#tanınıb
Explore tagged Tumblr posts
Text
VERSAL RAZILAŞMASI GÜNDƏMDƏ: BAKI BU XƏRİTƏNİ MASAYA QOYDU - DURUM DƏYİŞİR
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
- Fəzail müəllim, İrəvan davamlı olaraq bu ilin sonuna kimi sülhün əldə edilməsini gündəmə gətirir. İl artıq başa çatır, ortada isə ciddi bir nəticə yoxdur. Sizcə, proses ətrafında heç bir addım atmadan manipulyasiya etmək nə vaxta qədər davam edəcək?
- Bu gün Ermənistan və ona rəhbərlik edən şəxslərin qeyri-ciddi açıqlamaları gündəmdədir. Döyüş meydanında məğlub olan Ermənistan müharibədən sonrakı üç ildə özünü qeyri-adekvat aparır. Onun güvəndiyi isə ABŞ, Avropa İttifaqı, Fransa və s ölkələrdir. Bundan istifadə edən Nikol Paşinyan beynəlxalq aləmdə özünü “sülhpərvər” kimi aprmağa çalışır. O hətta Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etsə də, daha sonra elə bir şərait yaradır ki, bu müstəvidə görüşlər təxirə düşür. Eyni zamanda erməni tərəfi müxtəlif bəhanələr, şərtlər irəli sürür. Məğlub olmuş bir dövlətin şərt irəli süməsi isə absurd məsələdir. Bu günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya 31 kəndin Azərbaycanda olması ilə bağlı sərsəm bəyanatı da heç bir məntiqə sığmır. Eyni zamanda Paşinyan Qazaxın Ermənistanın işğalında olan 4 kəndinin geri qaytarılması ilə bağlı açıqlaması da hiddət yaradan faktlardır. Həmçinin Başkəndlə bağlı absurd iddialar irəli sürülür. Ona görə də, bu cür sərsəm və məntiqsiz açıqlamalar fonunda Azərbaycan heç vaxt Ermənistanla sülhə getməyəcək. Çünki erməni tərəfindən irəli sürülən bu şərtlər Azərbaycana qarşı ərazi iddiasının yeni bir formasıdır.
- Buna qarşı Azərbaycanın əsas arqumentləri necə ola bilər?
- Ermənistanın bu davranışları fonunda Azərbaycan 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin sərhədləri çərçivəsində ərazilərin delimitasiyasını təklif edəcək. 1920-ci ildə Versal sülh sistemində Azərbaycanın ərazi bütövlüyünün tanınması şərti tamam fərqli idi. İndiki Ermənistan, yəni 29,8 min kv km-lik ərazinin 20 min kv km-i Azərbaycan ərazisi kimi təsbit edilmişdi. Ermənitsan həmin sülh sistemində 9 min kv km-lik bir ərazidə tanınıb. Eyni zamanda Ermənistanın müstəqillik haqqında konstitusiya aktında o özünü 1918-1920-ci illərdəki erməni dövlətinin varisi elan edib. Bu da bir daha Azərbaycan ərazisi olan 20 min kv km-lik böyük bir ərazinin Ermənistana aid olmadığını ifadə edir. Azərbaycan məhz bu arqumentləri gündəmdə saxlamalıdır. Qazaxın 7-i və Kərki kəndi ilə yanaşı, Versal sülh sistemində qəbul edilən və Azərbaycanın tarixi ərazisi kimi dövlət sərhədləri çərçivəsində təsbit olunan ərazilər daxilində iddialarımız ortaya qoyulmalıdır. Kapitulyasiyaya imza atmış ölkənin nazı ilə oynamaq yersizdir. Buna son qoyulmalıdır.
- Bakının bu yanaşmalar fonunda sülh danışıqlarından imtinası gözlənilirmi?
- Bu qaçılmaz ola bilər. Azərbaycanın sülh danışıqlarından imtina edərək, daha ciddi şəkildə öz tələblərini ortaya qoyması da mümkündür.
- Almatı razılaşması ətrafında Paşinyan manipulasiya edir. Bu razılaşma ilə bağlı Ermənistanın israrlı davranışı nə ilə bağlıdır?
- Bu razılaşma heç bir ciddi əsasa malik deyil. Erməni tərəfinin bununla bağlı israrı heç bir fakta və məntiqə əsaslanmır. Almatı razılaşmasında guya hansısa bir qeydin olması ilə bağlı heç bir fakt odur. Sadəcə 1991-ci ildəki reallığa uyğun məsələlər var. Hətta 1974-cü ilə aid xəritələr əsasında sərhədlərin müəyyənləşməsindən də bəhs edilir. 1974-cü ilə qədər və ondan sonrakı illər siyasi yanaşmalar fərqli idi. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən ermənilərin iddialarının qarşısı qətiyyətlə alınmışdı. Ona görə də, indiki halda erməni tərəfinin iddialarının heç bir əsası yoxdur. Fakt odur ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını hələ də davam etdirir. Beləliklə situasiya gərginləşir və bunun fonunda hansısa bir sülh sazişi imzalamaq qeyri-real görünür. Onlar ümid edirlər ki, kimlərsə gəlib onların əvəzinə döyüşüb Azərbaycan əraziləri onlara verəcək. Bu yanlış iddiadır. Əslində bu Ermənistanı fəlakətə aparan xətdir.
“Teleqraf.com” saytı
Tapdıq Qurbanlı
04 dekabr 2023-cü il
0 notes
Text
Leyladan sonra dünyam dəyişildi.. Bildim kim mənim yanımdadır, kim yox, dost dar günündə tanınıb deyirlər amma sən gedəndən sonra heç kəs məni yad eləmədi 🙂.
