Tumgik
#hallarda
metbuat · 2 years
Text
Mahir Emreli
“Oyun tam olaraq nəzarətimiz altında idi. Bəzi hallarda çatışmazlıqlarımız olurdu. Buna baxmayaraq, qələbəyə layiq idik”. Metbuat.org xəbər verir ki, bunu Azərbaycan yığmasının Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib. Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında çıxış edən 25 yaşlı hücumçu…
Tumblr media
View On WordPress
0 notes
papatya-guzeli · 6 months
Text
Dənizdəki bir damla bəzən dənizdə olduğunu anlar , ancaq nadir hallarda dənizin bir hissəsi olduğunu anlayır... 💧
💙
Tumblr media
Sen çıktın karşıma 🤗
✒️... #Zeynəb
55 notes · View notes
sanctasu · 5 months
Text
Memory
Salam. Bu dəfəki salamı sənə verən adam həmin adam deyil. Biraz küsgün, biraz üzgün, biraz da əlavə duz qatılmış xörək kimidir. Artıq tez-tez etdiyim monoloqlardan belə uzaqlaşdığımı xatırlayıb, bir yazı yazayım dedim. Nənəmin təbirincə desək, şeytan gəzən vaxtlarda özümə etdiyim yaxşılıqlardan birini edirəm.
- Nə edirsən?
İdman edirəm.. Mənim üçün ən yaxşı idman yazmaqdır. Mən yazmadıqca xəstələnirəm. Xəstələndikcədə burnumdan su, boğazımdan qəhər axır. Bu qəhəri yuxu ilə basdırmağa çalışsamda, dözə bilməyirəm. Şaquli vəziyyətdə yatdığım yataqdan qalxıb, zülmət qaranlıqdan yalnız işıq dirəklərinin divara yansıtdığı görüntüyə baxıb, xatırlayıram.
- Nəyi xatırlayırsan?
Uşaqlığımı xatırlayıram. Anamla hər dəfə bağça qapısına girməmişdən öncə fındıqlı “контик” aldığımızı xatırlayıram. O “контик” ki, ikisini yeyib, ikisini günortadan sonra yemək üçün saxlamağımı xatırlayıram. Bu vərdişimi digər aldığımız market məhsullarında da edirdim. Qardaşım isə bu adətimi görüb mənə danlağ yağdırıb deyinirdi. Əslində mənim istəyim tükənmişliyin olmamasında idi. Nəyisə bitirməyi, sona çatdırmağı heç sevməzdim.
Başqa şeyləri xatırlayıram. Xatırladıqca da başımı qaşıyıram. Başımı qaşıdıqca da xatırladıqlarım bir-birinə qarışır.
- Nəyi xatırlayırsan?
Uşaqkən kitablara olan marağımı öldürən ancaq indi hələ də kitab satmaqda mahir olan bukinisti xatırlayıram. Biz anam, qardaşım və mən yay günü H.Parkına tez-tez baş çəkərdik. Oraya gedərək də qayıdaraq da yolumuz eyni yeknəsəqliklə başa çatırdı. Bu yol müddətində gözümün sataşdığı bir bukinist vardı. Hansı ki, onun yanından keçərkən üst pilləkanda atılmış, vərəqləri hopmuş, üz vərəqləri saralmış kitablar olurdu. Anama nə qədər ayaq saxlayıb oraya baş çəkməyi arzu etsəm də, anam mənimlə razılaşmırdı. Bir gün acgözlüyümə məhəl qoymadan oraya yaxınlaşıb bir kitab götürdüm. İlk səhifəsini açırdım ki, içəri qapının taybatay açıldığını duyub, yerimdə dondum. Bukinist kişi üzərimə qışqırdı. Mən isə əlimdə kitab, tez qaçıb anamın arxasında gizləndim. Anama buradakı kitabların uşaqlar üçün olmadığını deyirdi. Uşaq nədir, fişəng nədir məsəli. Mən əlimdəki kitabı anama, anamda kişiyə verdi. Yaş artıqca kitab sevdamın elə orada da bitdiyini düşünürdüm. Çox şükür belə bitmədi. Sonralar oraya dərs vəsaitləri, tapşırıq kitabları almağa gedərkən bu hadisəni əksər hallarda yanıb-sönən, qırmızı-mavi işıq kimi xatırladım. Ancaq birdəfə də olsun dil açıb kiməsə söyləmədim.
