#həmyerlisi
Explore tagged Tumblr posts
metbuat · 2 years ago
Text
"Liverpul" "yeni Salah" transfer edir
“Liverpul” “yeni Salah” transfer edir
“Liverpul” klubu Misirdə və İngiltərədə yeni Məhəmməd Salah adlandırılan 21 yaşlı cinah yarımmüdafiəçisi İbrahim Adellə maraqlanır. Metbuat.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi ilə yanaşı, “Arsenal”, “Brayton”, “Nottingem Forest” və “Brentford” da gənc futbolçuya göz dikib.  “90 min” portalı hətta Salahın klub rəhbərliyinin diqqətini Misirin “Pyramids” klubunda…
Tumblr media
View On WordPress
0 notes
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
7 may Topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssis, general-mayor, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət. Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi, ilk hərbi bayrağımızın tərtibçisi, 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı olmuşdur. Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın "Şire-Xorşid" ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. Paşa ağa Vəkilovun oğlu, Qalib bəy Vəkilov, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın atasının doğum günüdür. Allah rəhmət etsin inşallah. İbrahim ağa Vəkilov 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olur. Azərbaycan Dövlət Tarix Muzeyinin Elmi Arxivində saxlanılan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır. 1934-cü ildə 2 iyun tarixində İbrahim ağa Vəkilov vəfat etmişdir. İbrahim ağa Vəkilov on bir yaşında atasını itimişdi. Atası Paşa ağa 1864-cü ildə vəfat etmişdir. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha çox öyünür, qürrələnirdi. İbrahim ağa rus məmurunun qızı Yelena Yefimova ilə eşq yaşayırdı. Aralarında qarşılıqlı münasibət olmasına baxmayaraq, ailəsi dinini dəyişdirəyəcəyi təqdirdə qızın müsəlman oğlanla evlənməsinə icazə vermirdi. Hətta Yelenaya müsəlmanla evlənəcəyi halda onu övladlıqdan uzaqlaşdıracağını bildirmişdilər. Lakin sevgi qalib gəlir. Yelena 1884-cü ildə Vəkilovla birgə Türküstana gedir, orda qeyri- https://www.instagram.com/p/COjt3NiBRD7/?igshid=1vdx6n06avw3u
0 notes
feedlineworld · 5 years ago
Photo
Tumblr media Tumblr media
(со страницы Masallıda qadın həmyerlisi ilə əlbir olub evdən külli miqdarda pul və qızıl oğurladı - feedline.net)
0 notes
todaysazerbaijan · 5 years ago
Text
Makqreqorun döyüşəcəyi rəqib bəlli oldu
Makqreqorun döyüşəcəyi rəqib bəlli oldu
Məşhur irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor amerikalı Donald Serrone ilə döyüşdən sonra həmyerlisi Castin Getji ilə döyüşəcəyini istisna etmir.
Offsideplus.az xəbər verir ki, Makqreqorun bu barədə fikirlərini “MMA Fighting” yayıb.
“Bu adam siyahıdadır. O, növbəti rəqib ola bilər. Çünki o, buna layiqdir”, – deyə 31 yaşlı döyüşçü bildirib.