10 notes
·
View notes
Text
Yurdumun insanı gözündəki qürurundan tanınıb həmişə. Mərdliyi, mübarizliyi, qorxmazlığı sayəsindədir ki, bugün dünyanın dörd bir yanında Azərbaycan bayrağı dalğalanır, ürəyimiz haqla, güc - qüvvətlə döyünür! 🇦🇿
Canını uğrumuzda fəda etməyə hazır olan, hazırda səngərdə düşmənə qarşı mübarizə aparan, bundan sonrakı günlərdə ön cəbhəyə getməyə hazırlaşan hər bir oğulun Tanrı yolunu açıq etsin. Bu vətən nə qədər məğrur insanlar yetişdirib, bir daha sübut olunur. Halal olsun o analara ki, ürəyindəki övlad qorxusu gecəsini gündüzünü zülmətə çevirsə belə, əzmlə mübarizə deyib qürur gözyaşı axıdır. Allah o cür kişi qeyrətli anaları bu yurda çox görməsin inşallah. Bütün əzizlərim, doğmalarım daxil, hər birimizin qardaşı, atası, yoldaşı alnıaçıq, başı uca geri dönsün! Yurd həsrəti çəkən insanların ürəyindəki nisgil ərisin, xoş günlərini doğma evlərində, ocaqlarında keçirsinlər! Başqa arzum niyyətim yoxdur, nə bugünümə, nə də bundan sonrakı sabahlarıma... Müharibə insana həyatın ən sərt, gerçək üzünü göstərir. Hansı ki orada həm ağrı var, həm sevinc var, həm qürurdan axan göz yaşları var. Kiçiyindən böyüyünə, qocasından cavanına, aşağı yuxarı təbəqə demədən hər birimizi dik tutan, məğrur saxlayan ən müqəddəs sütundur bu sevgi ❤️ Tükənməsin🙏
Bayrağımız hər zaman şəhərimizin bəzəyi olaraq hər evdən dalğalansın, qürur hissi ilə bütün şəhidlərimizə Yaradandan rəhmət diləyirəm.❤️🇦🇿
Bugünün təməli sizlər, sabahı isə bizlər yaradacağıq. Allah bizə bu yolu şərəflə addımlamağı nəsib eyləsin 🙏
#feelings#my notes#azerbaycan#karabakh#nagorno karabakh#turkey#dağlık karabağ#azerbaijan#vatan sevgisi#bu vatan bizim#Karabakh#my photos
10 notes
·
View notes
Text
Quardioladan Serxi Qomes açıqlaması
Quardioladan Serxi Qomes açıqlaması
“Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola komandasının “Anderlext”in müdafiəçisi Serxi Qomeslə maraqlandığını açıqlayıb. Metbuat.org xəbər verir ki, “Sky Sports” 51 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb: “Klub həmişə müxtəlif variantlar üzərində işləyir. Qomesə gənclər arasında keçirilən dünya çempionatlarının birində Fil Fodendən sonra turnirin ən yaxşı oyunçusu kimi tanınıb.…
View On WordPress
#Anderlextin#arasında#birində#çatdırıb#çempionatlarının#dediklərini#Fodendən#Gənclər#həmişə#işləyir#keçirilən#komandamıza#komandasının#köməyi#maraqlandığını#məşqçisi#müdafiəçisi#müxtəlif#oyunçusu#Qomeslə#Quardiola#tanınıb#turnirin#üzərində#variantlar
0 notes
Photo
Laçın ictimaiyyətinə ağır itki üz verib! Hacı Seyid Səttar Seyid İbiş oğlu bu gün vəfat edib. Seyid Səttar ağa Seyid İbiş oğlu seyid Lazım ağanın doğmaca qardaşı oğludur. O da Lazım ağa kimi insanları düz yolla getməyə, haramla-halalı qatmamağa, pis əməllərdən uzaq olmağa çağıran bir ağsaqqal kimi tanınıb. Seyid Səttar ağa 1937-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olmuş, ilk təhsilini də orada almışdır. O, 1952-ci ildə Ağdam Mexanikləşdirmə Texnikumunu bitirib. 1962-ci ildən Təhsil Nazirliyinin göndərişi ilə məktəbdə maşınşünaslıq üzrə müəllim işləyib. Sonralar Laçın rayonunun avtobazasında çalışıb. Qarabağın oxumuş alimlərindən olan, Qurani-Kərimin surələrini əzbərdən bilən, dini və dünyəvi elmlərin mahir bilicisi olan Molla Müseyibin yanında İslam dininin sirlərini mənimsəmişdir. Lakin 1972-ci ildə ağanın dilindən iltizam almış, ona Quran oxumağı yasaq etmişlər. Seyid Səttar ağa dinimizi uzun illər ürəyində bəsləmiş, Allah, iman yolundan dönməmişdir. Ağa ömrü boyu kasıb-küsuba əl tutmuş, qiymətli tövsiyələri, müdrik kəlamları ilə insanları haqq yoluna qaytarmış və qaytarmaqdadır. Övladları Vətən torpağı uğrunda şərəflə döyüşüblər. Ağa özü də Laçın düşmən əlinə keçənə qədər əsgərlərimizin arasında olub, onlara mənəvi dayaq durub. Seyid Səttar ağa 2004-cü ildə müqəddəs Məkkə ziyarətində olub. Allah rəhmət etsin inşallah! https://www.instagram.com/p/Ca5EzUggXW5/?utm_medium=tumblr
0 notes
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
Text
Dünyanın ən böyük çiçəyi tapıldı
Dünyanın ən böyük çiçəyi tapıldı
Elm adamları İndoneziyanın dağətəyi bölgələrində ən böyük rafflesia və ya “nəhəng çiçək” tapıblar.
CNN-nin xəbərinə görə, bu yaxınlarda çiçək açan rafflesia təxminən 122 santimetrdir.
Qərbi Sumatradakı Təbii Qaynaqlar və Qoruma Mərkəzindən alınan məlumatlara görə, o, indiyə qədər qeydə alınan ən böyük çiçək olaraq tanınıb.
Qeyd edək ki, çiçək 2017-ci ildə qeydiyyata alınmış dünyanın ən…
View On WordPress
0 notes
Text
İran Qarabağda işğalçı ermənilərə haqq qazandırır
İran Qarabağda işğalçı ermənilərə haqq qazandırır
Bir müddət bundan öncə İran rejiminin “Şərq” adlı qəzeti “Artsax” cümhuriyyətinin xarici işlər naziri Masis Mayiliyandan müsahibə almışdı. Əlbəttə, xatirladaq ki, “Artsax” cümhuriyyəti adında bir ölkə ancaq Ermənistan tərəfindən rəsmi tanınıb, dünyada heç bir ölkə bu qondarma cümhuriyyəti tanımır. Buna da əsas bir səbəb var, əslində “Artsax” adlanan məntəqə Azərbaycanın işğal olunmuş ərazisidir,…
View On WordPress
0 notes
Text
Fəzail Ağamalıdan tarixi Azərbaycan torpaqları ilə bağlı çağırış
Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı Ermənistanın mövcud olduğu tarixi Azərbaycan torpaqları ilə bağlı çağırış etdi. Deputat bildirdi ki, 1920-ci ildə Fransada, Versal sülh konfransında Azərbaycanın Cümhuriyyətinin xəritəsi təsvir olunmaqla Azərbaycanın dövlət müstəqilliyi tanınıb.
F.Ağamalı təəssüflə bir məqamı qeyd etdi: “Bəzən ayrı-ayrı mətbuat səhifəsində rastlaşırıq ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmalı deyil. Ombudsman da, hər kəs də birmənalı olaraq Cümhuriyyətin varisi kimi Azərbaycanın indiki Ermənistan tərəfindən zəbt olunan 28 min kv.km-lik ərazilər bütün platformalarda gündəmə gətirilməldir. Xahiş edirəm, bizim millət vəkillərimiz də “Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur”-deməkdən çəkinsinlər. Eyni zamanda bu gün bizə əzələ nümayiş etdirən İranın ərazinin böyük hissəsi tarixi Azərbaycan ərazilərdir. Bunu nə İran rəhbərliyi, nə də Makron kimi təlxək unutmasın”.