Yazmaqdan və xatırlamaqdan bihuşedici yuxum gəlirdi. Xatırlamaq.. yuxu. Bir çox insan həyat yolunda keçirtdiyi boş, lüzumsuz hadisələri xatırlamaqdan çəkinir. Ya da xatırlamaq istəmir. Mənim isə bu tərz, kimilərinə görə önəmsiz mənimçün isə bir ruha bədəl olan əhvalatları xatırlamaqda rolum, yaddaşımın güclü olmasıdır. Hər şey olmasa da, çox şey mənim xatirimdədir.
Necə ki, indi yazının başında yazdığım “bu dəfəki, salamı sənə verən adam həmin adam deyil” cümləm. Etiraf edim. Yalanı, hətta dediyim, yazdığım yalanı açmağı sevməsəm belə, başda sizə yalan söylədim. Mən dəyişməmişəm.
20 notes · View notes
qulumemmedovv · 8 months
Text
Və dünyanın indiki halına bax. Aydındır ki, nəzərindən qaçırdığın nəsə var. Başa düşmədiyin nələrsə var. Başa düşdüklərin sənə doğru görünür, çünki “doğru” sözü sənin qəbul etdiyin şeylərə verdiyin addır. Görməyib nəzərdən qaçırdıqların isə sənə əvvəlcə yalnış görünəcək. Belə hallarda yeganə çıxış yolu özünə bu sualı verməkdir: “Bəlkə əsl doğrular mənim yalnış bildiklərimdir?”
Neale Donald Walsch (Tanrı ilə Söhbət)
26 notes · View notes
esger1i · 22 days
Text
İnsan qəlbi, ruhu büsbütün düşüncələrinin xəmiri ilə yoğrulur. Düşüncələr bəsit, sadə də ola bilir, mürəkkəb də. Məna yükü olmayan düşüncələr də olur, mənalı, məzmunlu, dərinləri də. Qəlb düşüncədən gələn komandanı dərhal, qeyd-şərtsiz qəbul etməyə məhkumdur. Amma bəzənsə əksinə, qəlb düşüncəyə hakim olur, onu öz duyğu məkanında düşünüb qərar verməyə məcbur edir. Düşüncə qərar verəndə səhv etmək ehtimalın çox cüzi olur. Ancaq qəlb qərar verəndə əksər hallarda yanlışlığa yol verirsən.
18 notes · View notes
psixologiyaze · 10 months
Text
Reallığın bəzi acı həqiqətləri:
1) Hərdən çəkilən zəhmət hədər gedə bilər.
2) Sən öləndən sonra həyat davam edəcək. Eynilə sən doğulmamışdan qabaq davam etdiyi kimi.
3) Bəzi insanları dəyişmək olmur.
4) Hər kəs tərəfindən bəyənilə bilməzsən.
5) Bəzi valideynlər öz uşaqlarını sevmirlər.
6) Zəngin doğulanların həyatda uğur qazanmaq ehtimalı daha yüksəkdir, nəinki istedadlı doğulanların.
7) Hərdən əlindən gələni etdiyinə baxmayaraq bəzi şeylər istədiyin kimi olmur. Bu sənin uğursuz olmağının göstəricisi deyil, bu sadəcə həyatdır.
8) Bəzi insanlarda sənə qarşı olan sevgi səbəbsiz olaraq itə bilər. Səbəb axtararkən özünü günahlandıra bilərsən, amma hisslər hərdən səsəbsiz soyuyur, dünyagörüşü dəyişir və sairə.
9) Dünyada səni hər gün gördüyünə görə sevinəcək və səni olduğun kimi qəbul edib sevəcək insanlar çoxdur. Lakin ehtimal var ki, sən onlarla heç vaxt qarşılaşmayacaqsan.
10) Karma yoxdur. Yaxşı insanların başına pis hadisələr gəlir. Pis insanlar etdiyi pisliklərə görə çox vaxt heç bir cəza çəkmirlər. Yaxşı insanlar etdiyi yaxşılıqlarla çox vaxt özlərinə zərər yetirirlər.