Qeyd edək ki, UFC-nin rəhbəri Deyna Uayt…
View On WordPress
0 notes
istixeber-blog · 6 years ago
Text
Həmyerlisi ilə mübahisə elədi — Dəmir parçasıyla yaraladı
Həmyerlisi ilə mübahisə elədi — Dəmir parçasıyla yaraladı
Ağdaş şəhər sakini küt alətlə endirilən zərbə nəticəsində xəsarət alıb. İstixəbər.info-un “Report”a istinadən məlumatına görə, 1948-ci il təvəllüdlü yerli sakin Çingiz Əzizov rayonun mərəkəzi bazarı önündə 1966-cı il təvəllüdlü həmyerlisi Hacıyev Mənsur Çərkəz oğlu ilə mübahisə edib. Bu zaman o, M.Hacıyevin qarın nahiyəsinə dəmir parçası ilə daxilə nüfuz edən xəsarət yetirib. M.Hacıyev…
View On WordPress
0 notes
redxeber-blog · 7 years ago
Photo
Tumblr media
Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şahverdiyev Baş nazirin müavini, həmyerlisi, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ilə bağlı müsahibəsində: "Əli müəllimə qarşı səsləndirilən bütün bu kimi ittihamlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Əvvəla, Nail Allahverdiyev Əli Həsənovun oğlu deyil, nəvəsidir. Digər tərəfdən isə qəza törədilən zaman nəvəsi maşında olmayıb, evdə olub. İndi də bir sıra saytlar ağıllarına gələni yazırlar ki, guya qəzanı nəvəsi törədib və sairə. Bütün bunlar yalandır." - deyə bildirmişdi. Lakin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında bildirib ki, sükan arxasında “QaçqınKom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub və o, cinayət məsuliyyətinə cəlb olunacaq deyə bildirmişdi. Avqustun 3-də Bakının Heydər Əliyev prospektində qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluqdan bu məlumatı təsdiqləyiblər. Az öncə isə Azərbaycan Daxili İşlər Nazirliyi və Baş prokurorluq rəsmi məlumatla çıxış edib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq Dövlət Başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir”- deyə Baş prokurorluq və DİN-in birgə rəsmi yaydığı məlumatında deyilir.
0 notes
listeliyi · 8 years ago
Link
via "Çingiz Mustafayevlə 4 il nişanlı olmuşam" - Nazir gəlini http://ift.tt/eA8V8J Azərbaycan kinosunun nəhəng komik aktyoru, xalq artisti Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayevanın müsahibəsini təqdim edir. - Gülnarə xanım, necə keçir günlər? - ... Günlərim yaxşı keçir. İşimlə məşğulam. Artıq 30 ildir ki, AzTv-də musiqi rejissoru kimi çalışıram. Hər şey qaydasındadır. - Neçə övladınız var? - İki övladım var. Oğlum Zəki Xarici Dillər Universitetində II kursda oxuyur. Qızım Minanın da maraqlı təhsili var. O, əvvəlcə Aykido ilə məşğul olurdu. II dan qara kəmər sahibidir. Həmişə kinoya böyük marağı var idi. Düzü, mən onu bu sahədə görmək istəmirdim. Qadın üçün çətin sənətdir. Öz istəyi ilə İncəsənət Universitetinə qəbul olundu. Xoşbəxtlikdən Vaqif müəllimin emalatxanasına düşdü. Mən xoşbəxtəm ki, qızım belə böyük sənətkarın tələbəsidir. Vaqif müəllim çox maraqlı insandır. İlk qadın hərbi təyyarəçi Züleyxa Seyidməmmədovanın