"Musavat.com" saytı
Elşad Paşasoy
18 oktyabr 2022-ci il
https://musavat.com/mobile/news/fezail-agamalidan-tarixi-azerbaycan-torpaqlari-ile-bagli-cagiris_929431.html
0 notes
Text
Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı yeni qərarını elan etdi
Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun bağlı ikinci qərarını elan edib. 18-ci maddə (siyasi ayrı-seçkilik) üzrə araşdırma aparılmayıb. Yalnız 6-cı maddənin 1-ci bəndinin (ədalətli mühakimə hüququ) pozuntusu tanınıb. Həbs müddətində itirilən gəlir və həbsin törətdiyi xərclər üzrə kompensasiya ödənməsi üzrə hissədə təmin olunmayıb. 7 hakimdən 3-ü etiraz mövqeli rəy verib. [facebook…
View On WordPress
0 notes
Link
via İlkin Həsəni: “Çölə çıxanda, insanların üzünə baxanda görürsən bir adamın da üzü gülmür” — MÜSAHİBƏ http://ift.tt/eA8V8J Dünən “Stalinin başı” adlı filmi təqdim olunan tanınmış aktyor İlkin Həsəni ilə müsahibəni təqdim edirik – İlk öncə dünən təqdimatı olan “Stalinin başı” filmindən başlayaq. Bundan öncəki “Axırıncı yol” filminiz bütün rekordları qırıb. Bu filmin eyni uğuru təkrarlayacağını düşünürsüz? – Biz artıq 3-cü ildir kinoteatrlara filmlər çəkirik. Bundan 3 il öncə ilk işimiz olan “Ay briliant” filmini çəkdik. Həmin filmi çəkməmişdən əvvəl “Bozbash Pictures” üçün televiziyadan sonra nələr edə biləcəyimizi düşündük. Televiziyadan bir az daha qabağa getmək istədik. Çünki biz televiziyada hər şeyin maksimumunu etmişdik. Həftəlik serial üçün bir həftə Dubayda, bir həftə İstanbulda, bir həftə Rusiyada və Azərbaycanın rayonlarında çəkilişlər həyata keçirə bilmişdik. Əlbəttə, bu, olduqca çətin iş idi. Onu etdikdən sonra fikirləşdik ki, biz daha nələr edə bilərik? İki seçim qarşısında qalmışdıq - biri konsert vermək idi, digəri isə film çəkmək. Fikirləşdik ki, konsert variantları artıq var və çox uğurlu alınıblar. Bu işi “Planet Parni iz Baku” və “Bu şəhərdə” kimi komandalar əla bacarır. Biz də konsert mədəniyyəti formalaşdığı üçün, film seçimində tərəddüd yaşadıq, sonda isə yenə də film variantının üzərində qaldıq. Çünki bunu heç kim Azərbaycanda etməmişdi. Düşündüm ki, biz tamaşaçılarda kinoteatra gəlmək kimi mədəniyyətin formalaşdırılmasına haradasa təkan verə bilərik. Bu elə də oldu. Gördük ki, az da olsa tamaşaçıların marağı var. Tamaşaçı gəlmək istəyir. Onlar yerli filmlərimiz üçün darıxıblar. Həmin ərəfədə kinoteatrlarda xarici filmlər - əsasən Rusiya və Türkiyə filmləri çoxluq təşkil edirdi. Biz bunu etdikdən sonra növbəti ilə hazırlıq prosesinə başladıq. Bir də onu eşitdik ki, artıq hamı - film çəkə bilən də, çəkə bilməyən də, ömründə bir dənə klip çəkən də film çəkmək sevdasına düşüb. Ümumiyyətlə, filmdən anlayışı olmayan adamlar başlayırlar ki, film çəkib pul qazanmaq istəyirik. Bizdən bir il sonra hamı birdən-birə film çəkməyə başladı. Ötən il “Axırıncı yol” filmindən sonra təxminən bir ay içində səhv etmirəmsə, 9-10 yerli film nümayiş edildi. Bunlardan heç biri uğur qazanmadı. Çünki, əvvəlcədən detalları planlaşdırılmamışdı. Amma biz onlardan fərqli olaraq böyük uğur əldə etdik, hətta rekord qırdıq. “Axırıncı yol” filmindən əldə olunan gəlirlə biz növbəti filmimizi çəkdik. Bunların hamısını bir-iki pillə daha keyfiyyətli etməliyik ki, tamaşaçı gələndə müqayisə edib deməsin ki, bundan əvvəlki daha yaxşı idi. Məsələn, birinci, ikinci hissəsi olan filmlər hər zaman müqayisə olunur. Bundan qaçmaq üçün filmin adını “Stalinin başı” qoyduq. – Adını “Axırıncı yol 2” edib tilsimi qırmaq da olardı... – Hə, amma o bir az riskli məsələ idi. Əslinə qalsa düz deyirsiniz. “Stalinin başı” filmi “Axırıncı yol” filmindən daha çox büdcəli, daha çox hadisəli və daha da maraqlıdır. Amma yenə də hər şey tamaşaçılardan asılıdır. Ola bilsin kiminsə bu film, kiminsə də “Axırıncı yol” filmi xoşuna gələcək. Film 90 dəqiqədir və bu 90 dəqiqə ərzində demək olar ki, 90 məkan var. Filmdən gözləntilərimiz çox böyükdür. Rekordu qırmaq istəyirik, amma bir məsələ var ki, artıq özəl film sahəsi ayağa qalxmamış, qabağımıza müəyyən məsələlər və əngəllər çıxır. Kinoteatrlar qabağınıza müəyyən şərtlər qoyur, vergi problemləri sözünü deyir. Ona görə də 1-2 il ərzində yerli filmlərimizdən inkişaf gözləmək gülüncdür. Ən azından biz film çəkənlər üçün 5 il ərzində bütün qapılar açılmalıdır. Vergilər, kinoteatrlar müəyyən güzəştlər etməlidir ki, bu sahəni 5 il ərzində inkişaf etdirək. Ondan sonra artıq şərtlərini, tələblərini qoymalıdırlar ki, bunu istəyirlər. – Necə oldu ki, “Bozbash pictures” yarandı? Səhv etmirəmsə adını bozbaş müğənnilərə xitabən qoymusunuz. – O vaxt biz “Bozbash pictures”i yaradanda “bozbaş müğənnilər” deyə bir anlayış var idi. Hansı ki onları deyəndə ki, filan müğənnidir, deyirdilər yox, o, “bozbaş”dır. Bugünkü gündə onlara “ara müğənnisi” deyilir. Bizim də işimiz xarici kliplərlə yerli mahnıları sintez eləmək idi. “ATV maqazin”də həmin “bozbaş mahnılardan” istifadə edirdik. Belə fikirləşdim ki, elə layihənin adı “Bozbash pictures” olsun. Sonra yavaş-yavaş inkişaf etdirdik. Bu işdə bizə dəstək olan insanlara minnətdaram. Başda Vüqar Qaradağlıya təşəkkürümü bildirmək istəyirəm ki, dəstək oldu və 2013-cü ildən artıq böyük bir komanda ilə çəkilişlərə başladıq. Rayonlarımızı, ölkələri gəzdik, çəkilişlər apardıq. – Rayon çəkilişləri zamanı icra başçılarından “veto” qoyan, maneələr törədənlər oldumu? – Əlbəttə, zəng edib icazə alırdıq. Deyərdim ki, yad bir layihə idi. İcra başçıları bizdən çəkinirdilər. Çünki layihənin adını eşidəndə ki, “Bozbash pictures”dir, o zaman deyirdilər nə edəcəksiniz, nə çəkəcəksiniz burada?! Məsxərəyə qoyacağımızı düşünürdülər. Hətta bəzi rayonlarımızın rəhbərləri deyiblər ki, rayonumuza gəlməyin. Amma bir müddət keçəndən, layihəmiz tanınandan sonra həmin icra başçıları özləri bizə zəng edib dəvət edirdilər. – Sizin komandanızda xanım aktyorlar az-az olur. “Ən yaxşı güldürən kişilərdir” deyimi ilə hərəkət edib, qadınların yumorunu ikinci plana salırsınız? – Əslində dünya kinosu, dünya kino tarixinə nəzər salsaq gorərik ki, ən çox güldürən, sırf komediya ilə məşğul olanlar kişilər olub. Çünki kişilərdə bu daha yaxşı alınır. Azərbaycanda təəssüf ki, güldürməyi