11) Hərdən uğursuz münasibətin səbəbi tək səndə ola bilər. Bəzi insanların xəyalı “həmin o adamı” tapmaqdır, lakin uğurlu münasibət 50%-i sənə uyğun olan insanı tapmaq və 50%-i isə uyğun insan olmaq deməkdir.
12) Kiminsə həyatında həmin o pis insan sənsən, düşmənlərinin çoxu səhvlərini heç vaxt boynuna almayacaqlar, bəzi hallarda isə sən də həmçinin. İnsanların çoxusu səhv etdikdə özlərinə bəraət qazandırmağa çalışırlar, buna görə də üzr istəməyi bacarmırlar.
34 notes · View notes
huseynmammad · 6 months
Text
Qəlbimizdən müğayət olmalıyıq. Çünki qəlbi getdiyi yerdən qaytarmaq çətin işdir və bəzəndə mümkünsüz. Qayıdan da isə əksər hallarda yaralı qayıdır. İnsanın qəlbi aşiq olmağa meyilli olduğuna və çox tez ünsiyyət tapdığına görə onu çox qorumaq lazımdır. Əgər qəflət etsək, özünü dəyərsiz şeylərə bağlayacaq.
19 notes · View notes
anar-abasow · 5 months
Text
İnsanın həyatında nadir hallarda da olsa kök saldığı biri olur. O, "sarmaşıq" bütövlüyünü alır. Bir anlıq “Onu öz əlinlə tutub qoparanda, ya da əlindən qoparılanda, fəslin qalan hissəsi sonsuz bir payıza çevrilir. Mükəmməl qırılma baş vermir, istər öz əlindən, istərsə də onun əlindən. Bir parçan o torpaqda, "sən" yarım qalırsan. Elə an gəlir ki, hətta payızınız üçün darıxmağa başlayırsan. Zaman dilimin, saat qurşağın həmişə qaranlıqdır. Damlayan su səsinin gözəlliyi. Aydınlığın sadəliyi. O səsin yoxa çıxma hekayəsi.
11 notes · View notes
xadiiland · 1 year
Text
İnsan hər nə qədər tənha və kimsəsiz olsa da, həmişə onu bu tənhalıqdan xilas edəcək bir nəfər var. Sadəcə onu tapmaq lazımdır. Bir çox hallarda da onu lazım olan məqamda Tanrı özü göndərir.©
37 notes · View notes
dadaszdkh · 1 year
Text
Bəzən öz əməllərinizə və sözlərinizə diqqət yetirin. Həmişə siz haqlı deyilsiniz, Həmişə sizin dediyiniz düz deyil. Bəzən 3cü şəxs kimi məsələyə baxmağa çalışın. Ola bilər qarşı tərəfdə günah var belə hallarda sizin də, nə vaxtsa günahkar olduğunuz zamanı xatırlayın. Hər kimisə islah etmək istəyirsinizsə özünüzdən başlayın.
29 notes · View notes
silveriistblog · 1 year
Text
Çox nadir hallarda saçım qəşəng olar və bu gün o günlərdən biridiii
23 notes · View notes
aysdeluna · 7 months
Text
Reallığın bəzi acı həqiqətləri:
1) Hərdən çəkilən zəhmət hədər gedə bilər.
2) Sən öləndən sonra həyat davam edəcək. Eynilə sən doğulmamışdan qabaq davam etdiyi kimi.
3) Bəzi insanları dəyişmək olmur.
4) Hər kəs tərəfindən bəyənilə bilməzsən.
5) Bəzi valideynlər öz uşaqlarını sevmirlər.
6) Zəngin doğulanların həyatda uğur qazanmaq ehtimalı daha yüksəkdir, nəinki istedadlı doğulanların.
7) Hərdən əlindən gələni etdiyinə baxmayaraq bəzi şeylər istədiyin kimi olmur. Bu sənin uğursuz olmağının göstəricisi deyil, bu sadəcə həyatdır.
8) Bəzi insanlarda sənə qarşı olan sevgi səbəbsiz olaraq itə bilər. Səbəb axtararkən özünü günahlandıra bilərsən, amma hisslər hərdən səsəbsiz soyuyur, dünyagörüşü dəyişir və sairə.