gəlini olmuşam... - Həyat yoldaşınız kimdir? - Həyat yoldaşımla ayrılmışıq. Onun indi öz ailəsi var. Yoldaşım çox böyük bir ailənin övladıdır. Aydın özü ixtisasca həkimdir. Qaynanam ilk qadın hərbi təyyarəçi Züleyxa Seyidməmmədova olub. Özü də xasiyyətcə çox çətin insan idi. Müharibədən sonra 25 il nazir olmuşdu. Özü də kişi xasiyyətli bir qadın idi. Mən o ailəyə gələndə Züleyxa xanımın artıq gözləri görmürdü. Amma Aydın anasına çox gözəl baxırdı. Züleyxa xanım 1994-cü ildə rəhmətə getdi. Yoldaşımın ailəsi ziyalı idi. Ona görə də anam evliliyimizə razılıq vermişdi. - Sirr deyilsə, ayrılığa səbəb nə oldu? - İnsan cavan olanda çox şeyi başa düşmür. Amma şəxsi səbəblər oldu. Aydın çox gözəl uşaq həkimi idi. O ayrı bir palata açıb, imkansız uşaqları müalicə edirdi. Keçmiş həyat yoldaşım xəstələndiyi üçün öz ərizəsi ilə işdən çıxdı. Dedi ki, artıq yorulub. Düzü, bu hərəkət mənim narazılığıma səbəb oldu. Mənim aləmimdə həkim sona kimi işini davam etdirməlidir. Bu isə mənim üçün çox çətin oldu. Mən Aydına böyük bir şəxsiyyət kimi baxırdım. Bu gün də ona hörmətim böyükdür. Bizim ailəmiz alınmasa da, bir-birimizə hörmətimiz qalır. - Məhkəməyə boşanma ərizəsini kim yazdı? - Mən istədim ayrılmağı. Biz ayrılanda məhkəmədə mən yoldaşımdan heç nə istəmədim. Hətta alimenti də almadım. Hakim də buna görə çox təəccüblənmişdi. - Bildiyimiz kimi Lütfəli müəllimin Turqut adlı oğlu var. Münasibətləriniz necədir? - Bu, mənim üçün çox ağır mövzudur. Bu barədə çox danışmamışam. Düzdür, Turqut atamın oğludur. Amma onun anası heç vaxt atamın rəsmi nikahla yoldaşı olmayıb. Buna baxmayaraq atam hər zaman ona böyük diqqət yetirib. Hətta atama “Arşın mal alan” filmindən sonra ona verilən evi də Turquta verdik. Atam rəhmətə gedəndə Turqut hərbi xidmətdə idi. Anam dedi ki, o mütləq gəlməlidir. Atamızdan qalan hər şey bərabər bölünəcək. Anam həmin vaxt bizə bir şərt qoydu. Hamımız atamızın adını qoruyacağıq, onun adını pis mənada istifadə etməyəcəyik. Amma Turqut bunu bacarmadı. Bir neçə dəfə həbsə düşdü. Ona görə də münasibətlərimiz pozuldu. Bu mövzu mənə ağrılıdır. Çox istərdim ki, fəxr edə biləcəyim qardaşım olardı. Təəssüf... Atama verilən evi qardaşlığım satdı... - Belə başa düşdüm ki, bu gün münasibətiniz yoxdur... - Bilirsiniz, həyatdır. O bir neçə dəfə ailə həyatı qurdu. Birinci nikahdan onun qızı oldu. Sonra yenidən ailə həyatı qurdu. Bir dəfə sonuncu həyat yoldaşı ilə bizə gəldi. Anam da baxdı ki, qadın yaxşı insandır. İstədik ki, münasibətləri qoruyaq. Turqut həmin vaxt dedi ki, Moskvaya getmək istəyir. Onu ailəvi dostumuz Sərxan Sərxanın köməkliyi ilə Moskvada azərbaycanlıların restorananına işə düzəltdik. Amma bu da alınmadı... Onunla sonuncu söhbətimiz zamanı dedim ki, bizimki artıq qurtardı... - Bayaq qeyd etdiniz ki, atanıza hədiyyə olunan evi ona vermişdiniz. Həmin evin aqibəti necə oldu? - Turqut onu da satdı... Babamı Mircəfər Bağırov otağında şəxsən özü öldürmüşdü... - Gülnarə xanım, ananızın ailəsi niyə xalq düşməni idi? - Anamın babası Həsən bəy Ağayev olub. Bildiyiniz kimi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananada o sədr müavini işləyib. 