bacaran istedadlı xanımlarımız çox azdır. Bəlkə də var, sadəcə olaraq müəyyən bir kompleksləri var ki, efirə çıxmağa, tanınmağa çəkinir. Həmin istedad xanımların içində yatır. Aradabir xanım aktrisalarımızdan istifadə edirik. Sadəcə bizim komandalarımızın hamısı kişilərdir. “Erkəkxanadır” bizdə. (gülür – red.) Hansısa bir rayona gedib çəkiliş edəndə bizim üçün xanımsız daha rahat olur. – Sosial şəbəkələrdə çox aktivsiniz. Xanımlardan sevgi təklifləri gəlirmi? – Əvvəl daha çox idi. Keçən ilin may ayında nişanım oldu və ondan sonra bu hal kəskin şəkildə azaldı. – Bundan narazısınız, yoxsa necə? – Yox. Əslində normal baxıram. Bu 22 yaşımda olsaydı, haradasa heyifslənə bilərdim ki, cavanlıq da belə getdi. Hal-hazırda elə bir yaşdayam ki, normaldır. Hər şeyin bir vaxtı var. – Aktyorlar əsasən maddi gəlirlərdən şikayətlənir. Bəs “Bozbash pictures”in kollektivi dolana bilirmi? – Bunun təbii ki, təsiri var. Elə şeylər var ki sırf maddiyyatla bağlıdır. Biz ayrıca bir prodakşın kimi fəaliyyət göstəririk. “İlkMedia”nın hələlik 2 məhsulu var. Təbii ki, mən istəyərdim daha çox verilişlər, kinolar çəkək. Planlar çoxdur. Amma bunları reallaşdırmaq üçün böyük komanda lazımdır. Böyük komandanın da böyük xərcləri olur. Onun üçün də inşallah gələcəyə ümidvaram, yəqin ki, yaxşı olar. Şirkətlərimizin hamısının hal-hazırda elə bir vaxtıdır ki, əksəriyyətində durğunluqdur. Vəziyyət 2-3 il əvvəlki kimi deyil. Şirkətlərimiz özlərini toparlayıb ayağa qalxsın, vəziyyətləri yaxşılaşsın, onlar da canla-başla bizə sponsorluq etsin, maddi dəstək versin ki, biz o layihələri həyata keçirək. – Yəqin ki, həyata keçirmək istədiyiniz böyük bir arzunuz var. – Ən böyük arzum odur ki, bir neçə böyük layihələr edib, Azərbaycandan kənara çıxmağı bacaraq. Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrə keçmək istəyirəm. İnşallah növbəti illərdə planımız odur ki, artıq filmləri sırf Azərbaycan tamaşaçısı üçün etməyək, keyfiyyəti biraz da artıraq və Turkiyə və Rusiyanın kinoteatrlarında yayımlayaq. – Televiziyaların indiki durumundan agah olmamış olmazsınız. Sizcə niyə türk və rus kanalları evimizi “işğal” edib? – Təbii ki, çoxluq indi belədir. Müəyyən kabel televiziyaları var ki, o şəraiti yaradır və bir evdə yüzlərlə kanala baxa bilirik. Tamaşaçı da öz seçimini edir. Kimi musiqili və əyləncəli verilişlər seçir, kimi tarixi filmləri, kimi də sənədli filmlər, verilişlər verən kanalları seçir. Seçimlər müxtəlifdir. Amma bugünkü vaxtda öz yerli kanallarımızın da kifayət qədər tamaşaçısı var. Bu, sözsüz əvvəlki illərə nəzərən zəifdir. – Yenidən əvvəlki kimi reytinqi qaytarmaq üçün nə etmək lazımdır? – Azərbaycanda interneti kəsmək lazımdır. (gülür – red.) – Azərbaycanda yaddaqalan aparıcı olmaq üçün nə etmək lazımdır? – Axırıncı aparıcılıq etdiyim televiziya layihəsi 2012-ci ildə olub. 2001-2012-ci illər arası aparıcılıq etmişəm. Yadda qalmaq üçün öz dəst-xəttini seçməlisən, heç kimə bənzəməməlisən, heç kimin kopyası olmamalısan ki, insanlar da deməsin ki, bu flankəsi yamsılayır, təkrarlayır. Öz dəst-xəttin olmalıdır. Hər şeyə bir münasibətin olmalıdır ki, tamaşaçı baxıb səni söyməsin. Tanınmaq ayrı, amma tanınıb sevilmək ayrıdır. O qədər tanınmış aparıcı var ki, internetdə və ya televiziyada tamaşaçı baxanda lənətləyir, xoşagəlməz sözlər deyir. Elə adamlar da var ki, tanınırlar və sevilirlər. Nəyə görə? Hansısa bir mövqelərinə görə, hansısa bir dürüst və düzgün fikirlərinə görə, efir davranışına görə, efir etikasına görə, efir abır-həyasına görə. Yəni, belə adamlar azlıq təşkil edir, amma bizim efir məkanımızda belələri var. – Sizi həmişə komedik rollarda görmüşük. Nə zamansa dramda, faciədə rol almaq fikriniz var? – Dramda oynamaq istəyim olub. Hətta biz bu haqda çox fikirləşmişik. Müəyyən bir sosial çarx da olub, film də olub. Amma ki, risk etməmişəm. Bir dəfə uzun müddət öncə Faiq Ağayevin klipində balaca bir rolum olub. Onsuzda həyatımız dramadır. İşdən çölə çıxanda, camaatın üzünə baxanda görürsən ki, adamların üzü gülmür. Hamının özünə görə problemləri var. Heç olmasa kinolarda komediya olsun ki, baxıb gülümsəsinlər. Əvvəllər mənə bir şeyi deyirdilər, amma o qədər də fikir vermirdim. Amma indi-indi başa düşürəm. Yazırlar ki, çox sağ olun, heç olmasa həftə ərzində bir dəfə sizin verilişə baxırıq, bu qədər problemin içində üzümüz gülür. – Peşman olduğunuz, “kaş ki” dediyiniz nəsə olub? – Əsgəlikdən sonrakı bir neçə il... Həm bir ilimi əsgərlikdə itirdim, həm də heç bir şey əldə etmədim. Hərbi biletdən və bir dəfə avtomat atmaqdan başqa bir şey qazanmadım. Hərbi xidmətə getməyə bilərdim, amma getdim. Bir il karyeramı itirdim. Peşmançılıq da deməzdim, sadəcə buna vaxt itkisi deyərdim. Sonra həyata adaptasiya olmaq dövrü çətin keçdi. 2-3 il sanki əlimi qolumu kimsə bağlamışdı ki, heç bir şey etmə, bütün gün yat. Sadəcə bir tənbəllik dövrü yaşadım. O dövrə peşmanam, kaş ki, o illər ərzində nəsə edə bilərdim. – Sizi ən çox qorxudan nə olub? – Məni ən çox qorxudan tənhalıq olub. Müəyyən insanlar görürsən ki, bu insanların nə bir dostu var, nə bir tanışı var, nə çevrəsi var. Bax, həmin bu tənhalıqdan qorxuram. Bu tənhalığın kiçik bir versiyasını əsgərlikdə yaşamışam. Təsəvvür edin ki, bütün gün sənə zəng edən, mesaj yazan tanışlar, dostlar birdən-birə hamısı yox olur, heç kimin olmur. Bir tək ən yaxınların qalır. Bir ildə bildim ki, mənim dostlarım kimdir, mənim yaxınlarım kimdir. Həmin bir ildən sonra efirə qayıdanda həmin adamlar yenidən üzə çıxmağa başladı - “Ay İlkin, baxdıq super, sən əlasan, səndən yoxdur, sən bombasan” və s. Artıq o siyahını yaxşılar və pislər olaraq ayırdım. – Bizə nə etiraf edə bilərsiz? – Telefonumda xüsusi bir kod var, hər il film öncəsi onu qoyuram və heç kim zəng edə bilmir. Yəni, heç kim də dəvətnamə istəyə bilmir (gülür). Çünki, dəvətnamələrimiz məhdud saydadır. Hamı isə gəlmək istəyir, qala gecədə iştirak etmək istəyir. Nədənsə, heç kim sabahkı gün gedib bilet alıb, kinoteatrda baxıb, dəstək olmaq istəmir. Vallah bəzən ailəmizə belə deyirik ki, 5 günə filan 10-15 dənə bilet alıb kinoteatrda baxarıq. Qalada yer olmayacaq. İncimirlər, başa düşürlər...