9) Dünyada səni hər gün gördüyünə görə sevinəcək və səni olduğun kimi qəbul edib sevəcək insanlar çoxdur. Lakin ehtimal var ki, sən onlarla heç vaxt qarşılaşmayacaqsan.
10) Karma yoxdur. Yaxşı insanların başına pis hadisələr gəlir. Pis insanlar etdiyi pisliklərə görə çox vaxt heç bir cəza çəkmirlər. Yaxşı insanlar etdiyi yaxşılıqlarla çox vaxt özlərinə zərər yetirirlər.
11) Hərdən uğursuz münasibətin səbəbi tək səndə ola bilər. Bəzi insanların xəyalı “həmin o adamı” tapmaqdır, lakin uğurlu münasibət 50%-i sənə uyğun olan insanı tapmaq və 50%-i isə uyğun insan olmaq deməkdir.
12) Kiminsə həyatında həmin o pis insan sənsən, düşmənlərinin çoxu səhvlərini heç vaxt boynuna almayacaqlar, bəzi hallarda isə sən də həmçinin. İnsanların çoxusu səhv etdikdə özlərinə bəraət qazandırmağa çalışırlar, buna görə də üzr istəməyi bacarmırlar. (c)
9 notes · View notes
sanctasu · 1 year
Text
Keçənlərdə vəziyyətim həddindən artıq dərəcədə bərbad idi. Ağlamağa rahat yer axtarırdım. Parka getdim. Parkı rezerv etdikləri üçün yer tapa bilmədim. Yoluma davam etməkdən başqa əlacım yox idi. Əksər hallarda keçdiyim ara küçələrin arası ilə getdim. Sonunda bir geniş ərazi tapdım. Bu əraziyə mən tərk edilmiş stadion deyərdim. Stadionun ətrafında oturmağa yer yox idi. Sadəcə stadionun mərkəzində bir beton daş var idi. Düzbucaqlı formasında yerə qoyulmuşdu. Bəlkə də kiminsə burada rahatlıqla oturub dincəlməsi üçün. Axı kim o beton daşın üzərində oturmaq istəyərki?. Onu bunu bilmirəm ama yeri gəlsə o insan zay bir vəziyyətdədirsə ona beton daş rahat bir divan kimidə gələ bilər. Oturdum. Hava qaralırdı artıq. Ətrafıma baxdım, sanki bu xarabalıq da qalmış bir tək mənəm kimi özümlə danışdım. Sonra aya baxdım. Qəşəng ay çıxmışdı, və aydın bir halda mənə baxırdı. Deyəsən oda halıma acıyırdı. Onunla özüm arasında venn-diaqramı qurdum. Xüsusiyyətlərimizin daxilən bənzədiyini söyləyə bilmərəm amma onunla xarici cəhətdən oxşarlığımız var kimi elə hey göydəki ay'a baxırdım. Sonra nə qədər içimi töküb ağlasığmaz şəkildə ağlamaq istədim. Bacarmadım. Düşündüm. Lap "squid game"dəki doqquzuncu bölümdə baş verən səhnəni xatırladım. Oradakı oyunları planlı şəkildə quran insan sən demə qoca kaftar imiş, və baş obraz bunu nədən etdiyini qocadan soruşduqda o leysanda küçədə qalmış insanı göstərdi. Söylədi: əgər neçəsə dəqiqəyə o insana kömək toxunularsa o zaman bunun səbəbini sənə deyərəm. Vaxt ötürdü. Artıq zaman gəlib qocanın dediyi vaxta çatdı. O insana kömək polislər tərəfindən dəydi. Bu sırada qoca son nəfəsini söylədi. Yada özünü artistiyə vurdu. O küçədə leysanda qalmış köməksiz biri kimi özümü hiss etdim. Öz-özümə söyləndim görən,bəlkə, mənimdə imdadıma o leysanda aciz, çarəsiz qalmış insana çatılan kimi kimsə çatar deyə. O sırada telefonda musiqi dinləyirdim. Başım telefona qarışıq idi. Birdən qulağıma yaxınlaşan velosiped sepinin cınqıltısını eşitdim. Ətrafıma baxdım meydançadakı daşlıq ərazilərdən yaxa qurtarmaq istəyən bir velosipedli oğlan gördüm. O yerdəki daşlara ilişməmək üçün təkərlərə diqqətlə nəzər edərək mənə yaxınlaşırdı. Mən isə onun işi mənimlə olmaz deyib, telefona yenidən nəzər saldım. Az öncə eşitdiyim o sep cingiltisi artıq mənə eşidilmirdi. Elə bu vaxt qarşımda həmin o velosipedli oğlan gördüm. Mənə ilk dediyi söz belə oldu.