2 il müdətində Topçubaşov Fransada olduğu müddətdə bütün işləri Xanxoyski ilə Həsən bəy aparıb. Onların taleyi də bir-birinə bənzəyirdi. Xanxoyskini iyunun 20-də Tiflisdə öldürdükdən sonra, iyulun 20-də Həsən bəy Ağayevi də elə oradaca öldürüblər. Onların məzarı da Tiflisdə yanaşıdır. Anam Həsən bəyin qızı Xurşud xanımın övladıdır. O, çox istedadlı bir musiqiçi idi. Moskvada musiqi təhsili almışdı. Xurşud xanım Azərbaycanda ilk qadın musiqişünas olub. Onun həyat yoldaşı Əhməd bəy Pepinov idi. Xalq Cümhuriyyətində o əmək naziri işləyib. Özləri də Axısqa türklərindən idi. Anamın atası Əhməd bəy 1932-ci ildə ilk dəfə nazir olduğu müddətdə həbs olunmuşdu. Həmin vaxt dostunun köməyi ilə Qazaxıstana göndərilmişdi. Qazaxıstanda babam “narkom” işləyib. Özü də 6 dil bilib. Çox istedadlı insan olub. Həmin dövrdə baş verən günahsız ölümlər ondan da yan keçməyib. Babamı Mircəfər Bağırov otağında şəxsən özü öldürmüşdü. Sonralar məhkəmə zamanı Bağırov özü də bunu etiraf etmişdi. O vaxtdan elə anamgilin ailəsi xalq düşməni elan edilmişdi. - Bəs, babanızı harada dəfn ediblər? - Əhməd bəyin bir dənə dırnağı da qalmayıbmış. Ona dəhşətli işgəncələr veriblərmiş. Onun işini aparan rus polkovniki bizə gəlib, anamla görüşmüşdü. Həmin rus polkovnik deyib ki, Əhməd bəyin protokollarda bir dənə də olsun imzası olmayıb. Ona işgəncə veriblərmiş. Öldürüləndən sonra meyitini ailəsinə belə verməyiblər. Harada dəfn olunması da məlum deyil... Atamı o vaxt KQB-yə çağırmışdılar... - Belə bir ailə ilə Lütfəli müəllim necə ailə qurubmuş? - Atamla anam 15 il bir-birlərini seviblər. Amma ailə həyatı qura bilmirlərmiş. Eşidəndə ki, Lütfəli Abdullayev Sevda xanımla ailə quracaq, o zaman onu KQB- yə çağırıblar. Orada ona deyiblər ki, Əhməd bəyin qızı Sevda xanım ilə ailə həyatı qursan, başın ağrıyacaq. Amma atam bundan qorxmamışdı. O illərdə Bakıda bir yeməkxana var imiş. Ora ancaq talonla giriş olurmuş. 1943-cü ildə atamla anam orada tanış olublar. Tanışlıqdan sonra atam anamın nənəsi Xədicə xanımın yanına gəlib. Anamı da nənəsi Xədicə xanım böyüdüb. Çünki babam həbs olunandan sonra nənəm Xurşud xanım ərə gedib. Onun həyat yoldaşı Eyvazov Bahadur özü də tanınmış adam idi. O nənəmlə ailə həyatı quranda anamı gətirməyə icazə verməyib. Elə o vaxtdan - 7 yaşından anam nənəsinin yanında qalıb. Atamla anamın toyu düz 15 il sonra 1957-ci ildə olub. Atam 47 yaşında evlənib. Hətta ailə həyatı qurandan sonra anam öz soyadını dəyişməyib. Atam deyib ki, qoy Pepinovlar soyadı yaşasın. - Hər zaman səhnədə insanlara gülüş bəxş edən Lütfəli Abdullayevin evdə sizi ağlatdığı anları olubmu? Həyatda necə insan idi atanız? - Hamı deyir ki, Lütfəli müəllim həyatda