0 notes
Photo
31 dekabr dəyərli insan, şəxsiyyətli Gəncəlimiz, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Vəliyevin (Hacı Vaqif) doğum günüdür. Allah rəhmət etsin inşallah. Vaqif Vəliyev 1940- cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib. https://www.instagram.com/p/CYIlEuoovVR/?utm_medium=tumblr
0 notes
Photo
Əsgərlikdə olmayan generalis-simus, 8 dəfə türmədə yatan cani– Tarixin 100 dühasından biri: Stalin 21 dekabr Stalinin doğum günüdür. O, dünyaya gələndə planetin 1 milyard 397 milyon 664 min 43-cü sakini olub, çox qısa müddətdən sonra milyardların içərisində ən məşhur və tanınan şəxsiyyətlərdən birinə çevrilib, 43 ildən sonra planetin altıda bir hissəsinə, 188 milyon əhalisi olan SSRİ-yə rəhbərlik edib. 21 dekabr 1879-cu ildə Qoridə çəkməçi ailəsində anadan olan Stalinin əsl ad və soyadı İosif Cuqaşvili olsa da, yaşadığı 74 il ərzində 18 təxəllüs daşıyıb, 1912-ci ildən isə o, dünyada Stalin adı ilə tanınıb. Bu adın yaranması ilə bağlı fərqli və çoxsaylı versiyalar mövcuddur. Bəzi versiyalara görə, Stalin adını ona Lenin verib, digər bir versiyada bu ad tərcüməçi və jurnalist Yevgeni Stalinskinin adından götürülüb və s. Hər halda adın necə yaranmasından, kim tərəfindən verilməsindən asılı olmayaraq Stalin adı dünyada ən məşhur adlardan birinə çevrilib və bu adın daşıyıcısı dünyanın ən çox öyrənilən 100 şəxsi siyahısında yer alıb. Stalin haqqında çoxsaylı filmlər çəkilib, kitablar, məqalələr yazılıb. 21 dekabr tarixini, Stalinin doğum gününü nəzərə alaraq 1. Generalisimus rütbəsini və SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsini daşıyan İosif Stalin hərbi xidmətdə olmayıb. 2. Çoxmilyonlu üzvü olan Kommunist Partiyasına rəhbərlik edən Stalin 8 dəfə həbsxana həyatı yaşayıb. 3. Onun ilk siyasi məqaləsi 1901-ci ildə Bakıda “Nina” mətbəəsində çap olunan “Brdzola” (Mübarizə) qəzetində dərc edilib. 4. 1912-ci ildə Stalin “Pravda” qəzetinin redaktoru vəzifəsində işləyib. 5. Hədsiz dərəcədə mütaliəni sevən Stalinin Kremldəki evində və bağında zəngin kitabxanası olub. O, hər gün 300 səhifədən artıq müxtəlif mövzularda kitablar oxuyub. 6. Stalin hakimiyyətinin yadda qalan məqamlarından biri də onun SSRİ-nin bütün şəhər və rayonlarında parkların salınması ilə bağlı sərəncamıdır. Bütün parklarda oyun və oxu zallarının fəaliyyət göstərməsi də sərəncamda öz əksini tapıb. 7. 1927-ci ildə Stalin partiya orqanlarında vəzifə tutanların 4 otaqdan artıq bağ evinə sahib olmasına qadağa qoyub. 8. O, 30 illik hakimiyyəti dövründə üç dəfə istefa vermək qərarına gəlib https://www.instagram.com/p/CXvostRtZXp/?utm_medium=tumblr
0 notes
Photo
Bu gün Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olan şəxs kimi tanınan, Mir Mövsüm Ağanın vəfat etdiyi gündür. Allah rəhmət etsin inşallah, Cəddi cənabi Peyğəmbər Xalqımıza kömək olsun inşallah 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Mir Mövsüm Ağa yeriyə və otura bilirdi. Amma kalsiumun çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. https://www.instagram.com/p/CWYwKKiNG8N/?utm_medium=tumblr
0 notes
Text
BAKI LAÇIN DƏHLİZINDƏKİ ÖZBAŞINALIQLARA QARŞI HANSI ADDIMLAR ATA BİLƏR? - MÜSAHİBƏ
Azərbaycan Müdafiə Nazirliyi şənbə günü Rusiyanın Müdafiə Nazirliyinə və Xankəndidəki sülhməramlıların kontingentinə xəbərdarlıq məktubu ünvanladı. Məktubda açıq şəkildə bildirilidi ki, üçüncü ölkənin yük maşınları və digər nəqliyyat vasitələri Azərbaycan ərazisindən keçə bilməz. Təbii ki, burada söhbət son günlər qeyri-qanuni yolla Azərbaycan ərazilərinə keçən İran maşınlarından gedir. Hətta onların fotoları və videoları da yayılmışdı. Ardınca isə Bakı daha sərt addımlar atdı.
Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis postlarımız quruldu. Xüsusi təyinatlı polislərimiz oraya yerləşdirildi və nəzarət gücləndirildi. İndi həmin ərazidən keçən İran maşınları daha ciddi şəkildə yoxlanılır. Bu yerdə ölkə başçısının baş verənlərlə bağlı hələ həftələr öncə səsləndirdiyi bir fikri xatırlatmaq istərdim: “Bizim hər şeydən xəbərimiz var”...
Bəs nə baş verir? Azərbaycan Laçın dəhlizindəki özbaşınalıqlarla bağl daha sərt addımlar ata bilərmi?
Sualalrımıza cavab tapmaq üçün Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının fikirlərini öyrənməyə çalışdıq. Partiya sədri Fəzail Ağamalı Publika.az-a müsahibəsində bildirdi ki, Azərbaycan yaxın vaxtlarda Laçın dəhlizində öz postlarını quracaq.
- Fəzail bəy, Azərbaycan Müdafiə Nazirliyinin Xankəndindəki sülhməramlıların komandanlığına və Rusiya Müdafiə Nazirliyinə göndərdiyi xəbərdarlıq məktubundan sonra Gorus-Qafan yolunda polis postumuz quruldu. Nə baş verir?
- Görünən budur ki, indi Rusiya və İran əvvəlki ənənələrinə söykənərək ermənilərin yanındadır. Niyyətləri odur ki, ən müxtəlif yollarla ermənilərin və onların tör-töküntülərinin Xankəndində, onun ətrafında məskunlaşmasını sona qədər qoruyub saxlamaqdır. Eyni zamanda, onların yaşayışını stimullaşdırmaqdır. Beləliklə, bu yaranı Azərbaycanın içərisində qoruyub saxlamaqla onun qaysaq bağlamasına imkan verməməkdir. Yəni, gələcəkdə ən müxtəlif yollarla bu imkandan istifadə eləsinlər. Azərbaycana təzyiqlərini bu yolla davam etdirməyi düşünürlər.