- Salam qardaş necəsən görürəm tək başına oturmusan. Nəyəsə ehtiyacın var?
+ Salam, yox xeyr yaxşıyam, sağolun.
Deyib telefona nəzər saldım. O oğlan heç artıq ayaq saxlamadan yanımdan uzaqlaşdı. Həqiqətən də düzü o biraz əvvəl söylədiyim qocanın dediyi kimi vəziyyət reallaşdı. Sadəcə bir əksik olaraq məndə o qoca kimi yatağımdan ayılmamışdım. Artıq ağlamaq duyğum da sönmüşdü həmin an. Biraz keçdikdən sonra nə edəcəyimi bilməyib evə yollandım.
Çarəsizsən, özünü gücsüz hiss edirsən
danışanda səsin belə çıxmır əvvəlki kimi.
20 notes · View notes
evezysf · 1 year
Text
Sözüm kimlərəsə toxunarmı, toxunmazmı bilmirəm. Bir məsələ var ki, əsasəndə sevgi ilə əlaqəli məsələlərdə- sevginin nə olduğunu, nə demək olduğunu tam, tam olmasada belə müəyyən qədər də belə olsa dərk etmədiyi üçün münasibətlərində xırda problemlərlə (hansı ki problem edilməyə də bilər) çox-çox böyük məsfalər açıb, araya boşluqlar salıb sonunu ayrılığa gətirib çıxaran tərəf və ya tərəflər olur əksər hallarda. Nəticəsində münasibətin sonu ayrılıqla bitir təbii ki, buda öz yerində. İşin əsas problemli hissəsi odurki bu şəxs oturub özünü bu mözvuda daha da təkmilləşdirmək əvəzinə, nələrisə daha ətraflı düşünüb götür-qoy etmək yerinə düşür sosial platformaların canına. Başlayır müxtəlif cür el dilində desək "qruz" statuslar, "tiktok"-da və bu kimi platformalar da videolar paylaşmaq və.s. Bir digər söhbət isə odur ki, ayrılığın səbəbkarı olan şəxs öz ətrafı və digər yerlərdə bir söhbət açıldığı təqdirdə səbəbkar olan şəxs digər şəxsi hərzaman günahlandırır, insanlara fərqli formada tanıdır, ətrafın düşüncəsində fərqli fikirlər yaradır həmin şəxs haqqında. Qısaca desək özünə necə sərf edirsə o cür tanıdır ətrafına. Halbuki məsələ heçdə o cür deyil. Ortada müyyən qədər sevgi və digər məsələlərlə əlaqəli anlayışın olmamasından qaynaqlanan problemlərin də nəticəsi budur. Sadəcə tələsməyin).
44 notes · View notes
esger1i · 8 months
Text
İnsan qəlbi, ruhu büsbütün düşüncələrinin xəmiri ilə yoğrulur. Düşüncələr bəsit, sadə də ola bilir, mürəkkəb də. Məna yükü olmayan düşüncələr də olur, mənalı, məzmunlu, dərinləri də. Qəlb düşüncədən gələn komandanı dərhal, qeyd-şərtsiz qəbul etməyə məhkumdur. Amma bəzənsə əksinə, qəlb düşüncəyə hakim olur, onu öz duyğu məkanında düşünüb qərar verməyə məcbur edir. Düşüncə qərar verəndə səhv etmək ehtimalın çox cüzi olur. Ancaq qəlb qərar verəndə əksər hallarda yanlışlığa yol verirsən.
21 notes · View notes
seyidlifeelings · 2 months
Text
biz özümüzü həmişə səhv başa düşür, başqalarını da nadir hallarda anlayırıq.
2 notes · View notes