çox ciddi adam idi. Amma bizə qarşı elə deyildi. Bəlkə də biz gec doğulmuşduq. Atam bizə hər şeyə icazə vermişdi. Anamsa çox ciddi idi. Ondan bərk qorxurduq. Onun bir baxışı bizə bəs edirdi. - Hansı uşaqlıq xatirənizi bu günə kimi unuda bilmirsiniz? - Belə xatirələr çoxdur. Bir dəfə dizirteriyadan xəstəxanada yatırdım. Oradan çıxan gün atam məni oyuncaq dükanına apardı və xoşuma nə gəlirsə, götürə biləcəyimi dedi. Mən hər şeyi bəyəndiyimi bildirəndə atam mağazanın direktorunu çağırıb dedi ki, burada nə qədər oyuncaq varsa, hamısını alıram. Biz evə gedəndə arxamızda bir yük maşını oyuncaqları bizə aparırdı, evə sığmadı deyə oyuncaqları qohum-əqrəbaya payladıq. - Atanız sizi kim görmək istəyirdi? - Atam məni xarici dillər üzrə mütəxəssis kimi görmək istəyirdi. Özü də ərəb dili üzrə. O da ərəb dilini çox sevirdi. Bütün günü radioda ərəb dilində musiqiyə qulaq asırdı. Yazanda da ərəb əlifbası ilə yazırdı. - Kimlər evinizin qonağı olurdu? - Həmin illərdə sənət aləmində olan demək olar ki, hər kəs. Şəmsi Bədəlbəyli, Tofiq Quliyev, Vasif Adgözəlov, Bəxtiyar Vahabzadə, Maestro Niyazi, Şıxəli Qurbanov, Ramiz Mustafayev və başqaları. - Bəs siyasətçilərdən? - Vəli Axundov ailəmizin çox yaxın dostu idi. Hətta bizim bu evi Vəli müəllim atama bağışlamışdı. Ondan əlavə I Katib işləmiş İmam Mustafayev də ailəmizin çox yaxın adamı idi. Anamın ad günündə atamı dəfn etdik... - Bildiyimə görə atanız ananınız ad günü ərəfəsində dünyasını dəyişib... - Həmin vaxt belə bir qəribə hadisə baş verdi. Anam həmin ərəfədə disertasiyanı yazırdı. Atam da qonaq çağırmağı çox sevirdi. Anam bilirdi ki, atam yenə adamları evə yığacaq. Ona görə atama dedi ki, bu ad günündə ona imkan versin. Gələn il qonaqları dəvət edər. Atam həmin vaxt anama dedi: “Görərsən, ayın 11-də bütün Azərbaycan bizdə olacaq”. Həqiqətən də elə oldu. Bütün Azərbaycan həmin gün bizdə idi... Anamın ad günündə atamı dəfn etdilər. Sonralar da anam bizə özünü ad günü münasibətilə təbrik etməyə icazə vermədi. ( Red - Kövrəlir) Atamın son danışığı Bəxtiyar Vahabzadə ilə oldu... - Necə xatırlayırsınız həmin günü? - 1973-cü il dekabrın 9-u idi. Həmin gün atam sanki öləcəyini bilirdi. Nəsibə xanımla birgə Politexnik Universitetinin tələbələri ilə görüşdən gəlirdi. Evə qayıdıb, yeməyini yedi, telefon dəftərini istədi, 2 saata yaxın bütün dostlarına zəng vurub hamı ilə danışdı. Ən sonda həmyerlisi və dostu Bəxtiyar Vahabzadə ilə danışdı. Yarı zarafat, yarı ciddi “ölürəm, gedirəm o dünyaya, dədənə sözün varsa, de” söylədi. Bəxtiyar müəllim də elə o tonda cavab verdi: “gedirsənsə, dədəmə de ki, mənə nə çatacaqsa, sənə versin”. Atam dedi: “yox e verməz, tanıyıram, sənin dədən simicin biridir. Elə bilər ki, mən sənə çatdırmayacağam”. Bəxtiyar müəllimə danışıb telefonu yerə qoyub, yataq otağına keçdi. Üstündən 5 dəqiqə keçmədən otaqdan səs gəldi. Sanki atam boğulurdu. Həkimi gəldi, elə bilmişdi ki, komaya