- Bu layihə İran və Rusiya ilə məhdudlaşır, yoxsa işin içərisində başqa güclər də var?
- Xeyr, təkcə İran və Rusiya ilə bu məsələ bitmir. Amerika Birləşmiş Ştatları və Fransa da bu layihənin içərisindədir. Bu günlərdə Birləşmiş Ştatların Ermənistandakı səfiri Linn Tireysi sərsəm bir bəyanatla çıxış edib. O, belə bir fikir səsləndirib ki, güya Qarabağ münaqişəsi həll olunmayıb. Səfirin sərsəmləməsinə görə, qondarma dqr-in “statusu” məsələsi öz həllini tapmayınca, bu məsələnin həllini bitmiş hesab etmək olmaz. Beləliklə, onlar münaqişə dönəmindəki ampulalarındadırlar. Yəni, artıq bütün kartlar açılıb. Azərbaycan torpaqlarının işğal edilməsində və otuz il bu işğalın qorunub saxlanmasında ABŞ, Rusiya, Fransa və İran həlledici rol oynayıblar. Çox qəribədir ki, bu gün ABŞ ilə İranın, eləcə də Vaşinqtonla Moskvanın arasında çox gərgin münasibətlərin olmasına baxmayaraq, işğala məruz qalmış torpaqlarımızın bir hissəsində məskunlaşan ermənilərə münasibətdə onlar eyni mövqedən çıxış edirlər. Onların bu riyakarlığı anlaşılan deyil. Bu ərazilər dünya səviyyəsində Azərbaycan əraziləri kimi tanınır. Onların bu addımı beynəlxalq hüquq normalarının pozulmasıdır. Onlar son addımları ilə beynəlxalq hüquq normalarına qeyri-səmimi münasibət sərgilədiklərini bir daha nümayiş etdirdilər.
- Azərbaycana qarşı gələn bu “dördlük” praktikada ermənilərə nə kimi dəstək verir
- İndi daha çox hər kəs öz funksiyasını yerinə yetirir: . ABŞ və Fransa bəyanatlar verir, Rusiya sülhməramlıları ermənilərin yanında olduqlarını göstərirlər. Rusiya humanitar yardım adı altında onlara hərtərəfli kömək göstərir, Qarabağdan getmək istəyən ermənilərin qarşısını alırlar. Azərbaycan Bayrağı altında yaşamaq istəyən sadə ermənilərə imkan vermirlər. Dediyim kimi, Rusiya ən müxtəlif yollarla ermənilərin sülhməramlıların nəzarətində olduğu ərazilərdə məskunlaşmasını təmin etməyə çalışır. Digər tərəfdən, İran hər zaman olduğu kimi, indi də Ermənistana nəfəslik açıb. Ona hərtərəfli yardım göstərir, bu yardımı davam etdirməkdədir. Ərzaq və yanacaq yardımları göndərilir. Hələ mənşəyini bilmədiyimiz başqa “yardımlar” da var. Ona görə də vəziyyət bütün mənzərə və kartlarla açıqdır. Hər şey artıq göz önündədir, çünki vaxtilə işğal olunmuş ərazilərimizdə bizim nəzarət etmək, müşahidə aparmaq imkanlarımız olduqca məhdud idi. İndi həmin ərazidə baş verənlərin hamısı Azərbaycanın ovcunun içindədir, hər şey aydın görünür.
- Bəs bundan sonra Azərbaycan daha hansı sərt addımları ata bilər?
- Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri səviyyəsində konkret bəyanatlarını verib, konkret addımlar atmaqdadır. İrandan Azərbaycana gələn Gorus-Qafan yolunda polis postları qurub. Oradan keçən və şübhə doğuran İrana məxsus yük avtomobilləri və digər nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılır. Hətta bütün sənədlər də giriş-çıxış postlarında diqqətlə yoxlanılır, nəzərdən keçirilir. Əminəm ki, həmin postlardakı nəzarət daha da sərtləşdiriləcək. Buna mənim qətiyyən şübhəm yoxdur.
- Azərbaycan bundan sonrakı mərhələdə hansı addımlar ata bilər? Laçın dəhlizində postlar qurmağımız mümkündürmü?
- Təbii ki, biz bundan sonrakı mərhələdə Laçın dəhlizində postlarımızı qurmalıyıq. Mənə elə gəlir ki, orada sərhəd deyil, gömrük postları mütləq olmalıdır. Eyni zamanda, Azərbaycanın xüsusi təyinatlı qüvvələrindən ibarət xüsusi post da yaradılmalıdır. Çünki orada ən müxtəlif təxribatlar da ola bilər. Belə olan halda, həmin təxribatların qarşısını almaq üçün xüsusi təyinatlılarımız hərəkətə keçməlidir. Əgər Rusiya buna bu və ya digər şəkildə etiraz etsə, Azərbaycanın və beynəlxalq qanunların çərçivəsində cavab verməlidir. Bu məsələdə Rusiyanı razı salmaq məcburiyyətində deyilik. Çünki o ərazilər beynəlxalq müstəvidə Azərbaycanın bir hissəsi kimi qəbul olunub. Ən pis vəziyyətdə Rusiya sülhməramlıları ilə birgə Laçın dəhlizindən keçən yük avtomobillərini tam nəzarətə götürməliyik. Mənə elə gəlir ki, biz bu yolla vəziyyətə tam şəkildə nəzarət edə bilərik.
- Rusiya bizə Laçın dəhlizində post qurmağa icazə verəcəkmi?
- Laçın dəhlizində post qurmağımıza Rusiyanın icazə verməsinə o qədər də ciddi ehtiyac yoxdur. Çünki Laçın Azərbaycanın ərazisidir. Beynəlxalq sənədlərdə də Azərbaycan ərazisi kimi tanınıb. Bu məsələ həm də 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Üç il ərzində alternativ yol açılmalıdır. Sonra Laçının içərisindən keçən dəhlizə son qoyulacaq və gediş-gəliş başqa yolla həyata keçiriləcək. Beləliklə, Laçın dəhlizi Azərbaycanındır. Dövlətimiz Ermənistanla Laçın dəhlizini birləşdirən nöqtədə həm nəzarət, həm də gömrük postunu qura bilər.
“Publika.az” saytı
Tural Turan
13 Sentyabr 2021-ci il
https://publika.az/projects/xususi/368966.html
0 notes
Text
“Təzminatın əvəzində Zəngəzur bölgəsi qaytarıla bilər” - deputatdan ilginc açıqlamalar
Fəzail Ağamalı: “Payız sessiyasında Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması ilə bağlı hüquqa, tarixi faktlara, obyektiv arqumentlərə və faktlara söykənən müzakirələrə başlamalıyıq”
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a geniş müsahibə verib. Əslən Zəngəzurdan, Qarakilsədən olan parlamentarla aylar öncə etdiyimiz Zəngəzur söhbətini davam etdirdik, dövlət başçısının imzaladığı sərəncamların, səsləndirdiyi bəyanatların məntiqi davamı olaraq.
- Fəzail bəy, yay tətilində olsanız da, yəqin ki, dövlət başçısının Qarabağa son səfərini, həmçinin səsləndirdiyi bəyanatları, dost-düşmənə ünvanlı açıqlamalarını izlədiniz. Sizdə hansı qənaət yaranıb bu fikirləri izləyəndən sonra?
