad olunması üçün də addımların atılmasına imkan verir. Ona görə də müvafiq qurumlar konkret addımlar atmalıdırlar”.
“Modern.az” saytı
Gülşən Raufqızı
30 İyun 2021-ci il
Tumblr media
0 notes