düşüb. Atamı Rusiyaya aparmaq üçün xüsusi təyyarə də danışdılar. Həmin vaxt komada idi. Anamla son sözündə demişdi ki, əziyyət çəkməsin, onun həyatı artıq bitir. Səhər oldu. Anam Bəxtiyar Vahabzadəyə zəng vurub atamın öldüyünü dedi. O eşidəndə inanmamışdı. - Lütfəli müəllimin dəfnindən sonra 40 gün iştirak edən yad bir oğlan kim idi? - Bir dəfə başında bahalı papaq anamla küçədə gedirmiş. Qəfil tindən bir oğlan çıxır və onun başından papağını götürüb qaçır. Atamın tükü də tərpənmir - necə var, elə də yoluna davam edir. Oğlan baxır ki, kimsə onun dalınca qaçmır, arxasında gələnlərdən biri Lütfəli Abdullayevdir. Yaxınlaşıb papağı təzədən arxadan atamın başına qoymaq istəyəndə atam onun qolundan tutur və oğlanı evə gətirir, anama süfrə açmağı tapşırır, yeyib-içirlər, sonra da oğlana pul verib yola salır. Anam niyə belə etdiyini soruşanda deyir birincisi oğlan papağı qaytardı, ikincisi yəqin ona pul lazımdır deyə papağı oğurlamaq istəyirdi. Atam öləndə oğlan gəlib 40 gün yas mərasimində bizə kömək elədi. Atamın küçədən tapdığı qız ölənə kimi bizdə qaldı... - Çox olub, belə yad insanların sizin ailə üçün doğmalaşması? - Atam humanist insan olduğu üçün hər kəsə can yandırırdı. Bizdə köməkçi kimi çalışan Dusya adlı qızın bizə gəlməsinin maraqlı tarixçəsi var. O vaxtlar Molokan bağında işsiz qızlar gəlib dayanırdı. İmkanlı adamlar oradan qızları götürüb evdə köməkçi kimi saxlayırdılar. Bir gün atam Molokan bağından keçəndə görüb ki, 14 yaşında bir qız tək oturub. Atam ondan burada niyə oturduğunu soruşanda cavab verib ki, iş axtarır. Elə o vaxtdan Dusyanı atam evə gətirdi. O qız evimizdə ailə üzvü kimi idi. Çox yaxşı insan idi. 14 yaşından ölənə kimi bizdə qaldı. O iyunun 13-də rəhmətə getdi. Anam özünü ağlayıb, öldürürdü. Dusyanı biz dəfn etdik. Onun ölümündən 6 ay sonra anam da rəhmətə getdi. Elə bilirdik ki, Dusya bizim bacımızdır. Atam ona çox hörmət edirdi. Bir dəfə evimizdə təmir aparan ustalardan biri Dusyaya xoşagəlməz söz dedi. Atam onu eşidəndə ustaları evdən qovdu. Usta deyəndə ki, o qulluqçudur. Atam onun üstünə qışqırıb, “ o qulluqçu deyil, mənim qızımdır”, demişdi. - Dusyanın ailəsi bəs hardaydı? - O, Şamaxı rayonun yanında yerləşən bir kənddən gələn molokan idi. Atam onların ailəsinə də baxırdı. Molokanlar o vaxtlar daha çox kələm satışı ilə məşğul olurdu. Atam kolxoz sədrinə demişdi ki, bazarda bir hissəni molokanlara versinlər. Şəhərdə deyirdilər ki, ora Lütfəli Abdullayevin yeridir. Atam oranı pulsuz molokanlar üçün tutmuşdu. - Lütfəli Abdullayevin qızı olmağınız Sizə çox qapılar açıb? - Əlbəttə... Bu günə kimi. Bizim oturduğumuz bu ev tamamilə yanmışdı. Fikirləşdim ki, mənim təmirə imkanım çatmaz. Evdə bir dənə də o lsun əşya qalmamışdı. Atama görə hörmətli nazir evi təmir etdirdi. Yanan evimi Kəmaləddin Heydərov təmir etdirdi... - Hansı nazir? - Kəmaləddin Heydərov... Evim yanan vaxt Kəmaləddin müəllim məni