- Mən etiraf edim ki, istər Azərbaycanın xarici, istərsə də daxili siyasətində, həm də xüsusi olaraq işğala məruz qalmış torpaqlarımızın azad olunması uğrunda mübarizə və torpaqlarımızın azad edilməsindən sonrakı proseslərə cənab prezidentin sistematik, ardıcıl, biri digərini tamamlayan, davamlı, prinsipial, həm də dinamik xarakter daşıyan mövqeyini diqqətlə izləyir, təhlil edir, ondan nəticə çıxararaq öz fikirlərimi söyləyirəm. Yəqin siz də müşahidə eləmisiniz ki, ilk vaxtlarda deyilən fikirlər sonradan bu və ya digər dərəcəsə öz təsdiqini tapır. Cənab prezident, Ali Baş Komandan fərqli bir dövlət xadimi və siyasətçidir. Onun fəaliyyəti çox dərin analitikaya söykənir və bu da birbaşa cənab prezidentin şəxsi keyfiyyətləri, istedadı, bacarığı ilə bağlıdır. Siz yəqin mənimlə razılaşarsınız ki, dünya şöhrətli qroysmesterlər şahmat taxtası üzərində ən azı on gedişi özü üçün müəyyənləşdirir və orada kombinasiya qurmağı bacarır, nəticədə rəqibi üzərində qələbə qazana bilir. Yüksək səviyyəli siyasi qroysmester kimi, İlham Əliyev 2003-cü ildən bu günə qədər və sabah da, daha bir neçə illər daxil olmaqla aparmış olduğu müşahidələr və bu müşahidələrə söykənən təhlillər əsasında, məncə, bütün hədəfləri müəyyənləşdirib. Bu hədəflərdən ən mühümü, yəni torpaqlarımızın işğaldan azad edilməsi mərhələsi başa çatıb. Düzdür, orada müəyyən çatışmazlıqlar, müəyyən elementlər var. Ərazimizdə müvəqqəti yerləşən sülhməramlı qüvvələrin himayəsi altında yaşayan separatçı tör-töküntülər mövcuddur. Əminəm ki, yaxın zamanlarda onlar ya ölkəmizi gizli şəkildə tərk edəcəklər, yaxud da onlar aparılmış olan lokal əməliyyatlarla məhv ediləcəklər, buna mənim qətiyyən şübhəm yoxdur. O zaman uzaqda deyil, hadisələrin gedişi də buna doğru gedir.
- Son müsahibələrimizin birində sizdən “Zəngəzura gedəcəyimiz günə çoxmu qalıb”, soruşanda əminliklə “az qalıb” demişdiniz. Bundan sonra dövlət başçısı Şərqi Zəngəzur iqtisadi zonası ilə bağlı sərəncam imzaladı, Qərbi Zəngəzurla bağlı çox önəmli açıqlamalar, bəyanatlar verdi. Ölkə başçısının əminliklə ifadə etdiyi mövqe elə bir təsəvvür yaradır ki, artıq Zəngəzur həsrətinə son veriləcəyi zamana da çox qalmayıb.
- Ölkə prezidentinin söylədiyi hər bir sözün, fikrin arxasında reallıq dayanır. Biz dəfələrlə görmüşük ki, İlham Əliyevin bir siyasətçi kimi demiş olduğu sözü ilə əməli bir-birini yüzdə-yüz tamamlayır. Burada hətta 1 faiz də kənara çıxma halları yoxdur. Ona görə də bizim dəyərli xalqımız ölkə prezidentinin çıxışlarına çox diqqətlə qulaq asmalı, öyrənməlidir. O zaman artıq onun üçün işğaldan azad edilmiş torpaqlarımızın azad edilməsindən sonrakı proseslərə də zərrə qədər sual ortaya çıxmayacaq. Çünki onların hamısı aydın şəkildə deyilir, fikir ifadə olunur, tezis qoyulur, mesajlar verilir. Biz o fikirləri de-şifrə etsək, görərik ki, həmin fikirlərin arxasında çox ciddi hədəflər dayanıb. Vaxtilə, torpaqlarımızın azad olunması ilə bağlı çətinliyin içərisində yaşadığımız zaman içərisində ümumiyyətlə, Zəngəzur anlayışının reallaşması və dünya səviyyəsində onun bir siyasi və coğrafi leksikon kimi qəbul edilməsini təsəvvürə gətirə bilərdikmi? Düşünürəm ki, buna cavab birmanənalıdır: Yox! Cənab prezident bunu da reallığa çevirir. Şərqi Zəngəzur iqtisadi rayonunu təsis etməklə özünün də dediyi, bizim də söylədiyimiz kimi, deməli, Zəngəzurun Şərqi varsa, Qərbi də var. Bu torpaqlar isə Azərbaycanın tarixi torpaqlarıdır və biz ora qayıdacağıq! Cənab prezident bunu açıq şəkildə demir, necə, hansı yolla qayıdacağıq. Sadəcə olaraq deyir ki, həmin torpaqlar Azərbaycanın tarixi əraziləridir, biz ora qayıtmalıyıq və qayıdacağıq. Sadəcə olaraq çıxışlarının birində belə bir ifadə işlətdi ki, Zəngəzur dəhlizi açılandan, kommunikasiyalar işə düşəndən sonra oradan zorakılıqla deportasiya olunan vətəndaşlarımız, soydaşlarımız həmin yerlərə qayıdacaqlar.
“Ermənistandakı tarixi adlar coğrafi anlayış kimi, ciddi siyasi repressiyaya məruz qalıblar”
- Qarakilsə sizin dədə-baba yurdunuzdur. Konkret olaraq siz oraya qayıdışı necə təsəvvür edirsiniz?
- Biz o torpaqlara təkcə oranın əbədi və əzəli sakinləri, min illər boyu orada yaşamış nəslin nümayəndələri kimi qayıdıb, qondarma və saxta Ermənistan dövlətinin himayəsinin altında yaşamayacağıq. Mən bunu təsəvvür etmirəm. Mənim qəbul etdiyim ondan ibarətdir ki, biz Qərbi Zəngəzuru da Şərqi Zəngəzurla birləşdirərək, o torpaqları da Ana Vətənimizə qaytarmaqla həmin ərazilərin sahibi olacağıq. Artıq bu proses başlayıb. Həm də mən dəfələrlə bunu söyləmişəm, əslində müstəqil Azərbaycan Respublikası Demokratik Cümhuriyyətin varisidir və bu, Müstəqillik haqqında Konstitusiya Aktında əksini tapıb. Gerbimiz, himnimiz, bayrağımız eynidir, həmin dövrdə mövcud olan dövlət strukturlarımızın hamısı varis kimi bu gün mövcuddur. Eyni zamanda 1920-ci ilin yanvar ayında Parisdə, iri dövlətlərin təmsil olunduğu Versal Sülh Müqaviləsi Azərbaycanın həmin əraziləri, yəni Göyçənin düz ortasından keçən - Zəngəzur, Dərələyəz, həmçinin Qarakilsə də daxil olmaqla - o torpaqlar Azərbaycan Demokratik Respublikasının ərazisi kimi de-fakto tanınıb. Biz dövlət olaraq o torpaqların sahibləriyik. Bu məsələni biz bir neçə il bundan əvvəl Milli Məclisdə Yaqub Mahmudovla dəfələrlə qaldırmışıq. İndi artıq cənab prezidentin illər boyu düşüncələrində yaşatdığı və qarşıya vahid hədəf kimi qoyduğu Zəngəzura qayıdılması prosesi böyük sürətlə getməkdədir. Bu, iki yolla mümkün ola bilər. Birincisi, Azərbaycanın təzminat iddiasını Ermənistan təmin etməyəndə təzminatın əvəzində Zəngəzur bölgəsi qaytarıla bilər. Ölkə prezidenti bununla bağlı dedi ki, artıq hüquqi prosedurlar başlayıb. Mən düşünürəm ki, Ermənistan bununla bağlı beynəlxalq səviyyədə təşkil olunacaq məhkəmədə ağ bayrağını qaldırmış olacaq. İkinci yol ondan ibarətdir ki, fikrimcə, hadisələrin gedişi böyük sürətlə həmin torpaqların ermənilər tərəfindən tərk edilməsinə gətirib çıxaracaq. Artıq bu proses başlayıb. Belə olan halda biz eyni zamanda oraların sahibi olub, sonradan bu ərazilərdə faktiki olaraq de-yure və de-fakto erməni olmayandan, yerli əhali azərbaycanlılardan ibarət olandan sonra sərhədlərimizi daha da genişləndirərək, Zəngəzuru da, digər bölgələrimizi də Azərbaycana birləşdirə bilərik.