yanına çağırdı. Dedi ki, evimin yanması barədə niyə ona bir söz deməmişəm. Bu görüşdən sonra cənab nazirin tapşırığı ilə evim tamamilə təmir edildi. Mən həyatım boyu bu təmiri edə bilməzdim. - Atanızın davamçısı kimi görürsünüz? - Heç kimi... Oğlum Zəki tam başqa xarakterdə insandır. Bacım Xurşud da ciddi musiqi ilə məşğuldur. Bilirsiniz , Lütfəli Abdullayev heç vaxt gülməzdi. Onun bir hərəkəti, sözü insanları güldürüdü. Özü də bu gülüşdə bir düşündürücü hal olurdu. Ona görə də bu gün Lütfəli Abdullayevdən yoxdur. Çingiz Mustafayevlə diskotekada tanış olduq... - Gülnarə xanım, siz Milli Qəhrəman Çingiz Mustafayevin nişanlısı olmusunuz. Necə yaranmışdı bu münasibətlər? - Çingiz Mustafayevlə tanışlığımız təsadüfən olub. Bacım Xurşud Konservatoriyanın komsomol katibi idi. Bakıda Abşeron adlı bir kafe var idi. Hər dəfə bir komsomol katibi həmin kafeni yoxlamağa gedirdi. Bacımın növbəsi olanda məni də özü ilə apardı. Ömrümdə birinci dəfə idi ki, diskotekaya gedirdim. Anam eşidəndə ki, diskotekaya gedirik, tərəddüd etdi. Amma bacım onu razı saldı. Çingiz Mustafayev həmin vaxt orada DJ işləyirdi. Səhnəyə çıxanda gözü mənə sataşdı. Elə bu baxışdan sonra bir məhəbbət başladı. Bu 1979-cu il idi. Oradan çıxandan sonra bizim arxamızca evimizə qədər gəlmişdi. Səhər mən dərsə gedəndə gördüm ki, Çingiz evimizin aşağısında məni gözləyir. Beləliklə münasibətlərimiz yarandı. Artıq dekabrda Naxış xanım bizə elçi gəldi. Anam da nişanlanmağımıza razı oldu. Biz düz 4 il nişanlı qaldıq. Anam çox ciddi insan idi. Çingizin diskotekada işləməsi anama xoş getmirdi. Anam bir qədər fərqli düşünürdü. Çingizin anası Naxış xanım gözəl insan idi. Biz son günə kimi onunla əlaqəli idik. Çingizlə ayrılığımıza səbəb anam oldu. Onun sözündən çıxa bilməzdim. Çingizin ailəsi ilə bu gün də yaxşı münasibətlərimiz var. - AzTv-də işləriniz necədir? - Hər şey yaxşıdır. Mən musiqi şöbəsində rejissoram. Aygün Kazımovanın ilk klipini mən çəkmişəm... - Rejissor kimi yəqin klipləriniz də olub. İlk klipinizi kimə çəkmisiniz? - İlk iş birliyim Aygün Kazımovayla olub. Bu həm də Aygün xanımın ilk klipi olmuşdu. O vaxt zəmanə başqa cür idi. Pul söhbəti olmurdu. İndiyə kimi yadımdadır ki, klipdə çəkilmək üçün bacımın böyük bir itini çəkiliş meydançasına gətirdik. Həmin vaxt Aygün xanımı və bizi çəkiliş məkanına Nurəddin bəy ( Red- Nurəddin Xocanı nəzərdə tutur) aparıb, gətiridi. Çəkilişdən sonra kiçik bir qəza oldu. Heç birimiz zədə almadıq. Bircə itin başı maşına dəyib zədələnmişdi. Bu bir az əhvalımızı pozmuşdu. Aygün xanımdan klip çəkilişi üçün pul da almadıq. Belə bir maraqlı məqam yadıma düşdü. Aygün Kazımova gözəl insandır. O xanımın xətrini çox istəyirəm. Bilirəm ki, onun da mənə münasibəti yaxşıdır. - Böyük bir sənətkarın rejissor qızının cəmiyyətə sözü nədir? - Bu xalqı və ölkəni sevək. Sevgi olmasa, hər şey dağılar. Hər evi, hər küçəni, hər oturacağı belə sevməliyik.
0 notes
metbuat · 2 years ago
Text
Samir Nasri
“Anderlext”in futbolçusu Samir Nasri həmyerlisi Pol Poqba əsl müsəlman hesab etmir. Metbuat.org xəbər verir ki, bu barədə 35 yaşlı fransalı yarımmüdafiəçi “Canal+”a danışıb: “Pol Poqba İslam dinin zid gedir. Əgər müsəlmansansa, şərdən qorunmaq üçün cadugərə yox, Allaha üz tutmalısan”. Xatırladaq ki, Poqbanın qardaşı bildirmişdi ki, o, Kilian Mbappeyə cadu etmək üçün şamanlara müraciət…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years ago
Text
İDDİA
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun iş yerini dəyişəcəyi tarix açıqlanıb. Metbuat.org xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən jurnalist Aleks Kruk yayıb. İddiaya görə, niderlandlı ulduz İngiltərə Premyer Liqasının 3-cü turunun oyununa – avqustun 22-nə qədər “Mançester Yunayted”ə keçəcək. Qeyd edək ki, MY-nin baş məşqçisi Erik ten Haq sözügedən həmyerlisi ilə…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years ago
Text
Keçmiş “Spice Girls” nişanlanıb
Keçmiş “Spice Girls” nişanlanıb
“Spice Girls” qrupunun üzvü, 47 yaşlı Mel B 2018-ci ildən bəri görüşdüyü Lidsdə yaşayan həmyerlisi Rori Makfi ilə nişanlanıb. Məlumata görə, 36 yaşlı sevgilisi Berkşirdəki “Cliveden House” kənd hotelində müğənninin qarşısında diz çöküb. O, ifaçıya üzük təqdim edərək evlilik təklifi edib. Qeyd olunub ki, R.Makfi Melaninin əmisi oğlunun ən yaxın dostudur. Xatırladaq ki, müğənni əvvəlki əri Stiven…
Tumblr media
View On WordPress
0 notes
istixeber-blog · 6 years ago
Photo
Tumblr media
Toy yasa döndü-Ağcabədidə Ağcabədi rayonunda toyda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən İstixəbər.info-ya bildirilib ki, sentyabrın 4-də Ağcabədi şəhəri ərazisində yerləşən şadlıq saraylarının birində şəhər sakini Qurban Qurbanzadə münaqişə zəminində həmyerlisi Zaur Sadıqova bıçaqla xəsarət yetirib.
0 notes
listeliyi · 8 years ago
Link
via Toya çağırılmayan gənc bəyi bıçaqladı - Şəmkirdə dəhşət http://ift.tt/eA8V8J Şəmkir rayonunun Sərxan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib. Kənd sakini, 20 yaşlı Anar Lətifli həmyerlisi, 24 yaşlı Məhəmməd Məhəmmədlini bıçaqlayıb. Sonuncu aldığı bıçaq yarasından sonra ətrafdakıların köməyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Dərhal əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Xəqani Quluyev - həkim: "Əməliyyat vaxtı məlum olub ki, döş sümüyünün yan arteriyası və qabırğaarası arteriya kəsilib. Sağ döş boşluğuna 2 litrdən artıq qan daxil olub. Hansı ki, həmin qan təmizləndi. Yara içəridən və çöldən tikildi. Döş boşluğuna drenaj qoyuldu. Vəziyyəti orta-ağırdır". Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, tərəflər arasında mübahisə toya dəvət üstündə düşüb. 3 gün bundan əvvəl toyu olan Məhəmməd Məhəmmədli həmyerlisini öz məclisinə dəvət etməyib. Bundan hiddətlənən Anar Lətifli 3 gün sonra bəyi söhbətə çağırıb. Beləcə tərəflər arasında düşən mübahisə qanlı sonluqla nəticələnib. Hələlik cinayəti törədən Anar Lətifli məsuliyyətdən yayınır. Şəmkir polisi onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
0 notes
listeliyi · 8 years ago
Link
via 3 tələbə dəm qazından zəhərləndi http://ift.tt/eA8V8J Gəncədə dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb. Həmin prospektdə kirayədə yaşayan, Gəncə Dövlət Universitetinin üç tələbəsi - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Yasin Rasim oğlu Səfərəliyev, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Cavidan Ramazan oğlu İsaqlı və həmyerlisi və həmyaşıdı Elməddin Bədrəddin oğlu Kamallı dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir. Məlumata görə, tələbələr yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərləniblər.
0 notes