- Fəzail bəy, şər deməsən, xeyir gəlməz... Rusiya 44 günlük müharibədən sonra 20-25 min ermənini zorla Qarabağa köçürdü ki, bölgədə özünün təsirini saxlaya bilsin. Bu mənada ermənilərin Ermənistandan köçüb getməsi faktı Rusiyanın planlarını dəyişəcəkmi, sizcə? Kreml bu bölgəni güzəştə gedərmi?
- Heç şübhəsiz ki, bu, Rusiyanın maraqlarına xidmət etmir. Ancaq 44 günlük müharibə və ölkə prezidentinin hər zaman qətiyyətli mövqeyini ifadə edən açıqlamaları Ermənistanda böyük köçü hədsiz dərəcədə və kifayət qədər sürətlə stimullaşdırır. Baxın, cənab prezident Kəlbəcərdəki çıxışında nə söylədi: “Qaragöl də bizimdir, digər yerlər də!” Dedi ki, haraya lazımdırsa, ora da daxil olacağıq və bizə heç kim mane ola bilməyəcək. Bu fikirlər Ermənistanın parlamentində bir gün müzakirə predmetinə çevrildi. Hətta Ermənistanın siyasi elitası cənab prezidentin bu açıqlamalarından böyük təşviş və narahatlıq hissi keçirir, adi vətəndaşlar isə artıq düz gözlərinin önündə sırlanmış və 44 günlük müharibədə zəfər qazanmış igid əsgər və zabitlərimizi görürlər. Onlar həm də gözlərinin önünə gətirirlər ki, türklər ermənilərin düşmənidir və heç zaman onlara güzəştə getməyəcəklər. Bu cür psixoloji yanaşma ilə burada qalmayacaqlar, onları orda heç ruslar da saxlaya bilməyəcəklər. Ancaq Rusiya bütün imkanlardan istifadə edərək özünün geopolitik layihəsi olan Ermənistan deyilən saxta və qondarma dövləti qoruyub-saxlamağa çalışacaq, onun əhalisini 500-600 min də olsa, nəyin bahasına olursa-olsun, qoruyub-saxlayacaq ki, bu dövlət yaşasın. Ermənistan ənənələrə söykənən dövlət deyil, qondarma, saxta bir anlayışı özündə ifadə edən Ermənistan Respublikasıdır, Rusiyanın, digər beynəlxalq güclərin geopolitik layihəsidir. Bu cür layihələr də onu yaradanlar zəifləyəndən və ciddi kataklizmlərə məruz qalandan sonra yox olub gedir, buxara çevrilir. O proses də bu gün gedir. Rusiya həmişə belə güclü olmayacaq, inanın! Mən məsuliyyətlə deyirəm, Putindən sonra Rusiya çox böyük sürətlə zəifləyəcək. Çünki Putinin ən yüksək səviyyəyə qaldırdığı bugünkü Rusiya dövlət arenasında Putin qədər və Putindən daha qabiliyyətli dövlət xadimi görmək mümkün deyil. Ona görə də mənim düşüncələrim kifayət qədər arqmentlidir və yetərincə nikbindir.
- Təhlilçilərdən biri demişdi ki, Milli Məclis bugünki Ermənistanın ərazisində olan tarixi torpaqlarımızın geri qaytarılması ilə bağlı qərar qəbul etməlidir. Bu məsələyə münasibətiniz necədir? Ən azı Xalq Cümhuriyyəti dövründə beynəlxalq aləm tərəfindən tanınmış xəritəmizin bərpası istiqamətində addım atıla bilərmi payız sessiyasında?
- Mən bilmirəm indiki beynəlxalq siyasi konyuktura bizim parlamentin qəbul edəcəyi bu qərara necə münasibət bəsləyəcək. Çünki bunun özü çox ciddi addım olardı. Məncə, payız sessiyasında siz dediyiniz və hamımızı düşündürən Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması ilə bağlı hüquqa, tarixi faktlara, obyektiv arqumentlərə və faktlara söykənən müzakirələrə başlamalıyıq, bunu intensiv şəkildə davam etdirməliyik. Bu məsələ gündəlikdən düşməli deyil.
- Sizin şəxsiyyət vəsiqənizdə doğum yeri hara göstərilib?
- Mənim şəxsiyyət vəsiqəmdə doğum yeri göstərilib Ermənistan SSR, onların indi adlandırdığı yer adı - Sisyan rayonu.
- Hesab etmirsinizmi ki, artıq şəxsiyyət vəsiqələrindəki tarixi yer adlarımıza da yenidən baxılmasına, düzəliş edilməsinə zərurət var?
- Çox maraqlı fikirdir. Çünki ölkə prezidenti Kəlbəcərdə tarixi adlarımızla bağlı fikirlər söylədi. Cənab prezident Basarkeçər, Arazdəyən kimi bir neçə tarixi adlarımızı çəkməklə bütövlükdə bu anlayışı ortalığa qoydu ki, biz ermənilərin tarixi adlarımızı dəyişərək erməniləşdirdiyi adlarla deyil, öz adları ilə çağırmalıyıq. Biz bundan sonra heç zaman “Vardenis”, “Ararat” deməli deyilik, ermənilərin qoyduğu saxta adları işlətməkdən imtina etməliyik. Bəli, biz tarixi adlara qayıtmalıyıq. Əgər tarixi adlara qayıdırıqsa, artıq bu da qayıdışın psixoloji baxımdan və gələcəyə hədəflənən məqsədlərini özündə ifadə edən çox doğru bir yanaşmadır. Biz yazılarımızda Basarkeçər yazmalı, mötərizədə “Vardenis” yazmalıyıq. Yəni bilinsin ki, əsl adı Basarkeçərdir, “Vardenis” qondarmadır. Özü də təkcə daxili auditoriya üçün deyil, beynəlxalq səviyyədəki çıxışlarımızda da tarixi adlarımızı reablitasiya etməliyik. Ermənisandakı tarixi adlar coğrafi anlayış kimi, ciddi siyasi repressiyaya məruz qalıblar. Biz onları repressiyadan qurtarmalı, o adları düşüncələrimizdə, yazılarımızda, fəaliyyətimizdə bərpa etməliyik. Həmçinin sənədlərimizi də sərf-nəzər etməyimizə ehtiyac var.
“Yeni Müsavat”
Elşad Paşasoy
21 Avqust 2021-ci il
0 notes